Məhkəmə qərarları › İş №e-2(004)-56/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-56/2025

04.04.2025 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-56/2025 04.04.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Fariz Ariz oğlunun sədrliyi, Əlihüseynli Mehin Mətin qızının katibliyi, İlkin iddia üzrə İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə, Qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh3 və Cavabdeh4, Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İlkin iddia üzrə İddiaçı MMC-nin cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh1 qarşı “Cavabdeh1 ünvan 1 ünvanında yerləşən ona məxsus mənzilə dair mülkiyyət hüququna xitam verilməsi, cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi üzərində sahiblik və istifadə hüquqlarına xitam verilməsi, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 ailə üzvləri ilə birlikdə ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən çıxarılması, həmin evin tam olaraq boşaldılması və sökülməsi, sökülmüş mənzilin əvəzinə İddiaçı MMC tərəfindən Bakı şəhəri, Yasamal rayonu, Ə.Abdullayev, C.Məmmədquluzadə, Fuad İbrahimbəyov və M.Naxçıvani küçələrinin kəsişməsində inşa ediləcək 4 nömrəli çoxmərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində yerləşən 4 otaqlı sahəsi 175,80 kv.m olan 1 ədəd yeni təmirli mənzilin Cavabdeh1 verilməsi, mənzillər "xxxx" MMC tərəfindən Cavabdeh1 təhvil verilənədək "xxxx" MMC tərəfindən Cavabdeh1 hər ay cəmi 700 (yeddi yüz əlli) manat məbləğində kirayəyə görə kompensasiya ödənilməsi” tələbi və qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh1 cavabdeh İddiaçı MMC-yə qarşı “25.000 manat zərər və 2.000.000 manat kompensasiya ödənilməsi” tələbinə dair mülki işə baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İlkin iddia üzrə İddiaçı MMC-nin cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh1 qarşı “Cavabdeh1 ünvan 1 ünvanında yerləşən ona məxsus mənzilə dair mülkiyyət hüququna xitam verilməsi, cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 ünvan 1 ünvanında yerləşən mənzil üzərində sahiblik və istifadə hüquqlarına xitam verilməsi, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 ailə üzvləri ilə birlikdə ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən çıxarılması, həmin evin tam olaraq boşaldılması və sökülməsi, sökülmüş mənzilin əvəzinə İddiaçı MMC tərəfindən Bakı şəhəri, Yasamal rayonu, Ə.Abdullayev, C.Məmmədquluzadə, Fuad İbrahimbəyov və M.Naxçıvani küçələrinin kəsişməsində inşa ediləcək binada mənzilin Cavabdeh1 verilməsi, mənzillər "xxxx" MMC tərəfindən Cavabdeh1 təhvil verilənədək "xxxx" MMC tərəfindən Cavabdeh1 hər ay cəmi 650 manat məbləğində kirayəyə görə kompensasiya ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı MMC sonuncu dəfə xx.xx.2025-ci il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim etmiş və “Cavabdeh1 ünvan 1 ünvanında yerləşən ona məxsus mənzilə dair mülkiyyət hüququna xitam verilməsi, cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 ünvan 1 ünvanında yerləşən mənzil üzərində sahiblik və istifadə hüquqlarına xitam verilməsi, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 ailə üzvləri ilə birlikdə ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən çıxarılması, həmin evin tam olaraq boşaldılması və sökülməsi, sökülmüş mənzilin əvəzinə İddiaçı MMC tərəfindən Bakı şəhəri, Yasamal rayonu, Ə.Abdullayev, C.Məmmədquluzadə, Fuad İbrahimbəyov və M.Naxçıvani küçələrinin kəsişməsində inşa ediləcək 4 nömrəli çoxmərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində yerləşən 4 otaqlı sahəsi 175,80 kv.m olan 1 ədəd yeni təmirli mənzilin Cavabdeh1 verilməsi, mənzillər "xxxx" MMC tərəfindən Cavabdeh1 təhvil verilənədək "xxxx" MMC tərəfindən Cavabdeh1 hər ay cəmi 700 (yeddi yüz əlli) manat məbləğində kirayəyə görə kompensasiya ödənilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehlərin vəziyyətini yaxşılaşdırması əsası ilə məhkəmə mülki işin baxış mərhələsində olmasına baxmayaraq ərizə icraata qəbul edilmişdir. Qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh1 cavabdeh İddiaçı MMC-yə qarşı “25.000 manat zərər və 2.000.000 manat kompensasiya ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər (xx.xx.2024-cü il tarixli iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə əsasında). İlkin iddia üzrə İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə məhkəmə iclasında iştirak edərək ilkin iddia tələbinin təmin edilməsini, qarşılıqlı iddia tələbinin isə təmin edilməməsini xahiş etmişdir. Qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh3 və Cavabdeh4 məhkəmə iclasında iştirak edərək ilkin iddia tələbinin təmin edilməməsini, qarşılıqlı iddia tələbinin isə təmin edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iştirak edərək ilkin iddia tələbinin təmin edilməməsini, qarşılıqlı iddia tələbinin isə təmin edilməsini xahiş etmişdir. İş materiallarına əsasən müəyyən edilir ki, Bakı şəhəri İcra Hakimiyyətinin Başçısının 02 dekabr 2022-ci il tarixli 265 nömrəli Sərəncamına əsasən Bakı şəhər Yasamal rayon İcra Hakimiyyətinin, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin razılıq məktublarını və “Azərdövlətlayihə” Dövlət Baş Layihə insitutunun rəyini nəzərə alaraq Bakı şəhəri, Yasamal rayonu, İlqar ismayılov, Cəlil Məmmədquluzadə, İbrahimpaşa Əbilov, Zivərbəy Əhmədbəyov, Sübhi Salayev, Fuad İbrahimbəyov, Məhəmməd Naxçıvani və Əlibaba Abdullayev küçələrinin əhatə etdiyi,yerquruluşu planında göstərilən koordinatlar daxilində yerləşən 4,32ha torpaq sahəsi həmin ərazidə qeydə alınmış daşınmaz əmlakların istifadəçiləri(mülkiyyətçiləri) və xüsusi mülkiyyətdə olan torpaq sahələrinin mülkiiyyətçiləri ilə mülki münasibətlərin müvafiq qanunvericiliyin tələblərinə uyğun qarşılıqlı razılıq əsasında İddiaçı MMC tərəfindən tənzimlənməsi şərti ilə yaşayış və qeyri-yaşayış binalarının tikintisi üçün İddiaçı MMC-nin icarə əsasında istifadəsinə verilmişdir. İş materiallarına Bakı şəhəri İcra Hakimiyyəti ilə İddiaçı MMC arasında bağlanmış xx.xx.2023-cü il tarixli 1761 nömrəli Torpaq icarə müqaviləsi əlavə edilmişdir. İş materiallarına Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Ərazi Tikinti Planlaşdırma Mərkəzinin İddiaçı MMC-yə ayrılmış 4,32 ha torpaq sahəsinin ölçülərinə dair hazırlanmış cizgilər əlavə edilmişdir. İş materiallarına ərazidə yaşayan digər sakinlərlə İddiaçı MMC arasında bağlanmış müvafiq razılaşma müqavilələri əlavə edilmişdir. İş materiallarında olan çıxarışa əsasən müəyyən edilir ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin ümumi sahəsi 279.3 kv.m. təşkil edir. Fərdi yaşayış evinin yaşayış sahəsi 173.7 kv.m. yardımçı sahəsi 105.6 kv.m. təşkil edir. Fərdi yaşayış evi 2/6 hissədə Cavabdeh1 xüsusi mülkiyyətindədir. Cavabdeh1 mülkiyyət hüququ xx.xx.2009-cu il tarixdə dövlət qeydiyyatına alınmışdır. İş materiallarında olan Bakı şəhəri İcra Hakimiyyəti Texniki inventarlaşdırma və mülkiyyət hüquqlarının qeydiyyat idarəsinin xx.xx.2002-ci il tarixli Qeydiyyat vəsiqəsinə əsasən müəyyən edilir ki, Cavabdeh1 məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin ümumi sahəsi 362.4 kv.m., yaşayış sahəsi isə 173.7 kv.m. təşkil edir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli ekspert rəyinə əsasən müəyyən edilmişdir ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin cavabdehin faktiki istifadəsində olan hissəsinin daxili parametrləri (içdən-içə, zirzəmi və köməkçi tikililər daxil olmaqla) üzrə sahəsi 146,2 kv.m., xarici parametrlər üzrə (çöldən çölə) sahəsi 180 kv.m.dir. Cavabdehlərin faktiki istifadəsində həyətyanı sahə 43.4 kv.m.dir. Aparılmış tədqiqatın dəyəri 100 manat təşkil edir. İş materiallarına əlavə edilmiş (ilkin iddia üzrə iddiaçı tərəfindən) "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli rəyə əsasən müəyyən edilir ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin bazar dəyəri 263.000 manat, 1 aylıq kirayə dəyəri isə 600 manat təşkil edir. Məhkəmə hesab edir ki, ilkin iddia tələbi əsaslıdır və təmin edilməlidir. Mübahisənin qanuni əsası qismində aşağıdakı hüquq normaları çıxış edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsiinin 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Həmin Məcəllənin 560.2-ci maddəsinə əsasən hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Həmin Məcəllənin 560.3.5.1-ci maddəsinə əsasən alğı-satqının tənasübsüz qiymətlərinə və ya əqdin digər şərtlərinə birbaşa və ya dolayısı ilə məcburetmə, hüquqdan sui-istifadə hesab olunur Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun "xxxx" Mənzil- Tikinti Kooperativinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 11 oktyabr 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair xx.xx.2020-ci il tarixli qərarına əsasən, mülkiyyət hüququnun məzmunu Konstitusiyanın 13-cü maddəsinin müddəaları nəzərə alınmaqla başa düşülməlidir. Vətəndaş cəmiyyətinin mühüm institutu olan mülkiyyət iqtisadiyyatın inkişafının əsasını təşkil edən ən vacib amillərdən biridir. Buna görə də mülkiyyət Konstitusiyanın 13-cü maddəsi ilə toxunulmaz elan olunaraq dövlət tərəfindən qorunur. Mülkiyyət hüququ isə cəmiyyətdəki hər bir fərdin azadlığının əsası kimi çıxış edir və şəxsiyyətin inkişafı üçün zəruri şərtdir. Bununla belə, qeyd olunan hüququn əhəmiyyətinə baxmayaraq, o, mütləq deyil və məhdudlaşdırıla bilər. Nəzərə almaq lazımdır ki, mülkiyyət insanın xüsusi maraqlarının həyata keçirilməsində vacib funksiya daşımaqla yanaşı, Konstitusiyanın 15-ci maddəsinin məzmununa əsasən, sosial yönümlü dövlətdə həm də mühüm sosial funksiyaya malikdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 107-2.1 və 107-5.1-ci maddələrinin şərh edilməsinə dair”2011-ci il 16 dekabr tarixli Qərarı). Həmçinin nəzərə almaq lazımdır ki, Konstitusiyada mülkiyyət hüququ təsbit edilməklə yanaşı, onun ümumi və xüsusi məhdudiyyətlərinin hədləri də müəyyən olunmuşdur (Konstitusiyanın 13-cü maddəsinin İİİ hissəsi, 29-cu maddəsinin İİ hissəsi və 71-ci maddəsinin İİ hissəsi, “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 3.3-cü maddəsi). Belə ki, mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədi ilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusion hüququn mahiyyətini dəyişməməlidir. Bu cür məhdudiyyətin mümkünlüyü və onun xarakteri layiqli həyat səviyyəsi də daxil olmaqla konstitusion əhəmiyyətli dəyərlərin müdafiəsi ilə şərtləndirilməlidir. Vətəndaşın sosial müdafiəsi və layiqli həyat səviyyəsinin qayğısı dövlətin sosial sahədə konstitusion məqsədləri sırasında göstərilməsi və Konstitusiyada heç kəsin yaşadığı mənzildən qanunsuz məhrum olunmasının mümkünsüzlüyünün müəyyən edilməsi mənzil münasibətləri sahəsində dövlətin siyasətinin vacibliyinə və konstitusiya əhəmiyyətli olduğuna dəlalət edir. Ona görə, konstitusiya əsasları olan dövlətin mənzil siyasəti üzrə qəbul etdiyi qərarlar Konstitusiyadan irəli gələn şərtlərə riayət olunmaqla, mülkiyyət hüququnun məhdudlaşdırılması üçün əsas kimi çıxış edə bilər. Lakin hər bir halda belə məhdudiyyət qarşıya qoyulmuş məqsədə ağlabatan şəkildə mütənasib olmaqla mülkiyyətçinin üzərinə fərdi və həddən artıq yük qoymamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair” 2012-ci il 21 dekabr tarixli Qərarı). Konstitusiya Məhkəməsinin Plenumu onu da qeyd etməyi vacib hesab edir ki, mövcud qanunvericilikdə Şəhərsalma və Tikinti Məcəlləsinin müddəalarına uyğun olaraq ərazi planlaşdırılması, mənzil fondunun yenilənməsi məqsədi ilə qəzalı vəziyyətdə olan tikililərin yenidən qurulmasına dair qaydalar aydın göstərilməmişdir. Bu qaydaların dəqiq müəyyən olunmaması bəzi hallarda mülkiyyətçilərin öz əmlak hüquqlarından sui-istifadə etməsi, sökülən mənzillərin əvəzinə bazar qiymətinə uyğun olmayan yüksək kompensasiya tələb etməsi ilə nəticələnir. Mülkiyyətçilərlə razılığın əldə olunmasının qeyri-mümkünlüyü isə digər mülkiyyətçilərin hüquqlarının pozulmasına, söküntü və tikinti işlərinin əsassız uzanmasına və nəticədə mülkiyyət hüququna müdaxilə ilə bağlı mütənasiblik prinsipinin pozulmasına səbəb olur. Şəhərsalma və Tikinti Məcəlləsinin normalarına uyğun olaraq şəhərsalma və tikinti fəaliyyəti sahəsində dövlət siyasətinin əsas istiqamətlərindən olan ərazi planlaşdırılması, mənzil fondunun yenilənməsi, insan üçün əlverişli və sağlam yaşayış mühitinin yaradılması məqsədi ilə qəzalı vəziyyətdə olan tikililərin yenidən qurulmasına dair qaydaların bu Qərarın təsviriəsaslandırıcı hissəsində əks olunan hüquqi mövqelər nəzərə alınmaqla təkmilləşdirilməsi Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə olunmalıdır. Qeyd edilən qaydalar təkmilləşdirilərək hüquq tətbiqedici tərəfindən bu kateqoriyadan olan mübahisələr üzrə Konstitusiya məhkəməsi Plenumunun hazırki qərarında əks olunmuş hüquqi mövqelər rəhbər tutulmalıdır. Azərbaycan Respublikasının Konstitusiyasının 130-cu maddəsinin İX hissəsinə, eyni zamanda “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 66.1-ci maddəsi və Mülki Prosessual Məcəllənin 13.7-ci maddəsinin tələblərinə görə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarları Azərbaycan Respublikası ərazisində məcburi qüvvəyə malikdir. Avropa İnsan Hüquqları Məhkəməsinin “X3 və X1rşı” xx.xx.2019-cu il tarixli qərarında belə bir hüquqi mövqe ortaya qoyulmuşdur ki: Məhkəmə hesab edir ki, müdaxilənin uyğunluğu cəmiyyətin ümumi mənafeyi ilə bağlı tələblərlə şəxslərin fundamental hüquqlarının qorunması imperativləri arasında düzgün balansın olmasıdır. İş üzrə məhkəmə hesab edir ki, heç bir məqamda aidiyyəti şəxslər yeni mənzilin köhnə mənzillə müqayisədə aşağı dəyərə malik olmasını təsdiq etməyiblər və işdə yer alan xüsusatlar buna əsas vermir (yuxarıda sitat verilən Volçkova və Mironov işi ilə müqayisə edin, 10 DÉCİSİON SİGUNOVY c. RUSSİE §§ 125-126). Onların ifadə etdikləri yeganə uyğunsuzluq mərtəbədə, hər bir otağın sahəsi, balkonların olmaması və divar şkafları ilə bağlı yeni mənzilin köhnə ilə identik olmaması idi. Bununla belə, nə Moskva şəhər hökumətinin qərarı (yuxarıdakı 36-cı paraqraf), nə də Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsi identik mənzilə köçürülmə və yerləşməyə təminat vermir. Bundan başqa, ərizəçilar həmin binada 2014-cü ilə qədər, yəni bina sökülənə kimi yaşamışlar, onlar bu gecikən sökülmə faktorundan da yararlanmışlar. Nəhayət, 23 aprel 2010-cu il tarixli qərarın icra edilməsi qaydalarına gəlincə, məhkəmə hesab edir ki, bu şikayət təkcə gecikməklə qalmayıb, çünki ilk dəfə 01 avqust 2017-ci ildə qaldırılıb ( yuxarıdakı 27-ci paraqraf), həm də və xüsusən qərarın icra qaydası ərizəçilərin mülkiyyət hüququnun güzəşt edilməsindən və onlara bunun əvəzində yeni mənzilin verilməsindən asılı deyildir.

59. Yekun olaraq məhkəmə təsdiq edir ki, ərizəçilər həcm etibarı ilə köhnədən bir az da böyük olan, nəzərə çarpacaq dərəcədə daha yüksək dəyərə malik yeni mənzil almışlar və bu mənzil onların köhnə mənzilinin qonşuluğunda yerləşir. Məhkəmə araşdırması zamanı müəyyən olunur ki, fərdi evlərdə yaşayan sakinlərin köçürülməsi ilə bağlı onlara məxsus olan həmin ərazidə yeni tikiləcək çoxmərtəbəli binada yeni təmirli yaşayış sahələri (mənzillər) təqdim edilir. Yaşayış yerləri verilənə qədər hər bir ailəyə yaşayış otaqlarının sayına uyğun olaraq kirayə pulu ödənilməklə, qonşuluqda yerləşən fərdi evlərdən təxminən 200 ailə köçürülüb. Layihələndirilmə düşən ərazidə əksər sakinlər öz əşyalarını götürüb yaşayış evlərini boşaldıblar və çoxunun evləri artıq sökülmüşdür. Lakin, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin paylı mülkiyyətçiləri ilə müvəqqəti olaraq başqa bir yaşayış yerinə köçmək və yeni tikiləcək binada daha yaxşı təmir edilmiş bir mənzilə köçmək üzrə razılığa gəlmək mümkün olmamışdır. İddiaçı, söküləcək fərdi yaşayış evlərinin sakinlərinə yeni tikiləcək binada müasir tələblərə uyğun və tam şəraitli mənzillər təmin ediləcəyi barədə öhdəlik götürmüşdür. Sökülən evlər üzrə razılığa gəlmiş sakinlər alacaqları yeni mənzillər ilə bağlı gözlənti hüquqları yaranmış lakin cavabdeh ilə razılıq əldə edilməməsi, cavabdehlərin öz mülkiyyət hüququndan sui-istifadə etməsi onların bu gözlənti hüquqlarını məhdudlaşdırır.İddiaçı cavabdehlərin mülkiyyət hüquqlarını pozmur, əksinə, onların mülkiyyətlərini ədalətli şəkildə qoruyur və mütənasib şəkildə kompensasiya edir. Cavabdehlərə, onların mövcud mənzilinin sahəsindən daha geniş olmaqla, müasir tələblərə cavab verən yeni tikilən binada mənzil verilir. Bu, onların mülkiyyətinin daha yaxşı və daha dəyərli bir şəkildə yenilənməsini təmin edir, həmçinin cavabdehlərin yaşayış şəraitinin yaxşılaşmasına imkan verir. İddiaçı, cavabdehə məxsus, şəhərin müasir tələblərinə cavab verməyən fərdi yaşayış evlərinin sökülərək yerində abadlaşdırılması və yaşıllaşdırılması ilə əlaqədar münasib təklif irəli sürmüşdür. Bu təklif, müasir şəhər planlaşdırması çərçivəsində mülkiyyət dəyərlərinin artırılması və yaşayış standartlarının yüksəldilməsi məqsədinə xidmət edir. Lakin, cavabdehlə razılıq əldə edilə bilməməsi nəticəsində, həmin şəxsin yaşayış sahəsini tərk etməməsi yeni və standartlara uyğun yaşayış binasının tikintisini gecikdirir və bu prosesi maneə törədir. Qəzalı vəziyyətdə olan evlərin sökülərək yerində müasir tələblərə uyğun yeni binaların tikilməsi və həmin binalarda yaşayan sakinlərin məzil-məişət şəraitinin yaxşılaşdırılması, şəxslərin mənafeyinə və ümumi maraqlara xidmət edir. Bu, həmçinin yaşayış şəraitinin təhlükəsiz və sağlam bir mühitə çevrilməsini təmin edir. Belə bir yanaşma, mülkiyyət hüquqlarının əsassız və ədalətsiz şəkildə məhdudlaşdırılması kimi dəyərləndirilməməlidir, çünki burada məqsəd mülkiyyət hüquqlarını pozmaq deyil, əksinə, yaşayış standartlarını qaldırmaq və mənzil şəraitini daha yaxşı, müasir və təhlükəsiz hala gətirməkdir. Bu proses, mülkiyyətçilərin mənafelərinin qorunması və ictimai maraqların təmin edilməsi prinsipləri ilə uyğunlaşdırılaraq həyata keçirilməlidir. “Hüquqi müəyyənlik” prinsipinin şərtləri əsas götürülməklə bütün subyektlər (fiziki şəxslər, hüquqi şəxslər, dövlət və bələdiyyələr) dövlətin məcburi gücü ilə təmin olunan imperativ şəkildə müəyyən edilmiş hüquq normalarına əməl etməyə borcludurlar. Aydın, anlaşılan hüquq normasının geniş və ya dar çərçivədə təfsir edilməsi yolverilməzdir. Hüquq norması hüquq münasibətləri arasında yaranan münasibətləri ədalətli qaydada tənzimləmək üçün tərtib edilir. Məhkəmə qərar qəbul edərkən şəhər sakinlərinin, subyektlərin ümumi mənafe və maraqlarını əsas götürür. Məhkəmə nəzərə alır ki, müqavilə azadlığının tələbləri və mülkiyyətçinin öz mülkiyyəti barədə sərbəst sərəncam vermək hüququ nəzərə alınmaqla sözügedən ərazidə mütləq əksəriyyət mülkiyyətçilərlə İddiaçı MMC arasında razılıq əldə edilmiş, ərazidə kütləvi şəkildə tikinti işləri həyata keçirilir. Razılaşma əldə edilməyən sakinlərin həmin ərazidə yaşamağa davam etməsi faktiki olaraq mümkün deyildir. Məhkəmə mülkiyyətçilərin mülkiyyət hüquqlarının dövlət təminatını nəzərə alsa da, faktiki durumu operativ və effektiv şəkildə tənzimləməyi, razılaşma əldə edilməyən sakinlərin təhlükəsiz və sağlam yaşam şəraitlərinin təmin edilməsi zəruri hesab edir. Bu isə yalnız münasibətlərə ümumi maraqların qorunması üçün qanuni əsaslarla məhkəmə müdaxiləsi ilə mümkündür. Məhkəmə hesab edir ki, cavabdeh mülkiyyət hüququndan sui-istifadə edir. Nəticə etibarilə, mülki işin faktiki halları MM-in 560-cı maddəsinin dispozitiv şərtləri ilə eynilik təşkil edir. Hüquqdan sui-istifadə yolverilməzdir. Müvafiq ərazi üzrə köhnə binaların tam sökülməsi, cavabdehlərin tam yararsız şəraitdə, şəhərsalma qaydalarına zidd formada həmin mənzildə yaşaması onun həyatı, sağlamlığı üçün təhlükədir. Nəzərə alınmalıdır ki, həmin ərazidə aparılan geniş tikinti işləri ilə əlaqədar bütün kommunikasiya (elektrik, qaz, su, piyada yolu, yol-nəqliyyat, kanalizasiya) xətləri məhv olmuşdur, cavabdehlərin yaşadığı ev infrastruktur baxımdan tam yaşamaq üçün yararsız vəziyyətə düşmüşdür. Azərbaycan Respublikası Ali Məhkəməsinin oxşar işlər üzrə təcrübəsi nəzərə alınmaqla aşağıda qeyd edilən hesablama, həmçinin cavabdehlərə məxsun mənzilin sahəsi daxili (içdən içə) parametrlər üzrə, yəni faktiki yaşayış sahəsi üzrə nəzərə alınır. Məhkəmə qeyd edir ki, mövcud məhkəmə təcrübəsinə əsasən mənzilin sahəsi daxili parametrlər üzrə (içdən-içə) əsas götürülür. Odur ki, hesab edilir ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi evinin çıxarış üzrə sahəsi 279.3 kv.m. təşkil edir. Fərdi yaşayış evi 2/6 hissədə, yəni 93.1 kv.m. sahə Cavabdeh1 xüsusi mülkiyyətindədir. ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin cavabdehin faktiki istifadəsində olan hissəsinin daxili parametrləri (içdən-içə, zirzəmi və köməkçi tikililər daxil olmaqla) üzrə sahəsi 146,2 kv.m.dir. Deməli, 53.1 kv.m. hissə özbaşına tikilidir. Çıxarış üzrə 93.1 kv.m. sahənin 20% hissəsi 18.62. kv.m. təşkil edir. Yəni, hüquqi baxımdan cavabdehə ən azı 93.1 kv.m. + 18.62. kv.m. = 111.72 kv.m. sahəsi olan mənzil verilməlidir. Hüquqi baxımdan mülkiyyət hüququ qismindən nəzərə alınmaqla hesablanan 111.72 kv.m. sahənin üzərinə 53.1 kv.m. özbaşına tikili hissəsi toplandıqda 164.82 kv.m. sahə təşkil edir. İlkin iddia tələbi üzrə təklif olunan 4 otaqlı 1 ədəd yeni təmirli mənzilin ümumi sahəsi isə 175,80 kv.m. təşkil edir (10.98 kv.m. artıq sahə). Mənzilin ümumi sahəsinə uyğun olaraq 700 manat kirayə haqqının ödənilməsi ədalətli və proporsional hesab edilir. Nəzərə alınmalıdır ki, "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli rəyə əsasən ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin bazar dəyəri 263.000 manat, 1 aylıq kirayə dəyəri isə 600 manat təşkil edir. Mülkiyyətçi Bakı şəhəri İcra Hakimiyyəti Texniki inventarlaşdırma və mülkiyyət hüquqlarının qeydiyyat idarəsinin xx.xx.2002-ci il tarixli Qeydiyyat vəsiqəsinə istinad edərək bildirir ki, Cavabdeh1 məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin ümumi sahəsi 362.4 kv.m., yaşayış sahəsi isə 173.7 kv.m. təşkil edir. Məhkəmə həmin sənəd üzrə qeyd edilən sahəni mötəbər hesab etmir. Belə ki, Daşınmaz əmlakın dövlət reyestrindəki məlumatlar üzrə çıxarış mülkiyyət hüququnun müəyyən edilməsi ilə bağlı əsas sənəddir. Həmçinin çıxarış tarix olaraq istinad edilən xx.xx.2002-ci il tarixli Qeydiyyat vəsiqəsindən 7 il sonra qeydiyyata alınmışdır, yəni daha sonrakı və təkmil sənəddir. Bundan əlavə, məhkəmə cavabdehlərə məxsus fərdi yaşayış evinin sahəsini məhz faktiki sahə üzrə (hətta zirzəmi də daxil edilir) hesablayaraq nəzərə alır. Məhkəmə hesab edir ki, ilkin iddia tələbinin təmin edilməsi əsası ilə qarşılıqlı iddia tələbi əsassızdır və təmin edilməməlidir. Qarşılıqlı iddia tələbinin təmin edilməməsinin hüquqi əsasları yuxarıda ətraflı qeyd edilmişdir. İddia tələbi üzrə 25.000 manat vurulan zərərlə bağlı sübutlar məhkəməyə təqdim edilməmişdir. Məhkəmə tərəfindən həmin fərdi yaşayış evinə yerli baxış keçirilmiş və müəyyən edilmişdir ki, ev öz salamatlığını tam qorumuşdur. Analoji işlər üzrə həyata keçirilmiş məhkəmə qiymətləndirmə ekspertizaları nəticəsində həmin ərazidə yerləşən mənzillərin 1 kv.m. qiyməti təxminən 2600 manat dəyərində qiymətləndirilmişdir ki, həmin məbləğ üzrə kompensasiyanın hesablanması vətəndaşalara uyğun deyildir. Belə ki, təklif edilən təmirli mənzilin bazar qiyməti daha yüksək məbləğ təşkil edəcəkdir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki prosessual qanunvericiliyin tələblərinə əsasən “formal həqiqət” prinsipi nəzərə alınmaqla, həmçinin məhkəmənin mülki prosesdə arbitr rolunda iştirak etməsi qedy edilməklə məhkəmənin öz təşəbbüsü ilə tərəflərdən birinin lehinə və ya əleyhinə sübutlar toplaması yolverilməzdir. Bu səbəbdən, məhkəmə mülki işə tərəflərin təqdim etdiyi sübutlar əsasında baxaraq qərar qəbul etməyi qanuni və əsaslı hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş üzrə aparılmış ekspertiza üzrə ümumilikdə 100 (yüz) manat məbləğində ekspertiza xərcinin 50 (əlli) manat hissəsi "xxxx" MMC-dən, 50 (əlli) manat hissəsi isə Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh1 müştərək qaydada tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN **********, m/h AZ41NABZ********************, SFİFT BİK CTREAAZ22, MEM VÖEN **********, AZ34CTRE******************** hesabına köçürülməlidir. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halında qiymət verərək hesab edir ki, ilkin iddia tələbi təmin edilməli, Cavabdeh1 ünvan 1 ünvanında yerləşən ona məxsus mənzilə dair mülkiyyət hüququna xitam verilməli, cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 ünvan 1 ünvanında yerləşən mənzil üzərində sahiblik və istifadə hüquqlarına xitam verilməli, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 ailə üzvləri ilə birlikdə ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən çıxarılmalı, həmin ev tam olaraq boşaldılmalı və sökülməli, sökülmüş mənzilin əvəzinə İddiaçı MMC tərəfindən Bakı şəhəri, Yasamal rayonu, Ə.Abdullayev, C.Məmmədquluzadə, Fuad İbrahimbəyov və M.Naxçıvani küçələrinin kəsişməsində inşa ediləcək 6 nömrəli çoxmərtəbəli yaşayış binasının 2-ci blokunun 2-ci mərtəbəsində yerləşən 2 otaqlı sahəsi 82,90 kv.m olan və 6 nömrəli çoxmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində yerləşən 2 otaqlı sahəsi 82.90 kv.m olan 2 ədəd yeni təmirli mənzil Cavabdeh1 verilməli, mənzillər "xxxx" MMC tərəfindən Cavabdeh1 təhvil verilənədək "xxxx" MMC tərəfindən Cavabdeh1 hər ay cəmi 700 (yeddi yüz əlli) manat məbləğində kirayəyə görə kompensasiya ödənilməlidir. Qarşılıqlı iddia tələbi isə təmin edilməməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İlkin iddia üzrə İddiaçı MMC-nin cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh1 qarşı “Cavabdeh1 ünvan 1 ünvanında yerləşən ona məxsus mənzilə dair mülkiyyət hüququna xitam verilməsi, cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi üzərində sahiblik və istifadə hüquqlarına xitam verilməsi, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 ailə üzvləri ilə birlikdə ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən çıxarılması, həmin evin tam olaraq boşaldılması və sökülməsi, sökülmüş mənzilin əvəzinə İddiaçı MMC tərəfindən Bakı şəhəri, Yasamal rayonu, Ə.Abdullayev, C.Məmmədquluzadə, Fuad İbrahimbəyov və M.Naxçıvani küçələrinin kəsişməsində inşa ediləcək 4 nömrəli çoxmərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində yerləşən 4 otaqlı sahəsi 175,80 kv.m olan 1 ədəd yeni təmirli mənzilin Cavabdeh1 verilməsi, mənzillər "xxxx" MMC tərəfindən Cavabdeh1 təhvil verilənədək "xxxx" MMC tərəfindən Cavabdeh1 hər ay cəmi 700 (yeddi yüz əlli) manat məbləğində kirayəyə görə kompensasiya ödənilməsi” tələbinə dair iddiası təmin edilsin. Cavabdehlər Cavabdeh1 ünvan 1 ünvanında yerləşən ona məxsus mənzilə dair mülkiyyət hüququna xitam verilsin. Cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 ünvan 1 ünvanında yerləşən mənzil üzərində sahiblik və istifadə hüquqlarına xitam verilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 ailə üzvləri ilə birlikdə ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən çıxarılsın. Həmin ev tam olaraq boşaldılsın və sökülsün. Sökülmüş mənzilin əvəzinə İddiaçı MMC tərəfindən Bakı şəhəri, Yasamal rayonu, Ə.Abdullayev, C.Məmmədquluzadə, Fuad İbrahimbəyov və M.Naxçıvani küçələrinin kəsişməsində inşa ediləcək 4 nömrəli çoxmərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində yerləşən 4 otaqlı sahəsi 175,80 kv.m olan 1 ədəd yeni təmirli mənzil Cavabdeh1 verilsin. Mənzillər "xxxx" MMC tərəfindən Cavabdeh1 təhvil verilənədək "xxxx" MMC tərəfindən Cavabdeh1 hər ay cəmi 700 (yeddi yüz əlli) manat məbləğində kirayəyə görə kompensasiya ödənilsin. Qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh1 cavabdeh İddiaçı MMC-yə qarşı “25.000 manat zərər və 2.000.000 manat kompensasiya ödənilməsi” tələbinə dair iddiası təmin edilməsin. İş üzrə aparılmış ekspertiza üzrə ümumilikdə 100 (yüz) manat məbləğində ekspertiza xərcinin 50 (əlli) manat hissəsi "xxxx" MMC-dən, 50 (əlli) manat hissəsi isə Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh1 müştərək qaydada tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN **********, m/h AZ41NABZ********************, SFİFT BİK CTREAAZ22, MEM VÖEN **********, AZ34CTRE******************** hesabına köçürülsün. Qarşılıqlı iddia üzrə ödənilmiş dövlət rüsumu qarşılıqlı iddia üzrə iddiaçılara aid edilsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra tərəflər 1 (bir) ay müddətində işə baxan Yasamal Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verə bilərlər.

Sədrlik edən: Fariz Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar