Məhkəmə qərarları › İş №e-2(004)-541/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-541/2025

29.05.2025 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-541/2025 29.05.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Fariz Ariz oğlunun sədrliyi, Əlihüseynli Mehin Mətin qızının katibliyi, Birləşdirilmiş icraat üzrə iddiaçı Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2, Cavabdeh4 iştirakı ilə, İddiaçı Cavabdeh1 qarşı “ünvan 1 ünvanında MTK-nə məxsus X6 “E” binasının (16 mərtəbəli) 1-ci giriş, 2-ci mərtəbəsində yerləşən 99.75 km, 3 otaqlı, 12 nömrəli mənzil üzrə cavabdeh tərəfindən yaradılmış maneələrin aradan qaldırılması və həmin mənzilin X11 və İddiaçı istifadəsinə geri qaytarılması öhdəliyinin Cavabdeh1 üzərinə qoyulması” tələbinə dair, birləşdirilmiş icraat üzrə iddiaçı Cavabdeh1 cavabdehlər İddiaçı, Cavabdeh3 MMC, Cavabdeh2 MTK və Cavabdeh4 qarşı “Yasamal-M MMC ilə Cavabdeh1 arasında bağlanılmış 25 fevral 2022-ci il tarixli AS/171 saylı Alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, "xxxx" MMC tərəfindən verilmiş 09 mart 2022-ci il tarixli, № 171/02 saylı maliyyə arayışının etibarsız hesab edilməsi, Cavabdeh2 MTK üzvlərinin MTK üzvlüyünə qəbul və mənzillərin payçıya verilməsinə haqqında ümumi iclasının № 02 saylı, 19 iyul 2023-cü il tarixli qərarının, protokolundan çıxarışın etibarsız hesab edilməsi, X6 K.Kazımzadə küçəsinin 84 ünvanında (“E” Binasının İ girişli) 4-cü mərtəbəsində (0- səviyyəsindən hesablanmaqla) yerləşən ümumi sahəsi 96.00 kv.m olan № 12 saylı mənzilin iddiaçı Cavabdeh1 tam pay hüququnun, sahiblik və istifadə hüququnun tanınması, X6 K.Kazımzadə küçəsinin 84 ünvanında (“E” Binasının İ girişli) 4-cü mərtəbəsində (0səviyyəsindən hesablanmaqla) yerləşən ümumi sahəsi 96.00 kv.m olan № 12 saylı mənzilin iddiaçı Cavabdeh1 adına verilməsinə dair yeni müqavilə tərtib edilərək iddiaçıya verilməsi öhdəliyinin Cavabdeh3 MMC-nin direktoru Cavabdeh4 üzərinə qoyulması” iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh1 qarşı “ünvan 1 ünvanında MTK-nə məxsus X6 “E” binasının (16 mərtəbəli) 1-ci giriş, 2-ci mərtəbəsində yerləşən 99.75 km, 3 otaqlı, 12 nömrəli mənzil üzrə cavabdeh tərəfindən yaradılmış maneələrin aradan qaldırılması və həmin mənzilin X11 və İddiaçı istifadəsinə geri qaytarılması öhdəliyinin Cavabdeh1 üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh1 faktiki nikah münasibətində olmuş və onların iki övladları dünyaya gəlmişdir. Sonradan tərəflər arasında münasibət pisləşmiş onlar ayrılmaq qərarına gəlmişlər. Övladlarından biri xx.xx.2016-cı il təvəllüdlü X16 iddiaçı ilə birlikdə yaşamaqdadır. Cavabdeh2 MTK üzvlərinin ümumi iclasının 19 iyul 2023-cü il tarixli, 02 №-li protokolundan çıxarışa əsasən, X1 üzvü qəbul edilməklə, ünvan 1 ünvanında MTK-nə məxsus X6 “E” binasının (16 mərtəbəli) 1-ci giriş, 2-ci mərtəbəsində yerləşən 99.75 km, 3 otaqlı, 12 nömrəli mənzilin payçısı olmuşdur. Çıxarışda ailə tərkibi olaraq 2 nəfər İddiaçı və (övladı) X16 qeyd edilmişdir. Cavabdeh2 MTK tərəfindən təqdim edilmiş 16 avqust 2023-cü il tarixli, 08/46/36 nömrəli maliyyə arayışına əsasən, X16 ünvan 1 ünvanında MTK-nə məxsus X6 “E” binasının (16 mərtəbəli) 1-ci giriş, 2 –ci mərtəbəsində yerləşən 99.75 kv.m, 3 otaqlı, 12 nömrəli mənzilin payçısıdır və MTK-nə heç bir borcu yoxdur. Hazırda İddiaçı və onun yanında qalan övladı Ayxan Əliyev sözügedən mənzildə qeydiyyatdadırlar. Lakin, onlar Cavabdeh1 qanunsuz hərəkətləri ilə əlaqədar X12 məxsus mənzildən istifadə edə bilmirlər. Yuxarıda qeyd edilən sənədlər, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə təqdim edilmək üçün verilmişdir və sözügedən mənzilin X11 adında qeydə alınması üçün əsasdır. Belə ki, sözügedən mənzil faktiki olaraq 2022-ci il tarixində X11 adına rəsmiləşdirilmiş, o, həmin ilin noyabr ayında anası ilə birlikdə müvafiq ünvana köçmüşdür. Lakin, onlar mənzilə köçdüyü vaxtdan etibarən Cavabdeh1 dəfələrlə içkili vəziyyətdə onun evinə gələrək, İddiaçı zor (fiziki güc) tətbiq etməklə onu və övladını evdən qovmuş, onların müdafəsiz halda qalmasına səbəb olmuşdur. Sonuncu dəfə, 2024-cü ilin əvvəlində həmin hadisə yenə baş vermiş, lakin bu dəfə Cavabdeh1 öz oğlu Ayxan Əliyevə məxsus mənzilin giriş qapısının kilidini dəyişdirərək onların mənzildən istifadə hüququnu tam əlindən almışdır. Bu maneələrin aradan qaldırılması üçün İddiaçı ona dəfələrlə müraciətlər etsə də, həmin müraciətlər nəticəsiz qalmışdır. Qeyd edilən vaxtdan, iddiaçı azyaşlı övladı ilə birlikdə kirayə mənzillərdə yaşamaq məcburiyyətində qalmışdır. Məsələ ilə əlaqədar dəfələrlə polis orqanlarına da müraciətlər edilmiş, lakin hər hansı nəticə əldə edilməmişdir. Qeyd edək ki, bu cür hallar onun və övladının fiziki və psixi sağlamlıqlarının pozulmasına, onların maddi vəziyyətlərinin çətinləşməsinə səbəb olur. Belə ki, X11 və anasının mənzildən istifadə hüququna dair cavabdeh tərəfindən yaradılmış maneələrin aradan qaldırılmasının məhkəmə qaydasında tələb edilməsi zərurəti yaranmışdır. Göstərilənlər nəzərə alınmaqla iddia tələbinin təmin edilməsi xahiş edilir. Birləşdirilmiş icraat üzrə iddiaçı Cavabdeh1 cavabdehlər İddiaçı, Cavabdeh3 MMC, Cavabdeh2 MTK və Cavabdeh4 qarşı “Yasamal-M MMC ilə Cavabdeh1 arasında bağlanılmış 25 fevral 2022-ci il tarixli AS/171 saylı Alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, "xxxx" MMC tərəfindən verilmiş 09 mart 2022-ci il tarixli, № 171/02 saylı maliyyə arayışının etibarsız hesab edilməsi, Cavabdeh2 MTK üzvlərinin MTK üzvlüyünə qəbul və mənzillərin payçıya verilməsinə haqqında ümumi iclasının № 02 saylı, 19 iyul 2023-cü il tarixli qərarının, protokolundan çıxarışın etibarsız hesab edilməsi, X6 K.Kazımzadə küçəsinin 84 ünvanında (“E” Binasının İ girişli) 4-cü mərtəbəsində (0- səviyyəsindən hesablanmaqla) yerləşən ümumi sahəsi 96.00 kv.m olan № 12 saylı mənzilin iddiaçı Cavabdeh1 tam pay hüququnun, sahiblik və istifadə hüququnun tanınması, X6 K.Kazımzadə küçəsinin 84 ünvanında (“E” Binasının İ girişli) 4-cü mərtəbəsində (0səviyyəsindən hesablanmaqla) yerləşən ümumi sahəsi 96.00 kv.m olan № 12 saylı mənzilin iddiaçı Cavabdeh1 adına verilməsinə dair yeni müqavilə tərtib edilərək iddiaçıya verilməsi öhdəliyinin Cavabdeh3 MMC-nin direktoru Cavabdeh4 üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Cavabdeh1 2022-ci il tarixində ünvan 2 ünvanında yerləşən "xxxx" MMC tərəfindən inşa edilən çoxmərtəbəli yaşayış binasından yetkinlik yaşına çatmamış, xx.xx.2016-cı il təvəllüdlü övladı X11 adına “E” binasının 4-cü mərtəbəsində yerləşən ümumi sahəsi 96 kv.m olan № 12 saylı mənzili hədiyyə olaraq almaq qərarına gəlmişdir. Bu məqsədlə direktoru Cavabdeh4 şəxsində təmsil olunan Cavabdeh2 MMC (VÖEN: **********, hazırda ləğv olunub) (bundan sonra İcraçı) ilə digər tərəfdən fiziki şəxs (bundan sonra Sifarişçi adlandırılacaq) xx.xx.2016-cı il təvəllüdlü X11 adından valideynləri Cavabdeh1, İddiaçı arasında 25 fevral 2022-ci il tarixində № AS/171 saylı Alqı-satqı Müqaviləsi bağlanmışdır (formal olaraq alqı-satqı müqaviləsi, mahiyyəti və şərtləri üzrə Xidmət Müqaviləsi). Müqavilənin 1.1-ci bəndinə əsasən Müqavilənin şərt və müddəalarına uyğun olaraq, İcraçı bu Müqavilənin Əlavə № 2də təsvir olunan X6 K.Kazımzadə küçəsinin 84 ünvanında (“E” Binasının İ girişli) 4-cü mərtəbəsində (0-səviyyəsindən hesablanmaqla) yerləşən ümumi sahəsi 96.00 kv.m olan № 12 saylı təmirsiz mənzili yaşayış məqsədləri üçün Sifarişçiyə təhvil verməyi, Sifarişçi isə bu müqavilə ilə nəzərdə tutulmuş və tərəflər arasında razılaşdırılmış şərtlər daxilində aldığı mənzilin dəyərini icraçıya ödəməyi öhdəsinə götürür. Müqavilənin 1.2-ci maddəsinə əsasən Sifarişçi hazırki Müqavilədən və müqavilənin digər şərtlərindən irəli gələn öhdəliklərini yerinə yetirdikdən sonra aldığı mənzil ilə əlaqədar mülkiyyət hüquqlarını Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulan qaydada əldə edir. Müqavilənin 2.1-ci maddəsinə əsasən Tərəflərin qarşılıqlı razılığı əsasında mənzilin 1 kv.m sahəsinin qiyməti 2000.00 (iki min) manat müəyyən edilməklə əmlak üçün alış qiyməti 192000.00 (yüz doxsan iki min) manat təşkil edir. Müqavilənin 3.1-ci maddəsinə əsasən İcraçı Binanın və mənzilllərin tikinti-quraşdırma işlərini, fasad tərtibatını Azəbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən razılaşdırılmış memarlıq hissəsinin (eskiz) layihəsinə uyğun olaraq həyata keçirməlidir. Müqavilənin 4.1-ci maddəsinə əsasən İcraçı Əmlakı Müqaviləyə № 3 saylı Əlavədə təsvir edilən təhvil-təslim şərtlərinə uyğun olaraq Sifarişçiyə təhvil verməlidir. Sifarişçi təmir işlərini öz xərci hesabına həyata keçirir (şərtləri üzrə xidmət müqaviləsi olmasına baxmayaraq sadəcə mənzilin alınması xərci deyil, mənzilin bütün təmir xərcləri də iddiaçı Cavabdeh1 tərəfindən qarşılanmışdır). 25 fevral 2022-ci il tarixli AS/171 saylı Alqı-satqı müqaviləsinin № 05 saylı Əlavəsinə (ödəniş cədvəli) əsasən İcraçı "xxxx" MMC-nin direktoru Cavabdeh4 aldığı mənzilin dəyərini ödəməyi öhdəsinə götürür. № 05 saylı Əlavədə mənzilin qiyməti 192000 AZN, ilkin ödənişi 171 000 AZN, qalıq borc isə 21 0000 manat qeyd olunmuşdur. Həmçinin Əlavə № 05-də mənzilin tam dəqiq ümumi sahəsinin və sıra nömrəsi DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsində əmlakın dövlət reyestrində qeydiyyata alındıqdan sonra məlum olacağına dair qeyd əlavə olunmuşdur. Daha sonra X6 K.Kazımzadə küçəsinin 84 ünvanında (“E” Binasının İ girişli) 4-cü mərtəbəsində (0- səviyyəsindən hesablanmaqla) yerləşən ümumi sahəsi 96.00 kv.m olan № 12 saylı təmirsiz mənzilin alış qiyməti 192000 (yüz doxsan iki min) manat olmaqla, xx.xx.2016-cı il təvəllüdlü X11 adından valideynləri Cavabdeh1, İddiaçı qanuni nümayəndələri tərəfindən həmin məbləğdən 21000 (iyirmi bir min) manat, cəmi 192 000 (yüz doxsan iki min) manatın ödənildiyinə, həmin dövr üçün ödəniş üzrə heç bir borc öhdəliyinin qalmadığına dair 09 mart 2022-ci il tarixində "xxxx" MMC tərəfindən № 171/02 saylı maliyyə arayışı verilmişdir. "xxxx" MMC 18 yanvar 2017-ci il tarixində dövlət qeydiyyatına alınmış, xx.xx.2023-cü il tarixində Cavabdeh2nə çevrilmişdir ( bu barədə iddiaçı Cavabdeh1 heç bir məlumat verilməmişdir, iddiaçı sonradan məlumatı özü əldə etmişdir). Cavabdeh2 xx.xx.2023-cü il tarixində ləğv prosesinə daxil edilmiş və xx.xx.2023-cü il tarixində ləğv edilərək hüquqi şəxslərin dövlət reyestrindən çıxarılmışdır. xx.xx.2019-cu il tarixində Cavabdeh3 MMC (VÖEN:**********) dövlət qeydiyyatına alınmışdır və direktoru Cavabdeh4 şəxsində təmsil olunur və faktiki olaraq sözügedən ünvanda, ünvan 4 fəaliyyət göstərən Cavabdeh3 MMC ləğv edilmiş Yasamal M MTK-nın qanuni olaraq hüquqi varisi olmasada direktoru eyni şəxs, Cavabdeh4dur və hüquqi şəxs faktiki olaraq ləğv edilmiş hüquqi şəxslərin yerləşdiyi eyni ünvanda, eyni qaydada sözügedən məsələlərlə əlqədar fəaliyyət göstərir. Belə ki, iddia ilə əlaqədar olaraq hazırda fəaliyyət göstərən Cavabdeh3 MMC-yə sorğu verildikdə Cavabdeh4 ləğv edilmiş hüquqi şəxslərin yerinə Cavabdeh3 MMC adından cavablar təqdim etmişdir (qoşmaya əlavə olunur). 19 iyul 2023-cü il tarixində Cavabdeh2 MTK üzvlərinin MTK üzvlüyünə qəbul və mənzillərin payçıya verilməsinə haqqında ümumi iclasının № 02 saylı protokolundan çıxarışında, qərarında vətəndaş X2 üzvü qəbul olunmaqla, MTK-nın ünvan 1 ünvanında Cavabdeh2 MTK-ya məxsus X6 “E” binasının (16 mərtəbəli) 1-ci girişi, yaşayışının 2-ci mərtəbəsinin, daxili divarlar daxil olmaqla ümumi sahəsi 99.75 kv.m oxdan hesablanmış 3 otaqlı, (soldan 5-ci qapı) 12 saylı mənzilin payçısı olması MTK-nın sədri Cavabdeh4 tərəfindən təsdiq edilmiş və ailə tərkibi 2 nəfər Cavabdeh1 və İddiaçı göstərilmişdir. Həmçinin protokoldan çıxarışda sənədlərin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-in 1 saylı BakıƏrazi İdarəsinə hüquqlarının dövlət qeydiyyatına alınması üçün göndərilməsi qeyd olunmuşdur. Cavabdeh2 MTK üzvlərinin ümumi iclasının № 02 saylı qərarında formal olaraq iclasda iştirak edənlər 136 nəfər göstərilsə də qərarın qəbul olunmasında faktiki olaraq Cavabdeh4 və katibi olaraq qeyd olunmuş X8 iştirak etmişdir və qərar onlar tərəfindən təsdiq olunaraq imzalanmışdır. Daha sonra Cavabdeh2 MTK tərəfindən 16 avqust 2023-cü il tarixində X11 ünvan 1 ünvanında Cavabdeh2 MTK-ya məxsus X6 “E” binasının (16 mərtəbəli) 1-ci girişi, yaşayışının 2-ci mərtəbəsinin, daxili divarlar daxil olmaqla ümumi sahəsi 99.75 kv.m oxdan hesablanmış 3 otaqlı, (soldan 5-ci qapı) 12 saylı mənzilin payçısı olmasına və MTK-ya heç bir borcununun olmamasına dair maliyyə arayışı verilmişdir (maliyyə arayışı MTK-nın mühasibi X9 tərəfindən verilmişdir). Eyni qaydada maliyyə arayışının Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-in 1 saylı Bakı Ərazi İdarəsinə təqdim etmək üçün verilməsi qeyd olunmuşdur. Bakı Ərazi İdarəsinə təqdim olunmaq üçün verilməsi qərara alınmışdır. Sözügedən maliyyə arayışlarında və 25 fevral 2022-ci il tarixində № AS/171 saylı Alqı-satqı Müqaviləsində xx.xx.2016-cı il təvəllüdlü övladı X11 anası cavabdeh İddiaçı adı qeyd olunsa da, İddiaçı həmin sənədləşmə işlərində iştirak etməmişdir və tərəfindən heç bir ödəniş həyata keçirilməmişdir. Həmçinin mənzilə görə pul vəsaitinin ödənilməsi tam olaraq iddiaçı Cavabdeh1 tərəfindən həyata keçirilmişdir. Ümumiyyətlə, sözügedən mənzilin iddiaçı Cavabdeh1 tərəfindən övladının adına hədiyyə olaraq alınmasından İddiaçı məlumatı olmamışdır. Yanlız mənzil iddiaçı Cavabdeh1 tərəfindən əldə edildikdən sonra məlumatı olmuşdur. İddiaçının cavabdeh İddiaçı ilə aralarında rəsmi nikah və bundan irəli gələn hüquq münasibətləri olmamışdır. 25 fevral 2022-ci il tarixində № AS/171 saylı Alqı-satqı Müqaviləsində və maliyyə arayışlarında İddiaçı adının yazılmasına əsas və səbəb, Yasamal-M MMC-nin məsul şəxslərinin, Cavabdeh4 iddiaçıya X11 yetkinlik yaşına çatmamasını və bu səbəbdən onun qanuni nümayəndələrinin iştirakının vacib olduğunu bildirməsi olmuşdur. Bildirilmişdir ki, müqavilədə və maliyyə arayışında İddiaçı adının yazılması formal xarakter daşıyır. İddiaçı da bu səbəbdən məsul şəxslərin sözlərinə inanaraq məsələyə etiraz etməmişdir və mənzilin dəyərini tam şəkildə ödəmişdir. Sonradan iddiaçı sözügedən mənzilə dair mülkiyyət hüququnu təsdiq edən sənəd (çıxarış) əldə etmək istədikdə müvafiq qurumlar tərəfindən ona bildirilmişdir ki, "xxxx" MMC ləğv edilmiş, əvəzində Cavabdeh2 MTK yaradılmış, sonradan həmin MTK adından sakinlərə yeni müqavilə, protokoldan çıxarış və maliyyə arayışları verilərək, binadan mənzil alan şəxslərin mülkiyyət hüququnu təsdiq edən sənədin alınması təşkil edilmişdir. Sonradan iddiaçıya məlum olmuşdur ki, Cavabdeh2 MMC-nin, Cavabdeh2 MTK-nın və Cavabdeh3 MMC-nin vəzifəli şəxsləri öz şəxsi maraqları naminə, vəzifə səlahiyyətlərindən sui-istifadə edərək cavabdeh İddiaçı ilə əlbir olaraq sözügedən mənzili iddiaçının xəbəri olmadan gizli şəkildə cavabdeh İddiaçı və ya övladının adına rəsmiləşdirilməsini təmin edə bilmək üçün, guya mənzilin dəyərinin cavabdeh İddiaçı tərəfindən tam olaraq ödənilməsinə dair Cavabdeh2 MTK adından saxta maliyyə arayışı və övladı X11 MTK-ya üzv olmasına dair saxta protokoldan çıxarış vermişlər. 25 fevral 2022-ci il tarixli AS/171 saylı Alqı-satqı müqaviləsi bağlanılan zaman Cavabdeh2 MMC-nin direktoru Cavabdeh4 yetkinlik yaşına çatmamış xx.xx.2016-cı il təvəllüdlü X11 anası cavabdeh İddiaçı görmədən, onun iştirakı, müqavilənin bağlanmasında iradə ifadəsi olmadan, eləcə də cavabdehin imzası olmadan maliyyə arayışını hər iki qanuni nümayəndənin adına vermişdir. Halbuki cavabdeh İddiaçı heç bir pul vəsaiti alınmamış və həmin dövrdə alqı-satqı müqaviləsinin bağlanılmasından cavabdehin xəbəri olmamışdır. Ümumiyyətlə, iddiaçı Cavabdeh1 təqdim olunan alqı-satqı müqaviləsindən və maliyyə arayışından cavabdeh İddiaçı iştirakı, iradə ifadəsi,xəbəri və imzası olmamışdır. Cavabdeh4 İddiaçı müqavilə bağlanmasında iştirakı olmadığını, iradə ifadəsinin olmadığını bilə-bilə müqavilədə onu tərəf kimi göstərmiş, müqavilə üzrə ödənişin tam şəkildə iddiaçı tərəfindən ödənilməsinə baxmayaraq, İddiaçı ödəniş almadığı təqdirdə maliyyə arayışında sonuncunun adını qeyd etmiş, sonradan protokoldan çıxarışın X11 adına verildiyi halda maliyyə arayışını cavabdeh İddiaçı vermiş, daha sonra isə yenidən protokoldan çıxarış və maliyyə arayışını X11 adına vermişdir. Həmçinin Cavabdeh4 müqavilənin yetkinlik yaşına çatmayan şəxsin, X11 adına bağlanmasına baxmayaraq onun fəaliyyət qabiliyyətli şəxs olmadığını bilə-bilə adına maliyyə arayışı vermiş və həmin arayışı cavabdeh İddiaçı adına rəsmiləşdirilmişdir. Hətta sözügedən mənzilə iddiaçı Cavabdeh1 çıxarış əldə etmək istədikdə Cavabdeh4 ona yenidən ödəniş edəcəyi təqdirdə maliyyə arayışı və protokoldan çıxarış təqdim edəcəyini vəd etsə də, buna əməl etməmiş və həmin sənədləri yenidən cavabdeh İddiaçı təqdim etmişdir. Cavabdeh İddiaçı ona təqdim edilən saxta sənədlər əsasında hazırda sözügedən mənzili mülkiyyətinə keçirmək üçün iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İşin faktiki hallarından aydın olur ki, Cavabdeh4 digər cavabdeh İddiaçı ilə razılıq əldə edərək, gələcəkdə mənzilə dair iddiaçının hər hansı iddia tələbinin irəli sürülməsinin qarşısını almaq üçün sözügedən mənzilə dair müqavilədə, protokoldan çıxarış və maliyyə arayışında cavabdeh İddiaçı adını qeyd etmişdir. Bununla da Cavabdeh4 mövcud vəzifə səlahiyyətlərindən sui-istifadə edərək, qanunsuz və əsassız hərəkətlərə yol verərək iddiaçı Cavabdeh1 mülkiyyət hüquqlarını və qanunla qorunan mənafelərini kobud şəkildə pozmuşdur. Cavabdeh1, eləcə də vəkili tərəfindən dəfələrlə Cavabdeh4lə əyani və şifahi görüşlər, danışıqlar həyata keçirilmişdir. Cavabdeh4 məsələdən xəbardar olduğunu bildirmiş, obyektin sahibinin özü olmadığını, Cavid Əliyev adlı şəxs olduğunu bildirmiş, yanlız obyektin sahibinin razılığı və icazəsi ilə məsələni həll edəcəyini qeyd etmişdir. Həmçinin Cavabdeh4 telefon danışıqlarında iddiaçı Cavabdeh1 tərəfindən mənzilə dair ödənişlər edildiyini təsdiq etmişdir. İddiaçı nümayəndəsi və vəkili https://ecms.justice.loc/Documents/CaseParties.aspx?caseId=2952923Vəkil1 məhkəməyə yazılı ərizə ilə müraciət edərək ilkin iddia ərizəsində göstərilən xüsusatları müdafiə edərək ilkin iddianın təmin olunmasını, birləşdirilmiş icraat üzrə iddianın təmin edilməməsini xahiş etmişdir. Birləşdirilmiş icraat üzrə iddiaçı Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 məhkəmə iclasında iştirak edərək birləşdirilmiş icraat üzrə iddia ərizəsində göstərilən xüsusatları müdafiə edərək iddianın təmin olunmasını, ilkin iddianın təmin edilməməsini xahiş etmişdir. Cavabdeh4 məhkəmə iclasında iştirak edərək MTK-nın ləğv edilməsi əsası ilə mülki iş üzrə icraata həmin hissədə hissəvi xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan X4 ilə İcraçı "xxxx" MMC arasında (direktor Cavabdeh4 şəxsində) bağlanmış xx.xx.2022-ci il tarixli AS/171 nömrəli müqaviləyə əsasən müəyyən edilir ki, mübahisə predmeti olan ünvan 1 ünvanında MTK-nə məxsus X6 “E” binasının (16 mərtəbəli) 1-ci giriş, 2-ci mərtəbəsində yerləşən 99.75 km, 3 otaqlı, 12 nömrəli mənzili İcraçı Sifarişçiyə təhvil verməyi öhdəsinə götürmüşdür. Müqavilədə Sifarişçinin adından valideynləri İddiaçı və Cavabdeh1 göstərilmiş, lakin, müqavilə yalnız İcraçı və Cavabdeh1 tərəfindən imzalanmış (həm səhifələr üzrə, həm də müqavilənin sonunda), İddiaçı tərəfindən imzalanmamışdır. Əmlakın satış qiyməti 192.000 manat təşkil etmişdir. İş materiallarında olan Cavabdeh2 MMC tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli 171/02 nömrəli maliyyə arayışına əsasən X11 ünvan 1 ünvanında MTK-nə məxsus X6 “E” binasının (16 mərtəbəli) 1-ci giriş, 2-ci mərtəbəsində yerləşən 99.75 km, 3 otaqlı, 12 nömrəli mənzilin payçısıdır və mənzilə dair heç bir borcu yoxdur. X11 qanuni nümayəndələri olan valideynləri İddiaçı və Cavabdeh1 tərəfindən 192.000 manat ödənilmişdir. İş materiallarında olan Cavabdeh2 MTK-nın üzvlərinin ümumi iclasının xx.xx.2023cü il tarixli 02 nömrəli protokoldan çıxarışına əsasən müəyyən edilir ki, vətəndaş X2 üzvü qəbul olunmaqla ünvan 1 ünvanında MTK-nə məxsus X6 “E” binasının (16 mərtəbəli) 1-ci giriş, 2-ci mərtəbəsində yerləşən 99.75 km, 3 otaqlı, 12 nömrəli mənzilin payçısı olması müəyyən edilmişdir. Ailə tərkibi 2 nəfərdən ibarət olmaqla İddiaçı və Cavabdeh1dur. İş materiallarında olan Cavabdeh2 MTK-nın üzvlərinin ümumi iclasının xx.xx.2023cü il tarixli 02 nömrəli protokoldan çıxarışına əsasən müəyyən edilir ki, vətəndaş İddiaçı kooperativin üzvü qəbul olunmaqla ünvan 1 ünvanında MTK-nə məxsus X6 “E” binasının (16 mərtəbəli) 1-ci giriş, 2-ci mərtəbəsində yerləşən 99.75 km, 3 otaqlı, 12 nömrəli mənzilin payçısı olması müəyyən edilmişdir. Ailə tərkibi 2 nəfərdən ibarət olmaqla X16 və Cavabdeh1dur. İş materiallarında olan Cavabdeh2 MTK tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli maliyyə arayışına əsasən X11 ünvan 1 ünvanında MTK-nə məxsus X6 “E” binasının (16 mərtəbəli) 1-ci giriş, 2-ci mərtəbəsində yerləşən 99.75 km, 3 otaqlı, 12 nömrəli mənzilin payçısıdır və mənzilə dair heç bir borcu yoxdur. İş materiallarında olan Yaşayış yeri üzrə qeydiyyat haqqında arayışa əsasən müəyyən edilir ki, X16 ünvan 1 ünvanında MTK-nə məxsus X6 “E” binasının 12 nömrəli mənzilində qeydiyyatdadır. İş materiallarına "xxxx" ASC ilə X16 arasında mübahisə predmeti olan mənzilə dair enerji təchizatından istifadə edilməsi ilə bağlı 345581 nömrəli müqavilə əlavə edilmişdir. İş materiallarında olan Doğum haqqında akt qeydinə əsasən müəyyən edilir ki, xx.xx.2016-cı il təvəllüdlü X11 doğum yeri Litva Respublikası Vilnüs şəhəri, atası Cavabdeh1, anası İddiaçıdır. İş materiallarında olan Cavabdeh1 notarial qaydada təsdiq edilmiş xx.xx.2023-cü il tarixli ərizəsinə əsasən müəyyən edilir ki, o, mübahisə predmeti olan sözügedən mənzilin İddiaçı adına rəsmiləşdirilməsini xahiş edir. Gələcəkdə bununla bağlı hər hansı tələbi olmayacaqdır. Məhkəmə hesab edir ki, ilkin iddia tələbi əsaslıdır və təmin edilməlidir, birləşdirilmiş icraat üzrə iddia tələbi isə qismən təmin edilməlidir. MM-in 25.1-ci maddəsinə əsasən, fiziki şəxsin mülki hüquq qabiliyyəti insanın mülki hüquqlara malik olmaq və mülki hüquq vəzifələri daşımaq qabiliyyətidir. Bütün fiziki şəxslərin mülki hüquq qabiliyyəti eyni dərəcədə tanınır. MM-in 25.2.-ci maddəsinə əsasən, fiziki şəxsin hüquq qabiliyyəti onun doğulduğu an əmələ gəlir və ölümü ilə xətm edilir. Beyinin fəaliyyətinin dayanması ölüm anı sayılır. MM-in 25.4-cü maddəsinə əsasən, fiziki şəxs hüquq qabiliyyətindən məhrum edilə bilməz. MM-in 33.5-ci maddəsinə əsasən, qəyyumlar qəyyumluqda olanların qanun üzrə nümayəndələri olur və onların adından və onların mənafeləri üçün bütün zəruri əqdləri bağlayırlar. MM-in 109-2.1-ci maddəsinə əsasən, kooperativin nizamnaməsini qəbul edən və nizamnamə ilə müəyyənləşdirilmiş qaydada və həcmdə üzvlük haqqı və əmlak pay haqqı ödəyən 16 yaşına çatmış fiziki şəxslər və (və ya) hüquqi şəxslər kooperativin üzvü ola bilərlər. MM-in 157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. MM-in 337.1-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. MM-in 337.2-ci maddəsinə əsasən, əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. MM-in 337.3-cü maddəsinə əsasən, əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. MM-in 337.4-cü maddəsinə əsasən, etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. MM-in 337.5-ci maddəsinə əsasən, əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. MM-in 339-cu maddəsinin başlığı bu qaydada müəyyən edilmişdir: hakimiyyətdən sui-istifadə nəticəsində, aldatma, zorakılıq, hədə təsiri altında, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi və ya şəxsin ağır vəziyyətə düşməsi nəticəsində bağlanmış əqdin etibarsızlığı. MM-in 339.1-ci maddəsinə əsasən, hakimiyyətdən sui-istifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış, yaxud bu Məcəllənin 49.4-cü maddəsində müəyyən edilmiş hallara səbəb olan əqd, habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkən tərəfindən mübahisələndirilə bilər. MM-in 340.1-ci maddəsinə əsasən, uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. MM-in 354.1-ci maddəsinə əsasən, əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. MM-in 354.1-ci maddəsinə əsasən, bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. MM-in 390.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. MM-in 752.1-ci maddəsinə əsasən, podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. “Yaşayış yeri və olduğu yer haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən, on dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin - müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır. On dörd yaşından on səkkiz yaşınadək olan yetkinlik yaşına çatmayanların (tam həcmdə fəaliyyət qabiliyyəti əldə edənlər istisna olmaqla) yaşayış yeri onların qanuni nümayəndələrinin - müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin, yaxud qəyyumların və ya himayəçilərin razılığı ilə müəyyən edilir. Məhkəmə araşdırması nəticəsində müəyyən edilir ki, İddiaçı və Cavabdeh1 rəsmi nikah münasibətlərində olmamışlar, tərəflərin faktiki münasibətlərindən xx.xx.2016-cı il təvəllüdlü X16 və digər qız övladları anadan olmuşdur. xx.xx.2016-cı il təvəllüdlü X16 hazırda anası İddiaçı ilə birlikdə yaşayır, 12 yaşlı qız övladı isə Cavabdeh1 ilə yaşayır. X4 ilə İcraçı "xxxx" MMC arasında (direktor Cavabdeh4 şəxsində) bağlanmış xx.xx.2022-ci il tarixli AS/171 nömrəli müqaviləyə əsasən mübahisə predmeti olan ünvan 1 ünvanında MTK-nə məxsus X6 “E” binasının (16 mərtəbəli) 1-ci giriş, 2-ci mərtəbəsində yerləşən 99.75 km, 3 otaqlı, 12 nömrəli mənzili İcraçı Sifarişçiyə təhvil verməyi öhdəsinə götürmüşdür. Müqavilədə Sifarişçinin adından valideynləri İddiaçı və Cavabdeh1 göstərilmiş, lakin, müqavilə yalnız İcraçı tərəf və Sifarişçinin qanuni nümayəndəsi Cavabdeh1 tərəfindən imzalanmış (həm səhifələr üzrə, həm də müqavilənin sonunda), müqavilə İddiaçı tərəfindən imzalanmamışdır. Əmlakın satış qiyməti 192.000 manat təşkil etmişdir. Cavabdeh2 MMC tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli 171/02 nömrəli maliyyə arayışına əsasən X11 ünvan 1 ünvanında MTK-nə məxsus X6 “E” binasının (16 mərtəbəli) 1-ci giriş, 2-ci mərtəbəsində yerləşən 99.75 km, 3 otaqlı, 12 nömrəli mənzilin payçısıdır və mənzilə dair heç bir borcu yoxdur. X11 qanuni nümayəndələri olan valideynləri İddiaçı və Cavabdeh1 tərəfindən 192.000 manat ödənilmişdir. Cavabdeh2 MTK-nın üzvlərinin ümumi iclasının xx.xx.2023-cü il tarixli 02 nömrəli protokoldan çıxarışına əsasən vətəndaş İddiaçı kooperativin üzvü qəbul olunmaqla ünvan 1 ünvanında MTK-nə məxsus X6 “E” binasının (16 mərtəbəli) 1-ci giriş, 2-ci mərtəbəsində yerləşən 99.75 km, 3 otaqlı, 12 nömrəli mənzilin payçısı olması müəyyən edilmişdir. Ailə tərkibi 2 nəfərdən ibarət olmaqla X16 və Cavabdeh1dur. Cavabdeh2 MTK tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli maliyyə arayışına əsasən X11 ünvan 1 ünvanında MTK-nə məxsus X6 “E” binasının (16 mərtəbəli) 1-ci giriş, 2-ci mərtəbəsində yerləşən 99.75 km, 3 otaqlı, 12 nömrəli mənzilin payçısıdır və mənzilə dair heç bir borcu yoxdur. X16 ünvan 1 ünvanında MTK-nə məxsus X6 “E” binasının 12 nömrəli mənzilində qeydiyyatdadır. Cavabdeh1 notarial qaydada təsdiq edilmiş xx.xx.2023-cü il tarixli ərizəsinə əsasən, o, üzərinə öhdəlik götürərək mübahisə predmeti olan sözügedən mənzilin İddiaçı adına rəsmiləşdirilməsini xahiş etmişdir. Həmçinin, gələcəkdə bununla bağlı hər hansı tələbinin olmayacağını bəyan etmişdir. Cavabdeh2 xx.xx.2023-cü il tarixində ləğv prosesinə daxil edilmiş və xx.xx.2023-cü il tarixində ləğv edilərək hüquqi şəxslərin dövlət reyestrindən çıxarılmışdır. Hüquqi varislik müəyyən edilmir. Məhkəmə qeyd edir ki, etibarsızlığın əsasları müqavilənin forması, məzmunu, iradə qüsurluluğu və subyekt tərkibi ilə bağlıdır. Hazırki mübahisə üzrə göstərilən 4 (dörd) elementin heç biri müəyyən edilmir. Mübahisə predmeti olan mənzilin mülkiyyətçisi hüquq qabiliyyətli xx.xx.2016-cı il təvəllüdlü X13r. Belə ki, sonuncu, mülkiyyətçi qismində hüquq münasibətlərinin subyekti qismində çıxış edə bilər. Mübahisə predmeti olan mənzil mülkiyyətçinin atası Cavabdeh1 tərəfindən övladı üçün alınmış və övladının adına rəsmiləşdirilmişdir. Cavabdeh1 xx.xx.2025-ci il tarixdə keçirilmiş məhkəmə iclasında izahat verərək bildirmişdir ki, o, həmin mənzili övladı üçün övladının adına almışdır (audio-video qeydlər mövcuddur). Mənzil alınan zaman onun niyyəti və məqsədi mənzili övladı üçün almaq olmuşdur. Yəni, həmin müqavilənin və maliyyə arayışının etibarsızlığı xüsusatının faktiki və ya hüquqi əsasları, iradə qüsurluluğu, aldanma halları, əqdin yalan və ya uydurma əqd olması halları mövcud deyildir, bu barədə Cavabdeh1 tərəfindən hər hansı əsaslı mülahizə bildirilməmiş, əksinə müqavilənin etibarlı hesab edilməsinə əsas olan fikirlər bildirilmişdir. Müqavilə bağlanan zaman tərəflərin iradə ifadəsi həqiqi olmuş və müqavilə bağlanan zaman niyyətlə əldə edilən hüquqi nəticə eynilik təşkil edir. Mənzilin iddiaçı Cavabdeh1 adına verilməsinə dair yeni müqavilə tərtib edilməsinə hüquqi əsas yoxdur. Mülki dövriyyənin sabitliyi qorunmalıdır. Cavabdeh1 tərəfindən (ana) İddiaçı ilə birlikdə yaşayan uşağı X11 həmin mənzildən istifadəsinə maneələr törədilir. Bununla da, mülkiyyətçi və onun birlikdə yaşadığı anası İddiaçı mənzilə dair mülkiyyət və istifadə hüquqları pozulur. Bu səbəbdən, mənzilə dair mülkiyyətə maneələr törədən hərəkətlər Cavabdeh1 qadağan edilməlidir. Məhkəmə qeyd edir ki, xx.xx.2016-cı il təvəllüdlü X11 16 yaşı tamam olmadığından o, kooperativə üzv kimi qəbul edilə bilinmir. Bu səbəbdən, Cavabdeh2 MTK-nın üzvlərinin ümumi iclasının xx.xx.2023-cü il tarixli 02 nömrəli protokoldan çıxarışına əsasən mülkiyyətçinin anası vətəndaş İddiaçı kooperativin üzvü qəbul olunmaqla ünvan 1 ünvanında MTK-nə məxsus X6 “E” binasının (16 mərtəbəli) 1-ci giriş, 2-ci mərtəbəsində yerləşən 99.75 km, 3 otaqlı, 12 nömrəli mənzilin payçısı olması müəyyən edilmişdir. Həmin protokola əsasən kooperativin üzvlərinin müvəkkillərinin ümumi sayının 160 nəfər, iclasda iştirak edən üzvlərin sayının isə 136 nəfər olması qeyd edilsə də, protokolun tərtib edilməsinə əsas olan sənədlər, üzvlərin səsvermə qaydası, üzvlərin və səslərin sayı və digər məlumatlar məhkəməyə təqdim edilməmişdir. Sözügedən protokol üzrə iclasın sədri Cavabdeh4, katibi isə X8 qeyd edilmişdir. Müəyyən edilir ki, sözügedən protokol formal əsaslıdır, protokolun tərtib edilməsinə əsas isə sözügedən mənzilə çıxarış əldə edilməsi üçün 16 yaşı tamam olmuş üzv kimi İddiaçı müəyyən edilməsi və çıxarışın əldə edilməsinin təmin edilməsidir. Cavabdeh4 tərəfindən göstərilən xüsusatlar məhkəmə iclasında qəbul edilmişdir. Bu hal isə özü-özlüyündə X11 mülkiyyət hüquqlarının pozulmasına səbəb olur. Uşaq anası ilə birlikdə yaşasa da, tam fəaliyyət qabiliyyəti olmasa da, o, müstəqil subyekt qismində fiziki şəxs olaraq sözügedən mənzilin yeganə mülkiyyətçisidir, mülkiyyətçi kimi mülkiyyət hüquqları qorunmalıdır. Əmlakın üzərində sərəncam verilməsi ilə bağlı qəyyumların hərəkətləri mülkiyyətçinin mənafeyinə uyğun olmalıdır. Lakin, Cavabdeh2 MTK-nın üzvlərinin ümumi iclasının xx.xx.2023-cü il tarixli 02 nömrəli protokolundan çıxarış qanunsuz olsa da, MTK ləğv edildiyindən və hüquqi varislik qaydasında hüquq və vəzifələri digər hüquqi şəxsə keçmədiyindən iddia tələbinə sözügedən hissədə xitam verilməlidir. Məhkəmə izah edir ki, sözügedən mənzilə çıxarış əldə edilməsi üçün müvafiq inzibati orqanın imtina qərarını (əgər imtina qərarı qəbul edilərsə) müvafiq inzibati məhkəmədə mübahisələndirmək və mənzilin mülkiyyətçisi X11 adına mülkiyyət hüququnu Daşınmaz əmlakın dövlət reyestri və kadastrı xidmətində məhkəmə qaydasında qeydə aldırmaq mümkündür. Bunun üçün, formal əsaslarla, qanuni əsası olmayan ümumi iclasın protokolunun tərtib edilməsinə və məlumatların təhrif edilməsi ehtiyac yoxdur. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmənin mülki prosesdə arbitr rolunda çıxış etməsi nəzərə alınmaqla, öz təşəbbüsü ilə proses iştirakçılarının (iddiaçı və ya cavabdeh) lehinə və ya əlehinə sübutlar toplaması və ya bu istiqamətdə müəyyən prosessual fəaliyyət göstərməsi yolverilməzdir. Hüquq normalarının birbaşa tətbiqi ilə məşğul olan məhkəmələr hüquq münasibətlərinin subyektləri arasındakı mübahisələri ədalətli şəkildə tənzimlədikdə məhkəməyə və hüquq sisteminə olan etimad artır, əks halda, inamsızlıq, hüquqi nihilizmin geniş vüsət almasına səbəb olmaqla hüquqi dəyərlərin aşınması ilə nəticələnir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, ilkin iddia üzrə iddiaçı tərəfindən ödənilmiş 100 manat məhkəmə xərci Cavabdeh1 aid edilməlidir. Birləşdirilmiş icraat üzrə iddia üzrə ödənilmiş 100 manat dövlət rüsumu iddiaçı Cavabdeh1 aid edilməlidir. Yuxarıda qeyd olunanlar nəzərə alınmaqla, məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh1 qarşı “ünvan 1 ünvanında MTK-nə məxsus X6 “E” binasının (16 mərtəbəli) 1ci giriş, 2-ci mərtəbəsində yerləşən 99.75 km, 3 otaqlı, 12 nömrəli mənzil üzrə cavabdeh tərəfindən yaradılmış maneələrin aradan qaldırılması və həmin mənzilin X11 və İddiaçı istifadəsinə geri qaytarılması öhdəliyinin Cavabdeh1 üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməli, ünvan 1 ünvanında MTK-nə məxsus X6 “E” binasının (16 mərtəbəli) 1-ci giriş, 2-ci mərtəbəsində yerləşən 99.75 km, 3 otaqlı, 12 nömrəli mənzil üzrə Cavabdeh1 tərəfindən yaradılmış maneələr aradan qaldırılmalı və həmin mənzilin X11 və İddiaçı istifadəsinə geri qaytarılması öhdəliyi Cavabdeh1 üzərinə qoyulmalıdır. Birləşdirilmiş icraat üzrə iddiaçı Cavabdeh1 cavabdehlər İddiaçı, Cavabdeh3 MMC və Cavabdeh4 qarşı “Yasamal-M MMC ilə Cavabdeh1 arasında bağlanılmış 25 fevral 2022-ci il tarixli AS/171 saylı Alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, "xxxx" MMC tərəfindən verilmiş 09 mart 2022-ci il tarixli, № 171/02 saylı maliyyə arayışının etibarsız hesab edilməsi, Cavabdeh2 MTK üzvlərinin MTK üzvlüyünə qəbul və mənzillərin payçıya verilməsinə haqqında ümumi iclasının № 02 saylı, 19 iyul 2023-cü il tarixli qərarının, protokolundan çıxarışın etibarsız hesab edilməsi, X6 K.Kazımzadə küçəsinin 84 ünvanında (“E” Binasının İ girişli) 4-cü mərtəbəsində (0- səviyyəsindən hesablanmaqla) yerləşən ümumi sahəsi 96.00 kv.m olan № 12 saylı mənzilin iddiaçı Cavabdeh1 tam pay hüququnun, sahiblik və istifadə hüququnun tanınması, X6 K.Kazımzadə küçəsinin 84 ünvanında (“E” Binasının İ girişli) 4-cü mərtəbəsində (0- səviyyəsindən hesablanmaqla) yerləşən ümumi sahəsi 96.00 kv.m olan № 12 saylı mənzilin iddiaçı Cavabdeh1 adına verilməsinə dair yeni müqavilə tərtib edilərək iddiaçıya verilməsi öhdəliyinin Cavabdeh3 MMC-nin direktoru Cavabdeh4 üzərinə qoyulması” tələbinə dair iddiası Cavabdeh2 MTK üzvlərinin MTK üzvlüyünə qəbul və mənzillərin payçıya verilməsinə haqqında ümumi iclasının № 02 saylı, 19 iyul 2023-cü il tarixli protokoldan çıxarış etibarsız hesab edilməsi hissəsində xitam verilməsi nəzərə alınmaqla təmin edilməməlidir. Mülki iş üzrə Bakı şəhəri Yasamal rayon Prokurorluğunun xx.xx.2025-ci il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərarı (iş materiallarına əlavə edilmişdir) nəzərə alınmaqla, birləşdirilmiş icraat üzrə iddiaçı Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 xüsusi qərardadın çxıarılması barədə şifahi vəsatəti təmin edilməməlidir. İzah edilir ki, cinayət prosessual qanunvericiliklə müəyyən edilmiş hüquqlarında istifadə edilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh1 qarşı “ünvan 1 ünvanında MTK-nə məxsus X6 “E” binasının (16 mərtəbəli) 1-ci giriş, 2-ci mərtəbəsində yerləşən 99.75 km, 3 otaqlı, 12 nömrəli mənzil üzrə cavabdeh tərəfindən yaradılmış maneələrin aradan qaldırılması və həmin mənzilin X11 və İddiaçı istifadəsinə geri qaytarılması öhdəliyinin Cavabdeh1 üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilsin. ünvan 1 ünvanında MTK-nə məxsus X6 “E” binasının (16 mərtəbəli) 1-ci giriş, 2-ci mərtəbəsində yerləşən 99.75 km, 3 otaqlı, 12 nömrəli mənzil üzrə Cavabdeh1 tərəfindən yaradılmış maneələr aradan qaldırılsın və həmin mənzilin X11 və İddiaçı istifadəsinə geri qaytarılması öhdəliyi Cavabdeh1 üzərinə qoyulsun. Məhkəmə xərci qismində ödənilmiş 100 manat dövlət rüsumu Cavabdeh1 tutularaq İddiaçı xeyrinə ödənilsin. Birləşdirilmiş icraat üzrə iddiaçı Cavabdeh1 cavabdehlər İddiaçı, Cavabdeh3 MMC, Cavabdeh2 MTK və Cavabdeh4 qarşı “Yasamal-M MMC ilə Cavabdeh1 arasında bağlanılmış 25 fevral 2022-ci il tarixli AS/171 saylı Alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, "xxxx" MMC tərəfindən verilmiş 09 mart 2022-ci il tarixli, № 171/02 saylı maliyyə arayışının etibarsız hesab edilməsi, Cavabdeh2 MTK üzvlərinin MTK üzvlüyünə qəbul və mənzillərin payçıya verilməsinə haqqında ümumi iclasının № 02 saylı, 19 iyul 2023-cü il tarixli qərarının, protokolundan çıxarışın etibarsız hesab edilməsi, X6 K.Kazımzadə küçəsinin 84 ünvanında (“E” Binasının İ girişli) 4-cü mərtəbəsində (0- səviyyəsindən hesablanmaqla) yerləşən ümumi sahəsi 96.00 kv.m olan № 12 saylı mənzilin iddiaçı Cavabdeh1 tam pay hüququnun, sahiblik və istifadə hüququnun tanınması, X6 K.Kazımzadə küçəsinin 84 ünvanında (“E” Binasının İ girişli) 4-cü mərtəbəsində (0səviyyəsindən hesablanmaqla) yerləşən ümumi sahəsi 96.00 kv.m olan № 12 saylı mənzilin iddiaçı Cavabdeh1 adına verilməsinə dair yeni müqavilə tərtib edilərək iddiaçıya verilməsi öhdəliyinin Cavabdeh3 MMC-nin direktoru Cavabdeh4 üzərinə qoyulması” tələbinə dair iddiası icraata Cavabdeh2 MTK üzvlərinin MTK üzvlüyünə qəbul və mənzillərin payçıya verilməsinə haqqında ümumi iclasının № 02 saylı, 19 iyul 2023-cü il tarixli qərarının, protokolundan çıxarışın etibarsız hesab edilməsi” hissəsində xitam verilməsi nəzərə alınmaqla təmin edilməsin. Məhkəmə xərci qismində ödənilmiş 100 manat dövlət rüsumu iddiaçı Cavabdeh1 özünə aid edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fariz Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar