Məhkəmə qərarları › İş №e-2(004)-5567/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №e-2(004)-5567/2023

28.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-5567/2023 28.12.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi, Hacıyev Ceyhun Kamal oğlunun katibliyi ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı "borc" tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında qiyabi icraat qaydasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı ASC Cavabdeh qarşı «borc» tələbinə dair sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət edərək, Cavabdeh 749,67 manat borc və ödənilmiş 30 manat dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-5567/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadına əsasən İddiaçı ASC-nin Cavabdeh qarşı «borc» tələbinə dair 2(004)- 5567/2023 saylı mülki iş üzrə iddia icraatına keçirilmişdir. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-5567/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadına əsasən İddiaçı ASC-nin Cavabdeh qarşı "pul" tələbinə dair mülki işə qiyabi icraat qaydasında baxılması qərara alınmışdır. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ”Azərsu” ASC tərəfindən Cavabdeh (abonent kodu **********006) su təchizatı sistemindən su buraxılması və tullantı sularının axıdılması xidmətləri göstərilir. Cavabdeh əhali qrupu abonentinə aid olmaqla ötən dövr ərzində istifadə etdiyi xidmətlərin dəyərini tam ödəməmiş, nəticədə xx.xx.2023-cü il tarixə 749,67 (yeddi yüz qırx doqquz manat 67 qəpik) manat borcu yaranmışdır. İstehlakçının istifadə etdiyi su təchizatı və kanalizasiya xidmətlərinin dəyəri ünvan 1 ünvanında, ona məxsus evdə müvafiq olaraq normativ qaydada hesablama yolu ilə müəyyən edilmişdir. İddiaçı ASC tərəfindən borcun ödənilməsi tələbi ilə cavabdehin ünvanına hər ay bildiriş, sonuncu dəfə isə xx.xx.2023-cü il tarixdə xəbərdarlıq məktubu göndərilmiş, lakin cavabdeh borcun ödənilməsinı təmin etməmişdir. Məhkəmənin hazırlıq iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə1 bildirmişdir ki, cavabdehin ünvanına sayğac quraşdırılmamış, borc məbləği nəfər sayına uyğun hesablanmışdır. Abonent kodu açıldıqda istehlakçı tərəfindən neçə nəfərin yaşaması barədə arayış təqdim edilmirsə, avtomatik olaraq abonent bazasında 4 nəfər hesabı ilə açılır. Bu “X1” nəzərdə tutulmuşdur. Adambaşına isə 5 kub su hesablanır. Abonent kartında göstərilən xx.xx.2019-cu il tarixli cərimə məbləği ilə bağlı bildirir ki, abonent kodu açılanda əgər istehlakçı tərəfindən texniki şərt təqdim edilirsə, yəni eskiz plan, qoşulma haqqında akt, o zaman abonentə pulsuz abonent kodu açılır. Əgər abonent özbaşına qoşulursa və yaxud tələb olunun şərtlərdən kənara çıxırsa, məsələn birləşməyə qədər olan məsafə magistral xəttən 30 metr təşkil etməlidir. Əgər 30 metrdən kənara çıxırsa, o zaman dəymiş ziyan ilə açılır. Bu “X1” nəzərdə tutulmuşdur. Abonent kodu açılan zaman istehlakçının özünün iştirakı olur. Yəni ərizə, şəxsiyyət vəsiqəsi və evin sənədləri ilə yaxınlaşır. 99 faiz hallarda onu əvvəlcədən ödəyirlər. Əvvəllər abonentin bazasına yerləşdirilir və hissəvi ödənilirdi. İndi isə əvvəl pulun ödənilməsini tələb edir, sonra kodu açırlar. Borc məbləğinin hansı məbləğdə olması nəzarətçinin ünvan üzrə gedərək, borc məbləğini hesablaması günündən asılıdır. İddiaçı 2021-2023-cü illər üzrə borc məbləğini istəyir. Məhkəmə iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - xx.xx.2023-cü il tarixli **********006 saylı abonent kartına əsasən müəyyən edilir ki, Cavabdeh ilə (abonent kodu **********006) İddiaçı ASC arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 43917770 nömrəli müqavilə əsasında ünvan 1 su təchizatı və çirkab sularının axıdılması xidmətləri ilə təmin edilmişdir. Cavabdehin əhali qrupu abonentinə aid olmaqla ötən dövr ərzində istifadə etdiyi xidmətlərə görə 2021-ci ildən başlayaraq 2023-cü ilin oktyabr ayına 749,67 manat borcu yaranmışdır. İşin məhkəmə tərəfindən müəyyən edilmiş halları odur ki, iddiaçı ilə cavabdeh arasında su təchizatı və tullantı sularının axıdılması barədə müqavilə bağlanmış, müqavilənin şərtlərinə uyğun olaraq iddiaçı cavabdehi su ilə təmin etsə də, cavabdeh öhdəliyini pozaraq bunun əvəzində yaranmış borcu ödəməmişdir. Hazırda iddiaçı cavabdehin yaranmış 749,67 manat borcu və ödənilmiş dövlət rüsumunun əvəzi olan 30 manat məbləğində pulun cavabdehdən onun xeyrinə tutulmasını xahiş edir. Cavabdeh isə məhkəmə iclaslarında iştirak etməmiş, iddia ərizəsinə etiraz və ya işin halları ilə bağlı hər hansı sübut verməmişdir. Məhkəmə iş materiallarını və qanunvericiliyin tələblərini nəzərə alaraq qeyd edir ki, iddia əsaslıdır. Belə ki, abonent kartından müəyyən olunur ki, qeyd olunan ünvanda sayğac quraşdırılmamış suyun sərfiyyatı və tullantı sularının axıdılması həmin ünvan üzrə 4 nəfər olmaqla adambaşına hesablanmışdır. Cavabdeh isə həmin ünvanda qeydiyyatda olan şəxslərin siyahısı barədə nə iddiaçıya, nə də hazırkı iş üzrə məhkəməyə məlumat və bu məlumatı təsdiq edən sübut təqdim etməmişdir. Belə olan halda iddiaçı 2021-ci ildən 2023-cü ilin oktyabr ayına qədər yaranmış 749,67 manat məbləğində borcun tutulmasını tələb etdiyindən və iş materiallarına əlavə edilmiş abonent kartına əsasən cavabdehin həmin məbləğdə borcunun olması müəyyən edildiyindən cavabdehdən 749,67 manat borc iddiaçının xeyrinə tutulmalıdır. Qeyd olunur ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. «Su təchizatı və tullantı suları haqqında» Azərbaycan Respublikası Qanununun 30cu maddəsinin 1-ci hissəsinə əsasən su təchizatı müəssisəsi istehlakçıya verilən suyun həcmini suölçən cihazlar vasitəsi ilə və ya müvafiq normativ hüquqi aktlarla nəzərdə tutulmuş qaydada hesablama yolu ilə müəyyənləşdirir. Su təchizatı müəssisəsi istehlakçıya verdiyi suyun dəyərini tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən suyun hesabı tam ödənildikdən sonra, su təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış suyun dəyərini su təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Həmin Qanunun 61-ci maddəsinin 1-ci bəndinə əsasən su təchizatı və kanalizasiya müəssisəsi ilə fərdi istehlakçı arasında müqavilənin olub-olmamasından asılı olmayaraq, xidmətlərin haqqının ödənilməsi üzrə istehlakçıların vəzifələri onların obyektdə yaşaması, obyektin icarəçisi olması və ya onlar tərəfindən su təchizatı obyektlərindən hər hansı digər məqsədlər üçün istifadə faktına əsaslanır. “Su təchizatı və tullantı suları haqqında” Qanunun 62-ci maddəsinə əsasən qanunvericiliklə başqa hallar nəzərdə tutulmadıqda istehlakçı su təchizatı və kanalizasiya müəssisələrinə, onların göstərdikləri xidmətlərə görə borcu, hesabın ödənilməsinə təqdim olunduğu gündən bir ay müddətində ödəmədikdə, su təchizatı və kanalizasiya müəssisəsi qanunvericilikdə nəzərdə tutulmuş müvafiq tədbirləri görməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə həmçinin qeyd edir ki, iddia borcun tutulması hissədə təmin edildiyindən, ödənilmiş dövlət rüsmunun əvəzi olan 30 manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə qeyd edir ki, iddia təmin edilməli, Cavabdeh su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadəyə görə yaranmış 749,67 (yeddi yüz qırx doqquz manat altmış yeddi qəpik) manat borc və ödənilmiş dövlət rüsumunun əvəzi olan 30 (otuz) manat məbləğində pul İddiaçı ASC-nin xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77, 119, 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadəyə görə yaranmış 749,67 (yeddi yüz qırx doqquz manat altmış yeddi qəpik) manat borc və ödənilmiş dövlət rüsumunun əvəzi olan 30 (otuz) manat məbləğində pul İddiaçı ASC-nin xeyrinə tutulsun. Qiyabi qətnamənin rəsmi qaydada verilməsindən sonra on gün müddətində cavabdeh “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həmin qətnamənin ləğvi üçün Yasamal Rayon Məhkəməsinə ərizə verə bilər. Qiyabi qətnamədən tərəflər, bu qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra şikayət verə bilərlər. Hakim: Günel Əkbərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar