Məhkəmə qərarları › İş №e-2(004)-539/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-539/2023

18.01.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Sair işlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-539/2023 18.01.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, Qasımova Aytən Elçin qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı hərracın nəticələrinin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ : İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı hərracın nəticələrinin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 MMC-nin ünvan 1 ünvanda yerləşən yaşayış sahəsinin hərracda satılmasınada dair 30 iyun 2022-ci il tarixli hərracın nəticələrinin, o cümlədən həmin tarixli, 106\22 nömrəli “Hərracın Yekunlarının barədə Protokol”un etibarsız hesab edilməsi və onun əsasında mübahisəli əmlaka dair Cavabdeh2 adına verilmiş daşınmaz əmlakın reyestr nömrəsi **********17-05301-093045, qeydiyyat nömrəsi ********** və qeydiyyat tarixi xx.xx.2022-ci il olan çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 16 mart 2020-ci il tarixli, 1(101)-130/2020 saylı hökmünə əsasən X30 Azərbaycan Respublikası CMnin 178.3.2, 308.2, 313-cü maddələri ilə təqsirli bilinmiş və öldüyü üçün Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.2.11-ci maddəsinə əsasən ona cəza təyin edilməmiş, Azərbaycan Respublikası CM-nin 178.3.2, 32.5,308.2, 32.5,313 və 32.4,312.1-ci maddələri ilə ittiham olunan X34 Azərbaycan Respublikası CPM-nin 42.1.4-cü maddəsinə əsasən təqsirliliyi sübuta yetmədiyi üçün bəraət verilmiş, barəsində seçilmiş "həbs" qətimkan tədbiri ləğv edilmiş və o məhkəmə zalından dərhal həbsdən azad edilmişdir. Məhkəmənin bu hökmü ilə mülki iddiaların təmin edilməsi üçün cinayət işi üzrə üzərinə həbs qoyulmuş: X4 təyin edildiyi «Orxan-92» kiçik müəssisəsinin nəzdində yaradılmış «ünvan 2 ünvanında yerləşən 0,42 ha torpaq sahəsinin və torpaq sahəsində inşa edilmiş yarımçıq tikili; Şamaxı rayonu, Çuxuyurd kəndində 1,50 ha kənd təsərrüfatlı təyinatlı torpaq sahəsi; Elmira Şirinovanın qızı X16 adına olan – Şamaxı şəhəri, H.Z.Şirvani küçəsində 9 saylı fərdi yaşayış evi; ünvan 3 ünvanında yerləşən 0,0360 ha həyətyanı torpaq sahəsi; Bakı şəhəri Xəzər rayonu, Buzovna qəsəbəsi, B-146 saylı sahədə yerləşən 0,12 ha torpaq sahəsi; Elmira Şirinovanın qızının əri İddiaçı adına: Bakı şəhəri Xəzər rayonu, Buzovna qəsəbəsi, X61 küçəsi 14 ünvanında yerləşən qeyri-yaşayış sahəsi; ünvan 5a yerləşən qeyri-yaşayış sahəsi; Bakı şəhəri Nərimanov rayonu, Təbriz küçəsiev 6, mənzil 7; Bakı şəhəri Binəqədi rayonu, Ə.Naxçıvani küçəsiev 13C, mənzil 108; Bakı şəhəri Xəzər rayonu, Buzovna qəsəbəsi, B-150 saylı sahədə yerləşən 0,12 ha torpaq sahəsi; ünvan 7 ünvanında yerləşən 0,0365 ha həyətyanı torpaq sahəsi; X1 adına Bakı şəhəri Binəqədi rayonu, Ə.Naxçıvani küçəsi, ev 13C, mənzil 109; X5 adına Bakışəhəri Binəqədi rayonu, Ə.Naxçıvani küçəsi ev 26a, mənzil 5; Digər qızının əri X8 adına Bakışəhəri Binəqədi rayonu, R.Behbudov küçəsiev 1a, mənzil 9; X2 adına Şamaxı rayonu, Çuxuryurd kəndində 1,10 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi; Elmira Şirinovanın adına olan «Nissan Teana» minik markalı, «AZ-**-FM-***» dövlət qeydiyyatı nişanlı, X16 adına olan «Ford Fiesta» minik markalı, «AZ-**-RT-***» dövlət qeydiyyatı nişanlı, İddiaçı adına olan «VAZ21093» minik markalı, «AZ**-BB-***» dövlət qeydiyyatı nişanlı, X14 adına olan «Hyundai İX-35» minik markalı, «AZ-99-GO035» dövlət qeydiyyatı nişanlı, X31 adına olan «Hyundai Sonata» minik markalı, «AZ-90DP-011» dövlət qeydiyyatı nişanlı, X8 adına olan «Mercedes C 320» minik markalı, «AZ-**-SH-***» dövlət qeydiyyatı nişanlı, X3 adına olan «Kia Optima» minik markalı, «AZ-90-FL019» dövlət qeydiyyatı nişanlı X7 adına olan «Mercedes Benz E 240» minik markalı, «AZ**-LG-***» dövlət qeydiyyatı nişanlı nəqliyyat vasitələri üzərinə qoyulmuş həbs saxlanılmışdır. Bundan başqa, məhkəmə hökmündə qeyd edilmişdir ki, göstərilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs Elmira Şirinovanın üzərinə həbs qoyulmuş əmlaklarına xüsusi müsadirə tətbiq olunmuş, Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının xx.xx.2021-ci il il tarixli 1(102)-1231/2021 saylı qərarı ilə əmlaklar üzərində həbs saxlanmışdır. Cinayət işi üzrə qəbul edilmiş qərarlar iş materiallarında olan sübutların obyektiv qiymətləndirilməsinə əsaslanmır, əsassız olaraq başqasına məxsus olan əmlak üzərinə həbs qoyularaq mülki iddianın təmin edilməsinə və müsadirəyə yönəldilmişdir. Belə ki, cinayət işinin istintaq materiallarından görünür ki, ibtidai araşdırma orqanı heç bir əsas olmadan X18 qohumlarını siyahısını və onların adına olan daşınmaz və daşınar əmlakı müəyyən etmiş və yalnız bundan sonra X12 qohumlarının adında olan əmlakların satılaraq vurulmuş zərərin əvəzinin ödənilməsi barədə ərizə almışdır. Cinayət işinin ibtidai araşdırma materiallarından görünür ki, X18 yaxın qohumlarının əmlakının müəyyən edilməsi barədə sorğular xx.xx.2019-xx.xx.2019-cu il tarixlərdə edilmiş və cavabları alınmışdır. Həmin məlumatlar alındıqdan sonra Elmira Şirinova edilmiş təziqlər nəticəsində xx.xx.2019-cu il tarixdə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinə 4 ədəd ərizə yazmış, həmin ərizələrdə qeyd etdikləri daşınmaz əmlakı vurduğu zərərin əvəzi olaraq özgəninkiləşdirilməsinə etiraz etmədiyini bildirmişdir. Cinayət işinin materiallarından görünür ki, ibtidai araşdırma orqanı mülkiyyətində daşınar və daşınmaz əmlak olan şəxsləri dindirmədən, həmin əmlakın nə zaman hansı şəraitdə və kimin tərəfindən əldə edilməsini araşdırmadan mülkiyyətçilərin əmlaklarına həbs qoymaq barədə vəsatət və təqdimatla məhkəməyə müraciət etmiş, mülkiyyətçilərin iştirakını məhkəmədə təmin etmədən, onların mülkiyyət hüquqlarını pozmuşdur. Cinayət işini materiallarına əlavə edilmiş, ibtidai istintaq zamanı Elmira Şirinova istintaq orqanına ünvanlandığı 15 may 2019-cu il tarixli ərizəsində bildirmişdir ki, X19 adına Bakı şəhəri Binəqədi rayonu, Ə.Naxçıvani küçəsi, ev 13 C, mənzil 10 və bəzi avtomobillər və daşınmaz əmlaklar onun şəxsi vəsaiti hesabına alınmışdır. Xahiş edir ki, həmin əmlaklar üzərinə həbs qoyularaq vurduğu ziyanın ödənilməsinə sərf edilsin. Müvafiq olaraq, Bakı şəhəri Binəqədi rayon məhkəməsinin 16 may 2019-cu il tarixli qərarı ilə, ziyanın ödənilməsi məqsədilə həmin əmlakların üzərinə həbs qoyulmuşdur. Bu iş üzrə ən önəmli məsələ ondan ibarətdir ki, icra məmuru tərəfindən hərraca yönəldilən əmlakların çox böyük hissəsi X6nın cinayət törətməmişdən xeyli müddət əvvəl iddiaçılar tərəfindən və onların şəxsi vəsaiti hesabına əldə edilmişdir və bu məsələlər araşdırılmadan qanunverciliyin tələblərinə məhəl qoyulmadan iddiaçıların mülkiyyət hüquqlarını kobud şəkildə pozmuşdur. Belə ki, iddia ərizəsinə əlavə edilməklə aşağıda qeyd edilmiş ilkin hüquqverici və mülkiyyət hüququnu təsdiq edən sənədlər əsasında tam təsdiq edilir ki, həmin əmlaklar cinayət baş verən vaxt, yəni 2011-ci ilin dekabr ayında Elmira Şirinovaya məxsus olmamış və olması da qeyri-mümkün olmuşdur. Belə ki, ünvan 1 ünvanında yerləşən yaşayış sahəsi xx.xx.2011-ci il tarixli qeydiyyat nömrəsi ********** olan çıxarışa əsasən İddiaçı mülkiyyətdədir. Həmin evin alqı-satqı müqaviləsi isə xeyli əvvəlki tarixə aiddir. Bundan əlavə qeyd edilməlidir ki, üzərinə həbs qoyulmuş əmlakların dəyəri verilmiş mülki iddianın qiymətindən qat-qat çoxdur. Bu isə son nəticədədə süni surətdə üzərinə həbs qoyulmuş əmlakların sayının çoxaldılmasına, guya mülki iddianın təmin edilməsi istiqamətində tədbirlərin görülməsi görüntüsü yaradılmasına, şəxslərin konstitusion hüquqları olan mülkiyyət toxunulmzalığının pozulmasına, qəsədən süründürməçilik yaradılaraq şəxslərə mülkiyyətlərində olan əmlaklardan istifadənin və sərəncam verilməsinin qarşısının alınmasına, bu qədər əmlakı hərraca yönəltməklə, qəsdən qiymətin aşağısalınması, sui-istifadə hallarının yaradılması və sairəyə yönəlməkdədir. Məhkəmə hökmündən və qərarlarından görünür ki, bəzi şəxslər mülki iddia vermiş, digərləri isə verməmiş, məhkəmələr şəxslərə mülki mühakimə icraatı qaydasında iddia vermək hüquqlarının olmasını izah etmişdir. Mülki iddia vermiş şəxslərin mülki iddiaları təmin edilmiş, onlara maddi ziyanla yanaşı, mənəvi ziyan da tanınmışdır. Cinayət təqibi orqanı əmlak üzərinə həbs barədə vəsatət verərəkən məhz gələcəkdə ola biləcək mülki iddianın təmin edilməsi üçün qanunun onların üzərinə qoyduğu vəzifəni icra etmişlər. Hərracın yekun hüquqi nəticələrinin etibarsız hesab edilməsi ilə bağlı əsaslar. İddiaçı yuxarıda qeyd edilən əsaslara görə mülkiyyət hüquqlarının kobud şəkildə pozulması ilə bağlı mülkiyyətində olan ünvan 1 və sair əmlaklarının,hərraca çıxarılmış və ya çıxarılacaq əmlakların siyahısından çıxarılması, onların həbsdən azad olunması və qanuni sahibi olan iddiaçıya qaytarılmasına dair qətnamə qəbul edilməsi ilə bağlı Binəqədi rayon məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir. Bu haqda cavabdehlər Binəqədi İcra Şöbəsinə onun icra məmuruna və hərrac mərkəzinə rəsmi məlumat verilmişdir ki, hərracın dayandırılması barədə qərar qəbul edilsin, lakin cavabdehlər qanunsuz hərəkət və hərəkətsizliyə yol verərək verilmiş iddia ərizəsinə dair hüquqi nəticələri gözlənilmədən hərracı keçirməkdə davam etmişlər. Cavabdeh icra məmuru əmlakın qiymətləndirilməsini həyata keçirərkən İddiaçını məlumatlandırmamış və nəticədə 59.64 kv.metr sahəsi olan əmlak dəyərindən xeyli aşağı omaqla, yəni 95.000 manat qiymətləndirlməklə hərracın təşkili Cavabdeh1 MMC-nə həvalə edilmiş və 30 iyun 2022-ci il tarixli, 106\22 nömrəli “Hərracın Yekunlarının barədə Protokola” əsasən mübahisəli əmlak 78.250 manata Cavabdeh2 satılmışdır. X6 2019-cu il tarixdə 78 yaşında vəfat etdiyi halda cavabdeh icra və hərrac təşkilatı bütün məktubları onun adına göndərmişdir. Belə ki, 23 oktyabr 1941-cü il tarixdə Şəki şəhərində anadan olmuş, ünvan 8 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmiş X33 25 iyul 2019-cu il tarixdə «ağciyər ödemi» xəstəliyindən vəfat etmişdir. Bu fakt Bakı Ağır Cinayətlər Məhkəməsinin 16 mart 2020-ci il tarixli, 1(101)-130/2020 saylı hökmündə qeyd edilsə də məktublar X13 adına gəlmişdir. Bundan sonra “Hümbətov və partnyorları” vəkil bürosundan ünvanlanmış xx.xx.2022-ci il tarixli, HP-161/2022 nömrəli məktubla Cavabdeh1 MMC-nə hərracın keçiriləcəyi barədə borclu X25 ünvanladığınız məktub şəxsin vəfat etməsi ilə bağlı ona təqdim edilməsi mümkün olmadığı bildirilmiş və buna görə də borclu X18 hüquqlarının təmsil edilməsi əlaqədar hüquq varisliyinin müəyyən edilməsi üçün hərracın keçirilməsinin 1 ay müddətində təxirə salınması barədə xahiş edilmiş, lakin bu məsələ ilə də bağlı cavabdehlər tərəfindən heç bir tədbir görülməmiş, məktuba da cavab verilmədən hərrac yekunlaşdırılmışdır. Hərracın qanunsuz keçirilməsinin əsaslarından biri də ondan ibarətdir ki, cavabdeh qurumun icra məmuru “icra haqqında Qanunun” icra hərəkətlərinin dayandırılması ilə bağlı tələblərinə məhəl qoymadan icra hərəkətlərinin davam etdirməklə iddiaçı və onun aliə üzvlərinin hüquqlarını kobud şəkildə pozmuşdur. Belə ki, iddiaçı əmlakları ilə bağlı mülki işin Binəqədi Məhkəməsinin icraatında olmasını əsas gətirməklə və işin məhkəmə icraatında olmasında dair məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadını təqdim etməklə icraatın dayandırlmasını cavabdehdən xahiş etmişdir. Lakin cavadeh icra Dövlət rüsumunun ödənilməsi haqqında məlumat qurumunun məmuru hərracın keçirilməsi ilə bağlı icra hərəkətlərini davam etdirmişdir. Hətta İcra məmurunun qanunsuz hərəkətlərindən məhkəməyə verilmiş şikayət belə onun belə hərəkətlərdən çəkindirməmiş, sonda əmlak hərracda satılmışdır. Cavabdeh1 MMC iddiaya etiraz təqdim etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1 (101)-130\2020 saylı, xx.xx.2022-ci il tarixli icra vərəqəsinə əsasən, Bakı şəhəri Binəqədi Rayon İcra Şöbəsi tərəfindən verilmiş 05 may 2022-ci tarixli sifariş üzrə ünvan 10 ünvanında yerləşən 5 saylı mənzil, ünvan 11vanında yerləşən 109 və 108 saylı saylı mənzil, ünvan 12 ünvanında yerləşən 9 saylı mənzilin açıq hərracda satılması Cavabdeh1 MMC-yə sifariş olunmuşdur. Sözügedən mənzilin ilkin satış dəyəri 5 saylı mənzil üzrə 108.000 manat, 109 saylı mənzil üzrə 198.000 manat, 108 saylı mənzil 95.000 manat, 9 saylı mənzil üzrə 115.000 manat məbləğində müəyyənləşdirilmişdir. Cavabdeh1 MMC tərəfindən həmin mənzilə dair ilkin və təkrar hərraclar təyin olunmuş, eləcə də hərracların təyin olunması barədə elanlar www.birjanews.az informasiya portalında və Cavabdeh1nin rəsmi internet saytında yerləşdirilmişdir. Həmçinin hərracın keçirilməsinə dair bildirişlər icra sənədi üzrə tələbkarlara poçt vasitəsilə göndərilmişdir. Bunu təsdiq edən reyestrlar hazırki iş üzrə məhkəməyə təqdim olunmuşdur. Daha sonra sonuncu təkrar hərracda iştirak etmək üçün tələbkarlar Cavabdeh2, X45, X36 (etibarnamə üzrə nümayəndə Məmmədov firqət Musa oğlu) və X51 ərizə ilə müraciət edərək hərrac iştirak etmək istədiklərini bildirmişlər. Hərrac açıq auksion qaydasında 30 iyun 2022-ci il tarixdə keçirilmişdir və təkrar hərracdakı satış dəyərindən 2250 manat artıq qiymətə olmaqla, 78250 manata Cavabdeh2 satılmışdır. Bununla əlaqədar hərracın yekunları barədə 106/22 saylı, 30 iyun 2022-ci il tarixli protokol tərtib olunmuşdur. İddiaçı iddia ərizəsində hərracın yekunları barədə əsas kimi hüquqi nəticələrin etibarsız hesab edilməsi ilə bağlı əsas kimi qeyd edir ki, hərracın dayandırılması barədə qərar qəbul edilməsinə dair Cavabdeh1nə rəsmi məlumat verilsə də, Cavabdeh1 hüquqi nəticələri gözləmədən hərracın keçirilməsinə davam etmişdir. Bununla bağlı qeyd edir ki, onlar yalnız sifarişçi icra qurumundan dayandırma məktubu daxil olduğu halda icraata xitam verə bilərlər. Həmçinin iddiaçı qeyd etmişdir ki, bütün məktublar yalnız X18 adına göndərilmişdir. Lakin onlar İddiaçı hazırki iddia ərizəsində göstərdiyi ünvana bildirişləri göndərmişlər. Tərəf lazımi qaydada, düzgün şəkildə məlumatlardırılıb və onun hərrac barədə məlumatı olub. Cavabdeh1 MMC məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin nümayəndəsi məhkəməyə gəlməmiş və işə səlahiyyətli nümayəndənin iştirakı olmadan baxılaraq iddia tələbinin rədd edilməsini xahiş etmişdir, məhkəmə Azərbaycan Respublikası MPM-nin müddəalarını nəzərə alaraq işə Cavabdeh1 MMC-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 iddia tələbini qəbul etməyərək izahatında göstərmişdir ki, evi 2017-ci ildə Elmira Şirinovadan almışdır. 2018-ci ilin sonunda onlara məlum olmuşdur ki, bir ev bir neçə nəfərə satılıb. 2019-cu ildən bir neçə instansiyada işlərə baxılmışdır. Onun mənzilini İbad adlı şəxs tikmişdir. Həmin şəxs Elmira Şirinova ilə üzləşdirilmişdir. X43 adına heç bir əmlak olmamışdır. Elmira xanımın yaşadığı əmlak da iddiaçının adına olmuşdur. İddiaçının özünün çoxlu əmlakları vardır. Elmira xanımla danışıqları olmuşdur. Elmira xanım bildirmişdir ki, aldığı əmlakları nəvələrinin, kürəkənin və övladlarının adına keçirmişdir. İbad adlı şəxs də dindirilmiş və bildirmişdir ki, onunla müqaviləni Elmira Şirinova bağlamışdır. Elmira xanım məbləğin 30 faizini əvvəlcədən vermiş və qalan məbləği nəvələri, kürəkəni vasitəsilə göndərəcəyini demişdir. Azərbaycan Respublikası Baş Prokurorunun müavini, Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin müstəntiqi vəzifəsini icra edən, Elnur Rüstəmovun vəsatəti əsasənda ********* saylı cinayət işi üzrə əmlak üzərinə həbs qoyulması barədə təqdimatla Binəqədi Rayon Məhkəməsinə müraciət edilmiş, Binəqədi Rayon Məhkəməsinin 5(001)-358/2019 saylı 16 may 2019-cu il tarixli qərarı ilə təqdimat təmin edilərək daşınar və daşınmaz əmlaklar üzərinə həbs qoyulmuşdur. Mülki iddiaların təmin edilməsi üçün cinayət işi üzrə üzərinə həbs qoyulmuş digər əmlaklarla yanaşı, İddiaçı adına ünvan 13 üzərinə həbs qoyulmuşdur. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-130/2020 saylı 16 mart 2020-ci il tarixli hökmü ilə mülki iddiaların təmin edilməsi üçün sadalanan əmlakların üzərinə qoyulmuş həbs dəyişdilmədən saxlanılmış və həmin əmlaklara xüsusi müsadirə tətbiq edilmişdir. Məhz əmlakın həbsdən azad edilməsi hissəsində verilmiş apellyasiya şikayətinə (xüsusi müsadirə tətbiq edilən əmlakların müsadirədən çıxarılması və əmlaklar üzərindən həbsin götürülməsi) Bakı Apellyasiya Məhkəməsində baxılmış və məhkəmənin 09 fevral 2021-ci il tarixli 1(103)-51/2021 saylı qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-130/2020 saylı 16 mart 2020-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. Həmin qərardan verilmiş şikayətə Azərbaycan Respublikası Ali Məhkəməsində baxılmış və Ali Məhkəmənin 2(103)-1231/2021 saylı xx.xx.2021 tarixli 1(103)-51/2021 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-130/2020 saylı xx.xx.2022-ci il tarixli icra sənədi üzrə xüsusi müsadirə tətbiq edilmiş İddiaçı məxsus ünvan 13 ünvanında yerləşən mənzil, xx.xx.2022-ci il tarixdə hərrac vasitəsi ilə ona satılmışdır. Bununla bağlı Cavabdeh1 MMC tərəfindən xx.xx.2022-ci il tarixli Protokol tərtib edilmiş və həmin protokol əsasında əmlakın onun adına rəsmiləşdirilməsinə dair məktub verilmişdir. ƏMDX Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən onun adına mülkiyyət hüququnu təsdiq edən çıxarış verilmişdir. Əlavə olaraq iddiaçının məhkəmə aktlarından, qəbul edilmiş qərarlardan məlumatı olmuş, eyni zamanda hərracın keçirilməsindən də məlumatlı olmuşdur. Hərracdan əvvəl də onlar qarşı tərəfə bildirilmişdir ki, kənarda torpaqlarını və qeyri-yaşayış sahələri vardır, onları satıb zərərçəkənləri yola salsınlar, ancaq heçkəs heç bir addım atmamışdır. Hətta Elmira xanım da xahiş etdi ki, heç olmasa yaşadığı evin çıxarışını verin, evi satsın və bu şəxslərin pulunu qaytara bilsin. Lakin heç bir tədbir görülməmişdir. Bundan sonra evlər də qanuni şəkildə hərraca çıxmışdır. Hərracda onlar özləri də iştirak edirdilər. Onlar istəyərdilər ki, evləri elə özləri alsınlar və onların pulunu qaytarsınlar, lakin almadılar. Evi əvvəlcə 98.000 manata hərraca çıxardılar, ancaq onlar gözlədilər ki özləri alsınlar, alan olmamışdır. Onun zərəri 62.500 idi, ancaq evi zərərinin üzərinə də borc alıb pul qoyaraq 78.250 manata almışdır. İddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməməlidir. İş materiallarında olan 20 iyul 2022-ci il tarixli Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-130/2020 saylı, xx.xx.2022-ci il tarixli icra vərəqəsi üzrə tələbkarlar tərəfindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi İcra Baş İdarəsinin rəisinə və X9” nəzdində Cavabdeh1 MMC-nin rəhbərliyinə ünvanlanmış kollektiv müraciətə əsasən Bakı Ağır Cinayətlər Məhkəməsinin sözügedən icra sənədi üzrə digər əmlakların, yəni Şamaxı, Nərimanov və Xəzər Rayon İcra Şöbələrinin icraatlarında olan icra sənədləri üzrə açıq hərracda satışa çıxarılmalı olan əmlakların hərraclarının keçirilməsinin Cavabdeh1 MMC-yə sifariş olunmasına göstərişin verilməsi xahiş olunmuşdur. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2021-ci il tarixli, 1(103)-51/2021 saylı qərarına əsasən apellyasiya protesti və apellyasiya şikayətlərinin təmin edilməməsi, Bakı Ağır Cinayətlər Məhkəməsinin 16 mart 2020-ci il tarixli, 1(101)-130/2020 saylı hökmünün apellyasiya protesti və apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. İş materiallarında olan Bakı şəhəri Binəqədi Rayon İcra Şöbəsinin Cavabdeh1 MMC-yə ünvanladığı xx.xx.2022-ci il tarixli “Hərracın keçirilməsi haqqında” Sifarişdən görünür ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-130/2020 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən İddiaçı məxsus ilkin satış qiyməti 95000 manat müəyyən edilmiş Bakı şəhəri, Binəqədi rayonu, Ə.Naxçıvani küçəsi, ev 13 C, 108 saylı mənzilin satılması ilə bağlı hərracın keçirilməsi xahiş olunmuşdur. İş materiallarında olan Bakı şəhəri Binəqədi Rayon İcra Şöbəsinə, X25, İddiaçı, X26, X37, X11 ünvanlanmış xx.xx.2022-ci il tarixli X32 dair bildirişdə qeyd edilmişdir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-130/2020 saylı, xx.xx.2022-ci il tarixli icra vərəqəsinə əsasən Bakı şəhəri Binəqədi Rayon İcra Şöbəsinin xx/xx-11975-16 saylı, xx.xx.2022-ci il tarixli sifarişi üzrə Bakı şəhəri, Binəqədi rayonu, Ə.Naxçıvani küçəsi, ev 13 C, 109 saylı mənzil, ünvan 11vanında yerləşən 108 saylı mənzil, ünvan 16anında yerləşən 9 saylı mənzil açıq hərracda satılmalıdır. Bununla əlaqədar olaraq 02 iyun 2022-ci il tarixdə saat 11:00-da Bakı şəhəri, Yasamal rayonu, Məmməd Rahim 4a ünvanında keçiriləcək açıq hərracda iştirak etməyə dəvət olunursunuz. İlkin hərracda ilkin satış qiyməti 5 saylı mənzil üzrə 108000 manat, 109 saylı mənzil üzrə 198000 manat, 108 saylı mənzil üzrə 95000 manat, 9 saylı mənzil üzrə 115000 manat müəyyən edilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli www.birjanews.az saytında yerləşdirilmiş X32 dair elanda qeyd edilmişdir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-130/2020 saylı, xx.xx.2022-ci il tarixli icra vərəqəsinə əsasən Bakı şəhəri Binəqədi Rayon İcra Şöbəsinin xx/xx-11975-16 saylı, xx.xx.2022-ci il tarixli sifarişi üzrə Bakı şəhəri, Binəqədi rayonu, Ə.Naxçıvani küçəsi, ev 13 C, 109 saylı mənzil, ünvan 11vanında yerləşən 108 saylı mənzil, ünvan 16anında yerləşən 9 saylı mənzil açıq hərracda satılmalıdır. İlkin hərrac açıq auksion qaydasında keçirilməklə 02 iyun 2022-ci il tarixə, saat 11:00-a təyin edilmişdir. Hərrac Bakı şəhəri, Yasamal rayonu, M.Rahim 4A ünvanında keçiriləcəkdir. Əmlakın ilkin satış qiyməti 5 saylı mənzil üzrə 108000 manat, 109 saylı mənzil üzrə 198000 manat, 108 saylı mənzil üzrə 95000 manat, 9 saylı mənzil üzrə 115000 manat müəyyən edilmişdir. Hərracın təşkilatçısı Cavabdeh1 MMC-dir. İş materiallarında olan 02 iyun 2022-ci il tarixli hərracın baş tutmamasına dair protokola əsasən müəyyən edilir ki, 02 iyun 2022-ci il, saat 11:00-a təyin edilmiş ilkin hərracda iştirak etmək üçün müraciət daxil olmamışdır. Odur ki, 02 iyun 2022-ci il tarixinə təyin edilmiş ilkin hərrac hərracın iştirakçısı olmaması səbəbindən baş tutmadı. İş materiallarında olan Bakı şəhəri Binəqədi Rayon İcra Şöbəsinə, X25, İddiaçı, X26, X11, X27, X20, X38, X21, X42, X22, X46, X29, X28, Cavabdeh2, X39 ünvanlanmış xx.xx.2022-ci il tarixli X24 dair bildirişdə qeyd edilmişdir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-130/2020 saylı, xx.xx.2022-ci il tarixli icra vərəqəsinə əsasən Bakı şəhəri Binəqədi Rayon İcra Şöbəsinin xx/xx-11975-16 saylı, xx.xx.2022-ci il tarixli sifarişi üzrə Bakı şəhəri, Binəqədi rayonu, Ə.Naxçıvani küçəsi, ev 13 C, 109 saylı mənzil, ünvan 11vanında yerləşən 108 saylı mənzil, ünvan 16anında yerləşən 9 saylı mənzil açıq hərracda satılmalıdır. Bununla əlaqədar olaraq 16 iyun 2022-ci il tarixdə saat 11:00-da Bakı şəhəri, Yasamal rayonu, Məmməd Rahim 4a ünvanında keçiriləcək açıq hərracda iştirak etməyə dəvət olunursunuz. İlkin hərracda ilkin satış qiyməti 108 saylı mənzil üzrə 95000 manat, təkrar hərrac üzrə satış qiyməti 85500 manat müəyyən edilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli www.birjanews.az saytında yerləşdirilmiş X24 dair elanda qeyd edilmişdir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-130/2020 saylı, xx.xx.2022-ci il tarixli icra vərəqəsinə əsasən Bakı şəhəri Binəqədi Rayon İcra Şöbəsinin xx/xx-11975-16 saylı, xx.xx.2022-ci il tarixli sifarişi üzrə Bakı şəhəri, Binəqədi rayonu, Ə.Naxçıvani küçəsi, ev 13 C, 109 saylı mənzil, ünvan 11vanında yerləşən 108 saylı mənzil, ünvan 16anında yerləşən 9 saylı mənzil açıq hərracda satılmalıdır. İlkin hərrac açıq auksion qaydasında keçirilməklə 16 iyun 2022-ci il tarixə, saat 11:00-a təyin edilmişdir. Hərrac Bakı şəhəri, Yasamal rayonu, M.Rahim 4A ünvanında keçiriləcəkdir. Əmlakın ilkin satış qiyməti İlkin hərracda ilkin satış qiyməti 108 saylı mənzil üzrə 95000 manat, təkrar hərrac üzrə satış qiyməti 85500 manat müəyyən edilmişdir. Hərracın təşkilatçısı Cavabdeh1 MMC-dir. İş materiallarında olan Bakı şəhəri Binəqədi Rayon İcra Şöbəsinə, X25, İddiaçı, X26, X11, X27, X20, X38, X21, X42, X22, X46, X29, X28, Cavabdeh2, X39 ünvanlanmış xx.xx.2022-ci il tarixli X24 dair bildirişdə qeyd edilmişdir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-130/2020 saylı, xx.xx.2022-ci il tarixli icra vərəqəsinə əsasən Bakı şəhəri Binəqədi Rayon İcra Şöbəsinin xx/xx-11975-16 saylı, xx.xx.2022-ci il tarixli sifarişi üzrə Bakı şəhəri, Binəqədi rayonu, Ə.Naxçıvani küçəsi, ev 13 C, 109 saylı mənzil, ünvan 11vanında yerləşən 108 saylı mənzil, ünvan 16anında yerləşən 9 saylı mənzil açıq hərracda satılmalıdır. Bununla əlaqədar olaraq 30 iyun 2022-ci il tarixdə saat 11:00-da Bakı şəhəri, Yasamal rayonu, Məmməd Rahim 4a ünvanında keçiriləcək açıq hərracda iştirak etməyə dəvət olunursunuz. İlkin hərracda ilkin satış qiyməti 108 saylı mənzil üzrə 95000 manat, təkrar hərrac üzrə satış qiyməti 76000 manat müəyyən edilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli www.birjanews.az saytında yerləşdırılmış X24 dair elanda qeyd edilmişdir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-130/2020 saylı, xx.xx.2022-ci il tarixli icra vərəqəsinə əsasən Bakı şəhəri Binəqədi Rayon İcra Şöbəsinin xx/xx-11975-16 saylı, xx.xx.2022-ci il tarixli sifarişi üzrə Bakı şəhəri, Binəqədi rayonu, Ə.Naxçıvani küçəsi, ev 13 C, 109 saylı mənzil, ünvan 11vanında yerləşən 108 saylı mənzil, ünvan 16anında yerləşən 9 saylı mənzil açıq hərracda satılmalıdır. İlkin hərrac açıq auksion qaydasında keçirilməklə 30 iyun 2022-ci il tarixə, saat 11:00-a təyin edilmişdir. Hərrac Bakı şəhəri, Yasamal rayonu, M.Rahim 4A ünvanında keçiriləcəkdir. İlkin hərracda ilkin satış qiyməti 108 saylı mənzil üzrə 95000 manat, təkrar hərrac üzrə satış qiyməti 76000 manat müəyyən edilmişdir. Hərracın təşkilatçısı Cavabdeh1 MMC-dir. İş materiallarında olan X45 Cavabdeh1 MMC-yə ünvanladığı 24 iyun 2022-ci il tarixli, 105/22 saylı “Bakı şəhəri Binəqədi Rayon İcra Şöbəsinin xx/xx-11975-16 saylı, xx.xx.2022-ci il tarixli sifarişi üzrə keçirilən açıq hərracda iştirak etmək üçün” ərizəsində qeyd edilmişdir ki, rəsmi qaydada tanış edildiyi “Əmlakın açıq hərracda satışı üzrə sifarişin verilməsi, hərracın təşkili, keçirilməsi və rəsmiləşdirilməsinin prosedur Qaydaları”na uyğun olaraq 30 iyun 2022ci il tarixə saat 11:00-a təyin edilmiş təkrar açıq hərracda satışa çıxarılmış ünvan 12 ünvanında yerləşən 9 saylı mənzilə və ünvan 11vanında yerləşən 108 saylı mənzilə dair keçirilən açıq hərracda iştirak etmək arzusundadır. Tələbkarın beh məbləğini ödəməkdən azad olunduğunu nəzərə alıb, hərracda iştirakının təmin olunmasını xahiş edir. X45 ərizəsində əl yazması ilə xx.xx.2022-ci il tarixli, 06 və 07 saylı bileti təhvil aldığını qeyd etmişdir. İş materiallarında olan X51 Cavabdeh1 MMC-yə ünvanladığı 28 iyun 2022-ci il tarixli, 114/22 saylı “Bakı şəhəri Binəqədi Rayon İcra Şöbəsinin xx/xx-11975-16 saylı, xx.xx.2022-ci il tarixli sifarişi üzrə keçirilən açıq hərracda iştirak etmək üçün” ərizəsində qeyd edilmişdir ki, rəsmi qaydada tanış edildiyi “Əmlakın açıq hərracda satışı üzrə sifarişin verilməsi, hərracın təşkili, keçirilməsi və rəsmiləşdirilməsinin prosedur Qaydaları”na uyğun olaraq 30 iyun 2022ci il tarixə saat 11:00-a təyin edilmiş təkrar açıq hərracda satışa çıxarılmış ünvan 11vanında yerləşən 108 saylı mənzilə dair keçirilən açıq hərracda iştirak etmək arzusundadır. Tələbkarın beh məbləğini ödəməkdən azad olunduğunu nəzərə alıb, hərracda iştirakının təmin olunmasını xahiş edir. X51 ərizəsində əl yazması ilə xx.xx.2022-ci il tarixli, 12 saylı bileti təhvil aldığını qeyd etmişdir. İş materiallarında olan Cavabdeh2 Cavabdeh1 MMC-yə ünvanladığı 24 iyun 2022-ci il tarixli, 106/22 saylı “Bakı şəhəri Binəqədi Rayon İcra Şöbəsinin xx/xx-11975-16 saylı, xx.xx.2022-ci il tarixli sifarişi üzrə keçirilən açıq hərracda iştirak etmək üçün” ərizəsində qeyd edilmişdir ki, rəsmi qaydada tanış edildiyi “Əmlakın açıq hərracda satışı üzrə sifarişin verilməsi, hərracın təşkili, keçirilməsi və rəsmiləşdirilməsinin prosedur Qaydaları”na uyğun olaraq 30 iyun 2022-ci il tarixə saat 11:00-a təyin edilmiş təkrar açıq hərracda satışa çıxarılmış ünvan 12 ünvanında yerləşən 9 saylı mənzilə və ünvan 11vanında yerləşən 108 saylı mənzilə dair keçirilən açıq hərracda iştirak etmək arzusundadır. Tələbkarın beh məbləğini ödəməkdən azad olunduğunu nəzərə alıb, hərracda iştirakının təmin olunmasını xahiş edir. Cavabdeh2 ərizəsində əl yazması ilə xx.xx.2022-ci il tarixli, 08 və 09 saylı bileti təhvil aldığını qeyd etmişdir. İş materiallarında olan X36 Cavabdeh1 MMC-yə ünvanladığı 22 iyun 2022-ci il tarixli, 99/22 saylı “Bakı şəhəri Binəqədi Rayon İcra Şöbəsinin xx/xx-11975-16 saylı, xx.xx.2022-ci il tarixli sifarişi üzrə keçirilən açıq hərracda iştirak etmək üçün” ərizəsində qeyd edilmişdir ki, rəsmi qaydada tanış edildiyi “Əmlakın açıq hərracda satışı üzrə sifarişin verilməsi, hərracın təşkili, keçirilməsi və rəsmiləşdirilməsinin prosedur Qaydaları”na uyğun olaraq 30 iyun 2022ci il tarixə saat 11:00-a təyin edilmiş təkrar açıq hərracda satışa çıxarılmış ünvan 12 ünvanında yerləşən 9 saylı mənzilə və ünvan 11vanında yerləşən 108 saylı mənzilə dair keçirilən açıq hərracda iştirak etmək arzusundadır. Tələbkarın beh məbləğini ödəməkdən azad olunduğunu nəzərə alıb, hərracda iştirakının təmin olunmasını xahiş edir. İş materiallarında olan 30 iyun 2022-ci il tarixli, 106/22 nömrəli hərracın yekunları barədə protokola əsasən müəyyən olunur ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)- 130/2020 saylı, xx.xx.2022-ci il tarixli icra vərəqəsinə əsasən Bakı şəhəri Binəqədi Rayon İcra Şöbəsinin xx/xx-11975-16 saylı, xx.xx.2022-ci il tarixli sifarişi üzrə ünvan 11vanında yerləşən 108 saylı mənzili təkrar hərracda 78250 manat olmaqla Cavabdeh2 satılmışdır. Hərracın yekunları barədə bu protokol ünvan 11vanında yerləşən 108 saylı mənzilin yeni mülkiyyətçi Cavabdeh2 adına dövlət qeydiyyatına alınması üçün əsasdır. İş materiallarında olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-MTT(001)-187/2022 saylı qərardadına əsasən İddiaçı tərəfindən verilmiş müvəqqəti təminat tədbirinin tətbiqi barədə ərizənin təmin edilməməsi qərara alınmışdır. İş materiallarında olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-6327/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən iddiaçı Cavabdeh2 cavabdeh İddiaçı qarşı iddia ərizəsi təmin edilərək, cavabdeh İddiaçı ünvan 19 ünvanından çıxarılması və mənzilin iddiaçı Cavabdeh2 təhvil verilməsi qət edilmişdir. İş materiallarında olan Bakı Ağır Cinayətlər Məhkəməsinin 16 mart 2020-ci il tarixli, 1(101)-130/2020 saylı hökmündən görünür ki, mülki iddiaların təmin edilməsi üçün cinayət işi üzrə üzərinə həbs qoyulmuş İddiaçı ünvan 20 ünvanında olan mənzilin üzərində olan həbs saxlanılmışdır. İş materiallarında olan Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 2(001)-4297\2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadına əsasən İddiaçı cavabdehlər Azərbaycan Respublikasının Baş Prokurorluğuna və Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsinə qarşı əmlakın siyahıdan çıxarılması, onun həbsdən azad olunması və qanuni sahibinə qaytarılması tələbinə dair mülki iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. İş materiallarında olan Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 8 (001)-511\2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadına əsasən İddiaçı Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsinin icra məmurunun hərəkətlərindən şikayətinin təmin edilməməsi qərara alınmışdır. İş materiallarında olan Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 7 (001)-646\2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadına əsasən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 5 (001)-358\2019 saylı, 16 may 2019-cu il tarixli qərarı ilə ünvan 21 ünvanında yerləşən 5 saylı, ünvan 22ən 9 saylı mənzilin üzərinə qoyulmuş həbsin götürülməsi qərara alınmışdır. İş materiallarında olan Əmlak Məsələləri Dövlət xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2022-ci il tarixli çıxarışdan görünür ki, Bakı şəhəri Binəqədi rayonu, Ə.Naxçıvani küçəsi, ev 13 C ünvanında yerləşən 108 saylı mənzil xüsusi mülkiyyət hüququ əsasında Cavabdeh2 məxsusdur. Azərbaycan Respublikasının “İcra haqqında” Qanununun: 53.1. Üzərinə həbs qoyulmuş əmlak, qanunla dövriyyədən çıxarılmış və ya dövriyyəsi məhdudlaşdırılmış əmlak istisna olmaqla, həbsin səbəblərindən, əmlakın növündən və mənsubiyyətindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə başqa hal nəzərdə tutulmamışdırsa, tələbkara təklif olunur. Tələbkar imtina etdikdə həmin əmlak tələbkarın imtina etdiyi gündən üç ay müddətində satılmalıdır. 53.2. Vergi ödəyicisinin vergi borcuna görə siyahıya alınmış əmlakı istisna olmaqla, borclunun əmlakı qanunla nəzərdə tutulmuş qaydada əmtəə birjaları nəzdində yaradılan və bu cür əməliyyatlar aparmaq hüququna malik olan ixtisaslaşdırılmış müəssisələr tərəfindən hərrac yolu ilə satılır. 62.2. Hərracın keçirilməsi qaydası Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilir. 53.3. Əmlak satılmadıqda, həmin əmlak yenidən tələbkara təklif olunur. Tələbkar əmlakdan imtina etdikdə, əmlak borcluya, icra sənədi isə icra sənədini vermiş məhkəmə və ya digər orqana (notariusun icra qeydi isə tələbkara) qaytarılır. 62.2. Hərracın keçirilməsi qaydası Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 414-cü maddəsinə əsasən: 414.1. Əgər müqavilənin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, o, hərrac keçirilməsi yolu ilə bağlana bilər. Müqavilə hərracı udan şəxslə bağlanır. 414.2. Hərracın təşkilatçısı kimi əmlakın mülkiyyətçisi və ya əmlak hüququnun sahibi və ya ixtisaslaşdırılmış təşkilat çıxış edə bilər. İxtisaslaşdırılmış təşkilat əmlakın mülkiyyətçisi və ya əmlak hüququnun sahibi ilə müqavilə əsasında hərəkət edir və onların adından və ya öz adından çıxış edir. 414.3. Bu Məcəllədə göstərilən hallarda əmlakın və ya əmlak hüququnun satışı barədə müqavilələr yalnız hərrac keçirilməsi yolu ilə bağlana bilər. 414.4. Hərrac auksion və ya müsabiqə formasında keçirilir. Ən yüksək qiymət təklif etmiş şəxs auksionda hərracı udmuş sayılır, hərracın təşkilatçısının qabaqcadan təyin etdiyi müsabiqə komissiyasının rəyinə əsasən ən yaxşı şərtlər təklif etmiş şəxs isə müsabiqə üzrə hərracı udmuş sayılır. 414.5. Qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, hərracın formasını satılan əmlakın mülkiyyətçisi və ya satılan əmlak hüququnun sahibi müəyyənləşdirir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 415-ci maddəsinə əsasən qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 416-cı maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. Beləliklə, məhkəmə araşdırması zamanı və iş materiallarından olan sənədlərdən müəyyən edilmişdir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-130/2020saylı, xx.xx.2022ci il tarixli icra vərəqəsinə əsasən Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsinin xx/xx-11975-16 saylı, xx.xx.2022-ci il tarixli sifarişi üzrə Bakı şəhəri Binəqədi rayonu, Ə.Naxçıvani küçəsi, ev 13C, 108 saylı mənzil Cavabdeh1 MMC-yə sifariş olunmuşdur. Sözügedən sifarişdə qeyd olun əmlakların açıq hərracda ilkin satış dəyəri 108 saylı mənzil üzrə 95.000 (doxsan beş min) manat məbləğində müəyyənləşdirilmişdir. Sözügedən hərrac sifarişi "Əmlak Hərrac Mərkəzi” MMC-yə daxil olduqdan sonra həmin hərrac sifarişinə əsasən satılmalı olan mənzillərə dair ilkin hərracın keçirilməsi 02 iyun 2022-ci il tarixə saat 11:00-da (növbəlik qaydasında) təyin edilmiş və hərracın qeyd olunan tarixə təyin edilməsi barədə elan xx.xx.2022-ci il tarixində kütləvi informasiya kimi Azərbaycan Respublikası Ədliyyə Nazirliyində qeydiyyata alınmış Birjanyus X10 (portalında) (www.birjanews.az) dərc olunmuş və həmin elan həmçinin hərracın təşkilatçısının, rəsmi internet səhifəsində də (“Eherrac.com”) yerləşdirilmişdir. Bundan sonra sifariş olunan əmlaklara dair X32 dair 758/22 saylı, xx.xx.2022-ci il tarixli bildiriş hərracın sifarişçisinə, eləcə də icra sənədi üzrə tələbkarlara poçt vasitəsi ilə göndərilmişdir. “Hərracın baş tutmamasına dair” 02 iyun 2022-ci il tarixli protokolun surətindən görünür ki, yuxarıda göstərilən tarixə təyin edilmiş hərrac hərracın iştirakçısı olmaması səbəbindən baş tutmamışdır. 02 iyun 2022-ci il tarixinə təyin edilmiş hərrac baş tutmadığından həmin mənzil ilkin satış qiymətindən aşağı qiymətə, yəni 85.500 min manata olmaqla, 16 iyun 2022-ci il tarixinə, saat 11:00-a (növbəlik qaydasında) təkrar açıq hərraca çıxarılmış və təkrar hərracın keçirilməsi ilə bağlı elan xx.xx.2022-ci il tarixində kütləvi informasiya vasitəsi olan “Birjanyus” X10 (Portalında) (vvww.birjanevvs.az) dərc olunmuş və həmin elan həmçinin hərrac təşkilatçısının rəsmi internet səhifəsində də ("E-herrac.com”) yerləşdirilmişdir. Daha sonra sifariş olunan mənzilə dair X32 dair 978/22 saylı, xx.xx.2022-ci il tarixli bildiriş hərracın sifarişçisinə, eləcə də icra sənədi üzrə tələbkarlara və adları qeyd olunan əmlak sahiblərinə poçt vasitəsi ilə göndərilmişdir. 16 iyun 2022-ci il tarixinə təyin edilmiş hərrac baş tutmadığından həmin mənzil 76.000 manata olmaqla, 30 iyun 2022-ci il tarixinə, saat 11:00-a (növbəlik qaydasında) təkrar açıq hərraca çıxarılmış və təkrar hərracın keçirilməsi ilə bağlı elan xx.xx.2022- ci ıl tarixində kütləvi informasiya vasitəsi olan “Birjanyus” X10 (portalında) (www.birjanews.az) dərc olunmuş və həmin elan həmçinin hərracın təşkilatçısının, rəsmi internet səhifəsində də (“E-herrac.com”) yerləşdirilmişdir. Daha sonra sifariş olunan mənzilə dair X32 dair bildiriş hərracın sifarişçisinə, eləcə də icra sənədi üzrə tələbkarlara poçt vasitəsi ilə göndərilmişdir. Yuxarıda sözügedən tarixə təyin olunmuş təkrar (sonuncu) açıq hərracda iştirak etmək üçün tələbkar X36, X51, X45 və Cavabdeh2 ərizə ilə ‘‘Əmlak Hərrac Mərkəzi" MMC-yə müraciət edərək tələbkar olaraq iştiraklarının təmin olunmasını xahiş etmişlər. xx.xx.2022-ci il tarixdə keçirilən açıq hərracda hərracın predmeti olan mənzil təkrar hərracdakı satış dəyərindən artıq qiymətə, yəni 78.250 manata tələbkar Cavabdeh2 satılmışdır. Bununla əlaqədar olaraq hərracın yekunları barədə 106/22 saylı, xx.xx.2022-ci il tarixli protokol tərtib olunmuşdur. Protokoldan görünür ki, xx.xx.2022-ci il tarixli, 106/22 № li hərracın yekunları barədə protokol qalibi alıcı, eləcə də hərracın təşkilatçısının protokol bölməsinin rəhbərinin və direktorunun imzası, həmçinin hərracın təşkilatçısının möhürü ilə təsdiq edildikdən sonra elektron qaydada hərracın sifarişçisinə göndərilmişdir. Belə ki, protokol növbəti tədbirlərin təmin edilməsi məqsədi ilə hərracın qalibi vasitəsi ilə sifarişçi icra qrumuna göndərilmişdir. Belə ki, iddiaçı iddia ərizəsində həracın yekun hüquqi nəticələrinin etibarsız hesab edilməsi ilə bağlı əsas kimi qeyd etmişdir ki, hərracın dayandırılması barədə qərar qəbul edilməsinə dair hərrac mərkəzinə rəsmi məlumat verilsə də, hərrac təşkilatı hüquqi nəticələri gözləmədən hərracın keçirilməsinə davam etmişdir. Belə ki, hərracın dayandırılması tərəflərin müraciətləri əsasında deyil, yalnız İcra haqqında Qanunun müddəalarına uyğun olaraq dayandırıla bilər. Eyni zamanda iddiaçı hazırkı iddia ərizəsində qeyd etmişdir ki, X6 2019-cu il tarixdə 78 yaşında vəfat etdiyi halda cavabdeh icra və hərrac təşkilatı bütün məktubları onun adına göndərmişdir. Lakin iş materiallarında olan 13 may 2022-ci il tarixli, 01 iyul 2022-ci il tarixli hərracın keçirilməsinə dair bildirişin göndərilməsini əks etdirən reyestrlərdən görünür ki, İddiaçı (ünvan 23 ünvanına bildirişlərin göndərilməsi təmin olunmuşdur. Yuxarıda qeyd edilən xüsusatlardan, eləcə də iş materiallarında olan sənədlərdən görünür ki, sözügedən hərrac sifarişi üzrə keçirilən hərrac qanuni və əsaslıdır. Odur ki, həmin hərracın nəticələrinə dair tərtib və təsdiq olunmuş protokolun etibarsız sayılmasına və onun əsasında mübahisəli əmlaka dair Cavabdeh2 adına verilmiş çıxarışın ləğv edilməsinə hər hansı hüquqi əsas yoxdur. Göründüyü kimi hərracın keçirilməsi qanunvericiliyin tələblərinə uyğun olaraq təşkil edilmiş və təkrar hərracın keçirilməsi ilə bağlı elanlar “Birjanyus” X10 (www.birjanews.az) dərc olunmuş və həmin elanlar həmçinin hərrac təşkilatçısının rəsmi internet səhifəsində də (E-herrac.com) yerləşdirilmişdir. Daha sonra sifariş olunan mənzilə dair təkrar X32 dair bildirişlər hərracın sifarişçisinə, icra sənədi üzrə tərəflərə poçt vasitəsilə göndərilmişdir. Nəticədə hərraca çıxarılmış mənzil qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun olaraq Cavabdeh2 satılmışdır. Belə olan halda məhkəmə hesab edir ki, hərraca çıxarılmış avtomobil “İcra haqqında” və Azərbaycan Respublikası Mülki Məcəlləsinin yuxarıda qeyd olunan maddələrinin tələblərinə uyğun olaraq hərrac vasitəsilə özgəninkiləşdirilmişdir. Bu səbəbdən də iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Belə ki, hazırkı mübahisə üzrə isə Cavabdeh1 Bakı şəhəri Binəqədi rayonu, Ə.Naxçıvani küçəsi, ev 13C, 108 saylı mənzilə dair keçirdiyi hərracın və hərracın yekunları barədə 106/22 saylı, xx.xx.2022-ci il tarixli protokolunun etibarlılığını şübhə altına alan hal müəyyən edilməmişdir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, Cavabdeh1 Bakı şəhəri Binəqədi rayonu, Ə.Naxçıvani küçəsi, ev 13C, 108 saylı mənzilə dair keçirdiyi hərrac qanunvericiliyin tələblərinə uyğun keçirilmiş və hərracın yekunları barədə protokol tərtib edilərkən qanunvericiliyin tələblərinə tam əməl edilmişdir. Buna görə də qeyd edilən hərracın yekunları barədə protokolun etibarsız hesab edilməsi və həmin mənzilə dair çıxarışın ləğv edilməsinə məhkəmə iclasında əsaslar müəyyən edilməmişdir. Həmçinin iddiaçı tələbinin əsası kimi istinad etdiyi faktları təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. Odur ki, iddia tələbi əsassızdır və təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı Cavabdeh1 MMC-nin ünvan 1 ünvanda yerləşən yaşayış sahəsinin hərracda satılmasınada dair 30 iyun 2022-ci il tarixli hərracın nəticələrinin, o cümlədən həmin tarixli, 106\22 nömrəli “Hərracın Yekunlarının barədə Protokol”un etibarsız hesab edilməsi və onun əsasında mübahisəli əmlaka dair Cavabdeh2 adına verilmiş daşınmaz əmlakın reyestr nömrəsi **********17-05301-093045, qeydiyyat nömrəsi ********** və qeydiyyat tarixi xx.xx.2022-ci il olan çıxarışın ləğv edilməsi barədə iddia tələbi rədd edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Gülnar Babazadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar