Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-5598/2025 13.11.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, Əliyeva Afaq Əkbər qızının katibliyi, İddiaçı nümayəndəsi və eyni zamanda vəkili Nümayəndə1, Cavabdehin nümayəndələri Nümayəndə2 və Nümayəndə3 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı “əmrin ləğv edilməsi, işə bərpa edilməsi, onunla müddətsiz əmək müqaviləsinin bağlanması və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı “əmrin ləğv edilməsi, işə bərpa edilməsi, onunla müddətsiz əmək müqaviləsinin bağlanması və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun iddiaçı Şerbetçi (Xəlilova) Aygün Əli qızı ilə bağladığı əmək müqaviləsinin ləğv edilməsinə dair xx.xx.2025-ci il tarixdə isə 3-17-1/3-4-1605 nömrəli əmrinin ləğv edilməsi, iddiaçının əvvəlki vəzifəsinə bərpa edilməsi, onunla müddətsiz əmək müqaviləsinin bağlanması və məcburi işburaxma müddəti üçün ona əmək haqqının ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, xx.xx.2020-ci il tarixdə **********0 nömrəli əmrlə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X1 resurslarının idarə edilməsi departamentinin müdir müavini vəzifəsinə işə qəbul edilmişdir. İddiaçı işlədiyi müddətdə daim öz əmək funksiyalarını vicdanla yerinə yetirmiş, kollektivdə nümunəvi işçi kimi fərqlənmiş və müsbət xarakterizə edilmişdir. Belə olmasa idi zatən bu beş il müddətində hər dəfə olsun əmək müqaviləsinin müddəti uzadılmaz idi. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 27 avqust 2025ci il tarixli, **********3506 sənəd nömrəli bildiriş əsasında Şərbətçi (Xəlilova) Aygün Əli qızına xəbərdarlıq göndərilərək AR Əmək Məcəlləsinin 73-cü maddəsinin 1-ci hissəsinə əsasən bağlanılmış əmək müqaviləsinə xx.xx.2025-ci il tarixdə xitam ediləcəyi bildirilmişdir. xx.xx.2025-ci il tarixdə isə 3-17-1/3-4-1605 nömrəli əmrlə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 73-cü maddəsinin 1-ci hissəsi nəzərə alınaraq əmək müqaviləsinin müddətinin qurtarması ilə əlaqədar olaraq bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Hesab edir ki, iddiaçı Aygün Şərbətçi ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsinə dair cavabdeh müəssisənin xx.xx.2025-ci il tarixdə isə 3-17-1/3-4-1605 nömrəli əmri aşağıda qeyd edilənlər baxımından tamamilə əsassızdır və ləğv edilməlidir.
1. Xəbərdarlıq müddətinin pozulması AR Əmək Məcəlləsinin 73.1-ci maddəsinə əsasən, müddətli əmək müqaviləsinə müddəti bitdikdə xitam verilir. Müddətli əmək müqaviləsinin müddətinin bitməsinə azı bir həftə qalmış tərəflərdən heç biri digər tərəfi müddətin bitməsinə görə müqaviləyə xitam verilməsi barədə yazılı formada (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) xəbərdar etməzsə, həmin əmək müqaviləsi əmək müqaviləsində göstərilən müddətə uzadılır və ya bu Məcəllənin 45-ci maddəsinin 5-ci hissəsi ilə müəyyən edilmiş hallarda müddətsiz hesab olunur. Lakin cavabdeh təşkilatın 27 avqust 2025-ci il tarixli, **********3506 sənəd nömrəli bildiriş iddiaçıya əmək müqaviləsinə xitam verilən tarixdən – yəni xx.xx.2025-ci il tarixindən 6 gün əvvəl verilmişdir. Lakin, cavabdeh qanunsuz olaraq əmək müqaviləsinə xitam verilməsinə dair qərar çıxarmışdır. İşçinin əmək qanunvericiliyi ilə nəzərdə tutulmuş hüquqlarının təmin edilməsi və qanuni mənafelərinin qorunması məqsədilə Konstitusiya Məhkəməsinin Plenumu məhkəmələrin diqqətini ona cəlb etməyi vacib hesab edir ki, müddətli əmək müqaviləsi iləbağlı işlərə baxılarkən məhkəmələr tərəflərin münasibətlərinin həqiqi xarakterini müəyyən etməli, digər işçilərlə oxşar müqavilələrin bağlanıb-bağlanmamasına, müddətsiz əmək müqaviləsi ilə işləyən işçilər üçün nəzərdə tutulmuş təminatların təmin edilməsindən yayınmaq məqsədinin olub-olmamasına diqqət yetirməli, tərəflərin əsl niyyətinin və iradələrinin aşkar edilməsi üçün işin faktiki hallarını və tərəflərin dəlillərini hərtərəfli araşdırmalıdırlar. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Cavabdeh 09 oktyabr 2025-ci il tarixdə iddia tələbinə etiraz təqdim edərək bildirmişdir ki, iddia əsassızdır, təmin edilməməlidir. Belə ki, iddiaçı iddia tələbinin əsaslarından biri kimi xəbərdarlıq müddətinin pozulması və Əmək Məcəlləsinin 47-ci maddəsinə istinad etmiş, iddiasına sayca 12-ci olan xx.xx.2025-ci il tarixdə qüvvəyə minmiş əmək müqaviləsini əlavə etmişdir. Halbuki tərəflərin qarşılıqlı razılığına əsasən xx.xx.2025-ci ildə qüvvəyə minmiş sayca 13-cü olan əmək müqaviləsi mövcud olmuşdur (etiraza əlavə edilir). Xəbərdarlıq müddətinin pozulması barədə iddia da əsassız hesab edilməlidir. Belə ki, iddiaçı onunla bağlanmış əmək müqaviləsinə xitam veriləcəyi ilə bağlı dəvət edilmiş, onunla bu barədə dəfələrlə müzakirələr aparılmışdır. İddiaçı xarici vətəndaşla ailə qurduğunu, daimi yaşamaq üçün xarici ölkəyə köçüb gedəcəyini, (bu əsasla əmək və ödənişsiz məzuniyyət olmaqla il ərzində təqribən 157 gün də işdə olmamışdır), işdən çıxacağı ilə bağlı fikirini bildirmişdir. İş üzrə icraat materiallarına əlavə edilmiş xxxxxxx0004000 nömrəli əmək müqaviləsinə əsasən İddiaçı ilə Fond arasında Azərbaycan Respublikası Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinə əsasən xx.xx.2020-ci il tarixdən 3 (üç) ay müddətinə müddətli əmək müqaviləsi bağlanmışdır. Həmçinin, həmin müqavilədə işçininin xx.xx.2020-ci il tarixdən işə başlamalı olduğu, əməkhaqqının məbləği, qəbul edildiyi vəzifənin adı qeyd olunmuşdur. İstinad olunan müqavilə həm işçi, həm də işəgötürən tərəfindən imzalanmışdır. Bundan sonra işəgötürən tərəfindən iddiaçının müvafiq vəzifəyə təyin olunması ilə bağlı xx.xx.2020-ci il tarixli **********0 nömrəli əmr verilmişdir. Nəzərinizə çatdırmaq istərdik ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 2-ci maddəsində həmin məcəllənin vəzifələri və prinsipləri göstərilmişdir. Qeyd edilən prinsip və vəzifələr müvafiq qanunvericiliyin tətbiq dairəsi, onun mövcud və ya gələcəkdə yarana biləcək əmək mübahisələrinə tətbiqinin əsaslarını müəyyənləşdirir. İstinad olunan Məcəllənin 7-ci maddəsinə əsasən, əmək münasibətləri yazılı formada əmək müqaviləsi bağlandıqda yaranır. Həmin Məcəllənin 11ci maddəsində işəgötürənin əsas hüquqlarının sırasında Əmək Məcəlləsi ilə müəyyən edilmiş qaydada işçilərlə əmək müqavilələri bağlamaq, onların şərtlərini dəyişdirmək və Əmək Məcəlləsi ilə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək hüququ təsbit olunmuşdur. İstinad olunan Məcəllənin 42.1-ci maddəsinə əsasən, əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Həmin Məcəllənin 45-ci maddəsinə əsasən, əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır. Sözügedən Məcəllənin 45.4-cü maddəsinə əsasən, əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır. Həmin Məcəllənin 47-ci maddəsinin “f” bəndinə əsasən, tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə əmək müqaviləsi müəyyən müddətə bağlanıla bilər. İstinad olunan müvafiq normaların qarşılıqlı təhlilindən göründüyü kimi əmək müqaviləsi işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olsa belə, 47-ci maddədə göstərilən hallarda müddət müəyyən edilməklə bağlana bilər. Qeyd etməyi zəruri hesab edirik ki, hazırki iş üzrə iddiaçının işin və ya göstərilən xidmətin daimi xarakterə malik olması əsası ilə müqavilənin müddətli bağlana bilməsinin qanunsuzluğu ilə bağlı əsaslandırması qanunvericiliyin tələblərinə tamamilə ziddir. Nəzərə alınmalıdır ki, qanunvericilik tərəfindən birbaşa olaraq işin daimi xarakterə malik olduğu hallarda belə əmək müqaviləsinin müddətli bağlanılmasının mümkünlüyü təsbit olunmuş, işəgötürənə əmək müqaviləsi bağlamaq, şərtlərini dəyişdirmək və ləğv etmək hüquqları verilmişdir. Həmçinin, zəruri şərt kimi həmin hüquqların Əmək Məcəlləsi ilə müəyyən edilmiş qaydada və əsaslarla həyata keçirilməsi göstərilmişdir. Əlavə olaraq bildiririk ki, iddiaçı ilə həmin əmək müqaviləsi xx.xx.2020-ci il tarixdə bağlanmışdır. İddiaçı sözügedən əmək müqaviləsini imzalamaqla müqavilədə qeyd olunmuş əmək münasibətlərinin əsas şərtlərini qəbul etmiş, tərəflərin hüquq və vəzifələri barədə məlumatlı olmuşdur. Müqavilə bağlandığı zaman iddiaçı müqavilənin müddətli olduğunu bilmiş, lakin müqavilənin müddətli olması ilə bağlı halı indi mübahisələndirmək qərarına gəlmişdir. Həmçinin, yuxarıda istinad olunan Məcəllənin 68-ci maddəsinin 2-ci bəndinin “b” yarımbəndinə əsasən, əmək müqaviləsinin müddətinin qurtarması əmək müqaviləsinə xitam verilməsinin əsaslarındandır. Qeyd edilən Məcəllənin 73-cü maddəsinin 1-ci bəndində vurğulanır ki, müddətli əmək müqaviləsinin müddəti qurtardıqda ona xitam verilir. Müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilirsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur. İstinad olunan maddənin təhlilindən göründüyü kimi, müddətli əmək müqaviləsinə həmin müqavilədə nəzərdə tutulmuş müddət qurtardıqda xitam verilir. Müddət qurtardıqdan sonra müqavilə 2 şərt mövcud olduqda uzadılmış hesab olunur: 1. Müddət qurtardıqdan sonra işçi və işəgötürən arasında əmək münasibətləri davam etdirilməli; Maddənin təhlilindən məlum olur ki, bu şərt eyni vaxtda mövcud olmalıdır. Həmin maddəyə əsasən müddət bitdikdə tərəflərdən hər hansı biri müqaviləyə xitam verilməsini tələb etməlidir. Hazırki iş üzrə xəbərdarlıq bildirişindən və xx.xx.2025-ci il tarixli 3-17-1/3-4-1605/2025 nömrəli əmrdən göründüyü kimi işəgötürən işçi ilə əmək münasibətlərini davam etdirmək istəməmiş, əmək müqaviləsində göstərilən müdddətin bitməsinə görə iddiaçının tutduğu vəzifədən azad edilməsinə dair əmr vermişdir. Göründüyü kimi iddaçının əmək müqaviləsinə xitam verilməsinin səbəbi müddətli əmək müqaviləsinin müddətinin qurtarması olmuşdur. Bütün bu qeyd edilənlərdən əlavə olaraq məhkəmənin diqqətinə onu da çatdırmaq istəyirdik ki, iddiaçı işlədiyi dövrdə öz işə götürəni tərəfindən müsbət xarakterizə edilməmişdir. Belə ki, o, əmək fəaliyyəti dövründə xarici vətəndaşla ailə qurduğunu, daimi yaşamaq üçün xarici ölkəyə köçüb gedəcəyini bildirmiş, buna görə əmək və ödənişsiz məzuniyyət olmaqla il ərzində təqribən 157 gün işdə olmamışdır. İddiaçı bugündəki yol verdiyi nöqsanlarla əlaqədar olaraq ümumilikdə dəfələrlə şifahi, 3 dəfə isə yazılı xəbərdarlıq edilmişdir. Yuxarıda qeyd edilmiş qanununun normalarından və işin faktiki hallarından da göründüyü kimi iddiaçı ilə bağlanmış əmək müqaviləsinə qanunvericiliyin tələblərinə riayət edilməklə tərəflərin əvvəlcədən razılaşdırdıqları müddətinin bitməsi əsası ilə xitam verilmişdir. Şərh olunanları nəzərə alaraq, məhkəmə qeyd olunanları nəzərə alaraq, İddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və eyni zamanda vəkili Nümayəndə1 iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş etdi. Əlavə olaraq izahatında bildirdi ki, elektron sistemə sənədlər əlavə etmişlər, hansı ki Nümayəndə3 əmək məzuniyyətində olduğu dövr ərzində işəgötürənin icazəsi olmadan heç bir əmri, müqaviləni və digər zərurui sənədləri imzalaya bilməz. İddiaçının ödənişli məzuniyyət hüququndan istifadə edərək, ölkə sərhədlərindən kənara çıxmasının bugünki mübahisə ilə əlaqəsi yoxdur. Ona verilən suallara cavab olaraq bildirdi ki, 27 avqust tarixində bildiriş ƏMAS-a yerləşdirilib. 02 sentyabr 2025-ci il tarixində əmr verilib. Müddətli müqavilədir. İddianın əsası həmin müqavilənin müddətsiz olması deyil, ƏM-də göstərilmiş xəbərdarlıq müddətinin pozulmasıdır. İddiaçı müqavilə müddətinin bitməsi ilə əlaqədar işdən azad edilib. İddiaçının dediyinə görə ona bildirilib ki, texniki yanlışlıqla əmrin uzadılma tarixi 2026-cı il kimi qeyd edilib. İddiaçının ailə həyatı qurmasının hazırki iddia ilə heç bir əlaqəsi yoxdur. İddiaçının xaricdə yaşamaq istəyi olmayıb. İddiaçının özünə məxsus evi, maşını var. Övladı Azərbaycanda təhsil alır. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə2 iddia tələbini qəbul etməyərək, etiraz ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbi əsassız olduğundan məhkəmədən iddia tələbinin rədd edilməsini xahiş etdi. Əlavə olaraq izahatında bildirdi ki, iddiaçı ilə aralarında razılıq əldə olunmuş, öz razılığı ilə ərizə yazmış və nəticədə əmək müqaviləsinin tarixi dəyişmişdir. İddiaçının rəis müavini olmağı, uşaq böyüdən ana olmağı nəzərə alınaraq heç vaxt ona qarşı töhmət, şiddətli töhmət verilməyib. İddiaçı 15 iyul tarixindən ölkə sərhədlərindən kənarda olub. 02 sentyabr tarixindən əmək müqaviləsinə xitam verilib, 14 sentyabr tarixindən isə ölkə sərhədlərindən kənara çıxaraq, bugünə kimi qayıtmayıb, yəni onun məqsədinin xaricdə yaşamaq olduğu bir daha sübuta yetirilir. İddiaçı rəhbər vəzifədə çalıb, nizam-intizam qaydalarına düzgün riayət etmədiyi halda, öz tabeliyində olan işçilərdən hər hansı nizam-intizam gözləməsi absurddur. İddiaçıya vaxtında bildiriş göndərilib, o da bunu təsdiq edib və daha sonra ölkə sərhədlərindən kənara çıxıb. Ona verilən suallara cavab olaraq bildirdi ki, xx.xx.2025-ci il tarixinə kimi əmr uzadılıb. İddiaçı xx.xx.2020-ci il tarixindən işləyib. Mövsümi və daimi xarakterlərlə bağlı onu deyə bilər ki, daimi xarakterdə müddətli əmək müqaviləsi olmur, şəxs bir növ dövlət qulluqçusu kimi nəzərə alınır. Əgər müddətli müqavilə işəgötürənin hüquqlarını qorumursa müddətli müqavilə ləğv edilməlidir ki, bu da mümkün deyil. İddiaçının xx.xx.2025-ci il tarixində son iş günü olub. 22 gün əvvəldən, yəni 11 avqustdan iddiaçının öz razılığı ilə əmək müqaviləsinin müddəti dəyişib, əgər hər hansı narazılığı olsaydı işəgötürən orqana bildirə bilərdi və beləliklə müqavilə qanuni qüvvəyə minməzdi. Araşdırmaları nəticəsində məluç olur ki, iddiaçı 1 il ərzində, yəni 365 günün 137 gününü işdə belə olmayıb, belə olan halda heç bir işəgötürən işçisi ilə əmək müqaviləsinin vaxtını uzatmaq istəməz. Əmək müqaviləsinə dəyişiklik edilməsi barədə 11 avqust tarixində elekron sistemə yerləşdirilib. İddiaçı əksər hallarda xaricdə olub, orada yaşamaq məqsədi olub. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə3 iddia tələbini qəbul etməyərək, etiraz ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbi əsassız olduğundan məhkəmədən iddia tələbinin rədd edilməsini xahiş etdi. Ona verilən suallara cavab olaraq bildirdi ki, heç bir şəxsin müavilə müddəti bitməmiş müqavilənin müddəti uzadıla bilməz. Çalışan bütün şəxslərlə 1 illik müddətində müqavilə bağlanılır. Onlar müqaviləni iddiaçıya göndərəndə iddiaçı işdə olub. Əmək müqaviləsinin 2026-cı ilə kimi uzadılması ilə bağlı iddiaçı onlara viza alması ilə bağlı müraciət edib və onların razılığı ilə uzadılıb. Məzuniyyətdən qayıtdıqdan sonra isə öz razılığı ilə yenidən müqavilə müddəti 2025-ci il tarixinə dəyişdirilib. Bildirişi elektron qaydada o imzalamışdır. Şöbə müdürü vəzifəsində çalışmışdır. Həmin vaxt məzuniyyətdə olsa da, bildirişi elektron qayda da imzalamağı və tərəfə göndərməyinin heç bir hüquqi pozuntusu ola bilməz. İddiaçı onlara müraciət edərək, viza alması üçün müqaviləsinin müddəti uzadılmasını, daha sonra xaricə köçərək, işdən çıxacağını bildirmişdir. Onlara dediyinə görə həyat yoldaşı xaricdə yaşadığına görə Avropa ölkəsinə köçmək istəyirdi. Məhkəmə iş üzrə tərəflərin izahatlarını dinləyib, təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarında olan: - İddiaçı ilə Dayanıqlı və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu arasında 02 sentyabr 2020ci il tarixdə əmək müqaviləsi bağlanmışdır. Əmək müqaviləsinin bitmə tarixi 02 sentyabr 2026-cı il tarix göstərilmişdir. - Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun İddiaçı ödənişsiz məzuniyyətin verilməsi haqqında 26 fevral 2025-ci il tarixli əmrinə əsasən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 129-cu maddəsinin 2-ci hissəsinə uyğun olaraq Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X1 resurslarının idarə edilməsi departamentinin müdir müavini İddiaçı 2025-ci ilin 3 mart tarixindən 3 (üç) təqvim günü müddətinə ödənişsiz məzuniyyət verilmişdir. - Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun İddiaçı ödənişsiz məzuniyyətin verilməsi haqqında 07 iyul 2025-ci il tarixli əmrinə əsasən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 114-cü maddəsinin 3-cü hissəsinə və 116-cı maddəsinin 1-ci hissəsinə və 137-ci maddəsinin 1-ci hissəsinə uyğun olaraq Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X1 resurslarının idarə edilməsi departamentinin müdir müavini İddiaçı xx.xx.2024-xx.xx.2025-ci iş ili üçün nəzərdə tutulmuş 36 təqvim günündən 24 təqvim günü müddətinə əmək məzuniyyəti verilmişdir. - Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun “əmək müqaviləsinə dəyişiklik edilməsi barədə” bildirişdən görünür ki, 11 avqust 2025-ci il tarixdə İddiaçı müqavilə müddətinin 02 sentyabr 2025-ci il tarixdə bitməsinə dair qeyd aparılmışdır. - Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun İddiaçı ünvanlanmış 27 avqust 2025-ci il tarixli bildirişdən görünür ki, Dövlət Sosial Müdafiə X1 resurslarının idarə edilməsi departamentinin müdir müavini İddiaçı müddətli əmək müqaviləsində göstərilən müddətin bitməsinə görə onunla bağlanmış 2020-ci il 2 sentyabr tarixli əmək müqaviləsinə 2025-ci ilin 2 sentyabr tarixindən xitam veriləcəyi barədə xəbərdar edilmişdir. - Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun İddiaçı tutduğu vəzifədən azad edilməsi haqqında 02 sentyabr 2025-ci il tarixli əmrinə əsasən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə uyğun olaraq Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X1 resurslarının idarə edilməsi departamentinin müdir müavini İddiaçı 2025-ci ilin 2 sentyabr tarixindən müddətli əmək müqaviləsində göstərilən müddətin bitməsinə görə tutduğu vəzifədən azad edilmiş və onunla bağlanmış 2020-ci il 2 sentyabr tarixli əmək müqaviləsinə xitam verilmişdir. - xx.xx.2025-ci il tarixli, MŞB/18/2025-00690 saylı “ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” arayışdan görünür ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 29.2-ci maddəsinə uyğun olaraq, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunda əmrin ləğvi, işə bərpa, məcburi iş buraxma günlərinə görə əmək haqqı tələbi üzrə xx.xx.2025-ci il tarixində, 15:00 saatlarında keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında iştirak etmədiyini təsdiq etmək üçün arayış verilmişdir. - Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarətinin məhkəməyə ünvanladığı 07 noyabr 2025-ci il tarixli sorğuya cavabına əsasən xx.xx.1982-ci il təvəllüdlü İddiaçı xx.xx.2025-ci il tarixdə ölkədən çıxması barədə məlumat qeydə alınmışdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 45.1-ci maddəsinə əsasən əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır. Həmin Məcəllənin 45.4-cü maddəsinə əsasən əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır. Həmin Məcəllənin 47-ci maddəsinə əsasən a) işçinin əmək qabiliyyətini müvəqqəti itirməsi, ezamiyyətdə, məzuniyyətdə olması, habelə iş yeri və vəzifəsi saxlanılmaqla qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda müəyyən səbəbdən müvəqqəti olaraq işə çıxmaması ilə əlaqədar onun əmək funksiyasının başqa işçi tərəfindən icrasının zəruriyyəti olduqda; b) təbii və iqlim şəraitinə və ya işin xüsusiyyətinə görə il boyu görülə bilməyən mövsümü işlərin yerinə yetirilməsi zamanı; c) işin həcminin və davamiyyətinin qısamüddətli olduğu təmir-tikinti, quraşdırma, yeni texnologiyanın tətbiqi və mənimsənilməsi, təcrübə-sınaq işlərinin aparılması və bu qəbildən olan digər işlərin görüldüyü hallarda;[76] ç) müvafiq vəzifə (peşə) üzrə əmək funksiyasının mürəkkəbliyi, məsuliyyətliliyi baxımından işçinin əmək və peşə vərdişlərinin mənimsənilməsi, yüksək peşəkarlıq səviyyəsinin əldə edilməsi tələb olunan (stajkeçmə, rezidentura dövrləri) hallarda;[77] d) işçinin şəxsi, ailə-məişət vəziyyəti ilə bağlı olan, o cümlədən işləməklə yanaşı təhsil aldığı, müəyyən səbəbdən müvafiq yaşayış məntəqəsində müvəqqəti yaşadığı, pensiya yaşına çatdıqda işləmək istəyi olduğu hallarda;[78] e) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) göndərişi ilə haqqı ödənilən ictimai işlər görülərkən;[79] ə) bu Məcəllənin 6-cı maddəsinin “c” bəndində göstərilən orqanlar istisna olmaqla seçkili orqanlarda (təşkilatlarda, birliklərdə) seçkili vəzifələrə seçilərkən; f) tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə; ğ) qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda əmək müqaviləsi müəyyən müddətə bağlanıla bilər. Həmin Məcəllənin 68-ci maddəsinin 2-ci hissəsinin b bəndinə əsasən əmək müqaviləsinin müddətinin qurtarması əmək müqaviləsinə xitam verilməsinin əsaslarından biridir. Həmin Məcəllənin 73-cü maddəsinin 1-ci hissəsinə əsasən müddətli əmək müqaviləsinə müddəti bitdikdə xitam verilir. Müddətli əmək müqaviləsinin müddətinin bitməsinə azı bir həftə qalmış tərəflərdən heç biri digər tərəfi müddətin bitməsinə görə müqaviləyə xitam verilməsi barədə yazılı formada (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) xəbərdar etməzsə, həmin əmək müqaviləsi əmək müqaviləsində göstərilən müddətə uzadılır və ya bu Məcəllənin 45-ci maddəsinin 5-ci hissəsi ilə müəyyən edilmiş hallarda müddətsiz hesab olunur. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən, 1. Bu Məcəllə ilə əmək hüquqlarının və vəzifələrinin yaranması, dəyişdirilməsi və xitam edilməsi müvafiq hallarda təqvim vaxtı ilə hesablanan müddətlərlə — illərlə, aylarla, həftələrlə, günlərlə müəyyən edilir. 2. Müddət axımının başlanması təqvim üzrə müəyyən edilmiş vaxtın ertəsi günündən hesablanır. 3. İllərlə, aylarla, həftələrlə hesablanan müddətlər müvafiq olaraq ilin, ayın, həftənin sonuncu günündə başa çatır. Təqvim həftələri və günləri ilə hesablanan müddətə qeyri-iş günləri də daxildir. 4. Əgər müddətin son günü qeyri-iş gününə düşərsə, onun ardınca gələn ən yaxın iş günü müddətin bitdiyi gün hesab edilir. Məhkəmə iş materiallarını, tərəflərin izahatlarını, təqdim edilmiş sübutları hərtərəfli və obyektiv araşdıraraq müəyyən etmişdir ki, iddiaçı X3 ilə cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu arasında xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinə əsasən müddətli əmək müqaviləsi bağlanmışdır. İş materiallarından görünür ki, xx.xx.2020-ci il tarixli əmək müqaviləsi tərəflərin qarşılıqlı razılığı ilə müəyyən müddətə bağlanmışdır. Müddət bitdikcə müqavilə müəyyən olunmuş qaydada uzadılmış, sonuncu – sayca 13-cü müqavilə xx.xx.2025-ci ildə qüvvəyə minmişdir. xx.xx.2025-ci il tarixli elektron bildirişlə iddiaçıya əmək müqaviləsinin müddətinin xx.xx.2025-ci ildə başa çatması barədə məlumat verilməsi sübutlarla təsdiq olunmuşdur. İddiaçı bildirişi elektron qaydada qəbul etmişdir. xx.xx.2025-ci il tarixli 3-17- 1/3-4-1605 saylı əmrlə əmək müqaviləsinə müddətin bitməsi əsası ilə xitam verilmişdir. Məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinə əsasən tərəflərin razılığı ilə hər hansı iş üzrə, hətta daimi xarakterli olsa belə, müddətli əmək müqaviləsi bağlanması mümkündür. İddiaçı bütün müqavilələri şəxsən imzalamış və müqavilənin şərtlərini qəbul etmişdir. Məhkəmə iclasları zamanı da iddiaçı tərəf cavabdehlə iddiaçı arasında bağlanmış müqavilənin müddətli olması, bu barədə iradə ifadəsinin olmasını bildirmişdir. Sonuncu müqavilənin bitmə tarixinin dəyişdirilməsi də 11 avqust 2025-ci il tarixdə iddiaçının razılığı ilə edilmişdir. Bu baxımdan müddətli əmək müqaviləsinin bağlanmasının və müddətin bitməsi əsası ilə xitam verilməsinin qanunsuzluğu sübuta yetirilməmişdir. İddiaçı X3 xəbərdarlığın azı bir həftə əvvəl edilmədiyini göstərmişdir. Xəbərdarlıq xx.xx.2025-ci il tarixində elektron informasiya sistemi (ƏMAS) vasitəsilə yerləşdirilmişdir. Məhkəmə hazırki halda “azı bir həftə əvvəl” ifadəsinə formal yanaşılmamalı olduğunu bildirir. Belə ki, hazırki iş üzrə müəyyən edilir ki, müqavilə müddətinin 02 sentyabr 2025-ci il tarixdə bitməsi barədə məlumat bir həftə əvvəldən də tez, yəni müqavilə müddətinin dəyişdirilməsi barədə 11 avqust 2025-ci il tarixli bildirişlə verilmişdir. Belə ki, 11 avqust 2025-ci il tarixdən iddiaçı onunla bağlanmış əmək müqaviləsinin müddətinin 21 gün sonra, yəni 02 sentyabr 2025-ci il tarixdə bitməsindən məlumatlı idi. Daha sonra isə 27 avqust 2025-ci il tarixli bildirişlə müddətli əmək müqaviləsində göstərilən müddətin bitməsinə görə onunla bağlanmış 2020-ci il 2 sentyabr tarixli əmək müqaviləsinə 2025-ci ilin 2 sentyabr tarixindən xitam veriləcəyi barədə xəbərdar edilmişdir. Nəzərə alsaq ki, 11 avqust 2025-ci il tarixli bildiriş də həmin ay ərzində, iddiaçı tərəfindən ƏMAS üzərindən təsdiq edilmişdir, belə olan halda iddiaçının xəbərdarlıq barədə tələbin cavabdeh tərəfindən pozulması kimi yanaşılması düzgün olmamışdır. Eyni zamanda məhkəmə işə bərpa, əmrin ləğvi və əmək haqqı tələbləri üzrə münasibət bildirərək qeyd edir ki, əmək müqaviləsinə xitam tam hüquqi əsasla – müddətin bitməsi ilə verilmişdir (Əmək Məcəlləsi 68.2 “b” və 73.1). Xitam əmri qanuni olduğundan onun ləğvi üçün əsas yoxdur. Əmrin ləğvi mümkün olmadığından işə bərpa və əmək haqqı tələbinə dair hissədə də iddia təmin edilməməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı Cavabdehnə qarşı “əmrin ləğv edilməsi, işə bərpa edilməsi, onunla müddətsiz əmək müqaviləsinin bağlanması və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair iddiası əsassız olduğundan rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14-cü maddəsinə əsasən, məhkəmə işlərə yalnız qanuna əsasən baxır. Həmin Məcəllənin 77-ci maddəsinə görə, hər bir tərəf öz iddia və etirazlarını sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəməAzərbaycan Respublikasının Müki Prosessual Məcəllənin:
QƏT ETDİ:
İddiaçı Cavabdehnə qarşı “əmrin ləğv edilməsi, işə bərpa edilməsi, onunla müddətsiz əmək müqaviləsinin bağlanması və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair iddia tələbləri rədd edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim: Gülnar Babazadə