Məhkəmə qərarları › İş №e-2(004)-5233/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-5233/2022

02.12.2022 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-5233/2022 02.12.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, Məmmədova Ayşən Müşviq qızının katibliyi, İddiaçılar İddiaçı, X8, iddiaçıların nümayəndəsi və vəkili Vəkil3 iştirakı ilə, İddiaçılar İddiaçı, X5 və X8 Cavabdeh qarşı “mənzildən istifadə hüququnun tanınması tələbinə dair” iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçılar İddiaçı, X15 və X19 Cavabdeh qarşı “mənzildən istifadə hüququnun tanınması tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən mənzildən istifadə hüquqlarının tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdirlər. İddia tələbini onunla əsaslandırmışdırlar ki, hal-hazırda faktiki olaraq, ünvan 2 ünvanında yerləşən özbaşına tikili 1933-cü ildə Süleyman Məmməd oğlu tərəfindən tikilmiş, 1956-cı ilədək bu şəxs həmin evdə yaşamış, daha sonra isə qardaşı Cəmil Məmmədov həmin evdə yaşamağa davam etmişdir. Mənzil sonralar Süleyman Məmməd oğlunun övladı X7 istifadəsində olmuşdur. O, mənzil üzərində mülkiyyət hüquqlarının tanınması üçün Yasamal Rayon Məhkəməsinə müraciət etmiş, lakin məhkəmənin xx.xx.1992-ci il tarixli qərardadı ilə özbaşına tikili olan mübahisəli evə mülkiyyət hüququnun tanınması iddiası üzrə icraata xitam verilmişdir. Beləliklə, ev üzərində heç kimin sahiblik hüququ qeydə alınmadığından sözügedən mənzil Azərbaycan Respublikası Yasamal rayon İcra Hakimiyəti Mənzil X14 61 saylı Mənzil-Kommmunal İstismar İdarəsinin balansına keçirilmişdir. Sonralar mərhum yoldaşı İmanov İntiqam xx.xx.1985-ci ildə 61 saylı Mənzil-Kommmunal İstismar İdarəsinin göstərdiyi “sahibsiz ev olaraq adlandırılan” mənzili alqı-satqı yolu ilə əldə etmişdir. O vaxtdan bəri ailəvi olaraq sözügedən mənzildə yaşayırlar. Həmçinin, 1985-ci ildən bəri də həmin mənzildə yaşayış yeri üzrə qeydiyyatdadırlar. Yoldaşı rəhmətə getdikdən sonra avtomatik olaraq sözügedən mənzildən qeydiyyatdan çıxmış olsa da, lakin hələ də İddiaçı, övladları X15 və X19 bu mənzildə faktiki yaşayış yeri üzrə qeydiyyatdadırlar. Lakin, sonradan məlum olmuşdur ki, Yasamal Rayon Məhkəməsinin xx.xx.1992-ci il tarixli qərardadı ilə özbaşına tikili üzərində mülkiyyət hüququnun tanınmamasından və yaşayış sahəsinin sahibsiz ev olaraq qalmasından istifadə edən Cavabdeh adlı şəxs qanunsuz yollarla, qeydiyyat vəsiqəsi və digər sənədlərdə saxta düzəlişlər edərək, bu tikilini özlərinin mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən mənzilləriylə birləşdirmiş, ev 79\81 ünvanı adı altında mənzili öz adına xx.xx.2021-ci il tarixdə, ********** saylı qeydiyyat nömrəsi ilə qeydiyyata almışdır. Bu şəxs onların alqı-satqı yolu ilə Mənzil Kommunal Təsərrüfat Birliyindən aldıqları və qanuni istifadələrində olan mənzillə bağlı qanunsuz yolla əldə etdiyi qeydiyyat vəsiqəsi əsasında qanunsuz iddia edərək, özünü mənzilin sahibi adlandıraraq, hal-hazırda faktiki yaşadıqlaır və qeydiyyatda olduqları evdən pasport qeydiyyatından çıxmalarını tələb edir, hətta bununla bağlı Bakı İnzibati Məhkəməsində iddia qaldırmışdır. Hal-hazırda həmin iş Bakı İnzibati Məhkəməsinin icraatındadır və inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmuşdular. Məhkəmənin Daşınmaz Əmlakın kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə göndərdiyi “ünvanlara dair müvafiq məlumatın verilməsi” barədə sorğuya sözügedən inzibati orqan xx.xx.2022-ci il tarixli, **********31 saylı məktubu ilə cavab verərək bildirmişdir ki, Bakı şəhəri, Yasamal rayonu, M. F. Axundov küçəsi, 79/81 saylı fərdi yaşayış evi ilə Bakı şəhəri, Yasamal rayonu, M.F. Axundov küçəsi, 81 saylı fərdiyaşayış sahəsi eynidir. Bu cavab ilə qətiyyən razılaşmırlar, çünki inzibati orqanın hər hansı bir hərəkətlilik göstərmədən, mübahisəli tikintiyə baxış keçirərək protokol tərtib etmədən, həmin protokolu məhkəməyə təqdim edərək hüquqi əsaslandırmadan və sübuta yetirmədən, hansı əsas üzrə belə bir qənaətə gəldiyi və qətiyyətlə birmənalı cavab verdiyi məlum deyildir. Beləliklə, bu mübahisəli vəziyyətin davam etməsi səbəbiylə, hazırda mənzildə faktiki yaşayan şəxslər kimi yaşayış yeri üzrə pasport qeydiyyatında olsalar da, qanuni istifadələrində olan mənzil üzərində istifadə hüquqları tanınmır və mübahisələndirilir. Məhz bu məqamda istifadə hüquqlarının tanınması zərurəti yaranmışdır. Bu səbəbdən iddia ərizəsi ilə məhkəməyə müraciət etmək qərarına gəlmişdirlər. Cavabdeh iddia ərizəsinə etiraz edərək göstərmişdir ki, iddia ərizəsinin mətni heç bir sübuta əsaslanmayan nağıllardan ibarətdir. Belə ki, iddia ərizəsinin ilk abzasında göstərilənlərlə bağlı bildirir ki, onların şəxsiyyət vəsiqələrindəki ünvan 5 ünvanında özbaşına tikili deyil, ulu babasına məxsus və hazırda rəsmi ünvanı M.F.Axundov küçəsi, ev 79/81 olan şəxsi mülk 1929-cu ildə tikilmiş və 1931-ci ildə nənəsi Hüseynova (Quliyeva) Umleyla Zülfıqar qızının xüsusi mülkiyyətində olmuş, onun ölümündən sonra isə qanun üzrə vərəsəliklə nəvələrinin paylı mülkiyyətinə keçmişdir. İddiaçılar tələblərinin əsası kimi ayrıca 81 saylı özbaşına tikilinin olması, onun 61 saylı MKİS-nin balansına keçməsini, mərhum yoldaşının həmin evi 61 saylı MKİS-dən alqı-satqı yolu ilə əldə etdiklərini qeyd etsələr də, bu nağıllara dair heç bir sübut təqdim etməmişlər. Məhkəmə, vaxt sərf edib bu məlumatın həqiqətə uyğun olub-olmadığını araşdırmalı deyil, çünki alqı-satqı müqaviləsi yoxdur, o cümlədən MKİS rəisi ev satmaq səlahiyyətinə malik olmayıb. Cavabdehlərin “81 nömrəli ev”ə dair hüquq müəyyənedici sənədi yoxdur, onların xüsusi mülkiyyətdə olan evin 2 otağından istifadəsi qanunsuz istifadə olmuşdur. İddiaçılar iddia ərizələrinə tələblərinin əsası kimi yalnız şəxsiyyət vəsiqəsi üzrə qeydiyyatlarını əks etdirən arayışlar əlavə etmişlər, zatən həmin arayışlarsız da şəxsiyyət vəsiqəsi qeydiyyatı təsdiq edir və onların məhz qeydiyyatdan çıxarılmaları barədə iddia qaldırmışdır. İddiaçılar isə həmin arayışları məhkəmələrə hüquqverici sənəd kimi qəbul etdirməyə çalışırlar. Aşağıdakılara əsasən, hesab edir ki, iddia tələbinin qanuni əsası yoxdur.

1. a) 1931-ci ildən xüsusi mülkiyyətdə olan və xüsusi mülkiyyət hüququnu vərəsəliklə əldə etdiyi halda iddiaçılar hansı subyektiv hüquqla onun xüsusi mülkünə istifadə hüququ tələb edir?! Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 30 iyul 2008-ci il tarixli qərarında Konstitusiya Məhkəməsi “mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə kimi apellyasiya məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olubolmamasını araşdırmalı” olmasını bildirib subyektiv hüququn elementlərini şərh edərək qeyd etmişdir ki, “subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar, başqa (borclu) şəxslərdən tələb etmək hüququ və müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementi birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət etməklə yaranır. Belə qaydalara riayət etmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də, həyata keçirilməsindən söhbət gedə bilməz”. İddia tələbini irəli sürmüş şəxsin müvafiq subyektiv hüquqlara malik olmaması, onun başqa şəxslərdən tələb etmək və müdafiə olunmaq hüququnu istisna edir.

2. Bundan əlavə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair xx.xx.2020-ci il tarixli qərarına əsasən,

1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir.

2. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir.

3. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. X22 Məhkəməsinin yanaşması belə olmuşdur; - Qeyd edilən normaya əsasən, yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd dedikdə, mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd başa düşülür. Vətəndaşın yaşayış yeri üzrə qeydiyyata alınması üçün digər əsas olan yaşayış sahəsinin mülkiyyətçisinin verdiyi ərizə ilə ona məxsus yaşayış sahəsinə vətəndaşın qeydiyyata alınmasına icazə verilir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun müddəalarından aydın olur ki, qanunverici hər bir şəxsin yaşadığı və olduğu yerin müəyyən olunması üçün əsas diqqəti şəxsin daimi və ya müvəqqəti yaşamaq üçün seçdiyi ünvan üzrə qanunla müəyyən olunmuş qaydada qeydiyyatdan keçmək zərurətinə yönəldir. Həmin Qanunun 1-ci maddəsinə əsasən, yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, -hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Göstərilən normaların məzmunundan belə nəticəyə gəlmək olar ki, hər bir şəxsin yaşadığı yer üzrə qeydiyyata alınması qanunvericiliyin tələbidir və bu tələb şəxslə dövlət arasındakı qarşılıqlı öhdəliklərin icrasına lazımi şərait yaradılmasına xidmət edir. Bu tələbin icra edilməməsi “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun güddüyü məqsədə zidd olmaqla seçki və sosial təminat hüquqlarının realizəsi, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s. kimi məsələlərdə çətinliklər yarada bilər. Məhz bunun qarşısının alınması məqsədi ilə qanunverici Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 563-cü maddəsində yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında qanunvericiliyin pozulmasını inzibati xəta kimi müəyyən edərək inzibati məsuliyyət nəzərdə tutmuşdur. Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitədir və bu məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir. Mülki Məcəllənin 152.1-ci maddəsinə əsasən, istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İddiaçılarin belə bir hüquqları olsaydı, evi tərk edərkən onu kirayə verərdilər. Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” 2014-cü il 16 dekabr tarixli Qərarında göstərmişdir ki, hüquqi mahiyyəti baxımından bir-birindən çox fərqli olmalarına baxmayaraq, belə hüquqların ortaq cəhəti ondan ibarətdir ki, “istifadə” sözünün işlədilməsi yalnız əşyadan öz sahibinin istifadə etmək səlahiyyətini təmin edir. Nəticə etibarı ilə, mülki qanunvericilikdə “istifadə hüququ” ifadəsi əmlak hüquqlarının hər hansı bir növünü deyil, müəyyən bir hüququn həyata keçirilmə şəklini (formasını) ifadə edir. İstifadə hüququ ilə bağlı oxşar hüquqi mövqelər Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair” 2008ci il 27 may tarixli, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ei maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair” 2016-cı il 29 mart tarixli və s. Qərarlarında da ifadə edilmişdir. Konstitusiya Məhkəməsi Plenumunun Ü.Rəhimovanın şikayəti üzrə 2009-cu il 25 dekabr tarixli Qərarında qeyd olunmuşdur ki, şəxsin (digər ailə üzvlərinin) mənzilə mülkiyyətçinin şifahi razılığı əsasında köçməsi və mənzilə qeydiyyata düşməsi onun Mülki Məcəllənin 228.5-ci maddəsinin tələblərinə görə həmin mənzildən istifadə hüququ əldə etməsinə səbəb olmur. Beləliklə, göstərilənlərə əsasən belə nəticəyə gəlinir ki, yaşayış sahəsinin mülkiyyətçisinin razılığı ilə onun mülkiyyətində olan yaşayış yeri üzrə qeydiyyata alınma həmin yaşayış sahəsindən istifadə hüququnun yaranmasını ehtiva etmir. Belə ki, qanunvericilik istifadə hüququnun yaranması faktını şəxsin həmin mənzilə qeydiyyatının olub-olmamasından asılı etməmişdir. Yasamal Rayon Xalq Məhkəməsinin qanuni qüvvəyə minmiş xx.xx.1997-ci il tarixli qətnaməsindən və həmin qətnamənin dəyişdirilmədən saxlanılması barədə Bakı Şəhər Məhkəməsinin xx.xx.1997-ci il tarixli qərarından görünür ki, iddiaçılarin ailə başçısı X20 (hansı ki, iddiaçılar onun ailə üzvi kimi xüsusi mülkiyyətdə olan evə qeydiyyata alınmışlar) ailə üzvləri ilə M.Fətəli küçəsi, 81 saylı evin birinci mərtəbəsindəki 2 otaqda yaşadığından həmin 2 otağa mülkiyyət hüququnun müəyyən edilməsi barədə qarşılıqlı iddia qaldırmış, lakin iddiası rədd edilmişdir. Qətnamədə göstərilmişdir k, məhkəmə texniki-tikinti ekspertinin rəyindən bəlli olur ki, M.Fətəli küçəsi 79/81 saylı ev bir bünövrə üstündə tikilməklə yaşayış otaqlarından və məsciddən ibarətdir. Göstərilən mülk bütövlükdə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən Cavabdeh və qeyrilərinin xüsusi mülkiyyətinə keçmiş və qeydiyyat vəsiqəsi almışlar. Beləliklə M.Fətəli küçəsi 79/81 saylı evCavabdeh və qeyrilərinin xüsusi mülkiyyətində olmasına baxmayaraq İntiqam İmanov iddia qaldırmışlar ki, həmin ev üzərində sahiblik və mülkiyyət hüquqları müəyyən edilsin. Öz iddialarını əsaslandırmaq üçün sübut təqdim edə bilmədilər. Yalnız pasport qeydiyyatında olma, kommunal xərclərin ödənilməsi barədə qəbzləri əsas göstərdilər. Bu hallar isə məhkəmə hesab edir ki, mülkiyyət hüququnun müəyyən olunması üçün əsas verə bilməz. Göründüyü kimi, artıq qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə İmanovlar ailəsinin M.Fətəli küçəsi 79/81 saylı evə mülkiyyət hüquqlarının olmadığı müəyyən olunmuşdur. Buna baxmayaraq, iddiaçılar Bakı İnzibati Məhkəməsində onların qeydiyyatdan çıxarılmaları barədə iddia ərizəsi üzrə inzibati işi uzatmaq niyyəti ilə həmin məhkəmədə qondarma, subyektiv hüququ olmadan, eyni zamanda aidiyyət qaydalarını pozmaqla Bakı İnzibati Məhkəməsində ünvanlarını ünvan 7ələndirmiş, 2022-ci ilin sentyabr ayında yenidən Yasamal Rayon Məhkəməsində istifadə hüquqlarının tanınması barədə iddia qaldırmışlar və həmin iddia ərizəsində ünvanlarını ünvan 8alda 81 nömrəli ev mövcud olmadığından onlara məhkəmə sənədləri çatmayacaqdır. Bununla da iddiaçılar 81 nömrəli evin mövcud olmamasını dolayısı ilə etiraf etmişlər. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. İstifadə hüququ mülkiyyət hüqunun tərkib hissəsidir. Odur ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnamələri ilə İmanovların sözügedən evə istifadə hüququna da artıq mülkiyyət hüququnun daxilində qiymət verilmişdir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının MPM-nin 170-ci maddəsinə əsasən məhkəmədən iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçılar İddiaçı və X19 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, onun təmin edilməsini məhkəmədən xahiş etmişdirlər. Məhkəmə iclasında iştirak edən iddiaçıların nümayəndəsi və vəkili oğlu izahatında göstərmişdir ki, iddiaçılar qeyd edilən mənzildə yaşayır və orada da qeydiyyatdadırlar. Yaşayış yeri və olduğu yer haqqında Azərbaycan Respublikasının Qanununun 9-cu maddəsinin 5-ci bəndinə əsasən şəxs yaşayış yeri üzrə qeydiyyatdan o zaman çıxarıla bilər ki, yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olsun, bu səbəbdən iddiaçılar da hazırda məhkəməyə müraciət edərək, həmin yaşayış sahəsi üzərində istifadə hüququnun tanınmasını xahiş etmişdir. Cavabdeh qanuni və ya qeyri-qanuni olaraq, yaşayış sahəsini özəlləşdirmişdir, lakin onun qeyd edilən ünvanda yerləşən 79/81 ünvanı adı altında olan mənzilə dair sübyektiv hüququ vardır. Daşınmaz Əmlakın Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş məktubda isə Bakı şəhəri, Yasamal rayonu, M.F.Axundov küçəsi, 79/81 saylı fərdi yaşayış evi ilə Bakı şəhəri, Yasamal rayonu, M.F.Axundov küçəsi 81 saylı fərdi yaşayış sahəsi eyni olması göstərilmişdir. Lakin həmin qurumun mühəndisi həmin ünvana baxış keçirən zaman müəyyən etmişdir ki, ayrı-ayrı ünvanlardır. Qanunvericiliyə əsasən bu hüquq münasibətləri 1981-ci ildə yaranmışdır, əgər hüquq münasibətləri 2000-ci ilin 1 sentyabr tarixinə kimi yaranarsa, həmin münasibətlər üzrə Azərbaycan SSRİ-nin Mənzil Məcəlləsi, 2009-cu ilin sentyabrın 1-dən sonra yaranan münasibətlər isə yeni Mənzil Məcəlləsi ilə tənzimlənir. Hesab edir ki, bu münasibətlər Azərbaysan SSRİ-nin Mənzil Məcəlləsi ilə tənzimlənir və həmin məcəllənin 53-cü, 123-cü maddələrinə əsasən həmin yaşayış sahəsinə köçərək orada yaşayan şəxslər ailə üzvləri kimi istifadə hüququna malik olurlar və onların istifadə hüquqları yaranmış olur. Bu hüquq qeydiyyata alınmadığından, həmin yaşayış sahəsi üzrə iddiaçıların istifadə hüququnun tanınması barədə məhkəməyə müraciət etmək qərarına gəlmişlər. Göstərilənlərə əsasən, məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazimi qaydada məlumatlandırılmış cavabdeh məhkəmə iclasına gəlməmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə AR MPM-nin 185.5-ci maddəsini rəhbər tutaraq, cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Yasamal Rayon Xalq Məhkəməsinin xx.xx.1997-ci il tarixli, 2-149 saylı qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh X9 qarşı yaşayış hüququnun itirilməsi tələbinə dair iddiası təmin edilərək, cavabdehin Bakı şəhəri, M.F.Axundov küçəsi, 79/81 saylı evə yaşayış hüququnun itirilməsi qət edilmişdir. Eyni qətnamə ilə iddiaçılar X7, X16 və X10 Bakı şəhəri, M.F.Axundov küçəsi, 79/81 saylı ev üzərində mülkiyyət hüququnun müəyyən olunması barədə iddiaları rədd edilmişdir. X20 iddiasını onunla əsaslandırmışdır ki, 1981-ci ildən M.F.Axundov küçəsi, 81 saylı evin birinci mərtəbəsində iki otağa pasport qeydiyyatına düşməklə ailə üzvləri ilə orada yaşayır. Həmin otaqlarda təmir işləri aparmışdır. Məhkəmə qeyd etmişdir ki, iddianın yalnız pasport qeydiyyatında olma, kommunal xərclərin ödənilməsi barədə qəbzlər mülkiyyət hüququnun müəyyən olunması üçün əsas ola bilməz. İş materiallarında olan Yasamal rayonu 61 savlı Mənzil Kommunal İstismarı Sahəsi tərəfindən Vəkil1 ünvanlanmış xx.xx.2022-ci il tarixli, 425 nömrəli məktubun surətindən görünür ki, müraciətə cavab olaraq aşağıdakıları bildirilmişdir: Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsi tərəfindən verilmiş № 018-18018İ-3222, xx.xx.2022 il tarixli arayışa əsasən İddiaçı xx.xx.1985-ci ildən hazıradək Yasamal rayonu. X36 küçəsi, 81 saylı ünvanda yaşayış yeri üzrə qeydiyyatdadır. Qeydiyyata alınma əsaslarının saxlama müddəti bitdiyindən qanuna müvafiq qaydada məhv edilmiş və bu səbəbdən vətəndaş İddiaçı qeydiyyatı xx.xx.2003-cü ildə şəxsiyyət vəsiqəsini dəyişdiyi tarixdən göstərilmişdir. İddiaçı həmin ünvanda 1981-ci ildən pasport qeydiyyatında olan 1951-ci il təvəllüdlü X20 ilə ailə həyatı qurmuş və bu günədək həmin ünvanda pasport qeydiyyatındadır. (Nikah Şəhadətnaməsi 487111, xx.xx.1985). İddiaçı həyat yoldaşı İ.İmanov xx.xx.2018-ci ildə vəfat etmişdir. Övladları:

1. Qızı: X15 - xx.xx.1986 il təvəllüdlü,

2. Oğlu: X19 - xx.xx.1989 il təvəllüdlü hal-hazırda adı çəkilən ünvanda pasport qeydiyyatındadırlar. X36 küçəsində yerləşən Daşınmaz Əmlakın Fərdi yaşayış evi mülkiyyət növünə aid və ayrı-ayrı girişi olan hər iki ünvan vaxtilə Bakı şəhəri İcra Hakimiyyətinin müvafiq qurumları tərəfindən küçənin sıra sayına uyğun olaraq nömrələnmişdir. Yəni hər 2 girişdən birinin üzərinə 79/81, digərində 81 rəqəmi qeyd olunmuşdur. Yasamal RPİ, QvŞV şöbəsi tərəfindən, adı çəkilən ünvanlardakı sakinlərin qeydiyyatla bağlı müraciəti əsasında verilmiış ******* və ******* №li, xx.xx.2022, xx.xx.2022-ci il tarixlı arayışlarda da ünvanların nömrələri ayn-ayılıqda aydın şəkildə göstərilmişdir. Hal-hazırda həmin ünvanlar mövcuddur. İş materiallarında olan Daşınmaz Əmlakın kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin Bakı İnzibati Məhkəməsinə ünvanlanmış xx.xx.2022-ci il tarixli, **********31 saylı məktubundan görünür ki, Bakı şəhəri, Yasamal rayonu, M.F.Axundov küçəsi, 79/81 saylı fərdi yaşayış evinin 1/5 hissədən bir hissəsi X1, 1/5 hissədən bir hissəsi X2, 1/5 hissədən bir hissəsi X6, 1/5 hissədən bir hissəsi X3, 4/5 hissədən bir hissəsi Cavabdeh, 4/5 hissədən bir hissəsi isə X37 ağa qızının adlarına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətlərindədir. Bakı şəhəri, Yasamal rayonu, M.F.Axundov küçəsi, 79/81 saylı fərdi yaşayış evi ilə Bakı şəhəri, Yasamal rayonu, M.F.Axundov küçəsi, 81 saylı fərdi yasayış evi eynidir. İş materiallarında olan Daşınmaz Əmlakın kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin Bakı İnzibati Məhkəməsinə ünvanlanmış xx.xx.2022-ci il tarixli, **********25 saylı məktubundan görünür ki, İddiaçı, X5 və X8 sözügedən ünvanda istifadə hüquqlarının qeydə alınması ilə bağlı məlumat aşkar edilməmişdir. İş materiallarında olan Bakı şəhəri 5 saylı notariat ofisinin xüsusi notariusu X17 tərəfindən təsdiqlənmiş xx.xx.2022-ci il tarixli ərizədən görünür ki, ünvan 13 ünvanında qeydiyyatda olan X11, ünvan 5 ünvanında qeydiyyatda olan X12 və Bakı şəhəri, Yasamal rayonu, X23 küçəsi, ev 44 ünvanında qeydiyyatda olan X24 qonşuları- İddiaçı, X4 və X8 ünvan 15 ünvanında yaşadıqlarını imzaları ilə təsdiqləmişdirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” 27 iyul 2001-ci il tarixli qərarına əsasən 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, tərəflər arasında mübahisəli hüquq münasibəti 2000-ci il sentyabrın 1-dək yarandığından, hazırki iş üzrə qərar 1986-cı il tarixli Mənzil Məcəlləsinin 53 və 123 maddələrinin tələblərinə uyğun qəbul edilməlidir. xx.xx.2009-cu il tarixdək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 53-cü maddəsinə əsasən, icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həddi-büluğa çatmış ailə üzvləri göstərilən müqavilədən irəli gələn öhdəliklər üzrə icarədar ilə müştərək əmlak məsuliyyəti daşıyırlar. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar. Həmin Məcəllənin 123-cü maddəsinə əsasən yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Həmin Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddi-büluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Beləliklə ki, məhkəmə xx.xx.2009-cu il tarixdək qüvvədə olmuş Mənzil Məcəlləsinin 53 və 123 maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə araşdırması zamanı müəyyən etmişdir ki, X20 ilə həyat yoldaşı İddiaçı, uşaqları X13 və X19 ilə birlikdə 1981-ci ildən ünvan 5 ünvanında yerləşən mənzildə qeydiyuyatda olmaqla yaşamışlar. X20 xx.xx.2018ci ildə vəfat etmişdir. Hazırda cavabdeh tərəfindən barələrində mübahisəli mənzildən qeydiyyatdan çıxarılmaları ilə bağlı iddia qaldırıldığından, iddiaçılar haqlı olaraq, qeyd olunan mənzilə istifadə hüquqlarının tanıması ilə ilə bağlı məhkəməyə müraciət etmişdirlər. Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Konstitusiyasının 33, 43 və 71-ci maddələrinin tələbinə görə, hər kəsin mənzil toxunulmazlığı hüququ vardır. Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz və Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka(əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, həmin Məcəllədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Məhkəmə hesab edir ki, cavabdeh iddiaçıları mülkiyyət hüquqları qeydiyyata alınmamış olsa da, uzun müddət yaşamaqla sahibliklərində və istifadələrində olmuş mənzildən məhrum edə bilməz. Belə olduğu halda, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, iddiaçılar İddiaçı, X5 və X8 ünvan 1 ünvanında yerləşən mənzildən istifadə hüquqları tanınmalıdır. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı Qərarının 2.2-ci bəndində göstərilir ki, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir.Həmin Qərarın 2.4-cü bəndinin məzmununa görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi ondan şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Həmin Məcəllənin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 119.1, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia tələbi təmin edilsin. İddiaçılar İddiaçı, X5 və X8 ünvan 1 ünvanında yerləşən mənzildən istifadə hüquqları tanınsın. İş üzrə ödənilmiş 100 (yüz) manat dövlət rüsumu Cavabdeh alınıb iddiaçılara verilsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra tərəflər 1 (bir) ay müddətində işə baxan Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verə bilərlər.

Sədrlik edən:Ayaz Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar