Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-533/2024 12.02.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, İmanzadə Ziya Yadigar oğlunun katibliyi, İddiaçılar İddiaçı1 və İddiaçı2, İddiaçı1 nümayəndəsi və vəkili Vəkil, Cavabdehlər Cavabdeh1, Cavabdeh4 və Cavabdeh3 iştirakları ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “vərəsəlikdən məhrumetmə” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “vərəsəlikdən məhrumetmə” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X4 ikinci növbəli vərəsəsi olan mərhum qardaşı X47 oglunun evladları olan X24, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 atalarına çatası vərəsəlik hüququndan məhrum edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, atası X20 4 övladı olub. 1965-1967-ci illərdə Nərimanov prospekti 500 ev 6 mənzil 88-də kooperativ mənzil almışdır. Həmin evdə iddiaçılar qeydiyyatda olmuşlar. xx.xx.1997-ci il tarixdə atası həmin mənzili özəlləşdirmişdir. xx.xx.2006-cı ildə atası qeyd olunan mənzili iddiaçıların razılığı əsasında qardaşları Əhmədov Hacının adına kecirillmişdir. Bir müddət sonra valideynləri ancaq iddiaçılarında istifadəsində olmaq şərti ilə bağ evini də qardaşları Hacının adına keçirtmişlər. İddiaçılar qardaşlarına və onun ailəsi üçün hər cür şərait yaratmaqlarına baxmayaraq 2006-cı ildə qardaşının ailəsində ciddi problemlər yaranmış və qardaşları rəsmi qaydada yoldaşı Elvira Əhmədovadan boşanmışdır. Nikaha xitam verilməsinə baxmayaraq qardaşlarının yoldaşı uzaq qohumları olduğu üçün yenə də birlikdə yaşayırmışlar. Ataları 2011-ci ildə rəhmətə gedikdən sonra qardaşlarının ailəsi tərəfindən anaları və evdə qalan bacıları Zemfira təhqirlərə və hədələrə məruz qalmışlar. Onkoloji xəstə olan bacı Əhmədova Zemfira ata evində qardaşının ailəsi tərəfindən yola verilməmiş və demək olar ki evdən qovulmuşdur. Belə olan halda bacıları Zemfira evin altındakı əvvəllər iddiaçıya məxsus olan yarı zirzəmiyə düşərək orada yaşamağa məcbur olmuşdur. Anası isə ağır ürək və şəkər xəstəsi olmasına baxmayaraq qardaşları keçmiş həyat yoldaşının göstərişi və təzyiqi ilə böyük işıqlı otaqdan günəş işığı düşməyən havasız otağa köçürülmüşdür. X42 2012-ci ildə sinə xərçəngindən əməliyyat olunmuşdur. Qardaşı nə özü, nə də keçmiş həyat yoldaşı Elvira Əhmədova xəstə bacısına baxmamışlar. Onların istədikləri o idi ki, bacısı dünyasının dəyişsin, qaldığı yarızirzəmi də onlara qalsın. Əhmədova Zemfiranın vəziyyəti ağır olduğundan əməliyyatdan sonra 2 ay iddiaçıların evində yaşamışdır. Sonrakı illərdə vəziyyəti ağır olduğu üçün bacılar onun qulluğunda dayanmışlar. Əllərindən gələn bütün maddi və mənəvi yardımı ondan əsirgəməmişlər. 2021-ci ildə qardaşlarının müəmmalı şəkildə vəziyyəti pisləşmiş və rəhmətə getmişdir. Sonradan məlum oldu ki, qardaşlarının tez-tez temperaturu olurmuş, bu halı iddiaçılardan gizlədirmişlər. Əgər bilsəydilər məcbur həkimə aparacaqdılar. Şübhələri var ki, qardaşları evdəki yeməkdən zəhərlənmişdir. Hər dəfə onlara gedəndə iddiaçılar özlərini pis hiss edir, ödündə problemlər əmələ gəlir, bununla bağlı gedib qanınını yuduzdurmuşdur. Çox köhnə və iylənmiş yağlardan istifadə edirdilər. Hətta xörəkdən pis qoxu gəlirdi. Analarının dediyinə görə, 10 il bundan qabaq qardaşları evdəki yeməkdən zəhərlənmişdir. Sonradan qardaşlarının mədəsində problemlər əmələ gəlmişdir. 2021-ci ilin yay aylarında səhhəti lap ağırlaşmışdır. Təkidlərə baxmayaraq ailəsi onu yaxşı həkimlərin yanına aparmağa imkan verməmişlər. Get-gedə səhhəti lap pisləşmişdir, 10 dənə antibiotik vurulunandan sonra gördülər ki, vəziyyəti lap ağırlaşmışdır. Məcbur olub Hematologiya xəstəxanasına yerləşdirmişlər. İddiaçılar növbəli şəkildə yanında qalırmışlar. Qardaşları Hacı 25 sentyabr 2021-ci ildə orada rəhmətə getdi. Səhhətinin ağırlaşmasına səbəb isə 10 antibiotikin vurulması oldu. Həmin iynələrdən sonra qanında parçalanma getdi. Tibb bacısı həmin antibiotikləri qardaşlarına vurmaq istəmirmış, qorxulu olduğunu deyirmiş, ancaq qardaşlarının həyat yoldaşı həmin vaxt 2 N°-li poliklinikanın həkiminə zəng vurmuş və telefonda tibb bacısına göstəriş vermişdir ki, vursunlar. Nə oldusa ondan sonra oldu. 2021-ci il sentyabrın 17-də iddiaçı qardaşının yanında xəstəxanada olanda rəhmətə getməmişdən 1 həftə qabaq demişdir ki, böyük qızı Cavabdeh1lə bacarmır, sözünə qulaq asmır. Qardaşları xəstəxanada yata-yata həyat yoldaşı evdə dolab alıb-satırmış. Hacı Əhmədovdan ilik analizi götürülən günü atıb qardaşını Sədərək ticarət mərkəzinə getmişdir. X43 rəhmətə gedəndən sonra həyat yoldaşı iddiaçıları atalarının bağışladığı evə və bağa buraxmırdı. X34 rəhmətə gedəndən sonra iddiaçılar onun cənazəsini evə salanda qardaşlarının övladı Cavabdeh1 üstlərinə hücum etmiş və “evdən çıxın” demişdir. İddiaçıları evdən qovmaq istədilər. Böyük bacılarının oğlu Abdullayev Rüstəm onları ayırmışdır. Böyük bacıları demişdir ki, kimi kimin evindən qovursuz?! Əhmədova Zemfiradan ona görə xoşu gəlmirdi ki, qardaşlarının həyat yoldaşı və uşaqları gizlin Zemfiraya təklif etmişdilər ki, ona məxsus olan Bakı Şəhəri ünvan 1 ünvanda yerləşən 1 otaqlı evi onlara bağışlasın. Zemfira bu təklifi rədd edib öz əmlaklarını bağışlama etmədiyinə görə ona mənəvi əzab verir, evin qapısını açmırmışlar və evin altında kı, yarızirməzinin qapısına isə daş atırmışlar, qapının gözlüyünü də sındırmışlar. Zemfiranı harada görürdülərsə təhqir edirmişlər. 2-ci dərəcəli Onkoloji xəstə olan X34nı pis günə qoymuşdular. Zemfira başına gələnləri öz əlyazmalarında qeyd edib. Neçə aylar xəstə yatdı. Bir dəfə də olsun yanına düşüb "necəsən bibi?" deməmişlər. Fakt olaraq, xəstə olarkən çəkdikləri şəkilləri də təsdiq üçün saxlamışlar. Müalicələri iddiaçı tərəflərindən aparılmışdır. İddiaçılar ona qulluq etmiş, təcili yardımla Hemotologiya xəstəxanasına qan vurdurmağa aparmışlar. Bəs həmin vaxt onlar harada idilər? Bütün yas xərclərini, dəfn edilməsini, 3, 7-si və 40 mərasimində heç biri iştirak etməyib. X44 rəhmətə gedən gecə Cavabdeh1 gecə saat 01:30-da dalınca gələn şəxsi maşına oturub kluba getmişdir. Fakt olaraq şəkil təqdim edirlər. Dəfələrlə onlarla danışdıqlarına görə iddiaçıları şərləyib polisə vermişlər. Fakt olaraq sonuncu onları polisə dəvət etmişlər. Sahə müvəkkili demişdir ki, qardaşınızın uşaqları iddiaçıları tutdurmaq istəyirlər. İddiaçı1 xəstə bacısının yanına zirzəmiyə gedəndə blokda üstünə hücüm çəkib gözünün altına və sinəsinə vurub göyərtmişlər, şəklini telefonla çəkmişdir. Bu barədə sahə müvəkkilinə məlumat da vermişlər. Sonuncu dəfə qardaşı qızı Cavabdeh3la danışdıqları üçün polis bölməsinə şikayət etmişlər. İddiaçılar hər zaman qardaşlarının ailəsinə yaxın olmuşlar. Atalarının evindən və bağından onlara görə imtina etmişlər. Onlara kimsə öyrədib ki, X34nı əsəbiləşdirin ki, xəstəliyi şiddətlənsin və tez ölsün və ona məxsus əmlaklar onlara qalsın. Qardaşlarının uşaqları vərəsə kimi buna layiq deyillər. Atalarına məxsus olan bütün əmlakların onlara qalmasına baxmayaraq onlar bunun dəyərini bilməmişlər. Əvvəlcə qardaşları Hacının, sonra isə bacıları Zemfiranın ölümünə səbəb olmuşlar. Belə ki, bacılarına zülm vermək üçün evlərinə girib-çıxan adamların sayı-hesabı yox idi. Hətta narkotik alverinə görə hazırda həbsdə olan qadının uşaqları da onlara gəlib gedirdi. Onların görəsən qəlblərində Allahın mərhəməti yoxdur ki, bu cür ağır onkoloji xəstəyə belə travmalar verirdilər. Rəhmətə gedən bacıları Zemfira deyirmiş ki, öz ata payınnan onlara görə imtina etmişdir. Əgər bibilər bilsəydilər ki, bir gün onlar böyüyüb onkoloji xəstə bibiyə təpik vuracaqlar, İddiaçı1 bibilərinin üzünü dırnaqları ilə cıracaqlar, sinəsini vurub göyərdəcəklər heç vaxt ona düşən ata payını qardaşına bağışlamazdı. Bununla yanaşı qardaşlarının birinci nikahından Leyla adında qızı var. Qeyd etmək istəyirlər ki, Cavabdeh4 ailə heç tanımır. Onun anası evdən gedəndə hamilə deyilmiş, sadəcə qardaşları ilə nikahları olmuş və birdəfəlik evdən çıxıb getmişdir. Sonradan boşanmaya gedəndə eşitdilər ki hamilədi. Uşaq doğulanda da xəbərləri olmamışdır. 20 ildə bir dəfə belə uşağın üzünü görməmişlər. Əvvəlcə anaları rəhmətə getmişdir. Anasının psixoloji problemləri olmuşdur. Cavabdeh4 da qardaşlarının 2-ci ailəsindən olan uşaqları Uğur, Mehriban və Ayselə qoşularaq bibiləri ilə maraqlanmamış, heç vaxt gəlib xəstə bibilərinə mənəvi dəstək olmamışdır. Bibilərinə mənəvi cəhətdən dayaq olardılar. Cavabdeh4 yetərincə maaşlı işdə işləyir və Yasamalda 2 otaqlı evi var. Qardaşları Hacının övladları bacıları Zemfiraya maddi və mənəvi ziyan vurduqları üçün və onun iradəsinin ziddinə mənəviyyatsız hərəkətlər etdikləri üçün bacıları Zemfiranın vərəsələri ola bilməzlər. Qeyd olunanları nəzərə alaraq mərhum X43un övladları olan Cavabdeh4, Cavabdeh1, X30 və X52 X5 vərəsəliyindən məhrum edilməlidirlər. Məhkəmə iclasında iştirak edən iddiaçılar İddiaçı1 və İddiaçı2 və İddiaçı1 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş edilər. İddiaçı1 nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 iddia tələbini qəbul etməyərək izahatında göstərdi ki, Əhmədova Zemfira ilə ailəsinin münasibətləri yaxşı olmuşdur, anası yemək bişirəndə hər zaman ona da aparmışdır. O, onların evlərinin alt mərtəbəsində yaşamışdır. Nəyəsə ehtiyacı olduqda da gəlib onlardan istəyirdi. İddiaçılar onun bibiləridir. Atası rəhmətə getdikdən sonra iddiaçılarla münasibətləri pozulmuşdur. Çünki mülk üzərində arada mübahisə yaranmışdır. 2023-cü ilin yay aylarında onun qardaşı və bacısı iddiaçılar tərəfindən təhqir edildiklərinə görə onlar polisə müraciət etmişlər. Atası ilə də Əhmədova Zemfiranın münasibətləri yaxşı olmuşdur. Evlərinə gəlib-getmişdir. X35 ölümündən artıq bir gün keçdikdən sonra xəbərləri olmuşdur. Buna səbəb isə odur ki, iddiaçılar Əhmədova Zemfiranın nəşini səssizcə alıb aparmışlar, hətta heç bir qonşunun belə xəbəri olmamışdır. İddia ərizəsində göstərilənlər yalandır. İddianın rədd edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh4 iddia tələbini qəbul etməyərək izahatında göstərdi ki, o, iddiaçılarla münaqişələrdə olmamışdır. O, atasının birinci nikahından olan övladıdır. Atasını da 19 ildən sonra tanımışdır. Təxminən 2000-2001-ci illərdə atası ilə anası ayrılmışlar. Bu vaxta qədər atası tərəfindən heç bir qohumu ilə ünsiyyəti olmamışdır. 19 yaşında iddiaçıları, yəni bibilərini tanımışdır. Ancaq bu ailə tərəfindən heç vaxt qəbul olunmamışdır. Atası ona deyirmiş ki, bibiləri onu istəmir. Onun ölümündən əvvəlki 6 ayda heç atası ilə də ünsiyyətdə olmamışdır. Buna səbəb o idi ki, atasına onunla birlikdə yaşamaq istədiyini bildirdiyində o bunu qəbul etməmişdir. Əlaqələri isə atası vəfat etdikdən sonra bərpa etmiş və bu zaman bacı-qardaşları ilə da görüşmüşdür. Əhmədova Zemfira ilə də münasibətləri yaxşı olmuşdur. Yolda qarşılaşdığında da normal hal-əhval tutmuşlar. Məhkəmə iclasında iştirak edən qəyyumu (anası) Axhmedova Elviranın iştirakı ilə izahat verən cavabdeh yetkinlik yaşına çatmayan Cavabdeh3 iddia tələbini qəbul etməyərək, digər cavabdehlərlə oxşar məzmunlu izahat vermiş və iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh yetkinlik yaşına çatmayan Cavabdeh2 qəyyumu (anası) Elvira Axmedova da iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə məhkəmə iclasında iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia ərizəsi rədd edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2023-cü il tarixli, AZ-İİ 347890 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X9 xx.xx.2011-cü il tarixdə vəfat etmişdir, bu barədə akt qeydləri kitabında xx.xx.2011-ci il tarixdə, 317 nömrə ilə qeydiyyat aparılmışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, AZ-İİ 362761 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X16 xx.xx.2023-cü il tarixdə vəfat etmişdir, bu barədə akt qeydləri kitabında xx.xx.2023-cü il tarixdə, 575 nömrə ilə qeydiyyat aparılmışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, AZ-İİ 347891 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X27 xx.xx.2021-cü il tarixdə vəfat etmişdir, bu barədə akt qeydləri kitabında xx.xx.2021-ci il tarixdə, 1709 nömrə ilə qeydiyyat aparılmışdır. İş materiallarında olan xx.xx.2013-cü il tarixli, AZ-İ 595344 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X21 xx.xx.2013-cü il tarixdə vəfat etmişdir, bu barədə akt qeydləri kitabında xx.xx.2013-cü il tarixdə, 158 nömrə ilə qeydiyyat aparılmışdır. İş materiallarında olan xx.xx.1977-ci il tarixli, İİİ БД 276149 nömrəli doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X19 xx.xx.1965-cü il tarixdə doğulmuşdur. Bu barədə akt qeydləri kitabında xx.xx.1965-ci il tarixdə, 159 nömrə ilə qeydiyyat aparılmışdır. Atası X10, X3r. İş materiallarında olan xx.xx.1983-cü il tarixli, İV БД 438431 nömrəli doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, İddiaçı1 xx.xx.1961-cü il tarixdə doğulmuşdur. Bu barədə akt qeydləri kitabında xx.xx.1962-ci il tarixdə, 592 nömrə ilə qeydiyyat aparılmışdır. Atası X10, X3r. İş materiallarında olan xx.xx.1977-ci il tarixli, İİİ БД 259960 nömrəli doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X15 xx.xx.1960-cı il tarixdə doğulmuşdur. Bu barədə akt qeydləri kitabında xx.xx.1960-cı il tarixdə, 134 nömrə ilə qeydiyyat aparılmışdır. Atası X10, X3r. İş materiallarında olan xx.xx.1977-ci il tarixli, ЖГ 451248 nömrəli doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X31 xx.xx.1968-ci il tarixdə doğulmuşdur. Bu barədə akt qeydləri kitabında xx.xx.1968-ci il tarixdə, 5083 nömrə ilə qeydiyyat aparılmışdır. Atası X10, X3r. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, AZ-T 254704 nömrəli doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, Cavabdeh4 xx.xx.2000-ci il tarixdə doğulmuşdur. Bu barədə akt qeydləri kitabında xx.xx.2000-ci il tarixdə, 1070 nömrə ilə qeydiyyat aparılmışdır. X11, X7r. İş materiallarında olan xx.xx.2015-ci il tarixli, AZ İİİ 596836 nömrəli doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, Cavabdeh2 xx.xx.2015-ci il tarixdə doğulmuşdur. Bu barədə akt qeydləri kitabında xx.xx.2015-ci il tarixdə, 691 nömrə ilə qeydiyyat aparılmışdır. X11, X54 Nizamiyevnadır. İş materiallarında olan xx.xx.2009-cu il tarixli, AZ İİ 305314 nömrəli doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, Cavabdeh3 xx.xx.2009-cu il tarixdə doğulmuşdur. Bu barədə akt qeydləri kitabında xx.xx.2009-cu il tarixdə, 2019 nömrə ilə qeydiyyat aparılmışdır. X11, X54 Nizamiyevnadır. İş materiallarında olan xx.xx.2007-ci il tarixli, AZ İ 504164 nömrəli doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, Cavabdeh1 xx.xx.2004-cü il tarixdə doğulmuşdur. Bu barədə akt qeydləri kitabında xx.xx.2004-cü il tarixdə, 1403 nömrə ilə qeydiyyat aparılmışdır. X11, X54 Nizamiyevnadır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* saylı arayışdan görünür ki, X16, xx.xx.2004; Cavabdeh2, xx.xx.2015; Cavabdeh3, xx.xx.2009; Cavabdeh1, xx.xx.2004; ünvan 2 ünvanında qeydiyyatdadırlar. İş materiallarında olan ünvan 3 ünvanında qeydiyyatda olan Cavabdeh4 Bakı şəhəri 53 saylı notariat ofisində təsdiq edilmiş ərizəsindən görünür ki, xx.xx.2023-cü il tarixində bibisi - X16 vəfat etmişdir. xx.xx.2021-cı il tarixində bibisinin ikinci növbəli vərəsəsi-qardaşı X27 vəfat etmişdir. Mülki Məcəllənin 1159.2 maddəsinə əsasən bibisindən atasına çatası paya vərəsədir. Miras əmlak ünvan 4 ünvanında yerləşən daşınmaz əmlaklardan ibarətdir. Ərizəçidən başqa vərəsələr vardır. Göstərilən əmlaka qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verməsini xahiş etmişdir. İş materiallarında olan ünvan 5 ünvanında qeydiyyatda olan Bakı şəhəri 53 saylı notariat ofisində təsdiq edilmiş Cavabdeh3 ərizəsindən görünür ki, xx.xx.2023-cü il tarixində bibisi - X16 vəfat etmişdir. xx.xx.2021-cı il tarixində bibisinin ikinci növbəli vərəsəsi-qardaşı X27 vəfat etmişdir. Mülki Məcəllənin 1159.2 maddəsinə əsasən bibisindən atasına çatası paya vərəsədir. Miras əmlak ünvan 4 ünvanında yerləşən daşınmaz əmlaklardan ibarətdir. Ərizəçidən başqa vərəsələr vardır. Göstərilən əmlaka qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verməsini xahiş etmişdir. İş materiallarında olan ünvan 5 ünvanında qeydiyyatda olan Cavabdeh2 Bakı şəhəri 53 saylı notariat ofisində təsdiq edilmiş ərizəsindən görünür ki, xx.xx.2023-cü il tarixində bibisi - X16 vəfat etmişdir. xx.xx.2021-cı il tarixində bibisinin ikinci növbəli vərəsəsi-qardaşı X27 vəfat etmişdir. Mülki Məcəllənin 1159.2 maddəsinə əsasən bibisindən atasına çatası paya vərəsədir. Miras əmlak ünvan 4 ünvanında yerləşən daşınmaz əmlaklardan ibarətdir. Ərizəçidən başqa vərəsələr vardır. Göstərilən əmlaka qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verməsini xahiş etmişdir. İş materiallarında olan ünvan 5 ünvanında qeydiyyatda olan Cavabdeh1 Bakı şəhəri 53 saylı notariat ofisində təsdiq edilmiş ərizəsindən görünür ki, xx.xx.2023-cü il tarixində bibisi - X16 vəfat etmişdir. xx.xx.2021-cı il tarixində bibisinin ikinci növbəli vərəsəsi-qardaşı X27 vəfat etmişdir. Mülki Məcəllənin 1159.2 maddəsinə əsasən bibisindən atasına çatası paya vərəsədir. Miras əmlak ünvan 4 ünvanında yerləşən daşınmaz əmlaklardan ibarətdir. Ərizəçidən başqa vərəsələr vardır. Göstərilən əmlaka qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verməsini xahiş etmişdir. İş materiallarında olan ünvan 7 ünvanında qeydiyyatda olan İddiaçı1 Bakı şəhəri 53 saylı notariat ofisində təsdiq edilmiş ərizəsindən görünür ki, xx.xx.2023-cü il tarixində bacısı - X16 vəfat etmişdir. Mirasın tərkibi ünvan 4 ünvanında yerləşən əmlaklar ondan irs qalmışdır, mirası qəbul etdiyini qeyd etmişdir. Ərizəçidən başqa vərəsələr vardır. Mirasın tərkibinə daxil olan əmlakdan ərizəçiyə çatası hissələrə dair qanun üzrə vərəsəlik şəhadətnaməsinin verilməsini xahiş etmişdir. İş materiallarında olan ünvan 7 ünvanında qeydiyyatda olan İddiaçı2 Bakı şəhəri 53 saylı notariat ofisində təsdiq edilmiş ərizəsindən görünür ki, xx.xx.2023-cü il tarixində bacısı - X16 vəfat etmişdir. Mirasın tərkibi ünvan 4 ünvanında yerləşən əmlaklar ondan irs qalmışdır, mirası qəbul etdiyini qeyd etmişdir. Ərizəçidən başqa vərəsələr vardır. Mirasın tərkibinə daxil olan əmlakdan ərizəçiyə çatası hissələrə dair qanun üzrə vərəsəlik şəhadətnaməsinin verilməsini xahiş etmişdir. İş materiallarında olan MA ******* saylı Əmlak Məsələləri Dövlət Xidməti DƏDK və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Parlament prospekti, məhəllə 500, bina 6 saylı daşınmaz əmlak xüsusi mülkiyyət kimi X8 məxsusdur. İş materiallarında olan Azərbaycan Respublikası Bakı Şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsi tərəfindən verilmiş ÖM 093043 nömrəli qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Bakı şəhəri, Şərifzadə küçəsi, 62 saylı evin sahəsi 16,2 kv/m, 1 otaqdan ibarət olan, vətəndaş X6 adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmiş bu barədə 46 saylı reyestr kitabının 9333-cü səhifəsində 30/24614 nömrə üzrə xx.xx.2001-ci il tarixində qeydiyyat aparılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Mənzil- Kommunal Təsərrüfatı Departamenti Yasamal Rayon Mənzil Kommunal Təsərrüfat Birliyi 32 nömrəli Mənzil Komunal İstismarı Sahəsinin 25 dekabr 2023-cü il tarixli 1239 nömrəli arayışından görünür ki, vətəndaş Cavabdeh4 Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi, 114 saylı evin, 29 nöçrəli mənzilində qeydiyyatdadır. Göstərilən evin kimin adına olub, olmaması haqqında MKS-də heç bir məlumat olmaması qeyd olunmuşdur. İş materiallarında olan AN- İ ******* nömrəli, xx.xx.2023-cü il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, X14 **********96-05101 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən ona məxsus olan Bakı şəhəri, Yasamal rayonu, A.M.Çərifzadə küçəsi, ev 114, mənzil 29 və tam hissə, 43,7 kv/m sahəsini alıcı X26 94000 manata satmışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixində Bakı şəhəri Yasamal Rayon Polis İdarəsi 26-cı Polis X1 tərəfindən izahatında göstərilmişdir ki, ünvan 8 ünvanında tək yaşayır. Üst mərtəbədə yaşayan keçmiş gəlinləri Elvira mütamadi olaraq qızlarını və onların yanına gələn oğlanı oyrədir ki, onlar Əhmədova Zemfira narahat etsinlər və onlar onu narahat edirlər. Əhmədova Zemfira onkoloji xəstə olduğuna görə ona əsəbləşmək olmaz. İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Polis İdarəsi 26-cı Polis Bölməsinin arayışına əsasən, xx.xx.2022-ci il tarixdə ünvan 9 ünvanında yaşayan vət. X2 RPİ-nin 26-cı PB-nə ərizə ilə müraciət edərək, qardaşının qızı Ayselin onu mütəmadi olaraq narahat etməsini bildirmişdir. Tərəflərindən vət. Cavabdeh1 bölməyə dəvət olunaraq izahatı alınmış və o, izahatında bibisinin dediklərinin həqiqəti əks etdirmədiyini bildirmişdir. Yuxarıda göstərilənləri nəzərə alaraq, vət. X2 RPİ-nin 26-cı PB-nə ərizə ilə müraciəti barədə tərtib olunmuş materialın bölmənin dəftərxanasında işə alınmasını məqsədəmüvafiq hesab edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli Bakı şəhəri Yasamal Rayon Polis İdarəsi 26-cı Polis Bölməsi tərəfindən məhkəmənin sorğusuna cavab məktubundan görünür ki, X6 müraciətinə Yasamal RPİ-nin 26-cı PB-də baxılmış, ərizədə qeyd olunan xüsusatlar təsdiqini tapmamış və bu barədə vətəndaşa rəsmi qaydada cavab verilmişdir. Məhkəmə tələbə hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1137-ci maddəsinə əsasən, miras qoyanın son iradəsini həyata keçirməsinə qəsdən maneə törətmiş və bununla da özünün və ya özünə yaxın şəxslərin vərəsəliyə çağırılmasına və ya miras paylarının artırılmasına kömək göstərmiş, yaxud vəsiyyət edənin vəsiyyətnamədə ifadə edilmiş son iradəsinə qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkət törətmiş şəxs (ləyaqətsiz vərəsə) nə qanun üzrə, nə də vəsiyyət üzrə vərəsə ola bilməz, bu şərtlə ki, həmin hallar məhkəmə tərəfindən təsdiq edilsin. Həmin Məcəllənin 1138-ci maddəsinə əsasən miras qoyanın saxlanması üzrə öhdələrinə qoyulmuş vəzifələrdən qəti surətdə boyun qaçıran şəxslər də qanun üzrə vərəsə ola bilməzlər, bir şərtlə ki, bu hal məhkəmə tərəfindən təsdiq edilsin. Həmin Məcəllənin 1139-cu maddəsinə əsasən, ləyaqətsiz vərəsənin vərəsəlik hüququndan məhrum edilməsinə əsas verən hal ləyaqətsiz vərəsənin vərəsəlik hüququndan məhrum edilməsindən müəyyən əmlak nəticələri əldə edən şəxsin iddiası üzrə məhkəmə tərəfindən müəyyənləşdirilməlidir. Bu Məcəllənin 1142-ci maddəsinə əsasən, əgər şəxs mirası aldıqdan sonra məhkəmə tərəfindən ləyaqətsiz vərəsə sayılarsa, vərəsəlik üzrə aldıqlarının hamısını bəhərlər və gəlirlər ilə birlikdə qaytarmağa borcludur. Həmin Məcəllənin 1203.1-ci maddəsinə əsasən, məcburi pay almaq hüququndan məhrumetmə, ümumiyyətlə, vərəsəlik hüququndan məhrumetməyə səbəb olan hallar olduqda mümkündür. Göstərilən Məcəllənin 1203.3-cü maddəsinə əsasən, məcburi pay almaq hüququndan məhrumetmə barəsində məhkəmənin çıxardığı qərar mirasın açıldığı andan qüvvədə olur. Miras qoyanın hələ öz sağlığında məhkəməyə müraciət etdiyi, lakin qərarın onun ölümündən sonra qəbul edildiyi halda da bu cür nəticə baş verir. "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1203.1-ci maddəsinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 13 dekabr 2011-ci il tarixli Qərarında göstərilir ki, mülki Məcəllənin 1137-ci maddəsində qeyd olunan miras qoyana qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkət törətmiş şəxsin hərəkətləri anlayışı həmin Məcəllənin 1203.1ci maddəsinin "məcburi pay almaq hüququndan məhrumetmə, ümumiyyətlə, vərəsəlik hüququndan məhrumetməyə səbəb olan hallar” müddəasını tam əhatə etmir. Belə ki, burada miras qoyana qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkətlər məcburi paydan məhrum etmək üçün səbəb kimi götürülsə də, bu cinayətlərin miras qoyanın yalnız son iradəsinin əleyhinə yönəlməsi nəzərdə tutulur. Bununla yanaşı, Mülki Məcəllənin 1138-ci maddəsində qanunverici məcburi pay almaq hüququna dair daha bir məhdudiyyət də müəyyən etmişdir. Belə ki, bu maddəyə görə valideynlik hüquqlarından məhrum edilmiş və mirasın açıldığı günədək bu hüquqları bərpa edilməmiş valideynlər uşaqlarının qanun üzrə vərəsələri ola bilməzlər. Miras qoyanın saxlanması üzrə öhdələrinə qoyulmuş vəzifələrdən qəti surətdə boyun qaçıran şəxslər də qanun üzrə vərəsə ola bilməzlər, bir şərtlə ki, bu hal məhkəmə tərəfindən təsdiq edilsin. Göründüyü kimi, Mülki Məcəllənin 1203-cü maddəsi baxımından həmin Məcəllənin 1137 və 1138-ci maddələrində göstərilən hallar qanun üzrə vərəsəlik hüququnun itirilməsinə, eləcə də vəsiyyət edənin öz sağlığında məhkəməyə müraciəti əsasında məcburi pay almaq hüququ olan şəxslərin bu hüquqdan məhrum edilməsinə səbəb olur. Mülki Məcəllənin 1203.1-ci maddəsinin "vərəsəlik hüququndan məhrumetməyə səbəb ola hallar” müddəası həmin Məcəllənin 1137 və 1138-ci maddələrində göstərilən halları əhatə edərək, nəinki miras qoyanın son iradəsinə, həmçinin miras qoyana qarşı yönələn halları ehtiva edir. Qeyd edilən qanunvericilik normalarından və Konstitusiya Məhkəməsi Plenumunun qərarlarından göründüyü kimi, miras qoyanın uşaqlarının, valideynlərinin və arvadının (ərinin) mirasda məcburi paydan məhrum edilə bilmələri üçün onların miras qoyana qarşı Mülki Məcəllənin 1137 və ya 1138-ci maddələrində nəzərdə tutulmuş hərəkətlərə yol verməsi mütləq müəyyən edilməlidir. Digər hallarda onların məcburi paydan məhrum edilməsi yol verilməzdir. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır. Məhkəmə araşdırması zamanı iddia ərizəsinin məzmunundan, eləcə də məhkəmə iclasında iştirak edən şəxslərin izahatlarından müəyyən edilmişdir ki, cavabdehlərin ləyaqətsiz vərəsə hesab olunmaqla vərəsəlik hüququndan məhrumetməyə səbəb olan hallar aşkar olunmamışdır. Belə ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 qardaşı uşaqları olan olan cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 bibiləri Zemfira Əhmədzadənin ikinci növbəli vərəsə sayılan ataları X22 və bibiləri Zemfira Əhmədzadəyə qarşı nə cinayət əməli törətmişlər, nə də bu və ya digər şəkildə əxlaqsız hərəkətlər törətmişlər. İddiaçılar iddia ərizəsində cavabdehlərin miras qoyan X17 və Zemfira Əhmədzadənin qayğılarına qalmamalarını, onunla maraqlanmamalarını, qulluq etməmələrini, bibilərinin dəfn mərasiminə gəlməmələrini, əsas gətirərək onun ləyaqətsiz vərəsə hesab olunmaqla vərəsəlik hüququndan məhrum edilməsini xahiş etmişdir. Lakin, məhkəmə hesab edir ki, qanunvericiliyin tələblərinə uyğun olaraq hazırki iş üzrə cavabdehlər o halda vərəsəlik hüququndan məhrum edilə bilər ki, o, miras qoyana qarşı hər hansı cinayət və ya əxlaqsız xarakterli hərəkətlər törətmiş olsun. Bu hal cavabdehlərin əxlaqsız hərəkətləri kimi qiymətləndirilə bilməz. Beləliklə də, cavabdehlərin vərəsəlik hüququndan məhrum edilməsi üçün əsas sayıla bilməz. Məhkəmə qeyd edir ki, iddia üzrə iddiaçı iddia ərizəsində iddia tələblərinin əsası olaraq cavabdehlərin onlarla əlaqəni kəsməsi, mərhum atalarına və bibilərinə qayğı göstərməkdən imtina etmələrini, bibilərinin dəfnində iştirak etməmələri, qeyd edilənlənlər ləyaqətsiz vərəsə hesab edilməsi üçün əsas sayıla bilməz. Qanunvericilikdə ləyaqətsiz vərəsə hesab edilməsinin konkret şərtləri müəyyənləşdirilmiş, hazırkı halda isə iddia üzrə cavabdehlərin əməllərində həmin hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 9-cu maddəsinə əsasən məhkəmə ədalət mühakiməsini faktlar əsasında həyata keçirməli, tərəflər öz tələblərini sübutlarla əsaslandırmalı, proses çəkişmə prinsipi əsasında aparılmalı və hakimin qərarı yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırılmalıdır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, mülki prosessual qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Bununla da, müəyyən olundu ki, iddia üzrə iddiaçıların iddia tələblərində qeyd etdiklərinin hər hansı bir qanuni əsası yoxdur, iddia üzrə iddiaçılar iddia tələbini əsaslı edə biləcək hər hansı bir sübutlarını məhkəməyə təqdim etməmişlər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biri-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§ 68). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008ci il tarixli qərarında qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İstinad olunan maddənin mənasından göründüyü kimi sübut etmə vəzifəsi ifadəsi mülki prosessual hüquq üçün xarakterik olan mənada işlədilir. Ona görə də burada sanksiya ilə təmin olunan lazımi davranış qaydasından yox, tərəflərin və digər maraqlı şəxslərin öz mövqeyini təsdiq etmək üçün fəaliyyət göstərməli olduqlarını bildirən dispozitiv xarakterli tələbdən gedir. Qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qətnaməsinin qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Mülki məhkəmə icraatında tərəfləri sübutetmə üzrə aktiv prosessual fəaliyyətə sövq edən əsas hərəkətverici stimul kimi onların öz mənafeyinə uyğun qərarın qəbul edilməsinə olan marağı çıxış edir. İşin nəticəsində maraqlı olan hər bir şəxs bilməlidir ki, sübutetmədə passivlik onun üçün uğursuz qərarın çıxarılmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2l7.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1 -ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı "vərəsəlik hüququndan məhrum edilmə” tələbi barədə iddiası rədd edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı X5 İkinci növbəli vərəsəsi olan mərhum qardaşı X23 övladları olan Cavabdeh4, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 atalarına çatası vərəsəlik hüququndan məhrum edilməsinə dair iddia ərizəsi rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçılara aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Gülnar Babazadə
Məhkəmə qərarları › İş №e-2(004)-533/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-533/2024
12.02.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Ləyaqətsiz vərəsə hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver