Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-5511/2024 12.12.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Fariz Ariz oğlunun sədrliyi, Əlihüseynli Mehin Mətin qızının katibliyi, İddiaçı2, İddiaçılar İddiaçı1, İddiaçı2 cavabdehlər Cavabdeh3, Cavabdeh1, "Daşınmaz Əmlakın Dövlət Kadastrı Və Reyestri" X14 1 Saylı Bakı Ərazi İdarəsinə qarşı “2V-4 reyestr nömrəli xx.xx.2024-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin, bağışlama müqaviləsinin, çıxarışın etibarsız hesab edilməsi və miras payının müəyyən olunması” tələbinə dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2 cavabdehlər Cavabdeh3, Cavabdeh1, "Daşınmaz Əmlakın Dövlət Kadastrı Və Reyestri" X14 1 Saylı Bakı Ərazi İdarəsinə qarşı “2V-4 reyestr nömrəli xx.xx.2024-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin, bağışlama müqaviləsinin, çıxarışın etibarsız hesab edilməsi və miras payının müəyyən olunması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 tərəfindən təsdiq edilmiş 13 fevral 2014-cü il tarixli 4Ə-01-40 reyestr nömrəli fərdi yaşayış evinin 2/3 hissəsinin bağışlanmasına dair X3 və X9 arasında bağlanmış bağışlama müqaviləsinin, bağışlama müqavilə əsasında X4 ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin 2/3 hissəsi üzərində mülkiyyət hüququnun 17 fevral 2014-cü il tarixdə qeydiyyata alınmasına dair verilmiş çıxarışın, 2V-4 reyestr nömrəli xx.xx.2024-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə və onun əsasında verilmiş çıxarışın etibarsız hesab edilməsi və ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin 2/3 hissəsi üzərində vərəsəlik qaydasında yenidən payların müəyyən edilərək hər iddiaçının ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində 2/15 payının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçılar bacıdırlar. Onlar hər ikisi ünvan 1 ünvanında yaşamış və qeydiyyatda olmuşlar. İddiaçı1 indiyədək həmin ünvanda qeydiyyatdadır və faktiki olaraq həmin ünvanda yaşayır. İddiaçı1 ilə yanaşı onun övladları da anadan olduqları vaxtdan həmin ünvanda qeydiyyatdadır və orada yaşayırlar. ünvan 1 ünvanında yerləşən fərdi ev iddiaçıların ulu babasına məxsus olub. Sonradan həmin evin 2/3 hissəsi üzərində mülkiyyət hüququ vərəsəlik qaydasında onların atası X1 adına rəsmiləşdirilib. İddiaçıların qardaşı X9 16 oktyabr 2023-cü ildə vəfat etdikdən sonra iddiaçılar atalarından miras qalmış əmlakdan pay alınması üçün notariusa müraciət etdikdə onlara məlum olub ki, ünvan 1 ünvanında yerləşən fərdi evin 2/3 hissəsi onların ataları X3 tərəfindən qardaşları X7 bağışlanıb. ünvan 1 ünvanında yerləşən fərdi evin 2/3 hissəsinin X3 tərəfindən X7 bağışlanılması ilə bağlı notariat işi ilə tanış olduqda məlum olub ki, bağışlanma 13 fevral 2014-cü il tarixdə baş verib. Həmçinin bağışlanma müqaviləsi notariusda təsdiq edilərkən iddiaçılardan İddiaçı1 və onun övladları X19, X13 daimi qeydiyyatda olmasına baxmayaraq, onların adları daimi qeydiyyatda olanların siyahısına dair arayış da (Forma 2) göstərilməyib və bağışlanma müqaviləsi rəsmiləşdirilərkən daimi qeydiyyatda olmasına baxmayaraq və anadan olduğu vaxtdan həmin ünvanda yaşamasına baxmayaraq, İddiaçı1 razılığı alınmayıb. Hazırda ünvan 1 ünvanında yerləşən fərdi evin 2/3 hissəsi üzərində mülkiyyət hüququ 2V-4 reyestr nömrəli xx.xx.2024-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən Cavabdeh3 adına rəsmiləşdirilmişdir. İddiaçılar hesab edir ki, 13 fevral 2014-cü il tarixli bağışlanma müqaviləsi, eyni zamanda həmin bağışlanma müqaviləsi əsasında X9 adına verilmiş Çıxarış, həmçinin 2V-4 reyestr nömrəli xx.xx.2024-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə və onun əsasında verilmiş Çıxarış etibarsız hesab edilməli və ünvan 1 ünvanında yerləşən fərdi evin 2/3 hissəsi üzərində paylar vərəsəlik qaydasında yenidən müəyyən edilməlidir. İddiaçı2 məhkəmə iclasında iştirak edərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Digər tərəflər məhkəmə iclasında iştirak etməmişlər. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışa əsasən müəyyən edilmişdir ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində X1 2/3 hissədə mülkiyyət hüququ xx.xx.2013-cü il tarixdə qeydiyyata alınmışdır. İş materiallarında olan xx.xx.2014-cü il tarixli fərdi yaşayış evinin bağışlama müqaviləsinə əsasən müəyyən edilmişdir ki, X3 ünvan 1 ünvanından yerləşən fərdi yaşayış evinin ona məxsus olan 2/3 hissəsini oğlu X7 bağışlamışdır. İş materiallarında olan Cavabdeh1 X3 tərəfindən fərdi yaşayış evinin X7 bağışlanmasına dair xx.xx.2014-cü il tarixli, 4Ə-01-40 saylı notariat işinin surətinə Cavabdeh3 və X5 ünvan 1 ünvanından yerləşən fərdi yaşayış evinin X3 tərəfindən oğlu X7 bağışlanmasına etiraz etməmələrinə dair ərizələri əlavə edilmişdir. İş materiallarında olan yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli, xx.xx.2023-cü il tarixli arayışa əsasən müəyyən edilmişdir ki, İddiaçı1, Cavabdeh3, X8, X19, X13, X6 xx.xx.2005-ci il tarixdən ünvan 1 ünvanında qeydiyyatdadırlar. İş materiallarında olan Forma №2 arayışa əsasən müəyyən edilmişdir ki, X6, Cavabdeh3, X3, X10 və X9, ünvan 1 ünvanından yerləşən fərdi yaşayış evində daimi qeydiyyatdadırlar. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən təqdim edilmiş xx.xx.2024-cü il tarixli məktuba əsasən müəyyən edilmişdir ki, ünvan 1 ünvanından yerləşən fərdi yaşayış evinin 2/3 hissəsi 12 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiq edilmiş 2V-4 reyestr nömrəli xx.xx.2024-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən Cavabdeh3 adına qeydiyyatdan keçmişdir və hazırda onun mülkiyyətindədir. Məhkəmə hesab edir ki, iddia tələbi əsassızdır və təmin edilməməlidir. Azərbaycan Respublikası MM-in 337.1-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.2-ci maddəsinə əsasən, əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Həmin Məcəllənin 337.3-cü maddəsinə əsasən, əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Həmin Məcəllənin 337.4-cü maddəsinə əsasən, etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Həmin Məcəllənin 339-cu maddəsinin başlığı bu qaydada müəyyən edilmişdir: hakimiyyətdən sui-istifadə nəticəsində, aldatma, zorakılıq, hədə təsiri altında, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi və ya şəxsin ağır vəziyyətə düşməsi nəticəsində bağlanmış əqdin etibarsızlığı. Həmin Məcəllənin 339.1-ci maddəsinə əsasən, hakimiyyətdən sui-istifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış, yaxud bu Məcəllənin 49.4-cü maddəsində müəyyən edilmiş hallara səbəb olan əqd, habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkən tərəfindən mübahisələndirilə bilər. Həmin Məcəllənin 340.1-ci maddəsinə əsasən, uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. Həmin Məcəllənin 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Həmin Məcəllənin 560.2-ci maddəsinə əsasən, hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Həmin Məcəllənin 666.1-ci maddəsinə əsasən bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. Həmin Məcəllənin 1133-cü maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin Məcəllənin 1146-cı maddəsinə əsasən, miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1151.2-ci maddəsinə əsasən, mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. Həmin Məcəllənin 1159-cu maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər), ikinci növbədə - ölənin bacıları və qardaşları, üçüncü növbədə - həm ana tərəfdən, həm də ata tərəfdən nənə və baba, nənənin anası və atası, babanın anası və atası, dördüncü növbədə - xalalar və bibilər, dayılar və əmilər, beşinci növbədə - xala uşaqları və bibi uşaqları, dayı uşaqları və əmi uşaqları, onlar sağ olmadıqda isə onların uşaqları bərabər pay hüquqlu vərəsələr sayılırlar. Həmin Məcəllənin 1160-ci maddəsinə əsasən əvvəlki növbənin vərəsələrindən, heç olmasa, birinin mövcudluğu sonrakı növbənin vərəsəliyini istisna edir. Beləliklə məhkəmə tərəfindən müəyyən edilmişdir ki, mübahisə predmeti olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin 2/3 hissəsi üzərində mülkiyyət hüququ iddiaçıların mərhum atası, cavabdehin isə qaynatası X2 məxsus olmuşdur. Sonuncu vəfat etmədən öncə, yəni xx.xx.2014-cü il tarixli müqavilə əsasında mülkiyyətində olan sözügedən fərdi yaşayış evi üzərindəki payını Cavabdeh1 xx.xx.2014-cü il tarixli bağışlama müqaviləsi əsasında oğlu, iddiaçıların mərhum qardaşı, cavabdehin isə əri X7 bağışlamışdır. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində X1 2/3 hissədə mülkiyyət hüququ qeydiyyata alınmışdır. X9 16 oktyabr 2023-cü il tarixdə vəfat etmişdir. Onun vəfatından sonra birinci dərəcəli vərəsəsi olan arvadı Cavabdeh3 qanun üzrə vərəsə kimi ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin 2/3 hissəsi üzərində mülkiyyət hüququ əldə etmişdir. Sözügedən hissə hazırda sonuncunun mülkiyyətindədir. Mülkiyyətçi (bağışlayan şəxs) öz mülkiyyətində olan əmlakdan sərbəst şəkildə istifadə edə, əmlaka sahiblik edə və onun üzərində sərəncam verə bilər. Mülkiyyətçinin ona məxsus olan əmlakı bağışlayan zaman evdə qeydiyyatda olan şəxslərin razılığının alınması imperativ tələb deyildir. Mənzildə qeydiyyatda olmaq mülkiyyət hüququnun yaranması əsası deyildir və mülkiyyətçinin iradə ifadəsi əsasında əmlakın üzərində sərəncam vermək hüququnun məhdudlaşdırılması əsası qismində çıxış edə bilməz. Bu səbəbdən, belə bir razılığı alınmaması bağışlama müqaviləsinin etibarsızlığına səbəb ola bilməz. Məhkəmə qeyd edir ki, etibarsızlığın əsasları müqavilənin forması, məzmunu, iradə qüsurluluğu və subyekt tərkibi ilə bağlıdır. Hazırki mübahisə predmeti olan müqavilə üzrə etibarsızlığın qeyd edilən əsasları müəyyən edilmir. Mübahisə predmeti olan bağışlama müqaviləsi mülkiyyətçinin iradəsini əks etdirməklə həqiqi bağışlama münasibətlərini əks etdirir. Əmlakın mülkiyyətçisi öz iradəsinin ifadəsi olaraq mülkiyyətində olan əmlakı qanunla nəzərdə tutulmuş forma və məzmun tələblərinə əməl etməklə müqavilə bağlayaraq bağışlamışdır. Məhkəmə isə hazırki mübahisəyə tələb üzrə məhz bağışlanma müqaviləsinin ləğvi deyil, müqavilənin etibarsızlığı kontekstindən yanaşır. Məhkəmə hesab edir ki, mülki iş üzrə iddiaçılar bağışlayan şəxsin (ata) potensial vərəsələri olması nəzərə alınmaqla hazırki iddia tələbini qaldırmaqda subyektiv hüquqa malikdirlər. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyin prinsipləri rəhbər tutulmaqla məhkəmənin öz təşəbüsü ilə tərəflərdən (iddiaçı, cavabdeh, 3-cü şəxs, maraqlı şəxs və s.) hər hansı birinin xeyrinə və ya əleyhinə sübutlar toplaması yolverilməzdir. Nəzərə almaq lazımdır ki, mülki prosesdə məhkəmə arbitr rolunda çıxış etməklə yalnız tərəflərin təqdim etdiyi sübutlar əsasında qanuni və əsaslandırılmış qərar qəbul etməlidir. Aydın, anlaşılan hüquq normalarının hüquq tətbiq edən məhkəmələr tərəfindən geniş formada təfsir olunması yolverilməzdir. Hüquq normalarının birbaşa tətbiqi ilə məşğul olan məhkəmələr hüquq münasibətlərinin subyektləri arasındakı mübahisələri ədalətli şəkildə tənzimlədikdə məhkəməyə və hüquq sisteminə olan etimad artır, əks halda, inamsızlıq, hüquqi nihilizmin geniş vüsət almasına səbəb olmaqla hüquqi dəyərlərin aşınması ilə nəticələnir. Beləliklə, məhkəmə iş materiallarına məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi əsassızdır və təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 238, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2 cavabdehlər Cavabdeh3, Cavabdeh1, "Daşınmaz Əmlakın Dövlət Kadastrı Və Reyestri" X14 1 Saylı Bakı Ərazi İdarəsinə qarşı “2V-4 reyestr nömrəli xx.xx.2024-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin, bağışlama müqaviləsinin, çıxarışın etibarsız hesab edilməsi və miras payının müəyyən olunması” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fariz Əlizadə
Məhkəmə qərarları › İş №e-2(004)-5511/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-5511/2024
12.12.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver