Məhkəmə qərarları › İş №e-2(004)-522/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-522/2025

24.01.2025 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-522/2025 24.01.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Fariz Ariz oğlunun sədrliyi, Əlihüseynli Mehin Mətin qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “əmrin ləğv edilməsi, işə bərpa, məcburi iş buraxma dövrü üçün ödənilməmiş əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “iddiaçının yenidən N saylı hərbi hissənin 2-ci tank taborunun rabitə tağımının idarəetmə manqasının baş mexaniki sürücüsü vəzifəsinə geri qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı daha sonra yazılı ərizə ilə müraciət edərək iddia tələbini dəqiqləşdirmişdir. Ərizə icraata qəbul edilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh tərəf məhkəmə iclaslarında iştirak etməmiş, yazılı etiraz təqdim edərək iddia müddətinin tətbiq edilməsini xahiş etmişdir. İş materiallarında olan N saylı hərbi hissənin xx.xx.2023-cü il tarixli 085əç nömrəli əmrinə əsasən müəyyən edilir ki, çavuş İddiaçı həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. İş materiallarına İddiaçı müvafiq kadr sənədləri (müvafiq komissiyanın razılıq aktı, xidməti xasiyyətnamə, xidmət vərəqəsi, xülasə və s.) əlavə edilmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Mübahisənin qanuni əsasının aşağıdakı hüquq normaları təşkil edir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci hissəsinə əsasən, bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 296-cı maddəsinin 4-cü bəndinə əsasən, pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 296-cı maddəsinin 1-ci hissəsinə əsasən, bu Məcəllənin 294-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş fərdi əmək mübahisələrinə baxan orqana, işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 3 təqvim ayı ərzində müraciət edə bilər. Həmin Məcəllənin 296-cı maddəsinin 6-cı hissəsinə əsasən, bu maddədə göstərilən müddətlər üzürlü səbəblərdən – iddiaçının xəstələnməsi, ezamiyyətdə, yaşayış yerindən kənarda məzuniyyətdə olması, yaxın qohumunun ölməsi və digər obyektiv hallarla bağlı səbəblərdən ötürülərsə, fərdi əmək mübahisəsinə baxan orqan buraxılmış müddəti bərpa edərək mübahisəyə mahiyyəti üzrə baxa bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsinə əsasən, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. "Mediasiya" haqqında Azərbaycan Respublikası Qanununun 35.1-ci maddəsinə əsasən, mediasiya prosesinin tətbiqi tərəflər arasında mübahisə üzrə qanunla nəzərdə tutulan iddia müddətinin axımının dayandırılmasına səbəb olur. Həmin Qanunun 35.2-ci maddəsinə əsasən, mediasiya prosesi nəticəsində tərəflər arasında barışıq sazişi imzalanmazsa, mübahisə üzrə iddia müddətinin axımı bu Qanunun 32.4.2-ci maddəsində nəzərdə tutulan tarixdən bərpa olunmuş hesab olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, iddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. Beləliklə, müəyyən edilir ki, N saylı hərbi hissənin xx.xx.2023-cü il tarixli 085əç nömrəli əmrinə əsasən çavuş İddiaçı həqiqi hərbi xidmətdən ehtiyata buraxılmış, onunla işəgötürən qismində cavabdeh orqan arasında bağlaşmaya xitam verilmişdir. xx.xx.2024cü il tarixli Mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışa əsasən müəyyən edilir ki, İddiaçı ilə Azərbaycan Respublikası Müdafiə Nazirliyi şəxsi arasındakı mediasiya prosedurası xx.xx.2024-cü il tarixdə mediasiyanın tətbiqi barədə təklif göndərilməklə başlamış və proses xx.xx.2024-cü il tarixdə bitmişdir. İddiaçı əmək müqaviləsinə xitam verilməsi barədə məlumatı olması vaxtından sonra 1 aylıq iddia müddətini 9 aydan artıq ötürülməklə xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət etmişdir. İddiaçı məhkəməyə verdiyi izahatlar əsas götürülməklə onun əmək müqaviləsinə xitam verilməsi barədə əmək müqaviləsinə xitam verildiyi gün, yəni xx.xx.2023-cü il tarixdə məlumatı olmuşdur. Cavabdeh orqan tərəfindən məhkəməyə təqdim edilmiş etirazın sonunda məhz müddətin ötürülməsinə istinad olunduğundan, müraciətin adı “iddia müddətinin tətbiq edilməsi barədə ərizə” deyil, “iddia ərizəsinə etiraz” olmasına baxmayaraq məhkəmə cavabdeh orqanın həmin iradə ifadəsini mahiyyəti üzrə iddia müddətinin tətbiq kimi qiymətləndirir. İddia müddətinin ötürülməsinin üzrlü səbəb(lər)i müəyyən edilməmişdir. Nəticədə, cavabdehin iddia müddətinin tətbiq olunması barədə ərizəsi tətbiq olunmalı, iddia müddəti ötürülmüş hesab edilməlidir. Məhkəmə iddiaçı vətəndaş İddiaçı qanunu bilməməsi ehtimalını nəzərə alır. Lakin, məhkəmə iddiaçı vətəndaşa izah edir ki, məhkəmənin özü də qanundan asılıdır və imperativ (məcburi) hüquq normasını tətbiq etməkdən başqa hüquqi imkanı mövcud deyildir. Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin kateqoriya kimi inzibati orqan olmasına baxmayaraq hazırki mübahisə üzrə tərəflər arasında əmək münasibətləri hakimiyyət (şaquli) xarakterli deyil, müqavilə (üfüqi) münasibətlərinə əsaslanır. Yəni, işçi qismində iddiaçı cavabdeh orqanda hərbi qulluqçu qismində əmək münasibətlərində olsa da, həmin münasibətlərin yaranma əsası müvafiq bağlaşmaya (müqavilə, razılıq) əsaslanır. Həmin bağlaşma isə müqavilə qismində qiymətləndirilir. Nəticədə, tərəflər arasında münasibətlər müqaviləyə əsaslanır, mübahisə inzibati orqanın inzibati icraat nəticəsində qəbul etdiyi inzibati akta əsaslanmır. Deməli, mülki işin məhkəmə aidiyyatı Bakı şəhəri Yasamal rayon Məhkəməsidir. Beləliklə, məhkəmə iş materiallarına hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsassızdır və və təmin edilməməlidir. Məhkəmə qeyd edir ki, hüquq normaları konkret və müəyyən olmaqla bütün subyektlərə eyni qaydada tətbiq olunmalı, məhkəmənin əsassız mülahizəsi ilə geniş mənada və ya səhv təfsir edilməməlidir. Hüquqi müəyyənlik prinsipi rəhbər tutulmaqla aydın, anlaşılan, müəyyən olan hüquq norması hüquq tətbiq edən məhkəmələr tərəfindən şərtsiz tətbiq edilməlidir. Yalnız hüquq normaları arasında ziddiyyət (kolliziya) olduqda və ya tənzimləyici norma olmadıqda məhkəmə tərəfindən müvafiq anologiya (hüququn və ya qanunun anologiyası) üzrə təfsir tətbiq edilə bilər. Qanunu (hüququ) bilməmək məsuliyyətdən azad etmir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “əmrin ləğv edilməsi, işə bərpa, məcburi iş buraxma dövrü üçün ödənilməmiş əmək haqqının ödənilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fariz Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar