Məhkəmə qərarları › İş №e-2(004)-5286/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №e-2(004)-5286/2023

10.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr - Digər icarə müqavilələri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(004)-5286/2023 10.10.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Məmmədov Ayaz Süleyman oğlu, İddiaçı X1 Cavabdeh qarşı “qeyri-yaşayış sahəsindən çıxarılmanın qanunsuz hesab edilməsi, artıq ödənilmiş icarə haqqının qaytarılması, çəkilmiş xərcin əvəzinin, əldə çıxmış faydanın və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsinə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı X3 Cavabdeh qarşı “qeyri-yaşayış sahəsindən çıxarılmanın qanunsuz hesab edilməsi, artıq ödənilmiş icarə haqqının qaytarılması, çəkilmiş xərcin əvəzinin, əldə çıxmış faydanın və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2023cü il tarixdə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası MPM-nin 151.1-ci maddəsinə əsasən ərizəsinin bu Məcəllənin tələblərinə riayət edilməklə verilməsi yoxlanılmalıdır. Məhkəmə iddia ərizəsini nəzərdən keçirib hesab edir ki, iddia ərizəsi məhkəmə aidiyyəti qaydalarına riayət edilmədən verildiyinə görə, geri qaytarılmalıdır. Belə ki, iddia ərizəsindən və əlavə olunmuş sənədlərdən müəyyən olunur ki, iddiaçı X3 VÖEN ********** olmaqla fiziki şəxs kimi fəaliyyət göstərir, həmçinin Cavabdeh VÖEN ********** olmaqla xx.xx.2006-cı il tarixdən fiziki şəxs kimi fəaliyyət göstərir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Həmin Məcəllənin 26.1-ci maddəsinə görə, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Həmin Məcəllənin 31.1-ci maddəsinə görə isə, aidiyyət qaydalarının pozulmasına yol verilmir. Azərbaycan Respublikası MPM-nin 152.1.3-cü maddəsində əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Beləliklə, məhkəmə hesab edir ki, hazırki iddia ərizəsi üzrə iddiaçı X3 VÖEN ********** olmaqla və həmçinin Cavabdeh VÖEN ********** olmaqla xx.xx.2006-cı il tarixdən fiziki şəxs kimi fəaliyyət göstərdiyindən iddia tələbi kommersiya fəaliyyəti ilə bağlıdır və bununla da, hazırki iddia tələbinə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadığından, kommersiya məhkəməsində baxmalı olduğundan iddia ərizəsi və əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iddia ərizəsi geri qaytarıldıqda ödənilmiş dövlət rüsumu geri qaytarılır. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 152, 263-264, 268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı X1 Cavabdeh qarşı “qeyri-yaşayış sahəsindən çıxarılmanın qanunsuz hesab edilməsi, artıq ödənilmiş icarə haqqının qaytarılması, çəkilmiş xərcin əvəzinin, əldə çıxmış faydanın və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçılara izah olunsun ki, ərizənin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə aidiyyəti üzrə məhkəməyə müraciət etməyə mane olmur. xx.xx.2023-cü il tarixli, ********** nömrəli qəbz ilə ödənilmiş 160 (bir yüz altmış) manat dövlət rüsumu Bakı şəhəri üzrə Baş Maliyyə İdarəsi tərəfindən X2 qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra tərəflər 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verə bilərlər. Sədrlik edən: Ayaz Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar