Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(004)-5290/2023 14.11.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Həsənova Aysel Zaur qızının katibliyi ilə, Cavabdeh ASC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh ASC-yə qarşı “zaminlik müqaviləsinə xitam verilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin hazırlıq iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh ASC-yə qarşı “zaminlik müqaviləsinə xitam verilməsi” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət edərək, onun 22-G-4-0-1609-14 saylı xx.xx.2014-cü il tarixli kredit müqaviləsinin təminatı olduğu zaminliyə xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmənin hazırlıq iclasının yeri və vaxtı barədə tərəflərə məlumat verilmişdir. İddiaçı, onun nümayəndəsi və vəkili məhkəmənin hazırlıq iclasına gəlməmişlər. İddiaçı nümayəndəsi və vəkili Vəkil xx.xx.2023-cü il tarixdə elektron kabinet vasitəsilə məhkəməyə ərizə göndərərək, iddiaçı Cavabdeh ASC-nin cavabdeh X2 və qeyrilərinə qarşı, həmçinin X1 Cavabdeh ASC-yə qarşı iddiası ilə bağlı qəbul edilən Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(011)-101/2022 nömrəli qətnaməsindən X3 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə Bakı Apellyasiya Məhkəməsinin qəbul etdiyi 20 iyun 2023-cü il tarixli 2(103)-450/2023 nömrəli qətnaməsi Azərbaycan Respublikası Ali Məhkəmə Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli 2(102)-4137/2023 nömrəli qərarı ilə tam ləğv edilərək, işin yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Bu qərar İddiaçı iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciətindən sonra qəbul edilmişdir. Bakı Apellyasiya Məhkəməsi həmin işə mahiyyəti üzrə baxacağı üçün hazırkı mübahisənin Bakı Apellyasiya Məhkəməsində qaldırılması mümkün olduğundan, hazırkı iş baxılmamış saxlanılmalı və bununla bağlı əsaslandırılmış qərardad qəbul edilməlidir. Odur ki, işin baxılmamış saxlanılmasını və ödənilmiş dövlət rüsumunun geri qaytarılmasını xahiş etmişdir. Cavabdeh ASC-nin nümayəndəsi Nümayəndə məhkəmənin hazırlıq iclasında izahat verərək bildirdi ki, iddiaçı Cavabdeh ASC-nin cavabdeh X2 və qeyrilərinə qarşı, həmçinin X1 Cavabdeh ASC-yə qarşı iddiası ilə bağlı qəbul edilən Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(011)-101/2022 nömrəli qətnaməsindən X3 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə Bakı Apellyasiya Məhkəməsinin qəbul etdiyi 20 iyun 2023-cü il tarixli 2(103)-450/2023 nömrəli qətnaməsi Azərbaycan Respublikası Ali Məhkəmə Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli 2(102)-4137/2023 nömrəli qərarı ilə tam ləğv edilərək, işin yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Həmin işə baxılan zaman İddiaçı ilə bağlanmış zaminlik müqaviləsinin qanuniliyinə və İddiaçı zaminliyinə xitam verilməli olubolmamasına apellyasiya məhkəməsində işə yenidən baxılarkən qiymət veriləcəkdir. Odur ki, hazırkı iş üzrə iddia ərizəsinin geri qaytarılmasını xahiş edir. Məhkəmə iddiaçının, onun nümayəndəsi və vəkilinin iştirakı olmadan məhkəmənin hazırlıq iclasının keçirilməsini mümkün hesab edir. Məhkəmə cavabdehin nümayəndəsinin izahatını dinləyib, iddiaçının nümayəndəsi və vəkilinin iddia ərizəsinin geri qaytarılmasına dair xx.xx.2023-cü il tarixli elektron ərizəsini nəzərdən keçirib hesab edir ki, Azərbaycan Respublikası MPM-in 170.1-ci maddəsinin tələbinə uyğun olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 114, 170-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizə təmin edilsin. İddiaçı Cavabdeh ASC-yə qarşı “zaminlik müqaviləsinə xitam verilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya qaytarılsın. "xxxx" ASC vasitəsilə xx.xx.2023-cü il tarixli ********** nömrəli sənədə əsasən Bakı şəhəri Yasamal rayon Məhkəməsinə dövlət rüsumu kimi ödənilmiş 100 (yüz) manat pul Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Bakı şəhəri üzrə Baş Maliyyə İdarəsi tərəfindən İddiaçı qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Vahid Hacıyev
Məhkəmə qərarları › İş №e-2(004)-5290/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №e-2(004)-5290/2023
14.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Zaminlik müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver