Məhkəmə qərarları › İş №e-2(004)-564/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-564/2024

24.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-564/2024 24.05.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Fariz Ariz oğlunun sədrliyi, İmanzadə Ziya Yadigar oğlunun katibliyi, İlkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh , Qarşılıqlı iddia üzrə iddiaçı ilkin iddia üzrə Cavabdeh MMC-nin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İlkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh Cavabdeh MMC-yə qarşı “müqavilə üzrə 8000 (səkkiz min) manat pulun ödənilməsi” tələbi, qarşılıqlı iddia üzrə iddiaçı ilkin iddia üzrə Cavabdeh MMC-nin cavabdeh qarşı “3500 manat borc pulun geri qaytarılması” tələbinə dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İlkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh Cavabdeh MMC-yə qarşı “müqavilə öhdəliklərinin yerinə yetirilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbi, qarşılıqlı iddia üzrə iddiaçı ilkin iddia üzrə Cavabdeh MMC cavabdeh qarşı “3500 manat borc pulun geri qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İlkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh xx.xx.2024-cü il tarixdə iddia tələbini dəqiqləşdirərək tələbini “müqavilə üzrə 100000 (yüz min) manat pulun ödənilməsi” kimi müəyyənləşdirmişdir. İlkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh xx.xx.2024-cü il tarixdə iddia tələbini azaldaraq tələbini “müqavilə üzrə 8000 (səkkiz min) manat pulun ödənilməsi” kimi müəyyənləşdirmişdir. İlkin iddia tələbi onunla əsaslandırılmışdır ki, İran İslam Respublikası vətəndaşı ixtisasca aqronom olan ilə Cavabdeh MMC arasında Kürdəmir rayonunda yerləşən sahədə qarğıdalı əkininin həyata keçirilməsi barədə müqavilə bağlanmışdır. Həmin müqavilə üzrə qarğıdalı əkinini həyata keçirtmiş və yüksək məhsuldarlıq həyata keçirtmişdir. Lakin, Cavabdeh MMC əldə edilmiş məhsula münasibətdə müqavilə öhdəliklərini həyata keçirtməmiş, pul öhdəliklərini icra etməmişdir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh MMC-dən ümumilikdə 3500 manat borc almış, lakin geri qaytarmamışdır. Həmçinin, tərəflər arasında bağlanmış Kürdəmir rayonunda yerləşən sahədə qarğıdalı əkininin həyata keçirilməsi barədə müqavilə üzrə öhdəliklərini həyata keçirtməmiş, məhsula lazımi qulluq həyata keçirməmiş, müqavilə öhdəliklərini pozması nəticəsində zay məhsul əldə edilməklə əldə edilmiş qarğıdalı yararsız hesab edilərək yem qismində müvafiq müəssisəyə yəhvil verilmişdir. İlkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh məhkəmə iclasında iştirak edərək ilkin iddia tələbinin təmin edilməsini, qarşılıqlı iddianın təmin edilməməsini xahiş etmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı ilkin iddia üzrə Cavabdeh MMC-nin nümayəndəsi Nümayəndə2 məhkəmə iclasında iştirak edərək qarşılıqlı iddia tələbinin təmin edilməsini, ilkin iddianın təmin edilməməsini xahiş etmişdir. İş materiallarına birinci tərəf Cavabdeh MMC ilə ikinci tərəf arasında Kürdəmir rayonu Ərəbqurbanlı massivində yerləşən 200 ha torpaq sahəsində qarğıdalı əkininin həyata keçirilməsinə dair xx.xx.2020-ci il tarixli 358 nömrəli müqavilə əlavə edilmişdir. Həmin müqavilənin 2.3-cü bəndinə əsasən görülən işlər sərf olunmuş maddi dəyərlilər üzrə çəkilmiş bütün xərclər və işlərin keyfiyyəti ayda 1 dəfə, növbəti ayın 10-dan gec olmayaraq hər iki tərəfin imzası ilə təsdiq olunmuş normativ hüquqi sənədlər ( qaimə, akt, üzləşdirmə aktı və s.) əsasında müəyyən edilir. Həmin müqavilənin 2.4-cü bəndinə əsasən ikinci tərəf əkilən torpaq sahələri barədə ortaya çıxa biləcək bütün mübahisələr və anormallıqlarla yanaşı sahələrin tam nəzarətinə birbaşa cavabdehlik daşıyır. Həmin müqavilənin 2.5-ci bəndinə əsasən istifadə ediləcək toxum, xammal və digər materialların növünü və miqdarını ikinci tərəf müəyyən edir. Həmin müqavilənin 2.6, 2.7,2.9, 2.10, 2.11 və 2.12-ci bəndləri tərəflər arasındakı münasibətləri tənzimləyir (həmin şərtlər müqavilədə mövcud olduğundan məhkəmə təkrarən qətnaməyə köçürməyi zəruri hesab etmir). İş materiallarına Cavabdeh MMC tərəfindən mübahisə predmeti olan əkin sahəsinə lazımi qulluğun həyata keçirilməməsinə dair bir neçə şəxsin iştirakı ilə tərtib edilmiş xx.xx.2020-ci il tarixli, xx.xx.2020-ci il tarixli, xx.xx.2020-ci il tarixli aktlar əlavə edilmişdir. İş materiallarına əlavə edilmiş Cavabdeh MMC tərəfindən tərtib edilmiş xx.xx.2020ci il tarixli akta əsasən müəyyən edilir ki, mübahisə predmeti olan 107 ha əkin sahəsinin 13 ha hissəsi biçilmişdir, 1700 kq məhsul yığılmışdır, yığılan məhsulun nəmlik göstəricisi yuxarı olduğundan Balakən bölgəsinə Elşad MMC-yə göndərilmişdir. İş materiallarına əlavə edilmiş Cavabdeh MMC tərəfindən tərtib edilmiş xx.xx.2020ci il tarixli akta əsasən müəyyən edilir ki, mübahisə predmeti olan 107 ha əkin sahəsinin 11 ha hissəsi biçilmişdir, 11380 kq məhsul yığılmışdır, yığılan məhsulun nəmlik göstəricisi yuxarı olduğundan Balakən bölgəsinə Elşad MMC-yə göndərilmişdir. İş materiallarına əlavə edilmiş Cavabdeh MMC tərəfindən tərtib edilmiş xx.xx.2020ci il tarixli akta əsasən müəyyən edilir ki, mübahisə predmeti olan 107 ha əkin sahəsinin 27 ha hissəsi biçilmişdir, 3800 kq məhsul yığılmışdır, yığılan məhsulun nəmlik göstəricisi yuxarı olduğundan Balakən bölgəsinə Elşad MMC-yə göndərilmişdir. İş materiallarına əlavə edilmiş Cavabdeh MMC tərəfindən tərtib edilmiş xx.xx.2020ci il tarixli akta əsasən müəyyən edilir ki, mübahisə predmeti olan 48 ha əkin sahəsindən 62780 kq məhsul yığılmaqla Balakən bölgəsinə göndərilmiş, həmin biçimə görə fiziki şəxs X1 2150 manat pul ödənilmişdir. İş materiallarına əlavə edilmiş Cavabdeh MMC-nin xəzinə məxaric xərclərinə əsasən müəyyən edilir ki, tərəflər arasında bağlanmış müvafiq müqavilənin həyata keçirilməsi və icrası ilə bağlı Cavabdeh MMC tərəfindən 3500 manat ödəniş məsləhət əvəzi qismində və avans olaraq həyata keçirilmişdir. Məhkəmə hesab edir ki, ilkin iddia tələbi əsassızdır və təmin edilməməlidir. Tərəflər arasında yaranmış münasibətlər tapşırıq müqaviləsi münasibətləridir və mübahisənin qanuni əsası qismində birinci tərəf Cavabdeh MMC ilə ikinci tərəf arasında Kürdəmir rayonu Ərəbqurbanlı massivində yerləşən 200 ha torpaq sahəsində qarğıdalı əkininin həyata keçirilməsinə dair xx.xx.2020-ci il tarixli 358 nömrəli müqavilənin şərtləri və MM-in Tapşırıq müqaviləsi ilə bağlı normalarının (779.1-ci maddə) dispozitiv şərtləri çıxış edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 779.1-ci maddəsinə əsasən, vəkalət alan tapşırığı qəsdən və ya ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 779.2-ci maddəsinə əsasən, vəkalət alanın məsuliyyət daşıdığı vicdanlılıq dərəcəsi aşağıdakılar nəzərə alınmaqla tapşırığın növü ilə müəyyənləşdirilir: 779.2.1. peşə fəaliyyəti ilə bağlı risk və tapşırığın həyata keçirilməsi üçün zəruri olan xüsusi biliklər; 779.2.2. vəkalət verənin bildiyi və ya bilməli olduğu, vəkalət alanın qabiliyyəti və keyfiyyətləri. Həmin Məcəllənin 777.2-ci maddəsinə əsasən, tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Məhkəmə hesab edir ki, tərəflər arasındakı münasibətlər tapşırıq hüquq münasibətləridir. İlkin iddia tələbi üzrə 100000 (yüz min) manat öhdəliyin yaranmasının hüquq və faktiki əsasları iddiaçı tərəfindən sübut edilməmişdir. Bundan əlavə, iş materiallarında olan müvafiq yoxlama aktlarına əsasən müəyyən edilir ki, üzərinə düşən müqavilə öhdəliklərinə layiqincə əməl etməmiş, nəticədə müqavilə şərtlərini pozmuşdur. Bunun əksi, tərəfindən sübuta yetirilmir. Sonuncu tərəfindən məhkəməyə təqdim edilmiş əkin sahəsindən fotoşəkillərlə müqavilə öhdəliklərinə əməl edilməsi xüsusatı sübuta yetirilmir. Məhkəmə hesab edir ki, qarşılıqlı iddia tələbi əsassızdır və təmin edilməməlidir. MM-in 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. MM-in 741-ci maddəsinə əsasən, əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh MMC ümumilikdə 3500 manat pulu borc qismində verdiyini iddia etsə də, tərəflər arasında borc (kredit) münasibətlərinin yaranması müəyyən edilmir. Belə ki, Cavabdeh MMC tərəfindən tərtib edilmiş ödəniş qəbzlərinə əsasən həmin pul borc qismində alınması müəyyən edilmir. Əskinə, qəbzlərdə olan qeydlərə əsasən müvafiq vəsaitin məhz tərəflər arasında bağlanmış müqavilənin icrası çərçivəsində verilməsi qənaətinə gəlinir. Tərəflər arasında isə yuxarıda qeyd olunan müqavilə münasibətlərinin olması mülki işin mübahisəsiz halıdır. Cavabdeh MMC müvafiq müqavilənin vəzifəli şəxsi tərəfindən imzalansa da, hüquqi şəxsin möhürü ilə təsdiq edilməməsini, nəticədə müqavilənin forma şərtlərinə əməl edilməməsi nəticəsində bağlanmamış hesab edilməsini bildirsə də, məhkəmə müqavilənin etibarsız hesab edilməsi ilə bağlı xüsusi mövqenin bildirilməsini hüquqi əhəmiyyətli hesab etmir. Nəzərə alaq ki, tapşırıq müqaviləsi şifahi formada da bağlanıla bilər, yazılı formada bağlanmaması isə etobarsızlığına səbəb olmur. Həmçinin, tərəflər arasındakı öhdəlik münasibətlərinin məhz sözügedən yazılı müqavilənin şərtləri çərçivəsində razılaşdırılması mülki işin mübahisəsiz halıdır. Müqavilə üzrə tərəflərin öhdəliklərinə əməl edib-etməməsinin xüsusi həddlərinin müəyyən edilməsi istiqamətində tərəflər sübutetmə funskiyasını təmin edə bilməmişlər. Odur ki, öhdəliklərə nə dərəcədə əməl edilib-edilməməsi qeyri-müəyyəndirsə, tərəflərin bir-birinin qarşısındakı maddi öhdəliklərinin həddini dəqiq müəyyən etmək mümkün olmur. Nəticə olaraq, qarşılıqlı iddia üzrə ödənilmiş 3500 manat pul vəsaitinin müqavilə şərtləri çərçivəsində Cavabdeh MMC-yə geri qaytarılmasının hüquqi əsası mövcud deyildir. Məhkəmə nəzərə alır ki, sahədən müvafiq məhsul əldə edilmiş, lakin, razılaşdırılmış keyfiyyətdə məhsul alınmamışdır. Bunun da əsas səbəbi, ikinci tərəf müqavilə üzrə üzərinə düşən öhdəlikləri lazımi qaydada icra etməməsi olmuşdur. Məhkəmə iddiaya iddiaçının tələbi həcmində baxır. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyin prinsipləri rəhbər tutulmaqla məhkəmənin öz təşəbüsü ilə tərəflərdən (iddiaçı, cavabdeh, 3-cü şəxs, maraqlı şəxs və s.) hər hansı birinin xeyrinə və ya əleyhinə sübutlar toplaması yolverilməzdir. Nəzərə almaq lazımdır ki, mülki prosesdə məhkəmə arbitr rolunda çıxış etməklə yalnız tərəflərin təqdim etdiyi sübutlar əsasında qanuni və əsaslandırılmış qərar qəbul etməlidir. Məhkəmə iş materiallarına məcmu halında hüquqi qiymət verərək hesab edir ki, həm ilkin iddia tələbi, həm də qarşılıqlı iddia tələbi əsassızdır və təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 238, 227,358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İlkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh Cavabdeh MMC-yə qarşı “müqavilə üzrə 8000 (səkkiz min) manat pulun ödənilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qarşılıqlı iddia üzrə iddiaçı ilkin iddia üzrə Cavabdeh MMC-nin cavabdeh qarşı “3500 manat borc pulun geri qaytarılması” tələbinə dair iddiası təmin edilməsin. İddia tələbləri üzrə ödənilmiş dövlət rüsumları müvafiq olaraq iddiaçıların özlərinə dair edilsin. Qətnamə tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fariz Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar