Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-5424/2022 22.11.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Almasova Aytən Asəf qızının katibliyi, İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil, Cavabdeh Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Cavabdeh nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Cavabdehnə qarşı “işə bərpa və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Cavabdehnə qarşı “işə bərpa və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi məhkəməyə müraciət edərək, işinə bərpa olunması və məcburi işburaxmaya görə 450 manat, mediasiya xərcinə görə 50 manat, hüquqi yardıma görə 210 manat olmaqla, cəmi 710 manat pulun cavabdeh Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Cavabdehndən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, cavabdeh təşkilatda 32 ildən artıq müddətdə fasiləsiz olaraq müxtəlif vəzifələrdə işləmişdir. Direktor vəzifəsini icra edən Murad Talıbzadənin xx.xx.2022-ci il tarixli 124 saylı əmri ilə AR ƏM-nin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə (əmək müqaviləsinin müddətinin qurtarması) əsasən vəzifədən azad edilməklə onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Göstərilən əmrin surətini və əmək kitabçasını xx.xx.2022-ci il tarixdə kadrlar şöbəsindən alsa da, onunla haqq-hesab aparılmamış, alacağı vəsaitlər ona verilməmişdir. AR ƏM-nin 45-ci maddəsinin 4-cü bəndinə əsasən əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddət müəyyən edilmədən bağlanmalıdır. Eyni maddənin 5-ci bəndinə əsasən müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir. Yuxarıda qeyd etdiyi kimi, o, eyni təşkilatda 32 il işləmişdir. Son 25 ildə fasiləsiz olaraq təşkilatla arasında bağlanmış fərdi əmək müqavilələri əsasında işləyib, fəaliyyət göstərmiş və deməli onun fərdi əmək müqavilə əsasında fasiləsiz olaraq 5 ildən artıq müddətə davam etdiyindən, əmək müqaviləsi müddətsiz əmək müqaviləsi hesab edilməli və onunla müddətsiz əmək müqaviləsi bağlanmalı idi. Cavabdeh qanunun tələbini pozmuş, hökmran mövqeyindən istifadə edərək, onu aldatmış və ona əmək müqaviləsini imzalatmışdır. Pensiyaya çıxmağına cəmi 6 ay qaldığı halda işəgötürənin bu şəkildə davranması başa düşülən deyil. Cavabdeh nəzərə almamışdır ki, 32 il bir müəssisədə işləyən, yaşı pensiya yaşına yaxınlaşmış (6 ay qalmış) yaşlı adam özünə yeni iş yerini necə tapıb işləyib, pensiyaya çıxana qədər özünü dolandırmalıdır? AR ƏM-nin 45-ci maddəsinin 4-cü bəndinə əsasən əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalı idi. Göstərilmiş istisna halın mənə münasibətdə tətbiq olunması əmək məcəlləsinin tələblərinə ziddir və bu mənim Konstitusiyanın 35-ci maddəsinin İ (Əmək fərdi və ictimai rifahın əsasıdır), İİ (Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır), İV (Əmək müqavilələri sərbəst bağlanılır), Vİ. (Hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır), Vİİİ (Dövlət işsizliyin aradan qaldırılması üçün bütün imkanlarından istifadə edir) hissələrində nəzərdə tutulmuş konstitusion hüququ pozmuşdur. İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişlər. Cavabdeh Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Cavabdeh nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddia tələbini qəbul etməyərək, izahatında bildirmişdir ki, iddiaçı özü ərizə işəgötürənə müraciət edərək, tutduğu vəzifədən azad edilməsini xahiş etmişdir. Ərizə iddiaçının iradə ifadəsini əks etdirir. Onun ərizəsi səlahiyyətli şəxslər tərəfindən qəbul edilmiş və iddiaçı ərizəsi əsasında vəzifəsindən azad edilmişdir. Sonradan onunla yeni əmək müqaviləsi bağlanmış və müqavilənin müddəti 3 ay sınaq müddəti olmaqla 6 ay müəyyən edilmişdir. Müqaviləyə xitam verilməsi ilə bağlı işçi əvvəlcədən xəbərdar edilmiş və o, müqavilənin xitam veriləcəyi tarix barədə məlumatlı olmuşdur. Əmək müqaviləsinin və işdən azad edilməsi ilə bağlı əmrin götürməsi ilə bağlı iddiaçıya təşkilata yaxınlaşması barədə müraciət edilmiş, lakin o, gəlib götürəcəyini bildirərək həmin vaxt gəlməmişdir. Bu barədə akt da tərtib edilmişdir. Hesab edir ki, iddia tələbi əsassızdır. Odur ki, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı əmək kitabçasının surətindən görünür ki, İddiaçı xx.xx.2018-ci ildə tutduğu Rəqəmsal Transmissiya sexinin 10-cu dərəcəli mühəndisi vəzifəsindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən azad edilmiş və onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. İş materiallarında olan Cavabdeh Məhdud Məsuliyyətli ilə İddiaçı arasında bağlanmış 06 fevral 2018-ci il tarixli əmək müqaviləsinə əsasən İddiaçı Cavabdeh Texniki departamentin Transmissiya şəbəkəsinin istismarı şöbəsinin Transport şəbəkə sistemlərinin istismarı sektorunun SHD əsaslı şəbəkə sistemlərini idarəetmə qrupuna “SHD əsas şəbəkə sistemlərini idarəetmə üzrə mütəxəssis vəzifəsinə qəbul edilmiş, əmək müqaviləsi tərəflərin qarşılıqlı razılığına əsasən, xx.xx.2018-ci il tarixdən xx.xx.2019-ci il tarixədək 1 ay müddətinə bağlanmışdır. İş materiallarında olan İddiaçı əmək kitabçasının surətindən görünür ki, İddiaçı xx.xx.2022ci ildə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən vəzifəsindən azad edilmiş və onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. İddiaçı xx.xx.2022-ci il tarixli əmrlə Cavabdeh X4 Stansiyası Maliyyə şöbəsinə mühəndis vəzifəsinə qəbul edilmişdir. İş materiallarında olan Cavabdeh X4 Stansiyası ilə İddiaçı arasında bağlanmış əmək müqaviləsinə əsasən Sadıqova X3” Məhdud Məsuliyyətli Cəmiyyətinin X4 Stansiyasının maliyyə şöbəsinə mühəndis vəzifəsinə qəbul edilmiş, əmək müqaviləsi tərəflərin qarşılıqlı razılığına əsasən, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək 6 ay müddətinə bağlanmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Cavabdeh xx.xx.2022-ci il tarixli 124 nömrəli əmrin surətindən görünür ki, X4 Stansiyası Maliyyə şöbəsinin mühəndisi İddiaçı xx.xx.2022-ci il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə (əmək müqaviləsinin müddətinin qurtarması) əsasən vəzifəsindən azad edilmiş və onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. İş materiallarında olan əmək münasibətlərinə xitam verilməsi barədə bildirişin surətindən görünür ki, Cavabdeh X4 Stansiyası tərəfindən İddiaçı əmək qanunvericiliyinin tələblərinə müvafiq olaraq onunla bağlanmış 07 fevral 2022-ci il tarixili 187 saylı Əmək müqaviləsinin müddətinin xx.xx.2022-ci il tarixində başa çatması və həmin tarixdən (xx.xx.2022) onunla olan əmək münasibətlərinə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin "b" bəndinə əsasən xitam veriləcəyi barədə məlumat verilmişdir. İş materiallarında Kadrlarla iş sektorunun müdiri X2, Kadrlarla iş sektorunun mütəxəssisləri X6 və X1 tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli aktın surətindən görünür ki, BATS-ın Maliyyə şöbəsinin mühəndisi İddiaçı onunla bağlanmış əmək müqaviləsinə xx.xx.2022-ci il tarixdən xitam veriləcəyi haqqında bildiriş təqdim edilmiş və xx.xx.2022-ci il tarixdə müqaviləyə xitam verilmişdir. xx.xx.2022-ci il tarixdə İddiaçı əmək kitabçasını təhvil almağa gəlməmiş və onunla xx.xx.2022-ci il tarixinə qədər əlaqə saxlamaq mümkün olmamışdır. xx.xx.2022-ci il tarixində İddiaçı telefon zəngi ilə “əmək kitabçası hələ ki sizdə qalsın” deyərək məlumat vermişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 11-ci maddəsinin “b” bəndinə əsasən, bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək işəgötürənin əsas hüquqlarından biridir. Həmin Məcəllənin 43-cü maddəsinin 1-ci hissəsinə əsasən, əmək müqaviləsinin məzmunu və quruluşu qanunvericiliyin tələblərinə əməl edilməklə tərəflərin razılığı ilə müəyyən edilir. Həmin Məcəllənin 45-ci maddəsinin 1-ci hissəsinə əsasən, əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır. Həmin maddənin 4-cü hissəsinə əsasən, əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır. Qeyd edilən maddənin 5-ci hissəsinə əsasən, müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir. Həmin Məcəllənin 68 maddəsinin 2-ci hissəsinə əsasən əmək müqaviləsinin müddətinin qurtarması əmək müqaviləsinə xitam verilməsinin əsaslarından biridir. Həmin Məcəllənin 73-cü maddəsinin 1-ci hissəsinə əsasən, müddətli əmək müqaviləsinin müddəti qurtardıqda xitam verilir. Bu Məcəllənin 45-ci maddəsinin beşinci hissəsi nəzərə alınmaqla, müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur. Həmin Məcəllənin 47-ci maddəsini “f” bəndinə əsasən, tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə əmək müqaviləsi müəyyən müddətə bağlanıla bilər. Məhkəmə qeyd edir ki, Əmək Məcəlləsinin 45-ci maddəsinin 5-ci hissəsinə əsasən müddətli əmək müqaviləsinin 5 ildən artıq müddətə davam etdiyi halda müddətsiz əmək müqaviləsi hesab edilməsi üçün əsas şərt əmək müqaviləsinin fasiləsizliyidir. Müddətli əmək müqaviləsinin müddətsiz hesab edilməsi üçün işçinin eyni müəsissədə fasiləsiz olaraq 5 ildən artıq müddətdə işləməsi deyil, onunla bağlanmış əmək müqaviləsinin fasiləsiz olaraq 5 il davam etməsi əsasdır. Həmçinin qeyd edilməlidir ki, müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam etməsi əmək müqaviləsinin müddətsiz hesab edilməsi üçün əsasdır, işçi ilə bağlanan yeni əmək müqaviləsinin müddətsiz bağlanmalı olması üçün deyil. Baxılan iş üzrə iş materialları ilə təsdiq edilir ki, iddiaçı 05 fevral 2018-ci il tarixdə öz ərizəsi əsasında işdən azad edilmiş və 06 fevral 2018-ci ildə yeni vəzifəyə təyin olunmaqla onunla müddətli əmək müqaviləsi bağlanmışdır. xx.xx.2022-ci il tarixdə isə yenidən öz ərizəsi əsasında tutduğu vəzifədən azad edilmiş və onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. xx.xx.2022-ci il tarixdə isə onunla 6 ay müddətinə olmaqla yeni əmək müqaviləsi bağlanmış və İddiaçı əvvəlki vəzifəsindən fərqli digər vəzifəyə təyin edilmişdir. Beləliklə də, tərəflər arasında bağlanmış işçinin-iddiaçının yeni vəzifəyə təyin edilməsi ilə bağlı 06 fevral 2018-ci il tarixli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətdə davam etməmiş, iddiaçı öz ərizəsi əsasında işdən azad edilmiş və yeni vəzifəyə təyin edilməklə müddətli əmək müqaviləsi bağlanmışdır. Müddətli əmək müqaviləsində göstərilən müddət qurtardığından işəgötürən onunla əmək münasibətlərini davam etdirmək arzusunda olmayaraq və bu barədə iradə ifadəsini işçiyəiddiaçıya bildiriş verilməklə bildirmiş, əmək müqaviləsinə xitam verilmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının cavabdeh təşkilatda 25 ildən artıq fasiləsiz işlədiyindən onunla əmək müqaviləsinin müddətsiz bağlanmalı olması ilə bağlı dəlilləri əsassızdır. Məhkəmə iddiaçının müddətli əmək müqaviləsi bağlanması hallarını müəyyən edən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 47-ci maddəsinə istinad etməsi ilə bağlı haqlı qeyd edir ki, həmin normanın “f” bəndində tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə; “ğ” bəndində isə qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda əmək müqaviləsinin müəyyən müddətə bağlanıla bilməsi göstərilmişdir. İddiaçı tərəflər arasında bağlanmış sözügedən əmək müqaviləsinin müddətli olmasını bildiyi halda onun bu qaydada bağlanması üçün hər hansı bir əsas mövcud olmaması ilə bağlı müqavilə qüvvədə olan dövrdə işəgötürənə hər hansı bir müraciəti olmamış, müqavilənin qanuniliyini mübahisələndirməmişdir. Göstərilənlər onu deməyə əsas verir ki, iddiaçının onunla bağlanmış əmək müqaviləsinə xitam verilərkən cavabdeh müəssisə tərəfindən əmək qanunvericiliyinin tələblərinin pozulması barədə dəlilləri əsassızdır. Bu səbəbdən iddiaçının işə bərpa edilməsi ilə bağlı tələbi təmin edilə bilməz. Məhkəmə hesab edir ki, iddia tələbinin iddiaçının işə bərpa edilməsi hissəsinin təmin edilməsi üçün hüquqi əsaslar müəyyən edilmədiyindən, prosessual qənaət prinsipinə əsasən, məcburi işburaxmaya görə əmək haqqının cavabdehdən tutularaq ona verilməsi hissəsi üzrə araşdırma aparılmasına və bu tələbə hüquqi qiymət verilməsinə zərurət yoxdur. İddia tələbi həmin hissədə də təmin edilə bilməz. Məhkəmə həmçinin hesab edir ki, iddia iddia tələbi digər hissələrdə təmin edilmədiyindən, hüquqi yardım üçün ödənilmiş pulun tutulması hissəsində də təmin edilə bilməz. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Beləliklə, məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Cavabdehnə qarşı “işə bərpa, məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi və hüquqi yardıma görə pul” barədə iddiası əsassız olduğundan rədd edilməli, mediasiya xərcinin əvəzi kimi ödənilmiş 50 (əlli) manat pul İddiaçı aid edilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Cavabdehnə qarşı “işə bərpa, məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi və hüquqi yardıma görə pul” tələbinə dair iddiası rədd edilsin. Mediasiya xərcinin əvəzi kimi ödənilmiş 50 (əlli) manat pul İddiaçı aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Kərim Xudayev
Məhkəmə qərarları › İş №e-2(004)-5424/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-5424/2022
22.11.2022 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver