Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-5294/2023 28.11.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi, Hacıyev Ceyhun Kamal oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh qarşı «pul» tələbinə dair sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət edərək, cavabdehdən 1390,66 manat borc və ödənilmiş 33,91 manat dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2014-cü il tarixli “İddiaçı ASC-nin 552229****3318 nömrəli Mastercard Platinium plastik kartlarının əldə edilməsi və istifadəsinə dair” müqaviləyə əsasən əsasən sonuncuya kart verilmişdir. Cavabdeh tərəfindən müqavilə əsasında yaradılmış 5417*****0861 saylı kart hesabına xx.xx.2015-xx.xx.2019-ci il tarixdən yaranan texniki xəta səbəbindən onun qeyd olunan kart hesabında yetərli pul vəsaiti olmadığı halda banka məxsus 1390.66 manat məbləğində pul vəsaitini istifadə etmişdir. Bank tərəfindən müvafiq düzəlişlər aparılaraq Cavabdeh tərəfindən istifadə edilmiş banka məxsus vəsaitin geri qaytarılması istiqamətində işlər görülmüş, lakin qeyd olunan vəsait cavabdeh tərəfindən nağdlaşdırıldığından (qeyd olunan pul vəsaiti istifadə olunduğundan) həmin vəsaitin geri qaytarılması mümkün olmamışdır. Göstərilən pul vəsaitinin Cavabdeh tərəfindən istifadə olunması nəticəsində isə hal-hazırda onun banka 1390.66 manat məbləğində faiz borcu, olmaqla cəmi 1390.66 Manat məbləğində borcu yaranmışdır. Bildirir ki, xx.xx.2014-cü il tarixli müqavilə və Azərbaycan Respublikası mülki qanunvericiliyinə əsasən yaranmış borcun ödənilməsi barədə cavabdehə edilmiş şifahi və yazılı müraciətlər nəticəsiz qalmışdır. xx.xx.2023-cü il tarixdə Cavabdeh ərizə ilə məhkəməyə müraciət edərək mülki işin iddia icraatına keçirilməsi və iddia tələbi üzrə iddia müddətinin tətbiq edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-5294/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə mülki iş cavabdehin ərizəsinə əsasən iddia icraatına keçirilmişdir. Cavabdeh xx.xx.2023-cü il tarixdə iddia müddətinin tətbiq edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək iddia tələbi üzrə iddia müddətinin keçməsi nəzərə alınaraq iddianın rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçıya məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. İddiaçının məhkəmə iclasına gəlməməsinin səbəbləri barəsində məlumat olmadığından və cavabdeh mahiyyəti üzrə işə baxılmasını tələb etdiyindən məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahat verərək bildirir ki, iddia ilə razı deyildir. Belə ki, onun heç bir kredit borcu olmamışdır. Bu məsələ texniki overdraft ola bilər. Lakin bu hadisə 2015-ci ildə baş vermiş, 2019-cu ildə isə müqavilənin müddəti bitmişdir. İddiaçı ASC-də heç bir krediti olmamışdır, onların heç bir pul ödəməsi olmamışdır. Belə ki, ona aid şəxsi vəsaitin olduğu manat hesabından bankın ABŞ dollarla bankomatından ona aid şəxsi vəsaiti məxaric etmişdir. Məxaric etdikdən bir neçə gün sonra devalivasiya baş vermişdir. Bank yeni məzənnə ilə hesabladığı zaman texniki borc yaranmış olur. Bu isə bankın xərclərinə daxil olan xərcdir, müştəri ilə heç bir əlaqəsi yoxdur. Həmçinin, iddia müddəti də keçdiyi üçün iddianın rədd edilməsini xahiş edir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iş materiallarında olan iddiaçının istinad etdiyi İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2014-cü il tarixli plastik kartlarının əldə edilməsi və istifadəsinə dair müqaviləyə əsasən bank - İddiaçı ASC müştəriyə - Cavabdeh onun ərizəsi əsasında müvafiq bank kartını təqdim etməyi, müştəri isə müvafiq şərtlərə əməl etməyi və müqavilədən irəli gələn ödənişləri ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 10-cu bəndinə əsasən istifadəçi yaranmış borcu banka ödıəməlidir. Nağd pul öəməliyyatına görə hesablanan komisyon haqqı bank tərəfindən nağd pul alma tarixindən tətbiq olunur. Ödəmələrdə bank tərəfindən müəyyən edilən valyuta məzənnələri əsas götürülür. İstifadəçi limitini aşdığı təqdirdə kartın itifadəsini dayandıracağını, bu müqaviləyə əsasən olan bütün borc və ödəliklərini təcili yerinə yetirəcəyini və bununla əlaqədar hesablanacaq cərimələri ödəməyi öhdəsinə götürmüşdür. - xx.xx.2023-cü il tarixli hesab haqqında məlumata əsasən müəyyən olunur ki, Cavabdehnın **********006660002 hesab nömrəli debet kartı ilə xx.xx.2015-ci il tarixdə 1390,66 manat məbləğində pul mədaxil edilmiş və xx.xx.2019-cu il tarixdə hesabdan 1390,66 manat məbləğində pul nəğdləşdirilərək məxaric edilmişdir. - İddiaçı ASC tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli maliyyə arayışına əsasən müəyyən olunur ki, Cavabdeh overdraft nəticəsində ümumilikdə 1390,66 məbləğində borcu yaranmışdır. İşin məhkəmə tərəfindən müəyyən edilmiş halları odur ki, iddiaçı ilə Cavabdeh arasında plastik kartlarının əldə edilməsi və istifadəsinə dair müqavilə bağlanmışdır. Bankla Cavabdeh arasında plastik kartlarının əldə edilməsi və istifadəsinə dair müqavilədən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmış və Cavabdeh bank qarşısında öhdəliyini pozmuş, texniki overdraft nəticəsində karta mədaxil edilmiş məbləği nəğdləşdirmişdir. Məhkəmə qeyd edir ki, bankın Cavabdeh qarşı müqavilə üzrə borc tələbi əsaslı olsa da, iddiaçı iddia qaldırmaq üçün iddia müddətini ötürmüşdür. Belə ki, İddiaçı ASC ilə Cavabdeh arasında müqavilə xx.xx.2014-cü ildə bağlanmış, qeyd olunan borc isə xx.xx.2019-cu il tarixdə yaranmışdır. İddiaçı isə 2023-cü ildə iddia ilə məhkəməyə müraciət etmişdir. Bununla da iddiaçı məhkəməyə ağlabatan müddətdə müraciət etməmişdir. Həmin vaxtdan 3 ildən artıq müddət keçmiş, bu müddət ərzində bank tərəfindən borcla bağlı hər hansı tədbir görülməmişdir. Ona görə də göstərilən müddət ağlabatan hesab edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.2-ci maddəsinə görə hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Həmin Məcəllənin 375.2-ci maddəsinə əsasən, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 03 iyun 2013cü il tarixli qərarında qeyd edilmişdir ki, iddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. Kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. İddia müddətlərinin və onların müəyyənləşdirilməsinin qaydalarını nəzərdə tutan qanunun tələbləri əsasən imperativ xarakter daşıyır. Eyni zamanda qanun məhkəmə tərəfindən iddia müddətinin yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilməsi barədə son dərəcə vacib qaydanı nəzərdə tutur (MM 375.2-ci maddəsi). Bu o deməkdir ki, cavabdeh iddia müddətinin keçməsindən istifadə etmək istəmirsə və məsələ ilə bağlı ərizə vermirsə məhkəmə işə mahiyyəti üzrə baxmalı və hər hansı müddətin keçməsinə baxmayaraq iddiaçı və cavabdeh arasında olan maddihüquqi mübahisə üzrə qərar qəbul etməlidir. Beləliklə, məhkəmə qeyd edir ki, İddiaçı ASC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddiası müddət ötürüldüyündən təmin edilməməlidir. Məhkəmə qeyd edir ki, iddia tələbi təmin edilmədiyindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası 119-cu maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ : İddia tələbi təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günel Əkbərli
Məhkəmə qərarları › İş №e-2(004)-5294/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-5294/2023
28.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver