Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-5205/2022 17.11.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi Qasımova Aytən Elçin qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil, Cavabdeh “Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin nümayəndəsi X5 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidməti”-nə qarşı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidməti mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə “əmrin ləğv edilməsi, boşdayanma günlərinin əvəzinin ödənilməsi, işə bərpa” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidməti”-nə qarşı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidməti mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə “əmrin ləğv edilməsi, boşdayanma günlərinin əvəzinin ödənilməsi, işə bərpa” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh orqan “Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidməti” barəsində qəbul etdiyi xx.xx.2022-ci il tarixli 281/4 nömrəli əmri ləğv edilməsi, işdən çıxarıldığı boşdayanma günlərinin əvəzi ödənilməklə, əvvəlki vəzifəyə bərpa edilməyə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, bir vicdanlı Azərbaycan Respublikasının vətəndaşıdır. Yeni Azərbaycan Partiyasının üzvüdür. Deputatlığa namizəd olmuşdur. O, mübahisələndirdiyi əmri bir həftə öncə aldığından dərhal mübahisəni Mediasiya Şurasında mübahisələndirərək, bir ay keçmədən hazırki iddianı hazırlamışdır. O bu günə kimi əmək kitabçasını belə almamışdır. Bu ərizəni yazan gün Nazirliyə müraciət edərək əmək kitabçasını almışdır. O, tam əsassız olaraq işdən çıxarılmışdır. Barəsində cavabdeh orqan “Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidməti” tərəfindən 281/ü saylı xx.xx.2022-ci il tarixli əmr imzalanmış, həmin əmrə əsasən o əmək funksiyasını və öhdəliyini yerinə yetirmədiyinə görə X23 X7 meşəbəyliyinin meşəbəyi İddiaçı ağzıbir meşəbəyliyinin meşəbəyi X3, Qaraoğlan meşəbəyliyinin meşəbəyi X12 ilə bağlanmış əmək müqaviləsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-cimaddəsinin “ç” bəndinə əsasən “___” _____ 2022— ci il tarixdən azad edilmişdir. Belə ki, Mərkəzin Qarxun (meşəbəyi İddiaçı) meşəbəyliyinin 1,3,3a və 4a saylı meşə dolaylarının 2, 9, 11, 12, 14 və 16 saylı kvartallarında 2022-ci ildə 1 hektar bostan və 3 hektar tərəvəz, 2021-ci ildə 11,1 hektar yonca, 2018-2020-ci illərdə isə 154,2 hektar yonca əkildiyi müəyyən edilmişdir, ümumilikdə 169,3 hektar qanunsuz olaraq müxtəlif kənd təsərrüfatı bitkiləri əkilmişdir. O əmrdə qeyd edilən bu hallarla guya 169,3 hektar meşə sahəsində kənd təsərrüfatı bitkilər əkmişdir. Bütün bunlar Nazirliyə düzgün olmayaraq verilmiş məlumat əsasında tənzimlənir. O 2020-ci ilin avqustun 27-dən Qarxun meşəbəyi təyin olmuşdur. Əmrdə o 18-20-ci illərdə 154,2 hektar yonca əkdiyini bildirirlər. Necə ola bilər? Yeni işə qəbul olunmuş bir adam geriyə işləmədiyi illərə yəni 2018-ci ildən, 2020-ci ilə meşə torpaqlarında yonca əkinini təmin etsin. Bu nə dərəcədə real və ağla batandır. İşlədiyi andan işlədiyi iş sahəsinə əmək funksiyasına müvafiq qaydada işləməklə öz vəzifəsini icra etmişdir. Qeyd olunan hallarla tamamilə razı deyil. 2021-ci ildə 11,1 hektar torpaq sahəsində yonca əkdiyi qeyd edilir. İdarə müdiri Qalib Həsənov tərəfindən şəhid ailələrinə yəni şəhid anası Arzu Mənsimova onun şikayət və ərizəsi əsasında yonca əkməsinə icazə vermişdir. Həmin yoncanı o əkməmişdir. Onun istəyilə tənzimlənməyib. Bu prosesləri o arzu etməmişdir. İdarə rəhbərinin ona tapşırığına əsasən şəhid ailəsinin 11,1 hektar torpaq sahəsində yonca əkməsinə və ailəsini saxlamasına idarə özü icazə verib. Həmin xanım məhkəmədə şahid qismində özünün dindirilməsini xahiş edir. O heç bir halda bu iradənin ziddinə gedə bilməzdi. İdarə rəhbərliyinin birbaşa tapşırığı əsasında şəhid ailəsi həmin yoncanı əkib. Bundan başqa əmrdə 2022-ci ildə 1 hektar bostan və 3 hektar tərəvəzin meşə torpaqlarında qanunsuz əkilməsi qeyd edilir. O bu halı rədd edir. Qeyd olunan hallarla bağlı o mövqeyini bildirmişdir. Belə ki, 3 ha torpaq sahəsinə şəhid anasının iki övladı şəhid olmuş Nailə Abbasova adlı şəxsin müəssisəyə müraciəti əsasında rəhbər Qalib Həsənovun birbaşa tapşırığı ilə bu xanım tərəvəz əkmişdir. Şəhid balalarını həmin tərəvəzlə saxlamışdır. 3 ha torpaq sahəsinə tərəvəzin əkilməsinə şəhid anasının istifadəsinə verilməsinə və orda əkin əkməsinə müəssisə özü icazə vermişdir. Burada nə edə bilərdim. Çətin və ağır vəziyyəti olan iki övladını şəhid vermiş Nailə Abbasovanın mən məhkəməyə çağırılmasını və kimin icazəsi ilə razılığı ilə tərəvəz bitkiləri əkməsini neçə hektar torpaq sahəsində bu işlərin gördüyünü özü məhkəməyə rəsmən elan edəcəkdir. Burada o hansı təqsirli hərəkəti etmişdir ki, o bu işə görə işdən çıxarılsın. Və nəhayət əmrdə qeydə edilən 1 ha torpaq sahəsində bostan bitkilərinin əkilməsini X23 Təsərrüfatının direktor müavini Gülşad Əmirov tərəfindən icra edilmişdir. Burada onun heç bir rolu olmamışdır. Bu göstərişidə idarənin rəhbəri Qalib Həsənov etmişdir. Burada onun qanunazidd və ya hüquqazidd heç bir hərəkəti və əməlim olmamışdır. Nazirlik onu Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndi ilə işdən çıxarmışdır. Bu doğru və ədalətli deyildir. Qeyd etdiyi halları qarşılıqlı qaydada nizamlamaq məsələyə aydınlıq gətirmək üçün o Mediasiyanı təşkil etmişdim. Ancaq mübahisə bu müstəvidə nizamlanmadı. Cavabdeh heç bir halda Mediasiya Sessiyasında iştirak etmədi. Nəticə etibarı ilə mübahisəni qarşılıqlı qaydada nizamlamadı. Bu səbəbdən də qanunsuz işdən çıxarılmağı öz ədalətli həllini tapmadı. O işinə bərpa edilməyini, qanunsuz qəbul edilən əmrin ləğv edilməsini, boşdayanma günləri ilə bağlı əmək haqqının ödənilməsini, məhkəmə qaydasında istəyir. Əmrdə qeyd edilənlər obyektiv deyildir. Halhazırki müddətdə bir şəxsin işdən çıxarılması həm onun özü, həm də ailə üzvləri üçün çox ciddi çətinliklər yaradır. Bu səbəbdən də o işdən çıxarılmasını hesab edir ki, ciddi qanun pozuntusudur. Bütün bir Azərbaycan ailəsinin maraq və mənafelərinin pozulmasıdır. Verilmiş əmrdə onun işdən çıxarılmağı heç bir halda öz əksini tapmamışdır. Əmrdə heç bir əsaslanma mövcud deyildir. Bu səbəbdən də “Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidməti-”nin 281/ü saylı xx.xx.2022-ci il tarixli əmrinin ləğv edilməsini, əvvəlki işinə bərpa edilməyi, boşdayanma dövrünün (aylarının) ödənilməsini qanuni və ədalətli hesab edir. Odur ki, iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsini müdafiə edərək onun məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxaırlmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh “Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin nümayəndəsi X13 iddia tələbini qəbul etməyərək bildirdi ki, iddia ərizəsi ümumi ifadələrlə yazılmışdır, heç bir maddi və prosessual normalara istinad yoxdur. İddiaçının dediyi ziddiyyəli ifadələrdən də aydın olduğu kimi, həmkarlar ittifaqının iclası keçirilmiş və iddiaçı da həmin iclasda iştirak etmiş, bununla bağlı fotoşəkillər iş materiallarına əlavə olunmuşdur. İddiaçı 40.000 ha torpaq sahəsi və 125 işçidən ibarət X23 Təsərrüfatı Mərkəzində meşəbəyi kimi fəaliyyət göstərən zaman tabeliyində olan şəxslər onun işə gəlmədiyini, işə məsuliyyətsiz yanaşdığını, meşə ərazisinin suvarılmadığını və həmin meşə sahəsində qeyri-kənd təsərrüfatı bitkilərinin əkildiyini bildirmiş, bu barədə iddiaçının fəaliyyətinə nəzarət edən meşə əkin mühəndisi və meşə mühafizə mühəndisi də bu barədə izahatlar vermişlər. İddiaçı özü də peşə fəaliyyəti üzrə nəzərdə tutulmuş ixtisasa malik olmasa da, bu sahə üzrə uzun müddət ixtisaslaşmış kadr olmadığından onun əməyindən istifadə olunmuşdur. Ancaq dövlətin iddiaçının işlədiyi sahə üzrə üzərinə qoyduğu vəzifələr və görməli olduğu fəaliyyət istiqamətləri vardır. 2017- 2018-ci illərdə iddiaçı əmrlə təsdiq olunmuş qaydada meşəbəyi köməkçisi vəzifəsində çalışmaqla maddi məsul şəxs qismində çıxış edirdi. Meşəbəyi köməkçisi kimi iddiaçının vəzifə funksiyası isə Kollegiya qərarı ilə təsdiq olunmuş növbəti və qəfləti olmaqla dörd növ yoxlama tədbiri həyata keçirməli idi və bu yoxlamalar zamanı aydın olan nöqsanlar barədə xidməti təqdimatla yuxarı vəzifəli orqana müraciət etməli idi. Lakin iddiaçı meşə sahəsində qeyri-kənd təsərrüfatı bitkilərinin əkini barəsində məlumatlı olmasına baxmayaraq bununla bağlı hər hansı tədbir görməmiş yaxud bu barədə yuxarı vəzifəli şəxsə müraciət etməmişdir. Odur ki, meşə sahəsində iddiaçının meşəbəyi kimi fəaliyyət göstərdiyi vaxt ərzində qeyri-kənd təsərrüfatı bitkilərinin əkini olduğu üçün onun əmək fəaliyyətinə son verilmişdir. Odur ki, iddia tələbinin rədd olunması barədə qətnamə çıxarılmasının məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 ifadəsində bildirmişdir ki, o, Bük meşəsində meşə gözətçisidir. 1998-ci ildən bəri işləyir. Onun işlədiyi sahədə bir sot belə yonca əkilməmişdir. Qarxun meşəbəyliyində işləməmişdir. Qoruduğu sahədə bostanı özüm əkmişdir. Sahə rəhbəri əvvəl Vüqar Hacıyev, sonra isə İddiaçı olmuşdur. X15 vaxtında əkmişdir. Suvarmaya ehtiyac olduğunu şifahi şəkildə bir dəfə iddiaçıya demişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X10 ifadəsində bildirmişdir ki, o, Bük meşəsində meşə gözətçisidir. Qarxun meşəsi barədə o qədər də məlumatlı deyil. Bük meşəsində yonca bitkisi əkilməyib. İddiaçı əvvəl şəhid ailələrinə sahə ayrılması barədə göstəriş verilmişdi, İddiaçı gələn zaman artıq bostan sahəsi kimi əkin üçün hazırlanmışdı. Bu hadisə Bük meşəsində olmuşdu. Həmin sahədən məhsulu şəhid və məcburi köçkün ailələri götürürdü. Bostan əkinindən xəbər tutan zaman İddiaçı ondan və digər meşə gözətçilərindən izahat almış və bu barədə idarəyə məlumat vermişdir. Lakin daha sonra tədbir görüb-görməməsi barədə məlumatlı deyil. Suvarma isə daim olub, batıq olmayıb. Mal-qara otarılması olmayıb. İddiaçı onlara heç bir qanunsuz göstərişi olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X17 ifadəsində bildirmişdir ki, o, X23 Mərkəzində baş meşə mühafizə mühəndisi vəzifəsində çalışır. Əvvəllər isə müəssisə direktorunun dəyişməsi ilə əlaqədar Mərkəzi Komissiyanın sədri olmuşdur. İddiaçı regionallaşdıqdan bəri X23 Mərkəzində çalışır. İddiaçının 334 ha sahəsi olmuş, bundan 39-40 ha batığı olmuş və həmin meşə ərazisində qeyri-kənd təsərrüfatı bitkilərinin əkini olmuşdur. Ondan öncə də Departament Xidməti tərəfindən qeyri-kənd təsərrüfatı bitkilərinin əkini ilə bağlı yoxlama aparılmışdır. Aparılan araşdırmalar nəticəsində ən çox iddiaçının nəzarəti həyata keçirdiyi meşə sahəsində qeyri-kənd təsərrüfatı bitkilərinin əkilməsi aşkar olunmuşdur. Eyni zamanda rəhbərlik tərəfindən bizə qeyri-kənd təsərrüfatı bitkilərinin əkininin qadağan olunduğu ilə bağlı xəbərdarlıq edilmişdir. Əkinlər köhnə direktorun vaxtından əkilmiş, ancaq sonradan qadağan olunmuşdur. 2019-a kimi əkilməsinə icazə verilirdi. 2020-ci ildə əkilməsinə qadağa qoyulmuşdur. Lakin iddiaçının vaxtında həmin bitkilər onsuzda var imiş, yəni ondan əvvəl əkilmişdir. İddiaçı həmin əkinləri özü əkməyib, lakin həmin sahədə qeyri-kənd təsərrüfatı bitkilərinin olmasından məlumatlı olmuşdur. Mal-qara söhbəti isə olmamışdır. 2021-ci ilə kimi vətəndaşlar əkin sahələrindən istifadə əvəzində bank hesabına otpulu kimi pul keçirirdilər, sonradan bu da qadağan edilmişdir. Məhkəmə tərəflərin izahatlarını, şahidlərin ifadələrini dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia rədd edilməlidir. İş materiallarında olan əmək müqaviləsinin surətindən görünür ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidməti ilə İddiaçı bağlamış olduğu xx.xx.2022-ci il tarixli əmək müqaviləsi əsasında iddiaçı X25 X7 meşəbəyliyinə meşəbəyi vəzifəsinə işə qəbul edilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli ərizənin məzmunundan görünür ki, İddiaçı X23 X2 meşəbəyliyinə meşəbəyi vəzifəsinə təyin edilməsini xahiş etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin xx.xx.2022-ci il tarixli, 197/K saylı əmri ilə İddiaçı xx.xx.2022-ci il tarixdən X23 X7 meşəbəyliyinə meşəbəyi vəzifəsinə təyin edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Meşələrin İnkişafı Departamentinin xx.xx.2019-cu il tarixli, 27/400 saylı X26 Təsərrüfatı Mərkəzlərinin və X20 və Toxumçuluğu Mərkəzinə ünvanlanmış məktubda qeyd olunur ki, aparılan araşdırmalar nəticəsində Mərkəzlərin xidməti ərazilərində taxıl, yonca və digər növdə kənd təsərrüfatı bitkilərinini əkildiyi müəyyən edildiyindən belə hallara yol verilən Mərkəzlərdə həmin meşəbəyliyin meşəbəyisi və meşəbəyi köməkçisi, habelə dolayının meşə gözətçisi ilə bağlanmış əmək müqaviləsinə dərhal xitam verilməklə yanaşı, Mərkəzin direktoru, baş meşəbəyi-direktor müavini və digər cavabdeh meşə mühafizə işçiləri barəsində də ciddi intizam tədbirləri görüləcəkdir. İş materiallarında olan 11 aprel 2022-ci il tarixli Bərdə RMTM-nin Qarxun meşəbəyliyində tərtib edilmiş aktda qeyd olunur ki, Qarxun meşəbəyliyinini ümumi ərazisi 2422 hektar olmaqla 5 meşə dolayından və 15 meşə kvartallarından ibarətdir. Meşəbəyliyin meşə dolaylarının qorunub mühafizə olunması vəziyyəti Mərkəzin xx.xx.2022-ci il tarixli 15 saylı əmrinə əsasən növbəti yaz təftişində məlum olacaqdır. Qarxun meşəbəyliyində dövriyyədə 234.4 ha meşə əkinləri mövcuddur. Meşə əkinlərinin vəziyyəti cədvəl şəklində göstərilmişdir. Əl ilə xidmət aparılmayıb, alaqlıdı, mexaniki xidmət aparılır və suvarılmaya ciddi ehtiyac var. Araşdırma aparılarkən əvvəlki illərdə və təzə əkilmiş meşə əkinlərinin arasında 151.7 ha yonca, 4.35 ha bostan sahələri aşkarlanmışdır. İş materiallarında olan İddiaçı xx.xx.2022-ci il tarixli izahatında qeyd olunur ki, təhvilqəbul zamanı aşkar edilmiş batmış meşə əkinlərini bərpa etmişdir. Bitiş faizi payız inlentarizasiya zamanı qoyulacaqdır. Batmış əkinlərin 13.7 hektarına akt tərtib olunub və keçmiş rəhbərliyə təqdim edilmişdir. İş materiallarında olan İddiaçı xx.xx.2022-ci il tarixli izahatında qeyd olunur ki, 2020ci ilin sentyabr ayında meşəbəyi vəzifəsinə yeni təyin olanda həmin yonca sahəsi 40 hektardan çox Qarxun meşə ərazisində 50 hektara yaxın Qaradeyin meşə ərazisində köhnə yonca kimi var idi və 30 hektar BMT-nin kənd təsərrüfatı məhsullarının artırılması məqsədilə əkilmiş yonca sahəsidir, qalan 40-50 hektar isə şəhid ailəsi və qazilərə müdriyyət tərəfindən razılıq verilib, hamısı ağac arasında əkilib, qanunsuz heç bir iş görməmişdir. Yoncanın pulunu keçən il ödətdirmişdir. Bu il də noyabrın axırına kimi ödətdirəcəkdir. Onun özü meşəbəyi olaraq bir hektar belə yonca əkməmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli Bərdə RMTM-nin Qarxun meşəbəyliyi 3 dolay, 9 kvartal, meşələrin inkişafı xidmətinini 269/EM, xx.xx.2022-ci il tarixli əmrinə əsasən tərtib olunmuş aktda qeyd olunur ki, çala qazma üsulu ilə 4.9 sahədə, akasiya, göyruş cinsində qanunsuz əkin sahəsi aşkar olunmuşdur. İş materiallarında olan X23 Təsərrüfatı Mərkəzinin işçiləri ilə bağlı keçirilmiş Meşələrin İnkişafı Xidmətinin Həmkarlar İttifaqı Komitəsinin iclasının xx.xx.2022-ci il tarixli, 20 nömrəli protokolun əsasında qərara alınmışdır ki, X23 X2 meşəbəyliyinin meşəbəyisi İddiaçı ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən ləğv edilməsi tövsiyə edilmişdir. İş materiallarında olan əmək kitabçasının surətindən müəyyən olunur ki, İddiaçı xx.xx.2018-ci il tarixdə X23 X2 meşəbəyliyinə meşəbəyi köməkçisi vəzifəsinə təyin olunmuşdur. xx.xx.2020-ci il tarixdə isə X25 X2 meşəbəyliyinə meşəbəyi vəzifəsinə təyin edilmişdir. xx.xx.2022-ci il tarixdə Əmək Məcəlləsinini 70-ci maddəsinini b bəndinə əsasən bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. xx.xx.2022-ci il tarixdə Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidməti X25 X7 meşəbəyliyinə meşəbəyi vəzifəsinə təyin edilmişdir. xx.xx.2022-ci il tarixdə isə əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir. İş materiallarında olan Bərdə RMTM-nin Bük Meşəbəyliyinin 13 saylı meşə dolayısının meşə gözətçisi X10 izahatında bildirmişdir ki, gözətçisi olduğu bostan bitkiləri və yonca əkilmələri ilə bağlı meşəbəyi İddiaçı məlumat vermişdir. Bu barədə ondan soruşduqda İddiaçı əhəmiyyət verməmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli təqdimatda Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin X25 Təsərrüfatı Mərkəzinin direktoru Meşələrin İnkişafı Xidmətinin rəisinə Bük meşəbəyliyinin meşəbəyisi İddiaçı işdən azad edilməsinə münasibət bildirməsini xahiş etmişdir. İş materiallarında olan Bərdə RMTM-nin Bük Meşəbəyliyinin 12 saylı meşə dolayısının meşə gözətçisi X6 xx.xx.2022-ci il tarixli izahatında bildirmişdir ki, gözətçisi olduğu dolay 12, kvartal 23-25-da mövcud olan bostan bitkiləri və yonca əkilməmişdir. Qonşu meşə sahələrində olan mədəni meşə əkinləri suvarılmadığından acınacaqlı vəziyyətdədir və məhv olacaqdır. İş materiallarında olan Bərdə RMTM-nin meşə əkinləri üzrə baş mühəndisi X4 xx.xx.2022ci il tarixli izahatında bildirmişdir ki, dövriyyədə olan meşə əkinlərinini vəziyyətini araşdırarkən komissiya üzvləri tərəfindən bir sıra nöqsanlara yol verilmişdir. 2021-ci ilin payız və 2022-ci ilin yaz mövsümündə meşəbəyliklərdə bitiş faizi aşağı olan meşə əkinlərində və meşəbağlarda doldurma və təmir işləri aparılmışdır. İş materiallarında olan Bərdə RMTM-nin Bük Meşəbəyliyinin 11 saylı meşə dolayısının meşə gözətçisi X8 xx.xx.2022-ci il tarixli izahatında bildirmişdir ki, gözətçisi olduğu dolay 11, 22 saylı meşə kvartalında mövcud olan mədəni meşə əkinləri suvarılmadığından acınacaqlı vəziyyətdədir və təcili suvarmaya ehtiyac vardır. Bu barədə Bük meşəbəyliyinin meşəbəyisi İddiaçı dəfələrlə şifahi məlumat vermişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin xx.xx.2022-ci il tarixli, 281/Ü saylı əmrin 3-cü bəndindən müəyyən olunur ki, əmək funksiyasını və öhdəliklərinin yerinə yetirmədiyinə görə X23 X7 meşəbəyliyinin meşəbəyi İddiaçı ilə bağlanmış əmək müqaviləsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən ləğv edilmişdir. İş materiallarında olan Hümbətov X1 və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinə yazmış olduğu xx.xx.2022-ci il tarixli izahatında qeyd edir ki, ərazisində olan kənd təsərrüfatı bitki, yonca əkini ağac arasında əkilib. 15 hektardır. 2020-ci ilin sentyabr ayından meşəbəyi vəzifəsinə yeni təyin olanda həmin yonca sahəsi 40 hektardan çox olmuşdur. Qarxun meşə ərazisində 50 hektara yaxın qaradeyin meşə ərazisində köhnə yonca kimi var idi və 30 hektar BMT-nin kənd təsərrüfatı məhsullarının artırılması məqsədilə əkilmiş yonca sahəsidir, qalan 40-50 hektarı isə şəhid ailəsi və qazilərə müdriyyət tərəfindən razılıq verilib, hamısı ağac arasında əkilib, qanunsuz heç bir iş görməyib. Yoncanın pulunu keçən il ödətdirmişdir, bu il də noyabr ayının axırına kimi ödətdirəcəkdir. Özü meşəbəyi olaraq heç bir hektar belə yonca əkməmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: - 2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsi işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir. - 68-ci maddəsinin 1 və 2-ci bəndinə görə əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Əmək müqaviləsinə tərəflərdən birinin təşəbbüsü, əmək müqaviləsinin müddətinin qurtarması, əmək şəraitinin şərtlərinin dəyişdirilməsi, müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər), tərəflərin iradəsindən asılı olmayan və ya tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallarda xitam verilə bilər. - 70-ci maddəsinə əsasən əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər: a) müəssisə ləğv edildikdə; b) işçilərin sayı və ya ştatları ixtisar edildikdə; c) peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə; ç) işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda; d) sınaq müddəti ərzində işçi özünü doğrultmadıqda; e) dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın yaş həddinə çatdıqda. - 76.1-ci maddəsinə əsasən işəgötürən tərəfindən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilər. Həmin Məcəllənin 80.1-ci maddəsinə əsasən bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. Həmin maddənin 2-ci bəndinə əsasən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir. Məhkəmə qeyd edilən maddi hüquq normalarını müqayisəli təhlil edərək qeyd edir ki, əmək münasibətləri sərbəst iradə ifadəsini özündə ehtiva edən əmək müqaviləsi bağlandıqdan sonra yaranır. Əmək müqaviləsinin şərtləri tərəflərin iradə ifadəsi ilə bağlansa da, əmək münasibətlərinin ləğv edilməsi üçün əmək qanunvericiliyində konkret əsaslar göstərilmişdir ki, yalnız həmin hallardan biri olduğu təqdirdə əmək münasibətlərinə xitam verilə bilər. Habelə, qanunvericilikdə nəzərdə tutulmayan əsasla, habelə Əmək Məcəlləsi ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, İddiaçı xx.xx.2018-ci il tarixdə X23 X2 meşəbəyliyinə meşəbəyi köməkçisi vəzifəsinə təyin olunmuş, xx.xx.2020-ci il tarixdə isə X23 X2 meşəbəyliyinə meşəbəyi vəzifəsinə təyin edilmişdir. xx.xx.2022-ci il tarixdə Əmək Məcəlləsinini 70-ci maddəsinini b bəndinə əsasən bağlanmış əmək müqaviləsinə xitam verilmiş, xx.xx.2022-ci il tarixdə Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidməti X25 X7 meşəbəyliyinə meşəbəyi vəzifəsinə təyin edilmişdir. xx.xx.2022-ci il tarixdə isə əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir. İş materiallarında olan sübutlardan görünür ki, İddiaçı xidməti meşə ərazisində taxıl, yonca və digər növdə kənd təsərrüfatı bitkiləri əkilmiş, meşə sahələrində olan mədəni meşə əkinləri suvarılmamışdır. Belə ki, Qarxun meşəbəyliyinin 1,3,3a və 4a saylı meşə dolaylarının 2, 9, 11, 12, 14 və 16 saylı kvartallarında 2022-ci ildə 1 hektar bostan və 3 hektar tərəvəz, 2021-ci ildə 11,1 hektar yonca, 2018-2020-ci illərdə isə 154,2 hektar yonca əkildiyi müəyyən edilmişdir, ümumilikdə 169,3 hektar qanunsuz olaraq müxtəlif kənd təsərrüfatı bitkiləri əkilmişdir. İddiaçı 2020-ci ilin sentyabr ayında meşəbəyi vəzifəsinə yeni təyin olanda həmin yonca sahəsinin olmasına istinad etsə də məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Meşələrin İnkişafı Departamenti xx.xx.2019-cu il tarixli, 27/400 saylı X26 Təsərrüfatı Mərkəzlərinin və X20 və Toxumçuluğu Mərkəzinə ünvanlanmış məktubla Mərkəzlərin xidməti ərazilərində taxıl, yonca və digər növdə kənd təsərrüfatı bitkilərinini əkildiyi Mərkəzlərdə həmin meşəbəyliyin meşəbəyisi və meşəbəyi köməkçisi, habelə dolayının meşə gözətçisi ilə bağlanmış əmək müqaviləsinə dərhal xitam verilməklə yanaşı, Mərkəzin direktoru, baş meşəbəyi-direktor müavini və digər cavabdeh meşə mühafizə işçiləri barəsində də ciddi intizam tədbirləri görülməsi barədə rəsmi xəbərdalıq edilmişdir. Həmin vaxt iddiaçı meşəbəyi köməkçisi vəzifəsində işləmiş, yəni sonradan da zəbt və qanunsuz istifadə halları ilə bağlı lazımı tədbirlər görməmişdir. Eyni zamanda 2021 və 2022-ci illərdə də Qarxun meşəbəyliyinin iddiaçının nəzarətində olmuş xidməti meşə ərazilərində də yonca əkini olduğu müəyyən edilmişdir. Məhkəmə şahidlərin məhkəməyə qədər araşdırma zamanı vermiş olduqları izahatlarla məhkəmə iclasında vermiş olduqları ifadələr arasındakı ziddiyyətlərə münasibətdə bildirir ki, şahidlər X10 və X8 izahatlarının latın əlifbası ilə yazmağı bilmədiklərindən özləri tərəfindən yazılmadığını, lakin oxunaraq imzaladıqlarını nəzərə alır, lakin ziddiyyətlərin mövcudluğu səbəbindən mötəbər sübut kimi qiymətləndirmir. Məhkəmə, eyni zamanda, iş materiallarında olan 12 noyabr 2022-ci il tarixli teleqramları mötəbər sübut hesab etmir və qiymətləndirmir. Məhkəmə qeyd edir ki, iddiaçının iddia ərizəsində qeyd etdiyi hallar iş materialları ilə öz təsdiqini tapmadığından və iddiaçı tərəfindən sübuta yetirilmədiyindən, cavabdeh tərəfindən əmək qanunvericiliyinin pozulması halları müəyyən edilmədiyindən, iddia tələbi əsassız hesab edilməli və iddia tələbi rədd edilməlidir. Beləliklə məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin xx.xx.2022-ci il tarixli, 281/Ü saylı əmrin 3-cü bəndi əsaslı və qanuni olduğundan həmin əmrin (iddiaçıya aid olan hissədə) ləğv edilməsi üçün əsas yoxdur. Azərbaycan Respublikasının Meşə Məcəlləsinin 7-ci maddəsinə əsasən kənd təsərrüfatı məhsullarının istehsalı üçün istifadə edilən bitkilərdən ibarət yaşıllıqlar (əkinlər) Meşə fonduna daxil olmayan yaşıllıqdır. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 5-ci maddəsinə əsasən, meşə fondu torpaqlarının özgəninkiləşdirilməsinə gətirən və gətirə bilən alqısatqısına, ipotekasına və digər əqdlərə, habelə başqa məqsədlər üçün istifadəsinə yol verilmir. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidməti haqqında Əsasnamənin 2.0.4-cü bəndinə əsasən dövlət və yerli özünüidarəetmə orqanları, hüquqi və fiziki şəxslər tərəfindən müvafiq sahə üzrə qanunvericiliyin tələblərinə riayət olunması üçün tədbirlər görmək; 2.0.6-cı bəndinə əsasən meşələrin qorunması, meşə fondundan səmərəli istifadə, meşələrin məhv olmaqdan, zədələnməkdən, xəstəlik və zərərvericilərdən, yanğından, çirklənmədən və digər mənfi təsirlərdən mühafizəsi məqsədilə fəaliyyəti həyata keçirmək xidmətin fəaliyyətin istiqamətləridir. 3.0.28-ci bəndinə əsasən, meşə istifadəçiləri meşə qanunvericiliyinin tələblərini pozduqda, istifadə hüququnun dayandırılması və ya məhdudlaşdırılması, habelə istifadə hüququnun məhdudlaşdırılmasına və ya dayandırılmasına səbəb olmuş vəziyyət və şərtlər aradan qaldırıldıqda, bu hüququn tam həcmdə bərpa edilməsinə dair qərar qəbul etmək; 3.0.29-cu bəndinə əsasən, meşə fondu sahələrindən elmi tədqiqat, mədəni sağlamlaşdırma, turizm və idman məqsədləri, ovçuluq təsərrüfatının ehtiyacları üçün istifadəyə dair bağlanan müqavilələrin qeydiyyatını aparmaq; 3.0.31-ci bəndinə əsasən, müvafiq sahə üzrə pozuntuların aradan qaldırılmasına dair fiziki şəxslərə, eləcə də vəzifəli və hüquqi şəxslərə qarşı tələblər irəli sürmək Meşələrin İnkişafı Xidmətinin vəzifələridir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin: - 70-ci maddəsinin “ç” bəndinə əsasən, işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. - 71-ci maddəsinin 2-ci hisəsinə əsasən, bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikasının Qanununun 100-cü maddəsinin 3-cü hissəsinə əsasən, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Beləliklə, məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, iddia tələbi əsaslı və qanunidir və təmin olunmalıdır. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 223, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinə qarşı “əmrin ləğv edilməsi, boşdayanma günlərinin əvəzinin ödənilməsi, işə bərpa” tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Gülnar Babazadə
Məhkəmə qərarları › İş №e-2(004)-5205/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-5205/2022
17.11.2022 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver