Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(004)-5386/2023 21.11.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Almasova Aytən Asəf qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdehdan 26200 manat borc pulun və ödənilmiş 169 manat dövlət rüsmunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil məhkəməyə barışıq sazişi təqdim edərək, hazırda iddia ərizəsi üzrə Cavabdeh ilə razılığa gəldiklərini və barışıq sazişi tərtib edildiyini bildirmişdir. Barışıq sazişinin təsdiq edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. (bu barədə ərizəsi iş materiallarına əlavə edilmişdir.) Məhkəmə iclasında iştirak edən Cavabdeh iddiaçı ilə aralarında barışıq sazişinin imzalandığını, barışıq sazişinin təsdiq edilməsinə və iş üzrə icraata xitam verilməsinə etiraz etmədiyini bildirmişdir. (bu barədə ərizəsi iş materiallarına əlavə edilmişdir.) Barışıq sazişindən görünür ki, tərəflər aşağıdakılar barədə razılığa gəlmişlər:
1. Cavabdeh X1ni imzalamaqla e-2(004)-5386/2023 saylı mülki iş üzrə iddia tələbini tam olaraq qəbul edərək İddiaçı 26.200 (iyirmi altı min iki yüz) manat məbləğində pulun və ödənilmiş 169 (bir yüz altmış doqquz) manat dövlət rüsumunun xx.xx.2023-cü il tarixdən başlayaraq hər ay 400 manat olmaqla ödəməyi öhdəsinə götürür; 2.İddiaçı X1ni imzalamaqla e-2(004)-5386/2023 saylı mülki iş üzrə Cavabdeh 26.200 (iyirmi altı min iki yüz) manat məbləğində pulun və ödənilmiş 169 manat dövlət rüsumunun xx.xx.2023cü il tarixdən başlayaraq hər ay 400 manat olmaqla ödəməsinə etiraz etmir və Cavabdeh qarşı e-2(004)- 5386/2023 saylı mülki iş üzrə iddiasından imtina edir; 3.X1 Cavabdeh tərəfindən sazişdə etiraf edərək qəbul etdiyi və sazişin 1-ci bəndinə əsasən öhdəsinə götürdüyü şərtləri yerinə yetirməzsə, ödəməli olduğu 26.200 (iyirmi altı min iki yüz) manat məbləğində pulun və ödənilmiş 169 (bir yüz altmış doqquz) manat dövlət rüsumunun tam olaraq ödənilməsi X1nin icraya yönəldilməsinə və həmin ödənişinin icra məmuru vasitəsilə məcburi qaydada tutulması üçün əsasdır. 4.Tərəflər öhdələrinə götürür ki, mülki mübahisə üzrə tərəflərin çəkdikləri xərclər (ödənilmiş dövlət rüsumu xaric) özlərinə aid ediləcəkdir və bu barədə qarşı tərəfə hər hansı iddia irəli sürməyəcəklər; 5.X1 tərəflərin iradə ifadəsini əks etdirir; 6.X1 üzrə götürülmüş öhdəliklərin icrası tərəflər üçün məcburidir. 7.X1, hər tərəfdə bir nüsxə qalması və bir nüsxəsi məhkəməyə verilməsi şərti ilə 3 nüsxədə hazırlanmış və imzalanmışdır. Azərbaycan Respublikası MPM-nin 52.3 və 52.5-ci maddəsinə əsasən, tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər. İddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 52.4-cü maddəsinə əsasən, məhkəmə prosesin istənilən mərhələsində tərəflərə mübahisənin hüquqi həlli ilə bağlı məlumat və barışıq sazişi, yaxud mübahisənin mediasiya vasitəsilə həlli üçün təkliflər verməyə haqlıdır. Həmin Məcəllənin 191.1-ci maddəsinə əsasən, iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən, hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Həmin Məcəllənin 261.0.5-ci maddəsinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə hakim iş üzrə icraata xitam verir. Qeyd olunan Məcəllənin 262.4-ci maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Məhkəmə barışıq sazişini iş materiallarını ilə müqayisəli şəkildə araşdırıb, proses iştirakçılarının izahatlarını dinləyib hesab edir ki, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki iş ilə əlaqədar bağlanmış və müvafiq şərtləri özündə əks etdirən 21 noyabr 2023-cü il tarixli barışıq sazişi qanuna zidd olmadığından və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından, təsdiq edilməli, iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52, 191, 261, 263 və 264-cü maddələrini rəhbər tutaraq, məhkəmə
qəraraaldı:
İddiaçı Cavabdeh qarşı “pul” barədə iddiasına dair mülki iş üzrə tərəflər arasında 21 noyabr 2023-cü il tarixdə bağlanmış, aşağıdakı şərtlərdən ibarət barışıq sazişi təsdiq edilsin:
1. Cavabdeh X1ni imzalamaqla e-2(004)-5386/2023 saylı mülki iş üzrə iddia tələbini tam olaraq qəbul edərək İddiaçı 26.200 (iyirmi altı min iki yüz) manat məbləğində pulun və ödənilmiş 169 (bir yüz altmış doqquz) manat dövlət rüsumunun xx.xx.2023-cü il tarixdən başlayaraq hər ay 400 manat olmaqla ödəməyi öhdəsinə götürür; 2.İddiaçı X1ni imzalamaqla e-2(004)-5386/2023 saylı mülki iş üzrə Cavabdeh 26.200 (iyirmi altı min iki yüz) manat məbləğində pulun və ödənilmiş 169 manat dövlət rüsumunun xx.xx.2023cü il tarixdən başlayaraq hər ay 400 manat olmaqla ödəməsinə etiraz etmir və Cavabdeh qarşı e-2(004)- 5386/2023 saylı mülki iş üzrə iddiasından imtina edir; 3.X1 Cavabdeh tərəfindən sazişdə etiraf edərək qəbul etdiyi və sazişin 1-ci bəndinə əsasən öhdəsinə götürdüyü şərtləri yerinə yetirməzsə, ödəməli olduğu 26.200 (iyirmi altı min iki yüz) manat məbləğində pulun və ödənilmiş 169 (bir yüz altmış doqquz) manat dövlət rüsumunun tam olaraq ödənilməsi X1nin icraya yönəldilməsinə və həmin ödənişinin icra məmuru vasitəsilə məcburi qaydada tutulması üçün əsasdır. 4.Tərəflər öhdələrinə götürür ki, mülki mübahisə üzrə tərəflərin çəkdikləri xərclər (ödənilmiş dövlət rüsumu xaric) özlərinə aid ediləcəkdir və bu barədə qarşı tərəfə hər hansı iddia irəli sürməyəcəklər; 5.X1 tərəflərin iradə ifadəsini əks etdirir; 6.X1 üzrə götürülmüş öhdəliklərin icrası tərəflər üçün məcburidir. 7.X1, hər tərəfdə bir nüsxə qalması və bir nüsxəsi məhkəməyə verilməsi şərti ilə 3 nüsxədə hazırlanmış və imzalanmışdır. İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. Tərəflərə izah olunsun ki, Azərbaycan Respublikası MPM-in 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər.
Hakim Kərim Xudayev