Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-5059/2023 23.11.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, Əlihüseynli Mehin Mətin qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı "istifadə hüququna xitam verilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı "istifadə hüququna xitam verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh tam mülkiyyət hüququ üzrə İddiaçı məxsus olan ünvan 1 ünvanında yerləşən, yaşayış sahəsi 16,64 kv.m. olan mənzildən istifadə hüquqlarına xitam verməklə çıxarılması və iddia ərizəsinin verilməsinə görə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumunun cavabdehdən alınaraq İddiaçı verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı tələbin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh tam mülkiyyət hüququ üzrə İddiaçı məxsus olan ünvan 1 ünvanında yerləşən, yaşayış sahəsi 16,64 kv.m. olan mənzildən istifadə hüquqlarına xitam verilməsi və iddia ərizəsinin verilməsinə görə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumunun cavabdehdən alınaraq İddiaçı verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, X1 ilə İddiaçı arasında bağlanmış 03 may 2015-ci il tarixli müqaviləyə əsasən ünvan 1 ünvanında yerləşən, yaşayış sahəsi 16,64 kv.m. olan mənzil İddiaçı satılmış, İddiaçı adına 12 may 2015-ci il tarixli, RX seriyalı, ******* nömrəli Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış verilmişdir. Hazırda həmin əmlak tam mülkiyyət hüququ üzrə İddiaçı məxsusdur. İddiaçı mənzilin üzərində mülkiyyət hüququ əldə etməsindən uzun müddət keçməsinə baxmayaraq, o bugünədək mənzilə dair öz konstitusion hüquqlarından istifadə edə bilməmişdir. İddiaçının mülkiyyət hüquqlarının pozulmasına səbəb Cavabdeh həmin mənzildən heç bir qanuni əsas olmadan istifadə hüququnun olmasıdır. Mənzilə mülkiyyət hüququnun İddiaçıya keçməsinə və onun tərəfindən mənzilin 05 (beş) gün müddətindən gec olmayaraq boşaldılması və qeydiyyatdan çıxması barədə cavabdehə bildiriş göndərilməsinə baxmayaraq, Cavabdeh mənzildən qeydiyyatdan çıxmır. Bununla da Cavabdeh İddiaçının mülkiyyət hüququnu pozmaqla həmin əmlaka sahiblik, sərəncam və istifadə hüququnun həyata keçirilməsinə mane olur. Mənzildə Cavabdeh qeydiyyatda olmaqla yaşamağı ASAN 1 tərəfindən İddiaçı verilmiş xx.xx.2023-cü il tarixli, ******* saylı arayış ilə təsdiq olunur. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə baxış iclasının iştirakı olmadan keçirilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdeh qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını araşdırıraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı ilə X1 arasında bağlanmış 03 may 2015-ci il tarixli AN-İ seriyalı ******* nömrəli daşınmaz əmlakın alğı-satğı müqaviləsindən görünür ki, satıcı X1 ünvan 1 ünvanında yerləşən, yaşayış sahəsi 16,64 kv.m. olan mənzili alıcı İddiaçı satmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqlarının Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən mənzil xx.xx.2015-ci il tarixdən ********** qeydiyyat nömrəsi ilə İddiaçı adına qeydə alınmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır və mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Mülki Məcəllənin 178.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Əgər qanuna müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmadan başqa şəxsə keçməsi mümkündürsə, onda şəxs bu barədə dövlət reyestrinə məlumat verməlidir. Beləliklə, məhkəmə iş materiallarına əsasən müəyyən etmişdir ki, 03 may 2015-ci il tarixli AN-İ seriyalı ******* nömrəli daşınmaz əmlakın alğı-satğı müqaviləsinə əsasən ünvan 1 ünvanında yerləşən mənzil X1 tərəfindən İddiaçı satılmışdır. Daha sonra Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqlarının Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində İddiaçı adına qeydə alınmışdır. Hazırda İddiaçı Cavabdeh həmin mənzildən istifadə hüququna xitam verilməsini xahiş edir. Odur ki, məhkəmə hesab edir ki, cavabdehin iddiaçının mülkiyyətində olan mənzildə qeydiyyatda qalmağı iddiaçının mənzil üzərində mülkiyyət hüquqlarının pozuntusunu yaradan hal kimi qəbul edilməlidir. Odur ki, məhkəmənin gəldiyi qənaətə görə iddia tələbi təmin edilməli, Cavabdeh İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən mənzildən istifadə hüququna xitam verilməlidir. Həmçinin məhkəmə iddia ərizəsinin verilməsi üçün ödənilmiş 100 manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh tam mülkiyyət hüququ üzrə İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən, yaşayış sahəsi 16,64 kv.m. olan mənzildən istifadə hüququna xitam verilsin. Dövlət rüsumu olaraq ödənilmiş 100 (yüz) manat məblğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçı ödənilsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ayaz Məmmədov
Məhkəmə qərarları › İş №e-2(004)-5059/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-5059/2023
23.11.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver