Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(004)-564/2025 04.03.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Oruclu Aydan Adəm qızının sədrliyi, Məhkəmə iclasının katibi Şəfiyev Rəhman İntizar oğlunun katibliyi ilə, İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X2 qarşı “miras əmlakda payların bölünməsi və vərəsəlik şəhadətnaməsinin verilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmənin hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X2 qarşı “miras əmlakda payların bölünməsi və vərəsəlik şəhadətnaməsinin verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 1. Hüquqi sahibin tam adı: X7. Qeydiyyat nömrəsi:********** Daşınmaz əmlakın reyestr nömrəsi:**********06-10301 Torpaq sahəsi: 0.06 ha Ümumi sahəsi:274.70 kv.m Daşınmaz əmlakın növü:Fərdi yaşayış evi Daşınmaz əmlakın ünvanı: Azərbaycan Respublikası, Xaçmaz rayonu, Dalğalı qəsəbəsi,
2. Hüquqi sahibin tam adı: X7. Qeydiyyat nömrəsi:********** Daşınmaz əmlakın reyestr nömrəsi:**********06 Torpaq sahəsi: 0.06 ha Ümumi sahəsi:0.0856 ha Daşınmaz əmlakın növü:Yaşayış məntəqələrinin torpaqları Daşınmaz əmlakın ünvanı: Azərbaycan Respublikası, Xaçmaz rayonu, Dalğalı qəsəbəsi, 3.Hüquqi sahibin tam adı: X7. Qeydiyyat nömrəsi:OZG Daşınmaz əmlakın reyestr nömrəsi:**********48 Torpaq sahəsi: 0.098860 ha Ümumi sahəsi: 0.098860 ha Daşınmaz əmlakın növü:Sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar Daşınmaz əmlakın ünvanı: Bakı şəhəri, Binəqədi rayonu, Dərnəgül qəsəbə kəndi, 4.Hüquqi sahibin tam adı: X7. Qeydiyyat nömrəsi:********** Daşınmaz əmlakın reyestr nömrəsi:**********82-05301-093030 Torpaq sahəsi: Ümumi sahəsi: 197.38 kv.m Daşınmaz əmlakın növü:Mənzil Daşınmaz əmlakın ünvanı: ünvan 4 tam adı: X7. Qeydiyyat nömrəsi:********** Daşınmaz əmlakın reyestr nömrəsi:**********48- 12301 Torpaq sahəsi: 0.098860 ha Ümumi sahəsi: 495.10 kv.m Daşınmaz əmlakın növü:Əmlak kompleksi kimi müəssisə Daşınmaz əmlakın ünvanı: ünvan 5dı: X7. Qeydiyyat nömrəsi:********** Daşınmaz əmlakın reyestr nömrəsi:**********52-06301 Torpaq sahəsi: 0.0175 ha Ümumi sahəsi: 761.20 kv.m Daşınmaz əmlakın növü:Qeyri yaşayış binası. Daşınmaz əmlakın ünvanı: Bakı şəh., Nərimanov ray., X5, küç 78. (ST Klinika), 7.Hüquqi sahibin tam adı: X7. Qeydiyyat nömrəsi:********** Daşınmaz əmlakın reyestr nömrəsi:**********49 Torpaq sahəsi: 0.06 ha Ümumi sahəsi: 0.06 ha Daşınmaz əmlakın növü:Torpaq sahəsi Daşınmaz əmlakın ünvanı: Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 8.Hüquqi sahibin tam adı: X7. Azərbaycan Respublikası, Dövlət Tikinti və Arxitektura Komitəsi. Baş Dövlət Texniki İnventarlaşdırma, Mülkiyyət Hüquqlarının Qeydiyyatı və Şəhərsalma Kadastr İdarəsi tərəfindən verilmiş 16 avqust 2004- cü il tarixli, 02 reyestr kitabında, 42 səhifədə, 964 reyestr nömrəsi ilə qeydə alınmış, inventar işi № 38, 904 №-li Qeydiyyat vəsiqəsi. Daşınmaz əmlakın ünvanı: Şamaxı rauonu, Nağaraxana kəndi, 9.“DƏRNƏGÜL” MƏNZİL-TİKİNTİ KOOPERATİVİ VÖEN:********** Qanuni təmsilçi: Nəbiyev X1 və nizamnamə kapıtalında mayalarının miqdarı (əvvəlki və hazırki) İddiaçı3 -2 pay Cavabdeh1 -2pay X3 -2pay İddiaçı2 -2pay X7 -200002 pay 200002 manat X6 aid olan - 200002 manat 200002 pay vərəsələr arasında bölünməli, 10. Azərbaycan Beynəlxalq Bank ASC – də X6 aid pensiya hesabı ******************** saylı pensiya hesabı, 11. Hüquqi sahibin tam adı: Cavabdeh2. Qeydiyyat nömrəsi:********** Daşınmaz əmlakın reyestr nömrəsi:**********09-10301 Torpaq sahəsi: 0.11 ha Ümumi sahəsi:195.1 kv.m Daşınmaz əmlakın növü:Fərdi yaşayış evi Daşınmaz əmlakın ünvanı: Azərbaycan Respublikası, Xaçmaz rayonu, Dalğalı qəsəbəsi. Cavabdeh2 qeyd olunan əmlakı X7 ilə birgə nikah dövründə aldığından həmin əmlakın ½ hissəsi vərəsələr arasında bölünməli, 12. Bakı şəhəri, Binəqədi rayonu , M.Ə.Rəsulzadə qəsəbəsinin qərb hissəsində yerləşən 900 kv.m torpaq sahəsi və üzərində inşa olunmuş 3 mərtəbəli fərdi yaşayış evi, 13. Bakı şəhəri, Binəqədi rayonu , M.Ə.Rəsulzadə qəsəbəsinin qərb hissəsində yerləşən 500 kv.m torpaq sahəsi və üzərində inşa olunmuş 3 mərtəbəli fərdi yaşayış evi, 14. Bakı şəhəri, Xətai rayonu , A.Cəlilov ev 20 , mənzil 41 Cavabdeh2 adına xx.xx.2015 – ci ildə X7 ilə birgə nikah dövründə qeydiyyatdan keçdiyindən, həmin əmlakın ½ hissəsi vərəsələr arasında bölünməlidir, 15. Turanbank ASC-də (VÖEN **********) X4 təsis payı, 16.X4 Turanbank ASC-də AZ16TURA******************** SAYLİ cari hesabında olan 19682.49 (on doqquz min altı yüz səksən iki avro 49 sent) AVRO məbləği, 17.X4 Turanbank ASC-də AZ16TURA******************** SAYLİ cari hesabında olan 10500 (on min beş yüz) ABŞ dolları məbləği qeyd olunan miras əmlaklarda paylar bərabər şəkildə bölünməklə vərəsəlik şəhadətnaməsinin verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçıların nümayəndəsi və vəkili Nümayəndə1 elektron kabinet vasitəsilə məhkəməyə ərizə verərək, iddiaçılar İddiaçı3, İddiaçı2 və İddiaçı1 cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı Yasamal rayon Məhkəməsində iddia qaldıraraq iddiada qeyd olunan miras əmlaklarda payların bərabər şəkildə bölünməklə vərəsəlik şəhadətnaməsinin verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin geri qaytarılmasını və ərizənin baxılmamış saxlanılması barədə qərardad çıxarılmasını xahiş etmişlər. Məhkəmə ərizəni nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə əsasən bu Məcəllənin 254, 255, 261.0.1—261.0.3 və 261.0.6—261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Həmin Məcəllənin 170.3-cü maddəsinə əsasən Bu Məcəllənin 170.1-ci və 170.2-ci maddələrində göstərilən qaydada qəbul edilmiş qərardaddan şikayət verilə bilər. “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarının 2-ci bəndinə əsasən hazırlıq iclasında ərizənin qaytarılması barədə vəsatətin verilməsi ərizənin Azərbaycan Respublikası MPM-in 170-ci maddəsinə əsasən geri qaytarılması üçün əsasdır və bu zaman cavabdeh tərəfin buna razılığının alınması tələb olunmur. Məhkəmə izah edir ki, əgər mülki iş məhkəmə baxış mərhələsində olsaydı, o halda məhkəmə Azərbaycan Respublikasının MPM-in 259.0.11-ci maddəsini rəhbər tutaraq, iddianın baxılmamış saxlanması haqqında qərardad çıxarardı. Nəzərə alsaq ki, mülki iş hazırda hazırlıq mərhələsindədir, bu səbəbdən iddia ərizəsi baxılmamış saxlanılmalı deyil, geri qaytarılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddiaçıların nümayəndəsi və vəkili tərəfindən iddia ərizəsinin qaytarılması barədə vəsatət verildiyindən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 170, 263, 264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X2 qarşı “miras əmlakda payların bölünməsi və vərəsəlik şəhadətnaməsinin verilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. xx.xx.2024-cü il tarixli, 68347451 nömrəli mədaxil qəbzinə əsasən ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu İddiaçı3 qaytarılsın. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər.
Hakim: Aydan Oruclu