Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(004)-5393/2025 10.10.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Fariz Ariz oğlunun sədrliyi, İmanzadə Ziya Yadigar oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil Rafayıl oğlunun, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “miras payının müəyyən edilməsi” tələbinə dair mülki iş üzrə Cavabdeh vəsatətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “miras payının müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh məhkəməyə yazılı vəsatət təqdim edərək Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin icraatında olan iddiaçı Cavabdeh İddiaçı qarşı “ləyaqətsiz vərəsə hesab edilmə” tələbinə dair 2(001)-6150/2025 nömrəli mülki işin icraata daha əvvəl daxil olması nəzərə alınmaqla Bakı şəhəri Yasamal rayon Məhkəməsinin icraatında olan İddiaçı Cavabdeh qarşı “miras payının müəyyən edilməsi” tələbinə dair e-2(004)-5393/2025 mülki işin birləşdirilməsi üçün Bakı şəhəri Binəqədi rayon Məhkəməsinə göndərilməsini xahiş etmişdir. İddiaçı nümayəndəsi və vəkili Vəkil Rafayıl oğlu izahat verərək vəsatətin təmin edilməsinə etiraz etmədiyini bildirmiş və məhkəmənin sualına cavab olaraq bildirmişdir ki, Binəqədi rayon Məhkəməsinin icraatında olan iddiaçı Cavabdeh İddiaçı qarşı “ləyaqətsiz vərəsə hesab edilmə” tələbinə dair 2(001)-6150/2025 nömrəli mülki iş icraata Bakı şəhəri Yasamal rayon Məhkəməsinin icraatında olan İddiaçı Cavabdeh qarşı “miras payının müəyyən edilməsi” tələbinə dair e-2(004)- 5393/2025 mülki işdən daha əvvəl daxil olmuşdur. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, hazırkı mülki iş Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin icraatında olan iddiaçı Cavabdeh İddiaçı qarşı “ləyaqətsiz vərəsə hesab edilmə” tələbinə dair 2(001)-6150/2025 nömrəli mülki işlə bilavasitə əlaqəlidir, ədalət mühakiməsinin düzgün həyata keçirilməsi, miras əmlakın qanunla müəyyən edilmiş qaydada bölüşdürülməsi üçün işlərə birgə baxılmalı və qətnamə çıxarılmalıdır. Belə ki, sözügedən işlərə bir icraatda baxılması həm tərəflərin xahişidir, həm də vərəsəlik münasibətləri üzrə mübahisənin eyni hakim tərəfindən eyni icraatda həll edilməsi daha operativ və səmərəlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 43.1-ci maddəsinə əsasən əgər müxtəlif məhkəmələrin icraatında olan işlər biri-biri ilə əlaqəlidirsə, ədalət mühakiməsinin operativ, səmərəli və düzgün həyata keçirilməsi üçün onlara birgə baxılmalı və qətnamə çıxarılmalıdır. Bu məqsədlə iş (işlər) bir-biri ilə əlaqəli işlərdən biri, ilkin olaraq icraata qəbul edilmiş digər işə birləşdirilməlidir. Həmin Məcəllənin 43.2-ci maddəsinə əsasən bir-biri ilə əlaqəli olan işlərin bir icraatda birləşdirilməsi həm işdə iştirak edən şəxslərin vəsatəti, həm də məhkəmənin öz təşəbbüsü ilə həyata keçirilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Bakı şəhəri Yasamal rayon Məhkəməsinin icraatında olan İddiaçı Cavabdeh qarşı “miras payının müəyyən edilməsi” tələbinə dair e-2(004)-5393/2025 mülki iş Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin icraatında olan iddiaçı Cavabdeh İddiaçı qarşı “ləyaqətsiz vərəsə hesab edilmə” tələbinə dair 2(001)-6150/2025 nömrəli mülki işə birləşdirilməsi üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Fariz Əlizadə
Məhkəmə qərarları › İş №e-2(004)-5393/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №e-2(004)-5393/2025
10.10.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver