Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-563/2025 11.02.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Oruclu Aydan Adəm qızının sədrliyi, Məhkəmə iclasının katibi Şəfiyev Rəhman İntizar oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “kommunal xidmət haqqı borcunun ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “kommunal xidmət haqqı borcunun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 421 (dörd yüz iyirmi bir) manat ödənilməmiş kommunal haqlarının və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun tutularaq İddiaçı MMMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ünvan 1 saylı binanın sakinlərinin xx.xx.2022-ci il tarixli və xx.xx.2022-ci il tarixli qərarları əsasında yaradılmış və xx.xx.2022ciil tarixli 11**-MM-*** saylı qeyri-kommersiya hüquqi şəxsinin dövlət qeydiyyatı haqqında şəhadətnaməyə əsasən dövlət qeydiyyatına alınmışdır. İddiaçının nizamnaməsinin 2.1-ci bəndinə görə cəmiyyətin yaradılmasının əsas məqsədi yaşayış binasını birgə idarə etmək, binanın ümumi əmlakının istismarını, ona sahibliyi, ondan istifadəni və qanunvericilikdə müəyyən edilmiş hədlərdə barəsində sərəncam verilməsini tələb etməkdən, bu nizamnamədə nəzərdə tutulmuş məqsədlərinin yerinə yetirilməsi üçün fəaliyyət növlərini həyata keçirməkdən ibarətdir. Nizamnamənin 2.2-ci bəndinə görə bu məqsədlərə çatmaq üçün iddiaçı yaşayış binasının cəmiyyət iştirakçılarının ümumi istifadəsində olan daxili və xarici kommunal xidmətləri təchizatı xərclərinin və digər qurğu və avadanlıqlarının təmiri və lazım gələrsə bərpa edilərək işlək vəziyyətdə saxlanılması, yaşayış binasının binadaxili istilik və elektrik enerjisi, təbii qaz, lift, məişət tullantıları və kanalizasiya xidmətləri təchizatı qurğuları və xərclərinin təmir və ya bərpa olunması, onların işlək vəziyyətdə saxlanılması, yaşayış binasının daxili və xarici divarlarının, zirzəmi və damlarının, həmçinin giriş bloklarının təmir olunması və işıqlandırılması, yaşayış binasının sərəncamında olan onun həyətyanı sahəsinin abadlaşdırılması, istirahət və uşaqlar üçün əyləncə qurğularının quraşdırılması, həyətyanı sahənin yaşıllaşdırılması, yaşayış binasının sakinlərinin rifahının yaxşılaşdırılmasına yönələn digər tədbirlərin həyata keçirilməsi və belə tədbirlərin görülməsi üçün müqavilə əsasında özəl operatorun və ya hər-hansı podratçının cəlb edilməsi, yaşayış binasının sakinlərinin ümumi maraqlarına cavab verən və mövcud qanunvericiliklə qadağan olunmayan digər xidmətlərin göstərilməsi, işlərin görülməsi və fəaliyyət növlərinin həyata keçirilməsini həyata keçirir. Nizamnamənin 3.3-cü bəndinə görə isə çoxmənzilli binanın sahə mülkiyyətçiləri ümumi xərclərdə iştirak üzrə öz vəzifələrini yerinə yetirmədikdə, mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin mütləq ödəniş və haqların əvəzinin məcburi ödənilməsini məhkəmə qaydasında tələb etmək hüququ vardır. Cavabdeh həmin binanın 27 saylı mənzilinin mülkiyyətçisidir və çoxmənzilli binanın sahə mülkiyyətçisi olaraq öz üzərinə düşən öhdəliklərə əməl etməyərək 2024-cü ilin yanvar ayından 2024-cü ilin noyabr ayınadək kommunal haqqı ödəməkdən yayınmışdır. Halhazırda cavabdehin kommunal haqlara görə 421 (dörd yüz iyirmi bir) manat ödənilməmiş borcu qalmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasında iştirak etməmiş, iddiaçının nümayəndəsi Nümayəndə elektron kabinet vasitəsilə məhkəməyə ərizə verərək, xx.xx.2025-ci il tarixə, saat 14:15-ə təyin edilmiş məhkəmə iclasının iştirakı olmadan, təqdim etdikləri sübutlar əsasında iddialarının təmin olunması barəsində qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək, əvvəllər ödənişləri vaxtı-vaxtında etdiyini, lakin 2024-cü ilin yanvar ayından etibarən heç bir ödəniş etmədiyini və ödəmək fikrinin də olmadığını bildirdi və iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. İş materiallarında olan 26 fevral 2022-ci il tarixli ünvan 1 ünvanında yerləşən binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağı 1-ci protokoluna əsasən 1. Təklif olunmuş MMMC-nin nizamnaməsi təsdiq olunması, 2. Yeni MMMC yaradılması, idarə heyəti təyin olunması və bina sakinlərinin müştərək mülkiyyətinin idarə olunması idarə heyətinə həvalə olunması, 3. Yaranmış MMMC Mirəli Seyidov 19a binasının müştərək mülkiyyətinin idarə edilməsi üzrə bütün vəsaitlər və əmlak "xxxx" MTK-dən hüquqi varisi olaraq təhvil alınması, 4. İdarə heyətinin tərkibinin aşağıdakı kimi təsdiq olunması: 1.X1, 2. X3, 3.X4, 4.Nümayəndə, 5.X5. Nümayəndə idarə heyətinin sədri seçilməklə "xxxx" MMMC-nin Ədliyyə Nazirliyində qeydiyyatdan keçirilməsi üçün müraciət ərizənin verilməsi üçün səlahiyyət verilməsi, 5. Təftiş komissiyasının aşağıdakı tərkibdə təsdiq olunması: 1. X2, 2. X6, 6. "xxxx" MMMC-nə ünvan 2 ünvanının verilməsi qərara alınmışdır. Aşağıdakı işlərin icrası üçün idarə heyəti tərəfindən qısa və uzun müddətli plan təmin olunmalı və bu barədə bina sakinlərinə hesabat təqdim edilməli: aylıq ödənişlərinin toplanması, liftlərin qaldırıcı sistemlərinin təmir və istismarı, nasosların və su borularının sazlanması, su hovuzunun təmizlənməsi, domofon və giriş qapısının təmiri, qeyri-yaşayış sahəsinin MMMC-nə qoşulması və kommunal ödənişinin təmiri olunması, bina daxilinin və həyətinin işıqlandırılması, bina daxilinin və həyətinin abadlaşdırması, giriş qapısında parndusun standarta uyğun təmiri, qaraj və bina zirzəmisinin təmiri və abadlaşdırılması, sair tələb olunan işlərin görülməsi. 8.Binanın aşağı mərtəbəsində yerləşən kommersiya fəaliyyəti göstərən obyektlərdən tutulan kommunal ödənişi belə obyektlər qeyri-əhali olduğu üçün fərqli tarif ilə müəyyənləşdirilə bilər. 9. MMMC üzvləri (sakinlər) arasında rəsmi kommunikasiya, həmçinin səsvermə, sakinlərin təqdim etdiyi mobil nömrələrində qeydiyyata alınmış "Whatsapp” və "Telegram” mobil tətbiqləri üzərindən, həmçinin şəxsi email vasitəsi ilə, və ya qiyabi şəkildə (səsli telefon zəngi üzərindən) aparıla bilər. 10.MMMC-nin fəaliyyətinin və bina infrastrukturunun idarə olunması üçün tələb olunan vəsaitlərin yığılması məqsədi ilə mənzillərin ümumi sahələrinin hər kvadrat metrə görə kommunal xərci 35 qəpik təyin olunur. Hesablama “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışlar”-da qeyd olunan ümumi sahə üzrə aparılacaq. xx.xx.2022-ci il tarixli Protokol № 1-də alınan qərarları bina sakinləri öz imzaları ilə təsdiq etmişlər. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən ünvan 3 ünvanında yerləşən mənzil xüsusi mülkiyyət kimi Cavabdeh adına xx.xx.2011-ci il tarixdə qeydiyyata alınmışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli "xxxx" mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinin ümumi yığıncağının qərarına əsasən "xxxx" mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinin adının “Yasamal-60” mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinə dəyişdirilməsi qərara alınmışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli “Yasamal-60” mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinin ümumi yığıncağının qərarına əsasən “Yasamal-60” mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinin adının İddiaçınə dəyişdirilməsi qərara alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi qeyrikommersiya hüquqi şəxsinin dövlət qeydiyyatı haqqında 11**-MM-*** qeydiyyat nömrəli şəhadətnaməyə əsasən İddiaçı mənzil mülkiyətçilərinin müştərək cəmiyyəti 23 avqust 2022-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi qeyrikommersiya qurumlarının dövlət reyestrindən xx.xx.2022-ci il tarixdə verilmiş 03/3618/2-14 nömrəli çıxarışa əsasən İddiaçı mənzil mülkiyətçilərinin müştərək cəmiyyəti xx.xx.2022-ci il tarixdə qeydiyyata alınmışdır, fəaliyyət ərazisi ünvan 1-dır, qanuni təmsilçisi Nümayəndədur. İş materiallarında olan İddiaçı MMMC tərəfindən Cavabdeh ünvanlanmış bildirişə əsasən ünvan 5 mülkiyyətçilərinin ümumi yığıncağının qərarına əsasən çoxmənzilli binanın ümumi əmlakının istismarını, ona sahibliyi, ondan istifadəni və qanunvericiliklə müəyyənləşdirilmiş hədlərdə barəsində sərəncam verilməsini təmin etmək məqsədi ilə İddiaçı yaradılmış və dövlət qeydiyyatından keçmişdir. 27 saylı mənzilin mülkiyyətçisi olaraq 23 avqust 2022-ci il tarixdən etibarən "xxxx" MMMC-nin üzvü və qanunvericiliyin tələbinə əsasən çoxmənzilli binanın idarə edilməsi, ümumi əmlakının saxlanması, cari və əsaslı təmiri üzrə xidmət və işlərə görə ödənilən haqqın daxil olduğu yaşayış sahəsinin saxlanması və kommunal xidmətlərə görə haqq (bundan sonra kommunal haqq) ödəmək vəzifəsi olduğu bildirilmişdir. "xxxx" MMMC-yə 9 (doqquz) ay üzrə cəmi 421,00 manat (dörd yüz iyirmi bir manat) kommunal haqlara gorə borc yaranmışdır. Bütün bunları nəzərə alaraq, 421,00 AZN (dörd yuz iyirmi bir manat) borc məbləğini 5 (beş) gün ərzində ödəmək xahiş olunmuşdur. Bundan əlavə, kommunal xidmətlərin göstərilməsi ilə bağlı İddiaçı MMMC müqavilə imzalamaqdan ötrü yaxınlaşmağı xahiş edilmiş və müqaviləni imzalamaqdan imtina etməyin kommunal haqları ödəmək vəzifəsindən azad etmədiyi bildirilmişdir. İş materiallarında olan İddiaçı MMMC-nin ünvan 1 nömrəli binanın 27 saylı mənzili üzrə maliyyə arayışına əsasən Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi 19A nömrəli binanın ümumi sahəsi 133.6kv m təşkil edən 27 saylı mənzilin 23 avqust 2022-ci il tarixli İddiaçı MMMC-nin Nizamnaməsinə əsasən aylıq kommunal ödənişi kvadrat metrəsinə görə 0.35AZN hesablanaraq 46.8 AZN təşkil edir. 2024-cü ilin yanvar ayından 2024-cü ilin noyabr ayınadək 11 ay kommunal ödənişləri üzrə 514 (beş yüz on dörd) AZN borc yaranmışdır. Məhkəmə cavabdehin izahatını dinləyib, təqdim edilmiş sübutları araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin: 6.0.10-cu maddəsinə əsasən mənzil qanunvericiliyi kommunal xidmətlərin göstərilməsi ilə bağlı münasibətləri tənzimləyir. 6.0.11-ci maddəsinə əsasən mənzil qanunvericiliyi yaşayış sahəsinə və kommunal xidmətlərə görə xidmət haqlarının müəyyən edilməsi və ödənilməsi ilə bağlı münasibətləri tənzimləyir. 29.3-cü maddəsinə əsasən qanunla və ya müqavilə ilə başqa hal nəzərdə tutulmayıbsa, yaşayış sahəsinin mülkiyyətçisi yaşayış sahəsinin və əgər həmin sahə mənzildirsə, müvafiq yaşayış binasının tərkib hissəsinin mülkiyyətçilərinin ümumi əmlakının saxlanması yükünü daşıyır, kommunal mənzildə otaq mülkiyyətçisi isə əlavə olaraq həmin mənzilin otaq mülkiyyətçilərinin ümumi əmlakının saxlanması yükünü daşıyır. 38.1-ci maddəsinə əsasən çoxmənzilli binanın ümumi əmlakının saxlanması üzrə xərclər binanın sahə mülkiyyətçilərinin hesabına ödənilir. 45.5-ci maddəsinə əsasən çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının onun səlahiyyətlərinə aid edilmiş məsələlər üzrə bu Məcəllə ilə müəyyən edilmiş qaydada qəbul etdiyi qərarların icrası həmin binada bütün sahə mülkiyyətçiləri, o cümlədən, səsvermədə iştirak etməyən mülkiyyətçilər üçün məcburidir. 119.1-ci maddəsinə əsasən çoxmənzilli binada daşınmaz əmlak kompleksini birgə idarə etmək, çoxmənzilli binanın ümumi əmlakının istismarını, ona sahibliyi, ondan istifadəni və qanunvericiliklə müəyyənləşdirilmiş hədlərdə barəsində sərəncam verilməsini təmin etmək məqsədi ilə çoxmənzilli binanın sahə mülkiyyətçilərinin könüllü birliyi mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti hesab edilir. 122.3-cü maddəsinə əsasən çoxmənzilli binanın sahə mülkiyyətçiləri ümumi xərclərdə iştirak üzrə öz vəzifələrini yerinə yetirmədikdə, mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin mütləq ödəniş və haqların əvəzinin məcburi ödənilməsini məhkəmə qaydasında tələb etmək hüququ vardır. 135.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər, həmçinin belə xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyələr və digər təşkilatlar yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməyə borcludurlar. 136.2-ci maddəsinə əsasən çoxmənzilli binanın yaşayış sahəsinin mülkiyyətçisinin yaşayış sahəsinə və kommunal xidmətlərə görə ödədiyi haqq aşağıdakılardan ibarətdir: 136.2.1. çoxmənzilli binanın idarə edilməsi, ümumi əmlakının saxlanması, cari və əsaslı təmiri üzrə xidmət və işlərə görə ödənilən haqqın daxil olduğu yaşayış sahəsinin saxlanması və təmirinə görə haqq; 136.2.2. kommunal xidmətlərə görə haqq. 137.1-ci maddəsinə əsasən çoxmənzilli binanın idarəetmə müqaviləsində başqa müddət nəzərdə tutulmayıbsa, yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqq hər ay üçün həmin aydan sonra gələn ayın beşinədək təqdim edilmiş ödəniş sənədləri əsasında həmin aydan sonra gələn ayın on beşinədək ödənilir. 137.6-cı maddəsinə əsasən mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin və ya mənzil-tikinti kooperativinin və ya digər ixtisaslaşmış istehlak kooperativinin yaradılmadığı halda, idarəedici təşkilat tərəfindən idarə olunan çoxmənzilli binanın sahə mülkiyyətçiləri yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqları həmin idarəedici təşkilata ödəyirlər. 137.7-ci maddəsinə əsasən bilavasitə mülkiyyətçilər tərəfindən idarə olunan çoxmənzilli binanın yaşayış sahələrinin mülkiyyətçiləri yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqları müvafiq fəaliyyət növlərini həyata keçirən şəxslərlə bağlanılan müqavilələrə uyğun olaraq ödəyirlər. 137.8-ci maddəsinə əsasən yaşayış evlərinin mülkiyyətçiləri həmin evlərin saxlanması və təmiri üzrə xidmət və işlərin xərclərini çəkir, müvafiq fəaliyyət növlərini həyata keçirən şəxslərlə bağlanılan müqavilələrə uyğun olaraq kommunal xidmətlərə görə haqq ödəyirlər. 137.9-cu maddəsinə əsasən çoxmənzilli binanın sahə mülkiyyətçiləri həmin sahələrin saxlanması və təmiri üzrə xidmət və işlərin xərclərini müvafiq fəaliyyət növlərini həyata keçirən şəxslərlə bağlanılan müqavilələrə uyğun olaraq çəkirlər. 139.1-ci maddəsinə əsasən kommunal xidmətlərə görə haqqın miqdarı qanunvericiliyə əsasən müəyyənləşdirilmiş tariflər əsasında müvafiq fəaliyyət növünü həyata keçirən şəxslərlə bağlanan müqavilələrdə müəyyən edilir. 139.2-ci maddəsinə əsasən yaşayış sahəsinə mülkiyyət formasının, yaşayış sahəsindən istifadə əsaslarının dəyişməsi, mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin və ya mənziltikinti kooperativinin və ya digər ixtisaslaşmış istehlak kooperativinin yaradılması və ləğv edilməsi kommunal xidmətlərə görə haqqın miqdarının dəyişdirilməsinə əsas deyildir. 140.1-ci maddəsinə əsasən çoxmənzilli binanın sahə mülkiyyətçisi ona məxsus olan sahənin saxlanması xərclərini çəkməyə, habelə yaşayış sahəsinin saxlanması və təmirinə görə haqq ödəmək yolu ilə çoxmənzilli binanın ümumi əmlakının saxlanmasına çəkilən xərclərdə onun həmin əmlaka ümumi mülkiyyət hüququnda payına mütənasib olaraq iştirak etməyə borcludur. 141.2-ci maddəsinə əsasən çoxmənzilli binanın sahə mülkiyyətçiləri binanın aşağıdakı idarə edilməsi üsullarından birini seçməyə borcludur: 141.2.1. binanın sahə mülkiyyətçiləri tərəfindən bilavasitə idarə edilmə; 141.2.2. mənzil mülkiyyətçiləri müştərək cəmiyyəti və ya ixtisaslaşmış istehlak kooperativi tərəfindən idarə edilmə; 141.2.3. idarəedici təşkilat tərəfindən idarə edilmə. 141.3-ci maddəsinə əsasən çoxmənzilli binanın idarə edilməsi üsulu binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağında seçilir və istənilən vaxt onun qərarı əsasında seçilə və ya dəyişdirilə bilər. İdarəetmə üsulunun seçilməsi barədə ümumi yığıncağın qərarı binanın bütün sahə mülkiyyətçiləri üçün məcburidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin “V.Ələsgərovanm şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 27 aprel 2015-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 29 dekabr 2015-ci il tarixli qərarına əsasən çoxmənzilli binanın idarə edilməsi səlahiyyəti binanın sahə mülkiyyətçiləri tərəfindən bilavasitə və ya mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti vasitəsilə həyata keçirilir. Çoxmənzilli binaların sahə mülkiyyətçisinin mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin üzvü olmaması onları ümumi əmlakın saxlanması və təmiri üzrə xərclərin və kommunal xidmətlərin ödənilməsindən azad etmir. Özəl mülkiyyətdə olan çoxmənzilli binalarda mənzillərin mülkiyyətçiləri kommunal xidmətin təşkilində sərbəstdirlər və istədikləri təşkilatla müqavilə bağlamaqda azaddırlar. İcrası məcburi olan qərarlar, yalnız çoxmənzilli binanın sahə mülkiyyətçiləri tərəfindən Mənzil Məcəlləsində (126.9 və 44-47-ci maddələr) nəzərdə tutulan qaydada qərar qəbul edilməsi nəticəsində yarana bilər. Bu xüsusilə kommunal xidmət haqqının müəyyən edilməsinə aiddir. Binanın idarə edilməsi ilə bağlı tam səlahiyyət sahə mülkiyyətçilərinə məxsusdur və binanın idarə edilməsi üsulu mülkiyyətçilərin ümumi yığıncağının qərarı əsasında dəyişdirilə bilər. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, ünvan 5 mülkiyyətçilərinin xx.xx.2022-ci il tarixdə keçirilmiş ümumi yığıncağında İddiaçı yaradılması, MMMC-nin nizamnaməsinin təsdiq edilməsi, idarə heyətinin yaradılması, Mirəli Seyidov küçəsi 19A binasının müştərək mülkiyyətinin idarə edilməsinin idarə heyətinə həvalə edilməsi, MMMC-nin fəaliyyətinin və bina infrastrukturunun idarə olunması üçün tələb olunan vəsaitlərin yığılması məqsədi ilə mənzillərin ümumi sahələrinin hər kvadrat metrə görə kommunal xərcinin 35 qəpik təyin olunması qərara alınmış və alınan qərarları bina sakinləri öz imzaları ilə təsdiq etmişlər. İddiaçı 23 avqust 2022-ci il tarixdə dövlət qeydiyyatından keçmişdir. ünvan 6 ünvanında yerləşən ümumi sahəsi 133.6kv m olan 27 saylı mənzilin mülkiyyətçisi Cavabdeh 2024-cü ilin yanvar ayından kommunal ödənişləri həyata keçirməmiş və 9 ay üzrə 421 manat (0.35*133.6*9) borcu yaranmışdır. Hazırda iddiaçı "xxxx" MMMC kommunal xidmət haqqı olaraq hesablanmış 421 manat pul vəsaitinin Cavabdeh tutularaq ona ödənilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh yanvar ayından "xxxx" MMMC-yə kommunal xidmətlərə görə ödəniş etmədiyini bildirmişdir. Məhkəmə təqdim edilmiş sübutlara və yuxarıda sadalanan qanunvericilik normalarına əsaslanaraq hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir. Məhkəmə iddiaçının ödənilmiş dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi tələbinə münasibətdə qeyd edir ki, iddia təmin edildiyindən iş üzrə ödənilmiş 30 manat məbləğində dövlət rüsumu cavabdehə aid edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə işin faktiki hallarını nəzərə alıb, qanunvericiliyin yuxarıda sadalanan normalarının tələblərinə əsaslanaraq hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 421 manat və dövlət rüsumu olaraq ödənilmiş 30 manat məbləğində pul tutularaq İddiaçı MMMC-yə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 421 (dörd yüz iyirmi bir) manat və dövlət rüsumu olaraq ödənilmiş 30 (otuz) manat məbləğində pul tutularaq İddiaçı MMMC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Aydan Oruclu
Məhkəmə qərarları › İş №e-2(004)-563/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-563/2025
11.02.2025 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver