Məhkəmə qərarları › İş №e-2(004)-5096/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-5096/2024

25.11.2024 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-5096/2024 25.11.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Sultanova-Məmmədova Ayşən Ramiz qızının sədrliyi, Həsənova Aysel Zaur qızının katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi https://ecms.justice.loc/Cases/Default.aspx?caseId=3064738Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində "İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti" X5rşı "işdən çıxarılma əmrinin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxma ngünləri üçün əmək haqqının ödənilməsi və əmək haqqının gecikdirildiyi hər günə görə 1 % ödənilməsi" tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində "İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti" X5rşı "işdən çıxarılma əmrinin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxma günləri üçün əmək haqqının ödənilməsi və əmək haqqının gecikdirildiyi hər günə görə 1 % ödənilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” PHŞ-nin İddiaçı ilə bağlanmış əmək müqaviləsinin ləğv edilməsinə dair xx.xx.2024-cü il tarixli 665-K nömrəli əmrinin ləğv edilməsinə, iddiaçının əvvəlki vəzifəsinə bərpa edilməsinə, məcburi işburaxma müddəti üçün ona əmək haqqının ödənilməsinə və Əmək Məcəlləsinin 172-ci maddəsinə əsasən əmək haqqının gecikdirildiyi hər günə görə 1% miqdarında ödəniş ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı xx.xx.2012-ci il tarixdən 233- K saylı əmrə əsasən "xxxx" ASC-də işə başlamışdır. xx.xx.2014-cü il tarixdən isə iddiaçı “Təmir-tikinti şöbəsinin rəisi” vəzifəsində çalışmışdır. xx.xx.2024-cü il tarixdə iddiaçıya tutduğu vəzifə - Tikinti-təmir şöbəsinin rəisi vəzifəsi üzrə ştat vahidinin ixtisara düşəcəyi və 9 təqvim həftəsindən sonra işdən azad ediləcəyi barədə xəbərdarlıq edilmişdir. Su Təsərrüfatı X3 Respublika komitəsi tərəfindən 09 avqust 2024-cü il tarixli rəyi ilə ştat ixtisarı ilə bağlı iddiaçı ilə bağlanmış əmək müqaviləsinin ləğv edilməsinə razılıq verilmişdir. İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti X10in İdarə Heyətinin sədri Köçərli Həsənovun 14 avqust 2024-cü il tarixli 665-K saylı əmrinə əsasən Tikinti-təmir şöbəsinin rəisi vəzifəsi vəzifəsində çalışan İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndi ilə xitam verilmişdir. Hesab edirlər ki, aşağıda qeyd edilənlər baxımından cavabdeh müəssisənin xx.xx.2024-cü il tarixli 665-K nömrəli əmri qanunsuz və qərəzli olduğundan ləğv edilməli, iddiaçı əvvəlki vəzifəsinə bərpa edilməli , ona məcburi iş buraxma dövrü üçün əmək haqqı ödənilməli və Əmək Məcəlləsinin 172-ci maddəsinə əsasən əmək haqqının gecikdirildiyi hər günə görə 1% ödənilməlidir. İddiaçıya ünvanlanmış xəbərdarlıq məktubunda qeyd edilmiş müddət bitdikdən sonra ona heç bir yeni iş təklifi edilmədən “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin” İdarə Heyətinin sədrinin xx.xx.2024-cü il tarixli 665-K nömrəli əmr ilə iddiaçı ilə bağlanmış əmək müqaviləsinə AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən (ştat vahidi ixtisar edildiyinə görə) xitam verilmişdir. Göründüyü kimi, iddiaçıya Agentliyin tabeçiliyində olan digər müəssisədə-“X2 Müdiriyyəti” X10də ştat ixtisarından əvvəlki tutduğu Tikinti-təmir şöbəsinin rəisi vəzifəsinə uyğun başqa iş təklif edilə bilərdi. Lakin, buna baxmayaraq, işəgötürən tərəfindən iddiaçının tutduğu ştat ixtisar edilən zaman heç bir tədbir görülməmiş, ona müəssisədə və ya Agentliyin tabeliyində olan digər müəssisələrdə iş təklif edilməmiş, onun (başqa) işlə təmin edilməsinin mümkünlüyü nəzərə alınmamışdır. Lakin, hazırkı mübahisə üzrə ştat ixtisarı ilə bağlı əmrdə heç bir əsaslandırma aparılmamışdır. Həmçinin, iddiaçının rəhbərlik etdiyi Tikinti-təmir şöbəsində şöbə rəisi vəzifəsini tutan İddiaçı ixtisar edilmiş, digər işçilər isə işdə saxlanılmışdır. Məlumdur ki, ixtisaslılıq işçinin müəyyən mürəkkəblik səviyyəsinə malik əmək funksiyasını yerinə yetirməsinə imkan verən hazırlıq səviyyəsidir, yəni işçinin zəruri nəzəri biliklərə və praktik təcrübəyə malik olmasıdır. Göründüyü kimi həm təcrübi, həm də nəzəri bilikləri baxımından iddiaçının peşəkarlıq səviyyəsi digər işçilərdən yüksək olmuşdur. Belə ki, "xxxx" ASC-nin xx.xx.2020-ci il tarixli əmri ilə İddiaçı “əməkdə fəqləndiyinə görə” təşəkkürnamə verilmişdir. Həmçinin, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində “İri Şəhərlərin Birləşmiş Su T əchizatı Xidməti” X10 İdarə Heyətinin sədri Köçərli Həsənovun xx.xx.2022-ci il tarixli 621 nömrli əmri ilə “səmərəli fəaliyyətinə görə” B.X9 verilmişdir. Nəticə etibarı ilə hazırkı mübahisə üzrə işçinin peşəkarlıq səviyyəsi nəzərə alınmamışdır. Hazırkı mübahisə üzrə İddiaçı struktur bölməsinin rəhbəri olmasına baxmayaraq, onunla bağlanmış əmək müqaviləsi ləğv edilərkən Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri ilə heç bir razılaşdırma aparılmamış, idarə heyəti sədrinin razılığı olmadan iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Azərbaycan Su Təsərrüfatı X1 Respublika Komitəsinin sədri Akif Məmmədov tərəfindən “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” PHŞ-nin İdarə heyətinin sədri Köçərli Həsənova ünvanlanmış xx.xx.2024-cü il tarixli 71 nömrəli “əmək müqaviləsinə xitam verilməsi haqqında” cavab məktubunda göstərilmişdir ki, siyahıda adları göstərilmiş şəxslərlə bağlanmış əmək müqaviləsinin ləğv edilməsinə həmkarlar ittifaqı komitəsinin heç bir etirazı yoxdur. Həmkarlar İttifaqı Respublika Komitəsi qərar qəbul etmək əvəzinə işəgötürənə məktub ünvanlamışdır. Məktubda heç bir iclas protokoluna və ya qərara istinad yoxdur. xx.xx.2024-cü il tarixli 71 nömrəli məktubuna baxılsa aydın olar ki, həmin məktub Əmək Məcəlləsinin 80-ci maddəsinin tələbləri pozulmaqla tərtib edilmişdir. Belə ki, məktubda heç bir əsaslandırma yoxdur və məktub formal olaraq tərtib edilmişdir. Həmkarlar ittifaqı bu məsələ ilə bağlı iddiaçını məlumatlandırmamış və araşdırma aparmadan, heç bir iclas keçirilmədən cavabdeh müəssisəyə razılıq məktubu ünvanlamışdır. Məktubda həmkarlar ittifaqının iclasının keçirilməsi, iclasda kimlərin iştirak etməsi, iclas qərarının neçə səs çoxluğu ilə qəbul edilməsi ilə bağlı heç bir məlumat göstərilməyib. Bu da özlüyündə məktubun əsaslandırılmadan tərtib edildiyini, əslində faktiki olaraq heç bir iclasın keçirilmədiyini və iddiaçı ilə bağlanmış əmək müqaviləsinin ləğvinin müzakirə edilmədiyi göstərir. Qeyd edilənlərə əsasən, cavabdeh müəssisənin xx.xx.2024-cü il tarixli 665-K nömrəli işdənçıxarma əmri qanunsuz, əsassız və qərəzli olaraq verildiyindən ləğv edilməli, iddiaçının əvvəlki vəzifəsinə bərpa edilməsi, məcburi işburaxma müddəti üçün ona əmək haqqının ödənilməsi və əmək məcəlləsinin 172-ci maddəsinə əsasən əmək haqqının gecikdirildiyi hər günə görə 1% miqdarında ödəniş ödənilməsinə dair qətnamə çıxarılmalıdır. Onu da qeyd etmək istəyir ki, cavabdehə mübahisənin mediasiya vasitəsi ilə həll edilməsi ilə bağlı müraciət etsə də keçirilmiş mediasiya prosesində aralarında barışıq əldə olunmamışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək, onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Nümayəndə iddia tələbini qəbul etməyərək, məhkəməyə verdiyi izahatında göstərdi ki, iddiaçının işlədiyi təmir-tikinti şöbəsi ümumiyyətlə ləğv edilmişdir. Məhz bu səbəblə onlar iddiaçıya iş təklif edə bilməzdilər. Həmçinin onlar X10 sədrinə göstəriş verə bilməzlər ki, işçilərini işə götürsünlər. Odur ki, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə işin faktiki hallarını araşdıraraq, işdə iştirak edən şəxslərin izahatını dinləyərək, eləcə də işdə olan sənədləri tədqiq etməklə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: ИТ seriyalı, ******* saylı Əmək kitabçasının surətindən görünür ki, İddiaçı xx.xx.2012ci il tarixli, 233-K saylı əmrə əsasən "xxxx" ASC-də İdarə aparatının Tikinti departamentinin əsaslı təmir şöbəsinə 12-ci dərəcə ilə mühəndis vəzifəsinə təyin edilib; 14.10.14-cü il tarixli, 365–K saylı əmri ilə əmək müqaviləsinə edilmiş dəyişikliyə əsasən 16-cı dərəcə ilə Təmir-tikinti şöbəsinin rəisi vəzifəsinə təyin edilmişdir. xx.xx.2024-cü il tarixli, 665-K saylı əmrə əsasən "xxxx" ASC-nın çevrilmə formasında yenidən təşkili yolu ilə yaradılmış "İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti" X10 təsdiq edilmiş strukturu və ştat cədvəlinə əsasən ştat vahidi ixtisar edildiyinə görə onunla bağlanmış əmək müqaviləsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən ləğv edilibdir. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində "İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti" X11 tərəfindən verilmiş 14 avqust 2024-cü il tarixli, 665-K saylı “Əmək müqaviləsinin ləğv edilməsi haqqında” əmrə əsasən İddiaçı - Təmir-tikinti şöbəsinin rəisi ilə bağlanmış əmək müqaviləsi "İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti" X10 təsdiq edilmiş strukturu və ştat cədvəlinə əsasən ştat vahidi ixtisar edildiyinə görə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən xx.xx.2024-cu il tarixdən ləğv edilməsi; İddiaçı Əmək Məcəlləsinin 77-cı maddəsinin 3-cü hissəsinə əsasən "xxxx" ASC-də 11 il 10 ay 1 gün əmək stajı olduğuna görə orta aylıq əməkhaqqının 2 misli miqdarında ışdənçıxarma müavinətinin verilməsi; xx.xx.2023-cü il tarixdən 14 08.2024-cü il tarixədək olan dövr üçün istifadə edilməmiş əsas məzuniyyətə gorə 23 təqvim günü pul əvəzinin ödənilməsi əmr verilmişdir. Əsas: "İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti" X10 təsdiq edilmiş strukturu ştat cədvəli və Azərbaycan Su Təsərrüfatı X3 Respublika Komitəsinin 09 avqust 2024-cu il tarixli, 71 nömrəli məktubu. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində "İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti" X11 tərəfindən İddiaçı ünvanlanmış 07 iyun 2024-cü il tarixli xəbərdarlıq məktubundan görünür ki, İddiaçı “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti" X10 təsdiq edilmiş strukturu və ştat cədvəlinə əsasən tutduğu vəzifə üzrə ştat vahidi ixtisara düşdüyündən onunla bağlanmış əmək müqaviləsinə AR Əmək Məcəlləsinə 70-ci maddəsinin “b” bəndinə əsasən 9 təqvim həftəsindən sonra ləğv ediləcəyi barədə xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində X4 tərəfindən verilmiş 20 sentyabr 2024-cü il tarixli sorğuya cavab məktubundan görünür ki, "xxxx" ASC tərəfindən 1 iyun 2024-cü il tarixindən 1 sentyabr 2024-cü il tarixədək işçilərin sayının və ya ştatlarının ixtisar edilməsi barədə Agentliyə rəsmi məlumat daxil olmamışdır. Azərbaycan Su Təssərrüfatı X3 Respublika Komitəsi tərəfindən "İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti" X10 İdarə Heyətinə ünvanlanmış 09 avqust 2024-cü il tarixli məktubdan görünür ki, Su Təsərrüfatı X3 Respublika Komitəsinə daxil olmuş 2024cü il tarixli, 3-53-3-/2-2693//2024 saylı məktuba cavab olaraq, bildirmişdir ki, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin 29 may 2024-cu il tarixli , nömrəli əmri ilə “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X10 təsdiq strukturu və ştat cədvəlinə əsasən siyahıda adı göstərilən işçilərin tutduqları vəzifə ştat vahidi ixtisara düşmüşdür. Bu zaman əmək qanunvericiliyinin tələblərinə tam riayət olunmuşdur. Qeyd olunanları nəzərə alaraq, ştat vahidinin ixtisarı ilə əlaqədar siyahıda adları qeyd olunan əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən xitam verilməsinə etiraz etmirlər. "xxxx" ASC tərəfindən İddiaçı verilmiş Təşəkkürnamədən görünür ki, İddiaçı xx.xx.2020-ci il tarixli, 225 nömrəli əmri ilə “Su təsərrüfatı və meliorasiya işçiləri günü” peşə bayramı münasibətilə əməkdə fəqləndiyinə görə təltif olunmuşdur. "xxxx" ASC tərəfindən İddiaçı verilmiş Fəxri Fərmandan görünür ki, İddiaçı "xxxx" ASC-nın 05 noyabr 2022-ci il tarixli, 621 nömrəli əmri ilə Azərbaycan Respublikasının su təsərrüfatının inkişafında səmərəli fəaliyyətinə görə təltif olunmuşdur. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin 29 may 2024-cü il tarixli, 002 əmrinə əsasən Agentliyin tabeliyindəki “İri şəhərlərin Birləşmiş Su təchizatı Xidəmti” X10 strukturu və ştat cədvəlinin təsdiq edilməsi; “İri şəhərlərin Birləşmiş Su təchizatı Xidməti Publik hüquqi şəsxi işçilərinin say həddi 7700 ştat vahidi, o cümlədən Xidmətin aparatı üzrə 180 ştat vahidinin müəyyən edilməsi əmr verilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 68.1-ci maddəsinə əsasən, əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. 70-ci maddəsinin “b” bəndinə əsasən, işçilərin sayı və ya ştatları ixtisar edildikdə əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. 71.3-cü maddəsinə əsasən, işəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. 77.1-ci maddəsinə əsasən işçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda bu Məcəllənin 70-ci maddəsinin “b” bəndi ilə işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilməzdən əvvəl işçi işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı müddətlərdə rəsmi xəbərdar edilməlidir: bir ilədək əmək stajı olduqda – azı iki təqvim həftəsi; bir ildən beş ilədək əmək stajı olduqda – azı dörd təqvim həftəsi; beş ildən on ilədək əmək stajı olduqda – azı altı təqvim həftəsi; on ildən çox əmək stajı olduqda – azı doqquz təqvim həftəsi. 77.3-cü maddəsinə əsasən Əmək müqaviləsi bu Məcəllənin 70-ci maddəsinin “a” və “b” bəndləri ilə ləğv edilərkən işçiyə işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı məbləğlərdə işdənçıxarma müavinəti ödənilir: bir ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqı miqdarında; bir ildən beş ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı 1,4 misli miqdarında; beş ildən on ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı 1,7 misli miqdarında; on ildən çox əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı iki misli miqdarında. 80.1-ci maddəsinə əsasən, bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. 83.1-ci maddəsinə əsasən, əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75- ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. 83.2-ci maddəsinə əsasən, əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. 84-cü maddəsinə əsasən, əmək müqaviləsinin ləğv edilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda aşağıdakı məlumatlar göstərilir: müəssisənin adı, hüquqi ünvanı, əmrin (sərəncamın, qərarın) sıra nömrəsi, tarixi və onu imzalayan işəgötürənin vəzifəsi, adı, atasının adı və soyadı; işçinin adı, atasının adı və soyadı; əmək müqaviləsi üzrə işçinin vəzifəsinin (peşəsinin) adı; əmək müqaviləsinin ləğv edilməsinin əsası; həmin əsasla əmək müqaviləsinin ləğv edilməsi qaydası nəzərdə tutulmuş bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi; əmək müqaviləsi ləğv edilən gün, ay və il; əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər. Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş məlumatlardan hər hansı biri və ya bir neçəsi göstərilməyən əmr (sərəncam, qərar) əmək mübahisəsini həll edən məhkəmə tərəfindən etibarsız hesab edilə bilər. Əmək müqaviləsinin ləğv edilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) yalnız bu maddənin 1-ci hissəsində göstərilən məlumatlar olan sadə formada, həmçinin normativ hüquqi aktlara uyğun formada — təsviri (giriş) hissəsindən və həmin məlumatlar göstərilən qərar hissəsindən ibarət formada tərtib edilə bilər. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı xx.xx.2012ci il tarixli, 233-K saylı əmrə əsasən "xxxx" ASC-də İdarə aparatının Tikinti departamentinin əsaslı təmir şöbəsinə 12-ci dərəcə ilə mühəndis vəzifəsinə təyin edilmişdir. 14.10.14-cü il tarixli, 365–K saylı əmri ilə əmək müqaviləsinə edilmiş dəyişikliyə əsasən 16-cı dərəcə ilə Təmir-tikinti şöbəsinin rəisi vəzifəsinə təyin edilmişdir. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində "İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti" X11 tərəfindən İddiaçı tutduğu vəzifə üzrə ştat vahidi ixtisara düşdüyündən onunla bağlanmış əmək müqaviləsinə 9 təqvim həftəsindən sonra ləğv ediləcəyi barədə xəbərdarlıq edildiyindən sonra, xx.xx.2024-cü il tarixli, 665-K saylı əmrə əsasən "xxxx" ASC-nın çevrilmə formasında yenidən təşkili yolu ilə yaradılmış "İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti" X10 təsdiq edilmiş strukturu və ştat cədvəlinə əsasən ştat vahidi ixtisar edildiyinə görə onunla bağlanmış əmək müqaviləsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən ləğv edilmişdir. İddiaçı pozulmuş hüquqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə hesab edir ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilərkən cavabdeh tərəfindən qüvvədə olan əmək qanunvericiliyinin tələbləri pozulmuşdur. Belə ki, əmək qanunvericiliyinə görə işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən, o cümlədən işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edilərkən işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş tədbirlər görür.(71.1) Müvafiq hallarda işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən müəyyən vəzifələr üzrə əmək funksiyasının icrası üçün tələb olunan ixtisasın (peşəsinin) və peşəkarlıq səviyyəsinin daha yüksəyinə malik olan işçilər işdə saxlanılır. İşçinin peşəkarlıq səviyyəsini işəgötürən müəyyən edir. İşəgötürən işçinin peşəkarlıq səviyyəsini müəyyən edərkən onun peşə hazırlığı səviyyəsinin yüksəldilməsini, yeni ixtisasa yiyələnməsini və ixtisasının artırılmasını nəzərə alır. (78.1) İddiaçı ilə əmək müqaviləsinə xitam verilmə əsası kimi- iddiaçının tutduğu vəzifə üzrə ştat vahidinin ixtisarı göstərilmişdir. İş materillarından görünür ki, iddiaçı öz sahəsində (bir çox təltifnamələrlə) peşəkarlıq səviyyəsinin daha yüksək olmasına baxmayaraq, ixtisara düşmüş, ixtisardan sonra işəgötürən tərəfindən ona əvvəlki işinə uyğun vəzifə təklif edilməmişdir. Halbuki, Agentliyin tabeliyində “X2 Müdiriyyəti” X11 yaradılaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 26 aprel tarixli 232 nömrəli Qərarı ilə “X2 Müdiriyyəti” X10 Nizamnaməsi təsdiq edilmişdir. Yeni yaradılan müəssisə Agentliyin tabeliyində olduğundan iddiaçıya tutduğu vəzifəyə uyğun başqa işlə təklif olunması Agentliyin səlahiyyəti daxilində idi. Məhkəmə onu da qeyd edir ki, İddiaçıla əmək müqaviləsi ləğv edilərkən Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədrinin razılığı olmadan iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Halbuki, AR Nazirlər Kabinetinin xx.xx.2024-cü il tarixli 232 nömrəli Qərarı ilə təsdiq edilmiş “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” PHŞ-nin Nizamnaməsinin 4.3-cü bəndinə əsasən, xidmətin struktur bölmələrinin rəhbərləri, habelə onun idarə, filial və nümayəndəliklərinin, tabeliyindəki digər qurumların rəhbərləri, onların müavinləri, baş mühəndisləri, baş mühasibləri Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri ilə razılaşdırmaqla vəzifəyə təyin və vəzifədən azad olunurlar. Bundan əlavə, məhkəmə onu da qeyd edir ki, əmək qanunvericiliyinə görə həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir. (80.2) İş materiallarından görünür ki, Su Təsərrüatı X3 Respublikası Komitəsi əsaslandırılmış yazılı qərar qəbul etmək əvəzinə işəgötürənə formal məktub ünvanlamışdır. Belə ki, məktubun məzmunundan görünür ki, həmkarlar ittifaqı bu məsələ ilə bağlı iddiaçını məlumatlandırmamış, obyektiv araşdırma aparmamış, heç bir iclas keçirilmədən formal razılıqlarını vermişdilər. Bu da həmçinin iddiaçının əmək hüquqlarının kobud şəkildə pozulmasını bir daha təsdiq edir. Azərbaycan Respublikası Əmək Məcələsinin 300-cü maddəsinin 1-ci bəndinə əsasən əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Məhkəmə hesab edir ki, qətnamə qanuni qüvvəyə minənədək məcburi iş buraxmaya görə İddiaçı ödənilməmiş əmək haqqı cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti" X11 tərəfindən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə onu da qeyd edir ki, iddia tələbi “işəgötürənin əmək müqaviləsini qanunsuz olaraq ləğv etməsi ilə əlaqədar hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının bir faizi məbləğində ödəncin, cavabdehdən tutularaq iddiaçıya ödənilməsi” hissəsində təmin olunmamalıdır. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172.5-ci maddəsinə əsasən əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Bu hal əmək mübahisəsi yaratdıqda həmin mübahisə bu Məcəllənin “Əmək mübahisələri” bölməsində nəzərdə tutulan qaydada həll edilir. Hazırki mübahisədən görünür ki, işəgötürən işçi ilə əmək müqaviləsinə xitam verərək, aralarında olan əmək münasibətlərinə xitam vermiş, işçiyə son haqq-hesab ödənişlərini həyata keçirmiş, sözügedən norma isə işəgötürənin işçiyə ödəməli olduğu ödəniş üzrə qanunla müəyyən edilmiş müddəti ötürməklə müvafiq ödənişləri həyata keçirməsi halı üçün keçərlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” PHŞ-nin İddiaçı ilə bağlanmış əmək müqaviləsinin ləğv edilməsinə dair xx.xx.2024-cü il tarixli 665-K nömrəli əmri ləğv edilməli; İddiaçı “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” PHŞ-də əvvəlki vəzifəsinə bərpa edilməli; Qətnamə qanuni qüvvəyə minənədək məcburi iş buraxmaya görə İddiaçı ödənilməmiş əmək haqqı cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti" X11 tərəfindən tutularaq iddiaçıya ödənilməli; iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1 maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Q ə t e t d i: İddia tələbi qismən təmin edilsin. “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” PHŞ-nin İddiaçı ilə bağlanmış əmək müqaviləsinin ləğv edilməsinə dair xx.xx.2024-cü il tarixli 665-K nömrəli əmri ləğv edilsin. İddiaçı “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” PHŞ-də əvvəlki vəzifəsinə bərpa edilsin. Qətnamə qanuni qüvvəyə minənədək məcburi iş buraxmaya görə İddiaçı ödənilməmiş əmək haqqı cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti" X11 tərəfindən tutularaq iddiaçıya ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ayşən Sultanova-Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar