Məhkəmə qərarları › İş №e-2(004)-5215/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-5215/2025

09.10.2025 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-5215/2025 09.10.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Sultanova-Məmmədova Ayşən Ramiz qızının sədrliyi, Səfərova Nəzrin Şahlar qızının katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı "əmrin ləğvi, işə bərpa və əmək haqqı" tələbinə dair mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı Cavabdehnə qarşı "əmrin ləğvi, işə bərpa və əmək haqqı" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu X8 6 avqust 2025ci il tarixli 3-17-1/3-4-1428/2025 nömrəli Əmrinin ləğv edilməsi; Fondun Sosial Sığorta və Fərdi Uçot üzrə X6 və kadrlarla iş şöbəsinin baş mütəxəssisi vəzifəsinə bərpa edilməsi; məcburi işburaxma dövrü ərzində almalı olduğu əmək haqqı, habelə o dövr ərzində işdə olacağı təqdirdə verilməli fərdi və kollektiv mükafatların ona ödənilməsi; Məcburi işburaxma dövründə almadığı (gecikdirilmiş) əmək haqqının hər gecikdirilmiş gün üçün 5 (beş) faizi məbləğində ödəncin verilməsi; Banklara olan kreditləri ilə bağlı hər ay ödəməli olduğu, lakin işdən çıxarıldığı üçün ödəyə bilmədiyi aylıq ödənclərin üzərinə hesablanmış faiz, cərimə və s. ödənişlərin verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı aşağıdakı dövrləri nəzərə almaqla 5 ildən artıqdır ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Sosial Müdafiə Fondundae(yni struktur vahidində (idarə sonra filial oldu)) işləyirdi: 1 may 2020-ci il – 28 iyul 2020-ci il Nazirlik yanında Fondun Mərkəzi Sosial Sığorta və Fərdi Uçot İdarəsinin Hüquq və kadr sektorunda baş mütəxəssis; 6 avqust 2020-ci il – 4 yanvar 2023-cü il Nazirlik tabeliyində Fondun Sosial Sığorta və Fərdi Uçot üzrə X4 nəzarət şöbəsinin müdiri; 5 yanvar 2023-cü il – 6 avqsut 2023-cü il Nazirlik tabeliyində Fondun Sosial Sığorta və Fərdi Uçot üzrə X6 və kadrlarla iş şöbəsinin baş mütəxəssisi. Qeyd: Filialın Daxili nəzarət şöbəsi ləğv olunduğu üçün 5 yanvar 2023-cü ildən qeyd olunan vəzifədə davam etmişdir. Lakin cavabdeh Fond onu hər hansı bir səbəb olmadan, Filialdakı 5 ildən artıq dövr ərzində yüksək səviyyədə peşəkar və işgüzar fəaliyyətimə baxmayaraq, 6 avqust 2025-ci il tarixində qanunvericiliyə və hüquqa zidd şəkildə İdarə Heyəti sədrinin 6 avqust 2025-ci il tarixli 3-17-1/3-4-1428/2025 nömrəli Əmri ilə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndini əsas gətirərək işdən azad etmişdir. Hesab edir ki, onun Fond PHŞ tərəfindən əmək müqaviləsinə 6 avqust 2025-ci il tarixində xitam verilməsi tamamilə qanunsuzdur. İddiasının əsası olaraq aşağıdakı başlıqlarda Fond PHŞ-in qanunu və hüququn əsas prinsiplərini pozmasını təsdiq edən 3 başlıca məqamı diqqətə çatdırır: 1) Qüvvədə olan qanunvericiliyi və hüquq prinsiplərini pozaraq Fond PHŞ-in öz işçiləri (o cümlədən onunla) ilə, xüsusilə, bu qədər uzun dövr ərzində müddətli əmək müqaviləsi bağlaması; (Səh.2-6) 2) Qüvvədə olan qanunvericiliyə əsasən müddətsiz hesab edilən əmək müqaviləsinə “müqavilənin müddətinin bitməsi” səbəbini əsas gətirərək xitam verməsi; (Səh.6-8) 3) Fond qanunsuz olaraq bağladığı və müddətli hesab etdiyi müqaviləyə xitam verərkən belə qanunun tələblərini kobud şəkildə pozması. (Səh. 8-9). Bilindiyi kimi, Fond PHŞ-in dövlətin funksiyalarının tərkib hissəsi olan səlahiyyətlərini yerinə yetirməsi müstəqilliyin ilk illərindən institutlaşmış formada davam edir. Sosial siyasəti idarəçiliyinin əsas xətti olaraq müəyyən etmiş dövlətimizin sosial müdafiə və sosial təminat istiqamətindəki funksiyalarını daimi fəaliyyət göstərən qurum vasitəsilə icra etdiyi yəqin ki, heç bir şübhə doğurmur. Varlığının, fəaliyyətinin və işinin daimi xarakterə malik olması halında işçiləri ilə “müddətli əmək müqaviləsi” bağlaması və bunu israrla davamlı şəkildə tətbiq etməsi Məcəllənin 45.4-cü maddəsinin tələblərinin kobud şəkildə pozulması deməkdir. Müstəqilliyin ilk illərindən var olan və daim var olacağı heç bir hüquqi və praktik şübhə doğurmayan Fond PHŞ-nin davamlı olaraq əməkdaşları ilə müddətli əmək müqaviləsi bağlaması yolverilməz və qəbuledilməzdir. Əlavə olaraq, Fond PHŞ-nin daimi xarakterli fəaliyyətinə baxmayaraq işçiləri ilə müddətli müqavilə təcrübəsini tətbiq etməyinə, “əsası” Məcəllənin 47-ci maddəsindəki “f” bəndi ilə müəyyən edilmiş tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı normasıdırsa, bu ümumiyyətlə qəbuledilməz və gerçəklik payı olmayan bir haldır. Belə ki, 5 il-dən artıq Fond PHŞ-də fəaliyyəti olmuş biri kimi əminliklə bildirirəm ki, Fond PHŞ ilə işçilər arasında əmək münasibətləri qurularkən və tənzimlənərkəntərəflərin hüquq bərabərliyi prinsipinə qətiyyən riayət edilməmiş, əksinə dövlətin gücündən, səlahiyyətlərin genişliyindən sui-istifadə edərək, işçilər illərlə müddətli müqavilə bağlamağa məcbur buraxılmışlar. İşəgötürən olaraq, Fond PHŞ-nin həm müddətli, həm də müddətsiz müqavilə bağlamaq kimi seçimi olarkən, işçilərinin qarşısına yalnız müddətli müqavilə seçimi qoyduğu üçün tərəflərin hüquq bərabərliyi prinsipinə riayət etməsindən söhbət belə gedə bilməz. Təqdir edərsiniz ki, “qarşılıqlı razılıq” qanunun tələbinə görə, tərəflərin hüquq bərabərliyi prinsipinə əsaslanmalı, bir tərəfin (işəgötürənin) digərinə (işçiyə) münasibətdə üstün mövqeyinə görə subyektiv yanaşmaya şərait yaratmamalıdır. Lakin faktdır ki, Fond PHŞ hüquqdan suiistifadə edərək onunla ilə müddətli, 3 (daha sonra 6) ay müddətinə əmək müqaviləsi bağlamışdır. Fond PHŞ-nin əmək müqaviləsinin tərəfi olaraq “2” seçimi (müddətli və müddətsiz) varkən, işçilərə yalnız “1” seçimi diqtə etməsi bərabərsizliyin birbaşa göstəricisidir. “2”-nin “1”-ə bərabər olmadığı məntiqi ilə Fond PHŞ sözügedən normaya riayət etməmiş, başqa sözlə işçiləri “müddətli müqaviləni imzalamaqla” “işsiz qalmaq” arasında seçim etməyə məruz qoyaraq, insan hüquqlarını kobud şəkildə pozmuşdur. Əks təqdirdə ağlabatan deyil ki, ona müddətli müqavilə ilə eyni zamanda müddətsiz müqavilə seçimi təklif edildiyi halda 5 təqvim ilindən artıq zaman ərzində müddətli müqaviləni seçməyə və tam könüllü, tərəflərin hüquq bərabərliyi prinsipinə dayanaraq müddətli müqaviləni imzalamağa davam etsin. Təbii ki, hər bir adam öz iqtisadi-məişət vəziyyətini zəmanət altına almaq, sabit gəlirli həyat tərzi sürmək və gələcəkdə iş və qazancla bağlı nigarançılığını azaltmaq üçün müddətsiz müqaviləyə üstünlük verər. Xüsusilə, öhdəliyində 1-ci qrup (atam) və 3-cü qrup (anam) əlillərin olduğu və onun onları saxlamağı və ehtiyaclarını təmin etməklə bağlı yükü olduğu halda müddətli müqaviləni iradəsi daxilində imzalaması mümkünsüzdür. Dəfələrlə müddətli müqavilə bağlanıldığı zaman tərəfindən bu yanaşmanın səbəbi soruşulduqda və bunun doğru olmadığı bildirildikdə, “Fondun yanaşması budur” cavabını alırdılar. Hətta 1 iyul 2024-cü il tarixində əməkhaqlarının artması ilə bağlı yeni əmək müqaviləsi elektron informasiya sistemindəki şəxsi kabinetə imzalamaları (elektron imza ilə) məqsədilə yerləşdirildikdə, müqavilənin bitmə tarixi 6 avqust 2024-cü il olaraq qeyd edilmişdi. O, Fondla əlaqə saxlayaraq, niyə müddətli müqavilə ilə davam etdiklərini, hətta belə qısa müddətə, bu müqaviləni imzalamaq istəmədiyini dedikdə, cavab olaraq “imzalamayacaqsan, əməkhaqqın artmayacaq” cavabını aldı. Heç kəsə sirr deyildi ki, Fond PHŞ-nin bu qanunsuz əməli törətməkdə məqsədi istədiyi vaxt istədiyi əməkdaşı rahatlıqla işdən uzaqlaşdırmaq imkanını əlində saxlamaq idi. Məlumat üçün bildirir ki, eyni hüquqa zidd hərəkətlərə sözügedən Nazirliyin tabeliyində olan digər publik hüquqi şəxslərdə də yol verilir. Nazirliyin tabeliyindəki digər publik hüquqi şəxsə - X1rşı qaldırılmış iddia ilə bağlı məhkəmə qərarına nəzər saldıqda ədalətli məhkəmə orqanlarının qanuna dayanan yanaşmasını aydın görürük. İşə başlama tariximin 6 avqust 2020-ci il deyil, 1 may 2020-ci il olması səbəbilə müqaviləsi müddətsiz hesab olunmalıdır. Belə ki, o, Nazirliyin Aparatının Sosial təminat siyasəti şöbəsinin mütəxəssis vəzifəsi üzrə elan olunan müsabiqəsində uğur qazanmış, nazirin əmri ilə ehtiyat kadr siyahısına salınmış və 1 may 2020-ci ildə 2 təsnifat aşağı vəzifəyə Nazirliyin yanında Dövlət Sosial Müdafiə Fondunun Mərkəzi Sosial Sığorta və Fərdi Uçot İdarəsinin Hüquq və kadr sektorunda baş mütəxəssis vəzifəsinə təyin olunmuşdur. Başqa sözlə onun Fondla əmək müqaviləsi hələ, Fond dövlət orqanı olarkən, yəni 1 may 2020-ci il tarixindən başlayır. Azərbaycan Respublikası Prezidentinin 30 İyun 2020-ci il tarixli 1077 nömrəli Fərmanı ilə Nazirliyin yanında Dövlət Sosial Müdafiə Fondu X8 nizamnaməsi təsdiq edildikdən sonra iyul ayı ərzində Fondun Kadrlar şöbəsi o, da daxil olmaqla bütün əməkdaşlardan iki ədəd ərizə yazılmasını tələb etdi. Ərizənin birində “işdən azad edilməyimiz”, digərin də “müvafiq vəzifəyə qəbul edilməyimiz” xahiş olunurdu. Bununla da 28 iyul 2020-ci il tarixində hər kəs dövlət orqanı olan Fondda tutduğu vəzifədən azad edildi, 9 təqvim günü sonra 6 avqust 2020-ci ildə isə publik hüquqi şəxs olan Fondda yeni əmək müqavilələrimiz rəsmiləşdirildi. Ancaq həmin fasilə ərəfəsində əməkhaqları ödənilmədən, hər kəs bir nəfər kimi işə cəlb edildi və əmək fəaliyyəti ilə məşğul oldu. Həmin dövrdə pandemiya ilə bağlı tətbiq edilən karantin qaydalarına əsasən işəgötürənin istehsal vasitələri ilə (kompüter) işlər evdən (məhz həmin 9 təqvim günü deyil, may və iyun ayları ərzində də bu belə olmuşdur.) yerinə yetirilmişdir. Xüsusilə də həmin dövrdə bugün ölkədə pensiya təyinatının avtomatlaşdırılmış qaydada həyata keçirilməsində əsas rol oynayan fərdi şəxsi hesablardakı problemin (bölüşdürülməmiş və finləşdirilməmiş məbləğlər) həllində çox yaxından iştirak etmişdir. Başqa tərəfdən ağlabatan deyil ki, kütləvi şəkildə işçi heyəti 28 iyulda işdən çıxarıb 6 avqustda işə götürən Fond 9 təqvim günü ərzində fəaliyyətini dayandırmış olsun. Sadəcə Fond o vaxt bunu tətbiq edərkən, işçilərə dövlət orqanının ləğvi əsasında xitam verməklə yaranacaq maliyyə yükündən yaxa qurtarmağı hədəfləmişdir. Lakin qətiyyən nəzərdən kənara qoyula bilməz ki, Azərbaycan Respublikası Prezidentinin 30 dekabr 2019-cu il tarixli 912 nömrəli Fərmanın 1-ci hissəsində ölkə başçısı Nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun (dövlət orqanı) əsasında Dövlət Sosial Müdafiə Fondu X8 yaradılmasını TAPŞİRMİŞDİR. Bununla yanaşı Azərbaycan Respublikası Prezidentinin 30 iyun 2020-ci il tarixli 1077 nömrəli Fərmanın 5.1-ci bəndində ölkə başçısı müəyyən edir ki, Nazirliyin tabeliyində yaradılmış Dövlət Sosial Müdafiə Fondu X13 Nazirliyin yanında Dövlət Sosial Müdafiə Fondunun (dövlət orqanı) hüquqi varisidir, bütün hüquq və öhdəlikləri, habelə əmlakı aidiyyəti üzrə Fond PHŞ-ə keçir. Yəni əslində onun işəgötürəni 1 may 2020-ci il tarixindən etibarən heç vaxt dəyişməmişdir. İşəgötürənin təşkilatı hüquqi formasının dəyişməsini işəgötürənin dəyişməsi kimi anlamaq və yozmaq qanuna və hüquqa zidd olmaqla yanaşı, ağlabatan deyildir. İcraedici hakimiyyətin rəhbəri, ölkə başçımız cənab İlham Əliyevin hüquqi varis müəyyən etdiyi Nazirlik yanında Fond (dövlət orqanı) ilə Nazirlik tabeliyində Fond (publik hüquqi şəxs) eyni işəgötürəndir və süni şəkildə əmək qanunvericiliyi pozmaq, öhdəliklərdən boyun qaçırmaqla yaradılmış 9 təqvim günü müddətinə boşluq (sənəd üzərində, çünki faktiki işə cəlb olunmuşuq) qətiyyən fasilə hesab edilə bilməz. Beləliklə, Əmək Məcəlləsinin 45.5-ci maddəsinə əsasən müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir. 1 may 2020-ci il – 6 avqust 2025-ci il dövrünü əhatə edən Fondla onun arasında olan əmək münasibətləri 5 ildən artıq fasiləsiz davametdiyi üçün, onunla sonuncu yenilənmiş müqavilə müddətsiz hesab edilir. 2.2. Fond PHŞ 6 avqust 2020-ci ildən qüvvədə hesab etidyi əmək müqaviləsinə müddətin 5 ili ötməsində sonra xitam verməklə qanunvericiliyi kobud şəkildə pozmuşdur. Belə ki, o, 1 may 2020-ci il tarixindən Fondda (dövlət orqanı) çalışmış olmasaydı belə, Fond X13 ilə olan əmək müqaviləsi də qanunun tələb etdiyi müddətə - “5 ildən artıq” davam etmişdir. Belə ki, 6 avqust 2020-ci il tarixində Fond PHŞ ilə qüvvəyə minmiş əmək müqaviləsinə 6 avqust 2025-ci il tarixində xitam verilmişdir. 6 avqust 2020-ci ilin Fond PHŞ-də ilk iş günümün 6 avqust 2025-ci il tarixinin son iş günü olduğunu nəzərə alaraq, sadə riyazi hesablama ilə müəyyən etmək olur ki, onun əmək müqaviləsi 5 il 1 gün, yəni “5 ildən artıq” davam etmişdir. Bunu sübut edən bir neçə nüansı diqqətə çatdırmaq istəyir: 1. İşdən 6 avqust 2025-ci il tarixində azad edilməsi barədə Əmr 6 avqust 2025-il tarixində imzalanıb və Əmrdə ona son-haqq hesabın ödənilməsi tapşırılmışdır. Əmək Məcəlləsinin 83-cü maddəsinə əsasən isə işçiyə son haqq-hesab sonuncu iş günü ödənilir. Aydın görünür ki, Əmr olmamış son haqqhesab ödənilə bilməzdi və sonuncu iş günüm ən yaxşı halda 6 avqust 2025-ci il tarixinə təsadüf edir. Bu da publik hüquqi şəxs olan Fondda fəaliyyətinin 5 il 1 gün tamamındakı tarixdir. 2. 6 avqust 2025-ci il tarixində günün sonunadək əmək fəaliyyəti ilə məşğul olmuşdur və ona işdən azad edilməsi, iş vaxtının bitməsinə 10 dəqiqə qalmış şifahi qaydada bildirilmişdir. Yəni o, həmin günü – fəaliyyətinin 5 il 1 gününün tamam olduğu gün tam şəkildə çalışmışdır. 3. Fond PHŞ-nin əməkhaqlarımızın artımı ilə bağlı 1 iyul 2024-cü il tarixində yenilədiyi müqavilənin (elektron versiyası əlavə olunur) mətnində də, müqavilənin qüvvədə olma intervalı və müddəti göstərilərkən yuxarıda qeyd etdiyi prinsip gözlənilmişdir. Həmin müqavilədən kəsilmiş ekran təsvirinə nəzər saldıqda bunu aydın şəkildə görmək mümkündür: Təsvirdən göründüyü kimi 6 avqust 2020-ci ildə başlayan müqavilənin müddəti 6 avqust 2024-cü ildə bitdiyi təqdirdə əmək münasibətlərini tənzimləyən elektron informasiya sistemində Fond PHŞ-nin imzaladığı müqavilənin mətnində bu aralıq 4 il 1 gün olaraq göstərilirsə, demək ki, həmin müqavilə üzrə əmək münasibətlərinə 6 avqust 2025-ci il tarixində xitam verildikdə də 5 İL 1 gün müddəti artıq tamam idi. Hesab edir ki, Fond PHŞ-nin yol verdiyi bu nöqsan, yəni onun Fondla ümumilikdə 1 may 2020-ci il tarixindən qüvvədə olan fasiləsiz müqaviləsinəə, habelə Fond PHŞ ilə 6 avqust 2020-ci il tarixindən yenə 5 ildən artıq qüvvədə olan müqaviləsinə xitam verməsi əmrin ləğvi və işə bərpa üçün təkbaşına yetərli səbəbdir. Son olaraq qeyd edir ki, Fond PHŞ qanunsuz hərəkətini edərkən belə qanunun tələb etdiyi prosseduru pozmuşdur. Belə ki, Əmək Məcəlləsinin 73.1-ci maddəsinə əsasən müddətli əmək müqaviləsinə müddəti bitdikdə xitam verilir. Müddətli əmək müqaviləsinin müddətinin bitməsinə azı bir həftə qalmış tərəflərdən heç biri digər tərəfi müddətin bitməsinə görə müqaviləyə xitam verilməsi barədə yazılı formada (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) xəbərdar etməzsə, həmin əmək müqaviləsi əmək müqaviləsində göstərilən müddətə uzadılır və ya bu Məcəllənin 45-ci maddəsinin 5-ci hissəsi ilə müəyyən edilmiş hallarda müddətsiz hesab olunur. Gördündüyü kimi qanunvericilik xəbərdarlığın yazılı formada olmasını tələb olaraq müəyyən edərkən kağız daşıyıcıda olmasını ilkin seçim və zərurət olaraq müəyyən etmişdir. Əgər bir işçi hər gün işdədirsə, başqa sözlə ezamiyyətdə, məzuniyyətdə və ya xəstəlikdə deyilsə və ya özbaşına işdən yayınmırsa, birbaşa və əyani şəkildə xəbərdarlıq üçün bütün şərait varsa, birmənalı şəkildə bu kağız daşıyıcıda olmalıdır. Qanunvericilik elektron informasiya sistemini ikinci seçim, o cümlədən kağız daşıyıcıda xəbərdarlıq üçün şərait və imkan yaranmadıqda və ya işçi buna şərait yaratmadıqda işəgötürənin özünü zəmanət altına alması üçün üsul olaraq müəyyən edir. Bildirir ki, faktiki olaraq, Fond PHŞ tərəfindən ona yazılı formada heç bir xəbərdarlıq edilməmişdir. Hər gün işdə olmağına baxmayaraq ona bu barədə nə şifahi, nə kağız daşıyıcıda, nə də elektron qaydada bildiriş verilməmişdir. O, yalnız 6 avqust 2025-ci il tarixində, yəni son iş günündə işin bitməsinə 10 dəqiqə qalmış məlumatlandırılmışadır. Bundan sonra Nazirliyin “Əmək və məşğulluq” altsistemindəki şəxsi kabinetimə daxil olduqda sistemdə heç bir rəsmi bildiriş görməmişdir. Halbuki portaldakı şəxsi kabinetinin bildiriş bölməsində müqavilələrə öncəki dəyişikliklərlə bağlı bildirişlər yer alsa da, müqaviləyə xitam veriləcəyi ilə bağlı hər hansı bildiriş öz əksini tapmamışdır. Bir müddət araşdırma apardıqdan və qeyd olunan portalda 3-4 alt pəncərəyə daxil olduqdan sonra xitamla bağlı bir məlumat yerləşdirildiyi məlum olmuşdur. Başa düşmək çətindir ki, qanunda ƏMAS-dakı şəxsi kabinetin 3-4 pəncərə dərinliyindəki bir hissəsində xitam xəbərdarlığı yerləşdiriləcəyi qeyd olunmadığı halda hansı işçi və niyə hər gün və ya vaxtaşırı girib ƏMAS-da şəxsi kabinetinin dərinliklərinə baxsın? Bəs onda şəxsi kabinetdəki ilk səhifədə yerləşən bildiriş paneli nə üçündur? Bəs niyə həmin paneldə əvvəlki müqavilələrə edilən dəyişikliklər barədə bildirişlər yer alır bu cür əsas məsələ ilə bağlı bildiriş yoxdur? Cavab budur ki, məqsəd işçini səssiz, qanunun əksinə “xəbərdar etmədən”, oyanmasına imkan vermədən anidən işdən uzaqlaşdırmaqdır. Bir sözlə hesab edir ki, onsuz da qanuna və hüquqa zidd olaraq bağlanmış əmək müqavilələrinə belə hiyləgər və gizli, tamqanunsuz yolla, işçiyə xəbərdarlıq edilmədən xitam edilməsi Fond PHŞ-nin hərəkətlərinə hüququ qiymət verməyə kafidir. Yuxarıda qeyd etdiyi, iddiasını əsaslandıran üç başlıca məqamdan əlavə, bir neçə nüansı da məhkəmənin diqqətinə çatdırmaq istəyir. Qeyd etdiyi kimi, o, həmin orqana X5 təşkil etdiyi imtahanlarda yüksək nəticə göstərərək daxil olmuşdur. Fəaliyyəti ərəfəsində, istər baş mütəxəssis, istərsə də rəhbər olduğu vaxtlarda işini həm peşəkarlıqla, həm də vicdanla yerinə yetirmişdir. Filial direktorunun əmri ilə işçilərin peşə, bilik və bacarıqlarının qiymətləndirilməsi ilə bağlı Komissiyanın üzvü təyin olunmuşdur. 2021-ci ilin aprel ayında bütün Filial əməkdaşlarının cəlb olunduğu və hər bir şöbə üçün ayrıca mözvular üzrə hazırlanmış 100 ədəd test tapşırığı olmaqla (əsas qanunvericilik) imtahanı təkbaşıma, müasir standartlara uyğun şəkildə təşkil etmişdir. Daxili nəzarət şöbəsinin rəhbəri olduğu dövrdə Filialda ilk dəfə Filial tərəfindən ödənişə göndərilən 5 növ sosial sığorta ödəməsi üzrə müavinət sənədlərinin auditinin aparılmasını təşkil etmişdir. Aparılan yoxlamalar nəticəsində Filial tərəfindən müavinət sənədlərinin emalı zamanı yol verilən xətalar aradan qaldırılmış, xeyli artıq ödəmə riskinin qarşısı alınmışdır. Yoxlamalar mütəmadi olaraq tərəfindən davam etdirilmişdir. Eyni zamanda Filial tərəfindən icra olunan ən əhəmiyyətli və ağır sənədlərin icrasında, qanunvericilik layihələrinin hazırlanmasında birbaşa işitirak etmişdir. Əmək və əhalinin sosial müdafiəsi nazirinin müvafiq Əmri ilə işçilərin peşəkarlıq səviyyəsinin yoxlanılması ilə bağlı Nazirliyinin tabeliyində Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya X13 tərəfindən 2023-cü ildən etibarən hər il imtahan təşkil olunur. 2023-cü ilin noyabr ayında keçirilən ilk imtahanda 50 sualdan 46 suala düzgün cavab verməklə (nəzərə alsaq ki, digər 4 sualdan 3-ü tamamilə səhv tərtib edilmişdi, lakin appelyasiyaya baxılmadı) 92 faiz nəticə göstərmişdir. Göstərdiyi nəticəyə görə 2024 və 2025-ci illərdə keçirilən növbəti imtahanlardan azad edilmişdir. Qlobal iqlim dəyişikliyi ilə mübarizəyə həsr olunan dünyanın ən böyük tədbiri sayılan COP-un ölkəmizdə təşkil edilən 29-cu iclası zamanı şöbədə çalışan 10 əməkdaşdan o və başqa bir əməkdaş işə cəlb edilmişdir. Digər əməkdaş məhkəmələrlə bağlı işlərə cəlb olunmuş, şöbədəki digər bütün iş yükü onun tərəfindən icra edilmişdir. Rəhbərlikdən Biləcəri qəsəbəsindən işə gəlməyinə baxmayaraq, onun bu tədbir ərəfəsində işə çıxmalı əməkdaş olaraq seçilməsinin səbəbini soruşduqda, “sənin şöbənin bütün işini təkbaşına qaldıra bilməyəcəyini və yüksək peşəkarlığını əsas tutaraq bu seçimi etdik” cavabını aldı. Bundan əlavə şöbə tərəfindən Filialın ödədiyi sosial sığorta ödəmələri ilə bağlı müavinət sənədlərinin yoxlaması həyata keçirildi. Hansıki, vaxtilə Filialın Daxili nəzarət şöbəsinin müdiri olarkən həmin yoxlamanın da təməlini o qoymuşdu. Daha sonra Daxili nəzarət şöbəsi ləğv olunduqdan sonra həmin işi baş mütəxəssis olaraq çalışdığı Hüquq və Kadrlarla iş şöbəsi davam etdirirdi. Hər zaman ən çox, digər əməkdaşlara münasibətdə 3 və 4 qat, hətta 10 qat daha çox sayda yoxlama sənədi bölünən iki əməkdaşdan biri olmuşdur (digəri Araz Məmmədov). Həmişə ən ağır vətəndaş şikayətlərinin öhdəsindən lazımınca gəlmiş, vətəndaşların şikayətlərini vicdanla araşdırmış və təmin etməkçün əlindən gələni etmişdir. İş yükünün ədalətli bölüşdürülməməsi ilə bağlı dəfələrlə sual ünvanlıdığı zaman rəhbərlikdən, peşəkarlığının qabardıldığı və gördüyü işin keyfiyyətinə arxayınlığın qeyd edildiyi cavablar almışdır. Filial direktoru tərəfindən də dəfələrlə “sənin peşəkarlığına, əmək və icra intizamına heç kimin şübhəsi və iradı ola bilməz” ifadələri səsləndirilmişdir. Məhkəmənin nəzərinə çatdırır ki, 5 ildən artıq fəaliyyət göstərdiyi dövrdə barəsində hər hansı intizam tənbeh tədbiri görülməmişdir. Qeyd etdiyi nüansların hər birinin sübutlarını (şöbənin fəaliyyətinə dair hesabatları və digər sənədləri) məhkəməyə təqdim etməyə hazırdır. Yuxarıda qeyd etdiyi nüansları nəzərə çatdırmaqda əsas məqsədi ondan ibarətdir ki, Fond PHŞ bu iddiamda əsaslandırdığı kimi hüquqa zidd şəkildə əmək müqavilələri bağlamasa və hüquqa və qanunvericiliyə zidd qaydada xitam verməsə idi belə, onu işdən uzaqlaşdırmaq üçün heç bir səbəbi olmamışdır. Cavabdeh məhkəməyə iddia tələbinə etiraz ərizəsi ünvanlayaraq bildirmişdir ki, Azərbaycan Respublikası Prezidentinin Sosial müdafiə sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında'' 2019-cu il 30 dekabr tarixli 912 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu X13 yaradılmış və Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 iyun tarixli 1077 nömrəli Fərmanı ilə Fondun Nizamnaməsi təsdiq edilmişdir. İstinad olunan Nizamnamənin 1.1-ci bəndində qeyd olunur ki, Dövlət Sosial Müdafiə Fondu məcburi dövlət sosial sığortası və könüllü (əlavə) sosial sığorta, əhalinin əmək pensiyaları, sosial müavinətlər, ünvanlı dövlət sosial yardımı ilə, təqaüd və kompensasiyalarla, habelə Azərbaycan Respublikasının qanunları, Azərbaycan Respublikası Prezidentinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin aktları ilə nəzərdə tutulmuş digər ödənişlərlə təmin edilməsi sahəsində fəaliyyət göstərən publik hüquqi şəxsdir. Yuxarıda qeyd olunan Nizamnamənin 4.11.11-ci bəndinə əsasən, X9 sədri bu Nizamnamə ilə müəyyən edilmiş hallar istisna olmaqla, Fondun, o cümlədən onun idarə, filial və nümayəndəliklərinin, habelə tabeliyindəki digər qurumların işçilərinin (təsərrüfat cəmiyyətlərində isə yalnız rəhbərlərin) vəzifəyə təyin və vəzifədən azad edilməsi, onlar barəsində həvəsləndirmə və intizam tənbehi tədbirləri görülməsi barədə Nazirliklə razılaşdırmaqla qərarlar qəbul edir. Qeyd edilir ki, Nazirliyin xx.xx.2020-ci il tarixli **********5 nömrəli əmrilə İddiaçı “Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun 28.7-ci maddəsinə əsasən xx.xx.2020-ci il tarixindən 6 (altı) ay staj müddəti ilə qulluğa qəbul edilmiş və öz razılığı ilə Fondun Mərkəzi İdarəsinin Hüquq və kadr sektorunda baş məsləhətçi vəzifəsinə təyin edilmişdir. Nazirliyin xx.xx.2020-ci il tarixli **********1 nömrəli əmrilə “Dövlət qulluğu haqqında" Qanunun 33.1.1-ci maddəsinə əsasən İddiaçı xx.xx.2020-ci il tarixindən tutduğu vəzifədən azad edilmiş və əmək müqaviləsinə xitam verilmişdir. Fondun təşkilati-hüquqi forması publik hüquqi şəxs olduqdan sonra xx.xx.2020-ci il tarixdə işəgötürən Fond ilə işçi İddiaçı arasında əmək müqaviləsi bağlanaraq xx.xx.2020-ci il tarixindən 3 (üç) ay müddətinə Fondun Sosial Sığorta və Fərdi Uçot üzrə X6, kadr və daxili nəzarət departamentinin Daxili nəzarət şöbəsinə şöbə müdiri vəzifəsinə təyin edilmişdir. Əmək müqaviləsinə edilmiş xx.xx.2023cü il tarixli 608/02 nömrəli dəyişikliyə əsasən İddiaçı xx.xx.2023-cü i tarixindən etibarən Hüquq və kadrlarla iş və təhlil departamentinin Hüquq və kadrlarla iş şöbəsinin baş mütəxəssisi vəzifəsinə keçirilmişdir. Fondun xx.xx.2025-ci il tarixli 3-17-1/3-4-1428/2025 nömrəli əmrilə iddiaçı xx.xx.2025-ci il tarixindən müddətli əmək müqaviləsində göstərilən müddətin bitməsinə görə tutduğu vəzifədən azad edilmiş və onunla bağlanmış xx.xx.2020-ci il tarixli əmək müqaviləsinə xitam verilmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 7-ci maddəsinə əsasən, əmək münasibətləri yazılı formada əmək müqaviləsi bağlandıqda yaranır. Həmin Məcəllənin 11-ci maddəsincə işəgötürənin əsas hüquqlarının sırasında əmək Məcəlləsi ilə müəyyən edilmiş qaydada işçilərlə əmək müqavilələri bağlamaq, onların şərtlərini dəyişdirmək və Əmək Məcəlləsi ilə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək hüququ təsbit olunmuşdur. Əmək Məcəlləsinin 45-ci maddəsinə əsasən, əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır. Məcəllənin 45.4-cü maddəsinə əsasən əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır. Göründüyü kimi qanunvericilik tərəfindən birbaşa olaraq işin daimi xarakterə malik olduğu hallarda belə əmək müqaviləsinin müddətli bağlanılmasının mümkünlüyü təsbit olunmuşdur. İddia ərizəsinin 1-ci hissəsində qeyd olunanlara münasibətdə bildiririk ki. Əmək Məcəlləsinin 47-ci maddəsinin T bəndinə əsasən, tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə əmək müqaviləsi müəyyən müddətə bağlanıla bilər. Normanın məzmunundan da aydın olduğu kimi, digər hallarla yanası tərəflərin qarşılıqlı razılığı ilə də əmək müqaviləsi müddətli olaraq bağlanıla bilər. Odur ki, işəgötürən Fond ilə işçi İddiaçı arasında hüquq bərabərliyi prinsipinə əmək edilməklə qarşılıqlı razılıq əsasında müddətli əmək müqaviləsi bağlanmışdır. Sözügedən müqavilənin bağlanmasını istisna edən hər hansı hal mövcud olmamışdır. İddiaçı əmək müqaviləsinin müddətli olması barədə məlumatlı olmuş, müqaviləni imzalamaqla müqavilədə qeyd olunmuş əmək münasibətlərinin əsas şərtlərini qəbul etmişdir. Digər tərəfdən İddiaçı işə qəbul edildiyi tarixdən etibarən onunla bağlanan əmək müqaviləsi müddətli əmək müqaviləsi olmaqla, dəfələrlə qarşılıqlı razılıq əsasında 3-6 ay müddətinə uzadılmışdır. Qeyd olunan müddət ərzində iddiaçı əmək müqaviləsinə xitam verilməsi imkanına malik olsa da, bununla bağlı hər hansı təşəbbüs göstərməməsi əmək müqaviləsinin şərtlərinin iradəsinə uyğun olduğunu və tərəflər arasında qanunvericiliyin tələblərinə uyğun olaraq qarşılıqlı razılığın təmin edilməsini təsdiqləyir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının xx.xx.2022-ci il tarixli 2(102)-4438/2022 nömrəli qərarında ifadə edilmiş mövqeyə əsasən tərəflərin qarşılıqlı razılığına əsasən iddiaçının əvvəlki hüquqi vəziyyətindən fərqlənməyən formada müddətli əmək müqaviləsinin bağlanmasında qanunvericiliyin hər hansı pozuntusuna yol verməsi halı mövcud olmadığından, bu əmək müqaviləsinə Əmək Məcəlləsinin 73-cü maddəsinin tələblərinə uyğun olaraq xitamın verilməsi də qanuni hesab edilməlidir. İddia ərizəsinin 2.1-ci hissəsi ilə bağlı bildirirlər ki, iddiaçının işəgötürən Fond ilə əmək müqaviləsi ilk dəfə xx.xx.2020-ci il tarixində bağlanmış, xx.xx.2025-ci il tarixində əmək müqaviləsinin müddətinin bitməsi ilə əlaqədar əmək müqaviləsinə xitam verilmişdir. “Dövlət qulluğu haqqında" Qanunun 28.7-ci maddəsinə əsasən Dövlət orqanının rəhbəri təqdim olunmuş namizədlərdən birini seçərək, altı ay müddətinə stajçı kimi qulluğa qəbul etməli və vakant dövlət qulluğu vəzifəsinə təyin etməlidir. Staj dövründə dövlət orqanı rəhbərinin təyin etdiyi kurator stajçının işini istiqamətləndirir, fəaliyyətinə nəzarət edir və staj müddəti qurtardıqdan sonra stajçının sınaq müddəti ilə dövlət qulluğuna qəbul edilməsinin məqsədəuyğun olub-olmadığı barədə tövsiyə təqdim edir. Tövsiyə müsbət olarsa, stajçı əmək müqaviləsi bağlamaq yolu ilə üç ay sınaq müddəti ilə dövlət qulluğuna qəbul edilir. Əmək müqaviləsində sınaq müddəti ərzində qulluq keçmənin şərtləri müəyyənləşdirilir. Sınaq müddəti ilə dövlət qulluğuna qəbul edilən şəxslə bağlanan əmək müqaviləsinin nümunəsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Sınaq müddəti ərzində əmək müqaviləsi pozulmayıbsa, həmin müddət qurtardıqdan sonra dövlət orqanının rəhbəri müqavilənin şərtlərinə uyğun olaraq, həmin şəxsin daimi dövlət qulluğuna qəbul edilməsi haqqında əmr verir və onunla müvafiq əmək müqaviləsi bağlayır. Daimi dövlət qulluğuna qəbul edilən şəxslə bağlanan əmək müqaviləsinin nümunəsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Normanın məzmunundan göründüyü kimi Qanunda dövlət qulluğu vəzifəsinə qəbulun xüsusi qaydası müəyyən olunmuşdur. Belə ki, işəgötürən yalnız Qanunda əks olunan mərhələləri müvəffəqiyyətlə tamamlamış şəxslərə münasibətdə daimi dövlət qulluğuna qəbul edilməsi haqqında əmr verir və onlarla əmək müqaviləsi bağlayır. Bununla belə, İddiaçı xx.xx.2020-ci il tarixindən 6 ay staj müddəti ilə qulluğa qəbul edilmiş, onun sınaq müddəti ilə qulluğa qəbul edilməsi üçün tövsiyə təqdim edilməmiş, sınaq müddəti keçməmiş, daimi dövlət qulluğuna qəbul edilməsi barədə əmr verilməmişdir. Göründüyü kimi iddiaçının əmək fəaliyyətinin qanunla müəyyən olunmuş qaydada daimi dövlət qulluğuna qəbul edilməsinə imkan verib-verməməsi qiymətləndirilməmişdir. Əlavə olaraq bildirir ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2020-ci il tarixli əmrlə xitam verilməsinə baxmayaraq bu hal iddiaçı tərəfindən mübahisələndirilməmiş və hazırda qüvvədədir. Əmək Məcəlləsinin 5.2-ci maddəsinə əsasən bu Məcəllə dövlət qulluqçularına, habelə prokurorluq, polis və digər hüquq-mühafizə orqanlarının qulluqçularına onların hüquqi statusunu tənzimləyən normativ hüquqi aktlarla müəyyən olunmuş xüsusiyyətlər nəzərə alınmaqla şamil edilir. Bu normativ hüquqi aktlarda həmin qulluqçuların əmək, sosial və iqtisadi hüquqları bütünlüklə əhatə olunmayıbsa. bu Məcəllədə nəzərdə tutulmuş müvafiq normalar onlara tətbiq edilir. Nəzərə çatdırlar ki, dövlət qulluğunda qulluq keçmə ilə əmək müqaviləsi əsasında əmək fəaliyyətinin xüsusiyyətləri bir-birindən tamamilə fərqlənir. Belə ki, dövlət qulluğunda əmək münasibətlərinin yaranması, dövlət qulluğuna qəbul, dövlət qulluğuna xitam verilməsi, dövlət qulluqçusunun hüquqi statusu və s. spesifik olaraq “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənmişdir. Eyni zamanda bildiririk ki, iddiaçının dövlət qulluqçusu kimi işəgötürəni xx.xx.2020-ci il tarixli əmək müqaviləsindən fərqli olaraq Dövlət Sosial Müdafiə Fondu X13 olmamış, Nazirlik tərəfindən 6 aylıq staj müddəti ilə dövlət qulluğuna qəbul edilmişdir. Beləliklə, iddiaçının xx.xx.2020-ci il tarixindən dövlət qulluğuna qəbul edilməsi ilə xx.xx.2020-ci il tarixindən publik hüquqi şəxslə əmək münasibətlərində olmasının xüsusiyyətləri bir-birindən əsaslı şəkildə ayrıdır. Yuxarıda qeyd olunanlara əsasən İddiaçı əmək fəaliyyətinin daimi dövlət qulluğuna qəbul edilmədən, sınaq müddətinə qəbul edildiyi xx.xx.2020-ci il tarixindən hesablanmasının heç bir hüquqi əsası yoxdur. İddia ərizəsinin 2.2-ci hissəsinə münasibətdə qeyd edirlər ki, Məcəllənin 8.3-cü maddəsinə əsasən illərlə, aylarla, həftələrlə hesablanan müddətlər müvafiq olaraq ilin, ayın, həftənin sonuncu günündə başa çatır. Təqvim həftələri və günləri ilə hesablanan müddətə qeyri-iş günləri də daxildir. Belə ki, qanunun tələbinə görə iddiaçının ərizədə qeyd etdiyi kimi xx.xx.2020-ci il tarixindən xx.xx.2025-ci il tarixinədək 5 il 1 gün deyil, tam 5 il hesablanır. İddiaçı ilə Fond arasında bağlanmış xx.xx.2020-ci il tarixli müqavilə 5 ildən artıq davam etməmiş, əmək müqaviləsinin müddətinin bitməsinə bir həftə qalmış xx.xx.2025-ci il tarixində xəbərdar edilməklə əmək müqaviləsinə xitam verilmişdir. İddiaçı ərizəsinin 3-cü hissəsi ilə bağlı bildirirlər ki, onunla bağlanmış müddətli əmək müqaviləsinə xitam verilməsi zamanı əmək qanunvericiliyinin müvafiq tələbləri gözlənilərək bu barədə işəgötürən tərəfindən Əmək və X12 (ƏMAS) “işəgötürən və işçilər arasında rəsmi yazışmalar" bölməsi vasitəsilə xx.xx.2025-ci il tarixində rəsmi şəkildə məlumat verilmişdir (çıxarış əlavə edilir). Məlumdur ki, müddət bitdikdə işəgötürən tərəfindən əmək münasibətlərinin davam etdirilməsi və ya əmək müqaviləsinə xitam verilməsi işəgötürənin hüququdur. İşəgötürən isə öz hüququndan istifadə edərək əmək münasibətlərini davam etdirməmiş və əmək müqaviləsinə xitam verilməsi barədə əmr imzalamışdır. Bundan sonra Fondun 6 avqust 2025-ci il tarixli 3-17- 1/3-4-1428/2025 nömrəli əmri ilə İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının xx.xx.2023-cü il tarixli 2(102)-4397/2023 nömrəli qərarında ceyd edilmişdir ki, əmək müqaviləsinin iddiaçı tərəfindən imzalanması onun həmin müqavilənin məzmunu ilə tanış olması, müqavilədə göstərilən şərtlərlə razılığını təsdiq etməsi və müqavilədə göstərilən halların onun iradəsinə uyğun olması anlamına gəlir. Qanunvercilikdə əmək müqaviləsinin başqa formada tərtib edilməsi, təsdiqlənməsi nəzərdə tutulmamışdır. Tərəflər arasında əmək müqaviləsi bağlandığı 06 mart 2020-cı il tarixdə Elektron informasiya sisteminə eyni məzmunlu əmək müqaviləsi bildirişinin yerləşdirilməsi, uzun müddət keçməsinə baxmayaraq iddiaçının həmin bildirişə etirazının olmaması onun əmək müqaviləsinin şərtlərindən əvvəlcədən məlumatlı olmasını göstərən haldır ki, apellyasiya məhkəməsi bu halı da diqqətdən qaçırmışdır. Hazırki mübahisə üzrə cavabdeh-işəgötürən Fond tərəfindən iddiaçı ilə bağlanmış müddətli əmək müqaviləsinə xitam verilməsi zamanı əmək qanunvericiliyinin tələblərinə riayət edildiyindən iddia tələbi əmək haqqının azı bir faizi məbləğində ödəncin verilməsi, dəymiş zəzərin ödənilməsi hissəsində də əsassızdır və təmin edilməməlidir. Göstərilənləri nəzərə alaraq e-2(004)-5215/2025 nömrəli iş üzrə İddiaçı “əmrin ləğvi, işə bərpa və əmək haqqı” tələbinə dair iddiasının təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, ƏMAS-da alt sistemdə işəgötürənlə yazışmalar hissəsində işdən çıxarılma barədə məlumat qeyd edilib, lakin bildiriş bölməsində qeyd edilməyib. İşdən çıxarıldığını iş gününün sonuna 10 dəqiqə qalmış bilmişdir. Qeyd etmişdir ki, imtahandan keçmiş, 1 il ehtiyat kadrlarda saxlanıldıqdan sonra işə təyin olunmuşdur. Ona vəzifə maaşı ilə birlikdə mükafatlar və kompensasiyalar da verilməlidir. Krediti də ödəyə bilmir. Məbləğini dəqiq deyə bilmir. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi Nümayəndə etirazın məzmununa uyğun izahat verərək, iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmiş, izahatında əlavə olaraq bildirmişdir ki, iddiaçı ilə müddətli müqavilə bağlanması və müddət başa çatdıqdan sonra əmək müqaviləsinə xitam verilməsi qanunsuz hesab oluna bilməz. Əmək müqaviləsinin müddətinin bitməsinə 1 həftə qalmış iddiaçı ƏMAS-ın alt sistemini yoxlamalı idi. Qanunvericiliyə uyğun olaraq məlumat ya kağız daşıyıcıda, ya da elektron formada bildirilir. Məhkəmə işin faktiki hallarını araşdıraraq, işdə iştirak edən şəxslərin izahatını dinləyərək, eləcə də işdə olan sənədləri tədqiq etməklə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 01 may 2020-ci il tarixli **********5 nömrəli əmrindən Çıxarışdan görünür ki, “Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun 28.7-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin vakant inzibati vəzifələri üzrə dövlət qulluğuna qəbul üçün Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi tərəfindən 01 aprel 2019-cu tarixdə elan edilmiş müsabiqə üzrə müsahibədən müvəffəqiyyətlə keçmiş, ehtiyat kadrlar siyahısına daxil edilmiş İddiaçı 2020-ci il 01 may tarixdən 6 (altı) ay staj müddəti ilə qulluğa qəbul edilməsi və öz razılığı ilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Mərkəzi Sosial Sığorta və Fərdi Uçot İdarəsinin Hüquq və kadr sektorunda baş məsləhətçi vəzifəsinə təyin edilməsi əmr edilmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 24 iyul 2020-ci il tarixli **********1 nömrəli əmrindən Çıxarışdan görünür ki, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 33.1.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun İdarələrinin və yerli bölmələrinin işçiləri 2020-ci il 28 iyul tarixdən öz arzuları ilə tutduqları vəzifələrdən azad edilməsi və müvafiq olaraq onlarla bağlanmış əmək müqavilələrinə xitam verilməsi, əmək müqaviləsinə xitam verilmiş dövlət qulluqçuları ilə təhvil-təslim işlərinin və son haqq-hesabın aparılmasının təmin edilməsi əmr edilmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun X13 (işəgötürən) ilə İddiaçı (işçi) arasında bağlanmış xxxxxxx000200 nömrəli, xx.xx.2020-ci il tarixli əmək müqaviləsinə əsasən, işçi Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialının, Hüquq, kadr və daxili nəzarət departamentinin Daxili nəzarət şöbəsinə Şöbə müdiri vəzifəsinə təyin edilmişdir. Müqavilənin 2.1-ci bəndinə əsasən, Bu Əmək müqaviləsi Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 47 Maddəsinin f) bəndinə əsasən (tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə) xx.xx.2020-ci il tarixindən 3 (üç) ay müddətinə bağlanmışdır. Müqavilənin 4.1-ci bəndinə əsasən, işçiyə aylıq tarif (vəzifə) maaşı 1800 (min səkkiz yüz) manat məbləğində təyin edilmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun X13 (işəgötürən) ilə İddiaçı (işçi) arasında bağlanmış xxxxxxx000200 nömrəli, xx.xx.2020-ci il tarixli əmək müqaviləsinə əlavə və dəyişikliklərin edilməsinə dair 608/02 nömrəli, xx.xx.2023-cü il tarixli müqavilənin 1-ci bəndinə əsasən, İşçi Sosial Sığorta və Fərdi Uçot üzrə X10, kadr və daxili nəzarət departamentinin Daxili nəzarət şöbəsinin müdiri vəzifəsindən Hüquq, kadrlarla iş və təhlil departamentinin Hüquq və kadrlarla iş şöbəsinin baş mütəxəssisi vəzifəsinə keçirilir. Müqavilənin 2-ci bəndinə əsasən, işçinin əməkhaqqısı ştata uyğun olaraq 2300.00 azn təyin edilir. Müqavilənin 3-cü bəndinə əsasən işçinin vəzifə təlimatları dəyişdirilmiş və 4cü bəndinə əsasən əsas məzuniyyət günü 30 gün olaraq müəyyən edilmişdir. Cavabdeh (işəgötürən) ilə İddiaçı (işçi) arasında bağlanmış əmək müqaviləsinə əlavə və dəyişikliklər edilməsi barədə xxxxxxx000215 nömrəli, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, işçi Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialı/Hüquq departamenti/Hüquq və kadrlarla iş şöbəsinə baş mütəxəssis vəzifəsinə təyin edilmişdir. Müqavilənin 2.3-cü bəndinə əsasən, Bu Əmək müqaviləsi "47.f tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə (Az. Res. Əmək Məcəlləsi)" bəndində qeyd olunan səbəbə görə xx.xx.2020-ci il tarixindən xx.xx.2023-cü tarixinədək 2 il 9 ay 1 gün müddətinə bağlanmışdır. Müqavilənin 4.1-ci bəndinə əsasən, işçiyə hər ay 2300 manat əmək haqqı ödənilir. Cavabdeh (işəgötürən) ilə İddiaçı (işçi) arasında bağlanmış əmək müqaviləsinə əlavə və dəyişikliklər edilməsi barədə xxxxxxx000216 nömrəli, xx.xx.2023-cü il tarixli müqavilənin 2.3-cü bəndinə əsasən, Bu Əmək müqaviləsi "47.f tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə (Az. Res. Əmək Məcəlləsi)" bəndində qeyd olunan səbəbə görə xx.xx.2020-ci il tarixindən xx.xx.2023-cü tarixinədək 3 il 3 ay 1 gün müddətinə bağlanmışdır. Cavabdeh (işəgötürən) ilə İddiaçı (işçi) arasında bağlanmış əmək müqaviləsinə əlavə və dəyişikliklər edilməsi barədə xxxxxxx000217 nömrəli, xx.xx.2024-cü il tarixli müqavilənin 2.3-cü bəndinə əsasən, Bu Əmək müqaviləsi "47.f tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə (Az. Res. Əmək Məcəlləsi)" bəndində qeyd olunan səbəbə görə xx.xx.2020-ci il tarixindən xx.xx.2024-cü tarixinədək 4 il 1 gün müddətinə bağlanmışdır. Müqavilənin 4.1-ci bəndinə əsasən, işçiyə hər ay 2600 manat məbləğində əmək haqqı ödənilir. ƏMAS-ın alt sistemindən İşəgötürən və işçilərlə rəsmi yazışmalar bölməsindən əldə edilmiş xx.xx.2025-ci il tarixli məlumatdan görünür ki, Cavabdeh tərəfindən İddiaçı xx.xx.2025-ci il tarixdə bildiriş göndərilərək bildirilmişdir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 73-cü maddəsinin 1-ci hissəsinə əsasən müddətli əmək müqaviləsinə müddəti bitdikdə xitam verilir. Müddətli əmək müqaviləsinin müddətinin bitməsinə azı bir həftə qalmış tərəflərdən heç biri digər tərəfi müddətin bitməsinə görə müqaviləyə xitam verilməsi barədə yazılı formada (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) xəbərdar etməzsə, həmin əmək müqaviləsi əmək müqaviləsində göstərilən müddətə uzadılır. Bununla əlaqədar bildirilir ki, onunla Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu arasında bağlanmış 2020-ci il 6 avqust tarixli müddətli əmək müqaviləsinin müddətinin 2025-ci il 6 avqust tarixində bitdiyini nəzərə alaraq, onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin "b" bəndinə (əmək müqaviləsinin müddətinin qurtarması) əsasən 2025-ci il 6 avqust tarixində xitam veriləcəkdir. Nəzərə alınması xahiş olunur. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun xx.xx.2025-ci il tarixli 3-17-1/3-4-1428/2025 nömrəli əmrinə əsasən, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun (bundan sonra - Fond) Sosial Sığorta və Fərdi Uçot üzrə X6, kadrlarla iş və təhlil departamentinin Hüquq və kadrlarla iş şöbəsinin baş mütəxəssisi İddiaçı 2025-ci il 6 avqust tarixindən müddətli əmək müqaviləsində göstərilən müddətin bitməsinə görə tutduğu vəzifədən azad edilməsi və onunla bağlanmış 2020-ci il 06 avqust tarixli Əmək müqaviləsinə xitam verilməsi, İddiaçı ilə son haqq-hesabın aparılmasının təmin edilməsi, Fondun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialı İddiaçı icraatında olan işlərin, istifadəsində olan inventarların, digər sənəd və əşyaların son iş günündən gec olmayaraq Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafipsi Nazirliyinin 2021-ci il 1 aprel tarixli **********7 nömrəli əmrinə uyğun olaraq təhvil alınmasının təmin edilməsi əmr edilmişdir. Dövlət Sosial Müdafiə Fondu PHŞ tərəfindən verilmiş 729 nömrəli, xx.xx.2025-ci il tarixli ödəniş tapşırığına əsasən, İddiaçı son haqq-hesab olaraq 2573,77 manat məbləğində əmək haqqı ödənilmişdir. Bakı 2 saylı Mediasiya Təşkilatının xx.xx.2025-ci il tarixli, MŞB\2-0773 nömrəli “İlkin mediasiya sessiyasında iştirak edilməməsi” barədə arayışına əsasən müəyyən edilir ki, İMS üçün ərizə xx.xx.2025-ci il tarixdə verilmişdir, iddiaçı ilkin mediasiya sessiyasında iştirak etmiş, lakin cavabdeh iştirak etməmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X2 Bakı Regional Məşğulluq Filialı tərəfindən İddiaçı ünvanlanmış 3-17-2/2- M-39872/2025 nömrəli, xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, İşsizlikdən sığorta ödənişinin təyin edilməsinə köməklik göstərilməsi ilə bağlı daxil olmuş müraciətinə (daxilolma qeydiyyatı: 3-17-2/1-M-29452/2025, xx.xx.2025-ci il) Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra Nazirliyin tabeliyində X2 Bakı Regional Məşğulluq filialında baxılmışdır. Müraciətin araşdırılması və dəqiqləşdirilməsi məqsədilə Filialın əməkdaşı tərəfindən onunla əlaqə (***-***-**-**) saxlanılmışdır. "İşsizlikdən sığorta haqqında" Azərbaycan Respublikasının Qanununun (bundan sonra -Qanun) 13.2.3-cü maddəsinə əsasən həmin Qanunun 13.1.3-cü maddəsində nəzərdə tutulan halda sığorta hadisəsinin baş verdiyi tarixdən əvvəlki ardıcıl gələn 36 təqvim ayı ərzində müddətli əmək müqaviləsi ("Məşğulluq haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən haqqı ödənilən ictimai işlərin təşkili istisna olmaqla) üzrə ən azı 24 ay sığorta stajına malik olan əmək qabiliyyətli şəxslərə Qanunun 16-cı maddəsində nəzərdə tutulan minimum sığorta ödənişi məbləğində 3 ay müddətinə işsizlikdən sığorta ödənişi təyin edilir. Belə ki, onun işsizlikdən sığorta ödənişi almaq hüququ araşdırılan zaman Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin "Əmək və Məşğulluq" altsistemində olan məlumatlarınıza əsasən xx.xx.2020-ci il tarixdən xx.xx.2025-ci il tarixədək "Dövlət Sosial Müdafiə Fondu X13ndə müddətli əmək müqaviləsi üzrə 5 ildən (5 il 1 gün) artıq fasiləsiz çalışdığı məlum olduğu üçün ona işsizlikdən sığorta ödənişinin təyin olunması qanunamüvafiq hesab olunmamışdır. Əlavə olaraq bildirilmişdir ki, Əmək Məcəlləsinin 45.5-ci maddəsinə əsasən müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab olunur. Məlumat üçün qeyd edilmişdir ki, "Vətəndaşların müraciətləri haqqında" Azərbaycan Respublikası Qanununun 14.0.8-ci maddəsinə əsasən müraciəti barəsində qəbul edilmiş qərarla razılaşmadıqda vətəndaşın həmin qərardan inzibati və (və ya) məhkəmə qaydasında şikayət vermək hüququ vardır. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X2 Bakı Regional Məşğulluq Filialı tərəfindən İddiaçı ünvanlanmış 3-17-2/2- M-41220/2025 nömrəli, xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, İşsizlikdən sığorta ödənişinin təyin edilməsinə köməklik göstərilməsi ilə bağlı daxil olmuş müraciətinə (daxilolma qeydiyyatı: 3-17-2/1-M-29452/2025, xx.xx.2025-ci il) Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X2 Bakı Regional Məşğulluq filialında təkrar baxılmışdır. Müraciətinin araşdırılması və dəqiqləşdirilməsi məqsədilə Filialın əməkdaşı tərəfindən onunla əlaqə (***-***-**-**) saxlanılmışdır. Onun ilkin müraciəti araşdırılan zaman yaranmış texniki nöqsanlara görə işsizlikdən sığorta ödənişi almaq hüququnun olmadığı müəyyən olunmuş və bununla bağlı rəsmi məlumat verilmişdir. Bildirilmişdir ki, müraciətinin təkrar araşdırılması zamanı işsizlikdən sığorta ödənişi almaq hüququnun olduğu aşkarlanmış və ona "İşsizlikdən sığorta haqqında" Azərbaycan Respublikasının Qanununun (bundan sonra - Qanun) 13.2.3-cü maddəsinə əsasən 1 sentyabr 2025-ci il tarixdən 3 (üç) ay müddətinə işsizlikdən sığorta ödənişi təyin edilmişdir. Nəzərinə çatdırılmışdır ki, Qanunun 17.7-ci maddəsinə əsasən sığorta ödənişi alan şəxs, habelə bu Qanunun 13.2.3-cü maddəsində nəzərdə tutulan şəxs ayda bir dəfə fərdi məşğulluq proqramının icrası barədə hesabatı elektron formada təqdim etməlidir. Qanunun 18.0.4-cü maddəsinə görə sığorta ödənişini alan şəxsin üzrlü səbəblər (hərbi və ya fövqəladə vəziyyət rejiminin, sosial xarakterli fövqəladə mühit rejiminin, o cümlədən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin tətbiqi, habelə özünün xəstəliyi, yaxın qohumunun (babalar, nənələr, valideynlər, övladlığa götürənlər, doğma və ögey qardaşlar və bacılar, ər-arvad, uşaqlar, övladlığa götürülənlər, nəvələr) xəstəliyi və ya vəfat etmesi ve s.) olmadan bu Qanunun 17.7-ci maddəsində müəyyən olunmuş qaydada və müddətdə fərdi məşğulluq proqramının icrası barədə hesabatı təqdim etməməsi işsizlikdən sığorta ödənişinin verilməsinin dayandırılması üçün əsasdır. Məlumat üçün qeyd edilmişdir ki, fərdi məşğulluq proqramının icrası barədə hesabatı təqdim etmədiyi təqdirdə Qanunun 18.0.4cü maddəsinə əsasən ona işsizlikdən sığorta ödənişinin verilməsi dayandırılacaqdır. Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinə əsasən əmək fərdi və ictimai rifahın əsasıdır. Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 2.3-cü maddəsinə əsasən Əmək Məcəlləsi əmək münasibətlərində tərəflərin mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması, əsasən əmək müqaviləsi üzrə öhdəliklərin icrasına hüquqi təminat yaradılması prinsiplərinə əsaslanır. 12.1-ci maddəsinə əsasən, əmək müqaviləsinin şərtlərinə və onlarda nəzərdə tutulan öhdəliklərə əməl etmək, Əmək Məcəlləsinin və əmək qanunvericiliyinə dair digər normativ hüquqi aktların tələblərini yerinə yetirmək əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifələrinə daxildir. 45.1-ci maddəsinə əsasən əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır. 45.2-ci maddəsinə əsasən, Əmək müqaviləsində onun hansı müddətə bağlanması göstərilməmişdirsə, həmin müqavilə müddətsiz bağlanmış hesab edilir. 45.3-cü maddəsinə əsasən, Müddəti müəyyən edilmədən bağlanmış əmək müqaviləsi hər iki tərəfin razılığı olmadan birtərəfli qaydada müddətli əmək müqaviləsi ilə əvəz edilə bilməz 45.4-cü maddəsinə əsasən əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır. 45.5-ci maddəsinə əsasən müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir. 47-ci maddəsinin f) bəndinə görə tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə əmək müqaviləsi müəyyən müddətə bağlanıla bilər. 11-ci maddəsinin “b” bəndi ilə bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək işəgötürənin əsas hüquqlarından biri kimi təsbit edilmişdir. 68-ci maddəsinin 2-ci hissəsinin b) bəndi ilə əmək müqaviləsinin müddətinin qurtarması əmək müqaviləsinə xitam verilməsinin əsaslarından biri kimi təsbit edilmişdir. 73.1-ci maddəsinə əsasən, Müddətli əmək müqaviləsinə müddəti bitdikdə xitam verilir. Müddətli əmək müqaviləsinin müddətinin bitməsinə azı bir həftə qalmış tərəflərdən heç biri digər tərəfi müddətin bitməsinə görə müqaviləyə xitam verilməsi barədə yazılı formada (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) xəbərdar etməzsə, həmin əmək müqaviləsi əmək müqaviləsində göstərilən müddətə uzadılır və ya bu Məcəllənin 45-ci maddəsinin 5-ci hissəsi ilə müəyyən edilmiş hallarda müddətsiz hesab olunur. 83-cü maddəsinin 1-ci maddəsinə əsasən əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. 2-ci hissəsinə görə isə, əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. 172.4-cü maddəsinə əsasən, İşçi işdən çıxarkən ona düşən bütün ödənclər tam məbləğdə işdən çıxdığı gün verilir. 178-ci maddəsinin 1-ci hissəsinə müvafiq olaraq, işəgötürən maliyyə vəziyyətindən asılı olmayaraq işçiyə onun gördüyü işin müqabilində müəyyən edilmiş əmək haqqını bu Məcəllənin 172-ci maddəsi ilə müəyyən edilmiş müddətlərdə ödəməyə borcludur. İşçiyə aylıq əmək haqqının ödənilməməsində təqsirkar olan işəgötürən qanunvericilikdə nəzərdə tutulan qaydada müvafiq məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinin tələbinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin İ hissəsinə və 35-ci maddəsinin İ-İV və Vİİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2024-cü il tarixli qərarında qeyd olunur ki: “... əmək münasibətlərinin tənzimlənməsi tərəflərin hüquq bərabərliyinin təmin edilməsi prinsipinə əsaslansa da, işçi işəgötürənin müəyyən etdiyi iş rejimi və təlimatlarına uyğun olaraq sonuncunun rəhbərliyi altında əmək fəaliyyəti ilə məşğul olduğundan, onlar faktiki cəhətdən bərabər vəziyyətdə olmurlar. Yəni işçi və işəgötürən arasında onların münasibətlərinin xarakterindən irəli gələn faktiki bir bərabərsizlik mövcud olur. Odur ki, Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinin əsas şərti tərəflərin hüquq bərabərliyi və sərbəst iradə ifadələri əsasında belə müqavilənin bağlanmasıdır. Burada əmək münasibətlərinin daha güclü tərəfi olaraq işəgötürənin Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndindən sui-istifadə hallarının qarşısının alınmasının, tərəflərin hüquq bərabərliyinin təmin edilməsinin əsas vasitəsi kimi məhkəmə müdafiəsi mexanizmi çıxış edir. Belə ki, Əmək Məcəlləsinin 9-cu maddəsinə əsasən, işçinin əsas hüquqlarından biri əmək hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək və hüquqi müdafiə olunmaqdır. Habelə həmin Məcəllənin 14-cü maddəsinə görə, qanunverici, icra hakimiyyəti orqanları, eləcə də məhkəmələr əmək münasibətləri subyektləri tərəfindən qanunvericiliyin tələblərinə hər yerdə eyni qaydada və dürüst əməl olunmasını, işçilərin və işəgötürənlərin hüquqlarının pozulmasının qarşısının alınmasını, pozulmuş hüquqların bərpasını təmin etməlidirlər.” Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 01 may 2020-ci il tarixli **********5 nömrəli əmrinə əsasən, “Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun 28.7-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin vakant inzibati vəzifələri üzrə dövlət qulluğuna qəbul üçün Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi tərəfindən 01 aprel 2019-cu tarixdə elan edilmiş müsabiqə üzrə müsahibədən müvəffəqiyyətlə keçmiş, ehtiyat kadrlar siyahısına daxil edilmiş İddiaçı 2020-ci il 01 may tarixdən 6 (altı) ay staj müddəti ilə qulluğa qəbul edilməsi və öz razılığı ilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Mərkəzi Sosial Sığorta və Fərdi Uçot İdarəsinin Hüquq və kadr sektorunda baş məsləhətçi vəzifəsinə təyin edilməsi əmr edilmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 24 iyul 2020-ci il tarixli **********1 nömrəli əmrinə əsasən, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 33.1.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun İdarələrinin və yerli bölmələrinin işçiləri 2020-ci il 28 iyul tarixdən öz arzulan ilə tutduqları vəzifələrdən azad edilməsi və müvafiq olaraq onlarla bağlanmış əmək müqavilələrinə xitam verilməsi, əmək müqaviləsinə xitam verilmiş dövlət qulluqçuları ilə təhvil-təslim işlərinin və son haqq-hesabın aparılmasının təmin edilməsi əmr edilmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun X13 (işəgötürən) ilə İddiaçı (işçi) arasında bağlanmış xxxxxxx000200 nömrəli, xx.xx.2020-ci il tarixli əmək müqaviləsinə əsasən, İddiaçı Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialının, Hüquq, kadr və daxili nəzarət departamentinin Daxili nəzarət şöbəsinə Şöbə müdiri vəzifəsinə təyin edilmişdir. Müqavilənin 2.1-ci bəndinə əsasən, Bu Əmək müqaviləsi Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 47 Maddəsinin f) bəndinə əsasən (tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə) xx.xx.2020-ci il tarixindən 3 (üç) ay müddətinə bağlanmışdır. Əmək müqaviləsinə əlavə və dəyişikliklərin edilməsinə dair 608/02 nömrəli, xx.xx.2023-cü il tarixli müqavilənin 1-ci bəndinə əsasən, İşçi Sosial Sığorta və Fərdi Uçot üzrə X10, kadr və daxili nəzarət departamentinin Daxili nəzarət şöbəsinin müdiri vəzifəsindən Hüquq, kadrlarla iş və təhlil departamentinin Hüquq və kadrlarla iş şöbəsinin baş mütəxəssisi vəzifəsinə keçirilmişdir. Əmək müqaviləsinə əlavə və dəyişikliklər edilməsi barədə xxxxxxx000215 nömrəli, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, işçi Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialı/Hüquq departamenti/Hüquq və kadrlarla iş şöbəsinə baş mütəxəssis vəzifəsinə təyin edilmişdir. Müqavilənin 2.3-cü bəndinə əsasən, Bu Əmək müqaviləsi "47.f tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə (Az. Res. Əmək Məcəlləsi)" bəndində qeyd olunan səbəbə görə xx.xx.2020-ci il tarixindən xx.xx.2023-cü tarixinədək 2 il 9 ay 1 gün müddətinə bağlanmışdır. Əmək müqaviləsinə əlavə və dəyişikliklər edilməsi barədə xxxxxxx000216 nömrəli, xx.xx.2023-cü il tarixli müqavilənin 2.3-cü bəndinə əsasən, Bu Əmək müqaviləsi "47.f tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə (Az. Res. Əmək Məcəlləsi)" bəndində qeyd olunan səbəbə görə xx.xx.2020-ci il tarixindən xx.xx.2023-cü tarixinədək 3 il 3 ay 1 gün müddətinə bağlanmışdır. Əmək müqaviləsinə əlavə və dəyişikliklər edilməsi barədə xxxxxxx000217 nömrəli, xx.xx.2024-cü il tarixli müqavilənin 2.3-cü bəndinə əsasən, Bu Əmək müqaviləsi "47.f tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə (Az. Res. Əmək Məcəlləsi)" bəndində qeyd olunan səbəbə görə xx.xx.2020-ci il tarixindən xx.xx.2024-cü tarixinədək 4 il 1 gün müddətinə bağlanmışdır. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun xx.xx.2025-ci il tarixli 3-17-1/3-4-1428/2025 nömrəli əmrinə əsasən, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun (bundan sonra - Fond) Sosial Sığorta və Fərdi Uçot üzrə X6, kadrlarla iş və təhlil departamentinin Hüquq və kadrlarla iş şöbəsinin baş mütəxəssisi İddiaçı 2025-ci il 6 avqust tarixindən müddətli əmək müqaviləsində göstərilən müddətin bitməsinə görə tutduğu vəzifədən azad edilmiş və onunla bağlanmış 2020-ci il 06 avqust tarixli Əmək müqaviləsinə xitam verilmişdir. Məhkəmə hesab edir ki, iddiaçı ilə əmək müqaviləsi müddət müəyyən edilmədən bağlanmalı idi. Belə ki, əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin daimi xarakterə malik olduğu qabaqcadan bəllidir. Əmək Məcəlləsinin 45-ci maddəsinin 4-cü hissəsinə görə belə halda əmək müqaviləsi müddət müəyyən edilmədən bağlanmalıdır. Lakin həmin maddədə qeyd olunub ki, Əmək Məcəlləsinin 47-ci maddəsində müəyyən edilmiş hallar istisnadır. 47-ci maddənin “f” bəndinə görə tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə əmək müqaviləsi müəyyən müddətə bağlana bilər. Yəni hər bir qarşılıqlı razılıq deyil, yalnız tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə əldə olunmuş qarşılıqlı razılıq əmək müqaviləsinin müddətli bağlanmasına əsas verir. Müəyyən olunur ki, qarşılıqlı razılıq əldə edilərkən tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməyib. iddiaçı faktiki olaraq xx.xx.2020-ci il ildən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Müdafiə Fondunda stajçı kimi işə başlamışdır. Lakin Fondun publik hüquqi şəxsə çevrilməsi ilə əlaqədar xx.xx.2020-ci il tarixli əmrlə dövlət qulluğuna xitam verilmiş və bundan qısa müddət sonra, yəni xx.xx.2020-ci il tarixindən etibarən müddətli əmək müqaviləsi ilə işə qəbul edilmişdir. İddiaçı faktiki olaraq daimi dövlət qulluğundan mülki işçi statusuna keçid etmiş və 4 ildən artıq eyni funksiyanı icra etmişdir. Onun faktiki olaraq işləməyə başladığı xx.xx.2020-ci il tarixdən isə 5 ildən çox müddət keçmiş, beləliklə də işçi fasiləsiz olaraq 5 ildən artıq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Müdafiə Fondunda işləmişdir. Məhkəmə qeyd edir ki, həmin müqavilə ilə iddiaçı müddətlə bağlı iradə ifadə etmişdir. Əmək müqaviləsi müddətli bağlanıbsa və bunun əsası kimi tərəflərin qarşılıqlı razılığına istinad olunubsa, mübahisə yarandığı halda mütləq bu razılığın tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə əldə edilib-edilmədiyi araşdırılmalıdır. Uzun müddət Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunda işləyən iddiaçının hansı motivlə əmək müqaviləsinin müddətli bağlanmasına razılıq verməsi sual doğurur və ağlabatan deyildir. Məlumdur ki, iddiaçı işindən məhrum olmamaq üçün məcburiyyət qarşısında qalaraq müddətli əmək müqaviləsi bağlamağa məcbur olub. Ona görə də məhkəmə hesab edir ki, xx.xx.2020-ci il tarixli əmək müqaviləsi müddətsiz bağlanmış hesab edilməlidir. Müqavilə müddətsiz sayıldığına görə işəgötürən tərəfindən işçi ilə əmək müqaviləsinin Əmək Məcəlləsinin 68ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən xitam verilməsi qanuna uyğun deyil. Bundan başqa məhkəmə hesab edir ki, Dövlət Sosial Müdafiə Fondu müddətli əmək müqaviləsinə xitam verərkən AR ƏM-in 73.1-ci maddəsinin tələblərini pozmuşdur. Cavabdeh iddiaçının ƏMAS-ın "işəgötürən və işçilərlə rəsmi yazışmalar" bölməsi vasitəsilə xx.xx.2025-ci il tarixində məlumatlandırıldığını iddia edir. Lakin iddiaçı məhkəməyə verdiyi izahatında xitam barədə yalnız xx.xx.2025-ci il tarixində, yəni son iş gününün bitməsinə 10 dəqiqə qalmış şifahi məlumatlandırıldığını, ƏMAS-dakı rəsmi bildirişlərin yer aldığı "bildiriş bölməsi"ndə belə bir məlumatın yer almadığını, xitam barədə məlumatın yalnız ƏMAS-ın "3-4 alt pəncərə dərinliyindəki bir hissəsində" yerləşdirildiyini bildirmişdir. Qanunverici xəbərdarlığın yazılı formasını (kağız daşıyıcı və ya elektron informasiya sistemi) tələb edərkən, bunun işçiyə çatdırılmasını əsas məqsəd olaraq müəyyən edir. İddiaçının iddia etdiyi kimi, məlumatın ƏMAS-ın nəzərdən kənar bir hissəsində yerləşdirilməsi işçinin məlumatlandırılması məqsədinə xidmət etmir və xəbərdarlığın mahiyyətini təmin etmir. Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, qeyd olunan əmr ləğv edilməli və İddiaçı əvvəlki iş yerinə bərpa edilməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 300-cü maddəsinin 1-ci hissəsini rəhbər tutaraq məhkəmə hesab edir ki, iddiaçının işləmədiyi dövrlər üzrə məcburi iş buraxma müddəti üçün əmək haqqı (əlavələr və mükafatlar daxil olmaqla) ödənilməsi ilə bağlı tələbi də əsaslıdır. Əmək Məcəlləsinin 300.1-ci maddəsinə əsasən, Əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Məhkəmə onu da qeyd edir ki, iddia tələbi “Məcburi işburaxma dövründə almadığı (gecikdirilmiş) əmək haqqının hər gecikdirilmiş gün üçün 5 (beş) faizi məbləğində ödəncin verilməsi” hissəsində təmin olunmamalıdır. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172.5-ci maddəsinə əsasən əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Bu hal əmək mübahisəsi yaratdıqda həmin mübahisə bu Məcəllənin “Əmək mübahisələri” bölməsində nəzərdə tutulan qaydada həll edilir. Hazırki mübahisədən görünür ki, işəgötürən işçi ilə əmək müqaviləsinə xitam verərək, aralarında olan əmək münasibətlərinə xitam vermiş, işçiyə son haqq-hesab ödənişlərini həyata keçirmiş, sözügedən norma isə işəgötürənin işçiyə ödəməli olduğu ödəniş üzrə qanunla müəyyən edilmiş müddəti ötürməklə müvafiq ödənişləri həyata keçirməsi halı üçün keçərlidir. Məhkəmə iddia tələbinin “iddiaçının banklara olan kreditləri ilə bağlı hər ay ödəməli olduğu, lakin işdən çıxarıldığı üçün ödəyə bilmədiyi aylıq ödənclərin üzərinə hesablanmış faiz, cərimə və s. ödənişlərin verilməsi” hissəsində də iddianı əsassız hesab edərək, qeyd edir ki, bu tələb dəymiş zərərin ödənilməsi tələbi kimi qiymətləndirilir. Lakin iddiaçı bu zərərin dəqiq məbləğini və onun məcburi işburaxma ilə birbaşa əlaqəsini sübut edəcək heç bir sənəd (kredit müqavilələri, bankdan arayışlar və s.) təqdim etməmişdir. Məhkəmə iclasında da iddiaçı məbləği dəqiq deyə bilmədiyini bildirmişdir. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə yetərincə əsaslandırılmadığından həmin hissədə təmin edilə blməz. Belə ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Beləliklə məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu X8 İddiaçı tutduğu vəzifədən azad edilməsi haqqında 06 avqust 2025-ci il tarixli 3-17-1/3-4-1428/2025 nömrəli əmri ləğv edilməli, İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu X13ndə əvvəlki vəzifəsinə bərpa edilməli, xx.xx.2025-ci il tarixdən işə bərpa olunduğu günədək məcburi iş buraxmaya görə hesablanmış əmək haqqı (əlavələr və mükafatlar daxil olmaqla) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu X13ndən tutularaq iddiaçıya ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Q ə t e t d i: İddia tələbi qismən təmin edilsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu X8 İddiaçı tutduğu vəzifədən azad edilməsi haqqında 06 avqust 2025-ci il tarixli 3-17-1/3-4-1428/2025 nömrəli əmri ləğv edilsin. İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu X13ndə əvvəlki vəzifəsinə bərpa edilsin. xx.xx.2025-ci il tarixdən işə bərpa olunduğu günədək məcburi iş buraxmaya görə hesablanmış əmək haqqı (əlavələr və mükafatlar daxil olmaqla) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu X13ndən tutularaq iddiaçıya ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Ayşən Sultanova-Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar