Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-545/2021 18.02.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Kərimova Leyla Abbas qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh nümayəndəsi və vəkili X7 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “əmrin ləğv edilməsi, işə bərpa olunması və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi, vurulmuş mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “əmrin ləğv edilməsi, işə bərpa olunması və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi, vurulmuş mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi xx.xx.2020ci il tarixdə məhkəməyə müraciət edərək, Cavabdehsi tərəfindən xx.xx.2019-cu il tarixli əmək müqaviləsinin ləğv edilməsi barədə verilmiş xx.xx.2020-ci il tarixli əmrin ləğv edilməsi; İddiaçı Cavabdehsində “idarə qulluqçusu, yüklərin daşınması və göndərilməsi” işinə bərpa edilməsi; işə bərpa edildiyi tarixə qədər iddiaçıya ödənilməmiş əmək haqqının Cavabdeh MMM-dən tutularaq iddiaçıya ödənilməsi; Cavabdeh MMM-nin qanuna zidd hərəkətləri səbəbi ilə İddiaçı dəymiş mənəvi zərərin kompensasiya olunması üçün 5000 manat pul tutularaq iddiaçıya ödənilməsi; 1000 manat hüquqi xidmət xərci və 30 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi baradə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddia tələbini müdafiə etdi və izahatında bildirdi ki, İddiaçı Cavabdeh MMM-də 5 ilə yaxın müddətdir çalışır. Sonuncu dəfə xx.xx.2019-cu il tarixdə müddətsiz olaraq əmək müqaviləsi bağlayaraq “idarə qulluqçusu, yüklərin daşınması və göndərilməsi” vəzifəsində çalışmağa başlamışdır. Aylıq əmək haqqı isə 823 manat olmuşdur. İddiaçını əmək müqaviləsi Əmək Məcəlləsinin 49-cu maddəsinin tələblərinə əsasən elektron sistemə yerləşdirilmiş və qüvvəyə minmişdir. İddiaçı onkoloji xəstəliyi ilə əlaqədar olaraq, əmək qabiliyyətini xx xxxxxx 2020-ci il tarixdən müvəqqəti olaraq itirmişdir. Xəstəliyi ilə bağlı Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən verilən xx.xx.2020-ci il tarixli “ambulator kartdan arayış” və “X12” tərəfindən verilən epikrizdən də aydın olur ki, iddiaçı həmin xəstəlikdən uzun müddətdir əziyyət çəkir. Bakı şəhər Baş Səhiyyə İdarəsi tərəfindən verilmiş “əmək qabiliyyətinin olmaması vərəqəsi” ilə ardıcıl olaraq xx.xx.2020-xx.xx.2020-ci il, 2020-ci ilin aprel, may, iyun, iyul, avqust ayları işdən müvəqqəti olaraq azad edilmişdir. Əmək qabiliyyətini müvəqqəti itirməsinə baxmayaraq cavabdeh xx.xx.2020-ci tarixdə iddiaçıya heç bir xəbərdarlıq etmədən və Əmək Məcəlləsinin müvafiq normalarını kobudcasına pozaraq əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndi ilə qanunsuz olaraq xitam vermişdir. İddiaçı ƏƏSMN-nin Tibbi Sosial Ekspert Komissiyasının xx.xx.2020-ci il tarixli qərarı ilə “yumurtalıqların adenokrsinoması KOM(cərrahi əməliyyat+6kurs PKT) pT2bN1M0 İİA mərhələ. Yenitörəmələr zamanı müşahidə olunan anemiya” diaqnozu qoyulmaqla, ikinci dərəcəli əlillik təyin edilmişdir. Əlillik müddəti beş il olmaqla, xx.xx.2025-ci ilə kimi müəyyən edilmişdir. Cavabdeh iddiaçı ilə əmək müqaviləsinə xitam verərkən, iddiaçı xəstə olmuş və bu barədə əmək qabiliyyəti olmamaq vərəqəsini cavabdehə təqdim etmişdir. Cavabdeh iddiaçını qanunsuz olaraq işdən azad etməklə onun hüquqlarını kobud şəkildə pozmaqla yanaşı, onkoloji xəstə olan iddiaçıya mənəvi zərər vurmaqla, onun iztirab çəkməsinə və sarsıntı keçirməsinə səbəb olmuşdur. Odur ki, iddianın təmin edilməsini xahiş edir. Cavabdeh MMM-in nümayəndəsi və vəkili X8 məhkəmə iclasında iddianı qəbul etmədi və əlavə olaraq məhkəməyə vəsatət təqdim edərək izahatında bildirdi ki, hazırkı iş üzrə İddiaçı uzun müddət, yəni 6 aydan çox müddət ərzində əmək qabiliyyətinin olmaması əsası ilə işə gəlmədiyi üçün onun əmək müqaviləsinə xitam verilmişdir. İddiaçı əvvəlki 4 aylıq müddət üçün əmək qabiliyyətinin olmaması vərəqələrini cavabdeh müəssisəyə təqdim etsə də, son 2 aylıq müddətinə həmin vərəqələri təqdim etməmişdir. Daha sonra İddiaçı işdən azad edildikdən sonra işə gəlmədiyi son 2 ay müddətinə dair əmək qabuliyyətinin olmaması vərəqələrinin də mövcud olduğunu bildirmişdir. Bu hal həmin vərəqələrin etibarlı olmasına şübhə yaratmışdır. Bununla əlaqədar olaraq, Cavabdeh МММ İddiaçı və 15 saylı Birləşmiş şəhər Xəstəxanasına qarşı “əmək qabiliyyətinin olmaması vərəqələrinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı rayon Məhkəməsinə müraciət etmişdir. Məhkəmənin xx.xx.2020-ci il tarixli 2(010)- 5490/2020 nömrəli qərardadı ilə iddia ərizəsi məhkəmənin icraatına qəbul edilmişdir. Həmin iş üzrə növbəti məhkəmə prosesi xx.xx.2021-ci il tarixə təyin edilmişdir. Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin icraatında baxılan əmək qabiliyyətinin olmaması vərəqələrinin etibarsız hesab edilməsi barədə iddia ərizəsi üzrə məhkəmə mübahisəsinin, hazırkı iş üzrə məhkəmənin nəticəsinə təsir edəcəyini nəzərə alaraq, həmin iş üzrə məhkəmə işi həll olunanadək və iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə aktı qəbul edilənədək, hazırkı iş üzrə icraatın dayandırılmasını dayandırılmasını xahiş etdi. Məhkəmə cavabdehin iş üzrə icraatın dayandırılmasına dair vəsatətini yerində müşavirə etməklə protokol qərarı ilə rədd etmişdir. Məhkəmə tərəflərin nümayəndələri və vəkillərinin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, tərəflərin izahatları, işin məhkəmə tərəfindən araşdırılmış həqiqi halları və işdə olan rəsmi sənədlərdən müəyyən edilir ki, İddiaçı xx.xx.2018-ci il tarixdə Cavabdeh MMM-ə əməliyyatlar üzrə baş mütəxəssis vəzifəsinə işə qəbul edilmiş, xx.xx.2020-ci il tarixdə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən işdən azad edilmişdir. Bakı şəhər Baş Səhiyyə İdarəsi tərəfindən verilmiş “əmək qabiliyyətinin olmaması vərəqəsi” ilə ardıcıl olaraq İddiaçı onkoliji xəstəliyi ilə bağlı əmək qabiliyyətini müvəqqəti itirdiyinə görə xx.xx.2020-xx.xx.2020-ci il, 2020-ci ilin aprel, may, iyun, iyul, avqust ayları işdən müvəqqəti olaraq azad edilmişdir. xx.xx.2020-xx.xx.2020-ci il tarixdə əmək qabiliyyətini müvəqqəti itirməsinə baxmayaraq, Cavabdeh MMM xx.xx.2020-ci tarixdə iddiaçıya heç bir xəbərdarlıq etmədən və əmək qanunvericiliyinin tələblərini kobud şəkildə pozaraq İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndi ilə qanunsuz olaraq xitam vermişdir. İddiaçı ƏƏSMN-nin Tibbi Sosial Ekspert Komissiyasının xx.xx.2020-ci il tarixli qərarı ilə “yumurtalıqların adenokrsinoması KOM(cərrahi əməliyyat+6kurs PKT) pT2bN1M0 İİA mərhələ. Yenitörəmələr zamanı müşahidə olunan anemiya” diaqnozu qoyulmaqla, ikinci dərəcəli əlillik təyin edilmişdir. Əlillik müddəti beş il olmaqla, xx.xx.2025-ci ilə kimi müəyyən edilmişdir. Əmək Məcəlləsinin 74-cü maddəsinə əsasən qanunvericilikdə daha uzun müddət müəyyən edilməyibsə, əmək qabiliyyətinin fasiləsiz olaraq altı aydan çox müddətə tam itirilməsi ilə əlaqədar işçi əmək funksiyasını tam yerinə yetirə bilmədikdə tərəflərin iradəsindən və ya istəyindən asılı olmayaraq əmək müqaviləsinə xitam verilir. Cavabdeh MMM tərəfindən İddiaçı ünvanlanmış məktuba əsasən xx.xx.2020-ci il tarixdən etibarən xəstəlik ilə əlaqədar əmək qabiliyyətinin müvəqqəti itirilməsi səbəbindən xx.xx.2020-ci il tarixədək 6 ay tamam olduğu üçün xəstəlik vərəqəsi təqdim edilməli olduğunu, qalan 2 ayın xəstəlik vərəqəsinin dərhal müəssisəyə təqdim olunmasını, əks halda İddiaçı əmək müqaviləsinə birtərəfli olaraq xitam veriləcəyi bildirilmişdir. İddiaçı xx.xx.2020-xx.xx.2020-ci il, 2020-ci ilin aprel, may, iyun, iyul, avqust aylarında əmək qabiliyyətini itirməsinə dair əmək qabiliyyəti olmamaq vərəqələrini Cavabdeh MMM-ə təqdim etsə də, cavabdeh buna əhəmiyyət verməmiş qanunsuz və əsassız olaraq iddiaçını işdən azad etmişdir. İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən xitam verilməsi üçün əsaslar olmamışdır. Əmək Məcəlləsinin 68-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən tərəflərdən birinin təşəbbüsü əmək müqaviləsinə xitam verilməsi üçün əsasdır. Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsində əmək müqaviləsinə xitam verilməsinin əsasları göstərilmişdir. Əmək müqaviləsinin işçi tərəfindən ləğv edilməsi qaydası Əmək Məcəlləsinin 69-cu maddəsində, işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsinin əsasları isə Əmək Məcəlləsinin 70-ci maddəsində nəzərdə tutulmuşdur. Əmək Məcəlləsinin 74-cü maddəsinin 1-ci hissəsinin “c” bəndinə əsasən qanunvericiliklə daha uzun müddət müəyyən edilməyibsə, əmək qabiliyyətinin fasiləsiz olaraq altı aydan çox müddətə tam itirilməsi ilə əlaqədar işçi əmək funksiyasını yerinə yetirə bilmədikdə, tərəflərin iradəsindən və ya istəyindən asılı olmayaraq əmək müqaviləsinə xitam verilir. Əmək Məcəlləsinin 74-cü maddəsinin 2-ci hissəsinə əsasən əgər qanunsuz və ya əsassız işdən çıxarılmış işçi işinə bərpa olunması üçün məhkəməyə iddia ərizəsi ilə müraciət edərsə və məhkəmə tərəfindən iddiası təmin olunaraq işinə (vəzifəsinə) bərpa edilməsi haqqında qətnamə (qərar) qəbul edilərsə, onda işəgötürən tərəfindən məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi (qərarı) dərhal icra edilərək o, əvvəlki vəzifəsinə və ya razılığı ilə başqa vəzifəyə (işə) bərpa olunmalıdır. Bu zaman işə bərpa edilən işçinin yerinə götürülmüş işçi ilə bağlanmış əmək müqaviləsinə bu Məcəllənin 71-ci maddəsinin 1-ci hissəsində nəzərdə tutulmuş müvafiq araşdırmalar aparılmaqla xitam verilə bilər. Əmək Məcəlləsinin 74-cü maddəsinin qeydinə əsasən əmək qabiliyyətinin tam itirilməsi müvafiq icra hakimiyyəti orqanının rəyi ilə müəyyən edilir. Əmək qabiliyyətinin tam itirilməsi dedikdə, icra hakimiyyəti orqanının qərarı ilə işçiyə müvafiq dərəcədən əlillik qrupu və ya 18 yaşınadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən edilməklə ən azı bir il müddətinə əmək qabiliyyətsiz hesab edilməsi başa düşülməlidir. Əmək qabiliyyətinin 6 aydan az müddətə müvəqqəti itirilməsi əmək müqaviləsinə xitam verilməsi üçün əsas ola bilməz. Əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərin iş yeri və vəzifəsi saxlanılmaqla onlara ilk 14 gün üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada və miqdarda işəgötürənin vəsaiti, qalan günlər üçün isə məcburi dövlət sosial sığorta haqları hesabına müavinət ödənilir. Əmək qabiliyyətini bir ildən çox olmayan müddətə qismən itirmiş işçilər üçün isə müvafiq icra hakimiyyəti orqanının rəyi nəzərə alınır. Göründüyü kimi, işçi əmək müqaviləsinə xitam verilməsi üçün işəgötürənə ərizə ilə müraciət etməmişdir, bu səbəbdən işəgötürənin Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə istinad etməklə işçi ilə əmək müqaviləsinə xitam verməsi qanunsuz olmuşdur. O cümlədən işçi xx.xx.2020-ci il tarixdə xəstəliyi ilə bağlı əmək qabiliyyətini müvəqqəti itirdiyinə və bu barədə işəgötürənə məlumat verməklə, əmək qabiliyyəti olmamaq vərəqəsi mövcud olduğuna görə, işəgötürən işçini hər hansı bir əsasla işdən azad edə bilməzdi. Həmçinin işəgötürəndə işçinin əmək qabiliyyətinin tam itirilməsi, yəni icra hakimiyyəti orqanının qərarı ilə işçiyə müvafiq dərəcədən əlillik qrupu təyin edilməsinə dair xx.xx.2020-ci il tarixdə sənəd mövcud olmamışdır. O cümlədən işçinin əmək qabiliyyətinin 6 aydan az müddətə müvəqqəti itirilməsi əmək müqaviləsinə xitam verilməsi üçün əsas ola bilməzdi. Əmək Məcələsinin 79-cu maddəsinin 1-ci hissəsinə əsasən işəgötürən tərəfindən əmək qabiliyyətini müvəqqəti itirən işçilərin əmək müqaviləsinin ləğv edilməsi qadağandır. İddiaçı ƏƏSMN yanında Dövlət Əmək Müfəttişliyi Xidməti Bakı şəhər İdarəsinə ünvanladığı izahatından müəyyən olunur ki, sahibkar Şaiq Qəribzadə xx xxxxxx 2020-ci ildə xəbərdarlıq etmədən, onkoloji xəstəliklə əlaqədar büllitendə olmağını nəzərə almadan onu işdən azad edib, işdən azad olunmağını 2020-ci ilin sentyabr ayında təsadüfən şosial kabinetinə baxanda bilmişdir. Bununla bağlı şirkətə etdiyi telefon zəngləri və sorğularına cavab verilmədiyindən bu barədə xx.xx.2020-ci il tarixdə ƏƏSM Nazirliyinin 142 Qaynar xətti ilə Əmək Müfəttişliyinə müraciət etmişdir. Müalicə aldığı dövrlər üçün xəstəlik kağızı hər ay şirkətə şəxsən kadr rəhbəri Gülzar xanıma təqdim edilib. Sonra ona telefonla zəng edilərək kadrlardan bildirilmişdir ki, şirkətin direktoru Şaiq Qəribzadə göstəriş verib ki, növbəti ay üçün xəstəlik vərəqələri daha poçt vasitəsi ilə göndərilsin. İyul, avqust aylarının xəstəlik vərəqələrini poçtla göndərdikdə isə məktubu şirkət qəbul etməyib geri göndərib. Şirkət onun 2020-ci ilin iyul-avqust aylarına dair xəstəlik vərəqələrini DSMFnin elektron portalına yerləşdirmədiyi üçün 2020-ci ilin iyul-avqust aylarına dair, habelə 2020-ci ilin sentyabr ayı üçün xəstəlik vərəqəsinə görə DSMF tərəfindən ödənilməli olan xəstəliyə görə müavinət ödənişini də almamışdır. Ona işdən çıxarılmağı baradə heç bir xəbərdarlıq edilməyib, nə də xəbərdarlıq poçtla göndərilməyib. İndiyədək nə xəstəlik vərəqələrinə görə müavinatı, nə də işdən çıxarılmağına görə son haqq-hesabı, əmri, əmək kitabçasını verməyiblər. Ən sonunda işə vəkili qarışdıqdan sonra onun yazılı tələbi əsasında xx xxxxxxxx 2020-ci il tarixdə əmək kitabçası və işdən çıxarılma haqqında əmrin surəti ona təqdim edilmişdir. Lakin şirkət hələ də onunla son haqq-hesab aparmayıb və ona ödənilməli olan məzuniyyət pulunu və digər ödənişləri də hələ ödəməyib. ƏƏSMN yanında Dövlət Əmək Müfəttişliyi Xidməti Bakı şəhər İdarəsinin xx.xx.2020-ci il tarixli məktubundan müəyyən edilir ki, işəgötürənin işçinin son haqq hesabının ödənilməsi zamanı Əmək Məcəlləsinin 83-cü maddəsinin 2-ci bəndinin tələblərini pozduğu müəyyən edilmiş, Cavabdeh MMM-in direktoru X9 barəsində İnzibati Xətalar Məcəlləsinin 192.6 və 192.4-cü maddələrinə əsasən inzibati xəta haqqında protokol tərtib edilmişdir. Həmçinin əmək müqaviləsinə xitam verilməsi haqqında əmrin ləğv edilməsi baradə cəmiyyətə rəsmi məktub göndərilmişdir. Lakin Cavabdeh MMM-in direktoru X9 barəsində İnzibati Xətalar Məcəlləsinin 192.6 və 192.4-cü maddələrinə əsasən inzibati xəta haqqında protokol tərtib olunmasına baxmayaraq, yaranmış qanunsuz halları aradan qaldırmamış və üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Bununla da cavabdehin qanunsuz hərəkətlərinin nəticəsi olaraq iddiaçıya mənəvi ziyan da vurmuşdur. İddiaçı mənəvi iztirab və sarsıntılar keçirmişdir. Mülki Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarında qeyd edilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Mülki Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. Məhkəmə sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, İddiaçı Cavabdeh “əməliyyatlar üzrə baş mütəxəssis” vəzifəsindən Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən xx.xx.2020-ci il tarixdən işdən azad edilməsinə dair Cavabdeh MMM-in baş direktorunun xx.xx.2020-ci il tarixli 121/20B nömrəli əmri ləğv edilməli, İddiaçı Cavabdeh MMM-ə “əməliyyatlar üzrə baş mütəxəssis” vəzifəsinə bərpa edilməli, xx.xx.2020-ci il tarixdən başlayaraq işə bərpa olunduğu günədək İddiaçı məcburi iş buraxmaya görə əmək haqqı ödənilməli, Cavabdeh vurulmuş mənəvi zərərin əvəzi olaraq 500 manat kompensasiya və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, cəmi 530 manat pul tutularaq İddiaçı ödənilməlidir. İddia tələbi - dəymiş mənəvi zərərin kompensasiya olunması üçün 4.500 manat pul tutulması hissəsində, həmçinin 1000 manat hüquqi xidmət xərcinin tutulması hissəsində rədd edilməlidir. Çünki, məhkəmə iddiaçıya vurulmuş mənəvi zərərin əvaəzi kimi 500 manat kompensasiya ödənilməsini yetərli və ədalətli hesab edir. İddiaçı hüquqi xidmət göstərilməsi üçün vəkilə 1000 manat pul ödəməsini təsdiq edən kassa mədaxil qəbzini məhkəməyə təqdim etmədiyi üçün bu hissə də də iddia təmin edilə bilməz. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı Cavabdeh “əməliyyatlar üzrə baş mütəxəssis” vəzifəsindən Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən xx.xx.2020-ci il tarixdən işdən azad edilməsinə dair Cavabdeh baş direktorunun xx.xx.2020-ci il tarixli 121/20B nömrəli əmri ləğv edilsin. İddiaçı Cavabdeh “əməliyyatlar üzrə baş mütəxəssis” vəzifəsinə bərpa edilsin. xx.xx.2020-ci il tarixdən başlayaraq işə bərpa olunduğu günədək İddiaçı məcburi iş buraxmaya görə əmək haqqı ödənilsin. Cavabdeh vurulmuş mənəvi zərərin əvəzi olaraq 500 manat kompensasiya və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, cəmi 530 (beş yüz otuz) manat pul tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:Vahid Hacıyev
Məhkəmə qərarları › İş №e-2(004)-545/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-545/2021
18.02.2021 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver