Məhkəmə qərarları › İş №e-2(004)-527/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-527/2024

07.06.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-527/2024 07.06.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Almasova Aytən Asəf qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “bağılanma müqaviləsinin etibarsız hesab edilməsi, vəsiyyətnamənin etibarsız hesab edilməsi və s.” tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “bağılanma müqaviləsinin etibarsız hesab edilməsi, vəsiyyətnamənin etibarsız hesab edilməsi və s.” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2021-ci il tarixli bağışlama müqaviləsinin, xx.xx.2022-ci il tarixli vəsiyyətnamənin etibarsız hesab edilməsi, mərhum atası X17 miras qalmış Nərimanov rayonu, Təbriz küçəsi, ev 89, blok 2, 52 nömrəli mənzilin, atası X24 Böyük vətən müharibəsi iştirakçısı kimi hədiyyə şəklində dövlət tərəfindən verilmiş yeni tikilidə yerləşən mənzilin, ünvan 1 ünvanında yerləşən, ümumi 31,7 kv/m, yaşayış sahəsi 21 kv/m, yardımçı sahəsi 10,7 kv/m olan 1 otaqlı bağ evinin yerləşdiyi torpaq sahəsinin atalarının mülkiyyətində qalmış 0,3 ha-da birinci növbə vərəsə kimi onun, yəni X14 payının müəyyən edilməsi, həmin əmlakların ½ hissəsinin mülkiyyətinə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra, İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2021-ci il tarixli bağışlama müqaviləsinin, xx.xx.2022-ci il tarixli vəsiyyətnamənin etibarsız hesab edilməsi, mərhum ataları X17 miras qalmış Nərimanov rayonu, Təbriz küçəsi, ev 89, blok 2, 52 nömrəli mənzilin ½ hissəsinin ona verilməsi, X7 Böyük Vətən müharibəsi iştirakçısı kimi hədiyyə şəklində dövlət tərəfindən verilmiş Bakı şəhəri, Xətai prospekti, Əhməd bəy Ağaoğlu və Qarabağ küçələrinin kəsişməsində yerləşən yaşayış binasının birinci girişinin 4cü mərtəbəsindəki 4 otaqlı, ümumi sahəsi 139,1 kv.m olan 15 saylı mənzilin satışından əldə edilmiş pul vəsaitinin ½ hissəsinin, yəni yarısının ona verilməsi, ünvan 2 ünvanında yerləşən, ümumi 31,7 kv.m, yaşayış sahəsi 21 kv/m, yardımçı sahəsi 10,7 kv/m olan 1 otaqlı bağ evinin ½ hissəsinin, həmin mənzilin və həmin bağ sahəsində yerləşən vişkanın 2012-ci ildən halhazıra kimi kirayə verilməsindən cavabdehlərin əldə etdiyi gəlirlərin ½ hissəsinin ona verilməsi, 2012-ci ildən Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka-2 bağ torpaq sahəsinin atalarının mülkiyyətində qalmış 0,3 ha-ın ½ hissəsinin ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, ataları X31 30 avqust 2023-cü il tarixdə vəfat etmişdir. Onun vəfatından sonra birinci dərəcə vərəsələri: X25, X18 qalmışdır. Atalarının ölümündən sonra aşağıdakı əmlakları qalmışdır: 1. Nərimanov rayonu Təbriz küçəsi ev 89, blok 2, 52 saylı mənzil. 06 iyun 2018-ci ildə həmin mənzil ⅓ bərabər pay hüququ ilə X31 tərəfindən onun birinci dərəcə vərəsələri: X25, X18 və X26 vəsiyyət edilmişdir və həmin vəsiyyətnamə reyestrdə 2V-30N nömrə ilə, 7E-5326 nömrə ilə, 1S-4676 nömrə ilə qeyd edilmişdir. xx.xx.2021ci il tarixdə Bakı şəhəri 9 saylı notariat kontorunda cavabdehlər tərəfindən ataları X2 və xəstə vəziyyətindən istifadə edilərək həmin mənzilin guya onun tərəfindən Cavabdeh2 bağışlanmasına dair saxta bağışlama müqaviləsi tərtib edilmişdir. Həmin bağışlama müqaviləsi ləğv edilməlidir, çünki atalarının iradəsi ilə yazılmamışdır. Həmin mənzil yenə xx.xx.2022-ci ildə X31 tərəfindən Cavabdeh2 vəsiyyətnamə ilə verilmişdir. Həmin vəsiyyətnamə atalarının iradəsi ilə yazılmamışdır. Belə ki, ataları o zaman , yəni 2022-ci ildə cavabdehlər tərəfindən döyülərək və qorxudularaq notariusa gətirilmiş və saxta vəsiyyətnamə tərtib edilmişdir. Həmin vəsiyyətnamə ləğv edilməlidir. Həmin mənzildə onun, yəni X14 ½ hissəsinə vərəsəlik hüququ vardır. Çünki bacısı X32 (Ünvanı: Bakı şəhəri Azadlıq prospekti ev 21, mənzil 36) vərəsəlikdən imtina etmişdir. X5 və o, Nərimanov rayonu Təbriz küçəsi 89, blok 2, 52 saylı mənzilin ½ hissə ilə qanuni vərəsələridirlər. 2. ünvan 3 ünvanında yerləşən, ümumi 31, 7 kv/m, yaşayış sahəsi 21 kv/m, yardımçı sahəsi 10,,7 kv/m olan 1 otaqlı bağ evinin yerləşdiyi torpaq sahəsinin 0,3 ha atalarının mülkiyyətində qalmışdır, qalan hissə isə 2012-ci ildə üç bacıya bağışlama müqaviləsi ilə mülkiyyətlərinə verilmişdir. Atalarının mülkiyyətində qalan 0,3 ha bağ sahəsi qanunu vərəsə kimi ½ hissə ilə X5 və onun arasında bölünməlidir. X7 Böyük vətən müharibəsi iştirakçısı kimi hədiyyə şəklində dövlət tərəfindən verilmiş yeni tikilidə yerləşən mənzil verilmişdir. Qeyd edir ki, X5 və o həmin əmlakın da qanuni vərəsələridirlər. Həmin əmlak da aralarında ½ hissə ilə bölünməlidir. X7 Böyük vətən müharibəsi iştirakçısı kimi hədiyyə şəklində dövlət tərəfindən verilmiş yeni tikilidə yerləşən mənzilin sənədləri cavabdehdədir. Cavabdeh həmin sənədləri onlara vermir. Onlar Nərimanov rayon 3 saylı notariat kontoruna qeyd olunan əmlakların qanuni vərəsələr arasında bölünməsi və adlarına vərəsəlik şəhadətnaməsinin verilməsi üçün ərizə ilə müraciət etmişlər. Notarius aralarında mübahisə olduğu üçün məhkəməyə müracət etməklərini tövsiyə etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Nümayəndə izahatında bildirmişdir ki, iddianı müdafiə edir. 2018-ci ildə Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi 89, blok 2, 52 saylı mənzil İddiaçı, Cavabdeh1 və X26 vəsiyyət edilmişdir. 2018-ci ilin aprel ayında Cavabdeh1 X19 adından baş etibarnamə almış və Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi 89, blok 2, 52 saylı mənzilin Cavabdeh2 bağışlanması barədə bağışlama müqaviləsi tərtib edilmişdir. 2022-ci il tarixli vəsiyyətnamə ilə bağlı bildirmək istəyir ki, vəsiyyətnamə tərtib edilən zaman X19 98 yaşı olmuş, Parkinson xəstəliyindən əziyyət çəkmişdir. Parkinson xəstəliyi müalicəsi olmayan nevroloji xəstəlikdir. Odur ki, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. İddiaçının atası cavabdehlərdən qorxduğundan döyülməsi ilə bağlı polis idarəsinə şikayət ərizəsi ilə müraciət etməmişdir. İddiaçının atasının döyülməsi barədə sübut iş materiallarında olan fotoşəkildir. Parkinson xəstəsi gəzməyə çətinlik çətir, əli, ayağı və başı əsir. Məhkəmə iclasında iştirak edən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2 izahatında bildirmişdir ki, iddianı qəbul etmir. İddia demək olar ki, formal mülahizələrə əsaslanır və məhkəməyə hər hansı mötəbər sübut təqdim edilməmişdir. İddiaçı tərəf cavabdehlərin X27 zorla, döyərək, xəstəliyindən istifadə edərək sənədləri imzaladığını bildirsə də, bununla bağlı sübut mövcud deyil. İddiaçı özü əvvəlki məhkəmə iclasında X4 şəkildə özünü idarə edə bildiyini bildirmişdir. Digər tərəfdən hesab edir ki, iddiaçının hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüququ yoxdur. İş materiallarından da görünür ki, əmlaklar vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında deyil, bağışlama müqaviləsi əsasında Cavabdeh2 mülkiyyətinə keçmişdir. İddianın rədd edilməsini xahiş edir. Belə ki, X19 miras əmlakına dair vərəsəlik işi açılmamışdır. Əvvəlki məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İzahatına əlavə olaraq bildirmişdir ki, X31 hər hansı bir xəstəxanada müalicə olunmamış, yalnız ambulator şəraitdə müalicə olunmuşdur. Cavabdehlər atasını ziyarət etməyə imkan verməmişlər. Məhkəmə iclasında iştirak edən tərəflərin nümayəndə və vəkillərinin izahatını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, iş materiallarında olan 06 iyun 2018-ci il tarixli, reyestrdə 2V-30 nömrə ilə qeyd edilmiş vəsiyyətnamədən görünür ki, X31 ölən günədək ona məxsus olan ünvan 4 ünvanında yerləşən 52 saylı mənzilini bərabər pay hüququ ilə qızı Cavabdeh1 1/3 hissə, qızı X26 1/3 hissə, qızı Zeynalova (Məlikova) Gülnarə Bağır qızına 1/3 hissə olmaqla vəsiyyət etmişdir. İş materiallarında olan Bakı şəhər İcra hakimiyyəti başçısının yanında olan Mənzil- Kooperativ Təsərrüfatı İdarəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən Bakı Şəhər İcra Hakimiyyətinin 272 saylı, xx.xx.2022-ci il tarixli sərəncamı ilə "xxxx" MTK-ya məxsus Bakı şəhəri, Xətai prospekti, Əhməd bəy Ağaoğlu və Qarabağ küçələrinin kəsişmələrində yerləşən yaşayış binasının 1-ci girişinin 4-cü mərtəbəsindəki 15 saylı mənzil X24 verilmişdir. İş materiallarında olan X31 (satıcı) ilə X44 (alıcı) arasında bağlanmış 13 aprel 2023-cü il tarixli İlkin alqı-satqı müqaviləsinə əsasən tərəflər öhdələrinə götürmüşlər ki, Bakı şəhər İcra hakimiyyəti başçısının xx.xx.2022-ci il tarixli 272 nömrəli Sərəncamına əsasən satıcıya məxsus olan Bakı şəhəri, Nərimanov rayonu, Xətai prospekti, Əhməd bəy Ağaoğlu və Qarabağ küçələrinin kəsişmələrində yerləşən yaşayış binasının 1-ci girişinin 4-cü mərtəbəsindəki 15 saylı mənzilin dəyəri, 195000 manat məbləğ alıcı tərəfindən tam olaraq ödənilir və satıcı bu müqavilə qüvvəyə mindiyi tarixdən 24 aydan gec olmayaraq həmin əmlaka dair Daşınmaz Əmlakın Dövlət Reyestrindən mülkiyyət hüququnun dövlət qeydiyyatına dair Çıxarış əldə etdikdən sonra onun Alıcının xeyrinə özgəninkiləşdirməsi (həmçinin təhvil verilməsi) və onun təhvil verilməsi üçün bu müqavilənin müddəaları nəzərə alınmaqla notariat qaydasında təsdiqlənəcək alqı-satqı müqaviləsini bağlayacaqlar. X3 Bakı şəhəri 9 saylı notariat ofisində xx.xx.2023-cü il tarixdə verilmiş 7E-2143 reyestr nömrəli etibarnamə əsasında nümayəndəsi Cavabdeh2 və X44 tərəfindən imzalanmışdır. İş materiallarında olan X31 (hədiyyə verən) və Cavabdeh1 (hədiyyə alan) arasında bağlanmış xx.xx.2019-cu il tarixli, reyestrdə 4Ə-857 nömrə ilə qeyd edilmiş daşınmaz əmlakın bağışlama müqaviləsindən görünür ki, X31 tam mülkiyyət hüququ üzrə ona məxsus olan ünvan 5 ünvanında yerləşən 0,03 ha torpaq sahəsi və ümumi sahəsi 31,7 kv.m olan 1 otaqlı bağ evini qızı Cavabdeh1 bağışlamışdır. X9 və Cavabdeh1 tərəfindən imzalanmışdır. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışa əsasən Bakı şəhəri, Sabunçu rayonu, Vişyovka-2 bağ sahəsi, 974 ünvanında yerləşən ümumi sahəsi 31,7 kv.m olan əmlak xx.xx.2019-cu il tarixdə Cavabdeh2 adına qeydiyyata alınmışdır. İş materiallarında olan X31 (hədiyyə verən) və Cavabdeh2 (hədiyyə alan) arasında bağlanmış xx.xx.2021-ci il tarixli, reyestrdə 4Ə-908 nömrə ilə qeyd edilmiş daşınmaz əmlakın bağışlama müqaviləsindən görünür ki, X31 tam mülkiyyət hüququ üzrə ona məxsus olan ünvan 4 ünvanında yerləşən 52 saylı mənzilini nəvəsi Cavabdeh2 bağışlamışdır. X3 etibarnamə üzrə nümayəndəsi Cavabdeh1 və Cavabdeh2 tərəfindən imzalanmışdır. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışa əsasən ünvan 4 ünvanında yerləşən 52 saylı mənzil xx.xx.2021-ci il tarixdə Cavabdeh2 adına qeydiyyata alınmışdır. İş materiallarında olan 20 dekabr 2022-ci il tarixli, reyestrdə 8-İ/13683 nömrə ilə qeyd edilmiş vəsiyyətnamədən görünür ki, X31 ölən günədək ona məxsus olan bütün daşınar və daşınmaz əmlakını nəvəsi Cavabdeh2 vəsiyyət etmişdir. Vəsiyyətnamə Bakı şəhəri 9 saylı notariat kontorunun xüsusi notariusu ŞahidZ tərəfindən təsdiq edilib. X1 parkinson xəstəsi olması səbəbindən şəxsən özünün xahişi ilə X28 notariusun iştirakı ilə imza etmişdir. Vəsiyyət edənin şəxsiyyəti müəyyən edilmiş, fəaliyyət qabiliyyəti yoxlanmışdır. Vəsaiyyətnamə iki nəfər şahidin: X20 və X29 şahidliyi ilə komputerdə yazılmışdır. İş materiallarında olan AZ-İİ seriyalı 329338 nömrəli Ölüm haqqında Şəhadətnamədən görünür ki, X31 05 sentyabr 2023-cü il tarixdə vəfat etmişdir. İş materiallarında olan AZ-İ seriyalı 083685 nömrəli Ölüm haqqında Şəhadətnamədən görünür ki, X15 08 noyabr 2003-cü il tarixdə vəfat etmişdir. İş materiallarında olan 1 saylı ünvan 7 ünvanladığı xx.xx.2023-cü il tarixli məlumatın təqdim edilməsi haqqında məktubunda qeyd edilmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka-2 bağ sahəsi, 974 saylı bağ evi xx.xx.1995-ci il tarixdə X19 adına qeydiyyatdan keçmişdir. Bağ evinin yerləşdiyi 0,18 ha torpaq sahəsinə aid keçmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən X19 və Məlikova Qövhərin adlarına JN-4823H nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə verilmişdir. Sözügedən bağ evi və yerləşdiyi torpaq sahəsinə dair X19 və Məlikova Qövhərin adlarına xx.xx.2010-cu il tarixli çıxarış verilmişdir.Bakı şəhəri 9 saylı notariat kontoru tərəfindən təsdiq edilmiş xx.xx.2012-ci il tarixli 2- V-1-1393 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka-2 bağ sahəsi, 974 saylı bağ evinin 5/8 hissəsi X19, 1/8 hissəsi İddiaçı, 1/8 hissəsi Cavabdeh1, 1/8 hissəsi X21 adlarına qeydiyyatdan keçmişdir. Bakı şəhəri 9 saylı notariat kontoru tərəfindən təsdiq edilmiş xx.xx.2012-ci il tarixli 3-M-8-2242 reyestr nömrəli daşınmaz əmlakın bölünməsinə dair sazişə əsasən sözügedən bağ evi və bağ evinin yerləşdiyi torpaq sahəsinin 0,03 ha hissəsi X19, bağ evinin yerləşdiyi torpaq sahəsinin 0,05 ha hissəsi X22, 0,05 ha hissəsi Cavabdeh1, torpaq sahəsinin 0.05 ha hissəsi İddiaçı adlarına qeydiyyatdan keçmişdir. Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka-2 bağ sahəsi, 974 saylı bağ evinin X24 məxsus hissəsi Bakı şəhəri 9 saylı notariat kontoru tərəfindən təsdiq edilmiş xx.xx.2019-cu il tarixli 4Ə-857 reyestr nömrəli daşınmaz əmlakın bağışlanma müqaviləsinə əsasən xx.xx.2019-cu il tarixdə Cavabdeh1 adına qeydiyyatdan keçmişdir. Həmin əmlak Bakı şəhəri 12 saylı notariat ofisi tərəfindən təsdiq edilmiş xx.xx.2019-cu il tarixli 4Ə-555 reyestr nömrəli daşınmaz əmlakın bağışlanma müqaviləsinə əsasən xx.xx.2019-cu il tarixdə Cavabdeh2 adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. ünvan 4 ünvanında yerləşən 52 saylı mənzil xx.xx.1990-cı il tarixdə X19 adına qeydiyyatdan keçmişdir, Bakı şəhəri 9 saylı notariat ofisi tərəfindən təsdiq edilmiş xx.xx.2021-ci il tarixli 4Ə-908 reyestr nömrəli daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən xx.xx.2021-ci il tarixdə Cavabdeh2 adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Məhkəmə iclasında dindirilmiş Şahid (Bakı şəhəri 9 saylı notariat ofisinin xüsusi notariusu) ifadəsində bildirmişdir ki, X12 20 dekabr 2022-ci il tarixli vəsiyyətnaməyə əli əsdiyindən şəxsən imza etməmişdir. Mərhum X10 idi, etibarnamədə soyadını özü qeyd etmişdir. X12 20 dekabr 2022-ci il tarixli vəsiyyətnamə tərtib edilən zaman anlaqlı olmuşdur. X8 20 dekabr 2022-ci il tarixli vəsiyyətnamə tərtib edilən zaman notariat ofisinə kiminlə gəldiyini xatırlamır. X8 20 dekabr 2022-ci il tarixli vəsiyyətnamə tərtib edilən zaman məcburi gətirildiyini hiss etməmişdir. Notariat ofisinə yaşlı şəxslər gəldikdə kimlə və nə məqsədlə notariat ofisinə gəldiyi barədə profilaktik söhbətlər də aparılır. 20 dekabr 2022-ci il tarixli vəsiyyətnaməni X28 imzalamışdır. Qeyd edir ki, mərhum vəsiyyətnamədə barmaq izini də qoymuşdur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, X31 ilə X13 birgə nikahda olmuş və onların birgə nikahlarından hazırki mülki iş üzrə İddiaçı, hazırki mülki iş üzrə Cavabdeh1 və onların digər bacıları X32 dünyaya gəlmişdir. X13 xx.xx.2003-cü il tarixdə, X31 isə 05 sentyabr 2023-cü il tarixdə vəfat etmişdir. X31 vəfat etdikdən sonra mərhumun qızları olan İddiaçı, Cavabdeh1 və mərhumun Cavabdeh1 olan nəvəsi Cavabdeh2 arasında əvvəllər mərhumun mülkiyyətində olmuş 3 əmlakla bağlı mübahisə yaranmışdır: 1. ünvan 4 ünvanında yerləşən 52 saylı mənzil; 2. Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka-2 bağ sahəsi, 974 saylı bağ evi və bağ evinin yerləşdiyi torpaq sahəsinin 0,03 ha hissəsi; 3. Bakı şəhəri, Xətai prospekti, Əhməd bəy Ağaoğlu və Qarabağ küçələrinin kəsişmələrində yerləşən yaşayış binasının 1-ci girişinin 4-cü mərtəbəsindəki 15 saylı mənzil. İş materiallarında olan sənədlərlə müəyyən edilmişdir ki, X31 (hədiyyə verən) və Cavabdeh2 (hədiyyə alan) arasında bağlanmış xx.xx.2021-ci il tarixli, reyestrdə 4Ə-908 nömrə ilə qeyd edilmiş daşınmaz əmlakın bağışlama müqaviləsinə əsasən X31 tam mülkiyyət hüququ üzrə ona məxsus olan ünvan 4 ünvanında yerləşən 52 saylı mənzilini nəvəsi Cavabdeh2 bağışlamışdır. X3 etibarnamə üzrə nümayəndəsi Cavabdeh1 və Cavabdeh2 tərəfindən imzalanmışdır. ünvan 4 ünvanında yerləşən 52 saylı mənzil xx.xx.2021ci il tarixdə Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində Cavabdeh2 adına qeydiyyata alınmış və hazırda onun mülkiyyətindədir. Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka-2 bağ sahəsi, 974 saylı bağ evinin X24 məxsus hissəsi Bakı şəhəri 9 saylı notariat kontoru tərəfindən təsdiq edilmiş xx.xx.2019-cu il tarixli 4Ə-857 reyestr nömrəli daşınmaz əmlakın bağışlanma müqaviləsinə əsasən xx.xx.2019-cu il tarixdə Cavabdeh1 adına qeydiyyatdan keçmişdir. Həmin əmlak Bakı şəhəri 12 saylı notariat ofisi tərəfindən təsdiq edilmiş xx.xx.2019-cu il tarixli 4Ə-555 reyestr nömrəli daşınmaz əmlakın bağışlanma müqaviləsinə əsasən xx.xx.2019-cu il tarixdə Cavabdeh2 adına qeydiyyatdan keçmişdir və hazırda onun mülkiyyətindədir. Mübahisə predmetini təşkil edən digər əmlak- Bakı şəhəri, Nərimanov rayonu, Xətai prospekti, Əhməd bəy Ağaoğlu və Qarabağ küçələrinin kəsişmələrində yerləşən yaşayış binasının 1-ci girişinin 4-cü mərtəbəsindəki 15 saylı mənzil X31 (satıcı) ilə X44 (alıcı) arasında bağlanmış 13 aprel 2023-cü il tarixli İlkin alqı-satqı müqaviləsinə əsasən X6. Belə ki, mübahisə predmetini təşkil edən hər üç daşınmaz əmlak, X31 vəfat etmədən əvvəl özgəninkiləşdirilmişdir. Bununla yanaşı 20 dekabr 2022-ci il tarixli, reyestrdə 8-İ/13683 nömrə ilə qeyd edilmiş vəsiyyətnaməyə əsasən X31 ölən günədək ona məxsus olan bütün daşınar və daşınmaz əmlakını nəvəsi Cavabdeh2 vəsiyyət etmişdir. Hazırda İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “bağılanma müqaviləsinin etibarsız hesab edilməsi, vəsiyyətnamənin etibarsız hesab edilməsi və s.” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2021-ci il tarixli bağışlama müqaviləsinin, xx.xx.2022-ci il tarixli vəsiyyətnamənin etibarsız hesab edilməsi, mərhum ataları X17 miras qalmış Nərimanov rayonu, Təbriz küçəsi, ev 89, blok 2, 52 nömrəli mənzilin ½ hissəsinin ona verilməsi, X7 Böyük Vətən müharibəsi iştirakçısı kimi hədiyyə şəklində dövlət tərəfindən verilmiş Bakı şəhəri, Xətai prospekti, Əhməd bəy Ağaoğlu və Qarabağ küçələrinin kəsişməsində yerləşən yaşayış binasının birinci girişinin 4-cü mərtəbəsindəki 4 otaqlı, ümumi sahəsi 139,1 kv.m olan 15 saylı mənzilin satışından əldə edilmiş pul vəsaitinin ½ hissəsinin, yəni yarısının ona verilməsi, ünvan 2 ünvanında yerləşən, ümumi 31,7 kv.m, yaşayış sahəsi 21 kv/m, yardımçı sahəsi 10,7 kv/m olan 1 otaqlı bağ evinin ½ hissəsinin, həmin mənzilin və həmin bağ sahəsində yerləşən vişkanın 2012-ci ildən hal-hazıra kimi kirayə verilməsindən cavabdehlərin əldə etdiyi gəlirlərin ½ hissəsinin ona verilməsi, 2012-ci ildən Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka-2 bağ torpaq sahəsinin atalarının mülkiyyətində qalmış 0,3 ha-ın ½ hissəsinin ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə ilk əvvəl iddia tələbinin “X31 (hədiyyə verən) və Cavabdeh2 (hədiyyə alan) arasında bağlanmış xx.xx.2021-ci il tarixli, reyestrdə 4Ə-908 nömrə ilə qeyd edilmiş daşınmaz əmlakın bağışlama müqaviləsinin və 20 dekabr 2022-ci il tarixli, reyestrdə 8-İ/13683 nömrə ilə qeyd edilmiş vəsiyyətnamənin etibarsız hesab edilməsi” hissəsinə münasibət bildirərək qeyd edir ki, iddia tələbi bu hissələrdə təmin olunmamalıdır. Mülki qanunvericiliyə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir (Mülki Məcəllənin 324.1, 324.2, 324.4 və 324.5-ci maddələri). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.2-ci maddəsinə əsasən, əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Həmin Məcəllənin 337.3-cü maddəsinə əsasən, əmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Həmin Məcəllənin 337.4-cü maddəsinə əsasən, etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Mülki Məcəllənin 342.1-ci maddəsinə əsasən, psixi pozuntu nəticəsində fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin bağladığı əqd etibarsızdır. Belə əqdin tərəflərindən hər biri aldıqlarının hamısını digər tərəfə eyni ilə qaytarmalı, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə onun dəyərini pulla ödəməlidir. Bundan başqa, əgər fəaliyyət qabiliyyətli tərəf digər tərəfin fəaliyyət qabiliyyəti olmadığını bilirdisə və ya bilməli idisə, ona dəymiş real zərərin əvəzini də ödəməlidir. Həmin Məcəllənin 342.2-ci maddəsinə əsasən, psixi pozuntu nəticəsində fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin bağladığı əqd onun xeyrinə olduqda qəyyumunun razılığı ilə etibarlı sayıla bilər. Həmin Məcəllənin 346.1-ci maddəsinə əsasən, fəaliyyət qabiliyyətli olsa da, əqd bağlandığı zaman öz hərəkətlərinin mənasını başa düşmədiyi və ya onlara rəhbərlik edə bilmədiyi vəziyyətdə fiziki şəxsin bağladığı əqd onun özünün və ya əqd bağlanması nəticəsində hüquqları və ya qanunla qorunan mənafeləri pozulmuş digər şəxslərin iddiası ilə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Həmin Məcəllənin 346.3-cü maddəsinə əsasən, şüurun itməsi və ya müvəqqəti psixi pozuntu zamanı edilmiş iradə ifadəsi etibarsız sayıla bilər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 02 aprel 2021-ci il tarixli qərarında qeyd edilmişdir ki, qanunvericilikdə bütün əqdlər üçün tələb olunan etibarlılıq şərtləri ilə yanaşı, yalnız müəyyən növ əqdlər baxımından tələb olunan xüsusi etibarlılıq şərtləri də nəzərdə tutulmuşdur. Əqdlərin ümumi etibarlılıq şərtləri içərisində onun iştirakçılarının anlaqlılığı xüsusi əhəmiyyət daşıyır. Belə ki, əqd yalnız şəxsin müəyyən bir hüquqi nəticəni, yəni mülki hüquq və öhdəlikləri yaratmaq üçün etmiş olduğu iradə ifadəsinin nəticəsində əmələ gəlir. Bu səbəbdən, etibarlı bir əqdin yaranması üçün hər şeydən əvvəl əqdi əmələ gətirən iradə mövcud olmalıdır. İradənin mövcudluğu üçün isə anlaqlılığın olması zəruridir. Şəxsin iradəsini əmələ gətirən onun anlaqlılığıdır, anlaqlılıq olmadığı təqdirdə şəxsin formalaşmış iradəsindən də bəhs oluna bilməz. Anlaqlılıq fiziki şəxslərə xas olmaqla onun şüurlu şəkildə hərəkət edə bilmə qabiliyyətini ifadə edir. Fiziki şəxsin fəaliyyət qabiliyyəti onun anlaqlılıq səviyyəsinə uyğun olaraq formalaşır. Mülki qanunvericiliyə görə fiziki şəxslərin anlaqlılığına təsir edən başlıca iki faktor mövcuddur. Bunlar azyaşlılıq və şəxsin psixi (əqli) sağlamlıq vəziyyətidir. Fiziki şəxslər anlaqlılıq səviyyələrinə uyğun olaraq tam fəaliyyət qabiliyyətlilər, məhdud fəaliyyət qabiliyyətlilər və fəaliyyət qabiliyyətsizlər şəklində ümumi qruplara ayrılmışdır. Hər bir fiziki şəxsin bağladığı əqdin etibarlılığı onun fəaliyyət qabiliyyəti baxımından hansı qrupa aid olmasına və həmin kateqoriya üçün müəyyən edilmiş şərtlərə uyğunluğuna əsasən müəyyən edilir. Belə ki, fiziki şəxsin anlaqlılığını müvəqqəti, keçici olaraq itirməsi həmin şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab olunmasına hüquqi əsas vermir. Lakin anlaqlılığını müvəqqəti itirən şəxs fəaliyyət qabiliyyətli hesab olunsa da, Mülki Məcəllənin 346.1-ci maddəsinə uyğun olaraq, əqdin bağlanması zaman anlaqlılığın olmamasının sübuta yetirilməsi ilə həmin əqdin etibarsızlığının məhkəmə qərarı ilə təsdiq edilməsi imkanı nəzərdə tutulmuşdur. Qeyd olunduğu kimi, əqd iradəvi akt olduğundan etibarlı olması üçün onu bağlayan şəxsin məhz həmin anda anlaqlı olması, şüurlu şəkildə öz hərəkətlərinin mənasını və yarada biləcək nəticələrini dərk edib buna uyğun şəkildə hərəkət etməsi mütləqdir. Mülki Məcəllənin fəaliyyət qabiliyyətli olsa da, öz hərəkətlərinin mənasını başa düşməyən və ya onlara rəhbərlik edə bilməyən fiziki şəxsin bağladığı əqdin etibarsızlığını müəyyən edən 346.1-ci maddəsi də məhz bu mövqedən şərh edilməlidir. Qeyd olunan maddə ilə fəaliyyət qabiliyyətli olsa da, əqd bağlandığı zaman öz hərəkətlərinin mənasını başa düşmədiyi və ya onlara rəhbərlik edə bilmədiyi vəziyyətdə fiziki şəxsin bağladığı əqdin etibarsızlığının onun özünün və ya əqd bağlanması nəticəsində hüquqları və ya qanunla qorunan mənafeləri pozulmuş digər şəxslərin tələbi ilə məhkəmə qaydasında təsdiq oluna bilməsi nəzərdə tutulmuşdur. Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, anlaqlılığın itməsinin daimi və ya müvəqqəti xarakter daşımasından asılı olmayaraq, əqd bağlanan anda öz hərəkətlərinin mənasını başa düşməyən və ya onlara rəhbərlik edə bilməyən fiziki şəxsin bağladığı əqd iradəyə əsaslanmadığından, bağlandığı andan etibarsızdır. Əks yanaşma əqd anlayışının hüquqi mahiyyətinə zidd olmaqla, əqd əsasında yaranan münasibətləri tənzimləyən mülki hüquq norma və prinsiplərinin pozulmasına səbəb olar. Konstitusiya Məhkəməsi Plenumunun T.Qasımovanın şikayəti üzrə 2020-ci il 1 dekabr tarixli Qərarında qeyd olunmuşdur ki, müqaviləni öhdəlik hüquq münasibətlərinin digər yaranma əsaslarından fərqləndirən başlıca xüsusiyyət onun məhz tərəflərin qarşılıqlı iradə ifadəsinin nəticəsi olmasıdır. Bu səbəbdən də müqavilənin etibarlılıq şərtlərindən biri tərəflərin qarşılıqlı iradə ifadəsinin və hüquqi niyyətlərinin vahidliyi və həqiqiliyi ilə bağlıdır. Müqavilənin etibarlılığı üçün zəruri olan bu tələb isə müqavilə münasibətlərinin tənzimlənməsində əsas rola malik müqavilə azadlığı prinsipindən irəli gəlir. Beləliklə, Mülki Məcəllənin 346.1-ci maddəsinə uyğun olaraq, anlaqlılığın müvəqqəti olaraq itirilməsi hallarında bağlanmış əqdin etibarsızlığı mənafeyinə toxunulan şəxslərin müraciəti əsasında anlaqsızlığın sübuta yetirilməsi ilə məhkəmə tərəfindən təsdiq oluna bilər. Odur ki, əqd bağlanan anda öz hərəkətlərinin mənasını başa düşməyən və ya onlara rəhbərlik edə bilməyən fiziki şəxsin bağladığı əqd etibarsızdır və sonradan hüquq sahibi tərəfindən bəyənilmədiyi təqdirdə arzu olunan heç bir hüquqi nəticələri yarada bilməz. Belə əqd üzrə icra edilmiş hərəkətlərin nəticələrinin tənzimlənməsi qaydası əhəmiyyətsiz əqdlərdə olduğu kimidir. Qeyd edilən normanın məqsədi anlaqlılığını müvəqqəti itirən şəxslərin mənafeyini qorumaq olduğundan, həmin şəxslərin bağladıqları əqd sonradan bəyənilməklə etibarlı hala gətirilə bilər. Belə ki, qanunvericiliyin mənasına görə əqdlərin etibarlı olması üçün qanunda nəzərdə tutulmuş dörd qrup şərtin (tələbin) olması vacibdir: əqdin subyektiv tərkibinə aid edilən şərt; əqdin məzmununa aid edilən şərt; əqddə iradə və iradəni ifadə etmənin vəhdətinə aid edilən şərt; əqdin formasına aid edilən şərt. Bu şərtlərin hamısı olduqda, müvafiq əqd etibarlı əqd kimi tanınır və qəbul edilir, habelə subyektlərin əqd bağladıqları zaman cəhd göstərdikləri və arzu etdikləri hüquqi nəticələr doğurur. Göstərilən şərtlərdən hər hansı birinə əməl edilməməsi əqdin etibarsızlığına səbəb olur. Əqdin etibarsızlığı dedikdə, mülki qanunvericilikdə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanan və məzmununda nəzərdə tutulmuş mülki hüquq münasibətləri yaratmayan, yalnız özünün etibarsızlığı ilə bağlı nəticələrə səbəb olan əqd anlaşılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1166-cı maddəsinə əsasən Fiziki şəxs ölməsi halı üçün öz əmlakını və ya onun bir hissəsini həm vərəsələr sırasından, həm də kənar adamlar sırasından bir və ya bir neçə şəxsə qoya bilər. Həmin Məcəllənin 1167-ci maddəsinə əsasən, vəsiyyətnamənin tərtib edildiyi məqamda öz hərəkətləri barəsində şüurlu mühakimə yürüdə bilən və öz iradəsini aydın ifadə edə bilən yetkinlik yaşına çatmış fəaliyyət qabiliyyətli şəxs vəsiyyət edə bilər. Həmin Məcəllənin 1168-ci maddəsinə əsasən, vəsiyyətnaməni şəxsən vəsiyyət edən tərtib etməlidir. Vəsiyyətnamənin nümayəndə vasitəsilə tərtibinə yol verilmir. Həmin Məcəllənin 1179.1-ci maddəsinə əsasən, vəsiyyətnamə yazılı formada tərtib edilməlidir. Həm də notariat formasında və ya bunsuz yazılı vəsiyyətnaməyə yol verilir. Həmin Məcəllənin 1179.2-ci maddəsinə əsasən, notariat forması tələb edir ki, vəsiyyətnaməni vəsiyyət edən tərtib etsin və imzalasın, notarius, notariusun olmadığı yerlərdə isə müvafiq icra hakimiyyəti orqanları təsdiqləsin. Həmin Məcəllənin 1180.1-ci maddəsinə əsasən, vəsiyyətnaməni vəsiyyət edənin sözlərindən notariusun iki şahidin yanında yazmasına yol verilir. Vəsiyyətnamənin yazılması zamanı hamılıqla qəbul olunmuş texniki vasitələr tətbiq edilə bilər. Həmin Məcəllənin 1180.2-ci maddəsinə əsasən, vəsiyyət edənin sözlərindən notariusun yazdığı vəsiyyətnaməni vəsiyyət edən oxumalı və notariusun, şahidlərin yanında imzalamalıdır. Həmin Məcəllənin 1182-ci maddəsinə əsasən əgər vəsiyyət edən hər hansı səbəbdən vəsiyyətnaməni özü imzalaya bilmirsə, onun xahişi ilə başqa fiziki şəxs imzalaya bilər. Bu zaman vəsiyyət edənin hansı səbəbdən vəsiyyətnaməni imzalaya bilmədiyi göstərilməlidir. İddia tələbinin məzmunundan, o cümlədən iddiaçı tərəfin məhkəmə iclaslarında verdiyi izahatlarından da görünür ki, iddiaçı xx.xx.2021-ci il tarixli, reyestrdə 4Ə-908 nömrə ilə qeyd edilmiş daşınmaz əmlakın bağışlama müqaviləsinin və 20 dekabr 2022-ci il tarixli, reyestrdə 8- İ/13683 nömrə ilə qeyd edilmiş vəsiyyətnamənin etibarsız hesab olunmasını atası X19 həmin müqavilə bağlanan zaman xəstəliyi ilə əlaqədar öz hərəkətlərinin mənasını başa düşməməsi, onlara rəhbərlik edə bilməməsi ilə əsaslandırmışdır. Məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən X11 olan dövrdə mübahisəli əmlakların özgəninkiləşdirilməsi və vəziyyət edən zaman öz hərəkətinin mənasını başa düşə bilməməsi və öz hərəkətini idarə edə bilməməsi barədə məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. X31 (hədiyyə verən) və Cavabdeh2 (hədiyyə alan) arasında bağlanmış xx.xx.2021-ci il tarixli, reyestrdə 4Ə-908 nömrə ilə qeyd edilmiş daşınmaz əmlakın bağışlama müqaviləsi bağlanan zaman qanunvericiliyin tələblərinə əməl olunmuş, bağışlama müqaviləsinin etibarsız hesab edilməsi üçün məhkəmə iclasında hər hansı bir əsas müəyyən edilməmişdir. Həmçinin 20 dekabr 2022-ci il tarixli, reyestrdə 8-İ/13683 nömrə ilə qeyd edilmiş vəsiyyətnamədən görünür ki, vəsiyyətnamə Bakı şəhəri 9 saylı notariat kontorunun xüsusi notariusu ŞahidZ tərəfindən təsdiq edilib. X1 parkinson xəstəsi olması səbəbindən şəxsən özünün xahişi ilə X28 notariusun iştirakı ilə imza etmişdir. Həmçinin, X31 vəsiyyətnaməyə öz barmaq izini də qoymuşdur. Vəsiyyət edənin şəxsiyyəti müəyyən edilmiş, fəaliyyət qabiliyyəti yoxlanmışdır. Vəsaiyyətnamə iki nəfər şahidin: X20 və X29 şahidliyi ilə komputerdə yazılmışdır. Belə ki, Bakı şəhəri 9 saylı notariat kontorunun xüsusi notariusu Şahid məhkəmə iclasında dindirilmiş və o, ifadəsində bildirmişdir ki, X12 20 dekabr 2022-ci il tarixli vəsiyyətnaməyə əli əsdiyindən şəxsən imza etməmişdir. Mərhum X10 olmuş, etibarnamədə imzası və soyadı qeyd edilmişdir. X12 20 dekabr 2022-ci il tarixli vəsiyyətnamə tərtib edilən zaman anlaqlı olmuşdur. X8 20 dekabr 2022ci il tarixli vəsiyyətnamə tərtib edilən zaman notariat ofisinə kiminlə gəldiyini xatırlamır. X8 20 dekabr 2022-ci il tarixli vəsiyyətnamə tərtib edilən zaman məcburi gətirildiyini hiss etməmişdir. Notariat ofisinə yaşlı şəxslər gəldikdə kimlə və nə məqsədlə notariat ofisinə gəldiyi barədə profilaktik söhbətlər də aparılır. 20 dekabr 2022-ci il tarixli vəsiyyətnaməni X28 imzalamışdır. Mərhum vəsiyyətnamədə barmaq izini də qoymuşdur. Qanunvericiliyə əsasən hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi faktı təsdiq edən sübutları məhkəməyə təqdim etməlidir. Bu baxımdan əqdlərin etibarsızlığının sübut etmə yükü iddiaçının üzərinə düşür. Əksi sübut olunana qədər X31 (hədiyyə verən) və Cavabdeh2 (hədiyyə alan) arasında bağlanmış xx.xx.2021-ci il tarixli, reyestrdə 4Ə-908 nömrə ilə qeyd edilmiş daşınmaz əmlakın bağışlama müqaviləsi və 20 dekabr 2022-ci il tarixli, reyestrdə 8-İ/13683 nömrə ilə qeyd edilmiş vəsiyyətnamə etibarlı hesab edilməlidir. Bununla yanaşı iddiaçı tərəf məhkəmə iclasında verdiyi izahatında atasının cavabdehlər tərəfindən döyüldüyünü qeyd etsə də, cavabdehlərdən qorxduğundan döyülməsi ilə bağlı polis idarəsinə şikayət ərizəsi ilə müraciət etmədiyini, atasının döyülməsi barədə sübutun iş materiallarında olan fotoşəkil olduğunu bildirmişdir. Məhkəmə hesab edir ki, mərhumun atasının fotoşəkili mötəbər sübut hesab oluna bilməz, həmçinin fotoşəkilə nəzər yetirməklə hər hansı bir şəxsin döyülməsinin və yaxud kimin tərəfindən döyülməsinin müəyyən edilməsi mümkünsüz və absurd məsələdir. Məhkəmə qeyd edilənləri nəzərə alaraq hesab edir ki, X19 bağışlama müqaviləsini və vəziyyətnaməni imzalayan zaman öz hərəkətlərinin mənasını başa düşməməsi və ya onlara rəhbərlik edə bilməməsi halları iş materialları ilə sübuta yetirilmədiyindən həmin müqavilənin və vəsiyyətnamənin etibarsız hesab edilməsi üçün heç bir qanuni əsas mövcud deyil. Ona görə də iddia tələbi bu hissələrdə təmin edilməməlidir. Məhkəmə həmçinin iddia tələbinin digər hissələrinə münasibətdə də qeyd edir ki, iddia tələbi digər hissələrdə - “mərhum ataları X17 miras qalmış Nərimanov rayonu, Təbriz küçəsi, ev 89, blok 2, 52 nömrəli mənzilin ½ hissəsinin ona verilməsi, X7 Böyük Vətən müharibəsi iştirakçısı kimi hədiyyə şəklində dövlət tərəfindən verilmiş Bakı şəhəri, Xətai prospekti, Əhməd bəy Ağaoğlu və Qarabağ küçələrinin kəsişməsində yerləşən yaşayış binasının birinci girişinin 4cü mərtəbəsindəki 4 otaqlı, ümumi sahəsi 139,1 kv.m olan 15 saylı mənzilin satışından əldə edilmiş pul vəsaitinin ½ hissəsinin, yəni yarısının ona verilməsi, ünvan 2 ünvanında yerləşən, ümumi 31,7 kv.m, yaşayış sahəsi 21 kv/m, yardımçı sahəsi 10,7 kv/m olan 1 otaqlı bağ evinin ½ hissəsinin, həmin mənzilin və həmin bağ sahəsində yerləşən vişkanın 2012-ci ildən halhazıra kimi kirayə verilməsindən cavabdehlərin əldə etdiyi gəlirlərin ½ hissəsinin ona verilməsi, 2012-ci ildən Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka-2 bağ torpaq sahəsinin atalarının mülkiyyətində qalmış 0,3 ha-ın ½ hissəsinin ona verilməsi” hissələrində də təmin edilməməlidir. Belə ki, iddia tələbi bu hissələrdə bağışlama müqaviləsinin, vəsiyyətnamənin etibarsız hesab edilməsi hissələrindən asılı olduğundan və məhkəmənin yuxarda qeyd edilən qənaəti ilə iddia bağışlama müqaviləsinin, vəsiyyətnamənin etibarsız hesab edilməsi hissəsində təmin edilmədiyindən, həmin hissələrdə də iddia təmin edilə bilməz. Bununla yanaşı, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, miras əmlak kimi bölüşdürülməsi nəzərdə tutulan mübahisəli ünvan 5 ünvanında yerləşən 0,03 ha torpaq sahəsi və ümumi sahəsi 31,7 kv.m olan 1 otaqlı bağ evi və ünvan 4 ünvanında yerləşən 52 saylı mənzil mərhumun sağlığında, vəsiyyətnamə tərtib edilənə qədər özgəninkiləşdirilmişdir. Belə olduğu təqdirdə, həmin əmlaklar ümumiyyətlə miras əmlakı hesab edilmir. Belə ki, şəxs sağlığında, vəsiyyətnamə tərtib edənə qədər özgəninkiləşdirdiyi əmlakı vəsiyyətnamə ilə vəsiyyət edə bilməz. Bu baxımdan 20 dekabr 2022ci il tarixli, reyestrdə 8-İ/13683 nömrə ilə qeyd edilmiş vəsiyyətnamədə daşınmaz əmlak dedikdə mərhumun sağlığında, vəsiyyətnamə tərtib edilənə qədər özgəninkiləşdirdiyi əmlaklar (xx.xx.2019-cu il tarixli, reyestrdə 4Ə-857 nömrə ilə qeyd edilmiş daşınmaz əmlakın bağışlama müqaviləsinə əsasən qızı Cavabdeh1 bağışlamış ünvan 5 ünvanında yerləşən 0,03 ha torpaq sahəsi və ümumi sahəsi 31,7 kv.m olan 1 otaqlı bağ evi və xx.xx.2021-ci il tarixli, reyestrdə 4Ə- 908 nömrə ilə qeyd edilmiş daşınmaz əmlakın bağışlama müqaviləsinə əsasən nəvəsinə bağışladığı ünvan 4 ünvanında yerləşən 52 saylı mənzil) nəzərdə tutulmamalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Digər mübahisəli Bakı şəhəri, Nərimanov rayonu, Xətai prospekti, Əhməd bəy Ağaoğlu və Qarabağ küçələrinin kəsişmələrində yerləşən yaşayış binasının 1-ci girişinin 4-cü mərtəbəsindəki 15 saylı mənzil isə vəsiyyətnamə tərtib edildikdən, lakin X31 vəfat edənə qədər 13 aprel 2023-cü il tarixli İlkin alqı-satqı müqaviləsinə əsasən X6. Beləliklə, məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “bağılanma müqaviləsinin etibarsız hesab edilməsi, vəsiyyətnamənin etibarsız hesab edilməsi və s.” tələbi barədə iddiası əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. İş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni iddia rədd edilməli olduğundan hazırkı iddianın qaldırılması ilə əlaqədar İddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş dövlət rüsumu ona aid olunmalıdır. Şərh olunanlara və Azərbaycan Respublikası MPM-nin 216-220, 227və 360-cı maddələrinə əsasən, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “bağılanma müqaviləsinin etibarsız hesab edilməsi, vəsiyyətnamənin etibarsız hesab edilməsi və s.” tələbi barədə iddiası rədd edilsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Kərim Xudayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar