Məhkəmə qərarları › İş №e-2(004)-5033/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №e-2(004)-5033/2022

20.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(004)-5033/2022 20.12.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əyyubov Fərid İlham oğlunun sədrliyi, X5 oğlunun katibliyi Cavabdeh Bakı Hərrac Mərkəzi MMC-nin nümayəndəsi X2 Müstəqil tələb irəli sürməyən 3-cü şəxs Bank BTB-nin nümayəndəsi X1 iştirakı ilə İddiaçı Qarayev Ramı̇ l Ramı̇ z oğlunun cavabdeh Bakı Hərrac Mərkəzı̇ " Məhdud Məsulı̇ yyətli Cəmı̇ yyətinə, müstəqil tələb irəli sürməyən 3-cü şəxslər "Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə və Bank BTB ASC-yə q̇arşı protokolun etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı Qarayev Ramı̇ l Ramı̇ z oğlunun cavabdeh Bakı Hərrac Mərkəzı̇ " Məhdud Məsulı̇ yyətli Cəmı̇ yyətinə, müstəqil tələb irəli sürməyən 3-cü şəxslər "Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə və Bank BTB ASC-yə q̇arşı protokolun etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İş üzrə məhkəmənin baxış iclası xx.xx.2022-ci il tarixə, saat 11:00-a təyin edilmişdir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barəsində məlumat verilmişdir. Lakin iddiaçı məhkəmə iclasında iştirak etməmiş və məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etməmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh işə mahiyyəti üzrə baxılmasını tələb etməmişdir. Azərbaycan Respublikası MPM-nin 259.0.7-cı maddəsinə əsasən, işə onun iştirakı olmadan baxmağı xahiş etməmiş iddiaçı məhkəmənin birinci çağırışında gəlmədikdə, cavabdeh isə işin mahiyyəti üzrə baxılmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Həmin Məcəllənin 260.1-ci maddəsinə əsasən iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır. Həmin Məcəllənin 260.6-ci maddəsinə əsasən iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardadından şikayət verilə bilər. Məhkəmə iş materiallarını nəzərdən keçirib hesab edir ki, iddiaçının nümayəndəsi məhkəmə iclasına gəlmədiyi üçün işin araşdırılması və mahiyyəti üzrə düzgün həll edilməsi mümkün deyildir. Cavabdeh isə işə mahiyyəti üzrə baxılmasını tələb etməmişdir. Ona görə də iddiaçı Qarayev Ramı̇ l Ramı̇ z oğlunun cavabdeh Bakı Hərrac Mərkəzı̇ " Məhdud Məsulı̇ yyətli Cəmı̇ yyətinə, müstəqil tələb irəli sürməyən 3-cü şəxslər "Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə və Bank BTB ASC-yə q̇arşı protokolun etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki iş baxılmamış saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259, 263, 264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddiaçı Qarayev Ramı̇ l Ramı̇ z oğlunun cavabdeh Bakı Hərrac Mərkəzı̇ " Məhdud Məsulı̇ yyətli Cəmı̇ yyətinə, müstəqil tələb irəli sürməyən 3-cü şəxslər "Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə və Bank BTB ASC-yə q̇arşı protokolun etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddiaçı tərəfindən ödənilmiş 100 manat məbləğində dövlət rüsumu özünə qaytarılsın. Qərardaddan surəti rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fərid Əyyubov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar