Məhkəmə qərarları › İş №e-2(004)-5055/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №e-2(004)-5055/2024

05.12.2024 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(004)-5055/2024 05.12.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Oruclu Aydan Adəm qızının sədrliyi, Məhkəmə iclasının katibi Allahverdiyeva Aytac Fizuli qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Ədliyyə Nazirliyinin Maliyyə Təminat İdarəsinin müvafiq qaydada qanunvericiliklə ona ödənilməsi gərəkən pul məbləğinin ƏMnin 172.5–ci maddəsinə istinadən həmin ödəncin məbləğin 15% faiz məbləğinin pulun verilməsini və ona dəymiş maddi ziyanla bərabər ümumilikdə 10000 (on min)azn məbləğinin ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.2022-ci ildə dövlət qulluğu imtahanı verərək Masallı rayon Məhkəməsində məsləhətçi (kompüter proqramçı) vəzifəsində çalışmağa başlamışdır. Çalışdığı dövr üzrə yaranmış olan əmək məzuniyyətindən istifadə edərək 10 iyul 2023-cü il tarixində 30 (otuz) təqvim günü müddətinə əmək məzuniyyətinə buraxılmışdır. xx.xx.2023-cü ildə əmək məzuniyyəti bitmişdir. X4 haqqında Qanunun 33.1.1-ci maddəsinə əsasən xx.xx.2023-cü ildə ərizə yazaraq xx.xx.2023-cü ildə işinə xitam verilməsini xahiş etmişdir. Ərizənin tarixinə əsasən Məhkəmənin sədri həmin tarixdə 50 (əlli ) nömrəli əmr ilə ərizəni əmrləşdirmiş, xx.xx.2024cü tarixli işinə xitam vermişdir. 154/2023 nömrəli əmr aidiyyəti üzrə Ədliyyə Nazirliyinin Maliyyə Təminat İdarəsinə poçt və elektron qaydada göndərmişdir. Buna istinadən xx.xx.2023-cü il tarixində ona sentyabr ayı üçün 890.32 azn məbləğində əmək haqqı köçürülmüşdür. xx.xx.2023-cü il tarixində isə çalışmış olduğu qalan iş gününün son əmək haqqısı 53.28 azn pul köçürülmüşdür. Əmək Məcəlləsinin 172.4-cü qeyd edilir ki,işçiyə işdən ayrıldığı gün ona bütün ödəncləri tam məbləğdə ödənilməlidir. Lakin onun işdən çıxıdığı zaman ona düşən son haqq hesab (istifadə etmədiyi dövr üzrə məzuniyyət təxmini 5 və ya 6 gün) pul məbləğində son ödənc ödənilməli idi. Qeyd edir ki, xx.xx.2024 cü il tarixində Masallı Məhkəməsindən çıxdığı gün yuxarıda qeyd etdiyi kimi ailə vəziyyətilə bağlı problemə görə işdən ayrılmışdır. Buna istinadən ona köçürülməyən haqqı olan məbləğ ucbatından kredit götürmək məcburiyyətində olmuş və ona maddi ziyan dəymişdir. xx.xx.2023-cü ildə isə Xaçmaz rayon Məhkəməsində ehtiyat kadr siyahısından çıxaraq həmin iş üzrə işə daxil olmuşdur. xx.xx.2023-cü ildən xx.xx.2024-cü il çalışdığı dövr ərzində yaranmış olan, lakin Əmək qanunvericiliyinə uyğun olaraq istifadə edə bilmədiyi qüvvədə olan məzuniyyət günlərinin məbləğidə yenə eyni qaydada ona işdən çıxdığı gün verilməmişdir. Son aylıq əmək haqqında gec yatırılmışdır. Ona haqqı olan xx.xx.2023-cü il və xx.xx.2024.-cü il tarixlərində köçürülməsi olan məbləğlər, təəssüf ki, xx.xx.2024-cü ildə birləşdirilərək hesabına köçürülmüşdür. Onun bu məsələsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 172.4 və 172.5-ci maddəsinə əsasən qeyd edilən hüquqları kobud şəkildə pozulmuşdur. Həmin Məcəllənin 178.1-ci maddəsinə əsasən işəgötürən maliyyə vəziyyətindən asılı olmayaraq işçiyə onun gördüyü işin müqabilində müəyyən edilmiş əmək haqqını bu Məcəllənin 172-ci maddəsi ilə müəyyən edilmiş müddətlərdə ödəməyə borcludur. İşçiyə aylıq əmək haqqının ödənilməməsində təqsirkar olan işəgötürən qanunvericilikdə nəzərdə tutulan qaydada müvafiq məsuliyyətə cəlb edilməlidir. Məlumdur ki, məhkəmələrin maliyyə vəziyyəti və təminatı həmin tarix üzrə Ədliyyə Nazirliyinin tərkibində müəyyən edilmişdir. Yuxarıda qeyd etdiklərini də Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsinin şərh edilməsinə dair Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun Qərarı ilədə təsdiqlənmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi işə götürən qismində Respublika ərazisində bütün yerli instansiya məhkəmələrinin maddi texniki bazasını və işçilərin əmək haqqlarının təmin edilməsi ilə mükəlləfdir. O cümlədən, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr və X1 və X2 haqqında Konvensiyanın 44-cü maddəsinin və İ protokola əsasən qəbul edilmiş bu məsələyə dair qərarlar mövcuddur. Qeyd edir ki, xx.xx.2024-cü il tarixli müvafiq əmrlə çıxmış və ona Əmək Məcəlləsinin 172.4-cü maddəsinə əsasən ödənilməsi gərəkən məbləğ verilməmiş və Əmək Məcəlləsinin tələblərinə uyğun olaraq İşəgötürən ona qarşı öhdəliyini ödəməmişdir. Xaçmaz rayon Məhkəməsinə işə daxil olduğuna görə orada yaşayış evi olmadığından orda kirayədə qalmaq məcburiyyətində qalmışdır. Əvvəla demək istəyir ki, tanışı olan bir nəfər ilə razılaşaraq, onun evində 100 azn məbləğində pul ödəməklə qalacaqmış, təəssüflər olsun ki, əlində maddi bir şey olmadığından Azərbaycan Beynəlxalq Bankından Kredit götürmüş, əlavə olaraqda həmin ev, təəssüf ki, digər şəxsə verilmişdir. O isə daha yüksək məbləğli evdə qalmaq məcburiyyətində qalmışdır. Həmin evin pulu isə aylıq 450 azn məbləğdə oldu. Bu isə onun aylıq gəlirinə çox ziyan verdi. Yəni 450 azn əlavə komunal xərclər ayda 600 azn qədər gəldi. Onun gəliri isə 890 azn məbləğini nəzərə alsaq cətin dönəm yaratmışdır. Sözügedən cavabdeh nə Masallı rayon Məhkəməsində bağlanmış əmək müqaviləsi üzrə öhdəliyini, nə də Xaçmaz rayon Məhkəməsində bağlanmış Əmək Müqaviləsin üzrə öhdəliyini ödəməmişdir. Bir sözlə məsuliyyətsizlik edərək onun hüquqlarını iki dəfə pozmuşdur. Yenə onların ucbatından yenidən borc götürmüşdür. Bunların dəlil subutlarını təqdim edəcəkdir. Daha sonra İddiaçı elektron kabinet vasitəsi ilə məhkəməyə ərizə verərək, AR-nın Konstitusuyasının 130-cu maddəsinə əsasən xx.xx.2022-ci il Yasamal rayon Məhkəməsinin oxşar iş üzrə çıxardığı qətnamə (iddiaçının xeyrinə və qismən təmin olunma ) cavabdeh tərəfindən Bakı Apellyasiya məhkəməsinə şikayət əsasında daxil olmuş və Əmək Məcəlləsinin 172.5-ci maddəsinin şərh olunması zərurəti yarandığından məhkəmə KM-nə müraciət etmiş və müvafiq qaydada qanunun həmin maddəsi şərh olunaraq iddianın təmin olunmasının düzgün mövqeləri açıqlanmışdır. Əlavə olaraq həmin qətnamənin işə əlavə olunmasını xahiş edirəm. Əlavə olaraq bildirirəm ki, Beynəlxalq əmək hüququ sahəsində ilk müqavilələr XİX əsrin başlanğıcında bağlanıb. Beynəlxalq hüququn istənilən digər sahəsində olduğu kimi, beynəlxalq əmək hüququnun subyektləri dövlətlər, habelə beynəlxalq təşkilatlar, müstəqillik uğrunda mübarizə aparan millətlər və dövlətəbənzər qurumlardır. Azərbaycan Respublikası 1992-ci ilin may ayından etibarən BƏT-in tam hüquqlu üzvüdür. Buna istinadən oxşar Konvensiyalarda işçinin leyhinnə qərarlar qəbul edilmiş və ən əsası işçinin əmək haqqının vaxtında verilməsini və işçinin sosial vəziyyətinə təsir göstərən mənfi amillərin aradan qaldırılması istiqamətində daima işlərin görülməsi aydın olur. Təssüf ki , cavabdeh bu qanunları və bu istiqamətdə Azərbaycan nüfuzunu aşağı salmış və işçi hüquqlarını kobud şəkildə pozmuşdur. Onun işi üzrə İşəgötürən öz öhdəliklərini tam qaydada ödəsədə İşəgötürən təşkilatın maliyyə məsələsi üzrə təşkilata nəzrət Maliyyə Təminat öz məktubunda obyektiv cavab verməmiş və mənə süni qanunna uyğun olmayann sözlərlə cavab vermişdir. İş üzrə məhkəmə prosesinə qədər qeyri rəsmi zənglər daxil olmuş və iş üzrə yalan məlumatlandıma halları da baş vermişdir. Hörmətli hakim cavabdeh tək bu məsələdə deyil bir neçə nöqsanlara yol verərək öz öhdəliyini yerinə yetirməmişdir. Məsələn məzuniyyət pulunu belə düzgün hesablamamış və qeyri qanuni hesablamalar çərçivəsində məzuniyyət son haqq hesab məbləğini düzgün yatırmamışdır. Son olaraq onu qeyd etmişdir ki, Əmək Məcəlləsinin 83.4 -cü , 135.2 -ci 144.2-ci və 172.4-cü maddələrini kobud şəkildə pozmuş və xx.xx.2024-cü il müvafiq əmrə əsasən işdən çıxmağıma baxmayaraq həmin gün ödənilməsi lazım olan əmək haqqını və istifadə etmədiyi əmək məzuniyyət (konpensasiya) məbləği ödəməmişdir. Masallı rayon Məhkəməsində çalışdığı dövr üzrə son haqq hesab, Xaçmaz rayon məhkəməsində 15 iyun əmək haqqı və son haqq hesab məbləğiini ödəməmişdir. İddia tam təmin olunmasını əsaslı hesab edir. Çünki cavabdeh onunla sanki qərəzli mövqe aparırmış kimi 3 Əmək məcəlləsi üzrə xətalar etmiş və öz nüfuzu üzrə Həm qanunları həm məcəlləyi həmdə Beynəlxalq hüquq nomlarını pozmuşdur. İddia ərizəmin xahiş edirəm hissəsinə açıqlama gətirərək Masallı rayon Məhkəməsində işdən çıxıdığı xx.xx.2024-cü ildən xx.xx.2024-cü il gecikdirilmiş 132 təqvim günü üçün 3564 azn, Xaçmaz rayon məhkəməsi üzrə işdən çıxarkən ödənilməsi lazım olan (ay ərzindəki əmək haqqı) geçikdirilmiş və 16 təqvim günü sonra ödənən məbləğ üzrə 720 azn və Xaçmaz rayon məhkəməsi üzrə ödənilməsi gərəkən istifadə olunmamış əmək məzuniyyəti (kompensasiya) geçikdirilmiş 26 təqvim günü üzrə 1092 azn məbləği yuxarıda sadalanan məbləğin cəmi 5376 azn digər maddi ziyana görə isə 10000 azn məbləğinin cavabdehdən alınaraq ona veriməsi barəsində qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra İddiaçı elektron kabinet vasitəsi ilə məhkəməyə ərizə verərək, AR-nın Konstitusiyasının 130-cu maddəsinə əsasən xx.xx.2022-ci il Yasamal rayon Məhkəməsinin oxşar iş üzrə çıxardığı qətnamə (iddiaçının xeyrinə və qismən təmin olunma) cavabdeh tərəfindən Bakı Apellyasiya məhkəməsinə şikayət əsasında daxil olmuş və Əmək Məcəlləsinin 172.5-ci maddəsinin şərh olunması zərurəti yarandığından məhkəmə KM-nə müraciət etmiş və müvafiq qaydada qanunun həmin maddəsi şərh olunaraq iddianın təmin olunmasının düzgün mövqeləri açıqlanmışdır. Əlavə olaraq həmin qətnamənin işə əlavə olunmasını xahiş edir. Əlavə olaraq bildirir ki, Beynəlxalq əmək hüququ sahəsində ilk müqavilələr XİX əsrin başlanğıcında bağlanıb. Beynəlxalq hüququn istənilən digər sahəsində olduğu kimi, beynəlxalq əmək hüququnun subyektləri dövlətlər, habelə beynəlxalq təşkilatlar, müstəqillik uğrunda mübarizə aparan millətlər və dövlətə bənzər qurumlardır. Azərbaycan Respublikası 1992-ci ilin may ayından etibarən BƏT-in tam hüquqlu üzvüdür. Buna istinadən oxşar Konvensiyalarda işçinin leyhinə qərarlar qəbul edilmiş və ən əsası işçinin əmək haqqının vaxtında verilməsini və işçinin sosial vəziyyətinə təsir göstərən mənfi amillərin aradan qaldırılması istiqamətində daima işlərin görülməsi aydın olur. Təssüf ki , cavabdeh bu qanunları və bu istiqamətdə Azərbaycan nüfuzunu aşağı salmış və işçi hüquqlarını kobud şəkildə pozmuşdur. Qeyd etmək lazımdır ki, onun işi üzrə işəgötürən öz öhdəliklərini tam qaydada ödəsə də, işəgötürən təşkilatın maliyyə məsələsi üzrə təşkilata nəzarət Maliyyə Təminat öz məktubunda obyektiv cavab verməmiş və ona süni qanuna uyğun olmayan sözlərlə cavab vermişdir. İş üzrə məhkəmə prosesinə qədər qeyri rəsmi zənglər daxil olmuş və iş üzrə yalan məlumatlandırma halları da baş vermişdir. Cavabdeh tək bu məsələdə deyil, bir neçə nöqsanlara yol verərək öz öhdəliyini yerinə yetirməmişdir. Məsələn onun məzuniyyət pulunu belə düzgün hesablamamış və qeyri qanuni hesablamalar çərçivəsində məzuniyyət son haqq hesab məbləğini düzgün yatırmamışdır. Son olaraq onu qeyd edir ki, Əmək Məcəlləsinin 83.4-cü , 135.2 -ci 144.2-ci və 172.4-cü maddələrini kobud şəkildə pozmuş və xx.xx.2024-cü il müvafiq əmrə əsasən işdən çıxmağına baxmayaraq həmin gün ödənilməsi lazım olan əmək haqqını və istifadə etmədiyi əmək məzuniyyət (konpensasiya) məbləği ödəməmişdir. Masallı rayon Məhkəməsində çalışdığı dövr üzrə son haqq hesab , Xaçmaz rayon məhkəməsində 15 iyun əmək haqqı və son haqq hesab məbləğini ödəməmişdir. İddia tam təmin olunmasını əsaslı hesab edir. Çünki cavabdeh onunla sanki qərəzli mövqe aparırmış kimi 3 Əmək məcəlləsi üzrə xətalar etmiş və öz nüfuzu üzrə həm qanunları, həm məcəlləyi, həm də Beynəlxalq hüquq normalarını pozmuşdur. İddia ərizəsinin “xahiş edirəm” hissəsinə dəyişiklik etmək istəmiş, çünki bu barədə ƏƏSMN-nə rəsmi müraciət etmişdir və onlar ona məzuniyyətdə olduğu dövründə son haqq hesaba daxil olduğunu bildirmişdilər. Buna istinadən əvvəlki ərizədə ki, 5 təqvim günü qalan istifadə olunmamış məzuniyyət gününün 7.5 dəyişdirilməsini və buna istinadən Masallı rayon Məhkəməsində işdən çıxdığı xx.xx.2024-cü ildən xx.xx.2024-cü il gecikdirilmiş 132 təqvim günü üçün 7.5 günlük məzuniyyət haqqının (1094.50/30.4*15*132 ) 5336.71 azn, Xaçmaz rayon məhkəməsi üzrə işdən çıxarkən ödənilməsi lazım olan (ay ərzindəki əmək haqqı) geçikdirilmiş və 16 təqvim günü sonra ödənən məbləğ üzrə 720 azn və Xaçmaz rayon məhkəməsi üzrə ödənilməsi müvafiq istifadə olunmamış əmək məzuniyyəti (kompensasiya) geçikdirilmiş 26 təqvim günü üzrə 1092 azn məbləği yuxarıda sadalanan məbləğin cəmi 7.148.71 azn digər maddi ziyana (Əmək hüququnun pozulmasına) görə isə 10000 azn məbləğinin ümumilikdə isə 17.148.71 (on yeddi min yüz qırx səkkiz yetmiş bir qəpik) cavabdehdən alınaraq ona verilməsi barəsində qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra İddiaçı elektron kabinet vasitəsi ilə məhkəməyə ərizə verərək, iddiaçı olduğu e-2(004)-5055/2024 nömrəli iş üzrə Masallı rayon Məhkəməsində son iş günü xx.xx.2023-cü il tarixdə ödəlinməsi gərəkən məbləğin, o cümlədən Xaçmaz rayon Məhkəməsində sonuncu iş günü xx.xx.2024-cü il tarixində verilməsi gərəkən məbləğin hər ikisinə ayrılıqda 30 faiz olaraq Əmək Məcəlləsinin 83.4, 144, 172.4 və 172.5-ci maddələrini rəhbər tututaraq Məhkəmənin qanuni qüvvəyə minəcək qətnaməsinə qədər olan müddətə qədər cavabdehdən tutulub ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra İddiaçı elektron kabinet vasitəsi ilə məhkəməyə ərizə verərək, pozulmuş hüquqlarının bərpası üçün ilk öncə xx.xx.2024-cü il tarixində Ədliyyə Nazirliyinə müraciət etmişdir. Müraciəti Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 197-ci maddəsinin (İşəgötürən işçinin ərizəsində göstərdiyi iddiasını araşdırmalı və 15 gün müddətində müvafiq qərar qəbul edərək ona yazılı cavab verməlidir.) tələblərinə uyğun olaraq 15 gün müddətinə cavab verilməsi məktuba məsuliyyətsiz yanaşaraq xx.xx.2024-cü il tarixində cavab vermişdir. İlk öncə qeyd edir ki, ilk başda məsələni öz səlahiyyətləri çərcivəsində həll edilməsi üçün ilk addımı ataraq bu məsələnin həll olması xahişini və dəymiş olan ziyanın pul məbləğində (10.000) manat tələb etmişdir. Qarşı tərəf buna məhəl qoymadan özünün ciddi şəkildə etmiş olduğu qanuna zidd hərəkətlərinə bəraət qazandırmışdır. Sonra isə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 197-ci maddəsinin (İşçi, bütövlükdə və qismən işəgötürənin qərarı ilə razılaşmadıqda, habelə müəyyən edilmiş müddət ərzində ona yazılı cavab verilmədikdə dəyən ziyanın ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edə bilər.) tələblərinə uyğun olaraq müraciət etmək istəmişdir. xx.xx.2024-cü il tarixində Bakı şəhərinə mediasiya prosesində iştirak etmək üçün gəlmişdir. Lakin, qarşı tərəf gəlməmişdir. Hüquqlarının saymazyana açığ-aşkara tapdalanması və yanaşma tərzləri xoşagələn deyildi. Bu isə onu hüquqlarının bərpası üçün ədalət mühakiməsi fəaliyyəti həyata keçirən Məhkəmə orqanına müraciət etmə məcburiliyini yaratmışdır. Yuxarıda sadaladığı proseslər uzun və çəkişmə prosesinə zəmin yaratmış və onu mənəvi və inam sarsıntısına və bu səbəbdən həm əmək fəaliyyətinə, həm də daxili izdiraba səbəb olan ciddi problemlərə üzləşmişdir. Bu səbəbdən ailədə və əmək fəaliyyətində ciddi problemlər yaşamışdır. Buda ona mənəvi ziyan vurmuşdur. Əlavə olaraq qeyd etmək istəyir ki, bu məsələnin ən başlıca bu yerə çatmasının səbəbi cavabdehin məsələni süründürməçilik halına gətirib çıxarmasıdır. Qeyd edir ki, işin məhkəmə icraatına daxil olana qədər ki zaman müddətində işin həlli istiqamətində cavabdeh heç bir hüquqi tədbir görməmiş əksinə iddianın rədd edilməsini xahiş etmişdir. Bundan belə görünür ki, cavabdeh öz mövqeyini insan və vətəndaş hüquqlarının qorunması istiqamətində deyil, bunun əksinə daha işi çətinliyə sürükləyir. Azərbaycan Respublikasının Konstitusiyasında qeyd edilir ki, İnsan və vətəndaş hüquq və azadlıqları dövlətin ali məqsədidir. Qarşı tərəf öz mövqeyində bu hüquqları pozaraq sözü gedən insan və vətəndaş hüquq və azadlıq prinsipini və o cümlədən qanunvericiliyin tələblərini pozmuşdur. Qeyd edir ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 172.5-ci maddəsinə Əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Bu hal əmək mübahisəsi yaratdıqda həmin mübahisə bu Məcəllənin «Əmək mübahisələri» bölməsində nəzərdə tutulan qaydada həll edilir. Əmək Məcəlləsinin 83-ci maddəsinin 4-cü bəndinə əsasən Əmək müqaviləsinə xitam verilmiş işçiyə son haqq-hesab (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əməkhaqqı və digər ödəmələr) sonuncu iş günü ödənilməlidir. Cavabdeh 30 sentryabr 2023-cü il tarixdə son iş günü olmasına baxmayaraq nə onun aylıq əmək haqqı olan 1094.50 (min doxsan dörd əlli qəpik) olan əmək haqqını geçikdirmiş, nə də son haqq hesabını verməmişdir. Buna istinadən cavabdehin onun xx.xx.2023-cü il tarixli ödənilməli olan 1094.50 (min doxsan dörd əlli qəpik) olan aylıq əmək haqqı təqdim etdiyi çıxarışdan göründüyü kimi xx.xx.2023-cü il tarixində köçürülmüşdür. O cümlədən son haqq hesab (istifadə edilməyən əmək məzuniyyəti) eyni qaydada son iş günü xx.xx.2024-cü il tarixində xx.xx.2023-cü il tarixindən xx.xx.2024-cü il tarixinədək yararanan 7(yeddi ) təqvim günü məzuniyyət 243 manat məbləğini xx.xx.2024cü il tarixində Xaçmaz rayon Məhkəməsində yaranan məzuniyyət hüququnun (8 gün) ilə birlikdə vermişdir. Çıxarışdan və digər məlumatlardan göründüyü kimi cavabdeh Masallı Rayon Məhkəməsində işlədiyi dövr üzrə ona həm son haqq hesabı və əmək haqqını geçikdirmişdir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 11 aprel 2023-cü il tarixli Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsinin şərh edilməsinə dair plenum qərarına da Əmək Məcəlləsinin 178-ci maddəsinin 1-ci hissəsində işəgötürənin maliyyə vəziyyətindən asılı olmayaraq işçiyə onun gördüyü işin müqabilində müəyyən edilmiş əmək haqqının bu Məcəllənin 172-ci maddəsi ilə müəyyən edilmiş müddətlərdə ödəməyə borclu olduğunu təsbit etmişdir. O cümlədən Azərbaycan Respublikasının 2-1(102)- 1113/2023 və 2(102)-104/2024 nömrəli mülki işləri üzrə qətnamələrində bu məsələlər üzrə oxşar anoloji işlərə baxılmış və onun tələbi üzrə iddialar təmin edilməsi barədə qətnamələr çıxarılmışdır. 2(004)-65/2022 nömrəli, 03 avqust 2022nömrəli üzrə ilkin Yasamal Məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 83.2, 172.1, 178.1 və 172.5-ci, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 119.1və 217.4-cü maddələrinə, «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddəsinin şərhedilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2002-ci il tarixli Qərarına istinad edərək əsaslandırmışdır. Həmin qətnamədən şikayət verən cavabdehin şikayətinə baxan Bakı apellyasiya və son olaraq Ali Məhkəmənin 2(102)-104/2024 iş üzrə qərarı ilə ilkin 2(004)-65/2022 nömrəli, 03 avqust 2022- nömrəli üzrə ilkin Yasamal Məhkəməsinin qərarı qanuni qüvvədə qalmış və iddiaçının iddiası təmin edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23cü maddəsinin şərhedilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2002-ci il tarixli Qərarına istinad edərək Hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Cavabdeh həm Azərbaycan Respublikasının Konstitusiyasında göstərilən insan və vətəndaş hüquqlarının pozulmasına, o cümlədən, Azərbaycan Respublikasının tərəfdar çıxdığı Beynəlxalq hüququ normalarına , X3 göstərilən əmək hüquqlarına zidd hərəkət edərək işci hüquqlarının pozulmasına gətirən hərəkətlər etmişdir. Cavabdehin yol verdiyi hərəkət və ya hərəkətsizliklər maddi ziyan və mənəvi ziyana gətirib çıxaran səbəblərə yol açmışdır. Azərbaycan Respublikasının Konstitusiyada əsas insan və vətəndaş hüquqları və azadlıqların sırasında fərdin sosial, siyasi, iqtisadi hüquqlarının, eləcə də azadlıqları və təhlükəsizliyinin dövlət tərəfindən qorunması və müdafiəsi demokratik və hüquqi dövlətə xas olan təminatlar kimi öz əksini tapmaqla fərdin, cəmiyyətin, həmçinin dövlətin hərtərəfli inkişafına təkan verən amillərdən hesab olunur. Mülki Məcəllənin 21 -ci maddəsinə əsasən cavabdehin iş üzrə süründürməçilik və işə məsuliyyətsiz yanaşması mənim həm ailə həm şəxsi həmdə əmək həyatıma ciddi təsirlər göstərmiş və mənəviyyatıma və çəktiyim izdiraba yol açan səbəblər ilə nəticələnmişdir. Bunu sizə təqdim edəcəyim müvafiq xəstəxana arayışından da məlum olduğu kimi şüur altı təzyiqə və sağlamlığına təsir göstərmişdir. Cavabdehdən tələb məbləğin maddi və mənəvi zərəri özündə cəmləşdirdiyini qeyd etmək istəyir. 1. Cavabdeh ona geçikdirilmiş sentyabr (2023-cü il ) ayı üzrə son iş günüm (xx.xx.2023 ) üçün 1094.50 (min doxsan dörd qəpik ) azn geçikdirilməsinə görə Məcəlləinin 172.5-ci maddəsinə əsasən faiz ödəməmişdir. 1-1 İlk olaraq Masallı rayon Məhkəməsində sonuncu iş günü üzrə geçikdirilmiş məbləğin (1094.50) geçikdirilmiş hər gün üçün 10 faizini 109.45 (yüz doqquz manat qırx beş qəpik ) məbləğinin hesablanaraq məhkəmənin qanuni qətnaməsinin qüvvəyə mindiyi günə qədər cavabdehdehdən alınıb ona verilməsini xahiş edir. 1-2 Masallı rayon Məhkəməsində son iş günü xx.xx.2024-cü il tarixində xx.xx.2023-cü il tarixindən xx.xx.2023-cü il tarixinədək yaranan 7 (yeddi ) təqvim günü məzuniyyət günün 252.02 (iki yüz əlli iki manat sıfır iki qəpiyin) manat məbləğininin geçikdirilmiş hər gün üçün 10 faizini 25.20 (iyirmi beş manat 20 qəpik) məbləğinin hesablanaraq məhkəmənin qanuni qətnaməsinin qüvvəyə mindiyi günə qədər cavabdehdən alınıb ona verilməsini xahiş edir. 2. Xaçmaz Rayon Məhkəməsində çalışdığı dövr ərzində xx.xx.2023-cü il – xx.xx.2024 cü il tarixinə qədər yaranan istifadə edilməmiş 8 (səkkiz ) təqvim günü yaranan məzuniyyət hüququnun son haqq hesabda verilməməsi həmin təqdim olunan çıxarışdan görünür. Əlavə olaraq xx.xx.2024 -cü il tarixində yanvar ayı (2024) üzrə əmək haqqımı yəni 346.90 (üç yüz qırx altı manat doxsan qəpik) eyni qaydada geçikdirmiş xx.xx.2024-cü il tarixində verilməsi müvafiq əmək haqqını xx.xx.2024-cü il tarixində vermişdir. 2-1 İlk olaraq, Xaçmaz Rayon Məhkəməsində sonuncu iş günü üzrə geçikdirilmiş məbləğin (346.90) geçikdirilmiş hər gün üçün 10 faizini 34.69 (otuz dörd manat doxsan qəpik) məbləğinin hesablanaraq məhkəmənin qanuni qətnaməsinin qüvvəyə mindiyi günə qədər cavabdehdən alınıb ona verilməsini xahiş edir. 2-2 Xaçmaz rayon Məhkəməsində xx.xx.2024-cü il tarixində xx.xx.2023-cü il tarixindən xx.xx.2024-cü il tarixinədək yaranan 8 (səkkiz) təqvim günü məzuniyyət günün 391.32 (üç yüz doxsani bir manat otuz iki qəpik) manat məbləğininin geçikdirilmiş hər gün üçün 10 faizini 39.13 (otuz doqquz manat on üç qəpik) məbləğinin hesablanaraq məhkəmənin qanuni qətnaməsinin qüvvəyə mindiyi günə qədər cavabdehdən alınıb ona verilməsini xahiş edir. Cavabdehin nümayəndəsi Nümayəndə elektron kabinet vasitəsi ilə məhkəməyə etiraz ərizəsi ilə müraciət edərək, İddiaçı cavabdeh Ədliyyə Nazirliyinə qarşı “pul tələbinə dair” iddia ərizəsinin rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı Ədliyyə Nazirliyinə qarşı pul tələbinə dair daxil olmuş iddiasına baxılmışdır. Qeyd olunur ki, İddiaçı xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək Masallı Rayon Məhkəməsində, xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək isə Xaçmaz Rayon Məhkəməsində məsləhətçi (kompüter proqramçısı) vəzifəsində çalışmış, hər iki məhkəmədən öz arzusu ilə dövlət qulluğuna xitam verilmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, əmək müqavilələrinə xitam verildiyi vaxt Ədliyyə Nazirliyi tərəfindən onunla son haqq-hesab vaxtında aparılmamış, ödənişlər düzgün hesablanmamış, bununla da ona maddi ziyan dəymişdir. Bildirilir ki, İddiaçı xx.xx.2023-cü il tarixdə dövlət qulluğuna xitam verilməsi barədə Masallı Rayon Məhkəməsinin əmrində işçi ilə son haqq-hesabın aparılması üçün əsas (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əməkhaqqı və digər ödəmələr) olmadığından müvafiq tədbirlərin görülməsinə dair bənd də olmamışdır (əmr və elektron portaldan çıxarış əlavə olunur). Eyni zamanda qeyd olunur ki, xx.xx.2023-cü il tarixi bazar gününə təsadüf etdiyindən iddiaçının dövlət qulluğuna xx.xx.2023-cü il tarixdə xitam verilmiş və bu səbəbdən də 1 və 2 oktyabr tarixləri üzrə əmək haqqı hesablanmamışdır. İddia ərizəsində son haqq-hesabın aparılması barədə Masallı Rayon Məhkəməsinin əmrinin Ədliyyə Nazirliyinə göndərilməsi qeyd olunsa da, belə bir sənədin rəsmi daxil olması tərəflərindən aşkarlanmamış, iddiaçı tərəfindən də təqdim olunmamışdır. Bu səbəbdən də İddiaçı xx.xx.2023-cü il tarixdə son haqq-hesab deyil, yalnız sentyabr ayı üzrə əməkhaqqı ödənilmişdir. İddiaçı işdən çıxdıqdan 3 gün sonra - xx.xx.2023-cü il tarixdə Xaçmaz Rayon Məhkəməsində məsləhətçi (kompüter proqramçısı) vəzifəsinə dövlət qulluğuna qəbul olunmuş, xx.xx.2024-cü il tarixdə isə ərizəsinə əsasən əmək müqaviləsinə xitam verilmişdir. Bu əmr xx.xx.2024-cü il tarixdə məhkəmənin rəsmi elektron poçtu vasitəsilə Maliyyə və təminat idarəsinə daxil olmuşdur (müvafiq sənədlər əlavə olunur). Göstərilənlərlə əlaqədar iddiaçının işdən çıxdığı gün - xx.xx.2024-cü il tarixdə onunla son haqq-hesabın aparılması imkan xaricində olmuş, Xaçmaz Rayon Məhkəməsinin təqdim etdiyi davamiyyət cədvəlinə əsasən 6 iş gününə görə 300,31 manat əməkhaqqı hesablanaraq ödəniş tapşırığı verilmiş və müvafiq bank tərəfindən xx.xx.2024cü il tarixdə İddiaçı kart hesabına köçürülmüşdür. Bu zaman, həmçinin İddiaçı Masallı Rayon Məhkəməsində işləyərkən istifadə etmədiyi 7 gün (xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək olan iş ili üzrə sonuncu tarixdən xx.xx.2023-cü il tarixədək olan dövr üzrə 3 ay), Xaçmaz Rayon ə əməsındə isə işlədiyi 3 ay 10 gün üçün 8 təqvim günü (xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək) müddətində kompensasiya hesablanaraq cəmi 15 gün üçün 502.30 manat ödənilmişdir. Qeyd olunanlar barədə İddiaçı Nazirliyin Maliyyə və təminat idarəsi tərəfindən verilən cavab məktubunda, həmçinin mediasiya sessiyası zamanı bildirilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002- ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. İddiaçı iddia ərizəsində müvafiq ödənişlərin xx.xx.2023-cü il tarixdə deyil, 2 gün sonra verilməsinin onu maddi ziyana salması və bununla əlaqədar bankdan kredit götürülməsi ilə nəticələndiyini vurğulayır. Hesab edirlər ki, bu hal əsaslı hesab oluna bilinməz. Belə ki, xx.xx.2023-cü il tarixdə ona sentyabr ayı üzrə əməkhaqqı ödənilmiş, son haqq-hesabı əmrdə qeyd olunmamış, 1 oktyabr tarixi qeyri iş gününə, 2 oktyabr tarixi isə dövlət qulluğuna xitam verildiyi günə təsadüf etdiyindən ona hər hansı bir əlavə ödənişin verilməsi nəzərdə tutulmamış, bu barədə Nazirliyin Maliyyə və təminat idarəsində məlumat olmamışdır. Qeyd olunanlardan (qalıq məzuniyyət və iş günləri) məlumatlı olan iddiaçı tərəfindən ona böyük məbləğdə son haqq-hesabın ödəniləcəyinə dair gözləntisi qəbul edilən deyil (sonrakı hesablama zamanı 7 təqvim günü istifadə edilməmiş məzuniyyət günü müəyyən olunmuş və hər gün üçün 40,28 manat, vergilər çıxılmaqla 33,49 manat olmaqla cəmi 234,43 manat ödənilmişdir). İddiaçı hansı məbləğdə krediti hansı tarixdə götürməsi və bu pulun hara xərcləməsi və s. hallar iddiada dəqiq qeyd olunmur, sübutlar təqdim edilmir. Belə olan halda sual yaranır ki, əgər veriləcək pula həmin anda ehtiyac yaranıbsa, 2 gün sonra iddiaçıya əməkhaqqısı verilərkən bankdan götürdüyü krediti bağlamışdırmı? Məhkəmə iddia ərizəsi və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, mülki iş üzrə icraata xitam verilməlidir. Məhkəmə iclasında iştirak edən edən İddiaçı iddia tələbini müdafiə edərək, iş üzrə icraata xitam verilməsinə etiraz etdiyini bildirdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə iddia tələbini qəbul etməyərək, iş üzrə icraata xitam verilməsinə etiraz etmədiyini bildirdi. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iş üzrə icraata xitam verilir. Həmin Məcəllənin 262.3-cü maddəsinə əsasən Bu Məcəllənin 261.0.1-ci və ya 261.0.8-ci maddələrində nəzərdə tutulmuş əsaslar üzrə icraata xitam verilərsə, məhkəmə ərizəçinin hansı orqana müraciət etməli olmasını göstərməlidir. Məhkəmə hesab edir ki, iddiaçı hazırki tələblə bağlı iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət etməklə məhkəmə aidiyyəti qaydalarını pozmuşdur. Belə ki, göründüyü kimi iddiaçı dövlət qulluqçusu, cavabdeh isə inzibati orqandır. Dövlət qulluqçusu və inzibati orqan arasında mövcud olan və ya əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı mübahisələrə inzibati məhkəmələr tərəfindən baxılır. Buna səbəbdən hazırkı mübahisəyə ərazi aidiyyəti üzrə müvafiq inzibati məhkəmədə baxılmalıdır. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 saylı Qərarının 12-ci bəndinə əsasən inzibati orqanla dövlət qulluqçusu və ya hərbi qulluqçu arasında mövcud olan və ya əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı həmin orqana qarşı iddialara, habelə belə hüquq münasibətlərinin yaranması ilə əlaqədar mübahisələrə inzibati məhkəmələr tərəfindən baxılır. Həmin Qərarın 15.4-cü bəndinə əsasən eyni ilə, inzibati və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi MPM-də nəzərdə tutulmamışdır. Bu səbəblə nəzərə alınmalıdır ki, inzibati məhkəməyə aid iddia ərizəsi ümumi və ya kommersiya məhkəməsinə verilmişdirsə, MPM-in 153.2, 153.2.1-ci maddələrinə əsasən, ərizəyə mülki məhkəmə icraatı qaydasında ümumi və ya kommersiya məhkəməsində baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina olunmalı, inzibati məhkəməyə aid iş səhvən ümumi və ya kommersiya məhkəməsinin icraatına qəbul edilmişdirsə, MPM-nin 261.0, 261.0.1-ci maddələrinə əsasən, işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iş üzrə icraata xitam verilməli, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 2.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.1. şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia); 2.2.2. inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia); 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia); 2.2.4. inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialara (müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia); 2.2.5. inzibati hüquq münasibətinin mövcud olmasına və ya olmamasına, habelə inzibati aktın etibarsız sayılmasına dair iddialara (müəyyən etmə və ya tanınma haqqında iddia); 2.2.6. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin səlahiyyətlərinə aid olan məsələlər istisna olmaqla, normativ xarakterli aktların qanunauyğunluğunun yoxlanılmasına dair iddialara (qanunauyğunluq haqqında iddia); 2.2.7. inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara; 2.2.8. bələdiyyələrin inzibati nəzarət orqanlarının hərəkətlərinə qarşı və ya inzibati nəzarət orqanlarının bələdiyyələrə qarşı iddialarına; 2.2.9. “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq bankın sağlamlaşdırılması, rezolyusiyası çərçivəsində verdiyi, bankın məcburi ləğvi və ləğvedicinin təyin edilməsi, bankın iflas proseduruna başlanması, bankın kapitalında mühüm iştirak payı olan şəxsin payının özgəninkiləşdirilməsi və ya bank tərəfindən geri alınması və digər nəzarət tədbirləri ilə bağlı maliyyə bazarlarına nəzarət orqanının ərizələrinə. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə əsasən bu Məcəllənin 254, 255, 261.0.1-261.0.3 və 261.0.6-261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Beləliklə, məhkəmə inzibati orqanla dövlət qulluqçusu arasında mövcud olan və ya əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı mübahisələrə inzibati məhkəmələr tərəfindən baxılmalı olduğunu nəzərə alaraq hesab edir ki, iddia ərizəsinə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadığından iş üzrə icraata xitam verilməli, iddiaçıya aidiyyəti üzrə müvafiq inzibati məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 262.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. Həmin Məcəllənin 262.5-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadından şikayət verilə bilər. Həmin Məcəllənin 114.1.4-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə, ödənilmiş dövlət rüsumu qaytarılır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.1-ci maddəsinə əsasən əməyin ödənilməsi və əmək fəaliyyəti ilə bağlı digər tələblər üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 170, 261.0.1, 262-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDI: İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə qarşı “pul” tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. İddiaçıya aidiyyəti üzrə müvafiq inzibati məhkəməyə müraciət etmək hüququ izah olunsun. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Aydan Oruclu

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar