Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-5156/2024 19.12.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Almasova Aytən Asəf qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh "İri Şəhərlərin X16 Xidməti" X15 nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh "İri Şəhərlərin X16 Xidməti" X12rşı “əmrin ləğv edilməsi, işə bərpa, məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı cavabdeh "İri Şəhərlərin X16 Xidməti" X12rşı “əmrin ləğv edilməsi, işə bərpa, məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh “İri Şəhərlərin X16 Xidməti” PHŞ-nin İddiaçı ilə bağlanmış əmək müqaviləsinin ləğv edilməsinə dair xx.xx.2024-cü il tarixli 674-K nömrəli əmrinin ləğv edilməsi, iddiaçının əvvəlki vəzifəsinə bərpa edilməsi, məcburi işburaxma müddəti üçün ona əmək haqqının ödənilməsi və Əmək Məcəlləsinin 172-ci maddəsinə əsasən əmək haqqının gecikdirildiyi hər günə görə 1% miqdarında ödəniş ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra, İddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh “İri Şəhərlərin X16 Xidməti” PHŞ-nin İddiaçı ilə bağlanmış əmək müqaviləsinin ləğv edilməsinə dair xx.xx.2024-cü il tarixli 674-K nömrəli əmrinin ləğv edilməsi, iddiaçının əvvəlki vəzifəsinə bərpa edilməsi, məcburi işburaxma müddəti üçün ona əmək haqqının ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı xx.xx.2015-ci il tarixdən 356-K saylı əmrə əsasən "xxxx" ASC-də işə başlamışdır. xx.xx.2017-ci il tarixdən isə iddiaçı “Təmir-tikinti şöbəsinin mühəndisi” vəzifəsində çalışmışdır. xx.xx.2024-cü il tarixdə iddiaçıya tutduğu vəzifə - Tikinti-təmir şöbəsinin mühəndisi vəzifəsi üzrə ştat vahidinin ixtisara düşəcəyi və 6 təqvim həftəsindən sonra işdən azad ediləcəyi barədə xəbərdarlıq edilmişdir. Su Təsərrüfatı X8 Respublika komitəsi tərəfindən 09 avqust 2024-cü il tarixli rəyi ilə ştat ixtisarı ilə bağlı iddiaçı ilə bağlanmış əmək müqaviləsinin ləğv edilməsinə razılıq verilmişdir. İri Şəhərlərin X16 Xidməti X15 İdarə Heyətinin sədri Köçərli Həsənovun 14 avqust 2024-cü il tarixli 674-K saylı əmrinə əsasən Tikinti-təmir şöbəsinin mühəndisi vəzifəsində çalışan İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndi ilə xitam verilmişdir. Cavabdeh müəssisənin xx.xx.2024cü il tarixli 674-K nömrəli əmri qanunsuz və qərəzli olduğundan ləğv edilməli, iddiaçı əvvəlki vəzifəsinə bərpa edilməli, ona məcburi iş buraxma dövrü üçün əmək haqqı ödənilməlidir. İddiaçıya ünvanlanmış xəbərdarlıq məktubunda qeyd edilmiş müddət bitdikdən sonra ona heç bir yeni iş təklifi edilmədən “İri Şəhərlərin X16 Xidmətinin” İdarə Heyətinin sədrinin xx.xx.2024-cü il tarixli 674-K nömrəli əmr ilə iddiaçı ilə bağlanmış əmək müqaviləsinə AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən (ştat vahidi ixtisar edildiyinə görə) xitam verilmişdir. AR Əmək Məcəlləsinin 71-ci maddəsinin 1-ci hissəsində göstərilir ki, işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən, o cümlədən işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edilərkən işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş tədbirlər görür. Azərbaycan Respublikası Prezidentinin Azərbaycan Dövlət X9 fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında 17 noyabr 2023-cü il tarixli Fərmanının 5.2-ci bəndinə əsasən "xxxx" ASC çevrilmə yolu ilə yenidən təşkil edilərək “İri şəhərlərin X16 Xidməti” X20 olaraq fəaliyyət göstərməyə başlamışdır. Eyni zamanda Fərmanın 5.4-cü bəndinə əsasən, Agentliyin tabeliyində “X7 Müdiriyyəti” X20 yaradılmış və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 26 aprel tarixli 232 nömrəli Qərarı ilə “X7 Müdiriyyəti” X19 Nizamnaməsi təsdiq edilmişdir. Göründüyü kimi, iddiaçıya Agentliyin tabeçiliyində olan digər müəssisədə - “X7 Müdiriyyəti” X17 ştat ixtisarından əvvəlki tutduğu Tikinti-təmir şöbəsinin mühəndisi vəzifəsinə uyğun başqa iş təklif edilə bilərdi. Lakin, buna baxmayaraq, işəgötürən tərəfindən iddiaçının tutduğu ştat ixtisar edilən zaman heç bir tədbir görülməmiş, ona müəssisədə və ya Agentliyin tabeliyində olan digər müəssisələrdə iş təklif edilməmiş, onun (başqa) işlə təmin edilməsinin mümkünlüyü nəzərə alınmamışdır. Əmək Məcəlləsinin 71-ci maddəsinin 3-cü hissəsinə əsasən, işəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Lakin, hazırkı mübahisə üzrə ştat ixtisarı ilə bağlı əmrdə heç bir əsaslandırma aparılmamışdır. Həmçinin, iddiaçının rəhbərlik etdiyi Tikinti-təmir şöbəsində mühəndis vəzifəsini tutan İddiaçı ixtisar edilmiş, digər işçilər isə işdə saxlanılmışdır. AR Əmək Məcəlləsinin 78-ci maddəsinin 1-ci hissəsinə əsasən, müvafiq hallarda işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən müəyyən vəzifələr üzrə əmək funksiyasının icrası üçün tələb olunan ixtisasın (peşənin) və peşəkarlıq səviyyəsinin daha yüksəyinə malik olan işçilər işdə saxlanılır. Məlumdur ki, ixtisaslılıq işçinin müəyyən mürəkkəblik səviyyəsinə malik əmək funksiyasını yerinə yetirməsinə imkan verən hazırlıq səviyyəsidir, yəni işçinin zəruri nəzəri biliklərə və praktik təcrübəyə malik olmasıdır. Göründüyü kimi həm təcrübi, həm də nəzəri bilikləri baxımından iddiaçının peşəkarlıq səviyyəsi işdə saxlanılan digər işçilərdən yüksək olmuşdur. AR Əmək Məcəlləsinin 185-ci maddəsinə əsasən əmək funksiyasının yüksək peşəkarlıq səviyyəsində yerinə yetirən işçilər işəgötürən tərəfindən mükafatlandırılır. Azərbaycan Dövlət X9 tabeliyində “İri Şəhərlərin X16 Xidməti” X19 İdarə Heyətinin sədri Köçərli Həsənovun xx.xx.2023-cü il tarixli 397 nömrəli əmri ilə “səmərəli fəaliyyətinə görə” İddiaçı Fəxri Fərman verilmişdir. Həmçinin iddiaçı Azərbaycan Respublikasının dövlət suverenliyi uğrunda döyüşlərdə iştirak etdiyinə görə müharibə veteranı (vəsiqə №032421) statusuna malikdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 78.2-ci maddəsinə əsasən müharibə iştirakçıları işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən işdə saxlanılmasında üstünlük hüququna malikdirlər. Nəticə etibarı ilə hazırkı mübahisə üzrə işçinin peşəkarlıq səviyyəsi və müharibə iştirakçısı olması nəzərə alınmamış, peşəkarlıq səviyyəsi aşağı olan və ixtisar zamanı işdə saxlanılmaqda üstünlük hüququ olmayan işçilər işdə saxlanılmışdır. AR Əmək Məcəlləsinin 80-ci maddəsinin 2-ci hissəsində göstərilir ki, həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini 70-ci maddəsinin b) bəndi ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Azərbaycan Su Təsərrüfatı X3 Respublika Komitəsinin sədri Akif Məmmədov tərəfindən “İri Şəhərlərin X16 Xidməti” PHŞ-nin İdarə heyətinin sədri Köçərli Həsənova ünvanlanmış xx.xx.2024-cü il tarixli 71 nömrəli “əmək müqaviləsinə xitam verilməsi haqqında” cavab məktubunda göstərilmişdir ki, siyahıda adları göstərilmiş şəxslərlə bağlanmış əmək müqaviləsinin ləğv edilməsinə həmkarlar ittifaqı komitəsinin heç bir etirazı yoxdur. AR Əmək Məcəlləsinin 80-ci maddəsinin 2-ci hissəsində qeyd edilir ki, həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir. X11 Respublika Komitəsi qərar qəbul etmək əvəzinə işəgötürənə məktub ünvanlamışdır. Məktubda heç bir iclas protokoluna və ya qərara istinad yoxdur. xx.xx.2024-cü il tarixli 71 nömrəli məktubuna baxılsa aydın olar ki, həmin məktub Əmək Məcəlləsinin 80-ci maddəsinin tələbləri pozulmaqla tərtib edilmişdir. Belə ki, məktubda heç bir əsaslandırma yoxdur və məktub formal olaraq tərtib edilmişdir. Həmkarlar ittifaqı bu məsələ ilə bağlı iddiaçını məlumatlandırmamış və araşdırma aparmadan, heç bir iclas keçirilmədən cavabdeh müəssisəyə razılıq məktubu ünvanlamışdır. Məktubda həmkarlar ittifaqının iclasının keçirilməsi, iclasda kimlərin iştirak etməsi, iclas qərarının neçə səs çoxluğu ilə qəbul edilməsi ilə bağlı heç bir məlumat göstərilməyib. Bu da özlüyündə məktubun əsaslandırılmadan tərtib edildiyini, əslində faktiki olaraq heç bir iclasın keçirilmədiyini və iddiaçı ilə bağlanmış əmək müqaviləsinin ləğvinin müzakirə edilmədiyi göstərir. Qeyd edilənlərə əsasən, cavabdeh müəssisənin xx.xx.2024-cü il tarixli 674-K nömrəli işdənçıxarma əmri qanunsuz, əsassız və qərəzli olaraq verildiyindən ləğv edilməli, iddiaçının əvvəlki vəzifəsinə bərpa edilməsi, məcburi işburaxma müddəti üçün ona əmək haqqının ödənilməsi barədə qətnamə çıxarılmalıdır. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil izahatında bildirmişdir ki, iddianı müdafiə edir. AR Əmək Məcəlləsinin 80-ci maddəsinin 2-ci hissəsində qeyd edilir ki, həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir. X11 Respublika Komitəsinin əsaslandırılmış qərarı mövcud deyil. “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən ştatların ixtisarı həyata keçirilən zaman işəgötürən mütləq X5 məlumat verməlidir. Bundan başqa iddiaçının peşəkarlıq səviyyəsi qiymətləndirilməmişdir. Həmçinin əmrdə işdən çıxarılmanın zəruriliyi əsaslandırılmamışdır. İşəgötürən tərəfindən iddiaçının tutduğu ştat ixtisar edilən zaman heç bir tədbir görülməmiş, ona müəssisədə və ya Agentliyin tabeliyində olan digər müəssisələrdə iş təklif edilməmiş, onun (başqa) işlə təmin edilməsinin mümkünlüyü nəzərə alınmamışdır. Azərbaycan Dövlət X9 tabeliyində “İri Şəhərlərin X16 Xidməti” X19 İdarə Heyətinin sədri Köçərli Həsənovun əmri ilə “səmərəli fəaliyyətinə görə” İddiaçı Fəxri Fərman verilmişdir. Bundan başqa iddiaçı müharibə iştirakçısıdır. Odur ki, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. "İri Şəhərlərin X16 Xidməti" X17 7700 nəfər işçi saxlanılmış, faktiki olaraq ştat ixtisarı həyata keçirilməmişdir. "xxxx" ASC-nin digər işçiləri X14 Xidmətinə yerləşdirilmişlər. Məhkəmə iclasında iştirak edən cavabdeh "İri Şəhərlərin X16 Xidməti" X15 nümayəndəsi X2 izahatında bildirmişdir ki, iddia tələbini qəbul etmir. Əvvəlki məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkilinin qeyd etdiyi işçilərin Sutikinti müəssisəsinə yerləşdirilməsi məsələsinə "İri Şəhərlərin X16 Xidməti" X20 tərəfindən heç bir fikir bildirilməmişdir. İddianın rədd edilməsini xahiş edir. Məhkəmə işin faktiki hallarını araşdıraraq, işdə iştirak edən şəxslərin izahatını dinləyərək, eləcə də işdə olan sənədləri tədqiq etməklə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan "İri Şəhərlərin X16 Xidməti" X15 Azərbaycan Su Təsərrüfatı X8 Respublika Komitəsinə ünvanladığı xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Azərbaycan Dövlət X9 xx.xx.2024-cü il tarixli, 002/F nömrəli əmri ilə "İri Şəhərlərin X16 Xidməti" X19 təsdiq edilmiş strukturu və ştat cədvəlinə əsasən siyahıda adı göstərilən işçilərin tutduqları vəzifə üzrə ştat cədvəli ixtisar olunduğundan qoşmada adları qeyd edilən işçilərin Əmək Məcəlləsinin 80-ci maddəsinə əsaslanaraq əmək müqavilələrinin ƏM-nin 70-ci maddəsinin b bəndinə müvafiq olaraq ləğv edilməsinə razılıq verilməsi xahiş olunmuşdur. Məktuba qoşma olaraq əlavə edilmiş "xxxx" ASC-nin Aparatının və X7 Müdiriyyətinin tutduqları vəzifə üzrə ştat vahidi ixtisara düşmüş işçilərinin siyahısında Təmir-tikinti şöbəsinin mühəndisi İddiaçı da adı qeyd edilmişdir. İş materiallarında olan Azərbaycan Su Təsərrüfatı X8 Respublika Komitəsinin "İri Şəhərlərin X16 Xidməti" X18 ünvanladığı xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, "İri Şəhərlərin X16 Xidməti" X15 Su Təsərrüfatı X8 Respublika Komitəsinə daxil olmuş xx.xx.2024-cü il tarixli, 3- 53-3-/2-2693/2024 saylı məktuba tərəflərindən baxılarkən müəyyən edilmişdir ki, Azərbaycan Dövlət X9 xx.xx.2024-cü il tarixli, 002/F nömrəli əmri ilə "İri Şəhərlərin X16 Xidməti" X19 təsdiq edilmiş strukturu və ştat cədvəlinə əsasən siyahıda adı göstərilən işçilərin tutduqları vəzifə üzrə ştat vahidi ixtisara düşmüşdür. Bu zaman əmək qanunvericiliyinin tələblərinə tam riayət olunmuşdur. Qeyd olunanları nəzərə alaraq, ştat vahidinin ixtisarı ilə əlaqədar siyahıda adları qeyd olunan işçilərin əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin b bəndinə əsasən xitam verilməsinə etiraz etmirlər. İş materiallarında olan Azərbaycan Dövlət X9 xx.xx.2024-cü il tarixli, 002/F nömrəli əmrinə əsasən Agentliyin tabeliyindəki "İri Şəhərlərin X16 Xidməti" X19 strukturu və ştat cədvəlinin təsdiq edilməsi, "İri Şəhərlərin X16 Xidməti" X19 işçilərinin say həddinin 7700 ştat vahidi, o cümlədən Xidmətin Aparatı üzrə 180 ştat vahidi müəyyən edilməsi, ştat cədvəlinə uyğun əməkdaşların yerləşdirilməsi barədə təkliflərini bir ay müddətində Aparatın rəhbərinə təqdim edilməsi yerləşdirilməsi mümkün olmayan işçilər barədə Əmək Məcəlləsinə uyğun tədbirlərin görülməsi əmr edilmişdir. İş materiallarında olan "xxxx" ASC-nin xx.xx.2023-cü il tarixli, 397 nömrəli əmrinə əsasən İddiaçı Azərbaycan Respublikasının su təsərrüfatının inkişafında səmərəli fəaliyyətinə görə Fəxri Fərmanla təltif olunmuşdur. İş materiallarında olan "İri Şəhərlərin X16 Xidməti" X15 İddiaçı ünvanladığı xx.xx.2024-cü il tarixli Xəbərdarlıqda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Dövlət X9 fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında"xxxx"xxxx" Açıq Səhmdar Cəmiyyətinin çevrilmə formasında yenidən təşkil yolu ilə "İri Şəhərlərin X16 Xidməti" X20 yaradılmışdır. Azərbaycan Dövlət X9 29 may 2024-cü il tarixli, 002/F nömrəli əmri ilə “İri Şəhərlərin X16 Xidməti” X19 təsdiq edilmiş strukturu və ştat cədvəlinə əsasən tutduğu vəzifə üzrə ştat vahidi xx.xx.2024-cü il tarixindən ixtisara düşmüşdür. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "b" bəndinə əsasən onunla bağlanmış əmək müqaviləsi 6 təqvim həftəsindən sonra ləğv ediləcəkdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 77-ci maddəsinin şərtlərinə uyğun olaraq xəbərdarlıq müddəti ərzində hər iş həftəsində əmək haqqı saxlanılmaqla özünə iş yeri axtarmaq üçün bir iş günü işdən azad edilir, xəbərdarlıq müddəti ərzində ixtisasına uyğun olan iş yeri müəyyən edilərsə, ona bu barədə əlavə məlumat veriləcəkdir.Eyni zamanda Azərbaycan Respublikası Əmək Məcəlləsinin 77-ci maddəsinin 4-cü hissəsinə uyğun olaraq razılığı olduğu halda orta aylıq əməkhaqqının 1,4 misli miqdarında birdəfəyə ödəməklə onunla bağlanmış əmək müqaviləsi müraciət etdiyi gündən ləğv edilə bilər. İş materiallarında olan “İri Şəhərlərin X16 Xidməti” X15 xx.xx.2024-cü il tarixli, 674-K nömrəli əmrinə əsasən Təmir-tikinti şöbəsinin mühəndisi İddiaçı ilə bağlanmış əmək müqaviləsi “İri Şəhərlərin X16 Xidməti” X19 təsdiq edilmiş strukturu və ştat cədvəlinə əsasən ştat vahidi ixtisar edildiyinə görə AR ƏM-nin 70-ci maddəsinin b bəndinə əsasən xx.xx.2024-cü il tarixdə ləğv edilmişdir. İddiaçı ƏM-nin 77-ci maddəsinin 3-cü hissəsinə əsasən "xxxx" ASC-də 8 il 8 ay 7 gün əmək stajı olduğuna görə orta aylıq əmək haqqının 1.7 misli miqdarında işdənçıxarma müavinətinin verilməsi, xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək olan dövr üçün istifadə edilməmiş əsas məzuniyyətə görə 20 təqvim gününün pul əvəzinin ödənilməsi müəyyən edilmişdir. İş materiallarında olan "xxxx" ASC-nin Aparatının qulluqçularının 2024-cü il üçün Ştat cədvəlindən görünür ki, Təmir-tikinti şöbəsinin mühəndis vəzifəsi üzrə ştat vahidinin sayı 5 olmuşdur. İş materiallarında olan Azərbaycan Dövlət X9 xx.xx.2024-cü il tarixli əmri ilə təsdiq edilmiş “İri Şəhərlərin X16 Xidməti” X15 Aparatının Ştat cədvəlindən görünür ki, “İri Şəhərlərin X16 Xidməti” X15 Aparatının strukturunda Təmir-tikinti şöbəsi ləğv edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı xx.xx.2015-ci il tarixdən 356-K saylı əmrə əsasən "xxxx" ASC-də işə başlamışdır. xx.xx.2017-ci il tarixdən isə iddiaçı “Təmir-tikinti şöbəsinin mühəndisi” vəzifəsində çalışmışdır. Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Dövlət X9 fəaliyyətini təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” 17 noyabr 2023-cü il tarixli, 2356 nömrəli fərmanına əsasən “Azərsu’ Açıq Səhmdar Cəmiyyətinin çevrilmə formasında yenidən təşkili yolu ilə “İri Şəhərlərin X16 Xidməti” publik hüquqi şəxs yaradılmışdır. Daha sonra, "İri Şəhərlərin X16 Xidməti" X20 tərəfindən həmin idarənin Təmir-tikinti şöbəsinin mühəndisi İddiaçı xx.xx.2024-cü il tarixli Ştat vahidinin ixtisara düşməsi barədə xəbərdarlıq məktubu ünvanlanmış və Azərbaycan Dövlət X9 29 may 2024-cü il tarixli, 002/F nömrəli əmri ilə “İri Şəhərlərin X16 Xidməti” X19 təsdiq edilmiş strukturu və ştat cədvəlinə əsasən tutduğu vəzifə üzrə ştat vahidinin xx.xx.2024-cü il tarixindən ixtisara düşdüyü və bu səbəbdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "b” bəndinə əsasən onunla bağlanmış əmək müqaviləsinin 6 təqvim həftəsindən sonra ləğv ediləcəyi ona bildirilmişdir. Daha sonra, Azərbaycan Su Təsərrüfatı X8 Respublika Komitəsi "İri Şəhərlərin X16 Xidməti" X10 ünvanladığı xx.xx.2024-cü il tarixli, 3-53-3-/2-2693/2024 saylı məktuba cavab olaraq xx.xx.2024-cü il tarixli məktubunda ştat vahidinin ixtisarı ilə əlaqədar siyahıda adları qeyd olunan işçilərin (o cümlədən Təmir-tikinti şöbəsinin mühəndisi İddiaçı) əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin b bəndinə əsasən xitam verilməsinə etiraz etmədiyini bildirmişdir. “İri Şəhərlərin X16 Xidməti” X15 xx.xx.2024-cü il tarixli, 674-K nömrəli əmrinə əsasən Təmir-tikinti şöbəsinin mühəndisi İddiaçı ilə bağlanmış əmək müqaviləsi “İri Şəhərlərin X16 Xidməti” X19 təsdiq edilmiş strukturu və ştat cədvəlinə əsasən ştat vahidi ixtisar edildiyinə görə AR ƏM-nin 70ci maddəsinin b bəndinə əsasən xx.xx.2024-cü il tarixdə ləğv edilmişdir. Hazırda İddiaçı məhkəməyə müraciət edərək, cavabdeh “İri Şəhərlərin X16 Xidməti” PHŞ-nin İddiaçı ilə bağlanmış əmək müqaviləsinin ləğv edilməsinə dair xx.xx.2024-cü il tarixli 674-K nömrəli əmrinin ləğv edilməsi, iddiaçının əvvəlki vəzifəsinə bərpa edilməsi, məcburi işburaxma müddəti üçün ona əmək haqqının ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.1-ci maddəsinə əsasən, əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən, işçilərin sayı və ya ştatları ixtisar edildikdə əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Əmək Məcəlləsinin 71.1-ci maddəsinə əsasən, işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən, o cümlədən işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edilərkən işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş tədbirlər görür. Əmək Məcəlləsinin 71.3-cü maddəsinə əsasən, işəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Əmək Məcəlləsinin 76.1-ci maddəsinə əsasən işəgötürən tərəfindən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilər. Əmək Məcəlləsinin 76.2-ci maddəsinə əsasən Əmək müqaviləsinə eyni zamanda iki və daha artıq əsasla, həmçinin qanunvericilikdə nəzərdə tutulmayan əsasla, habelə bu Məcəllə ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz. Əmək Məcəlləsinin 77.1-ci maddəsinə əsasən işçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda bu Məcəllənin 70-ci maddəsinin “b” bəndi ilə işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilməzdən əvvəl işçi işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı müddətlərdə rəsmi xəbərdar edilməlidir: bir ilədək əmək stajı olduqda – azı iki təqvim həftəsi; bir ildən beş ilədək əmək stajı olduqda – azı dörd təqvim həftəsi; beş ildən on ilədək əmək stajı olduqda – azı altı təqvim həftəsi; on ildən çox əmək stajı olduqda – azı doqquz təqvim həftəsi. Əmək Məcəlləsinin 77.3-cü maddəsinə əsasən Əmək müqaviləsi bu Məcəllənin 70-ci maddəsinin “a” və “b” bəndləri ilə ləğv edilərkən işçiyə işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı məbləğlərdə işdənçıxarma müavinəti ödənilir: bir ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqı miqdarında; bir ildən beş ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı 1,4 misli miqdarında; beş ildən on ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı 1,7 misli miqdarında; on ildən çox əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı iki misli miqdarında. Əmək Məcəlləsinin 77.4-cü maddəsinə əsasən işəgötürən işçinin razılığı ilə bu maddənin birinci hissəsi ilə müəyyən edilmiş azı iki təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 0,5 misli, azı dörd təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 0,9 misli, azı altı təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 1,4 misli, azı doqquz təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 2 misli və bu Məcəllənin 56-cı maddəsinin ikinci hissəsi ilə müəyyən edilmiş xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqından az olmamaqla əməkhaqqını bir dəfəyə ödəməklə müvafiq əsasla əmək müqaviləsinə xitam verə bilər. Bu halda xəbərdarlıq müddəti ərzində əmək müqaviləsinə xitam verilmiş işçilərə bu hissənin birinci cümləsində nəzərdə tutulmuş xəbərdarlıq müddəti əvəzinə verilən ödəniş xəbərdarlıq müddətinin ötmüş hissəsinə mütənasib olaraq azaldılır. Əmək Məcəlləsinin 78.1-ci və 78.2-ci maddəsinə əsasən müvafiq hallarda işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən müəyyən vəzifələr üzrə əmək funksiyasının icrası üçün tələb olunan ixtisasın (peşəsinin) və peşəkarlıq səviyyəsinin daha yüksəyinə malik olan işçilər işdə saxlanılır. İşçinin peşəkarlıq səviyyəsini işəgötürən müəyyən edir. İşəgötürən işçinin peşəkarlıq səviyyəsini müəyyən edərkən onun peşə hazırlığı səviyyəsinin yüksəldilməsini, yeni ixtisasa yiyələnməsini və ixtisasının artırılmasını nəzərə alır. İşəgötürən ixtisasları (peşələri) və ya peşəkarlıq səviyyələri eyni olduqda aşağıdakı şəxslərin işdə saxlanmasına üstünlük verir: şəhid ailəsinin üzvlərinə; müharibə iştirakçılarına; əsgər və zabitlərin arvadına (ərinə); öhdəsində iki və daha çox 16 yaşınadək uşağı olanlara; həmin müəssisədə istehsalat qəzası və ya peşə xəstəliyi nəticəsində əlilliyi olan şəxslərə; məcburi köçkün onlara bərabər tutulan şəxs və qaçqın statusu olan şəxslərə; kollektiv müqavilələrdə və ya əmək müqavilələrində nəzərdə tutulan digər şəxslərə. Əmək Məcəlləsinin 80.1-ci maddəsinə əsasən, bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. Əmək Məcəlləsinin 80.2-ci maddəsinə əsasən Həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir. Əmək Məcəlləsinin 83.1-ci maddəsinə əsasən, əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75- ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Əmək Məcəlləsinin 83.2-ci maddəsinə əsasən, əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Əmək Məcəlləsinin 84-cü maddəsinə əsasən, əmək müqaviləsinin ləğv edilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda aşağıdakı məlumatlar göstərilir: müəssisənin adı, hüquqi ünvanı, əmrin (sərəncamın, qərarın) sıra nömrəsi, tarixi və onu imzalayan işəgötürənin vəzifəsi, adı, atasının adı və soyadı; işçinin adı, atasının adı və soyadı; əmək müqaviləsi üzrə işçinin vəzifəsinin (peşəsinin) adı; əmək müqaviləsinin ləğv edilməsinin əsası; həmin əsasla əmək müqaviləsinin ləğv edilməsi qaydası nəzərdə tutulmuş bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi; əmək müqaviləsi ləğv edilən gün, ay və il; əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər. Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş məlumatlardan hər hansı biri və ya bir neçəsi göstərilməyən əmr (sərəncam, qərar) əmək mübahisəsini həll edən məhkəmə tərəfindən etibarsız hesab edilə bilər. Əmək müqaviləsinin ləğv edilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) yalnız bu maddənin 1-ci hissəsində göstərilən məlumatlar olan sadə formada, həmçinin normativ hüquqi aktlara uyğun formada — təsviri (giriş) hissəsindən və həmin məlumatlar göstərilən qərar hissəsindən ibarət formada tərtib edilə bilər. Məhkəmə hesab edir ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilərkən cavabdeh tərəfindən qüvvədə olan əmək qanunvericiliyinin tələbləri pozulmuşdur. Belə ki, işin mübahisəsiz halı ondan ibarətdir ki, iddiaçı müvafiq həmkarlaq ittifaqı təşkilatının üzvüdür. Belə olduğu təqdirdə AR ƏM-nin 80.1-ci maddəsinin tələbi nəzərə alınmaqla, işçi ilə əmək müqaviləsinə ƏM-nin 70-ci maddəsinin “b” bəndində nəzərdə tutulan əsasla xitam verilməzdən əvvəl müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmalı idi. İş materiallarında olan Azərbaycan Su Təsərrüfatı X8 Respublika Komitəsinin "İri Şəhərlərin X16 Xidməti" X18 ünvanladığı xx.xx.2024-cü il tarixli məktubla İddiaçı əmək müqaviləsinə AR ƏM-nin 70-ci maddəsinin b bəndinə əsasən xitam verilməsinə razılığın verilməsi qeyd edilsə də, bu razılıq aşağıda qeyd edilənlərə əsasən qanunauyğun hesab edilə bilməz. Belə ki, Əmək Məcəlləsinin 80.1-ci maddəsinə əsasən, bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. Əmək Məcəlləsinin 80.2-ci maddəsinə əsasən Həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir. İş materialları ilə də təsdiq olunur ki, "İri Şəhərlərin X16 Xidməti" X15 Azərbaycan Su Təsərrüfatı X8 Respublika Komitəsinə ünvanladığı xx.xx.2024-cü il tarixli məktubla, Azərbaycan Dövlət X9 xx.xx.2024-cü il tarixli, 002/F nömrəli əmri ilə "İri Şəhərlərin X16 Xidməti" X19 təsdiq edilmiş strukturu və ştat cədvəlinə əsasən siyahıda adı göstərilən işçilərin tutduqları vəzifə üzrə ştat cədvəli ixtisar olunduğundan qoşmada adları qeyd edilən işçilərin Əmək Məcəlləsinin 80-ci maddəsinə əsaslanaraq əmək müqavilələrinin ƏM-nin 70-ci maddəsinin b bəndinə müvafiq olaraq ləğv edilməsinə razılıq verilməsini xahiş etmiş, Azərbaycan Su Təsərrüfatı X8 Respublika Komitəsi isə həmin məktuba cavab olaraq, xx.xx.2024-cü il tarixli məktubu ilə ştat vahidinin ixtisarı ilə əlaqədar siyahıda adları qeyd olunan işçilərin əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin b bəndinə əsasən xitam verilməsinə etiraz etmədiyini bildirmişdir. Sözügedən razılıq Həmkarlar ittifaqı təşkilatının qanunvericilikdə nəzərdə tutulan əsaslandırılmış yazılı qərarı kimi qiymətləndirilə bilməz. Buradan da müəyyən etmək olar ki, Azərbaycan Su Təsərrüfatı X8 Respublika Komitəsi heç bir zəruri araşdırma aparmadan razılıq vermişdir və həmin razılıq formal xarakter daşıyır. Belə ki, Azərbaycan Su Təsərrüfatı X8 Respublika Komitəsinin Nizamnaməsinin 3.6-cı bəndindən görünür ki, onun fəaliyyəti və davranışı məsələsinə baxılarkən həmkarlar ittifaqının yığıncaqlarında, həmçinin həmkarlar ittifaqı orqanlarının iclaslarında şəxsən iştirak etmək həmkarlar ittifaqı üzvünün hüquqlarından biridir. Lakin buradan görünən odur ki, Azərbaycan Su Təsərrüfatı X8 Respublika Komitəsi üzvləri olan hazırki iş üzrə iddiaçının əmək müqaviləsinə xitam verilməsi məsələsinə baxarkən onun iştirakını təmin etməmiş, təmin etməməklə yanaşı qərəzli mövqe nümayiş etdirərək, razılıq məktubunda işçinin AR ƏM-nin 70-ci maddəsinin b bəndinə əsasən işdən çıxarılmasını zəruri edən halları əsaslandırmamışdır. Məktubunda Azərbaycan Dövlət X9 xx.xx.2024-cü il tarixli, 002/F nömrəli əmri ilə "İri Şəhərlərin X16 Xidməti" X19 təsdiq edilmiş strukturu və ştat cədvəlinə əsasən siyahıda adı göstərilən işçilərin tutduqları vəzifə üzrə ştat vahidi ixtisara düşdüyünü formal şəkildə qeyd etmişdir. Azərbaycan Su Təsərrüfatı X8 Respublika Komitəsinin Nizamnaməsinin 3.6-cı bəndində işçinin hüquqlarının qorunmasını təmin etmək üçün işçinin iştirakının təmin edilməsi də əlavə olaraq normada öz yerini tapmışdır. Cavabdeh isə işçinin işdən çıxarılmasına razılıq verilməsi məsələsinə həmkarlar ittifaqında baxılması zamanı işçinin iştirakının təmini üçün zəruri tədbirlər görməmişdir. İclas keçiriləcəyi təqdirdə onun yeri və vaxtı barədə işçi məlumatlandırılmalı idi. Lakin belə bir iclasın təşkil olunması isə öz təsdiqini ümumiyyətlə tapmamışdır. Bununla yanaşı məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, "İri Şəhərlərin X16 Xidməti" X20 İddiaçı Tikinti-təmir şöbəsinin mühəndisi vəzifəsi üzrə ştat vahidinin ixtisara düşəcəyi və 6 təqvim həftəsindən sonra işdən azad ediləcəyi barədə xəbərdarlığı xx.xx.2024-cü il tarixli məktubla etmişdir. "İri Şəhərlərin X16 Xidməti" X20 İddiaçı da daxil olmaqla ştat vahidinin ixtisarı ilə bağlı işçilərin əmək müqavilələrinə ƏM-nin 70-ci maddəsinin b bəndinə müvafiq olaraq ləğv edilməsinə razılığın verilməsi ilə bağlı məktubu isə Azərbaycan Su Təsərrüfatı X8 Respublika Komitəsinə xx.xx.2024-cü il tarixdə ünvanlamışdır. Qeyd edilən hal da bir daha öz təsdiqini tapır ki, Azərbaycan Su Təsərrüfatı X8 Respublika Komitəsinin razılığının alınması formal xarakter daşımışdır. Əks təqdirdə "İri Şəhərlərin X16 Xidməti" X20 ilkin olaraq Azərbaycan Su Təsərrüfatı X8 Respublika Komitəsinin razılığını almalı, daha sonra İddiaçı Tikinti-təmir şöbəsinin mühəndisi vəzifəsi üzrə ştat vahidinin ixtisara düşəcəyi və 6 təqvim həftəsindən sonra işdən azad ediləcəyi barədə xəbərdarlıq etməli idi. Azərbaycan Su Təsərrüfatı X8, öz üzvlərinin əmək, sosial, iqtisadi hüquqlarını və qanuni mənafelərini müdafiə etmək üçün iş yeri, peşələr, sahələr üzrə yaradılmış həmkarlar ittifaqı təşkilatlarının ümumölkə birliyi olub və Azərbaycan Su Təsərrüfatı X8 Respublika Komitəsinin Nizamnaməsi və Qanun əsasında fəaliyyət görstərən müstəqil ictimai, qeyri-siyasi təşkilatdır. Nizamnamənin 2.2-ci bəndindən görünür ki, dövlət və təsərrüfat idarələrində, məhkəmə orqanlarında, işəgötürən və sahibkar birliklərində, ictimai təşkilatlarda öz üzvlərinin və təşkilatlarının qanuni hüquq və mənafelərini müdafiə etmək Azərbaycan Su Təsərrüfatı X4 məqsəd və vəzifələrindən biri kimi qeyd edilmişdir. Lakin qeyd edilənlərin əksi olaraq Azərbaycan Su Təsərrüfatı X8 Respublika Komitəsinin "İri Şəhərlərin X16 Xidməti" X18 ünvanladığı xx.xx.2024-cü il tarixli məktubundan görünən odur ki, həmkarlar ittifaqının üzvü olan işçinin hüquq və mənafeləri müdafiə edilməmiş, qərəzli mövqe nümayiş etdirilərək pozulmuşdur. Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə cavabdeh tərəfindən məhkəməyə təqdim olunmuş Azərbaycan Su Təsərrüfatı X8 Respublika Komitəsinin "İri Şəhərlərin X16 Xidməti" X18 ünvanladığı xx.xx.2024-cü il tarixli məktubunu həmkarlar ittifaqı təşkilatının razılığı kimi qəbul etmir. Buradan da görünən odur ki, iddiaçıların əmək müqaviləsinə ƏM-nin 70-ci maddəsinin b bəndinə əsasən xitam verilərkən cavabdeh tərəfindən iddiaçıların üzvü olduğu Azərbaycan Su Təsərrüfatı X8 Respublika Komitəsinin formal razılığı alınmışdır. Əmək Məcəlləsinin 71-ci maddəsinin 3-cü hissəsinə əsasən, işəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Lakin, hazırkı mübahisə üzrə ştat ixtisarı ilə bağlı əmrdə heç bir əsaslandırma aparılmamışdır. İddiaçı tərəf iddia edir ki, iddiaçının rəhbərlik etdiyi Tikinti-təmir şöbəsində mühəndis vəzifəsini tutan İddiaçı ixtisar edilmiş, digər işçilər isə işdə saxlanılmışdır. Qeyd edilən faktın dəqiqləşdirilməsi ilə bağlı hakimin verdiyi suala cavab olaraq cavabdehin nümayəndəsi bildirmişdir ki, onda bununla bağlı məlumat yoxdur. Verilmiş cavabdan da görünən odur ki, cavabdehin nümayəndəsi qeyd edilən faktı inkar etməmiş, sadəcə onda bununla bağlı məlumat olmadığını bildirmişdir. AR Əmək Məcəlləsinin 78-ci maddəsinin 1-ci hissəsinə əsasən, müvafiq hallarda işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən müəyyən vəzifələr üzrə əmək funksiyasının icrası üçün tələb olunan ixtisasın (peşənin) və peşəkarlıq səviyyəsinin daha yüksəyinə malik olan işçilər işdə saxlanılır. Məlumdur ki, ixtisaslılıq işçinin müəyyən mürəkkəblik səviyyəsinə malik əmək funksiyasını yerinə yetirməsinə imkan verən hazırlıq səviyyəsidir, yəni işçinin zəruri nəzəri biliklərə və praktik təcrübəyə malik olmasıdır. Göründüyü kimi həm təcrübi, həm də nəzəri bilikləri baxımından iddiaçının peşəkarlıq səviyyəsi işdə saxlanılan digər işçilərdən yüksək olmuşdur. AR Əmək Məcəlləsinin 185-ci maddəsinə əsasən əmək funksiyasının yüksək peşəkarlıq səviyyəsində yerinə yetirən işçilər işəgötürən tərəfindən mükafatlandırılır. Azərbaycan Dövlət X9 tabeliyində “İri Şəhərlərin X16 Xidməti” X19 İdarə Heyətinin sədri Köçərli Həsənovun xx.xx.2023-cü il tarixli 397 nömrəli əmri ilə “səmərəli fəaliyyətinə görə” İddiaçı Fəxri Fərman verilmişdir. Həmçinin iddiaçı Azərbaycan Respublikasının dövlət suverenliyi uğrunda döyüşlərdə iştirak etdiyinə görə müharibə veteranı (vəsiqə №032421) statusuna malikdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 78.2-ci maddəsinə əsasən müharibə iştirakçıları işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən işdə saxlanılmasında üstünlük hüququna malikdirlər. Nəticə etibarı ilə hazırkı mübahisə üzrə işçinin peşəkarlıq səviyyəsi və müharibə iştirakçısı olması nəzərə alınmamışdır. Azərbaycan Dövlət X9 xx.xx.2024-cü il tarixli, 002/F nömrəli əmrindən görünür ki, Agentliyin tabeliyindəki "İri Şəhərlərin X16 Xidməti" X19 strukturu və ştat cədvəlinin təsdiq edilməsi, "İri Şəhərlərin X16 Xidməti" X19 işçilərinin say həddinin 7700 ştat vahidi, o cümlədən Xidmətin Aparatı üzrə 180 ştat vahidi müəyyən edilməsi, ştat cədvəlinə uyğun əməkdaşların yerləşdirilməsi barədə təkliflərini bir ay müddətində Aparatın rəhbərinə təqdim edilməsi əmr edilmişdir. Görünən odur ki, ştat cədvəlinə uyğun əməkdaşların yerləşdirilməsi zamanı İddiaçı "xxxx" ASC-də 8 il 8 ay 7 gün əmək stajının olması, peşəkarlıq səviyyəsi, müharibə iştirakçısı olmasından irəli gələn üstünlük hüququ nəzərə alınmamışdır. Azərbaycan Dövlət X9 xx.xx.2024-cü il tarixli əmri ilə təsdiq edilmiş “İri Şəhərlərin X16 Xidməti” X15 Aparatının Ştat cədvəlində “İri Şəhərlərin X16 Xidməti” X15 Aparatının strukturunda Təmirtikinti şöbəsinin olmamasına baxmayaraq İddiaçı “İri Şəhərlərin X16 Xidməti” X15 Aparatının strukturunda analoji işə keçirilə bilərdi. Belə ki, “İri Şəhərlərin X16 Xidməti” X15 Aparatının Ştat cədvəlində müxtəlif sektor və şöbələrdə mühəndis vəzifəsi mövcuddur. Belə olduğu təqdirdə, İddiaçı əmək müqaviləsinə ƏM-nin 70-ci maddəsinin b bəndinə əsasən xitam verilərkən AR ƏM-nin 71.3, 80.1, 80.2-ci maddələrinin tələbləri ciddi şəkildə pozulduğundan “İri Şəhərlərin X16 Xidməti” X15 xx.xx.2024-cü il tarixli, 674-K nömrəli əmri ləğv edilməli və İddiaçı əvvəlki iş yerinə və əvvəlki vəzifəsinə uyğun vəzifəyə bərpa edilməlidir. Azərbaycan Respublikası Əmək Məcələsinin 300-cü maddəsinin 1-ci bəndinə əsasən əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Məhkəmə hesab edir ki, xx.xx.2024-cü il tarixdən (əmək müqaviləsinin ləğv edildiyi tarixdən) işə bərpa olunduğu günə qədər məcburi iş buraxma müddəti üçün hesablanmış əmək haqqı cavabdeh “İri Şəhərlərin X16 Xidməti” X20 tərəfindən İddiaçı ödənilməlidir. Beləliklə, məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, iddia təmin olunmalı, “İri Şəhərlərin X16 Xidməti” X15 xx.xx.2024-cü il tarixli, 674-K nömrəli əmri ləğv edilməli, İddiaçı əvvəlki iş yerinə və əvvəlki vəzifəsinə uyğun vəzifəyə bərpa edilməli, xx.xx.2024-cü il tarixdən işə bərpa olunduğu günə qədər məcburi iş buraxma müddəti üçün hesablanmış əmək haqqı cavabdeh “İri Şəhərlərin X16 Xidməti” X20 tərəfindən İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1 maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Həmçinin, məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin olunsun. “İri Şəhərlərin X16 Xidməti” X15 xx.xx.2024-cü il tarixli, 674-K nömrəli əmri ləğv edilsin və İddiaçı əvvəlki iş yerinə və əvvəlki vəzifəsinə uyğun vəzifəyə bərpa edilsin. xx.xx.2024-cü il tarixdən işə bərpa olunduğu günə qədər məcburi iş buraxma müddəti üçün hesablanmış əmək haqqı cavabdeh “İri Şəhərlərin X16 Xidməti” X20 tərəfindən İddiaçı ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Kərim Xudayev
Məhkəmə qərarları › İş №e-2(004)-5156/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-5156/2024
19.12.2024 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver