Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-5026/2024 29.11.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Dövlət X4 tabeliyində “İri Şəhərlərin X8 Xidməti” X6rşı “əmrin ləğv edilməsi, işə bərpa, məcburi işburaxma üçün əmək haqqının ödənilməsi və əmək haqqının gecikdirilməsinə görə pul” tələbinə dair iddiası üzrə mülki iş (açar sözlər: əmək müqaviləsi, işə bərpa, əmək haqqı) Hakim Xəlil Ülkər Abdurahman qızının sədrliyi Kamranlı Mahsun Şahin oğlunun katibliyi, İddiaçı, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Dövlət X4 tabeliyində “İri Şəhərlərin X8 Xidməti” X6rşı “əmrin ləğv edilməsi, işə bərpa, məcburi işburaxma üçün əmək haqqının ödənilməsi və əmək haqqının gecikdirilməsinə görə pul” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Mülki işin mahiyyəti
1. İddiaçı cavabdeh Azərbaycan Dövlət X4 tabeliyində “İri Şəhərlərin X8 Xidməti” X6rşı “əmrin ləğv edilməsi, işə bərpa, məcburi işburaxma üçün əmək haqqının ödənilməsi və əmək haqqının gecikdirilməsinə görə pul” tələbinə dair ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh “İri Şəhərlərin X8 Xidməti” PHŞ-nin İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsinə dair xx.xx.2024-cü il tarixli 666-K nömrəli əmrinin ləğv edilməsinə, iddiaçının əvvəlki vəzifəsinə bərpa edilməsinə, məcburi işburaxma müddəti üçün ona əmək haqqının ödənilməsinə və Əmək Məcəlləsinin 172-ci maddəsinə əsasən əmək haqqının gecikdirildiyi hər günə görə 1% miqdarında ödəniş ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.2012-ci il tarixindən "xxxx" ASC-də, 2024-cü ilin aprel ayından isə Azərbaycan Dövlət X4 tabeliyində “İri Şəhərlərin X8 Xidməti” X16də işləmişdir. Belə ki, iddiaçı xx.xx.2012 - xx.xx.2013-cü il tarixlərində 18ci dərəcə ilə Kommersiya departamentinin rəisi, xx.xx.2013 - xx.xx.2014-cü il tarixlərində 18- ci dərəcə ilə Əmlak məsələləri departamentinin rəisi, xx.xx.2014 – xx.xx.2016-cı il tarixlərində 16-ci dərəcə ilə Əsas fondların idarə olunması şöbəsinin rəisi, xx.xx.2016 xx.xx.2022-ci il tarixlərində "xxxx" ASC-nin İqtisadiyyat və uçot idarəsinin Əsas fondların idarə olunması şöbəsinin rəisi vəzifəsində çalışmışdır. "xxxx" ASC-nin xx.xx.2022-ci il tarixli 95-k nömrəli əmri ilə iddiaçı ilə bağlanmış əmək müqaviləsi Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən (ştat vahidi ixtisar edildiyinə görə) xitam verilmişdir. Bundan sonra iddiaçı işəgötürənin qanunsuz və əsassız verilmiş həmin əmrinin qüvvədən salınması, əvvəlki vəzifəsinə bərpa edilməsi və məcburi işburaxma dövrü üçün əmək haqqının ödənilməsi tələbi ilə Yasamal Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmiş və həmin məhkəmənin 2(004)-3768/2022 saylı mülki iş üzrə xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddiaçının iddia tələbi təmin edilmişdir. Cavabdeh "xxxx" ASC xx.xx.2022-ci il tarixli apelyasiya şikayəti ilə Yasamal Rayon Məhkəməsinin 2(004)-3768/2022 saylı mülki iş üzrə xx.xx.2022-ci il tarixli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-7651/2022 saylı mülki iş üzrə xx.xx.2022-ci il tarixli Qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(004)-3768/2022 saylı qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Cavabdeh "xxxx" ASC həmin qərardan da narazı qalaraq kassasiya şikayəti vermiş və Azərbaycan RespublikasıAli Məhkəməsinin 2(102)-1356/2023 saylı mülki iş üzrə xx.xx.2023-cü il tarixli qərarı ilə cavabdehin kassasiya şikayəti təmin edilməyərək Bakı Apellyasiya Məhkəməsinin 2(103)-7651/2022 saylı iş üzrə xx.xx.2022-ci il tarixli Qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Göründüyü kimi İddiaçı qarşı cavabdeh müəssisə rəhbərliyinin (K.Həsənov) qanunsuz və qərəzli mövqeyi hələ 2022-ci ildən bəri olmuşdur. Lakin, iddiaçı hüquqlarının müdafiəsi üzrə məhkəməyə müraciət edərək əvvəlki vəzifəsinə bərpa edilmişdir. Cavabdeh "xxxx" ASC-nin (hazırkı “İri Şəhərlərin X8 Xidməti” X16) İddiaçı qarşı qərəzli, barışmaz və qanunsuz mövqeyi məhkəmə qərarının icrası mərhələsində də özünü aşkar şəkildə büruzə vermişdir. Belə ki, Azərbaycan Respublikası adından çıxarılmış və çıxardığı gündən qüvvə minmiş AR Ali Məhkəməsinin 26 aprel 2023-cü il tarixli Qərarı uzun sürən çətinliklərdən sonra düz 5 aydan sonra cavabdeh tərəfindən icra edilmişdir. Bunun səbəbi isə tərəfimizdən Ali Məhkəmənin Qərarının icrası ilə bağlı Ədliyyə Nazirliyinə, həmin nazirliyin İcra Xidmətinə və digər aidiyyəti orqanlara ünvanlanmış şikayətlərimiz olmuşdur. Çoxsaylı şikayətlərdən sonra yuxarıda da qeyd etdiyimiz kimi düz 5 aydan sonra cavabdeh məcburiyyət qarşısında qalaraq 22 sentyabr 2023-cü il tarixli, 94-K nömrəli əmr ilə İddiaçı İqtisadiyyat və uçot idarəsinin Əsas fondların idarə olunması şöbəsinin rəisi vəzifəsinə bərpa etmişdir. Azərbaycan Respublikası Prezidentinin Azərbaycan Dövlət X4 fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında 17 noyabr 2023-cü il tarixli Fərmanının 5.2-ci bəndinə əsasən "xxxx" ASC-i çevrilmə yolu ilə yenidən təşkil edilərək “İri şəhərlərin X8 Xidməti” X14 olaraq fəaliyyət göstərməyə başlamışdır. xx.xx.2024-cü il tarixdə cavabdeh təşkilat tərəfindən yenidən iddiaçıya onun tutduğu ştat vahidinin ixtisara düşülməsi barədə xəbərdarlıq edilmiş, tutduğu vəzifənin 9 təqvim həftəsi sonra ləğv ediləcəyi iddiaçıya bildirilmişdir. Belə ki, xəbərdarlıq bildirişində qeyd edilmişdir ki, Azərbaycan Dövlət X4 29 may 2024-cü il tarixli 002/F saylı əmri İqtisadiyyat və uçot idarəsinə şöbə statusu verilmiş, iddiaçının rəhbərlik etdiyi Əsas fondların idarə olunması şöbəsi “Əsas fondlarla iş sektoru” kimi təsbit edilmişdir. Amma iddiaçıya təqdim olunmuş xəbərdarlıqda Əsas fondların idarə olunması şöbəsinin rəisi vəzifəsi xx.xx.2024-cü il tarixdən ixtisara düşməsi qeyd edilmişdir (eləcə də “İri şəhərlərin X8 Xidmətinin strukturu”nda İqtisadiyyat və uçot İdarəsinin Əsas fondların idarə olunması şöbəsinin rəisi vəzifəsi xx.xx.2024-cü il tarixdən ixtisara düşmüşdür.) Lakin, xəbərdarlıq müddəti dövründə, hələ iddiaçı ilə əmək müqaviləsinə xitam verilməzdən əvvəl heç bir səbəb olmadan cavabdeh müəssisənin xx.xx.2024-cü il tarixli 90-k nömrəli əmri ilə “İri Şəhərlərin X8” Xidməti X13 yeni strukturunda İqtisadiyyat və uçot şöbəsinin Əsas fondlarla iş sektorunun müdiri vəzifəsinə bu müəssisədə iş stajı olmayan, tamamilə bu sektora aid olmayan müəssisələrdə işləmiş X1 təyin edilmişdir. Xəbərdarlıq müddəti bitdikdən sonra iddiaçıya heç bir yeni iş təklifi edilmədən “İri Şəhərlərin X8 Xidmətinin” X12nin xx.xx.2024-cü il tarixli 666-K nömrəli əmr ilə iddiaçı ilə bağlanmış əmək müqaviləsinə ARƏmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən (ştat vahidi ixtisar edildiyinə görə) xitam verilmişdir. Məlumdur ki, ixtisaslılıq işçinin müəyyən mürəkkəblik səviyyəsinə malik əmək funksiyasını yerinə yetirməsinə imkan verən hazırlıq səviyyəsidir, yəni işçinin zəruri nəzəri biliklərə və praktik təcrübəyə malik olmasıdır. Göründüyü kimi həmtəcrübi, həmdə nəzəri bilikləri baxımından iddiaçı peşəkarlıq səviyyəsinə görə daha yüksək olduğu və əmək müqaviləsinə xitam verildiyi günə qədər peşəkar işçi olduğuna görə hər ay tarif maaşından əlavə 1000 (min) manat məbləğində peşəkarlığa görə əlavə ödənişdə aldığı halda, yeni strukturda yaradılmış İqtisadiyyat və uçot şöbəsinin Əsas fondlarla iş sektorunun müdiri vəzifəsinə uyğun ixtisaslı kadr hesab edilə bilməyən X1 təyin edilmişdir. AR Əmək Məcəlləsinin 78-ci maddəsinə əsasən, işçinin peşəkarlıq səviyyəsini işəgötürən müəyyən edir. Lakin, hazırkı mübahisə üzrə peşəkarlıq səviyyəsi İddiaçı daha aşağı olan işçilərə üstünlük verilərək onlar işdə saxlanılmış, İddiaçı isə qərəzli olaraq işdən çıxarılmışdır. 4. AR Əmək Məcəlləsinin 185-ci maddəsinə əsasənəmək funksiyasının yüksək peşəkarlıq səviyyəsində yerinə yetirən işçilər işəgötürən tərəfindən mükafatlandırılır. Məhkəmənin nəzərinə çatdırmaq istərdik ki, İddiaçı-ə işlədiyi müddət ərzində (əmək müqaviləsinə xitam verildiyi günə qədər) peşəkar işçi olduğuna görə hər ay tarif maaşından əlavə 1000 (min) manat məbləğində peşəkarlığa görə əlavə ödəniş ödənilmişdir. Bundan əlavə“İri Şəhərlərin X8Xidməti” PHŞ-nin X12 Köçərli Həsənov tərəfindən xx.xx.2024-cü il tarixində 81 nömrəli əmr ilə iddiaçı tutduğu vəzifə öhdəliklərini peşəkarcasına yerinə yetirdiyi üçün mükafatlandırılmışdır. Lakin bu kimi hallar ixtisar zamanı nəzərə alınmamışdır.. 5. AR Nazirlər Kabinetinin xx.xx.2024-cü il tarixli 232 nömrəli Qərarı ilə təsdiq edilmiş “İri Şəhərlərin X8 Xidməti” PHŞ-nin Nizamnaməsinin 4.3-cü bəndinə əsasən, xidmətin struktur bölmələrinin rəhbərləri, habelə onun idarə, filial və nümayəndəliklərinin, tabeliyindəki digər qurumların rəhbərləri, onların müavinləri, baş mühəndisləri, baş mühasibləri Azərbaycan Dövlət Su EhtiyatlarıAgentliyinin sədri ilə razılaşdırmaqla vəzifəyə təyin və vəzifədən azad olunurlar. Lakin, hazırkı mübahisə üzrə İddiaçı struktur bölməsinin rəhbəri olmasına baxmayaraq, onunla bağlanmış əmək müqaviləsi ləğv edilərkən Azərbaycan Dövlət X4 sədri ilə heç bir razılaşdırma aparılmamış, idarə heyəti sədrinin razılığı olmadan iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. 6. İddiaçıya qarşı qərəzli mövqe eyni zamanda ondan ibarətdir ki, 09 və 13 avqust 2024-cü il tarixlərində iddiaçının məzuniyyətə çıxmaq üçün yazdığı ərizələrə əsassız olaraq baxılmamış, onun məzuniyyət hüququ pozulmuş və ona heç bir əsas olmadan əmək məzuniyyəti verilməmişdir. 7. Göstərilənləri ümumiləşdirərək bildirmək istəyirik ki, iddiaçıya qarşı cavabdeh müəssisə rəhbərliyinin qərəzli mövqeyi hələ 2022-ci ildən mövcud olmuşdur. İddiaçı AR Ali Məhkəməsinin qərarı əsasında işə bərpa edilməyinə baxmayaraq, bir neçə aydan sonra yenidən cavabdeh müəssisə rəhbərliyinin (K.Həsənovun) qərəzli mövqeyi ilə üzləşmiş və eyni əsasla formal (pərdələmə) əmrlər verilərək onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. 8 . Məhkəmənin nəzərinə çatdırmaq istərdik ki, əvvəlki mübahisə üzrə xx.xx.2022-ci il tarixində işdən çıxarılmış İddiaçı Ali Məhkəmənin müvafiq qərarı əsasında 22 sentyabr 2023-cü il tarixdə işə bərpa edildikdən sonra ona 1 il 4 ay məcburi işburaxma dövrü üçün olduqca yüksək məbləğdə pul ödənilmişdir. Təbii ki, bu ödəniş səhmlərinin nəzarət zərfi dövlətə məxsus olan "xxxx" ASC-nin vəsaiti hesabına ödənilmişdir. Cavabdeh müəssisə rəhbərinin (Köçərli Həsənovun) qanunsuz əmri nəticəsində dövlət müəssisəsinin büdcəsinə külli miqdarda ziyan dəyməsinə baxmayaraq, cavabdeh yenidən əmək qanunvericiliyinin tələblərini kobud şəkildə pozaraq bir neçə aydan sonra eyni motivlə (formal ştat ixtisarı həyata keçirməklə) iddiaçını işdən çıxarmışdır. AR Mülki Məcəlləsinin 1100-cü maddəsinə əsasən, dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir. Həmin Məcəllənin 1114.1-ci maddəsinə əsasən, başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Cavabdeh müəssisə X3 və ümumdövlət (və ictimai əhəmiyyətli) fəaliyyət həyata keçirdiyindən dövlət orqanı hesab edilə bilər. Lakin, belə görünür ki, PHŞ-in X12 K.Həsənov ona qarşı heç bir reqress tələbin yönəlməyəcəyindən əmin olduğundan rahatlıqla qanunsuz əmr verərək iddiaçını işdən çıxarmışdır. Qeyd edilənlərə əsasən, cavabdeh müəssisənin xx.xx.2024-cü il tarixli 666-K nömrəli işdənçıxarma əmri qanunsuz, əsassız və qərəzli olaraq verildiyindən ləğv edilməli, iddiaçının əvvəlki vəzifəsinə bərpa edilməsi, məcburi işburaxma müddəti üçün ona əmək haqqının ödənilməsi və əmək məcəlləsinin 172-ci maddəsinə əsasən əmək haqqının gecikdirildiyi hər günə görə 1% miqdarında ödəniş ödənilməsinə dair qətnamə çıxarılmalıdır.
II. Tərəflərin mövqeləri:
3. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Əlavə olaraq bildirdi ki, o, həmkarlar ittifaqının üzvü olmamışdır.
4. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsini müdafiə edərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.
5. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə izahat verərək bildirmişdir ki, iddianı qəbul etmir. Əmək Məcəlləsinin 71-ci maddəsinin tələbinə uyğun olaraq, tədbirlər həyata keçirilmişdir. İddiaçıya həftədə 1 gün olmaqla yeni iş yeri tapmaq üçün icazə verilmişdir. İşdən çıxmasına görə 2 qat kompensasiya ödənilmişdir. Ştatların ixtisarının səbəbi AR Prezidentinin 2023- cü il tarixli fərmanı əsasında İri Şəhərlərin X8 Xidməti” X9 Əsasnaməsinin 5.4-cü bəndində dəyişikliklər aparılmışdır. Ştatların ixtisara düşməsi cədvəlində də görünür ki, burada tək iddiaçı yox, uzun illər rəhbər vəzifədə çalışan şəxslər də eyni əsasla işdən çıxarılmışdır. İddiaçıya işdən çıxarılmaqla bağlı xəbərdarlıq olunduqdan sonra digər bir şəxs rəhbərlik tərəfindən işə götürülmüşdür. Burada heç bir hüquqi pozuntu yoxdur. İşəgötürən tərəfindən iddiaçıya başqa bir iş, vəzifə təklif olunmayıb. İddiaçı avqust ayında işdən azad olunmuşdur, digər şəxs isə iyun ayında vəzifəyə təyin edilmişdir. İddiaçı iyun ayından avqust ayınadək tutduğu vəzifəni icra etmişdir. Digər şəxsin hansı vəzifələri icra etməsi ilə bağlı məlumatı yoxdur. İddiaçıya 9 təqvim həftəsi müddətində iş axtarılması üçün təklif olunub və şərait yaradılıb. İddiaçının işlədiyi şöbədə 9 ştat vahidi olub, ixitsardan sonra isə 4 ştat vahidinə düşmüşdür.
III. Məhkəmə baxışının hədləri:
6. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
7. xx.xx.2024-cü il tarixli, 13-16/2-763/2024 nömrəli “İri Şəhərlərin X8 Xidməti” X14 tərəfindən İddiaçı ünvanlanmış ştat vahidinin ixtisara düşməsi ilə bağlı xəbərdarlığa əsasən İddiaçı Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən onunla bağlanmış əmək müqaviləsinin 9 təqvim həftəsindən sonra ləğv ediləcəyi ilə bağlı xəbərdar olunmuşdur.
8. “İri Şəhərlərin X8 Xidməti” X9 xx.xx.2024-cü il tarixli, 90-K nömrəli əmək müqaviləsinin ləğv edilməsi haqqında əmrinə əsasən X1 – ilə bağlanmış əmək müqaviləsinə əsasən xx.xx.2024-cü il tarixdən “İri Şəhərlərin X8 Xidməti” X13 İqtisadiyyat və uçot şöbəsinin Əsas fondlarla iş sektorunun müdiri vəzifəsinə təyin edilmişdir.
9. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xx.xx.2024-cü il tarixli, 81 nömrəli əmrinə əsasən "xxxx" ASC üzrə tikintisi başa çatmış obyektlərin istismara qəbul olunması, eyni zamanda büdcə vəsaiti hesabına və beynəlxalq layihələr üzrə tikintisi başa çatmış, uzun müddət istismar olunan obyektlərin "xxxx" ASC-nin balansına qəbul edilməsi ilə bağlı sənədləşmə işləri Cəmiyyətin aparatının İqtisadiyyat və uçot İdarəsinin Əsas fondların idarə olunması şöbəsinin və tikilməkdə olan obyektlərin müdiriyyətinin texniki şöbəsinin işçiləri tərəfindən yüksək peşəkarlıqla yerinə yetirildiyinə görə adları qeyd olunan işçilərin həmçinin şöbə rəisi İddiaçı əməyinin stimullaşdırması məqsədi ilə 150 manat məbləğində mükafatlandırılmışdır.
10. İddiaçı xx.xx.2024-cü il tarixli ərizəsinə əsasən 13 avqust 2024-cü il tarixindən məzuniyyət hüququndan istifadə etmədiyi iş illərinə görə istifadə etmədiyi məzuniyyət günləri qədər məzuniyyətə çıxmağına sərəncam verilməsini xahiş etmişdir.
11. İddiaçı xx.xx.2024-cü il tarixli ərizəsinə əsasən 14 avqust 2024-cü il tarixindən növbəti məzuniyyətlərinin hesabına 48 gün müddətinə əmək məzuniyyətinə çıxmağına sərəncam verilməsini xahiş etmişdir.
12. “İri Şəhərlərin X8 Xidməti” X9 xx.xx.2024-cü il tarixli, 666-K nömrəli əmək müqaviləsinin ləğv edilməsi haqqında əmrinə əsasən İddiaçı – İqsadiyyat və uçot idarəsinin Əsas fondların idarə olunması şöbəsinin rəisi ilə bağlanmış əmək müqaviləsi “İri Şəhərlərin X8 Xidməti” X13 təsdiq edilmiş strukturu və ştat cədvəlinə əsasən ştat vahidi ixtisar edildiyinə görə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən xx.xx.2024-cü il tarixdən ləğv edilmiş, İddiaçı Əmək Məcəlləsinin 77-ci maddəsinin 3-cü hissəsinə əsasən "xxxx" ASC-də 12 il 2 ay 27 gün əmək stajı olduğuna görə orta aylıq əməkhaqqının 2 misli miqdarında işdənçıxarma müavinəti verilmiş, xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixdək olan dövr üçün istifadə edilməmiş əsas məzuniyyətə görə 36 təqvim günü pul əvəzi ödənilməsi əmr edilmişdir.
13. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3768/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən iddia təmin edilmiş, cavabdeh "xxxx" ASC-nin 95-K nömrəli, 19 may 2022-ci il tarixli əmrinin ləğv edilməsi və İddiaçı əvvəlki iş yerinə bərpa edilməsi, xx.xx.2022-ci il tarixindən işə bərpa olunduğu günə qədər məcburi iş buraxma müddəti üçün hesablanmış əmək haqqının Azərbaycan Respublikası "xxxx" ASC tərəfindən İddiaçı ödənilməsi qət edilmişdir.
14. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(103)-7651/2022 nömrəli qətnaməsinə əsasən apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 21 sentyabr 2022-ci il tarixli, 2(004)-3768/2022 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılması, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun apellyatorun özünə aid edilməsi qət edilmişdir.
15. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(102)-1356/2023 saylı qərarına əsasən cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsi Mlüki Kollegiyasının 2(103)-7651/2022 nömrəli, 29 noyabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
16. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xx.xx.2023-cü il tarixli, 94-K nömrəli işə bərpa haqqında əmrinə əsasən müəyyən edilir ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin 95-K nömrəli, 19 may 2022-ci il tarixli əmri ilə İqtisadiyyat və uçot idarəsinin Əsas fondların idarə olunması şöbəsinin rəisi vəzifəsi üzrə İddiaçı ilə bağlanmış əmək müqaviləsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən ştat vahidi ixtisar edildiyində görə ləğv edilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(004)-3768/2022 (İD: 1930797) nömrəli qətnaməsinə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli 2(103)-7651/2022 (İD:1930797) nömrəli qətnaməsinə və Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(102)-1356/2023 (İD:1930797) nömrəli Qərarına əsasən "xxxx" Açıq Səhmdar Cəmiyyətinin 95-K nömrəli, 19 may 2022-ci il tarixli əmri ləğd edilmişdir. İddiaçı əsas fondların idarə olunması şöbəsinin rəisi vəzifəsinə işə bərpa edilmişdir. xx.xx.2022-ci il tarixdən işə bərpa olunduğu günə qədər – xx.xx.2023-cü il tarixinədək məcburi iş buraxma müddəti üçün hesablanmış əmək haqqı İddiaçı ödənilmişdir.
17. Azərbaycan Repsublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X2 20 sentyabr 2024-cü il tarixli, 3-17-2/2-48336/2024 nömrəli məktubuna əsasən müyyən edilir ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən 1 iyun 2024-cü il tarixindən 1 sentyabr 2024-cü il tarixinədək işçilərin sayının və ya ştatlarının ixtisar edilməsi barədə Agentliyə rəsmi məlumat daxil olmamışdır.
18. Azərbaycan Dövlət X4 xx.xx.2024-cü il tarixli, 002/1 nömrəli əmrinə əsasən Agentliyin tabeliyindəki “İri Şəhərlərin Birləşmilş Su Təchizatı Xidməti” X13 strukturu və ştat cədvəli təsdiq edilmiş, “İri Şəhərlərin X8 Xidməti” X13 işçilərinin say həddi 7700 ştat vahidi, o cümlədən Xidməttinin Aparatı üzrə 180 ştat vahidi müəyyən edilmiş, “İri Şəhərlərin X8 Xidməti” X13 X12 vəzifəsini müvəqqəti icra edənə (K.Həsənov) tapşırılmışdır: təsdiq edilmiş struktur və işçilərin say həddi daxilində strukturuna daxil olan qurumların ştat cədvəllərinin hazırlanması, ştat cədvəlinə uyğun əməkdaşların yerləşdirilməsi barədə təkliflərini bir ay maddətində Aparatın rəhbərinə (F.Quliyev) təqdim edilməsini, yerləşdirilməsi mümkün olmayan işçilər barədə Əmək Məcəlləsinə uyğun tədbirlərin görülməsini, bu əmrdən irəli gələn digər məsələlərin həllini təmin etməsi. Aparatın rəhbəri (F.Quliyev) əməkdaşların yerləşdirilməsi barədə təklifləri razılaşdırılması üçün Agentliyin sədrinə təqdim edilməsi tapşırılmışdır.
19. Azərbaycan Repsublikası Nazirlər Kabinetinin Azərbaycan Dövlət X4 tabeliyindəki X16lərin fəaliyyətinin təmin edilməsi haqqında Qərarına əsasən “İri Şəhərlərin X8 Xidmətinin Nizamnaməsi”nin təsdiq edilməsi, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Nizamnaməsinin və strukturunun təsdiq edilməsi haqqında” Azərbaycan Respublikiası Nazirlər Kabinetinin2005-ci il 22 mart tarixli 50 nömrəli Qərarı və “Azərbaycan Meliorasiya və X15 Səhmdar Cəmiyyətinin Nizamnaməsinin və strukturunun təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 17 iyun tarixli 149 nömrəli Qərarının ləğv edilməsi qərara alınmışdır.
20. "xxxx" ASC-nin Aparatının tutduqları vəzifə üzrə ştat vahidi ixtisara düşmüş işçilərin siyahısına əsasən Əsas fondların idarə olunması şöbəsibdə şöbə rəisi vəzifəsində çalışan İddiaçı daxil olmaqla, 56 işçi ixtisara düşmüşdür.
21. Məhkəmə tərəflərin nümayəndələrinin izahatlarını dinləyib, materialları araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir.
22. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 11-ci maddəsinə əsasən işçilərin sayını ixtisar etmək, ştatları, struktur bölmələri ləğv etmək işəgötürənin əsas hüquqlarından biridir.
23. Həmin Məcəllənin 70-ci maddəsinin “b” bəndinə əsasən işçilərin sayı və ya ştatları ixtisar edildikdə işəgötürən tərəfindən əmək müqaviləsinə xitam verilə bilər.
24. Həmin Məcəllənin 71-ci maddəsinin 1-ci hissəsinə əsasən işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən, o cümlədən işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edilərkən işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş tədbirlər görür.
25. Həmin Məcəllənin 71-ci maddəsinin 3-cü hissəsinə əsasən işəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır.
26. Həmin Məcəllənin 77-ci maddəsinin 1-ci hissəsinə əsasən işçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda bu Məcəllənin 70-ci maddəsinin “b” bəndi ilə işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilməzdən əvvəl işçi işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı müddətlərdə rəsmi xəbərdar edilməlidir: bir ilədək əmək stajı olduqda – azı iki təqvim həftəsi; bir ildən beş ilədək əmək stajı olduqda – azı dörd təqvim həftəsi; beş ildən on ilədək əmək stajı olduqda – azı altı təqvim həftəsi; on ildən çox əmək stajı olduqda – azı doqquz təqvim həftəsi.
27. Həmin Məcəllənin 77-ci maddəsinin 2-ci hissəsinə əsasən xəbərdarlıq müddəti ərzində hər iş həftəsində əmək haqqı saxlanılmaqla iş axtarmağa imkan yaradılması məqsədi ilə işçi azı bir iş günü əmək funksiyasının icrasından azad edilir.
28. Həmin Məcəllənin 77-ci maddəsinin 3-cü hissəsinə əsasən əmək müqaviləsi bu Məcəllənin 70-ci maddəsinin “a” və “b” bəndləri ilə ləğv edilərkən işçiyə işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı məbləğlərdə işdənçıxarma müavinəti ödənilir: bir ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqı miqdarında; bir ildən beş ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı 1,4 misli miqdarında; beş ildən on ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı 1,7 misli miqdarında; on ildən çox əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı iki misli miqdarında.
29. Həmin Məcəllənin 77-ci maddəsinin 4-cü hissəsinə əsasən işəgötürən işçinin razılığı ilə bu maddənin birinci hissəsi ilə müəyyən edilmiş azı iki təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 0,5 misli, azı dörd təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 0,9 misli, azı altı təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 1,4 misli, azı doqquz təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 2 misli və bu Məcəllənin 56-cı maddəsinin ikinci hissəsi ilə müəyyən edilmiş xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqından az olmamaqla əməkhaqqını bir dəfəyə ödəməklə müvafiq əsasla əmək müqaviləsinə xitam verə bilər. Bu halda xəbərdarlıq müddəti ərzində əmək müqaviləsinə xitam verilmiş işçilərə bu hissənin birinci cümləsində nəzərdə tutulmuş xəbərdarlıq müddəti əvəzinə verilən ödəniş xəbərdarlıq müddətinin ötmüş hissəsinə mütənasib olaraq azaldılır.
30. Həmin Məcəllənin 78-ci maddəsinin 1-ci hissəsinə əsasən müvafiq hallarda işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən müəyyən vəzifələr üzrə əmək funksiyasının icrası üçün tələb olunan ixtisasın (peşəsinin) və peşəkarlıq səviyyəsinin daha yüksəyinə malik olan işçilər işdə saxlanılır. İşçinin peşəkarlıq səviyyəsini işəgötürən müəyyən edir. İşəgötürən işçinin peşəkarlıq səviyyəsini müəyyən edərkən onun peşə hazırlığı səviyyəsinin yüksəldilməsini, yeni ixtisasa yiyələnməsini və ixtisasının artırılmasını nəzərə alır.
31. Həmin Məcəllənin 74-cü maddəsinin 2-ci hissəsinə əsasən əgər qanunsuz və ya əsassız işdən çıxarılmış işçi işinə bərpa olunması üçün məhkəməyə iddia ərizəsi ilə müraciət edərsə və məhkəmə tərəfindən iddiası təmin olunaraq işinə (vəzifəsinə) bərpa edilməsi haqqında qətnamə (qərar) qəbul edilərsə, onda işəgötürən tərəfindən məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi (qərarı) dərhal icra edilərək o, əvvəlki vəzifəsinə və ya razılığı ilə başqa vəzifəyə (işə) bərpa olunmalıdır. Bu zaman işə bərpa edilən işçinin yerinə götürülmüş işçi ilə bağlanmış əmək müqaviləsinə bu Məcəllənin 71-ci maddəsinin 1-ci hissəsində nəzərdə tutulmuş müvafiq araşdırmalar aparılmaqla xitam verilə bilər.
32. Həmin Məcəllənin 300-cü maddəsinin 1-ci hissəsinə əsasən əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər.
33. “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanunun 17.2-ci maddəsinə əsasən işəgötürənin təşəbbüsü ilə istehsalın səmərələşdirilməsi, əməyin təşkilinin təkmilləşdirilməsi, müəssisənin ləğv edilməsi, işçilərin sayının və ya ştatların ixtisar edilməsi ilə əlaqədar olaraq işçilərin sərbəstləşdirilməsi, Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulan hallar istisna olmaqla, müvafiq həmkarlar ittifaqı orqanlarına qabaqcadan (azı 3 ay əvvəl) yazılı məlumat verməklə, işçilərin hüquqlarının və mənafelərinin gözlənilməsi barədə onlarla danışıqlar aparılmaqla həyata keçirilir.
34. Həmin Qanunun 18.2-ci maddəsinə əsasən işçilərin sayı və ya ştatları ixtisar edildikdə işəgötürənlər işdən çıxarılacaq işçilərin peşəsini, ixtisasını və əməkhaqqının məbləğini göstərməklə, onların sərbəstləşdiriləcəyi barədə Azərbaycan Respublikasının Əmək Məcəlləsi ilə müəyyən edilən xəbərdarlıq müddətindən az olmayaraq əvvəlcədən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) rəsmi məlumat verməlidirlər. Bu məlumat Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallarda kağız daşıyıcıda, digər hallarda isə elektron informasiya sistemi vasitəsilə təqdim edilməlidir.
35. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 1-ci hissəsinin, 294 və 296-cı maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 30 iyul 2021-ci il tarixli Qərarına əsasən O da qeyd olunmalıdır ki, Əmək Məcəlləsinin 71-ci maddəsinin 1-ci hissəsinə müvafiq olaraq, işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən, o cümlədən işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edilərkən işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş tədbirlər görür.........Göründüyü kimi, işçilərin əmək hüquqlarının müdafiəsi məqsədi ilə qanunvericilikdə işəgötürən tərəfindən əmək müqaviləsi Əmək Məcəlləsinin 70-ci maddəsinin “a” və “b” bəndləri ilə ləğv edilərkən bir sıra təminatlar nəzərdə tutulmuşdur. Əmək hüquqlarının müdafiəsinə və əhalinin məşğulluğunun təmin olunmasına yönəlmiş dövlət siyasətini nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi vacib hesab edir ki, işəgötürən tərəfindən əmək müqaviləsi yuxarıda göstərilən əsaslarla ləğv edilərkən əmək qanunvericiliyinin göstərilən normalarının tələblərinə ciddi əməl edilməlidir.
36. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı "xxxx" ASC-də İqtisadiyyat və uçot idarəsinin Əsas fondların idarə olunması şöbəsinin rəisi vəzifəsində işləmiş, Azərbaycan Respublikası Prezidentinin Azərbaycan Dövlət X4 fəaliyyətinin təmin edilməsi ilə bağlı tədbirlər haqqında 17 noyabr 2023-cü il tarixli Fərmanının 5.2-ci bəndinə əsasən "xxxx" ASC çevrilmə yolu ilə yenidən təşkil edilərək İri şəhərlərin X10 Xidməti” X11 çevrilmiş və İri şəhərlərin X10 Xidməti” X9 təsdiq edilmiş strukturu və ştat cədvəlinə əsasən ştat vahidi ixtisar edildiyinə görə onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən xitam verilmişdir.
37. İşin məhkəmə tərəfindən müəyyən edilən hallarından görünür ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndi ilə xitam verilərkən qanunvericiliyin tələblərinə əməl olunmamışdır. Belə ki, qanunun yuxarıda göstərilən tələbinə əsasən iddiaçıya tutduğu ştatın ixtisara düşməsi barədə qanunvericiliyin tələbinə uyğun iki ay əvvəl işəgötürən tərəfindən xəbərdalıq olunsa da, lakin görünür ki, bu formal xarakter daşımışdır. Belə ki, qanunvericiliyin tələbinə əsasən işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən müəyyən vəzifələr üzrə əmək funksiyasının icrası üçün tələb olunan ixtisasın (peşəsinin) və peşəkarlıq səviyyəsinin daha yüksəyinə malik olan işçilər işdə saxlanılır. İşəgötürən iddiaçı ilə əmək müqaviləsinə xitam verilərkən işdə saxlanılan şəxlərlə ixtisar aparılmış şəxslər arasında hansı qaydada qiymətləndirmə aparması, işçilərin peşəkarlıq səviyyəsinin hansı formada müəyyən etməsi ilə bağlı heç bir sübut təqdim edə bilməmiş, əksinə illərdir həmin vəzifədə işləyən şəxslə bağlanmış əmək müqaviləsinə xitam verərək, həmin vəzifəyə kənar şəxsi təyin etmişdir. Halbuki, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi tərəfindən verilmiş Azərbaycan Dövlət X4 tabeliyindəki “İri Şəhərlərin X8 Xidməti” X13 fəaliyyətinin təşkili ilə bağlı bəzi tədbirlər haqqında xx.xx.2024-cü il tarixli 002/f nömrəli əmr verilərkən X12 vəzifəsini müvəqqəti icra edən qarşısında həll olunması qoyulan tələblərdən biri də ştat cədvəlinə uyğun əməkdaşların yerləşdirilməsi barədə təklifləri 1 ay müdddətinə aparatın rəhbərinə təqdim edilməsi olmuşdur. Lakin cavabdeh bu təkliflərin hazırlanması, qiymətləndirmənin aparılması ilə bağlı hər hansı sübut təqdim edə bilməmiş, cavabdehin şifahi mülahizəsinə əsasən qiymətləndirmənin aparıldığını bildirmişdir. Həmçinin, işçilərin sayı və ştat ixtisar edilərkən, iddiaçıya ixtisasına uyğun iş təklif edilməmişdir.
38. Digər tərəfdən məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçının işlədiyi əsas fondların idarə edilməsi şöbəsi ləğv edilmiş, onun yerinə isə həmin şöbənin funksiyalarını yerinə yetirən əsas fondların idarə edilməsi sektoru yaradılmış, şöbənin işçilərinin sayı 9, ixtisar olunduqdan sonra sektorun işçilərinin sayı isə 4 nəfər olmuşdur. Göründüyü kimi iddiaçının işlədiyi şöbə əslində ləğv olunsa da, lakin eyni funksiyanı idarə edən sektor yaradılmışdır.
39. Məhkəmə tərəflər arasında əvvəllər də məhkəmə çəkişməsinin olduğunu, əvvəl də iddiaçının əmək müqaviləsinə Əmək Məcəlləsinin eyni əsası ilə xitam verildiyini, lakin məhkəmə qərarı ilə əvvəlki işinə bərpa edildiyini nəzərə alaraq cavabdehin yenidən eyni əsaslarla iddiaçı ilə əmək müqaviləsinə xitam verməsini cavabdehin qərəzli mövqeyinin kimi qiymətləndirir. Belə ki, işlədiyi müddətdə dəfələrlə əmək funksiyasını yüksək peşəkərlıqla icra etdiyinə görə mükafatlandırmış işçisini, cavabdeh hər hansı dəyərləndirmə aparmadan ştat vahidinin ixtisara düşməsi ilə bağlı əmək müqaviləsinə xitam vermiş, yeni yaradılmış sektora kənar şəxsi təyin etmişdir. Həmçinin, cavabdeh əsas fondların idarə edilməsi sektorunun müdiri vəzifəsinə yeni təyin olunmuş müdirin peşəkarlıq səviyyəsinin daha yüksək olması ilə bağlı da sübut təqdim edə bilməmişdir.
40. Məhkəmə qeyd edilən əmək qanunverciliyinin tələblərini nəzərə alaraq hesab edir ki, iddia tələbi işə məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi hissəsində əsaslı olduğundan, təmin olunmalı və xx.xx.2024-cü il tarixindən işə bərpa olunduğu günə qədər məcburi iş buraxma müddəti üçün hesablanmış əmək haqqı “İri Şəhərlərin X8 Xidməti” X14 tərəfindən İddiaçı ödənilməlidir.
41. Bundan başqa iddiaçı iddia tələbində əmək haqqının gecikdirildiyi hər günə görə 1% miqdarında ödəniş ödənilməsini tələb etsə də, məhkəmə həmin hissədə iddianı əsaslı hesab etmir.
42. Belə ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 172.5-ci maddəsinə əsasən əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Bu hal əmək mübahisəsi yaratdıqda həmin mübahisə bu Məcəllənin «Əmək mübahisələri» bölməsində nəzərdə tutulan qaydada həll edilir. Həmin maddənin Qeyd hissədinə əsasən «işəgötürənin təqsiri üzündən gecikdirildikdə» dedikdə, əmək haqqının müəyyən edilmiş vaxt ərzində hesablanmaması, onun müvəkkil bankdan alınmaması, maliyyə və mühasibat uçotu əməliyyatlarının vaxtında aparılmaması nəticəsində, habelə bilavasitə işəgötürənin iradəsindən və imkanlarından asılı olan hallarda müəyyən edilən müddətdə işçilərə əmək haqqının ödənilməsi başa düşülməlidir.
43. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 11 aprel 2023-cü il tarixli Qərarında ifadə olunan mövqeyə əsasən qanunverici işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməsinin iki şərtini müəyyən etmişdir. İlk növbədə əmək haqqının verilməsi gecikdirilməli və bu gecikdirilmə işəgötürənin təqsiri üzündən baş verməlidir.......Əmək münasibətlərinin subyektlərin hüquq və mənafelərinin bərabərliyi prinsipi əsasında nizamlanmasını nəzərə alaraq, Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsində nəzərdə tutulmuş “hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir” müddəası fərdi əmək mübahisəsinin yarandığı hala da şamil edilir.
44. Hazırki mübahisə üzrə isə cavabdeh tərəfindən əmək haqqının verilməsinin gecikdirilməsi müəyyən edilmir, iddiaçı tərəfindən də həmin halı təsdiq edəcək hər hansı sübut təqdim edilməmişdir. Məhkəmə qeyd edir ki, cavabdeh iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2024-cü il tarixli əmrlə xitam vermiş, bunun hüquqi nəticəsi olaraq da iddiaçıya əmək haqqı ödənilməsini dayandırmışdır. Məhkəmə əmək müqaviləsinə xitam verilməsi ilə bağlı işçiyə əmək haqqı ödənilməsinin dayandırılmasını əmək haqqının gecikdirilməsi kimi qiymətləndirmir. Belə ki, qanunvericiliyin yuxarıda sadalanan normasından da göründüyü kimi əmək haqqının azı bir faizi məbləğində ödənc verilməsinin iki şərti müəyyən edilmişdir: əmək haqqının verilməsi gecikdirilməli və bu gecikdirilmə işəgötürənin təqsiri üzündən baş verməsi. Məhkəmə araşdırması zamanı birinci şərt, yəni cavabdehin əmək haqqının verilməsinin gecikdirilməsi sübut olunmadığından məhkəmə hesab edir ki, iddia həmin hissədə təmin oluna bilməz. Məhkəmə həmçinin qeyd edir ki, cavabdehin xx.xx.2024-cü il tarixli əmrinin qanunsuz olduğu nəticəsini gəldiyindən iddiaçıya məcburi işburaxmaya görə əmək haqqı ödənilməsi qənaətinə gəlmişdir.
45. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Azərbaycan Dövlət X4 tabeliyində “İri Şəhərlərin X8 Xidməti” X9 xx.xx.2024-cü il tarixli, 666-K nömrəli əmri ləğv edilməli, İddiaçı əvvəlki iş yerinə və vəzifəsinə bərpa edilməli, xx.xx.2024-cü il tarixdən işə bərpa edildiyi günə qədər məcburi iş buraxma müddəti üçün əmək haqqı hesablanaraq Azərbaycan Dövlət X4 tabeliyində “İri Şəhərlərin X8 Xidməti” X14 tərəfindən İddiaçı ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir.
V. Nəticə:
40. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 119, 216-220, 227, 233, 358, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ:
İddia qismən təmin edilsin. Azərbaycan Dövlət X4 tabeliyində “İri Şəhərlərin X8 Xidməti” X9 xx.xx.2024-cü il tarixli, 666-K nömrəli əmri ləğv edilsin. İddiaçı əvvəlki iş yerinə və vəzifəsinə bərpa edilsin. xx.xx.2024-cü il tarixdən işə bərpa edildiyi günə qədər məcburi iş buraxma müddəti üçün əmək haqqı hesablanaraq Azərbaycan Dövlət X4 tabeliyində “İri Şəhərlərin X8 Xidməti” X14 tərəfindən İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim: Ülkər Xəlil