Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-5556/2025 29.12.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Sultanova-Məmmədova Ayşən Ramiz qızının sədrliyi, Səfərova Nəzrin Şahlar qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə2, İddiaçının nümayəndəsi və vəkili Vəkil2, Cavabdeh "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə5, Cavabdeh Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin nümayəndəsi Nümayəndə6 iştirakları ilə, İddiaçı X8 Xidməti müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə cavabdehlər "xxxx" MMC və Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə qarşı "əmrin ləğvi, işə bərpa və əmək haqqı" tələbinə dair mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər "xxxx" MMC və Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə qarşı "əmrin ləğvi, işə bərpa və əmək haqqı" tələbinə dair iddia ərizəsi ilə xx.xx.2025-ci il tarixdə məhkəməyə müraciət edərək, xx.xx.2024-cü il tarixli əmrin qanunsuz hesab edilməsi, əmək müqaviləsinin müddətsiz müqavilə kimi tanınması, əvvəlki vəzifəsinə işə bərpası, işsiz qaldığı dövr üçün əməkhaqqı və sosial ödənişlərin ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, İddiaçı xx.xx.2019-cu ildən etibarən fasiləsiz olaraq işləmiş, müqavilə hər il yenilənmişdir. Əmək müqaviləsi faktiki olaraq 5 ildən artıq uzadıldığından, Əmək Məcəlləsinin 45.5-ci maddəsinə görə müddətsiz hesab edilməlidir. Buna baxmayaraq, işəgötürən xx.xx.2024 tarixli əmrlə “müddətin bitməsi” əsası ilə müqaviləyə xitam verib. X8 Xidməti də rəsmi cavabında təsdiqləyib ki, 5 ildən artıq uzadılan müqavilə müddətsiz sayılır və müddətin bitməsi əsası ilə xitam verilə bilməz. Mediasiya prosesi keçirilib, lakin nəticə əldə olunmadığı üçün mübahisə məhkəməyə daşınıb. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti Tarix və Nömrə: məktubun üzərində “29.2-ci maddəsinə əsasən verilmişdir” qeydi var (tam rəsmi nömrə sənədin yuxarısında qeyd olunub, sənəddə “xx.xx.2025” tarixli qeydlə göstərilib) . Məzmun: Müfəttişlik rəsmi mövqeyində qeyd edir ki: Əmək Məcəlləsinin 45.5-ci maddəsinə görə 5 ildən artıq müddətə fasiləsiz uzadılan müddətli əmək müqaviləsi müddətsiz əmək müqaviləsi hesab olunur. Bu səbəbdən, “müddətin bitməsi” əsası ilə əmək müqaviləsinə xitam verilməsi qanunvericiliyə ziddir Əlavə dəlil kimi: Azərbaycan RespublikasıƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin xx.xx.2025-ci il tarixli məktubunda da təkrar xx.xx.2025 ci il ,№ 3-17-512-M-16103/2025 -li açıq şəkildə göstərilmişdir ki, 5 ildən artıq müddətə fasiləsiz uzadılan əmək müqaviləsi müddətsiz hesab olunur və bu əsasla əmək müqaviləsinə xitam verilməsi qanunsuzdur. Müfəttişliyin rəsmi cavabı ilə onun mövqeyi tam təsdiqlənmişdir. "xxxx" MMC məhkəməyə vəsatət ünvanlayaraq, bildirmişdir ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyat idarəsinin 3-21-2-2-1/2-35022/2025 nömrəli xx.xx.2025-ci il tarixli çıxarışına əsasən, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh2nə qoşulmuşdur və "Aztelekom” Məhdud Məsuliyyətli Cəmiyyəti onun hüquqi varisidir. Qeyd edilənləri nəzərə alaraq, cavabdeh tərəf "xxxx" MMC-nin "xxxx" MMC ilə əvəz edilməsini xahiş edir. Məhkəmə iddiaçının razılığını da nəzərə alaraq, əsl olmayan cavabdeh "xxxx" MMCni əsl cavabdeh "xxxx" MMC ilə əvəz etmişdir. Məhkəmə prosesinin gedişində İddiaçı nümayəndəsi və vəkili Vəkil2 iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ünvanlayaraq, cavabdehin İddiaçı əmək müqaviləsinə xitam verilməsi barədə 09 dekabr 2024-cü il tarixli əmrinin ləğv edilməsi və iddiaçının əvvəlki işinə (vəzifəsinə) işə bərpa edilməsi, İddiaçıya qanunsuz olaraq işdən çıxarıldığı 09 dekabr 2024-cü il tarixdən işə bərpa olunacağı tarixədək məcburi işburaxma müddəti üzrə əmək haqlarının və onun bütün tərkib hissələrinin cavabdehdən tutularaq ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh "xxxx" MMC iddia müddətinin tətbiq edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddia ərizəsinə iddia müddətinin tətbiq edilməsini xahiş edərək bildirmişdir ki, İddiaçı və "xxxx" (hal hazırda "Aztelekom” MMC) Məhdud Məsuliyyətli Cəmiyyəti arasında xx.xx.2019-cu il tarixli müddətli əmək müqaviləsi imzalanmışdır. Tərəflər arasında bağlanmış müddətli əmək müqaviləsi işəgötürən tərəfindən işçi İddiaçı xx.xx.2024-cü il tarixdə bu barədə əmək müqaviləsinə xitam verilməsi barədə bildiriş verməklə xx.xx.2024-cü il tarixdə xitam edilmişdir. Müddətli əmək müqaviləsinin İşəgötürən tərəfindən xitam edilməsi qanunvericiliklə nəzərdə tutulan müddət və tələblər gözlənilməklə tamamilə qanuni və əsaslı olmuşdur. Əmək müqaviləsinin xitam edilməsi barədə müvafiq əmr və onun əmək kitabçası İddiaçı qanunvericiliklə tələb edilən qaydada təqdim edilmiş, həmçinin əmək müqaviləsinin xitamı barədə bildiriş iddiaçının elektron şəxsi kabinetinə göndərilmişdir. Eyni zamanda əmək müqaviləsinin xitam edilməsi ilə bağlı olaraq əmək kitabçası iddiaçıya xx.xx.2024-cü il tarixdə rəsmi qaydada təqdim edilmişdir. İddiaçı tərəfindən əmrin və əmək kitabçasının təhvil alınmasını təsdiq edən sənəd qoşmaya əlavə edilmişdir. Hal-hazırda onunla bağlanmış əmək müqaviləsinin qanuni əsaslarla xitam edilməsi üzərindən xeyli müddət keçməsinə baxmayaraq iddiaçı tərəfindən sözügedən məhkəmədə iddia qaldırılmasını əsassız hesab edirlər. Bele ki, qanunvericiliklə sözügedən iddia ilə məhkəməyə müraciət edilməsi ilə bağlı nəzərdə tutulmuş müddət İddiaçı tərəfindən ötürülmüşdür. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 288-ci maddəsinə əsasən, əmək müqaviləsinin bağlanması, ləğv edilməsi və ya onun şərtlərinin dəyişdirilməsi ilə bağlı olan mübahisələr fərdi əmək mübahisəsi predmetidir. Həmin məcəllənin 296-ci maddəsinin 2-ci bəndinə əsasən, əmək müqaviləsinin bağlanması, ləğv edilməsi və ya onun şərtlərinin dəyişdirilməsi ilə bağlı olan fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Həmin maddənin 3-cü hissəsinə müvafiq olaraq hüququnun pozulmasının aşkar edildiyi gün - işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi və ya emrin (sərəncamın, qərarın) işçinin elektron informasiya sistemində yaradılan elektron kabinetinə göndərildiyi və bu barədə işçinin məlumatlandırıldığı (elektron poçt və SMS vasitəsilə), həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. İş materiallarından müəyyən edilir ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2024-cü il tarixdə xitam verilmişdir. İddiaçı isə həmin tələb üzrə məhkəməyə 2025-ci ilin sentyabr ayında müraciət etmişdir. Buradan da iddiaçının həmin tələb üzrə qanunvericilikdə nəzərdə tutulmuş bir aylıq müddəti ötürdüyü məlum olur. Cavabdeh "xxxx" MMC həmçinin məhkəməyə iddia tələbinə etiraz ərizəsi ünvanlayaraq, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı ilə mövcud olmuş əmək müqaviləsinə xitam verilməsi əsaslıdır, hər hansı pozuntuya yol verilməyib. İddiaçı ilə "xxxx" MMC arasında xx.xx.2019-cu il tarixli müddətli əmək müqaviləsi bağlanmışdır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 73-cü maddəsinin 1-ci hissəsinə əsasən tərəflərdən heç biri digər tərəfi müddətin bitməsinə görə müqaviləyə xitam verilməsi barədə yazılı formada xəbərdar etmədiyi üçün həmin əmək müqaviləsi 4 dəfə əvvəl müəyyən olunmuş müddətə (xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək, xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək, xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək və xx.xx.2023cü il tarixdən xx.xx.2024-cü il tarixədək) uzadılmış hesab olunmuşdur. Sonuncu xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək uzadılmış əmək müqaviləsinin müddəti başa çatdıqda (Müddətin başa çatma tarixi xx.xx.2024-cü il tarixidir və bu tarixdə 5 il tamam olur), Əmək Məcəlləsinin 73-cü maddəsinin 1-ci hissəsinin tələblərinə uyğun olaraq müddətin bitməsinə (xx.xx.2024-cü il tarixinə) an azı bir həftə qalmış işçi xəbərdar edilməklə işəgötürənin xx.xx.2024-cü il tarixli 141/Ş/RXM1 nömrəli əmri ilə montyor peşəsində çalışan İddiaçı müddətli əmək muqaviləsinə müddətinin bitməsi əsası ilə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin "b" bəndinə əsasən həmin tarixdən xitam verilmişdir. İddiaçı ilə xx.xx.2019-cu il tarixində bağlanmış müddətli əmək müqaviləsinin xx.xx.2024-cü il tarixində xitam ediləcəyi ilə bağlı ona əvvəlcədən-xx.xx.2024-cü il tarixli yazılı bildiriş təqdim edilmişdir. Əmək müqaviləsinin xitamı barədə bildiriş Azərbaycan Respublikası Əmək Məcəlləsinin 73-cü maddəsinin tələbləri tam gözlənilməklə tərəfə təqdim edilmişdir. Həmin maddənin məzmunundan müəyyən edilir ki, müqavilə müddətinin uzadılması yalnız tərəflərdən birinin müqavilənin xitamı barədə qabaqcadan niyyət ifadəsi etmədən, yəni qarşı tərəfi xəbərdar etmədiyi təqdirdə mümkündür. Hazırkı iş üzrə isə iddiaçı ilə müqavilə müddətli olaraq bağlanmış və bu müddətin daxilində qarşı tərəfi xəbərdar etməklə xitam edilmişdir. Müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam etdiyi halda müqaviləyə müddətin qurtarması əsası ilə xitam verilməsinə ƏMAS sistemində avtomatik məhdudiyyət qoyulur. Yəni ƏMAS sistemi müddəti müəyyən edilməyən (müddətsiz) müqaviləyə müddətin bitməsi səbəbi ilə xitam vermək imkanı yaratmır. Əmək Məcəlləsinin 45-ci maddəsinin 5-ci hissəsinə əsasən "müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir. İddiaçı əmək müqaviləsinə xitam verilen "5 il'in tamam olduğu müddət, müddət axımı baxımından "5 ildən artıq"xxxx"Bakı Telefon Rabitəsi Məhdud Məsuliyyətli Cəmiyyəti ilə İddiaçı arasında bağlanmış müddətli əmək müqaviləsinin ƏMAS sistemi üzərindən növbəti müddətə uzadılması zamanı müddətinin bitməsi qeyri iş gününə təsadüf edib. Azərbaycan Respublikası Əmək Məcəlləsi ilə müəyyən olunmuş müddətlərin hesablanması qaydaları barədə 8-ci maddənin 4-cü bəndinə əsasən əgər müddətin son günü qeyri iş gününə düşərsə onun ardınca gələn ən yaxın iş günü müddətin bitdiyi gün hesab edilir. Eyni zamanda Azərbaycan Respublikası Əmək Məcəlləsi 8-ci maddəsinin 2-ci hissəsinə əsasən müddət axımının başlanması təqvim üzrə müəyyən edilmiş vaxtın ertəsi günündən hesablanır. Yuxarıda qeyd edildiyi kimi, ƏMAS alt sistemində işçinin əmək müqaviləsinin bitməsi əsası ilə xitam verilərkən müddət ötdükdə xitamın gecikmə səbəbi tələb edilir ki, İddiaçı xitam əməliyyatı aparılarkən bu kimi bildiriş sistem tərəfindən tələb edilməmiş, əmək müqaviləsinin bitməsi əsası (AR ƏM-nin 68-ci maddəsinin 2-ci hissəsinin b. bendi) ilə xitam verilməsinə məhdudiyyət yaratmamışdır. Əmək müqaviləsinin xitam edilməsi barədə müvafiq əmr və onun əmək kitabçası İddiaçı qanunvericiliklə tələb edilən qaydada təqdim edilmiş, həmçinin əmək müqaviləsinin xitamı barədə bildiriş iddiaçının elektron şəxsi kabinetinə göndərilmişdir. Eyni zamanda əmək müqaviləsinin xitam edilməsi ilə bağlı olaraq əmək kitabçası iddiaçıya xx.xx.2024-cü il tarixdə rəsmi qaydada təqdim edilmiş, həmçinin yekun haqq-hesab da ona ödənilmişdir. Yuxarıda qeyd edilənlərdən göründüyü kimi iddiaçı ilə bağlanmış əmək müqaviləsi beş ildən artıq davam etməmiş, qanunvericiliyin bütün tələbləri gözlənilməklə beş ilin tamam olduğu gün həmin müqaviləyə xitam verilmişdir. İddiaçı X8 Xidmətinin xx.xx.2025-ci il tarixli 3-17-512-M-16103/2025 nömrəli məktubuna istinad edir ki, iddiada göstərilənlərə əsasən bu məktubda da Müfəttişlik uzanan müddətli əmək müqaviləsinin "5 ildən artıq müddətə ("5 il tamamı olan müddət yox) uzandığı halda onun müddətsizə çevrildiyini göstərmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 73-cü maddəsinin 1-ci hissəsine esasen "müddətli əmək müqaviləsinə müddəti bitdikdə xitam verilir. Müddətli əmək müqaviləsinin müddətinin bitməsinə azı bir həftə qalmış tərəflərdən heç biri digər tərəfi müddətin bitməsinə görə müqaviləyə xitam verilməsi barədə yazılı formada (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) xəbərdar etməzsə, həmin əmək müqaviləsi, əmək müqaviləsində göstərilən müddətə uzadılır və ya bu Məcəllənin 45-ci maddəsinin 5-ci hissəsi ilə müəyyən edilmiş hallarda müddətsiz hesab olunur. "xxxx" MMC-nin İddiaçı əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2024-cü il tarili 141/Ş/RXM1 nömrəli əmri Məcəllənin 45-ci maddəsinin 5-ci hissəsinə və 73-cü maddəsinin 1-ci hissəsinin tələblərinə uyğun olmuşdur. Belə ki, 45-ci maddesinin 5-ci hissəsində "5 ildən artıq müddət göstərilmişdir ki, əmək müqaviləsinə xitam verilən "5 il'in tamam olduğu müddət, müddət axımı baxımından "5 ildən artıq müddət hesab edilmir. Ümumiyyətlə iddiaçı tərəfindən mülahizəni əsaslandırmaq üçün konkret heç bir ölçüle bilən, qiymətləndirilməsi mümkün olan fakta istinad edilməyib, yalnız bəyanat xarakterli ehtimallar irəli sürülüb. Göründüyü kimi İddiaçının hərəkətləri ex turpis causa (yolverilməz vicdansız davranış) olmaqla hüquqdan sui-istifadədir. Belə ki, yuxarıda qeyd edildiyi kimi, İddiaçı xx.xx.2019-cu il tarixli müddətli əmək müqaviləsini imzalamaq ilə, öz iradəsi ilə könüllü şəkildə, heç bir məcburiyyət olmadan müddətli əmək münasibətində olmuşdur. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 73-cü maddəsinin 1-ci hissəsinə əsasən tərəflərdən heç biri digər tərəfi müddətin bitməsinə görə müqaviləyə xitam verilməsi barədə yazılı formada xəbərdar etmədiyi üçün həmin əmək müqaviləsi 4 dəfə əvvəl müəyyən olunmuş müddətə uzadılmışdır və əmək müqaviləsinə müddətinin bitməsi əsası ilə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin "b" bəndinə əsasən həmin tarixdən xitam verilmişdir. Beləliklə, X11 Xidmətinin xx.xx.2025-ci il tarixli 3-17-512-M-16103/2025 nömrəli məktubunu özünə sərf edən kimi şərh etməyə çalışmaq ilə, məsələyə qeyri-konstruktiv yanaşır, bilərəkdən vəziyyətdən ve hüquqdan suiistifadə etmək ilə manipulyasiya cəhdi edir. İddia müddəti ilə bağlı qanunvericiliyin tələbi nəzərə alınmayıb. İddiaçı ilə bağlanmış əmək müqaviləsinin qanuni əsaslarla xitam edilməsi üzərindən xeyli müddət keçməsinə baxmayaraq iddiaçı tərəfindən sözügedən məhkəmədə iddia qaldınılması esassızdır. Belə ki, qanunvericiliklə sözügedən iddia ilə məhkəməyə müraciət edilməsi ilə bağlı nəzərdə tutulmuş müddət iddiaçı tərəfindən ötürülmüşdür. İş materiallarından müəyyən edilir ki, İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2024-cü il tarixdə xitam verilmişdir. İddiaçı isə hemin tələb üzrə məhkəməyə 2025-ci ilin sentyabr ayında müraciət etmişdir. Buradan da iddiaçının həmin tələb üzrə qanunvericilikdə nəzərdə tutulmuş bir aylıq müddəti ötürdüyü məlum olur. Bu barədə tərəfimizdən məhkəməyə iddia müddətinin tətbiq edilməsi barədə ərizə təqdim edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 379-cu maddəsi ilə İddia müddətinin axımı dayandırıldığı halların dəqiq çərçivəsi müəyyən edilib. İddiaçı tərəfindən iddia müddətinin ötürülməsi ilə bağlı hər hansı əsaslı və qanuni dəlil təqdim etməyib. İddiaçı məhkəməyə elektron kabinet vasitəsilə ərizə ünvanlayaraq, Cavabdeh2 MMC-nin xx.xx.2025-ci il tarixli vəsatətinin (iddia müddətinin tətbiqi barədə) rədd edilməsini; əgər məhkəmə gecikmə müəyyən edərsə, müraciət müddətinin bərpa edilməsini (MPM-nin 130-cu maddəsinə əsasən); işə baxılaraq iddianın mahiyyəti üzrə təmin edilməsini və qanunsuz işdən azad edilmənin ləğvini xahiş etmişdir. Ərizəsini onunla əsaslandırmışdır ki, müraciətində hər hansı gecikmə olmuşdursa, bu, ailə vəziyyəti və sosial səbəblərlə, xüsusilə də istehsalat zədəsi nəticəsində əlillik almış və gözdən əlil olan atası - X10 daimi qulluq etməsi ilə bağlı olmuşdur. Atasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-Sosial Ekspert Komissiyasının xx.xx.2021 tarixli qərarı ilə İİİ qrup əlil olduğu, əlilliyin səbəbinin istehsalat zədəsi kimi rəsmiləşdirildiyi sənədlərlə təsdiqlənir.O, görmə qabiliyyətini itirmiş, 70% funksional itki ilə “Monokulyar korluq, OS – anoftalmiya (protez)” diaqnozu ilə qeydiyyatdadır. Atası, keçmiş Rabitə Nazirliyinin ATS 32/39 Yasamal telefon qovşağının əməkdar rabitəçisi olmuş, uzun illər dövlət rabitə sistemində xidmət göstərmişdir. O, atasının yeganə himayəçisidir və məhz bu səbəblə işdən azad olunduqdan sonra hüquqlarını müdafiə etmək üçün müraciəti müəyyən vaxt fərqi ilə edilmişdir. Müraciətin vaxtında qəbul olunması faktı vəkil və mediator tərəfindən iş araşdırılarkən “mübahisə barışıq proseduruna” qəbul edilmiş və “mediator tərəfindən baxılmış”dır. Bu fakt onu göstərir ki, iddia müddəti məhkəməyə təqdim edilən anda qüvvədə olub, çünki mediator yalnız vaxtında verilmiş mübahisələrə baxır (Mülki Prosessual Məcəllənin 77-2.1-ci maddəsinə əsasən). Bu halda cavabdehin “müddət ötürülüb” arqumenti hüquqi əsassızdır. Cavabdehin təqdim etdiyi “əmək kitabçası” sübut kimi qəbul edilə bilməz. Cavabdeh tərəfindən təqdim olunan “əmək kitabçası”nın şəkli tam deyil, səhifə bütöv görünmür və onun orijinal olması sübut olunmamışdır. Məhkəmə təcrübəsində belə sənədlər tam çıxarış təqdim edilmədiyi halda sübut kimi qəbul edilmir (MPM-nin 77 və 78-ci maddələrinə əsasən). Əgər cavabdeh həmin kitabı əsas sübut kimi təqdim etmək istəyirdisə, notarial qaydada təsdiqlənmiş çıxarış və ya məhkəməyə orijinalın təqdim olunması təmin edilməli idi. O, xx.xx.2019-dan xx.xx.2024-dək 5 il 1 gün müddətində rabitə müəssisəsində nöqsansız, intizamsızlıq olmadan xidmət etmişdir. Müqavilənin müddətinin bitməsi bəhanəsi ilə işdən azad edilməsi mübahisəli və ədalətsiz qərardır, çünki müddət bitdikdən dərhal sonra həmin vəzifəyə yeni işçi qəbul edilmişdir. Bu hal Əmək Məcəlləsinin 73-cü maddəsinin 3-cü hissəsinə ziddir: “Müddətli əmək müqaviləsinin müddəti bitdikdə işçinin vəzifəsinə eyni xarakterli işlər üçün başqa şəxs qəbul edilirsə, bu, müddətli müqavilənin bağlanmasının məqsədinə uyğun sayılmır. İddiaçı nümayəndəsi Nümayəndə2 məhkəməyə elektron kabinet vasitəsilə ərizə ünvanlayaraq, iddia müddətinin bərpasının təsdiq edilməsi, işin mahiyyəti üzrə baxılmasının davam etdirilməsini xahiş etmişdir. Ərizəni onunla əsaslandırmışdır ki, İddiaçı uzun müddət rabitə sahəsində işləmiş, istehsalat zədəsi nəticəsində sağlamlıqla bağlı ağır ailə vəziyyəti yaranmışdır. İddiaçının atası X12 istehsalat zədəsi nəticəsində İİİ dərəcə gözdən əlil olmuş, xx.xx.2025 tarixli Tibbi-Sosial Ekspert Komissiyasının rəsmi arayışı ilə bu hal müddətsiz təsdiq edilmişdir. Əlilliyin səbəbi: İstehsalat zədəsi nəticəsində gözdən əlilliyi olan şəxs. Əlillik dərəcəsi: İİİ dərəcə, müddətsiz. Əlilliyin təyin edilmə tarixi: xx.xx.2021. Etibarlılıq müddəti: xx.xx.2037. Səhiyyə müəssisəsi: 19 saylı şəhər poliklinikası. (Bax: X9 zədəsi sənədi) E-Sosial portalındakı müraciət tarixləri (xx.xx.2025, xx.xx.2025, xx.xx.2025 və s.) göstərir ki, Aydın Musayevin sağlamlıq vəziyyəti ilə bağlı mütəmadi tibbi və sosial müraciətlər təqdim olunmuşdur və bu dövrdə o, daimi həkim nəzarətində və reabilitasiya prosesində olmuşdur. Həmin müraciətlərin cavablandırılmasında “Həkimə yönləndirildi”, “Reabilitasiya vasitələri ilə təminat üçün müraciət”, “Sanatoriya-kurort müalicəsinə göndəriş” kimi qeydlər vardır. (Bax: 001 004.jpg şəkilləri) Bu faktlar sübut edir ki, iddiaçı Elxan Aydın oğlu atasının yeganə baxıcısı olmuş və faktiki olaraq onun sosial və tibbi işlərini aparmışdır. Beləliklə, iddia müddətinin buraxılması üzrlü səbəbdən baş vermişdir. Mülki Məcəllənin 379.1-ci maddəsinə əsasən, iddia müddətinin axımı, əgər iddiaçı fövqəladə və qarşısıalınmaz qüvvələrin təsiri altında hüququnu həyata keçirə bilməmişsə, dayandırılır. Atasının daimi qulluq tələb edən əlillik vəziyyəti bu kateqoriyaya daxildir. Əmək Məcəlləsinin 296.1-ci maddəsinə görə, sağlamlığın pozulması və istehsalat zədəsi nəticəsində əmək qabiliyyətinin itirilməsi ilə bağlı hallarda iddia müddəti tətbiq edilmir. Ədliyyə təcrübəsinə əsasən, sosial və tibbi səbəblərlə üzrlü hesab edilən hallarda məhkəmə formal müddət hesablamasına deyil, faktiki şəraitə əsaslanmalıdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə2 iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, iddiaçı əməkdar rabitəçinin övladıdır. Onun atası cavabdeh qurumda 55 il müddətində xidmət göstərmişdir və Prezident tərəfindən orden, medallarla da təltif olunmuşdur. İddiaçı elektrik montyor kimi fəaliyyət göstərmişdir və işlədiyi müddətdə şikayət almamışdır, ona töhmət verilməmiş, rəhbərlik tərəfindən həmişə qiymətləndirilmişdir. O, ehtiyac olan sahələrdə çalışmış və nəzarətçi kimi də ezam olunmuşdur. Lakin bir gün ona əmək müqaviləsinin müddətinin qurtardığı bildirilib. İddiaçının qayğı göstərdiyi ailəsi və himayəsində görmə qabiliyyətini itirmiş atası var. Əmək müqaviləsinə 5 il 1 gün sonra xitam verilmişdir. İddiaçı işləyərkən kredit götürmüşdür. Hesab edir ki, iddiaçının işdən çıxarılması haqsızlıqdır. Əmək müqaviləsi 5 il keçdikdən sonra müddətsiz hesab olunmalı idi. İddiaçı hal-hazırda işsiz olduğuna görə kreditlərini ödəyə bilmir və onların üzərinə borclar əlavə olunur. İddiaçının atası “Tərəqqi” medalı və “Qızıl Əllər” ordeni ilə təltif olunmuşdur. Həmçinin, iddia müddətinin ötürülməsi üzrlü səbəbdən baş vermişdir. Belə ki, iddiaçının işdən çıxarılmasına görə atasının vəziyyəti pisləşmiş və xəstəxanada müalicə almışdır. Qeyd edir ki, sentyabr ayında cavabdehi mediasiyaya dəvət etmişdilər, lakin nümayəndəsi gəlməmişdi. Həmçinin, X3 cavab məktubunda qeyd edilib ki, əmək müqaviləsi fasiləsiz olaraq 5 il müddətində davam edərsə, müddətsiz hesab edilir və Əmək Məcəlləsinin 68.2(b) bəndinə əsasən xitam verilməsi Məcəllənin 45.5-ci maddəsinin pozulması hesab edilir. Həmçinin, əmək müqaviləsi e-portalda qeydiyyata alınmamışdır. Əmək münasibətlərinin elektron qeydiyyat sisteminə (www.e-gov.az) daxil edilməməsi halı mövcuddur. Bu, Əmək Məcəlləsinin 49.4-cü maddəsinin və Nazirlər Kabinetinin “Əmək müqavilələrinin elektron qeydiyyatı haqqında” qərarının pozulmasıdır. Müqaviləyə birtərəfli xitam hüququ daxil edilmişdir. 9.13–9.14-cü bəndlərdə işəgötürənə istədiyi halda müqaviləyə xitam vermək səlahiyyəti tanınmışdır ki, bu da Əmək Məcəlləsinin 70 və 74-cü maddələrinə ziddir və işçinin hüquqi müdafiəsini zəiflədir. Əlavə iş və istirahət rejimi pozulmuşdur. 4.52–4.56-cı bəndlərdə iş vaxtı və istirahət günləri göstərilsə də, növbəli və təcili çağırış rejimləri üçün əlavə ödəniş və ya yazılı razılıq qeyd olunmayıb. Bu, Əmək Məcəlləsinin 89, 90 və 96-cı maddələrinin pozulması deməkdir. İcbari sığorta haqqında məlumatlar təqdim edilməmişdir. müqavilədə “istehsalatda bədbəxt hadisələrə görə icbari sığorta təmin edilir” (4.50-ci bənd) yazılsa da, sığorta şirkəti, müqavilə nömrəsi və təminat məbləği göstərilməmişdir. Bu hal “İcbari sığorta haqqında” Qanunun 14 və 17-ci maddələrinə ziddir. Əmək haqqı qanunla müəyyən edilmiş ədalətli minimumdan aşağı göstərilmişdir. 4.43-cü bənddə aylıq əmək haqqı 488 manat göstərilmişdir ki, bu, 2019– 2020-ci illərdə rabitə sektoru üzrə eyni vəzifələrdə orta əməkhaqqı göstəricisindən aşağı idi. Bu hal Əmək Məcəlləsinin 155 və 156-cı maddələrinin pozulmasıdır. İddiaçı mübahisə ilə bağlı araşdırma aparmışdır, müxtəlif qurumlara müraciət etmişdir. Onun müraciətlərinə cavab verilməməsi iddianın verilməsi müddətinin keçməsinə səbəb olmuşdur. Atası ilə bağlı iddianı o, qaldırmışdır. Ona etibarnamə verilib, atası və qardaşı məhkəmdə çıxış etmirlər. İddiaçının babası “X6” şəhididir, o, Qababağ qazisi, ictimai xadim və mətbuat xidmətinin rəhbəridir. Onların ailə üzvü olan qardaşı işdən çıxarılmışdır. İddiaçı fasiləsiz olaraq gecə-gündüz xidmət göstərib. İddiaçının xüsusi bacarığı olduğuna görə rəhbərin göstərişi ilə xidmət göstərib. Verilən suallara cavab olaraq bildirmişdir ki, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində 2019-cu ildən işləyirdi və əmək müqaviləsi ilk dəfə 1 il müddətində bağlanmışdı. Əmək kitabçası iddiaçıya verilməyib. Atalarına qulluq edən yalnız iddiaçıdır və iddiaçı onunla birlikdə yaşayır. Anası sağdır, lakin o da xəstədir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil2 iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, X3 cavab məktubunda pozuntu göstərilib. Əmək müqaviləsi 2019-cu ildən 5 il 1 gün müddətinə bağlanmışdır. Əgər müddət 5 ildən 1 gün, 1 saat belə ötürsə, müddətsiz olur. Sonuncu uzadılan əmək müqaviləsi 2024-cü ilin avqust ayına aiddir. Sistem avtomatik olaraq müddəti emal etmişdir. Müqavilənin 2.3-cü bəndində qeyd edilir ki, qeyd edilən səbəblərə əsasən müqavilə xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək 5 il 1 gün müddətində bağlanmışdır. Əmək münasibətləri 5 il müddətində davam edirsə, müddətsiz xarakter daşıyır. Əmək Məcəlləsinin 47-ci maddəsində sadlanan zərurərdən söhbət gedə bilməzdi. Həmçinin, iddia müddətinin hesablanması üçün istinad olunan hadisələrin siyahısı Əmək Məcəlləsinin 296.3-də qeyd edilib. Bizim əsas tələbimiz əmrin ləğvidir, digər tələblər qanunsuz əmrin nəticəsidir. İşdən çıxarma əmri hələ də rekvizitləri, əsaslandırıcı hissəsi və sənədləri ilə birlikdə təqdim edilməyib. Onun təqdim edilməməsi işçinin səmərəli fərdi əmək mübahisəsi aparmaq hüququnu məhdudlaşdırır. Əmək kitabçası təqdim olunmalı idi və onun qaytarılması heç də hüququnun pozulmasının aşkar olunduğu gün kimi hesab olunmur. Maddə imperativ norma kimi tətbiq edilməlidir. İddiaçı hadisələrin gedişatını tam qavraya bilməyib. İşlədiyi idarədə tez-tez struktur dəyişiklikləri baş verib. O, yeni struktur yaradılacağı, əmək funsiyalarının davam etdiriləcəyi xəbərlərini eşidib və evdə gözləyib. Bir müddət sonra iş yoldaşlarının işdən çıxarıldığı eşidib və ehtimalları əsasında X4 müraciət edib. Həmçinin, onun himayəsində gözdən əlil olan atası var. İşdən çıxarma əmri təqdim edilməli idi. Onlar sistemə əsasən 5 ilin keçməsini bildirirlər. İşçinin taleyi işəgötüənin əlindədir. İddiaçının işi də mövsumi xarakder daşımır, daimidir. Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı bildiriş göndərilib, lakin, əmr yoxdur. Həmçinin, ƏMAS-da bildiriş avtomatik şəkildə getmir, elektron kabinetdə əmr mövcud deyil. Elektron kabinetə yerləşdirilmə badərə SMS gəlməyib. Sistemə əlavə olunan sənəddə cavabdeh təşkilatın möhürü yoxdur. Cavabdeh dövlət büdcəsindən maliyyələşən təşkilatdır və sənədlər “Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında kargüzarlığın aparılmasına dair Təlimat”a uyğun tərtib olunmalıdır. Belə ki, əmrlər rəsmi qaydada nömrələnmiş blankda dərc olunun, gerb və vizalar olur. Əmək müqaviləsinin xitamı ilə bağlı sistemə bildiriş vurulub, lakin əmr yoxdur. Bildirişlə bağlı əmr olmalıdır. Əmək müqaviləsinin 5 ildən artıq davam etdiyi halda müddətin qurtarması ilə əlaqədar xitam verilməsinin qanunsuz olması ilə əlaqədar xüsusi qetyd verib. Əmək müqaviləsinin bağlandığı müddət də əmək münasibətlərinə daxildir və 4 gün olur. Cavabdehin tətbiq etdiyi praktika prosesual müddətin hesablanmasıdır. Sistem tarixi düzgün qeyd edib və müddət 5 il 1 gün olub. Müddət 5 ildən 1 saat da artıq davam etsə, Əmək Məcəlləsinin 45.5-ci maddənin təsir dairəsinə düşür. İşçi-işəgötürən yazışmaları bölməsində yalnız bildiriş var. Elektron kabinetə göndəriləndən sonra SMS vasitəsilə məlumat verilməlidir. Verilən suala cavab olaraq bildirmişdir ki, əmək müqaviləsi xx.xx.2019-cu ildə bağlanılıb və hər dəfə 1 il uzadılıb. Məhkəmə iclasında iştirak edən cavabdeh "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə5 iddia tələbini qəbul etməyərək, onun rədd edilməsini xahiş etmiş, izahatında bildirmişdir ki, səlahiyyətlərin verilməsi ilə bağlı müvafiq sənədi sistemə əlavə etmişlər. Əmək müqaviləsinə xitam verilməsi öz əksini tapıb. Sistemə Bakı Apellyasiya Məhkəməsinin qərarını əlavə etmişlər. Orada iddiaçının atasının iddiasına baxılıb. İddiaçı iddianın verilməsinin gecikdirilməsinin əlilliyi olan atasına baxması ilə bağlı olduğunu qeyd edir. Lakin, bununla bağlı onun qulluq edən şəxs kimi təyin edilməsi ilə əlaqədar sənəd yoxdur və həmin dövrdə atası iddia qaldıraraq iddiaçı kimi çıxış edib. Hesab edir ki, iddia müddəti üzrsüz səbəbdən ötürülmüşdür. İmzalama səlahiyyəti Talıb Bayramova verilib və imzalamağa tam səlahiyyətlidir. Verilən suallara cavab olaraq bildirmişdir ki, işdən çıxarma səlahiyəti X1r. Belə ki, elektron imza baş direktordadır. Müqavilə müddəti qurtaranda xitam vermək və ya uzatmaq işəgötürənin səlahiyyətidir. İddiaçının sadaladıqlarının müqaviləyə xitam verilməsinə aidiyyəti yoxudur. Məhkəmə iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin nümayəndəsi Nümayəndə6 iddia tələbini qəbul etməyərək, onun rədd edilməsini xahiş etmiş, izahatında bildirmişdir ki, işçinin peşəkarlıq səviyyəsi ştat ixtisarı aparıldıqda nəzərə alınır. İddiaçının müqaviləsinə müddətin qurtarması ilə xitam verilib. Müqavilənin müddətinin qurtarmasına bir həftə qalmış müvafiq bildiriş göndərilmişdir və sistemdə müvafiq əmr yerləşdirilmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş: İşəgötürən "xxxx" MMC ilə işçi İddiaçı arasında bağlanmış xx.xx.2019-cu il tarixli əmək müqaviləsinə əsasən, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti 1 saylı Rabitə xidmətləri mərkəzinə Xətt qurğularının istismarı şöbəsinin EATS-538/539 xətt montyoru vəzifəsinə işə qəbul edilmişdir. Həmin müqavilənin 2.9-cu bəndinə əsasən, bu Əmək müqaviləsi tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə, onların qarşılıqlı razılığı əsasında müddətli bağlanmışdır. Həmin müqavilənin 2.10-cu bəndinə əsasən, bu Əmək müqaviləsi 09 dekabr 2019-cu il tarixden 09 dekabr 2020-ci il tarixinədək 3 ay sınaq dövrü olmaqla 1 (bir) il müddətinə bağlanmışdır. Həmin müqavilənin 2.11-ci bəndinə əsasən, bu Əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, bu əmək müqaviləsi eyni müddətə (1 (bir) il müddətinə) uzadılmış hesab olunur. Bu əmək müqaviləsinin yuxarıda (bu bənddə) qeyd olunan qaydada dəfələrlə uzadılması mümkündür. ƏMAS-ın alt sistemindən İşəgötürən və işçilərlə rəsmi yazışmalar bölməsindən əldə edilmiş xx.xx.2024-cü il tarixli məlumatdan görünür ki, "xxxx" MMC tərəfindən İddiaçı xx.xx.2024-cü il tarixdə bildiriş göndərilərək bildirilmişdir ki, onunla bağlanmış xx.xx.2019ci il tarixli əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin "b" bəndinə (əmək müqaviləsinin müddətinin qurtarması) əsasən, xx.xx.2024-cü il tarixində xitam veriləcəyi diqqətinə çatdırır və ona gələcək işlərində müvəffəqiyyətlər arzu edirlər. Əmək müqaviləsinə xitam verilməsi barədə 141/Ş/RXM1 nömrəli, xx.xx.2024-cü il tarixli əmrə əsasən, "Bakı Telefon Rabitəsi Məhdud Məsuliyyətli Cəmiyyəti/1 saylı Rabitə Xidmətləri Mərkəzi bölməsində “Xətt qurğularının istismarı şöbəsi EATS-536/539 xəttmontyor” vəzifəsində işləyən İddiaçı ilə bağlanılmış 205T2BR000200 nömrəli əmək müqaviləsinə AR ƏM-nin 68.2-ci maddəsinin "b" bəndinə əsasən əmək müqaviləsinin müddətinin qurtarması əsası ilə xx.xx.2024-cü il tarixindən xitam verilmişdir. Əmək kitabçalarının və onların əlavələrinin hərəkətinin uçotu kitabından görünür ki, İddiaçı tərəfindən əmək kitabçası xx.xx.2024-cü il tarixdə kitaba imza edilməklə təhvil alınmışdır. Azərbaycan Respublikası Rəqəmsal İnkişaf Nazirliyinin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti 323/5/BKT nömrəli, xx.xx.2024-cü il tarixli əmrinə əsasən, İstehsalat zərurəti ilə əlaqədar olaraq İnsan resurslarının idarə edilməsi departamnetinin direktor müavini (ştatdankənar) vəzifəsində çalışan X5 xx.xx.2024-cü il tarixindən xx.xx.2024-cü il tarixinədək İnsan resurslarının idarə edilməsi departamentinin direktoru vəzifəsi üzrə əmək funksiyalarının icrası aylıq 730 manat məbləğində əlavə əmək haqqı ödənilməklə həvalə edilmişdir. İş materiallarına iddiaçı X7 cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza ve Reabilitasiya Agentliyine qarşı "əlilliyin səbəbinin istehsalat zədəsi kimi müəyyən edilməsi" tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-424/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı əlavə edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Yanında Dövlət Əmək Xidmətinin Hüquq İdarəsi tərəfindən İddiaçı ünvanlanmış 3-17-5xx-xx- 16103/2025 nğmrəli, xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, onun əmək qanunvericiliyinə dair xx.xx.2025-ci il tarixii müraciətinə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Məcəllənin yanında X8 Xidmətində baxılmışdır. Bildirilmişdir ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin (bundan sonra - Məcəllə) 42-ci maddəsinin ikinci hissəsinə əsasən, əmək müqaviləsinin tərəflərindən biri işəgötürən, digəri isə İşçidir. Məcəllənin 43-cü maddesinin birinci hissəsinə əsasən, əmək müqaviləsinin məzmunu və quruluşu qanunvericiliyin tələblərinə əməl edilməklə tərəflərin razılığı ilə müəyyən edilir. Həmin maddənin ikinci hissəsinin "d" bəndinə əsasən, əmək müqaviləsində mütləq əmək müqaviləsinin müddəti göstərilməlidir. 45-ci maddəsinin birinci hissəsinə əsasən, əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır. Hemin maddənin ikinci hissəsinə əsasən, əmək müqaviləsində onun hansı müddətə bağlanması göstərilməmişdirsə, həmin müqavilə müddətsiz bağlanmış hesab edilir. Həmin maddənin üçüncü hissəsinə əsasən, müddəti müəyyən edilmədən bağlanmış əmək müqaviləsi hər iki tərəfin razılığı olmadan birtərəfli qaydada müddətli əmək müqaviləsi ilə əvəz edilə bilməz. Hərnin maddənin dördüncü hissəsinə əsasən, əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır. Həmin maddənin beşinci hissəsinə əsasən, müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edlilr. Məcəllənin 73-cü maddəsinin birinci hissəsinə əsasən, müddətli əmək müqaviləsinə müddəti bitdikdə xitam verilir. Müddətli əmək müqaviləsinin müddətinin bitməsinə azı bir həftə qalmış tərəflərdən heç biri digər tərəfi müddətin bitməsinə görə müqaviləyə xitam verilməsi barədə yazılı formada (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) xəbərdar etməzsə, həmin əmək müqaviləsi əmək müqaviləsində göstərilən müddətə uzadılır və ya bu Məcəllənin 45-ci maddəsinin 5-ci hissəsi ilə müəyyən edilmiş hallarda müddətsiz hesab olunur. Həmin maddənin ikinci hissəsinə əsasən, işçinin müəyyən üzürlü səbəbdən (xəstələnməsi, ezamiyyətdə, məzuniyyətdə olması, habelə bu Məcəllənin 179-cu maddəsində nəzərdə tutulan iş yerl və orta əmək haqqı saxlandığı hallarda) iş yerində olmadığı dövrdə müddətli əmək müqaviləsinin müddəti qurtardığı hallarda həmin müqaviləyə bu maddənin 1-ci hissəsində nəzərdə tutulmuş qaydada xəbərdar edilmişdirsə, işçi işə çıxdığı gün işəgötürən tərəfindən xitam verilə bilər. Qeyd olunanlara əsasən bildilmişdir ki, 5 ildən artıq müddətə davam edən əmək müqaviləsinə Məcəllənin 68-ci maddəsinin ikinci hissəsinin "b" bəndinə əsasən xitam verilməsi Məcəllənin 45-ci maddəsinin beşinci hissəsinin tələblərinin pozulması hesab edilir. xx.xx.2025-ci il tarixli, MŞB/6-01687 saylı X2 İştirak Edilməməsi barədə arayışdan görünür ki, 02 sentyabr 2025-ci tarixdə mediasiya sessiyasının tətbiqi barədə təklif göndərilmiş, Bakı 6 saylı Mediasiya təşkilatı tərəfindən xx.xx.2025-ci tarixində keçirilməsi nəzərdə tutulan X2 cavabdehin nümayəndəsi iştirak etməmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Mərkəzləşdirilmiş elektron informasiya sistemindən əldə edilmiş xx.xx.2025-ci il tarixli Əlilliyin qiymətləndirilməsinin nəticəsinə dair arayışdan görünür ki, X10 istehsalat zədəsi səbəbindən Anoftalm, mikroftalm və makroftalm, OS anoftalmiya (protez) Ağırlaşma Birincili açıqbucaqlı qlaukoma, OS terminal ağrılı qlaukoma.VİSOD=0.3 k/etmir (onda üç),VİSOS=0 (sıfır) anoftalm diaqnozları qoyulmuş və ona xx.xx.2021-ci il tarixdən müddətsiz üçüncü dərəcə əlillik statusu verilmiş, əmək qabiliyyətsiz olması qeyd olunmuşdur. “Azərbaycan Nəqliyyat Və Kommunikasiya Holdinqi (Azcon)” X15 Cavabdeh2 tərəfindən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinə ünvanlanmış 14-5-108/2-2700/2025 nömrəli, xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə İddiaçı arasında xx.xx.2019-cu il tarixindən xx.xx.2020-ci il tarixinədək bir il müddətinə 1 saylı Rabitə Xidmətləri Mərkəzinin xətt qurğularının istismarı şöbəsinin EATS538/539-da xətt montyoru peşəsində işləmək üçün əmək müqaviləsi bağlanmış, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 73-cü maddəsinin 1-ci hissəsinə əsasən tərəflərdən heç biri digər tərəfi müddətin bitməsinə görə müqaviləyə xitam verilməsi barədə yazılı formada xəbərdar etmədiyi üçün həmin əmək müqaviləsi 4 dəfə əvvəl müəyyən olunmuş müddətə (xx.xx.2020-ci il tarixindən xx.xx.2021-ci il tarixinədək, xx.xx.2021-ci il tarixindən xx.xx.2022-ci il tarixinədək, xx.xx.2022-ci il tarixindən xx.xx.2023-cü il tarixinədək və xx.xx.2023-cü il tarixindən xx.xx.2024- cü il tarixinədək) uzadılmış hesab olunmuşdur. Sonuncu xx.xx.2023-cü il tarixindən xx.xx.2024- cü il tarixinədək uzadılmış əmək müqaviləsinin müddəti başa çatdıqda (Müddətin başa çatma tarixi xx.xx.2024-cü il tarixidir və bu tarixdə 5 il tamam olur), Əmək Məcəlləsinin 73-cü maddəsinin 1-ci hissəsinin tələblərinə uyğun olaraq müddətin bitməsinə (xx.xx.2024-cü il tarixinə) ən azı bir həftə qalmış işçi xəbərdar edilməklə işəgötürənin xx.xx.2024-cü il tarixli 141/Ş/RXM1 nömrəli əmri ilə montyor peşəsində çalışan İddiaçı müddətli əmək müqaviləsinə müddətinin bitməsi əsası ilə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən həmin tarixdən xitam verilmişdir. Müvafiq olaraq da, "xxxx" MMC-nin 1 saylı Rabitə Xidmətləri Mərkəzinin Xətt qurğularının istismarı şöbəsinin EATS 538/539-un sabiq xətt montyoru İddiaçı xx.xx.2024-cü il tarixində əmək müqaviləsinin müddətinin bitməsi ilə əlaqədar ƏMAS alt sistemindən işəgötürən və işçilər arasında rəsmi yazışmalar bölməsindən xx.xx.2024-cü il tarixində əmək müqaviləsinin müddətinin bitməsi əsası ilə müqavilənin uzadılmayacağı və xx.xx.2024-cü il tarixində əmək müqaviləsinə xitam veriləcəyi haqqında bildiriş təqdim edilmişdir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə İddiaçı arasında bağlanmış müddətli əmək müqaviləsinin ƏMAS sistemi üzərindən növbəti müddətə uzadılmaması zamanı müddətinin bitməsi (xx.xx.2023-cü il tarixi) qeyri-iş gününə təsadüf etmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsi ilə müəyyən olunmuş müddətlərin hesablanması qaydaları barədə 8-ci maddənin 4-cü bəndinə əsasən əgər müddətin son günü qeyri-iş gününə düşərsə onun ardınca gələn ən yaxın iş günü müddətin bitdiyi gün hesab edilməsini, eyni zamanda Azərbaycan Respublikası Əmək Məcəlləsinin 8-ci maddəsinin 2-ci hissəsinə əsasən müddət axımının başlanması təqvim üzrə müəyyən edilmiş vaxtın ertəsi günündən hesablanmalı olduğunu nəzərə alaraq, xx.xx.2024-cü il tarixində əmək müqaviləsinin müddətinin bitməsi müddəti ƏMAS alt sistemində avtomatik cəmlənərək 5 (beş) il 1 (bir) gün olaraq görünmüşdür. Nəzərə alınmalıdır ki, müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam etdiyi halda müqaviləyə müddətin qurtarması əsası ilə xitam verilməsinə ƏMAS sistemində avtomatik məhdudiyyət qoyur. Yəni ƏMAS sistemi müddəti müəyyən edilməyən (Müddətsiz) müqaviləyə xitam vermək imkanı yaratmır. Yuxarıda da qeyd edildiyi kimi, ƏMAS alt sistemində işçinin əmək müqaviləsinin bitməsi əsası ilə xitam verilərkən müddət ötdükdə xitamın gecikmə səbəbi tələb edilir ki, İddiaçı əmək müqaviləsinə xitam əməliyyatı aparılarkən bu kimi bildiriş sistem tərəfindən tələb edilməmiş, əmək müqaviləsinin bitməsi əsası (AR ƏM-nin 68-ci maddəsinin 2-ci hissəsinin b. bəndi) ilə xitam verilməsinə məhdudiyyət yaranmamışdır. Göstərilənləri nəzərə alaraq, İddiaçı əmək müqaviləsinə xitam verilən “5 il”in tamam olduğu müddət, müddət axımı baxımından “5 ildən artıq” müddət hesab edilmədiyinə, müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam etdiyi halda müqaviləyə müddətin qurtarması əsası ilə xitam verilməsinə ƏMAS sistemində imkan yaranmaması baxımından prosesin sistem tərəfindən dayandırılmadığına əsaslanaraq əmək müqaviləsinə xitam verilməsinin doğru qaydada aparıldığı qənaətindəyik. Yuxarıda qeyd edilənlərdən görünür ki, insan resursları üzrə mütəxəssislər İddiaçı müddətli əmək müqaviləsinə müddətinin bitməsi əsası ilə xitam verərkən Əmək Məcəlləsinin 45- ci maddəsinin 5-ci hissəsinin tələblərini nəzərə almaqla bu Məcəllənin 73-cü maddəsinin 1-ci hissəsinin qaydalarını düzgün tətbiq etmişlər. Eyni zamanda İddiaçı müraciətlərini nəzərə alaraq, məsələyə dair rəsmi mövqe bildirilməsi xahiş edilmişdir. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin "xxxx" MMC tərəfindən İddiaçı ünvanlanmış 260 nömrəli, xx.xx.2025-ci il tarixli xx.xx.2019-cu il tarixli əmək müqaviləsinə xitam verilməsi haqqında) bildirişin surətindən görünür ki, Əmək qanunvericiliyinin tələblərinə müvafiq olaraq onunla bağlanmış xx.xx.2019-cu il tarixli Əmək müqaviləsinin müddəti xx.xx.2024-cü il tarixində başa çatacaqdır. Nəzərinə çatdırılmışdır ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 73-cü maddəsinin 1-ci hissəsinə əsasən, müddətli əmək müqaviləsinə müddəti bitdikdə xitam verilir. Müddətli əmək müqaviləsinin müddətinin bitməsinə azı bir həftə qalmış tərəflərdən heç biri digər tərəfi müddətin bitməsinə görə müqaviləyə xitam verilməsi barədə yazılı formada (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) xəbərdar etməzsə, həmin əmək müqaviləsi əmək müqaviləsində göstərilən müddətə uzadılır.Yuxarıda qeyd olunanları nəzərə alaraq, onunıa bağlanmış xx.xx.2019-cu il tarixli əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin "b" bəndinə (əmək müqaviləsinin müddətinin qurtarması) əsasən, xx.xx.2024-cü il tarixində xitam veriləcəyini diqqətinə çatdırır və ona gələcək işlərində müvəffəqiyyətlər arzu edirlər. Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən X10 ünvanlanmış 3-27/2-M-5976/1-1/2024/56/93 nömrəli, xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, Müraciətə baxılmasının nəticəsi barədə İddiaçı işdən azad olunmasına etiraz barədə Azərbaycan Respublikasının Milli Məclisinin Aparatına ünvanladığı 2024-cü il 25 noyabr tarixli müraciətinə aidiyyəti üzrə tərəflərindən baxılmışdır. Müraciəti ilə əlaqədar olaraq bildirilmişdir ki, oğlu İddiaçı ilə "Bakı Telefon Rabitəsi Məhdud Məsuliyyətli Cəmiyyətinin rəhbərliyi arasında bağlanmış müddətli əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 73-cü maddəsinin 1-ci hissəsinə uyğun olaraq 2024cü il 27 noyabr tarixində xəbərdarlıq edilməklə və həmin Məcəllənin 68-ci maddəsinin 2-ci hissəsinin "b" bəndinə (əmək müqaviləsinin müddətinin qurtarması) əsasən 2024-cü il 9 dekabr tarixində xitam verilmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 73-cü maddəsinin 1-ci hissəsinə əsasən müddətli əmək müqaviləsinə müddəti bitdikdə xitam verilir. Müddətli əmək müqaviləsinin müddətinin bitməsinə azı bir həftə qalmış tərəflərdən heç biri digər tərəfi müddətin bitməsinə görə müqaviləyə xitam verilməsi barədə yazılı formada (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) xəbərdar etməzsə, həmin ərmək müqaviləsi əmək müqaviləsində göstərilən müddətə uzadılır. Hazırda İddiaçı X8 Xidməti müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə cavabdehlər "xxxx" MMC və Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə qarşı "əmrin ləğvi, işə bərpa və əmək haqqı" tələbinə dair iddia ərizəsi məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 2.3-cü maddəsinə əsasən ailə, əmək münasibətləri, təbii ehtiyatlardan istifadə, ətraf mühitin mühafizəsi, müəlliflik hüququ və əlaqədar hüquqlar ilə bağlı münasibətlər, əgər ailə, əmək, torpaq, təbiəti mühafizə, müəlliflik və digər xüsusi qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, mülki qanunvericilik və başqa hüquqi aktlar ilə tənzimlənir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 372.2-ci maddəsinə əsasən hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. 375.1-ci maddəsinə əsasən hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 296-cı maddəsinin 2-ci hissəsinə əsasən bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. 296-cı maddəsinin 3-cü hissəsinə görə hüququnun pozulmasının aşkar edildiyi gün işçiyə müvafiq əmrin (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. 294-cü maddəsinin 5-ci hissəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinə uyğun olaraq fərdi əmək mübahisələri mediasiya vasitəsilə həll oluna bilər. Fərdi əmək mübahisələri ilə bağlı məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada X2 iştirak tələb olunur. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 35.1-ci maddəsinə görə, mediasiya prosesinin tətbiqi tərəflər arasında mübahisə üzrə qanunla nəzərdə tutulan iddia müddətinin axımının dayandırılmasına səbəb olur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə görə, iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 1-ci hissəsinin, 294 və 296-cı maddələrinin şərh edilməsinə dair” 30 iyul 2021-ci il il tarixli qərarında qeyd olunmuşdur ki, “Eyni zamanda Əmək Məcəlləsinin 296-cı maddəsində əmək mübahisələrinin həm məhkəməyə qədər, həm də məhkəmə qaydasında həlli zamanı tətbiq olunan iddia müddətləri nəzərdə tutulmuşdur. Göstərilənlərə əsaslanaraq Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, qanunverici Əmək Məcəlləsinin 296-cı maddəsinin 6-cı hissəsində “fərdi əmək mübahisəsinə baxan orqan” dedikdə, əmək mübahisələrinə həm məhkəməyə qədər baxan orqanı, həm də məhkəmələri nəzərdə tutmuşdur. Konstitusiya Məhkəməsinin Plenumu fərdi əmək mübahisələrinin həlli zamanı tətbiq olunan iddia müddəti ilə əlaqədar müraciətdə qaldırılan məsələlərə aydınlıq gətirilməsi məqsədilə aşağıdakıların qeyd olunmasını zəruri hesab edir. Mülki Məcəllənin 375-ci maddəsinə əsasən, hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 2013-cü il 3 iyun tarixli Qərarında qeyd etmişdir ki, işin məhkəmə baxışına hazırlığı zamanı hakimin tərəflərdən hər hansı birindən iddia müddətinin keçməsi ilə bağlı sübutları təqdim etməyi və ya izahat verməyi tələb etməsi yolverilməzdir. Əgər maraqlı tərəf, yəni cavabdeh iddia ərizəsinə qarşı verdiyi etirazda iddia müddətinin keçməsinə istinad edərsə, hakim işin məhkəmə baxışına hazırlığı qaydasında işin düzgün və vaxtında həllini təmin etmək üçün tərəflərin hər birinə iddia müddəti ilə bağlı müvafiq sübutların təqdim olunmasını təklif edə bilər. Beləliklə, məhkəmənin öz təşəbbüsü ilə iddia müddətini tətbiq etmək səlahiyyəti olmadığından, iddiaçıdan ötürülmüş müddətin bərpasına dair ərizə verməsini tələb etmək səlahiyyəti də yoxdur. Bu cür ərizənin verilməsi yalnız iddiaçının şəxsi təşəbbüsü ola bilər və bu zaman məhkəmə iddiaçı tərəfindən iddia ərizəsi ilə birlikdə iddia müddətinin üzrlü səbəbdən ötürülməsinə dair təqdim edilmiş sübutları araşdırıb qiymətləndirməlidir.” Məhkəmə araşdırılması zamanı müəyyən edildi ki, "xxxx" MMC ilə işçi İddiaçı arasında bağlanmış xx.xx.2019-cu il tarixli müddətli (1 il) əmək müqaviləsi bağlanmış və hər il bu müddət daha 1 il uzadılmışdır. İddiaçı iddia ilə məhkəməyə müraciət edərək, əmrin ləğvi, işə bərpa, işsiz qaldığı dövr üçün əməkhaqqı və sosial ödənişlərin ödənilməsini tələb etmişdir. Cavabdeh "xxxx" MMC məhkəməyə iddia tələbinin tətbiq edilməsi barədə ərizə verərək, iddia müddətinin keçməsi ilə əlaqədar iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarından bəlli olmuşdur ki, işçiyə işəgötürən tərəfindən xx.xx.2024-cü il tarixində əmək müqaviləsinə xitam veriləcəyi barədə rəsmi bildirişlə xəbərdarlıq edilmişdir. Tərəflər arasındakı əmək münasibətlərinə işəgötürənin xx.xx.2024-cü il tarixli əmri ilə xitam verilmişdir və işçinin hüquqlarının pozulduğunu iddia etdiyi gün də həmin tarixdən hesablanmalıdır. xx.xx.2024-cü ildə iddiaçı əmək kitabçasını imza ilə təhvil almışdır. Beləliklə qanunvericiliklə nəzərdə tutulmuş bir aylıq iddia müddəti xx.xx.2025-ci il tarixdə başa çatmışdır. İddiaçı isə xx.xx.2025-ci ildə (təxminən 8 ay gecikmə ilə) iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı, hazırki mübahisənin həlli ilə bağlı mediasiya təşkilatına xx.xx.2025-ci il tarixində müraciət etmiş və xx.xx.2025-ci il tarixində “X2 iştirak edilməməsi barədə” arayış verilmişdir. Lakin iddiaçı mediasiyaya müraciət etdikdə 1 aylıq prosessual müddəti artıq ötürülmüşdü. İddiaçı atasının əlilliyi və ona qulluq etməsini üzrlü səbəb kimi göstərsə də, məhkəmə qeyd edir ki, iddiaçının atasının İİİ qrup əlil olması (2021-ci ildən) iddiaçının məhkəməyə müraciət etmək kimi prosessual hüququnu həyata keçirməsinə mane olan "qarşısıalınmaz qüvvə" hesab edilmir. İş materiallarından görünür ki, iddiaçı və ya onun ailə üzvləri həmin dövr ərzində müxtəlif dövlət qurumlarına (Milli Məclisin aparatı, Əmək Müfəttişliyi və s.) müraciətlər ünvanlamışlar. Bu, iddiaçının hüquqi müstəvidə hərəkət etmək imkanının olduğunu, lakin məhkəməyə müraciət üçün müəyyən edilmiş müddəti ötürdüyünü göstərir. Bundan başqa, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, həmin dövr ərzində iddiaçının qardaşı və hazırki mülki iş üzrə nümayəndəsi Nümayəndə2 digər bir məhkəmə instansiyasında (Bakı Apellyasiya Məhkəməsində) atalarının hüquqlarını müdafiə edərək nümayəndə qismində çıxış etmişdir. Bu fakt onu göstərir ki, ailədə xəstə valideynə qulluq məsələsi iddiaçının öz hüquqlarını məhkəmə qaydasında qorumasına mane olan fövqəladə və qarşısıalınmaz bir hal yaratmamışdır. iddiaçının qardaşı digər bir məhkəmə işində nümayəndə qismində iştirak edə bildiyi halda, iddiaçının öz hüquqlarını qorumaq üçün eyni vaxtda və ya qısa müddət ərzində (1 ay daxilində) məhkəməyə müraciət etməməsi ağlabatan deyil və məhkəmə hesab edir ki, qeyd edilən hallar üzrlü səbəb hesab edilə bilməz. Mülki qanunvericiliyin tələblərinə görə məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Beləliklə, məhkəmə hesab edir ki, hazırkı iş üzrə iddia müddəti keçdiyindən və iddia müddətinin tətbiq edilməsi barədə məhkəməyə yazılı müraciət təqdim edildiyindən, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı X8 Xidməti müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə cavabdehlər "xxxx" MMC və Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə qarşı "əmrin ləğvi, işə bərpa və əmək haqqı" tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Ayşən Sultanova-Məmmədova
Məhkəmə qərarları › İş №e-2(004)-5556/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-5556/2025
29.12.2025 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver