Məhkəmə qərarları › İş №e-2(004)-5100/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-5100/2025

16.10.2025 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-5100/2025 16.10.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Fariz Ariz oğlunun sədrliyi, İmanzadə Ziya Yadigar oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh, Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı "Cavabdeh tərəfindən İddiaçı məxsus ünvan 1 ünvanında, 1-ci mərtəbədə yerləşən, ümumi sahəsi 32.50 kv.m. olan, 2 otaqlı, 20,2 kv.m. yaşayış sahəsinə malik mənzilin xüsusi mülkiyyət hüququ ilə 1 paydan ibarət, ümumi sahəsi 12.1 kv.m., köməkçi sahəsi - 2.3 kv.m və 1 otaq - 9.8 kv.m olan sahəyə istifadəyə maneələrin aradan qaldırılması, cavabdehin mənzildən çıxarılmasına və mənzilin boşaldılaraq iddiaçıya təhvil verilməsi” tələbinə dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı "Cavabdeh tərəfindən İddiaçı məxsus ünvan 1 ünvanında, 1-ci mərtəbədə yerləşən, ümumi sahəsi 32.50 kv.m. olan, 2 otaqlı, 20,2 kv.m. yaşayış sahəsinə malik mənzilin xüsusi mülkiyyət hüququ ilə 1 paydan ibarət, ümumi sahəsi 12.1 kv.m., köməkçi sahəsi - 2.3 kv.m və 1 otaq - 9.8 kv.m sahəyə olan istifadəyə maneələrin aradan qaldırılması, cavabdehin mənzildən çıxarılmasına və mənzilin boşaldılaraq iddiaçıya təhvil verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2014-cü il tarixli, 2-1(103)-1085/2015 saylı icra sənədinə əsasən Bakı şəhəri, S.Rəhimov küçəsi, 35 saylı evin 1-ci mərtəbəsində yerləşən, 2 otaqlı yaşayış sahəsinə dair İddiaçı ilə kirayə müqaviləsinin bağlanması vəzifəsi cavabdeh Yasamal rayon İcra Hakimiyyətinə həvalə edilmişdir. Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyəti Başçısının 86 saylı, xx.xx.2015-ci il tarixli sərəncamına əsasən həmin icra sənədi icra edilərək İddiaçı ilə Bakı şəhəri, Yasamal rayonu, S.Rəhimov küçəsi, 35 saylı evin 1-ci mərtəbəsində yerləşən, 2 otaqlı, 20,2 kv.m. yaşayış sahəsinə dair kirayə müqaviləsi bağlanmışdır. Bundan sonra iddiaçı tərəfindən həmin yaşayış sahəsinə dair müvafiq çıxarış verilməsi barədə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin 1 saylı Bakı şəhər Ərazi İdarəsinə ərizə ilə müraciət edilmiş, lakin sonuncu tərəfindən qeyd olunan yaşayış sahəsinə çıxarışın verilməsindən imtina edilmişdir. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin 1 saylı Bakı şəhər Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, S.Rəhimov küçəsi, 35 saylı evin 1-ci mərtəbəsində yerləşən, 2 otaqlı, 20,2 kv.m. yaşayış sahəsinin onun adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilməklə, ona bu barədə çıxarışın verilməsini cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyəti inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. 1 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(81)-1054/2019-cu il tarixli qərarı ilə iddia təmin edilmiş, Bakı şəhəri, S.Rəhimov küçəsi, 35 saylı evin 1-ci mərtəbəsində yerləşən, 2 otaqlı, 20,2 kv.m. yaşayış sahəsinin İddiaçı adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilməklə, bu barədə dövlət reyestrindən çıxarışın verilməsi cavabdeh Azərbaycan RespublikasıƏmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin 1 saylı Bakı şəhər Ərazi İdarəsinə həvalə edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 32.5 kv.m. olan mənzil xüsusi mülkiyyət hüququ ilə tam paydan ibarət ********** qeydiyyat nömrəsi ilə xx.xx.2019-cu il tarixdə İddiaçı adına qeydiyyata alınmışdır. Daha sonra ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 32.50 kv.m. olan, 2 otaqlı, 20,2 kv.m. yaşayış sahəsinə malik mənzilin ümumi sahəsi 12.1 kv.m., köməkçi sahə - 2.3 kv.m və 1 otaq- 9.8 kv.m hissədə yaşayış sahəsini qızı X2 bağışlamışdır. Bununla əlaqədar iddiaçının və qızının müraciəti əsasında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 32.50 kv.m. olan, 2 otaqlı, 20,2 kv.m. yaşayış sahəsinə malik mənzil xüsusi mülkiyyət hüququ ilə 2 paydan ibarət: 1. ümumi sahə 12.1 kv.m., köməkçi sahə - 2.3 kv.m və 1 otaq- 9.8 kv.m ********** qeydiyyat nömrəsi ilə xx.xx.2025-ci il tarixdə İddiaçı adına; 2. ümumi sahə 20.4 kv.m., köməkçi sahə - 10 kv.m və 1 otaq- 10.4 kv.m ********** qeydiyyat nömrəsi ilə xx.xx.2025-ci il tarixdə X1 adına qeydiyyata alınmışdır. Lakin buna baxmayaraq, Bakı şəhəri, Yasamal rayonu, S.Rəhimov küçəsi, 35 saylı evin 2-ci mərtəbəsində yaşayan qonşu və qaynı Cavabdeh xeyli müddətdir ki, ünvan 2 ünvanında yerləşən, iddiaçıya məxsus və mülkiyyətində olan ümumi sahəsi 12.1 kv.m-dən ibarət 1 otaqlı mənzilini qanunsuz olaraq zəbt etmiş, mənim həmin mənzil üzərində mülkiyyət hüququnu həyata keçirməyinə maneələr yaradır, hətta iddiaçının razılığı və icazəsi olmadan həmin 1 otaqlı mənzılı başqa şəxslərə kirayə verməklə əsassız gəlirlər əldə edir. Cavabdeh mənzildən qanunsuz istifadə edir ki, bununla iddiaçının mülkiyyət hüquqlarını pozur. Dəfələrlə Cavabdeh qanunsuz hərəkətlərinə son qoymasını, iddiaçıya məxsus 1 otaqlı mənzildən istifadə etməyinə yaratdığı maneələri aradan qaldırmasını, mülkiyyətimdə olan mənzildən sərbəst istifadə etməyimə şərait yaradılması üçün həmin mənzildən cıxmasını və mənzilin boşaldılaraq təhvil verməsini tələb etmişdir. Lakin cavabdeh bundan imtina etmişdir. Göstərilənlər nəzərə alınmaqla iddia tələbinin təmin edilməsi xahiş edilir. İddiaçı nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasında iştirak edərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında iştirak edərək iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. O, bildirmişdir ki, həmin sahə onun sahibliyindədir və müxtəlif şəxslərə kirayə verir. Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 məhkəmə iclasında iştirak edərək iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. İş materiallarında olan Çıxarışın surətinə əsasən müəyyən olunur ki, ünvan 1 ünvanının ümumi sahəsi 12.1 kv.m., köməkçi sahəsi - 2.3 kv.m və 1 otaq - 9.8 kv.m hissəsi İddiaçı paylı mülkiyyətindədir. Mülkiyyət hüququ xx.xx.2019-cu il tarixdə qeydə alınmışdır. Məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir. Mübahisənin qanuni əsası qismində aşağıdakı hüquq normaları çıxış edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra: MM) 157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin Məcəllənin 140-cı maddəsinə əsasən, reyestrin məzmununun qeyridəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Məhkəmə araşdırması zamanı müəyyən edilir ki, ünvan 1 ünvanının ümumi sahəsi 12.1 kv.m., köməkçi sahəsi - 2.3 kv.m və 1 otaq - 9.8 kv.m hissəsi İddiaçı paylı mülkiyyətindədir. Mülkiyyət hüququ xx.xx.2019-cu il tarixdə qeydə alınmışdır. Daha sonra ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 32.50 kv.m. olan, 2 otaqlı, 20,2 kv.m. yaşayış sahəsinə malik mənzilin ümumi sahəsi 12.1 kv.m., köməkçi sahə - 2.3 kv.m və 1 otaq- 9.8 kv.m hissədə yaşayış sahəsini İddiaçı övladı X2 bağışlamışdır. Bununla əlaqədar iddiaçının və qızının müraciəti əsasında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 32.50 kv.m. olan, 2 otaqlı, 20,2 kv.m. yaşayış sahəsinə malik mənzil xüsusi mülkiyyət hüququ ilə 2 paydan ibarət: 1. ümumi sahə 12.1 kv.m., köməkçi sahə - 2.3 kv.m və 1 otaq- 9.8 kv.m ********** qeydiyyat nömrəsi ilə xx.xx.2025-ci il tarixdə İddiaçı adına; 2. ümumi sahə 20.4 kv.m., köməkçi sahə - 10 kv.m və 1 otaq- 10.4 kv.m ********** qeydiyyat nömrəsi ilə xx.xx.2025-ci il tarixdə X1 adına qeydiyyata alınmışdır. Cavabdeh mübahisə predmeti olan sahəyə faktiki sahiblik edir (cavabdeh tərəfin yazılı etirazı və məhkəmə iclaslarındakı izahatlarına əsasən). Göstərilənlər mülki işin mübahisəsiz halıdır. İddiaçının mülkiyyətçi kimi tələb üzrə subyektiv hüququ vardır. Subyektlərin mülkiyyət hüquqlarının müdafiəsi məhkəmə tərəfindən təmin edilməlidir. Mülkiyyət hüququna qeyri-legitim əsaslarla müdaxilə yolverilməzdir. İddiaçının mülkiyyət hüquqları pozulur. İddiaçının mülkiyyət hüquqlarının məhdudlaşdırılmasına qanunvericiliklə müəyyən edilmiş legitim əsaslar müəyyən edilmir. Bu səbəbdən, iddiaçının mülkiyyət hüquqlarının müdafiəsi təmin edilməlidir. Cavabdehin uzun illərdir ki, sözügedən sahəyə faktiki sahiblik etməsi iddiaçının mülkiyyət hüquqlarının pozulmasına haqq qazandıra, buna əsas qismində çıxış edə bilməz. Cavabdehin həmin sahibliyi qanunsuzdur. İddiaçıya məxsus olan sahənin cavabdeh tərəfindən müxtəlif şəxslərə kirayəyə verilməsi həmin kirayəçilərlə kirayəyə verən arasındakı hüquq münasibətləridir. Cavabdehin kirayə müqaviləsi (şifahi formada bağlanan) bağlamaqda hüququ yoxdur, çünki həmin mülkiyyət sahəsi ona məxsus deyildir. Odur ki, hazırki mübahisə üzrə həmin kirayəçilərin cavabdeh olmasının hüquqiliyi barədə cavabdeh tərəfin vəkilinin arqumenti ilı məhkəmə razılaşmır. Çünki, iddiaçıya münasibətdə mülkiyyətə maneələr həmin kirayəçilər tərəfindən deyil, məhz cavabdeh tərəfindən yaradılır. Yəni, burada mülkiyyətə yaradılan maneələrlə bağlı hüquq münasibəti ilə kirayə hüquq münasibətlərinin mahiyyəti, öhdəliyin yaranma əsasları və xarakteri, subyekt tərkibi və mahiyyəti üzrə hüquq münasibətləri fərqləndirilməlidir. Çıxarışın qeydə alınması əsasının gələcəkdə ləğv edilməsi və ya hüquqi situasiyanın dəyişməsi hüquq münasibətlərinin mahiyyəti gərəyi mümkündür. Lakin, məhkəmə mübahisəyə hazırki hüquqi situasiyaya uyğun baxaraq həll etməlidir. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Cavabdeh tərəfin icraatın dayandırılması barədə vəsatəti əsassız hesab edilir. Belə ki, mülkiyyətçinin mülkiyyət hüquqları təxirə salınmadan qorunmalıdır. Hazırki mübahisə üzrə icraatın dayandırılması uğurluluq ehtimalı müəyyən olmayan digər iddianın qaldırılacağı əsası ilə (çıxarışın verilməsinə əsas olan hüquqi əsasın və çıxarışın ləğv edilməsi) mülkiyyət hüquqlarının əsassız pozulmasına səbəb ola bilər. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmənin mülki prosesdə arbitr rolunda çıxış etməsi nəzərə alınmaqla, öz təşəbbüsü ilə proses iştirakçılarının lehinə və ya əlehinə sübutlar toplaması və ya bu istiqamətdə müəyyən prosessual fəaliyyət göstərməsi yolverilməzdir. Nəticə etibarilə, mülkiyyətçi olan iddiaçının iddia tələbi əsaslıdır. Məhkəmə qərarı qanuni və əsaslı olmalıdır. Hüquqi müəyyən, aydın, anlaşılan hüquq norması digər formada təfsir edilə bilməz. Hüquq normalarının birbaşa tətbiqi ilə məşğul olan məhkəmələr hüquq münasibətlərinin subyektləri arasındakı mübahisələri ədalətli şəkildə tənzimlədikdə məhkəməyə və hüquq sisteminə olan etimad artır, əks halda, inamsızlıq, hüquqi nihilizmin geniş vüsət almasına səbəb olmaqla hüquqi dəyərlərin aşınması ilə nəticələnir. Beləliklə, yuxarıda qeyd olunan xüsusatlar nəzərə alınmaqla məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalı, Cavabdeh tərəfindən İddiaçı məxsus ünvan 1 ünvanında, 1ci mərtəbədə yerləşən, ümumi sahəsi 32.50 kv.m. olan, 2 otaqlı, 20,2 kv.m. yaşayış sahəsinə malik mənzilin xüsusi mülkiyyət hüququ ilə 1 paydan ibarət, ümumi sahəsi 12.1 kv.m., köməkçi sahəsi - 2.3 kv.m və 1 otaq - 9.8 kv.m sahəyə olan mənzildən istifadəyə yaradılan maneələr aradan qaldırılmalı, Cavabdeh həmin sahədən çıxarılmalı və mülkiyyət sahəsi boşaldılaraq İddiaçı təhvil verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı "Cavabdeh tərəfindən İddiaçı məxsus ünvan 1 ünvanında, 1-ci mərtəbədə yerləşən, ümumi sahəsi 32.50 kv.m. olan, 2 otaqlı, 20,2 kv.m. yaşayış sahəsinə malik mənzilin xüsusi mülkiyyət hüququ ilə 1 paydan ibarət, ümumi sahəsi 12.1 kv.m., köməkçi sahəsi - 2.3 kv.m və 1 otaq - 9.8 kv.m sahəyə olan mənzildən istifadəyə maneələrin aradan qaldırılması, cavabdehin mənzildən çıxarılmasına və mənzilin boşaldılaraq iddiaçıya təhvil verilməsi” tələbinə dair iddiası təmin edilsin. Cavabdeh tərəfindən İddiaçı məxsus ünvan 1 ünvanında, 1-ci mərtəbədə yerləşən, ümumi sahəsi 32.50 kv.m. olan, 2 otaqlı, 20,2 kv.m. yaşayış sahəsinə malik mənzilin xüsusi mülkiyyət hüququ ilə 1 paydan ibarət, ümumi sahəsi 12.1 kv.m., köməkçi sahəsi - 2.3 kv.m və 1 otaq - 9.8 kv.m olan sahəyə istifadəyə yaradılan maneələr aradan qaldırılsın. Cavabdeh həmin sahədən çıxarılsın. Həmin mülkiyyət sahəsi boşaldılaraq İddiaçı təhvil verilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fariz Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar