Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-5174/2023 11.12.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Həsənova Aysel Zaur qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh2nə qarşı “aktın ləğv edilməsi, akt əsasında hesablanmış debitor borcun silinməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh2nə qarşı “aktın ləğv edilməsi, akt əsasında hesablanmış debitor borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət edərək, Cavabdeh2 əməkdaşları tərəfindən tərtib olunmuş “təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2020-ci il tarixli ******* nömrəli və xx.xx.2020-ci il tarixli MSK-29/1710-0140-1 nömrəli aktların və Cavabdeh2 “itirilmiş təbii qazın dəyərinin hesablanması” komissiyasının xx.xx.2020-ci il tarixli qərarının ləğv edilməsi; Cavabdeh2 əməkdaşları tərəfindən tərtib olunmuş “təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2023-cü il tarixli ******* nömrəli və xx.xx.2023-cü il tarixli 29/1710-04686-1 nömrəli aktların və Cavabdeh2 “itirilmiş təbii qazın dəyərinin hesablanması” komissiyasının xx.xx.2023-cü il tarixli qərarının ləğv edilməsi; ona məxsus olan ünvan 1 ünvana xx.xx.2020-ci il tarixli ******* nömrəli akt əsasında 3240 m3 itirilmiş qazın bərpası üçün hesablanmış borcun və xx.xx.2023-cü il tarixli ******* nömrəli akt əsasında 21600 m3 itirilmiş qazın bərpası üçün hesablanmış borcun - onun **********00940 nömrəli abunə hesabından silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə etdi və izahatında bildirdi ki, Bakı şəhəri Səbail rayonu Elşən İsmayılov küçəsi 94 nömrəli ev mülkiyyət hüququ ilə ona məxsusdur. O, adı çəkilən mənzildə qeydiyyatda deyil və həmin mənzildə yaşamır. xx.xx.2020-ci il tarixdə istismar müddəti bitməsi səbəbindən köhnə qaz sayğacı (AZERİGAZ G-6 markalı ******* nömrəli sayğac) yeni sayğacla (ELSTER G-6 markalı 28259072 nömrəli sayğac) dəyişdirilmiş və “Qaz sayğacının çıxarılması, quraşdırılması və istsimara qəbulu haqqında” ******* saylı aktı imzalamamışdır. Fərdi yaşayış evində yaşayış olmadığı üçün cari ilin sentyabr ayında müəyyən etmişdir ki, çıxarılmış ******* nömrəli sayğacı laboratoriyada yoxlanılarkən xx.xx.2020-ci il tarixli MSK- 29/1710-01470-1 nömrəli aktla müəyyən edilmişdir ki, hesablama mexanizminin qapağı yan tərəfdən əzilib və daxili qulaqcıqlarında əzik-cızıqlar var. Daha sonra, “İtirilmiş təbii qazın dəyərinin hesablanması” komissiyasının xx.xx.2020-ci il tarixli qərarı ilə 3240 m3 itirilmiş qaz hesablanmışdır. Daha sonra, Cavabdeh2 İB-nin öz əməkdaşları tərəfindən 28259072 nömrəli sayğaca baxış keçirilərək nədənsə eyni çatışmazlıq (hesablama mexanizminin qapağı yan tərəfdən əzilib və daxili qulaqcıqlarında əzik-cızıqlar var) xx.xx.2023-cü il tarixli MSK-29/1710-04686-1 aktla müəyyən edilmiş və “İtirilmiş təbii qazın dəyərinin hesablanması” komissiyasının xx.xx.2023-cü il tarixli Qərarı ilə 21600 m3 itirilmiş qaz hesablanmış və onun tərəfindən ödənilməsinə qərar verilmişdir. Vətəndaşın sayğaçına hər il Cavabdeh2 İB-nin öz əməkdaşları tərəfindən müdaxilə edilərək, heç bir yaradıcılıq etmədən (eyni çatışmazlıqları qeyd edərək) əsassız və doğru olmayan bir borc müəyyən edilməsi ədalətsizlik olduğu kimi, həmçinin vicdansızlıqdır. Borcun miqdarı, izahı, əsaslandırılması barədə ona heç bir məlumat verilməmiş və borcla bağlı məlumatı öz şəxsi cəhdləri ilə əldə etmişdir. Müvafiq aktlarda istismarda olan cihazların olaraq PQ-3, dəmir soba, QSSQ və qeyd olunanan cihazlarının ehtimal olunan sərfiyatları üzərindən əsassız və doğru olmayan bir borc müəyyən edilmişdir. Həmçinin qeyd etmək lazımdır ki, ümumiyyətlə müvafiq aktlarda istifadə olunan cihazlar fəqli olaraq bəzi aktda PQ3 və digərində isə heç bir şey qeyd olunmamışdır. Bu isə müvafiq təşkilatın necə qərəzli və əsassız hesablama apardığını sübut etməkdədir. Köhnə sayğac işlək vəziyyətdə olan zaman sayğacın göstəricisinə uyğun olaraq hesablanmış borcu hər ay artıqlaması ilə Cavabdeh2 İB-nin hesabına ödəniş etmiş və təbii ki qəbzlər də mövcuddur. Borcla bağlı məlumat əldə etdikdən sonra məsələ ilə bağlı Cavabdeh2 İB-də əlaqədər şəxslərə müraciət etmişdir. Borcun haradan və necə yarandığını aydınlaşdırmaq üçün Cavabdeh2 İB-yə müraciət etdiyi zaman ona demişlər ki, köhnə sayğac Cavabdeh2 İB-nin labaratoriyasına göndərilmiş, orada aşkar olunmuşdur ki, sayğac düz işləmir, elektron yaddaş proqramı nasazdır və sayğacın özərində olan plombların rəngi fərqlidir. Hüquqlarını məhkəmə qaydasında müdafiəsinə zərurət yarandığından məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Hesab edir ki, aktda qeyd olunanlar və həmin akt əsasında hesablanmış ağlasığmaz, şişirdilmiş məbləğ tam qanunsuz və əsassızdır. Tərtib olunmuş aktlar qanunsuz və əsassız olaraq tərtib olunduğundan ləğv edilməli, əsassız olaraq hesablanmış borc isə, tam silinməlidir. Odur ki, iddianın təmin edilməsini xahiş edir. Cavabdeh2 elektron kabinent vasitəsilə ərizə ilə məhkəməyə müraciət edərək, nümayəndəsinin iştirakı olmadan işə baxılmasını və iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, İddiaçı məxsus ünvan 1 ünvanda təbii qazın sərfiyyatını müəyyən etmək üçün AZERİGAZ G-6 markalı ******* nömrəli sayğac quraşdırılmışdır. xx.xx.2020-ci il tarixdə göstərilən qaz sayğacı, ELSTER tipli G-6 markalı 28259072 nömrəli sayğacla əvəz edilmişdir. Cavabdeh2 tərəfindən İddiaçı “qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” xx.xx.2020-cü il tarixli ******* nömrəli akt verilmişdir. Həmin aktda sayğaca müdaxilə edilməsi, plombun yerində olmaması və ya qırılması, müdaxilə edilməsinə dair hər hansı bir qeyd yazılmamışdır. “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2020-ci il tarixli ******* nömrəli aktda göstərilmişdir ki, İddiaçı məxsus ünvan 1 ünvanda quraşdırılmış AZERİGAZ G-6 markalı ******* nömrəli sayğac nömrəli qaz sayğacının hesablama mexanizminin qapağı yan tərəfdən əzilib və daxili qulaqcıqlarından əzik-cızıq izləri var. Dəymiş ziyanın hesablanıb ödənilməsi təmin edilsin. Cavabdeh2 tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədən müəyyən edilir ki, Cavabdeh2 Qazın Satışı Departamentinin sənayə və məişət qaz sayğacların kalibrləmə laboratoriyasının xx.xx.2020-ci il tarixli MSK 29/1710-01470-1 nömrəli rəyinə əsasən G6 markalı ******* nömrəli sayğaca baxış keçirilmiş və yoxlama zamanı müəyyən edilmişdir ki, sayğacın hesablama mexanizminin qoruyucu plastmas qapağının alt hissəsi əzilib. Sayğacın hesablama mexanizmin qapağı yan tərəfdən əzilib və daxili qulaqcıqlarından əzik-cızıq izləri var. Beləliklə qaz sayğacının nominal qaz sərfi 6 m3 orta günlük iş rejimi 6 saat və hesabat müddəti 90 gün qəbul edilməklə (4 x 6 x 90 = 3240 m3) itirilmiş qazın bərpası üçün hesabat aparılmış və hesablanmış 3240 m3 qazın pulunun ödənilməsi tələb edilmişdir. “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2023-cü il tarixli ******* nömrəli aktda göstərilmişdir ki, İddiaçı məxsus ünvan 1 ünvanda quraşdırılmış G-4 markalı 282590 nömrəli sayğac nömrəli qaz sayğacının hesablama mexanizminin qapağı yan tərəfdən əzilib və daxili qulaqcıqlarından əzik-cızıq izləri var. İstismara yararsızdır. Dəymiş ziyanın hesablanıb ödənilməsi təmin edilsin. Cavabdeh2 tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədən müəyyən edilir ki, Cavabdeh2 Qazın Satışı Departamentinin sənayə və məişət qaz sayğacların kalibrləmə laboratoriyasının xx.xx.2023-cü il tarixli MSK 29/1710-046860-1 nömrəli rəyinə əsasən G6 markalı 28259072 nömrəli sayğaca baxış keçirilmiş və yoxlama zamanı müəyyən edilmişdir ki, sayğacın hesablama mexanizmin qapağı yan tərəfdən əzilib və daxili qulaqcıqlarından əzik-cızıq izləri var. Sayğac istismara yararsızdır. Beləliklə qaz sayğacının nominal qaz sərfi 10 m3 orta günlük iş rejimi 24 saat və hesabat müddəti 90 gün qəbul edilməklə (10 x 24 x 90 = 21600 m3) itirilmiş qazın bərpası üçün hesabat aparılmış və hesablanmış 21600 m3 qazın pulunun ödənilməsi tələb edilmişdir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən istehlakçılar öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etmək hüquqlarına malikdirlər. Həmin Qanunun 26-cı maddəsinə əsasən istehlakçıların qanunvericiliklə nəzərdə tutulan hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. Məhkəmə qeyd edir ki, cavabdehin qanunsuz hərəkətləri nəticəsində istehlakçı kimi iddiaçının hüquqları pozulmuşdur. Belə ki, G6 markalı ******* nömrəli elektron qaz sayğacı xx.xx.2020-ci il tarixdə səbəbindən G6 markalı 28259072 nömrəli yeni sayğacla əvəz edilmiş, qaz sayğacı dəyişdirilərkən qaz sayğacının çıxarılması, quraşdırılması və istismarı haqqında tərtib edilmiş xx.xx.2020-ci il tarixli ******* nömrəli aktda sayğacın dəyişdirilməsi səbəbi kimi istismar müddətinin bitdiyi göstərilmişdir. Bundan başqa həmin aktda sayğaca müdaxilə olunması, plombların yerində olmaması, plombun qırılması və ya plomba müdaxilə edilməsinə dair hər hansı bir qeyd edilməmişdir. Cavabdeh abonentə məxsus olan sayğacın hesablama mexanizmin qapağı yan tərəfdən əzilib və daxili qulaqcıqlarından əzik-cızıq izlər olduğunu qeyd etsə də, bu halın iddiaçı tərəfindən edildiyini, eyni zamanda plombların yerində olması zamanı abonentin belə bir müdaxilə edə biləcəyini hər hansı bir mötəbər sübutla əsaslandırmamışdır. Məhkəmə qeyd edir ki, sayğacın plombları yerində olduğuna və plombları sökmədən sayğacın hesablama mexanizmin qapağı yan tərəfdən əzmək və daxili qulaqcıqlarından əzikmək-cızmaq mümkün deyildir. Sayğacda yaranmış hər hansı bir təbii qüsura, aşınma zamanı əmələ gələn texniki nasazlığa görə sayğacdan keçən qazın mexanizm tərəfindən qeyd edilməməsinə abonent məsuliyyət daşımır. Həmçinin sayğacın dəyişdirilməsindən əvvəlki aylar və sonrakı aylar üzrə ödənişlər arasında ciddi fərqin olmaması bir daha abonentin sayğaca hər hansı bir müdaxilə etmədiyini təsdiq edir. Abonent istifadə etmədiyi 3420 m3 və 21600 m3 qaza görə hesablanmış borcun ödənilməsi üçün məsuliyyət daşımır. Çünki, istehlakçının təqsiri nəticəsində qaz sayğacına müdaxilə edilməsi sübuta yetirilməmişdir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-ci hissəsinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Habelə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1999-cu il tarixli 87 nömrəli qərarı ilə təsdiq edilmiş “Qaz paylayıcıları tərəfindən qaz təchizatının ümumi şərtlərini təyin edən” Qaydaların 5.1-ci bəndinə əsasən əgər istehlakçı ilə qazın verilməsi haqqında bağlanmış müqavilədə fasilə nəzərdə tutulmayıbsa, qazın verilməsi fasiləsiz həyata keçirilir. Qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Məhkəmə hesab edir ki, iddiaçının iddia tələbi təmin edilməli, Cavabdeh2 əməkdaşları tərəfindən tərtib olunmuş “təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2020-ci il tarixli ******* nömrəli və xx.xx.2020-ci il tarixli MSK-29/1710-0140-1 nömrəli aktlar və Cavabdeh2 “itirilmiş təbii qazın dəyərinin hesablanması” komissiyasının xx.xx.2020-ci il tarixli qərarı ləğv edilməli, Cavabdeh2 əməkdaşları tərəfindən tərtib olunmuş “təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2023-cü il tarixli ******* nömrəli və xx.xx.2023-cü il tarixli 29/1710-04686-1 nömrəli aktlar və Cavabdeh2 “itirilmiş təbii qazın dəyərinin hesablanması” komissiyasının xx.xx.2023-cü il tarixli qərarı ləğv edilməli və İddiaçı məxsus olan ünvan 1 ünvana xx.xx.2020-ci il tarixli ******* nömrəli akt əsasında 3240 m3 itirilmiş qazın bərpası üçün hesablanmış borc və xx.xx.2023-cü il tarixli ******* nömrəli akt əsasında 21600 m3 itirilmiş qazın bərpası üçün hesablanmış borc - istehlakçı İddiaçı **********00940 nömrəli abunə hesabından silinməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh2 əməkdaşları tərəfindən tərtib olunmuş “təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2020-ci il tarixli ******* nömrəli və xx.xx.2020-ci il tarixli MSK-29/1710- 0140-1 nömrəli aktlar və Cavabdeh2 “itirilmiş təbii qazın dəyərinin hesablanması” komissiyasının xx.xx.2020-ci il tarixli qərarı ləğv edilsin. Cavabdeh2 əməkdaşları tərəfindən tərtib olunmuş “təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2023-cü il tarixli ******* nömrəli və xx.xx.2023-cü il tarixli 29/1710-04686-1 nömrəli aktlar və Cavabdeh2 “itirilmiş təbii qazın dəyərinin hesablanması” komissiyasının xx.xx.2023-cü il tarixli qərarı ləğv edilsin. İddiaçı məxsus olan ünvan 1 ünvana xx.xx.2020-ci il tarixli ******* nömrəli akt əsasında 3240 m3 itirilmiş qazın bərpası üçün hesablanmış borc və xx.xx.2023-cü il tarixli ******* nömrəli akt əsasında 21600 m3 itirilmiş qazın bərpası üçün hesablanmış borc - istehlakçı İddiaçı **********00940 nömrəli abunə hesabından silinsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal rayon Məhkəməsi vasitəsilə (Azərbaycan Respublikası MPM-in 10-1.3-cü maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vahid Hacıyev
Məhkəmə qərarları › İş №e-2(004)-5174/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-5174/2023
11.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver