Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-561/2025 03.03.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi X16 oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh3 nümayəndəsi və vəkili Vəkil2, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X4 iştirakları ilə, İddiaçı cavabdehlər “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X21 1 saylı Bakı Ərazi İdarəsinə, Cavabdeh3 və Cavabdeh1 qarşı “qanun üzrə vərəsəlik haqqında şəhadətnamənin etibarsızlığı, onun əsasında verilmiş çıxarışın ləğvi, bağışlama müqaviləsinin etibarsızlığı və onun əsasında verilmiş çıxarışların ləğv edilməsi, miras əmlakda payın müəyyən edlməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X21 1 saylı Bakı Ərazi İdarəsinə, Cavabdeh3 və Cavabdeh1 qarşı “qanun üzrə vərəsəlik haqqında şəhadətnamənin etibarsızlığı, onun əsasında verilmiş çıxarışın ləğvi, bağışlama müqaviləsinin etibarsızlığı və onun əsasında verilmiş çıxarışların ləğv edilməsi, miras əmlakda payın müəyyən edlməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 Bakı şəhəri 18 saylı notariat ofisi tərəfindən verilmiş və reyestrdə 2V- 305 nömrə ilə qeyd edilmiş xx.xx.2023-cü il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhədətnamənin və həmin şəharətnamə əsasında AR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş çıxarışın etibarsız hesab edilməsi; cavabdehlər Cavabdeh1 ilə Cavabdeh3 arasında xx.xx.2024-cü il tarixdə bağlanmış “Daşınmaz əmlakın bağışlanması” müqaviləsinin və həmin müqavilə əsasında AR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən Cavabdeh1 adına verilmiş xx.xx.2024-cü il tarixli, ********** qeydiyyat nömrəli, **********29 reyestr nömrəli və Cavabdeh3 adına verilmiş xx.xx.2024-cü il tarixli, ********** qeydiyyat nömrəli, **********42 reyestr nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışların etibarsız hesab edilməsi; cavabdehlər Cavabdeh1 ilə Cavabdeh3 arasında xx.xx.2024-cü il tarixdə bağlanmış “Daşınmaz əmlakın bağışlanması” müqaviləsinin və həmin müqavilə əsasında AR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən Cavabdeh3 adına verilmiş xx.xx.2024-cü il tarixli, ********** qeydiyyat nömrəli, **********29 reyestr nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmazəmlakın Dövlət reyestrindən çıxarışın etibarsız hesab edilməsi; ƏMDK-nin yanında DƏDRX-nin Bakı Şəhər Ərazi İdarəsi tərəfindən X3 adına verilmiş xx.xx.2022 tarixli, ********** qeydiyyat nömrəli, **********33 reyestr nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 0.10 ha olan torpaq sahəsinə dair İddiaçı mirası qəbul etmə faktının və həmin miras əmlaka iddiaçının tam hissədə payının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı atası X1 Bağlar Təsərrüfatı İdarəsi tərəfindən xx.xx.1986- cı il tarixli, 16371 nömrəli müqaviləyə əsasən Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka-1 (Albalılıq-1) bağ massivində yerləşən 0.10 hektar 1087 nömrəli bağ sahəsi ayrılmışdır. Elə həmin vaxtan da bugünədək iddiaçı daimi əsaslarla ailəsi ilə birlikdə göstərilən torpaq torpaq sahəsində yerləşən fərdi yaşayış evində yaşayışır. İddiaçının atası X7 xx.xx.1989-cu il tarixdə vəfat etmişdir və iddiaçı həmin vaxt qüvvədə olan mülki qanunvericiliyə əsasən vərəsə kimi miras əmlakı faktiki surətdə qəbul edərək idarə etməyə başlamışdır. Qeyd olunur ki, iddiaçının qardaşı Əliyev ƏliAbbas Teymur oğlu həmin miras əmlaka dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin alınması üçün iddiaçı barədə məlumat göstərməməklə xx.xx.2021-ci il tarixdə nümayəndəsi vasitəsi ilə Bakı şəhəri 18 saylı notariat ofisinə müraciət etmiş, bununla bağlı vərəsəlik işi açılmış və vərəsəlik işinin açılması ilə bağlı iddiaçıya hər hansı bir məlumat verilməmişdir. Bundan sonra, xx.xx.2023-cü il tarixdə Bakışəhəri 18 saylı notariat ofisi tərəfindən Cavabdeh1 adına “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhədətnamə verilmişdir və həmin şəhadətnaməyə görə isə ƏMDK-nin yanında DƏDRX-nin Bakı Şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2022 tarixdə X5 verilmiş **********33 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 0.10 ha olan torpaq sahəsindən Cavabdeh1 tam hissədə pay almaq hüququ müəyyən edilmişdir. Bakı şəhəri 18 saylı notariat ofisi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhədətnaməsi əsasında AR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqişəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən Cavabdeh1 adına çıxarış verilmişdir. Həmçinin qeyd edir ki, qeyd olunan əmlakı bölgüdən yayındırmaq məqsədi ilə 5 saylı Bakı “ASAN Xidmət” mərkəzində Notariat ofisində cavabdehlər Cavabdeh1 ilə Cavabdeh3 arasında xx.xx.2024-cü il tarixdə daşınmaz əmlakın bağışlanması müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən Bağı şəhəri, Sabunçu rayonu Yeni qaydalarla: AZ 1039, ünvan 2 ünvanında yerləşən 0,10 ha torpaq sahəsindən 0,05 ha torpaq sahəsi Cavabdeh1 tərəfindən arvadı Cavabdeh3 hədiyyə verilmişdir. Bunda sonra, AR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən Cavabdeh1 adına xx.xx.2024-cü il tarixli, ********** qeydiyyat nömrəli, **********29 reyestr nömrəli və Cavabdeh3 adına xx.xx.2024-cü il tarixli, ********** qeydiyyat nömrəli, **********42 reyestr nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışlar verilmişdir. Cavabdehlər Cavabdeh1 ilə Cavabdeh3 arasında xx.xx.2024-cü il tarixdə bağlanmış daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən isə Bakı şəhəri, Sabunçu rayonu Yeni qaydalarla: AZ 1039, ünvan 2 ünvanında yerləşən qalan 0,05 ha torpaq sahəsi də Cavabdeh1 tərəfindən arvadı Cavabdeh3 hədiyyə verilmiş və AR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən Cavabdeh3 adına xx.xx.2024-cü il tarixli, ********** qeydiyyat nömrəli, **********29 reyestr nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmazəmlakın Dövlət reyestrindən çıxarış verilmişdir. Qeyd edir ki, xx.xx.2024-cü il tarixdə Cavabdeh3 İddiaçı qarşı iddia ərizəsi ilə Bakı şəhəri Sabunçu rayon Məhkəməsinə müraciət edərək İddiaçı miras əmlak kimi faktiki surətdə qəbul edərək idarə etdiyi və yaşadığı Bakı şəhəri, Sabunçu rayonu Yeni qaydalarla: AZ 1039, ünvan 2 və 12A saylı torpaq sahələrindən çıxarılması barədə qətnamə çıxaırlmasını məhkəmədən xahiş etmişdir. Məhz bunda sonra iddiaçıya məlum olmuşdur ki, atası X2 qalmış, miras əmlak kimi faktiki surətdə qəbul edərək idarə etdiyi və yaşadığı daşınmaz əmlaka dair cavabdehlər tərəfindən qanunsuz və gizli şəkildə “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhədətnamə və onun əsasında çıxarış alınmışdır. Göründüyü kimi cavabdeh Əliyev ƏliAbbas Teymur oğlu Bakı şəhəri 18 saylı notariat ofisinə mirasın qəbulu ilə bağlıərizə verərkən özündən başqa vərəsənin olmadığını bildirmiş və iddiaçı barədə notariusa məlumat verməmişdir, notarius isə öz növbəsində vəzifə borcunu yerinə yetirib, vərəsələrin dəqiq dairəsini müəyyən edilməsi üçün tədbirlər görməmişdir. Yol verilmiş qanun pozuntuları səbəbindən cavabdeh miras üzrə payını rəsmiləşdirməyə müvəffəq olsa da, iddiaçının vərəsəlik hüququ pozulmuş, dolayısı ilə iddiaçımiras paydan məhrum olmuşdur. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, onun məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, həmin torpaq sahəsi 1967-ci ildə atasına verilmişdir. 1989-cu ilədək və ondan sonra da 1991-ci ilədək oora bağ evi kimi gedib-gəlmişdir. Torpaq sahəsində ağaclara qulluq üçün daima gedib-gəlmişdir. Daha sonra pensiyaya çıxdıqdan sonra, 1991-ci ildən orada daimi yaşayır. Qardaşı da həmçinin təsərrüfata baş çəkmək üçün atasının ölümündən sonra gəlib-gedirdi. Təxminən 2 il əvvəl qardaşı ona müraciət edərək həmin torpaq sahəsində ev inşa edərək yaşamaq istəməsini bildirmiş, o da qardaşının böyük olmasını nəzərə alaraq ona orada ev inşa etməyə icazə vermişdir. Lakin qardaşı tərəfindən inşa edilmiş ev mübahisəli torpaq sahəsində deyil. Bələdiyyə məxsus torpaq sahəsindədir. Cavabdeh iddiaçını və bacısını aldadaraq notariusa aparmış, mirası hər üçü tərəfindən qəbul edildiyini və hər üçün adına çıxarış alınacağını qeyd edərək aldatmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək, onun məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Əlavə olaraq bildirdi ki, həmin torpaq sahəsi 1967-ci ildə iddiaçının atasına verilmişdir. 1989-cu ilədək və ondan sonra da 1991-ci ilədək iddiaçı ora bağ evi kimi gedibgəlmişdir. Torpaq sahəsində ağaclara qulluq üçün daima gedib-gəlmişdir. Daha sonra pensiyaya çıxdıqdan sonra, 1991-ci ildən orada daimi yaşayır. Təxminən 2 il əvvəl qardaşı iddiaçıya müraciət edərək həmin torpaq sahəsində ev inşa edərək yaşamaq istəməsini bildirmiş, iddiaçı da qardaşının böyük olmasını nəzərə alaraq ona orada ev inşa etməyə icazə vermişdir. Lakin iddiaçının qardaşı tərəfindən inşa edilmiş ev mübahisəli torpaq sahəsində deyil. Bələdiyyə məxsus torpaq sahəsindədir. Lakin buna baxmayaraq iddiaçı həmin hissəni mübahisələndirmir. Cavabdeh iddiaçını və bacısını aldadaraq notariusa aparmış, mirası hər üçü tərəfindən qəbul edildiyini və hər üçün adına çıxarış alınacağını qeyd edərək aldatmışdır. Məhkəmə iclasında Cavabdeh3 nümayəndəsi və vəkili Vəkil2 iddia tələbinə etiraz edərək bildirdi ki, 1989-cu ildə şəxs vəfat etdikdən sonra vərəsəlik işi açılmışdır. Həmin dövrdə qüvvədə olan Mülki Məcəllə tətbiq edilməlidir. Həmin dövrdə də miras əmlakın qəbul edilmə müddəti 6 ay idi. Bu müddət ərzində müraciət etməmiş və hüququnu itirmişdir. Odur ki, iddia tələbi rədd edilməlidir. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X9 iddia tələbi ilə bağlı bildirdi ki, qardaşı Nazim 1991-ci ildən daimi olaraq Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka-1 (Albalılıq-1) bağ massivində yerləşən 0.10 hektar 1087 nömrəli bağ sahəsində yerləşən fərdi yaşayış evində yaşayır. 1991-ci ildən əvvəl də qardaşı Nazim bağdakı ağaclara, təsərrüfata qullq etmək üçün ora gedib-gəlirdi. Əvvəllər yəni atasının sağlığında hamısı ora gedib-gəlmişdir. Daha sonra o, ailə qurduqdan sonra ancaq yay aylarında ora getmişdir. X25 isə orada yaşamamışdır. Bir müddət olar ki, o, orada özünə ev tikmişdir. X14 mirasdan imtina barədə ərizə yazmağını istəsə də o yazmamışdır. Qeyd olunan əmlakda onun payının da müəyyən edilməsini istəyir. Cavabdehlər “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X21 1 saylı Bakı Ərazi İdarəsi və Cavabdeh1 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilsə də, nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, X7 ilə Bağlar Təsərrüfatı İdarəsi arasında bağlanmış xx.xx.1986- cı il tarixli, 16371 nömrəli müqaviləydən müəyyən edilir ki, Bağlar Təsərrüfatı İdarəsi tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka-1 (Albalılıq-1) bağ massivində yerləşən 0.10 hektar 1087 nömrəli bağ sahəsi X5 ayrılmışdır. xx.xx.1989-cu il tarixli İİİ JQ 491351 nömrəli ölüm haqqında şəhadətnamədən müəyyən edilir ki, X7 xx.xx.2023-cü il tarixdə vəfat etmişdir. xx.xx.1986-cı il tarixli İİ JQ 375365 nömrəli ölüm haqqında şəhadətnamədən müəyyən edilir ki, X8 xx.xx.1986-cı il tarixdə vəfat etmişdir. ƏMDK yanında DƏDRX-nin verdiyi xx.xx.2022-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışdan müəyyən edilir ki, Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka-1 (Albalılıq- 1) bağ massivində yerləşən 0.10 hektar 1087 nömrəli bağ sahəsinin mülkiyyətçisi X6r. Bakı şəhəri 18 saylı Notariat Ofisi tərəfindən verilmiş 2V-305 reyestrli xx.xx.2023-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən müəyyən edilir ki,xx.xx.1989-cu il tarixdə vəfat etmiş X3 hüquqi varisi Cavabdeh1 müəyyən edilmiş və onun miras əmlakdan tam hissədə pay almalı olması göstərilmişdir. Miras əmlak ƏMDK yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinin verdiyi xx.xx.2022-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka-1 (Albalılıq-1) bağ massivində yerləşən 0.10 hektar 1087 nömrəli bağ sahəsindən ibarətdir. ƏMDX Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X21 verdiyi xx.xx.2023-cü il tarixli ********** qeydiyyat nömrəli çıxarışdan müəyyən edilir ki, Bakı şəhəri, Sabunçu rayonu Vişnyovka-1 bağ sahəsi, 1087 saylı bağ sahəsi (yeni qaydalarla: ünvan 3 ünvanda yerləşən 0,10 ha torpaq sahəsinin mülkiyyətçisi Cavabdeh1dur. Cavabdeh1 ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2024-cü il tarixli daşınmaz əmlakın bağışlama müqaviləsindən müəyyən edilir ki, Cavabdeh1 Bakı şəhəri, Sabunçu rayonu Vişnyovka-1 bağ sahəsi, 1087 saylı bağ sahəsi (yeni qaydalarla: ünvan 3 ünvanda yerləşən 0,05 ha torpaq sahəsini Cavabdeh3 bağşılamışdır. Cavabdeh1 ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2024-cü il tarixli daşınmaz əmlakın bağışlama müqaviləsindən müəyyən edilir ki, Cavabdeh1 Bakı şəhəri, Sabunçu rayonu (yeni qaydalarla: ünvan 4 ünvanda yerləşən 0,05 ha torpaq sahəsini Cavabdeh3 bağşılamışdır. ƏMDX Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X21 verdiyi xx.xx.2024-cü il tarixli ********** qeydiyyat nömrəli çıxarışdan müəyyən edilir ki, Bakı şəhəri, Sabunçu rayonu (yeni qaydalarla: ünvan 4 ünvanda yerləşən 0,05 ha torpaq sahəsinin mülkiyyətçisi Cavabdeh3dır. ƏMDX Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X21 verdiyi xx.xx.2024-cü il tarixli ********** qeydiyyat nömrəli çıxarışdan müəyyən edilir ki, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi (yeni qaydalarla: ünvan 5 ünvanda yerləşən 0,05 ha torpaq sahəsinin mülkiyyətçisi Cavabdeh3dır. İş materillarında olan Bakı şəhəri Sabunçu rayonu Maştağa Bələdiyyəsi tərəfindən verilmiş nmədaxil qəbzlərindən müəyyən edilir ki, Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka-1 (Albalılıq-1) bağ massivində yerləşən 0.10 hektar 1087 nömrəli bağ sahəsinin torpaq vergisi 2002-ci ildən 2012-ci ilədək İddiaçı tərəfindən verilmişdir. Məhkəmə iclasında dindirilmiş şahid X10 ifadəsində bildirdi ki, Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka-1 (Albalılıq-1) bağ massivində yaşayır. İddiaçı onun qonşusudur. O qeyd olunan ərazidə daimi yaşadığı vaxtdan 1993-cü ildən qonşudur. Həmin tarixdən əvvəl də, təxminən 1987-ci ildən Nazimi orda dəfələrlə görmüşdür. Öz bağlarına qulluq edirdi. Cünki özü torpağı 1993-cü ildə sənədləşdirsə də, torpağı alan vaxtdan Nazimi tanıyır. İddiaçı o vaxtdan indiyə kimi onun da bağına qulluq edir. Əli Abbas da qonşusudur. Onunla əlaqəsi yoxdur. Yalnız Nazimin qardaşı olaraq tanıyır. Onu son illərdə görmüşdür. Məhkəmə iclasında iclasında dindirilmiş şahid X12 ifadəsində bildirdi ki, Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka-1 (Albalılıq-1) bağ massivində yaşayır. İddiaçı onun qonşusudur. O qeyd olunan ərazidə yaşadığı vaxtdan qonşu olaraq İddiaçı tanımışdır. 2004-cü ildən həmin ərazidə yaşayır və Nazimi o vaxtdan tanıyır. Cavabdeh1 tanımır. Həmin torpaqdan Nazimdən başqa heç kimi görməmişdir. O, yay sezonu qalır. Lakin Nazim bütün mövsüm orda qalır. Çünki qışda da arada gedir və Nazimi görür. O ora köçəndə Nazim orada yaşayırdı. Onun həyətində heçnə bitmirdi. Nazimin sahəsində bitdi və Nazimi hamı sənətkar bağban kimi tanıyır. İşin məhkəmə tərəfindən müəyyən olunmuş hallarından, məhkəmə sorğusuna əsasən əldə edilmiş 2V-305 nömrəli xx.xx.2023-cü il tarixli vərəsəlik işindən müəyəyn edilir ki, X5 Bağlar Təsərrüfatı İdarəsi tərəfindən xx.xx.1986- cı il tarixli, 16371 nömrəli müqaviləyə əsasən Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka-1 (Albalılıq-1) bağ massivində yerləşən 0.10 hektar 1087 nömrəli bağ sahəsi ayrılmışdır. X7 tərəflərin atasıdır. X7 xx.xx.1989-cu il tarixdə vəfat etmişdir. Əliyev ƏliAbbas Teymur oğlu həmin miras əmlaka dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin alınması üçün iddiaçı barədə məlumat göstərməməklə xx.xx.2021-ci il tarixdə nümayəndəsi vasitəsi ilə Bakı şəhəri 18 saylı notariat ofisinə müraciət etmiş, bununla bağlı vərəsəlik işi açılmışdır. Bundan sonra, xx.xx.2023-cü il tarixdə Bakı şəhəri 18 saylı notariat ofisi tərəfindən Cavabdeh1 adına “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhədətnamə verilmiş və həmin şəhadətnaməyə görə isə ƏMDK-nin yanında DƏDRX-nin Bakı Şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2022 tarixdə X5 verilmiş **********33 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 0.10 ha olan torpaq sahəsindən Cavabdeh1 tam hissədə pay almaq hüququ müəyyən edilmişdir. Cavabdeh1 ilə Cavabdeh3 arasında xx.xx.2024-cü il tarixdə daşınmaz əmlakın bağışlanması müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən Bağı şəhəri, Sabunçu rayonu Yeni qaydalarla: AZ 1039, ünvan 2 ünvanında yerləşən 0,10 ha torpaq sahəsindən 0,05 ha torpaq sahəsi Cavabdeh1 tərəfindən arvadı Cavabdeh3 hədiyyə verilmişdir. Bunda sonra, AR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən Cavabdeh1 adına xx.xx.2024-cü il tarixli, ********** qeydiyyat nömrəli, **********29 reyestr nömrəli və Cavabdeh3 adına xx.xx.2024-cü il tarixli, ********** qeydiyyat nömrəli, **********42 reyestr nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmazəmlakın Dövlət reyestrindən çıxarışlar verilmişdir. Cavabdeh1 ilə Cavabdeh3 arasında xx.xx.2024-cü il tarixdə bağlanmış daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən isə Bakı şəhəri, Sabunçu rayonu Yeni qaydalarla: AZ 1039, ünvan 2 ünvanında yerləşən qalan 0,05 ha torpaq sahəsi də Cavabdeh1 tərəfindən arvadı Cavabdeh3 hədiyyə verilmiş və AR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən Cavabdeh3 adına xx.xx.2024-cü il tarixli, ********** qeydiyyat nömrəli, **********29 reyestr nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir. İddiaçı isə həmin əmlakı atasının ölümündən əvvəl və sonra faktiki surətdə qəbul edərək idarə etməyə başlamışdır. Cavabdeh tərəfindən həyata keçirilmiş hərəkətlərdən, yəni torpaq sahəsinə dair mülkiyyət sənədinin tam pay olaraq cavabdehin adına verilməsinə məlumatı olmamışdır. Yalnız Sabunçu Rayon Məhkəməsinə cavabdeh tərəfindən iddiaçının həmin əmlakdan çıxarılması barədə iddia tələbi əsasında bu hallardan məlumatı olmuşdur. X26 Əliyev miras əmlakı həyat yoldaşı, hazırki iş üzrə Cavabdeh3 bağışlamışdır. Hazırda iddiaçı xx.xx.2023-cü il tarixli qanun üzrə vərəsəlik haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, onun əsasında verilmiş çıxarışın ləğv edilməsi, miras əmlak olan ünvan 6 ünvanında yerləşən ümumi sahəsi 0,10 ha olan torpaq sahəsi bağışlama müqavilələrin etibarsız hesab edilərək onun əsasında verilmiş çıxarışların ləğv olunması və həmin əmlak üzərində tam hissədə payının müəyyən olunmasını xahiş edir. Məhkəmə hesab edir ki, iddia tələbi xx.xx.2023-cü il tarixli qanun üzrə vərəsəlik haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, həmin şəhadətnamə əsasında verilmiş çıxarışın ləğv edilməsi, bundan sonrakı hərəkətlər olan bağışlama müqavilələrinin etibarsız hesab edilməli və onların əsasında verilmiş çıxarışlar da ləğv edilməsi hissəsində əsaslıdır. Belə ki, iş materiallarından da görünür ki, miras açılarkən vərəsə kimi hazırki iş üzrə iddiaçıya məlumat verilmədiyindən mirasda digər vərəsə müəyyən hissədə pay aldığı halda, iddiaçı vərəsə kimi müəyyən edilmədiyindən pay almamışdır. Belə olan halda məhkəmə hesab edir ki, xx.xx.2023-cü il tarixli qanun üzrə vərəsəlik haqqında şəhadətnamə etibarsız hesab edilməli və onun əsasında verilmiş çıxarış ləğv edilməlidir. Həmçinin bundan sonrakı hərəkətlər olan bağışlama müqavilələrinin etibarsız hesab edilməli və onların əsasında verilmiş çıxarışlar da ləğv edilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, miras əmlakda İddiaçı 1/2 hissə, Cavabdeh1 isə ½ hissədə payı müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. xx.xx.1964-cü il tarixli Qanunla təsdiq edilmiş Azərbaycan SSR Mülki Məcəlləsinin 528-ci maddəsinə əsasən vərəsəlik miras qoyan şəxsin ölməsi və yaxud onun ölmüş elan edilməsi ilə açılır. Vərəsəliyin açılma vaxtı, miras qoyan şəxsin öldüyü gün, o, ölmüş elan edildikdə isə, bu Məcəllənin 21-ci maddəsində göstərilən gün hesab olunur. Azərbaycan SSR Mülki Məcəlləsinin 532-ci maddəsinə əsasən qanun üzrə vərəsəlikdə payların bərabər olmaqla, uşaqlar (o cümlədən övladlığa götürülənlər), ər (arvad) və ölənin valideynləri (övladlığa götürənləri) birinci növbəli vərəsələr hesab olunurlar. Şəxsin ölümündən sonra doğulan uşaq da birinci növbə üzrə vərəsələr sırasına daxildir. Miras qoyan şəxsin nəvə və nəticələri bu şərtlə qanun üzrə vərəsə ola bilərlər ki, vərəsəlik açılan zaman onların vərəsə ola bilən valideynləri ölmüş olsun; onlar özlərinin ölmüş atasına (anasına) qanun üzrə vərəsəlik əsasında düşəsi hissəyə bərabər olan payı alırlar. Azərbaycan SSR Mülki Məcəlləsinin 552-ci maddəsinə əsasən mirası əldə etmək üçün vərəsə onu qəbul etməlidir. Mirasın şərtlə və ya müəyyən qeydlərlə qəbul edilməsinə yol verilmir. Vərəsə miras əmlakını faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə, o, eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə, mirası qəbul etmiş hesab olunur. Bu maddədə göstərilən hərəkətlər, vərəsəlik açılan gündən altı ay müddətində edilməlidir. Yalnız başqa vərəsələr olmadığı və ya onları mirası qəbul etmədiyi hallarda, vərəsəlik hüququ əmələ gəlmiş vətəndaşlar mirası qəbul etmək üçün qalan müddət ərzində, onu qəbul etmək barədə öz razılıqlarını bildirə bilərlər, bu müddət üç aydan az olduqda isə həmin müddət üç aya qədər uzadılır. Qəbul edilmiş miras vərəsəlik açıldığı vaxtdan vərəsəyə məxsus hesab olunur. Məhkəmə hesab edir ki, iddiaçı atasından qalan miras əmlakını atası vəfat etdikdən sonra faktiki surətdə idarə etməyə başlamış, 35 ildən çoxdur ki həmin torpaq sahəsində olan fərdi yaşayış evində yaşayır. Bu hal iddiaçı və üçüncü şəxsin izahatları, eləcə də şahid ifadələri də öz təsdiqini tapmışdır. Göründüyü kimi, X3 3 vərəsəsi olmuşdur-oğulları İddiaçı, Cavabdeh1, qızı Nailə Rəhimova. Lakin qızı Nailə Rəhimova nə miras əmlakı faktiki qəbul etmiş, nə də atası öldüyü andan 6 ay müddətinə notariat orqanına mirası qəbul etmək barədə ərizə vermişdir. X23 öz izahatında da atasının sağlığında yay aylarında orada qaldıqlarını, daha sonra 1989-cu ildə ailə həyatı qurduğunu, orada daimi yaşamadığını bildirmişdir. Ona görə də məhkəmə hesab edir ki, Teymur Əliyevin oğulları İddiaçı və Cavabdeh1 onun əmlakı üzrə vərəsələridir. Belə ki, İddiaçı və Abbas Əliyev mərhum Teymur Əliyev vəfat etdikdən sonra miras əmlakı faktiki surətdə idarə etməyə başlamışlar. Ona görə də, Teymur Əliyevdən miras qalmış əmlakdan İddiaçı ½ hissədə , Cavabdeh1 ½ hissədə payı müəyyən edilməlidir. Həmçinin məhkəmə mübahisəli əmlakın hazırki mülkiyyətiçi Cavabdeh3 münasibətdə qeyd edir ki, Cavabdeh3 qeyd əmlakın alınması üçzrə vicdanlı əldə edən hesab edilmir. Belə ki, Cavabdeh3 ilə bağlı hüquq münasibətləri 2024-cü il tarixdə yarandığı üçün bu vəziyyətə xx.xx.2001-ci il tarixdə qüvvəyə minmiş Mülki Məcəllə tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Bu Məcəllənin 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Həmin Məcəllənin 182.1-ci maddəsinə əsasən əşyanı özgəninkiləşdirənin onun mülkiyyətçisi olmadığı, lakin bu fakt barədə vicdanlı əldə edən olduğu hallarda da əldə edən əşyanın mülkiyyətçisi olur. Əgər əldə edən özgəninkiləşdirənin mülkiyyətçi olmadığını bilirmişsə və ya bilməli idisə, vicdanlı əldə edən sayılmır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasında mülkiyyət hüququ müxtəlif üsullar, o cümlədən əqd (müqavilə) üzrə əldə edilir. Dövlət yalnız qanunvericiliklə müəyyən olunmuş qaydada və hallarda daşınar və daşınmaz əmlak üzərində əldə edilmiş mülkiyyət hüquqlarının tanınmasına təminat verir. Mühasiəli əşya üzərində qanuni əsaslarla yaranmış əmlak hüquqları mülkiyyətçi ilə yanaşı digər şəxslərlə də mənsub olduqda mülkiyyət hüquqlarının dövlət müdafiəsinə verilmiş konstitutsiya təminatı həmin şəxslərin əmlak hüquqlarına da şamil olunur. Bu cür əmlak hüquqları sırasına vicdanlı əldə edənin hüquqları da aiddir. S.N.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 27 oktyabr 2004-cü il tarixli plenum qərarında göstərilmişdir ki, “Qeyd olunmalıdır ki, əmlakı başqa şəxslərdən əldə edən hər bir alıcıda əqdin legitimsizliyi barədə şübhə yaranmadıqda, o vicdanlı alıcı qismində qəbul olunur. Bundan başqa, əldə olunmuş əmlaka üçüncü şəxslərin mümkün iddialarından xəbəri olmadığı hallarda da alıcı vicdanlı hesab edilir. Həmçinin vurğulanmalıdır ki, mülkiyyət hüququna dair dövlət reyestrindəki yazının qanuniliyinin yoxlanılmasından sonra deyil, məhz həmin yazının mövcudluğu faktına əsasən vicdanlı alıcı əmlakın mülkiyyətçisi kimi tanınır. Gələcəkdə əqdin bağlanması anında ona mane olan hər hansı halların müəyyən olunması isə vicdanlı alıcının əmlak hüquqlarının pozulması səbəbini təşkil etməməlidir. Yuxarıdakıları göstərməklə, Konstitusiya Məhkəməsinin Plenumu xüsusi qeyd edir ki, əqdlərin etibarsızlığı ilə bağlı mübahisələrin həllində həm mülkiyyət hüququ müdafiə olunmalı, həm də vicdanlı alıcıların əmlak hüquqları təmin olunmalıdır. Belə hüquqi mövqenin tutulması mülki dövriyyə sabitliyinin, onun iştirakçılarının hüquqlarının və qanuni mənafelərinin qorunması məqsədlərinə nail olmaq, habelə Mülki Məcəllənin 6-cı maddəsində öz əksini tapmış mülki qanunvericiliyin prinsiplərinə əməl etmək üçün şərait yaradır”. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 11.1-ci maddəsinə əsasən mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası). Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına, məhkəmələrə tövsiyə olunan hüquqi mövqeyə əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, İddiaçı birinci növ vərəsəsi olduğundan, lakin miras əmlakının bölgüsü zamanı payı nəzərə alınmadığından qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla verildiyindən onun etibarsızlığı barədə tələb əsaslıdır. Azərbaycan Respunlikası Mülki Məcəlləsinin 182-ci maddəsinə əsasən əşyanı özgəninkiləşdirənin onun mülkiyyətçisi olmadığı, lakin bu fakt barədə vicdanlı əldə edən olduğu hallarda da əldə edən əşyanın mülkiyyətçisi olur Əşyanı əldə edənlər vicdanlı və vicdansız əldə edənlər kimi fərqləndirilirlər. Əşyanı əldə edərkən onu özgəninkiləşdirənin həmin əşyanın mülkiyyətçisi olmadığını bilməyən və bilməli olmayan şəxs əşyanı vicdanlı əldə edən sayılır. Bir qayda olaraq vicdanlı əldə edənlərdən əşya tələb edilə bilməz. Lakin bu ümumi qaydadan belə bir istisna vardır ki, əşya əvəzsiz əldə edildikdə, eləcə də bu əşya qanuni mülkiyyətçisi tərəfindən itirilmişsə, ondan oğurlanmışsa və ya onun sahibliyindən çıxmışsa, onu əldə edən bunu bilməmiş olsa da vicdanlı əldə edən sayılır. Bu halda mülkiyyətçi həmin əmlakı əldə edəndən geri tələb edə bilər. Nəzərə almaq lazımdır ki, vicdanlılıq faktı əşya əldə edənə verilənə qədər olmalıdır. Konstitusiya Məhkəməsi Plenumunun qərarlarında da formalaşdırdığı hüquqi mövqeyə görə, Azərbaycan Respublikasının qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” 2010-cu il 25 oktyabr tarixli Qərarı). . “T.Mənsurovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 4 oktyabr 2010-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 05 dekabr 2011-ci il tarixli Qərarında Azərbayçan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, əşya hüquqlarının müdafiəsi vasitələrindən biri də mübahisəli əmlaka dair bağlanmış əqdin etibarsız hesab edilməsi və onun nəticələrinin tətbiq olunmasıdır. Mülki Məcəllənin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Əqd etibarsız olduqda isə tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir (Mülki Məcəllənin 337.5-ci maddəsi). Göründüyü kimi, həmin maddənin müddəaları əqdin etibarsızlığı zamanı tərəflərin ilkin vəziyyətə qaytarılmasını, o cümlədən alıcının ödədiyi məbləğin ona qaytarılmasını ehtiva edir Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 24 noyabr 2005-ci il tarixli qərarında göstərilir ki, əqd məhkəmə tərəfindən ləğv edildikdə və ya etibarsız hesab edildikdə qətnamənin nəticə hissəsində əqdin iştirakçılarının əqd üzrə aldıqlarını eyni vaxtda geri qaytarmalı olmaları və yaxud qətnamənin hər iki tərəf üçün eyni vaxtda icra edilməli olması göstərilməlidir. Tərəflərin əvvəlki vəziyyətə qaytarılması üçüncü şəxslərin hərəkətləri ilə əlaqədar olduqda qətnamədə bu məsələ də həll edilməlidir. (6.10 bəndi) Odur ki, mübahisəli əmlakın hal-hazırki mülkiyyətçisi Cavabdeh1 arvadıdır. Bu hal da onun bütün qeyd olunan hallardan məlumatlı olduğunu, əmlakın özgəninkiləşdirilməsi üçün formal olaraq onun mülkiyyətinə keçirildiyi qənaətinə əsas verir. Həmçinin torpaq sahəsi bağışlama müqavilələri əsasında əvəzsiz özgəninkiləşdirildiyinə görə, hədiyyə alan şəxsin vicdanlılığı istisna olunur. Hüquq normalarının birbaşa tətbiqi ilə məşğul olan məhkəmələr hüquq münasibətlərinin subyektləri arasındakı mübahisələri ədalətli şəkildə tənzimlədikdə məhkəməyə və hüquq sisteminə olan etimad artır, əks halda, inamsızlıq, hüquqi nihilizmin geniş vüsət almasına səbəb olmaqla hüquqi dəyərlərin aşınması ilə nəticələnir. Məhkəmə sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh1 Bakı şəhəri 18 saylı Notariat Ofisi tərəfindən verilmiş 2V-305 reyestrli xx.xx.2023-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız hesab edilsin və həmin qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi ƏMDX yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən Cavabdeh1 adına Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində aparılmış xx.xx.2023-cü il tarixli ********** nömrəli qeydiyyat ləğv ediməli, Cavabdeh1Teymur oğlu ilə Cavabdeh3 arasında xx.xx.2024-cü il tarixdə bağlanmış daşınmaz əmlakın bağışlanması müqaviləsi etibarsız hesab edilməli və həmin daşınmaz əmlakın bağışlanması müqaviləsi əsasında Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi ƏMDX yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən Cavabdeh3 adına Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində aparılmış xx.xx.2024-cü il tarixli ********** nömrəli qeydiyyat və əsasında Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi ƏMDX yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən Cavabdeh1 adına Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində aparılmış xx.xx.2024-cü il tarixli ********** nömrəli qeydiyyat ləğv ediməli, Cavabdeh1 ilə Cavabdeh3 arasında xx.xx.2024-cü il tarixdə bağlanmış daşınmaz əmlakın bağışlanması müqaviləsi etibarsız hesab edilməli və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi ƏMDX yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən Cavabdeh3 adına Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində aparılmış xx.xx.2024-cü il tarixli ********** nömrəli qeydiyyat ləğv edilməli,ƏMDK yanında DƏDRX tərəfindən X3 adına verilmiş xx.xx.2022-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən ünvan 6 ünvanında yerləşən ümumi sahəsi 0,10 ha olan torpaq sahəsi üzrə ½ hissədə İddiaçı, ½ hissədə Cavabdeh1 payı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 119-cu maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh1 Bakı şəhəri 18 saylı Notariat Ofisi tərəfindən verilmiş 2V-305 reyestrli xx.xx.2023-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız hesab edilsin və həmin qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi ƏMDX yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən Cavabdeh1 adına Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində aparılmış xx.xx.2023-cü il tarixli ********** nömrəli qeydiyyat ləğv edilsin. Cavabdeh1Teymur oğlu ilə Cavabdeh3 arasında xx.xx.2024-cü il tarixdə bağlanmış daşınmaz əmlakın bağışlanması müqaviləsi etibarsız hesab edilsin və həmin daşınmaz əmlakın bağışlanması müqaviləsi əsasında Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi ƏMDX yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən Cavabdeh3 adına Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində aparılmış xx.xx.2024-cü il tarixli ********** nömrəli qeydiyyat və əsasında Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi ƏMDX yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən Cavabdeh1 adına Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində aparılmış xx.xx.2024-cü il tarixli ********** nömrəli qeydiyyat ləğv edilsin. Cavabdeh1 ilə Cavabdeh3 arasında xx.xx.2024-cü il tarixdə bağlanmış daşınmaz əmlakın bağışlanması müqaviləsi etibarsız hesab edilsin və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi ƏMDX yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən Cavabdeh3 adına Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində aparılmış xx.xx.2024-cü il tarixli ********** nömrəli qeydiyyat ləğv edilsin. ƏMDK yanında DƏDRX tərəfindən X3 adına verilmiş xx.xx.2022-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən ünvan 6 ünvanında yerləşən ümumi sahəsi 0,10 ha olan torpaq sahəsi üzrə ½ hissədə İddiaçı, ½ hissədə Cavabdeh1 payı müəyyən edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal rayon Məhkəməsi vasitəsilə (Azərbaycan Respublikası MPM-in 10-1.3-cü maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Gülnar Babazadə
Məhkəmə qərarları › İş №e-2(004)-561/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-561/2025
03.03.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver