Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-5152/2023 07.11.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Sultanova-Məmmədova Ayşən Ramiz qızının sədrliyi, Qasımova Səmra Elçin qızının katibliyi ilə, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə İddiaçı Cavabdeh qarşı “cavabdehə mənzildən istifadəyə qadağa qoyulması və həmin mənzilin onun tərəfindən boşaldılaraq iddiaçıya təhvil verilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “cavabdehə mənzildən istifadəyə qadağa qoyulması və həmin mənzilin onun tərəfindən boşaldılaraq iddiaçıya təhvil verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh əşyaları ilə birlikdə Bakı şəhəri, Yasamal rayonu, İsmayılbəy Qutqaşınlı küçəsi, ev 112C (Yeni qaydalarla: ünvan 1 ünvanında yerləşən 22 saylı mənzildən istifadə etməsinə qadağa qoyulması və həmin mənzilin cavabdeh tərəfindən boşaldılaraq ona təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, O, Bakı şəhəri, Yasamal rayonu, İsmayılbəy Qutqaşınlı küçəsi, ev 112C, mənzil 22, Yeni qaydalarla: AZ 1073, ünvan 2 ünvanında yerləşən mənzili xx.xx.2022-ci il tarixdə bağladığı alqı-satqı müqaviləsinə əsasən "xxxx" MMC-dən almışdır. Bununla bağlı, müvafiq dölət qurumu tərəfindən xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarış verilib. Həmin mənzil, hazırda xüsusi mülkiyyətindədir.Lakin, qeyd edilən mənzili aldıqdan sonra ona məlum olmuşdur ki, orada uzun müddətdir ki, heç bir hüququ və icazəsi olmadan Rusiya Federasiyasının vətəndaşı Cavabdeh yaşayır. Dəfələrlə ona müraciət edərək, ona məxsus olan mənzildən çıxmağını xahiş və tələb etmişdir. Buna baxmayaraq, cavabdeh mənzildən çıxmır, həmin mənzildən şəxsi evi kimi istifadə edir. Beləliklə, cavabdehin günahı üzündən mənzil üzərindəki sahib olmaq, istifadə etmək və sərəncam vermək hüquqlarından istifadə edə bilmir. Həmçinin məhkəmənin diqqətinə çatdırmaq istəyir ki, cavabdeh xarici vətəndaşdır, hansı əsasla bizim ölkədə yaşadığı məlum deyil, hətta Dövlət Miqrasiya Xidmətində qeydiyyatda olubolmaması bilinmir. Göründüyü kimi, onun konstitusion mülkiyyət hüququ Cavabdeh tərəfindən kobud şəkildə pozulur. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib iş materiallarını araşdıraraq və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan: Bakı şəhəri 12 saylı Notariat ofisində bağlanmış 04 noyabr 2022-ci il tarixli 4Ə-3128 reyestrli alqı-satqı müqaviləsinin təsdiq olunmuş surətindən görünür ki, Satıcı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Bakı şəhəri, Yasamal rayonu, İsmayılbəy Qutqaşınlı küçəsi, ev 112C, mənzil 22, Yeni qaydalarla: ünvan 2 ünvanında yerləşən mənzilin tam mülkiyyət hüququ üzrə on(lar)a məxsus hissəsindən ümumi sahəsi 115.6 kv.m. olan hissəni alıcı İddiaçı mülkiyyətinə verir, alıcı İddiaçı satıcı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin satdığı hissəni (115.6 kv/m) 208.000 manat qiymətinə alır. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən müəyyən olunur ki, O, Bakı şəhəri, Yasamal rayonu, İsmayılbəy Qutqaşınlı küçəsi, ev 112C, mənzil 22, Yeni qaydalarla: AZ 1073, ünvan 2 İddiaçı tam hüquqlu payı müəyyən edilməklə mülkiyyət hüququ xx.xx.2022-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Cavabdeh həqiqətən də "xxxx" MMC idarə etdiyi ünvan 4 ünvanında yerləşən yaşayış binasının 22 nömrəli mənzildə yaşayır (Yeni qaydalarla: AZ1073, Bakı şəhəri, Yasamal rayonu, İsmayılbəy Qutqaşınlı küçəsi, 150 M8, M2). Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, mübahisəli mənzil İddiaçı tərəfindən alqı-satqı müqaviləsi əsasında əldə edilmiş və həmin ev üzərində onun xüsusi mülkiyyət hüququ xx.xx.2022-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İddiaçı cavabdehə mülkiyyətində olan mənzildən çıxması, evin boşaldılaraq ona təhvil verilməsi ilə bağlı dəfələrlə müraciət etməyinə baxmayaraq cavabdeh, mülkiyyətindən çıxmaqdan imtina edir. Bu səbəbdən İddiaçı öz evindən rahat istifadə etməyinə mane olur, onun mülkiyyət hüquqlarını pozur, mülkiyyətində olan mənzildən öz istədiyi kimi istifadə etmək və sərəncam vermək hüququnu məhdudlaşdırır. Azərbaycan Respublikası Konstitusiyanın 13-cü maddəsinin İ hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinə əsasən, heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 153.4-cü maddəsinə əsasən bütün mülkiyyətçilərin hüquqları eyni bərabərdə müdafiə edilir. 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvesiyasının xx.xx.1952-ci il tarixli 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə etmək hüququna malikdir. Heç kəs cəmiyyətinin maraqları naminə, qanunla və beynalxalq hüququnun ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən mərhum edilə bilməz. Göründüyü kimi, həm milli qanunvericilik, həm də, beynəlxalq hüquq, o cümlədən Avropa İnsan Hüquqları Konvensiyası hər bir hüquqi və fiziki şəxsin mülkiyyət hüququnu və öz mülkiyyətindən maneəsiz istifadə hüququnu tanıyır və həmin hüquqa təminat verir. Başqa sözlə, mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilməsini qadağan edir. Bu zaman ən mühüm amil fərdin mülkiyyət hüququ ilə, həmin hüququ məhdudlaşdıran maraqlar arasında ədalətli tarazlığın müəyyən edilməsi və gözlənilməsidir. Məhkəmə qeyd edir ki, mübahisəli mənzilin tam mülkiyyət hüququ üzrə iddiaçıya məxsus olması, onun həmin mənzilə istifadə və sahiblik hüquqlarının olmasını ehtiva edir. Ona görə də, iddiaçı öz mülahizəsinə görə mülkiyyətində olan mübahisəli mənzilə dair sahiblik və istifadə hüququna malikdir. Lakin, Cavabdeh onu mübahisəli mənzilə buraxmaması nəticəsində iddiaçı X1 göstərilən hüquqlarını həyata keçirə bilməmişdir. Bu səbəbdən iddiaçı bu hüquqların ona tanıdığı imkandan istifadə edərək cavabdehin mübahisəli mənzildən çıxarılması və mənzildən istifadə etməsinə qadağa qoyulmasını tələb etməkdə haqlı olmuşdur. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, Cavabdeh Bakı şəhəri, Yasamal rayonu, İsmayılbəy Qutqaşınlı küçəsi, ev 112C (Yeni qaydalarla: ünvan 1 ünvanında yerləşən 22 saylı mənzildən istifadə etməsinə qadağa qoyulmalı və həmin mənzil cavabdeh tərəfindən boşaldılaraq iddiaçıya təhvil verilməlidir. Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh Bakı şəhəri, Yasamal rayonu, İsmayılbəy Qutqaşınlı küçəsi, ev 112C (Yeni qaydalarla: ünvan 1 ünvanında yerləşən 22 saylı mənzildən istifadə etməsinə qadağa qoyulsun və həmin mənzil cavabdeh tərəfindən boşaldılaraq iddiaçıya təhvil verilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ayşən Sultanova-Məmmədova
Məhkəmə qərarları › İş №e-2(004)-5152/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-5152/2023
07.11.2023 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver