Məhkəmə qərarları › İş №e-2(004)-5119/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-5119/2025

17.02.2026 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-5119/2025 17.02.2026 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Oruclu Aydan Adəm qızının sədrliyi, Məhkəmə iclasının katibi Şəfiyev Rəhman İntizar oğlunun katibliyi ilə, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh “Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası” X2rşı “əmrin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh “Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası” X2rşı “işə bərpa və əmrin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun Mirqasımov adına Respublika Mərkəzi Xəstəxanasında qeydiyyatçı peşəsinə bərpa olunmağı və xx.xx.2025-ci il tarixli 18-1- 13/3- 1-706/2025 saylı əmrin etibarsız hesab olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, heç bir səbəb olmadan, ona aid olmayan, şöbənin digər qeydiyyatçıları tərəfindən törədilmiş pozuntuya görə onu əmək məcəlləsinin müvafiq maddəsi ilə işdən cıxardıblar, amma digər qeydiyyatçı işləyən işçilər öz ərizəsi alınaraq işdən azad olunublar. Belə ədalətsiz əmr onun işgüzar nüfuzuna xəlil gətirərək əmək fəaliyyətinə ciddi təsir edir. İşgüzarlığının aktiv dönəmində, belə qanunsuz əmr ona mənəvi və maddi təsir göstərir. Hesab edir ki, AR ƏM-nin 70-ci maddəsinin “ç” bəndinə əsasən mənim işdən azad olunmağı qanunsuzdur. Hazırkı iddia ilə işəgötürən tərəfindən kobud şəkildə pozulmuş hüquqlarının bərpa olunmasını istəyir və ona görə də məhkəməyə iddia ilə müraciət edir. İş üzrə cavabdeh təşkilat qanunsuz olaraq onu işdən azad etməklə bu barədə müvafiq əmr vermiş və yolverilməz sənədləşmə aparmaqla öz əmrini hüquqi əsaslandırmağa çalışmışdır. Belə ki, onların ərizə verməklə könüllü olaraq işdən azad olunmaq barədə təkliflərinə rədd cavabı verdiyindən barəsində hazırkı yolverilməz sənədləşməni aparmaqla qanunsuz olaraq işdən azad olunmuşdur. İşəgötürən tərəfindən bu əmək müqaviləsi ləğv edilərkən işçi qanunvericilikdə nəzərdə tutulan hallarda xəbərdar edilməlidir. İşəgötürən tərəfindən zor işlədilərək, hədə-qorxu gələrək, yaxud hər hansı başqa üsulla işçinin iradəsinin əleyhinə bu Əmək müqaviləsini ləğv etməyə onun məcbur edilməsinə yol verilmir. AR Əmək Məcəlləsinin 71.2 və 71.3-cü maddəsinə əsasən bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun və işəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Hazırki, mübahisəli iş üzrə vətəndaş olaraq onun əmək və ədalətli məhkəmə araşdırılması hüquqları müdafiə olunmalı və barəsində verilmiş əmr məhkəmə tərəfindən etibarsız elan olunmaqla öz işinə bərpa olunmağı haqqında qətnamə qəbul olunmalıdır. Daha sonra İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh Mirqasımov adına Respublika Mərkəzi Xəstəxanasının xx.xx.2025-ci il tarixli 18-1-13/3-1-706/2025 saylı əmrinin etibarsız hesab olunması barədə qətnamə qəbul edilməsi və ya cavabdehlə məhkəmə icraatında tərəflərin qarşılıqlı güzəştə getməsi əsasında barişıq sazişi (sazişdə əmrin ləğv edilməsi, öz xahişimlə işdən azad olunmam və X1 Xidmətinin “Əmək və Məşğulluq” altsistemi (ƏMAS) platformasından silinmənin icra edilməsi) barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Daha sonra İddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, Mirqasımov adına Respublika Mərkəzi Xəstəxanasında qeydiyyatçı peşəsinə işə bərpa (əmək müqaviləsinin şərtləri və məcburi işburaxma nəzərə alınmaqla) olunmağı və xx.xx.2025-ci il tarixli 18-1-13/3-1-706/2025 saylı əmrin etibarsız hesab olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5119/2025 nömrəli, xx.xx.2026-cı il tarixli qərardadına əsasən İddiaçı tərəfindən verilmiş iddia tələbinin həcminin artırılması barədə ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasında iştirak etməmiş, iddiaçının nümayəndəsi və vəkili Vəkil elektron kabinet vasitəsilə məhkəməyə ərizə ilə müraciət edərək, məhkəmə baxış iclasının iştirakları olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə iddianı qəbul etməyərək, iddianın təmin olunmaması barədə qətnamə qəbul edilməsini xahiş etdi. İş materiallarında olan Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X6 “Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası” X3 xx.xx.2024-cü il tarixli, 18-1-3/3-1-1616/2024 nömrəli əmrinə əsasən “Akademik M.Ə.Mirqasımov adına Respublika” X5 Xəstə xidmətləri şöbəsinin Xəstə qəbulu bölməsində qeydiyyatçı vəzifəsində çalışan İddiaçı əmək və icra intizamını pozaraq işində yol verdiyi nöqsanlara görə töhmət verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X6 “Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası” X3 xx.xx.2024-cü il tarixli, 18-1-3/3-1-1789/2024 nömrəli əmrinə əsasən “Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası” X5 Xəstə xidmətləri şöbəsinin Xəstə xidmətləri bölməsində qeydiyyatçı vəzifəsində çalışan İddiaçı əmək və icra intizamını pozaraq işində yol verdiyi nöqsanlara görə töhmət verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X6 “Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası” X3 xx.xx.2025-ci il tarixli, 18-1-3/3-1-287/2025 nömrəli əmrinə əsasən “Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası” X5 Xəstə xidmətləri şöbəsinin Xəstə qəbulu bölməsində qeydiyyatçı vəzifəsində çalışan İddiaçı əmək və icra intizamını pozaraq işində yol verdiyi nöqsanlara görə töhmət verilmişdir. İş materiallarında olan Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının Həmkarlar İttifaqı Komitəsinin Rəyasət Heyətinin iclasının xx.xx.2025-ci il tarixli, 31 nömrəli protokoluna əsasən “Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası" X5 Xəstə xidmətləri şöbəsinin Xəstə qəbulu bölməsinin qeydiyyatçısı İddiaçı əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilməsinə etiraz edilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X6 “Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası” X3 xx.xx.2025-ci il tarixli, 18-1-3/3-1-706/2025 nömrəli əmrinə əsasən “Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası” X5 Xəstə xidmətləri şöbəsinin Xəstə qəbulu bölməsində qeydiyyatçı vəzifəsində çalışan İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə (əmək vəzifələrinin kobud şəkildə pozulması) əsasən 11 iyul 2025-ci il tarixindən tutduğu vəzifədən azad edilmiş və onunla bağlanmış 04 fevral 2022-ci il tarixli əmək müqaviləsinə xitam verilmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin: 3-cü maddəsinin 5-ci hissəsinə əsasən əmək müqaviləsi (kontraktı) işəgötürənlə işçi arasında fərdi qaydada bu Məcəllə ilə müəyyən edilmiş formada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir. 10-cu maddəsinə əsasən əmək müqaviləsi üzrə işçinin əsas vəzifələri a) əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək; b) əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək; c) əməyin təhlükəsizliyi normalarına əməl etmək; ç) işəgötürənə vurduğu maddi ziyana görə məsuliyyət daşımaq; d) dövlət sirrini, habelə işəgötürənin kommersiya sirrini müəyyən olunmuş qaydada və şərtlərlə gizli saxlamaq; e) iş yoldaşlarının əmək hüquqlarını və qanuni mənafelərini pozmamaq; ə) fərdi, kollektiv əmək mübahisələri üzrə məhkəmə qərarlarını (qətnamələrini) yerinə yetirmək; f) əmək qanunvericiliyinin tələblərinə əməl etməkdir. 11-ci maddəsinin “d” bəndinə əsasən işçilər əmək müqaviləsinin şərtlərini, müəssisədaxili intizam qaydalarını pozduqda qanunvericiliklə müəyyən olunmuş qaydada onları intizam məsuliyyətinə cəlb etmək işəgötürənin əsas hüquqlarındandır. 45-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır. 47-ci maddəsinin “f” bəndinə əsasən tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə əmək müqaviləsi müəyyən müddətə bağlanıla bilər. 70-ci maddəsinin “ç” bəndinə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. 72-ci maddəsinə əsasən aşağıdakı hallar işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir: a) özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi; b) alkoqollu içkilər, narkotik vasitələr və psixotrop, toksik və digər zəhərli maddələr qəbul edərək sərxoş vəziyyətdə işə gəlməsi, habelə işə gəldikdən sonra iş yerində həmin içkiləri və ya maddələri qəbul edərək sərxoş vəziyyətdə olması; c) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması; ç) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində əməyin mühafizəsi qaydalarını pozaraq iş yoldaşlarının səhhətinə xəsarət yetirməsi və ya onların bu səbəbdən həlak olması; d) qəsdən istehsal, kommersiya və ya dövlət sirrinin yayılması və ya bu sirrin gizli saxlanılması üzrə öhdəliklərini yerinə yetirməməsi; e) əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi; ə) əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması; f) iş vaxtı ərzində bilavasitə iş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllərə yol verməsi. 80-ci maddəsinin 1-ci hissəsinə əsasən bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. 80-ci maddəsinin 2-ci hissəsinə əsasən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir. 83-cü maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara uyğun olaraq xitam verilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. 186-cı maddəsinin 1-ci hissəsinə əsasən işəgötürən, işçi bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrini yerinə yetirmədikdə və ya hüquqlarından sui-istifadə etdikdə və yaxud əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə intizam məsuliyyətinə, qanunvericilikdə nəzərdə tutulmuş hallarda isə digər məsuliyyətə cəlb edilirlər. 186-cı maddəsinin 2-ci hissəsinə əsasən işçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər:a) töhmət vermək; b) sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; c) kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək; ç) əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2022-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, əqdin etibarlı olması üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlər mülki hüquq doktrinasında dörd kateqoriyada qruplaşdırılmışdır:- əqdin subyekt tərkibinə dair şərtlər; - əqdin məzmununa dair şərtlər; - əqddə iradə sərbəstliyi və iradə ifadəsinin bildirilməsi vəhdətinə dair şərtlər; - əqdin formasına dair şərtlər. Hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün hər bir kateqoriyadan olan şərtlərə əməl edilməlidir (Konstitusiya Məhkəməsi Plenumunun N.Əsədovanın şikayəti üzrə 2021-ci il 12 aprel tarixli Qərarı). Müqaviləni öhdəlik hüquq münasibətlərinin digər yaranma əsaslarından fərqləndirən başlıca xüsusiyyət onun məhz tərəflərin qarşılıqlı iradə ifadəsinin nəticəsi olmasıdır. Bu səbəbdən də müqavilənin etibarlılıq şərtlərindən biri tərəflərin qarşılıqlı iradə ifadəsinin və hüquqi niyyətlərinin vahidliyi və həqiqiliyi ilə bağlıdır. Müqavilənin etibarlılığı üçün zəruri olan bu tələb isə müqavilə münasibətlərinin tənzimlənməsində əsas rola malik müqavilə azadlığı prinsipindən irəli gəlir (Konstitusiya Məhkəməsi Plenumunun Ə.İbrahimovun şikayəti üzrə 2004-cü il 12 aprel və T.Qasımovanın şikayəti üzrə 2020-ci il 1 dekabr tarixli Qərarları)... Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında hesab etmişdir ki, mülki dövriyyə iştirakçılarının sərbəst seçimi olaraq əqd tərəflərin azad və qarşılıqlı iradə ifadəsi nəticəsində əmələ gəlir. Odur ki, əqdin etibarsızlığı ilə bağlı işlərə baxılarkən, yalnız yazılı və formal hallara qiymət verməklə kifayətlənilməməli, tərəflərin iradə ifadəsinin həqiqi məzmunu və hüquqi niyyətləri də müəyyən edilməlidir. Bu növ iddia tələbləri üzrə müqavilənin etibarsızlığı faktı yalnız iradə ifadəsinin özünün deyil, həm də həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motiv, məsələn, müqaviləyə qədərki danışıqlar, tərəflər arasındakı münasibətlər və tərəflərin sonrakı hərəkətləri nəzərə alınmaqla təsdiq edilə bilər (B.Qasımovun şikayəti üzrə 2019-cu il 9 dekabr və N.Əsədovanın şikayəti üzrə 2021-ci il 12 aprel tarixli Qərarlar). Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1-cı maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, İddiaçı xx.xx.2022-ci il tarixdə cavabdeh Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası X5 Xəstə xidmətləri şöbəsinin Xəstə qəbulu bölməsinə qeydiyyatçı vəzifəsinə qəbul edilmişdir. İddiaçı əmək fəaliyyəti dövründə xx.xx.2024-cü il tarixli, xx.xx.2024-cü il tarixli və xx.xx.2025-ci il tarixli əmrlərlə əmək və icra intizamını pozduğuna görə intizam məsuliyyətinə cəlb edilmiş və ona töhmət verilmişdir. Daha sonra cavabdehin Həmkarlar İttifaqı Komitəsinin xx.xx.2025-ci il tarixli, 31 nömrəli protokolu ilə iddiaçının əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilməsinə etiraz edilməmişdir. Bunun əsasında cavabdehin xx.xx.2025-ci il tarixli, 18-1-3/3-1-706/2025 nömrəli əmri ilə İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə (əmək vəzifələrinin kobud şəkildə pozulması) əsasən tutduğu vəzifədən azad edilmiş və onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Hazırda İddiaçı cavabdeh Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası X5 11 iyul 2025-ci il tarixli, 18-1-3/3-1-706/2025 nömrəli əmrin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsi və ya cavabdehlə məhkəmə icraatında tərəflərin qarşılıqlı güzəştə getməsi əsasında barışıq sazişi (sazişdə əmrin ləğv edilməsi, öz xahişilə işdən azad olunması və X1 Xidmətinin “Əmək və Məşğulluq” altsistemi (ƏMAS) platformasından silinmənin icra edilməsi) barədə qərardad qəbul edilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Göründüyü kimi, əqdin etibarlı olması üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlər mülki hüquq doktrinasında dörd kateqoriyada qruplaşdırılmışdır: - əqdin subyekt tərkibinə dair şərtlər; - əqdin məzmununa dair şərtlər; - əqddə iradə sərbəstliyi və iradə ifadəsinin bildirilməsi vəhdətinə dair şərtlər; - əqdin formasına dair şərtlər. Hər hansı əqdin, etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün hər bir kateqoriyadan olan şərtlərə əməl edilməlidir. Bu şərtlərin hər biri olduqda müvafiq əqd etibarlı əqd kimi tanınır və qəbul edilir, habelə subyektlərin əqd bağladıqları zaman istədikləri hüquqi nəticələr doğurur. “Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası” X3 xx.xx.2025-ci il tarixli, 18-1-3/3-1-706/2025 nömrəli əmrinin etibarlılığını şübhə altına alan halların mövcud olması məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. İş materiallarına, tərəflərin izahatlarına əsasən müəyyən olunur ki, cavabdeh “Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası” X3 xx.xx.2025-ci il tarixli, 18-1-3/3-1-706/2025 nömrəli əmri müvafiq prosedur qaydalara uyğun olaraq, qanunvericiliyin tələblərinə riayət edilməklə qəbul edilmişdir. İddiaçı tərəfindən əmrin qanunsuzluğunu və ya etibarsızlığını təsdiq edən hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası X5 11 iyul 2025-ci il tarixli, 18-1-3/3- 1-706/2025 nömrəli əmrin etibarsız hesab edilməsi tələbi əsassızdır və təmin edilməməlidir. Bundan başqa, məhkəmə icraatı zamanı tərəflərə kifayət qədər vaxt verilsə də, onlar arasında qarşılıqlı razılıq əldə edilməmiş və barışıq sazişi bağlanmamışdır. Məhkəməyə barışıq sazişi təqdim edildiyi təqdirdə, bağlanmış barışıq sazişi qanuna zidd olmadıqda və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadıqda məhkəmə tərəfindən təsdiq edilir. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı cavabdehlə məhkəmə icraatında tərəflərin qarşılıqlı güzəştə getməsi əsasında barışıq sazişi bağlanması barədə qərardad qəbul edilməsi tələbi təmin edilməməlidir. Məhkəmə həmçinin qeyd edir ki, mülki məhkəmə icraatının prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması tərəflərin birbaşa vəzifəsidir. Beləliklə, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək, sadalanan qanunvericilik normalarını rəhbər tutaraq, işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, İddiaçı cavabdeh “Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası” X2rşı “əmrin etibarsız hesab edilməsi” tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.1-ci maddəsinə əsasən əməyin ödənilməsi və əmək fəaliyyəti ilə bağlı digər tələblər üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Aydan Oruclu

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar