Məhkəmə qərarları › İş №e-2(004)-5495/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №e-2(004)-5495/2023

23.11.2023 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(004)-5495/2023 23.11.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xəlilova Təhminə Cəmil qızının sədrliyi Allahverdiyeva Aytac Fizuli qızının katibliyi İddiaçı5 Səfərəli oğlunu Cavabdeh X3 iştirakı ilə İddiaçılar X2, İddiaçı2, İddiaçı3, İddiaçı1, İddiaçı4, İddiaçı5 Səfərəli oğlunun və X1 cavabdeh X5 qarşı mənzilə köçürülmə tələbinə dair mülki iş üzrə mülki işlərin birləşdirilməsi barədə cavabdehin vəsatətinə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçılar cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X2, İddiaçı2, İddiaçı3, İddiaçı1, İddiaçı4, İddiaçı5 Səfərəli oğlunun və X1 ünvan 1 ünvandakı fərdi yaşayış evinin 9,9 kv.m-lik otağına istifadə hüquqlarının olmasının nəzərə alınaraq həmin sahəyə köçürülmələri barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvandakı fərdi yaşayış evinin 29,4 kv.m əsas, 21.2 kv.m isə köməkçi sahəsi 1979-cu ildə alqı-satqı edilərək X3 adına qeydiyyata alınmışdır. Həmin vaxt da bu yaşayış sahəsinin alınmasında bütün maddi təminatı öz üzərinə götürmüş olan Mövsümov Zakir və Aydın Həsənovun arasında olmuş razılaşmaya əsasən həmin evin 9.9 kv.m-lik yaşayış sahəsinə Zakir Mövsümovun ailəsi öz əşyaları ilə birlikdə köçərək orada yaşamış və həmin ünvana pasport qeydiyyatına alınmışdır. X9 həyat yoldaşı başqa millətin nümayəndəsi olduğuna görə və ya digər səbəbdən daimi yaşamaq üçün Rusiya Federasiyasına köçüb getmişlər və həmin evdə (Aydın Həsənovun ailəsinin yaşadığı otaqda) yaşayış olmadığına görə yaşayış sahəsi bütövlükdə baxımsızlıq üzündən bərbad vəziyyətə düşmüşdür. İddiaçıların ataları Zakir Mövsümovun vəsaiti hesabına paylı mülkiyyətdə olan ümumi evdən Aydın Həsənovun mülkiyyətinə qeydiyyata düşmüş hissə bütövlükdə təmir olumuş, Aydın Həsənovun əşyaları yerləşən və ailəsinin istifadəsində olan bir otaq onlar Rusiya Federasiyasında olduqlarına görə bağlı qalmışdır. Aradan bir neçə il keçdikdən sonra Aydın Həsənovun ailəsi yenidən Bakı şəhərinə qayıdıb Aydının mülkiyyətində olan hissədəki bir otaqda yaşamağa başlamışdırlar. İddiaçıların ailəsi isə uşaqların sayının çox olması, hər birinin məktəb yaşlı olması və s. səbəblərdən 9,9 kv.m sahədə yaşamaq onlar üçün dar olduğundan ailə nisbətən geniş sahəsi olan evdə kirayə yaşamağa başlamışdır. Lakin, bu zaman evlərində olan bütün yaşayış üçün zəruri olan əşyalar 9,9 kv.m-lik otaqda qalmışdır. X9 ailəsi Zakir Mövsümovla olan razılığa əsasən onların istifadələrində olan 9,9 kv.m-lik otağın çöl tərəfdən olan qapısını bağlayaraq özlərinə münasib istiqamətdən qapı açmışdırlar. İddiaçıların ailəsi isə nisbətən geniş yaşayış sahəsində kirayə yaşamaqda davam etmişdirlər. Artıq ailənin bəzi üzvləri müvəqqəti də olsa, özlərinə yaşayış yeri tapıb məskunlaşdıqlarından 9.9 kv.m-lik yaşayış sahəsində yaşamaq mümkündür. Ona görə də artıq Həsənov Aydının mülkiyyəti kimi qeydiyyatdan keçmiş ünvan 1 ünvandakı fərdi yaşayış evinin 9,9 kv.m-lik yaşayış sahəsinə - qeydiyyatda olduqları ünvana köçüb yaşamaq istəyirlər. Hələ 15 yanvar 1987-ci ildə Bakı şəhəri keçmiş Oktyabr rayon Mənzil Təsərrüfatı İdarəsi tərəfindən verilmiş arayışdan görünür ki, ünvan 3 ünvandakı 1/8 hissədəki yaşayış sahəsinin 9,9 kv.m-lik otağında iddiaçıların anası Mövsümova Fatma, həyat yoldaşı, 4 qızı və bir oğlu pasport qeydiyyatında olaraq yaşamışdırlar. 1982-ci il redaksiyalı Azərbaycan SSR Mənzil Məcəlləsinin 53-cü maddəsinə əsasən kirayəçi ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də kirayəçinin ailə üzvləri hesab edilə bilərlər.Həmin normanın mənasına görə kirayəçinin yaşadığı yaşayış sahəsinə köçürdüyü digər şəxslər onunla həmin yaşayış sahəsindən birgə istifadə etmək hüququna malikdirlər. İddiaçılar qeydiyyatda olduqları, lakin dar olduğuna görə yaşamaqda çətinlik çəkərək başqa yerdə kirayədə yaşamağa məcbur olduqları, başqa yaşayış yerlərinin olmadığını, kirayədə yaşadıqları yerdə kirayə haqqını verməyə çətinlik çəkdiklərini nəzərə alaraq cavabdehə qeydiyyatda olduqları ünvandakı 9,9 kv.m sahəli otağa köçmək üçün imkan verməyi istədikdə, o, buna imkan verməmiş və bununla da iddiaçıların yaşayış sahəsindən istifadə hüquqlarını pozmuşdur. Mülkiyyətçi ilə iddiaçılar arasında olan razılaşmaya əsasən iddiaçıların ailəsi 9,9 kv.m-lik yaşayış sahəsindən istifadə etməkləri, cavabdehin ailəsinin isə 20 kv.m-ə yaxın sahəsi olan digər otaqdan istifadə etmələri müəyyən olunmuşdur. Zakir Mövsümovun ünvan 1 ünvandakı fərdi yaşayış evinin alınmasında maddi təminatı öz üzərinə götürməsi, özünün o zamanlar şəxsi mülkiyyət almaq barədə şifahi qadağaların olması səbəbindən hazırki yaşayış sahəsini öz adına rəsmiləşdirə bilməməsi, onunla Həsənov Aydın arasında yaşayış sahələrinin otaqlarından istifadə qaydalarının müəyyən edilməsi, iddiaçıların həmin ünvanda pasport qeydiyyatına alınmaqları və s. onların ailələrinin bir-birinə daha yaxın olduğunu, ailə təsərrüfatının birgə (məsləhətli) idarə olunduğunu göstərir və bu baxımdan onların ailəsi də mülkiyyətçinin ailə üzvləri hesab oluna bilər. Cavabdeh vəsatətlə məhkəməyə müraciət edərək, hazırkı mülki işin onun iddiaçılara qarşı mənzilə istifadə hüququna xitam verilməsi tələbinə dair Yasamal Rayon Məhkəməsinin hakimi Kərim Xudayevin icraatında olan 2(004)-5455/2023 saylı iş ilə birləşdirilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh vəsatəti müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı işlərin birləşdirilməsinə etirazını bildirmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, hazırkı mülki iş Yasamal Rayon Məhkəməsinin hakimi Kərim Xudayevin icraatında olan iddiaçı X3 cavabdehlər X2, İddiaçı2, İddiaçı3, İddiaçı1, İddiaçı4, İddiaçı5 Səfərəli oğlu, X6, X4 qarşı mənzilə istifadə hüququna xitam verilməsi tələbinə dair 2(009)-5455/2023 saylı mülki işlə əlaqəlidir, ədalət mühakiməsinin düzgün həyata keçirilməsi üçün onlara birgə baxılmalı və qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 43. Biri-biri ilə əlaqədar olan bir neçə işin aidiyyəti 43.2. Bir-biri ilə əlaqəli olan işlərin bir icraatda birləşdirilməsi həm işdə iştirak edən şəxslərin vəsatəti, həm də məhkəmənin öz təşəbbüsü ilə həyata keçirilə bilər. Maddə 169. Bir neçə iddia tələbinin birləşdirilməsi və ayrılması 169.3. Hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədə müvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 169, 263, 264cü maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ: İddiaçılar X2, İddiaçı2, İddiaçı3, İddiaçı1, İddiaçı4, İddiaçı5 Səfərəli oğlu və X1 cavabdeh X5 qarşı mənzilə köçürülmə tələbinə dair 2(004)-5495/2023 saylı mülki iş Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Kərim Xudayevin icraatında olan iddiaçı X3 cavabdehlər X2, İddiaçı2, İddiaçı3, İddiaçı1, İddiaçı4, İddiaçı5 Səfərəli oğlu, X6, X4 qarşı mənzilə istifadə hüququna xitam verilməsi tələbinə dair iddia ərizəsi üzrə başlanmış 2(009)-5455/2023 saylı mülki işə birləşdirilməsi üçün Yasamal Rayon Məhkəməsinin hakimi Kərim Xudayevə verilsin. Hakim Təhminə Xəlilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar