Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-5103/2024 28.10.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Sultanova-Məmmədova Ayşən Ramiz qızının sədrliyi, Həsənova Aysel Zaur qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı "nikahın pozulması, uşağın ananın himayəsində saxlanılması və aliment" tələbinə dair mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı "nikahın pozulması, uşağın ananın himayəsində saxlanılması və aliment" tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh ilə xx.xx.2021-ci il tarixdə 1 saylı Bakı “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsində nikahın bağlanması haqqında akt qeydiyyatı kitabında 1843 saylı qeydiyyata alınmış nikahın pozulması, birgə nikahlarından xx.xx.2021-ci il təvəllüdlü X2 onun yanında qalmasının, uşağın yetkinlik yaşəna çatanadək 235 manat alimentin ödəməsinə və uşağın 3 yaşına çatana kimi maddi köməkilik qismində 100 (yüz) manat ödəməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı iş üzrə Cavabdeh ilə xx.xx.2021-ci il tarixdə nikahın bağlanması haqqında akt qeydiyyatı kitabında 1843 saylı qeydiyyata alınmaqla 1 saylı Bakı “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsində nikahları rəsmiləşdirilmişdir. Birgə nikahlarından xx.xx.2021-ci il təvəllüdlü X3 doğulmuşdur. Əvəllər münasibətləri normal olsa da, sonradan kəskin pisləşmişdir. Münasibətləri pisləşməsinə və ayrılmağların səbəb onunla xasiyyətləri düz gəlməmiş və Cavabdeh narkotik vasitələrin istifadəçisi olmağdır. Faktiki olaraq ayrı yaşayırlar. Ailə münasibətlərini bərpa etmək qeyrimümkündür. 3 saylı Mediasiya təşkilatında xx.xx.2024-cü il tarixində müvafiq iclas keçirilərək, ona cavabdeh iştirak etmədiyi üçün “X1 (İMS) iştirak edilməməsi” barədə arayış təqdim edilmişdir. Cavabdeh nümayəndəsi və vəkili Vəkil “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sisteminə ərizə yükləmişdir və bildirdirmişdir ki, iddiaçı ilə cavabdeh aralasında xx.xx.2021-ci il tarixdə 1 saylı Bakı “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsində nikahın bağlanması haqqında akt qeydiyyatı kitabında 1843 saylı qeydiyyata alınmış nikahın pozulması, birgə nikahlarından xx.xx.2021-ci il təvəllüdlü X2 onun yanında qalmasının, uşağın yetkinlik yaşəna çatanadək 235 manat alimentin ödəməsini razıdır, lakin uşağın 3 yaşına çatana qədər maddi köməklik qismində 100 (yüz) manat tutulması hissəsində iddia tələbini qətiyyən qəbul etmir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: AZ-İİ seriyalı, 452420 saylı nikah haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə İddiaçı xx.xx.2021-ci il tarixdə nikaha daxil olmuş və bu barədə 1843 saylı akt qeydi tərtib edilmişdir. Nikah bağlandıqdan sonra ərə Salamov arvada isə Salamova soyadı verilmişdir. 3 saylı Bakı “ASAN” xidmət mərkəzi qeydiyyat şöbəsindən verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X3 xx.xx.2021-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. Onun atası qrafasında Cavabdeh, anası qrafasında isə İddiaçı qeyd olunmuşdur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 19.1-ci maddəsinə əsasən bu məcəllənin 17.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla ər-arvadın yetkinlik yaşına çatmayan ümumi uşaqları olduqda və ya ər (arvad) nikahın pozulmasına razı olmadıqda nikah məhkəmə qaydasında pozulur; 20.1-ci maddəsinə görə, ər-arvadın birgə yaşamasının və ailənin saxlanmasının qeyri-mümkünlüyü məhkəmə tərəfindən müəyyən edildikdə nikah məhkəmə qaydasında pozulur; Məhkəmə qeyd edir ki, tərəflərin münasibətləri pisləşdiyi üçün onlar faktiki olaraq ərarvad kimi yaşamır, ailənin bərpası üçün heç bir təşəbbüs göstərməmişlər. Hazırda tərəflər nikahının pozulmasında israrlıdır. Ona görə də məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış nikah pozulmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 22.1-ci maddəsinə əsasən nikah məhkəmə qaydasında pozularkən, ər-arvad məhkəməyə yetkinlik yaşına çatmayan uşaqların kiminlə qaldığını, uşaqların və (və ya) ehtiyacı olan və əmək qabiliyyəti olmayan ərin(arvadın) saxlanması üçün vəsaitin ödənilmə qaydasını, bu vəsaitin miqdarını və ər-arvadın ümumi birgə mülkiyyətin bölünməsini müəyyən edən saziş təqdim edə bilər. 22.2-ci maddəsinə görə nikah məhkəmə qaydasında pozularkən məhkəmə boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qaldığını müəyyən etməlidir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, tərəflərin birgə nikahlarından doğulmuş yetkinlik yaşına çatmayan xx.xx.2021-ci il təvəllüdlü X3 hal-hazırda ana qayğısına daha çox ehtiyacının olmasını və digər mənafeyilərini nəzərə alaraq belə qənaətə gəlir ki, iddiaçı ilə cavabdehin birgə nikahından olmuş doğulmuş xx.xx.2021-ci il təvəllüdlü X3 anası İddiaçı himayəsində saxlanılmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 76.1-ci və 76.1.1. 1-ci maddələrinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 1 uşağa görə - qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi miqdarda aliment tutulur. 84.1-ci maddəsinə əsasən ər və arvad bir-birinə maddi cəhətdən kömək etməlidirlər. 84.2.2-ci maddəsinə əsasən bu köməyin göstərilməsindən imtina edildikdə və ərarvad arasında alimentin ödənilməsi barədə saziş olmadıqda, hamiləliyi dövründə və ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində arvad buna zəruri vəsaitə malik olan digər tərəfin aliment ödəməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdir. Beləliklə, məhkəmə qanunvericiliyin yuxarıda qeyd olunan normalarına əsaslanaraq hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh ilə İddiaçı arasında 1 saylı Bakı “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsində xx.xx.2021-ci il tarixdə 1843 nömrəli akt qeydi ilə bağlanmış nikah pozulmalı, tərəflərin birgə nikahından doğulmuş xx.xx.2021-ci il təvəllüdlü X2 anası İddiaçı himayəsində saxlanılmalı, Cavabdeh xx.xx.2021-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 235 (iki yüz otuz beş) manat sabit pul məbləğində aliment tutularaq iddiaçı Qurbanova Sevinc Vəkil qızına ödənilməli və alimentin tutulması xx.xx.2024-cü il tarixdən hesablanmalı və qətnamə alimentin tutulması hissəsində dərhal icra edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci, 358-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh ilə İddiaçı arasında 1 saylı Bakı “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsində 12 avqust 2021-ci il tarixdə 1843 saylı akt qeydi ilə bağlanmış nikah pozulsun. Tərəflərin birgə nikahından doğulmuş xx.xx.2021-ci il təvəllüdlü X3 anası İddiaçı yanında saxlanılması müəyyən edilsin. Cavabdeh xx.xx.2021-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 235 (iki yüz otuz beş) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. xx.xx.2021-ci il təvəllüdlü X2 3 (üç) yaşına çatanadək, yəni xx.xx.2024-cü il tarixədək Cavabdeh hər ay 50 (əlli) manat sabit pul məbləğində aliment tutularaq, İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Alimentin tutulması 24 sentyabr 2024-cü il tarixdən hesablansın. Qətnamə alimentin tutulması hissəsində dərhal icra edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ayşən Sultanova-Məmmədova
Məhkəmə qərarları › İş №e-2(004)-5103/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-5103/2024
28.10.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi - Ailə münasibətləri üzrə mübahisələr - Nikahın pozulması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver