Məhkəmə qərarları › İş №e-2(004)-5053/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-5053/2023

12.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-5053/2023 12.12.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Sultanova-Məmmədova Ayşən Ramiz qızının sədrliyi, Qasımova Səmra Elçin qızının katibliyi, İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh4, Cavabdeh2 və Cavabdeh1 qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh4, Cavabdeh2 və Cavabdeh1 qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh3, Cavabdeh4, Cavabdeh2 və Cavabdeh1 21000 (iyirmi bir min) manat məbləğində pulun və iddiaçı tərəfindən ödənilmiş 153 (yüz əlli üç) manat məbləğində dövlət rüsumunun alınıb, İddiaçı verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı “MİDA” Yaşayış kompleksindən mənzil almaq üçün internetdən Cavabdeh4 tapmışdır. Cavabdeh Bakı şəhəri, Yasamal rayonu ərazisində Mənzil inşaatı Dövlət Agentliyinin (MİDA) tərəfindən inşa edilmiş sosial evlərdən ucuz qiymətə mənzil alınmasına kömək göstərəcəyini bildirmiş və iddiaçıya alması üçün 3 otaqlı bir mənzil tövsiyyə etmişdir. Mənzilin dəyərinin isə 21000 (iyirmi bir min) manat olduğunu bildirmişdir. İddiaçı cavabdehlə bir neçə müddət danışdıqdan sonra sözügedən mənzili almağa razılıq vermişdir. Belə ki, Cavabdeh3 təkrarən dələduzluqla, yəni özgənin əmlakını etibardən sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə tanışları Cavabdeh4, Cavabdeh2 və Cavabdeh1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş, İddiaçı Bakı şəhəri, Yasamal rayonu ərazisində mənzil vəd edib etibarından sui-istifadə etməklə aldadaraq İddiaçı 2020-ci ilin avqust ayında ünvan 1 ünvanında 3000 manat, həmin tarixdə qeyd edilən notariat ofisinin yanında 10,500 manat, ümumilikdə 21000 manat nağd pulunu aldatma və etibardən sui-istifadə etməklə ələkeçirərək zərər çəkmiş şəxsə 21000 manat, yəni xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmiş, eləcə də istintaqa məlum olmayan şəraitdə təkrarən qanunsuz hazırladıqları Mənzil İnşaat Dövlət Agentliyindən güzəştli şərtlərlə mənzil almaq hüququ verən digər rəsmi sənəd hesab olunan saxta müqaviləni istifadə etmək, yəni müvafiq dövlət qurumlarına təqdim etməsi məqsədi ilə İddiaçı qeyd edilən tarixdə həmin notariat ofisinin yanında təkrarən satmışdır. Beləliklə cavabdehlər, Cavabdeh3, Cavabdeh4, Cavabdeh2 və Cavabdeh1 İddiaçı ümumilikdə 21000 (iyirmi bir min) manat məbləğində maddi zərər vurmuşdurlar. Sonradan iddiaçıya məlum olmuşdur ki, cavabdehlər nəinki, iddiaçıdan, hətta başqa şəxslərdən də eyni qaydada mənzil almasına köməklik göstərmək adı ilə pul bir çox şəxsə xeyli miqdarda maddi zərər vurmuşdurlar. Hətta cavabdehlərin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.4, 32.4, 312.2 və 320.1-ci maddələri ilə təqsirləndirilənlərə dair Bakı Ağır Cinayətlər Məhkəməsində 1(101)-307/2022 saylı cinayət işi olmuşdur. Lakin cavabdehlər bu günə qədər iddiaçıdan aldıqları pulu geri qaytarmamışdırlar. Bu səbəbdən də hazır ki ərizə ilə məhkəməyə müraciət edirlər. İddiaçı nümayəndəsi və vəkili Vəkil xx.xx.2023-cü il tarixdə “Elektron Məhkəmə” sistemi vasitəsi ilə məhkəməyə ərizə ünvanlayaraq, hazırki mülki iş üzrə xx.xx.2023-cü il tarixində olan məhkəmə iclasında iştirakının mümkün olmadığını bildirmiş, məhkəmə iclasının başqa vaxta təxirə salınmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı Ağır Cinayətlər məhkəməsinin 1(001)-307-2022 saylı, xx.xx.2022-ci il tarixli hökmü ilə Cavabdeh2 verilmiş ittihamın ilk 20 epizodu üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.1-ci maddəsi ilə ilə təqsirli bilinərək cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyi üçün ona cəza təyin edilməmiş, Cavabdeh2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.4, 32.4, 312.2 və 320.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.4-ci maddələri ilə 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.4, 312.2-ci maddəsi ilə 07 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.1-ci maddəsi ilə 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Cavabdeh2 qəti olaraq 11 (on bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cavabdeh3 verilmiş ittihamın ilk 20 epizodu üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.1-ci maddəsi ilə ilə təqsirli bilinərək cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyi üçün ona cəza təyin edilməmişdir. Cavabdeh3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.4, 32.4, 312.2 və 320.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.4-ci maddələri ilə 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.4, 312.2-ci maddəsi ilə 07 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.1-ci maddəsi ilə 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Cavabdeh3 qəti olaraq 11 (on bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cavabdeh4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.4, 32.4, 312.2 və 320.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.4-ci maddələri ilə 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.4, 312.2-ci maddəsi ilə 07 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.1-ci maddəsi ilə 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Cavabdeh4 qəti olaraq 11 (on bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Real Əmlak Daşınmaz Əmlak Agentliyinin beh haqqında razılaşmasından görünür ki, beh verən – X1 ilə beh alan – X3 burada göstərilənlər barədə razılığa gəlmişdirlər: “Beh alan” mülkiyyət hüququ ilə ona məxsus olan, ünvan 2 ünvanında yerləşən və ümumi sahəsi 84 kv olan daşınmaz əmlakı 21000 (ilkin ödəniş) manata “Beh verən”ə satmağa, “beh verən” isə həmin əmlakı almağı öhdəsinə götürmüşdür. Tərəflər arasında alqı-satqı müqaviləsi 27 avqust 2020-ci il tarixdən gec olmayaraq rəsmiləşdirilməlidir. Alqı-satqı müqaviləsinin bağlanacağını təsdiq edən və icrasını təmin etmək məqsədi ilə “Beh verən” “Beh alan”a AR Mülki Məcəlləsinin 491 və 492-ci maddələri əsasında 3000 min manat məbləğində beh vermişdir, “Beh alan” isə həmin məbləği qəbul etmişdir. 08 yanvar 2021-ci il tarixli müqavilənin ləğvinə dair sazişdən görünür ki, Bakı şəhəri 14 saylı notariat ofisində xx.xx.2020-ci il tarixdə İddiaçı ilə Cavabdeh2 arasında reyestrdə 3M- 1870 nömrə ilə təsdiqlənmiş kredit müqaviləsi bağlanmışdır. Hazırki sazişlə qeyd olunan müqaviləyə xitam verirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, Cavabdeh3, Cavabdeh4, Cavabdeh2 öz qulluq mövqeyindən istifadə etməklə İddiaçı və başqa şəxslərə qarşı xeyli miqdarda ziyan vurmaqla dələduzluq cinayəti törətmiş və Bakı Ağır Cinayətlər məhkəməsinin 1(101)-307-2022 saylı, xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.4, 32.4, 312.2 və 320.1 maddələri ilə təqsirli bilinib məhkum edilmişdirlər. Bakı Ağır Cinayətlər məhkəməsinin 1(001)-307-2022 saylı, xx.xx.2022-ci il tarixli hökmündən görünür ki, məhkəmədə şahid qismində ifadə vermiş Cavabdeh1 ifadəsində göstərmişdir ki, adı Könül olsa da onu uşaqlıqdan Ləman deyə çağırırmışlar. O hüquqşünas olmaqla "xxxx" MMC-nin təsisçisi və rəhbəri olmuşdur. Həmin cəmiyyəti 2018-ci ildə təsis etmiş, cəmiyyətinin əsas işi təmir və tikinti işi ilə məşğul olmaq olmuşdur. O müxtəlif şəxslərin tikinti ilə bağlı sifarişlərini qəbul etmiş, həmin sifarişlər əsasında fərdi evləri təmir etmişdir. Cavabdeh2 2019-cu ildən makler İdris vasitəsi ilə tanımış və onunla tanışlıq münasibəti olmuşdur. Mətləb 2020-ci ilin sonlarında özünün Milli Təhlükəsizlik orqanlarında işlədiyini, xalası oğlunun isə Mənzil İnşaatı Dövlət Agentliyinin inşa etdiyi sosial evlərin satışı ilə məşğul olduğunu bildirmişdi. Mətləb özünün də Mənzil İnşaatı Dövlət Agentliyi ilə əlaqəsi və tanışlığının olduğunu, buna görə də Mənzil İnşaatı Dövlət Agentliyinin inşa etdiyi evlərin satışını həyata keçirdiyini demişdi. O özü də Mətləbdən ev almaq üçün ona pul vermişdir. Mətləb sosial ev almaq istəyən şəxsdən ilkin ödəniş olaraq təxminən 20.000-23.000 manat civarında ilkin ödəniş alır, sonra müştəriyə ev satdığını, müştərinin də qalan pulu bir neçə il müddətinə ödədiyini bildirirdi. Mətləb bu işi birlikdə görməyi təklif etmiş, ev satmaq istədiyi müştərilərə hüquqi izahlar verməsini ondan xahiş etmiş və hər müştəri üçün ona 500 manat verəcəyini demişdir. Mətləb ev satmaq istəyən müştəridən ilkin ödənişi notarial qaydada alacağını deyir, ona görə də ona da notariat kontoruna gəlməyini, notariat kontorunda müştərilərlə görüşməyini və onlara hüquqi məsləhətlər verməyini xahiş etmişdi. Mətləb müştəriləri ilə notariat kontorunda görüşür, müştəriyə ev satmaq adı ilə müştəridən pul alırdı. Mətləb onu da müştəriyə hüquqşünas kimi təqdim etmişdir. O da müştərilərə Mənzil İnşaatı Dövlət Agentliyindən ev almaq üçün hansı sənədləri toplamaq lazım olduğunu izah etmişdir. Mətləb də hər müştəridən aldığı puldan ona 500 manat pul vermişdi. Cavabdeh4 və Abbasov X2 görə tanısa da onların makler olduqlarını bilmiş və makler kimi tanımışdır. Mətləb cəmi 22 nəfər müştəridən aldığı puldan ona hər bir müştəriyə görə 500 manat pul vermişdir. Mətləb ona cəmi 11.000 manat pul vermiş və o da həmin pulu Mətləbə qaytarmışdır. Mənzil İnşaatı Dövlət Agentliyinin inşa etdiyi binalardan İddiaçı mənzil satılmasına köməklik etmək üçün ondan 7.500 manat pul almış, lakin köməklik edə bilməmişdir. Abdullayev Natiqin qohumları Aqil və Ayseli öz şirkətinə işə götürmək üçün ondan 3000 manat almış və sonra qaytarmışdır. Sonralar Mətləb tərəfindən hər kəsin aldadıldığını biləndən Emilə də, Babaya da və digər şəxslərə demişdir ki, gəlin gedib Mətləb barəsində müvafiq orqanlara şikayət edəyin, lakin heç kim getməmişdir. Gülnarəyə də məsləhət görmüşdür ki, Mətləbdən ev alsın, üzləşmədə də ondan soruşanda Gülnarədən pul aldığını etiraf etmişdir. Mətləblə müştərilər arasında bağlanan müqavilələrin məzmununu oxumamış, borc müqaviləsi olduğunu bilməmişdir. Göründüyü kimi cavabdehlər Cavabdeh3, Cavabdeh4 və Cavabdeh2 təqsirli hərəkətləri nəticəsində İddiaçı 21000 manat məbləğində ziyan vurulması təqdim edilmiş sübutlarla müəyyən olunmuşdur. Məhkəmə, cavabdehlər Cavabdeh3, Cavabdeh4 və Cavabdeh2 təqsirli hərəkətləri nəticəsində iddiaçıya maddi zərərin vurulmasının işdə olan sənədlərlə sübuta yetirildiyini nəzərə alaraq, hesab edir ki, iddiaçı ona dəymiş maddi zərərin ödənilməsini tələb etməkdə haqlıdır. Beləliklə, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh2 21000 (iyirmi bir min) manat məbləğində pul tutularaq İddiaçı ödənilməlidir. İddia qalan hissədə təmin edilməsin. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdehlər Cavabdeh3, Cavabdeh4 və Cavabdeh2 müştərək qaydada 21000 (iyirmi bir min) manat məbləğində pul və ödənilmiş 153 (yüz əlli üç) manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ayşən Sultanova-Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar