Məhkəmə qərarları › İş №e-2(004)-567/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-567/2022

25.01.2022 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-567/2022 25.01.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi ilə, Paşayev Elçin Tofiq oğlunun katibliyi ilə, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə2, Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinin nümayəndələri Nümayəndə3 və Nümayəndə1 iştirakları ilə, İddiaçı Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinə qarşı "xxxx" tələbinə dair ilkin və iddiaçı Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinin cavabdeh İddiaçı qarşı “işəgötürənə dəymiş ziyanın və cərimənin ödənilməsi” tələbi barədə qarşılıqlı iddia ərizələrinə dair mülki işə qapalı məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Mikayılzadə Mikayıl Ədalət oğlu Cavabdeh QSC-yə qarşı "xxxx" tələbinə dair iddia ərizəsi və iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh QSC-nin həmin bankın Mikro və Aqro müştərilər üzrə aparıcı mütəxəssisi iddiaçı Mikayılzadə Mikayıl Ədalət oğlu ilə bağlanmış əmək müqaviləsinə AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç" bəndinə əsasən xitam verilməsi barədə 10.11.2021-ci il tarixli 21-1077 nömrəli əmrinin ləğv edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, cavabdeh “AccesBank" QSC-nin 10.11.2021-ci il tarixli 21-1077 nömrəli əmrinə əsasən bankın mikro və aqro müştərilər üzrə aparıcı mütəxəssisi İddiaçı ilə bağlanmış əmək müqaviləsinə AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç" bəndinə əsasən 10.11.2021-ci il tarixdən xitam verilmişdir. Əmrin surəti iddiaçıya 11.11.2021-ci ildə təqdim olunmuşdir. Əmrdə onun verilməsi üçün əsas kimi 02.11.2021-ci il tarixli "xxxx" akt göstərilsə də, həmin akt iddiaçıya təqdim olunmamış, şifahi olaraq onun banka dair kommersiya sirrini yaydığı bildirilmiş və bununla əlaqədar izahat vermək təklif edilmişdir. İddiaçı 02.11.2021-ci il tarixli yazılı izahatında kredit verdiyi müştərilər barəsində iş komputerində excell faylında olan qeydləri əvvəllər də olduğu kimi, bank emailinə və şəxsi emailinə göndərdiyini, məqsədinin işdə olmadığı dövrlərdə, yolda və ya evdə olarkən müştərilərlə birbaşa əlaqə saxlamaq və gecikmələrlə məşğul olmaq olduğunu göstərmişdir. İddiaçı öz xahişi ilə işdən çıxmaq üçün cavabdehə ərizə versə də, cavabdeh əmək müqaviləsinə onun xahişi ilə deyil, AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç'’ bəndinə əsasən xitam vermişdir. İddiaçının əmək fəaliyyəti ilə əlaqədar kredit verdiyi müştərilər barəsindəki məlumatlar (müştərinin adı, tel nömrəsi, kredit məbləği, gecikmə günləri və s.) onun özünə məlum olan və qanuni əsaslarla sahib olduğu informasiyadır. Odur ki, işçinin həmin məlumatları özünün şəxsi e-poçtuna göndərməsi onların yayılması kimi qiymətləndirilə bilməz. Yayılma məlumatın başqa şəxslərə açıqlanmasıdır. Hesab edir ki, həmin əmr qanunsuz olduğu üçün ləğv olunmalıdır. Cavabdeh QSC-nin nümayəndəsi Nümayəndə1 məhkəməyə qarşılıqlı iddia ərizəsi ilə müraciət edərək, məhkəmədən ilkin iddia tələbinin rədd edilməsini, qarşılıqlı iddia tələbinin təmin edilərək, Mikayılzadə Mikayıl Ədalət oğlu tərəfindən "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə vurulmuş 27378,12 manat məbləğində maddi ziyanın və İddiaçı son 1 il ərzində əldə etdiyi gəlirin 24 misli həcmində cərimənin ondan tutularaq "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Həmçinin, AccessBank” QSC-nin nümayəndəsi Nümayəndə1 iddia ərizəsinə etiraz ərizəsi ilə müraciət etmiş, ilkin iddia ərizəsinin əsassız olduğundan rədd edilməsi xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsi və ilkin iddiaya dair etiraz ərizəsi onunla əsaslandırılmışdır ki, 01 noyabr 2021-ci il tarixində Cavabdeh QSC-nin Şəkil filialının əməkdaşları arasında informasiya təhlükəsizliyi üzrə yoxlamalar aparılmış və bu yoxlamaların nəticəsində aşkar edilmişdir ki, 29 oktyabr 2021-ci tarixdə saat 17:35-də iddiaçı korporativ elektron poçt mailto:ünvanından-Mikayil.Mikayilzade@accessbank.azElektron ünvan 1Elektron ünvan 1 şəxsi poçt ünvanına –mikayilzadə@gmail.com cavabdehin müştəri məlumatlarını daşıyan excel faylı göndəmişdir. Həmin faylda cavabdehin 2015-ci ildən 2021-ci il qədər olan müştərilərinin ad və soyadları,ünvanları, verilmiş kreditin məbləği, verilmə tarixi və müddəti, müştərinin fəaliyyət sahəsi, kreditin təsnifatı və ən əsası müştərilərin əlaqə məlumatları qeyd edilmişdir. Bütün bu faktlar barədə 02 noyabr 2021-ci il tarixində yoxlamanın nəticələri barədə Akt (bundan sonra "Akt") tərtib edilmişdir. İddiaçı yoxlama aktı ilə tanış edilmiş, həmin aktı imzalamış və öz qeydlərini aktın bunun üçün ayrılmış hissəsində qeyd etmişdir. Bütün bunlar isə o deməkdir ki, iddiaçı Cavabdeh QSC üçün maddi dəyərə malik olan və yayılacağı təqdirdə cavabdehin gələcək fəaliyyətinə təsir edə biləcək məlumatları özünə göndərmiş və elektron surətini çıxartmışdır. Bunları nəzərə alaraq Cavabdeh QSC 10 noyabr 2021-ci il tarixli 21-1077 nömrəli kadr əmri ilə iddiaçının əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin ("Əmək Məcəlləsi") 70-ci maddəsinin "ç" bəndinə əsasən xitam vermişdir. İddianın əsaslandırılması üçün 3 məsələnin izah edilməsi tələb olunur. Bunlar iddiaçının özünə göndərdiyi sənəddəki məlumatların cavabdehə məxsus kommersiya və bank sirri olması, həmin kommersiya və bank sirlərinin rejimini pozduğuna görə iddiaçının ödəməli olduğu cərimə və həmin kommersiya və bank sirlərinin yayılması nəticəsində cavabdehə dəymiş ziyanın ödənilməsidir. Göndərilən faylın və onun ehtiva etdiyi məlumatların kommersiya sirri olmasını aşağıdakı meyarların mövcudluğu sübut edir: 1. İddiaçının öz elektron poçtuna göndərdiyi faylda Bankın müştərilərinin əlaqə məlumatları, götürdükləri kreditlərin ümumi miqdarı, onlarla bağlanmış kredit müqaviləsinin əsas şərtləri kimi bir çox başqa şəxslərə məlum olacağı təqdirdə kredit bazarı sahəsində müştəri əldə etməkdə üstünlük qazandıracaq məlumatlar mövcuddur. Bu isə o deməkdir ki, göndərilən məlumatlar kommersiya dəyərinə malikdir. 2. Cavabdeh ilə bağlanmış Əmək Müqaviləsində və Razılaşmada kommersiya sirlərinin yayılmasına görə məsuliyyətin müəyyən edilməsi Bank tərəfindən məlumatların məxfiliyinin qorunması məqsədilə həyata keçirilən hüquqi tədbirlərə nümunədir. Məlumatların məxfiliyini təmin etmək məqsədilə Bankda həyata keçirilən digər təşkilati və texniki tədbirləri də nəzərə alındıqda həmin məlumatların sahibi tərəfindən qorunması üçün hüquqi, texniki və təşkilati tədbirlərin həyata keçirilməsi faktı aydındır. 3. Cavabdeh tərəfindən göndərilən məlumatların heç bir halda nə internet, nə də digər məlumat mənbələri vasitəsi ilə sərbəst şəkildə əldə edilməsi mümkün deyildir. Bu isə o deməkdir ki, göndərilən məlumatlar sərbəst şəkildə əldə edilməsi məhdudlaşdırılmış məlumatlardır. Bütün bunlar isə sübut edir ki, cavabdehin göndərdiyi sənədlərdə qeyd edilən məlumatlar kommersiya sirridir.Habelə həmin məlumatların Bankın müştəriləri barəsində olması və onları daşıyan sənədlərin Bankın məlumat bazalarından götürülərək göndərilməsi faktı sübut edir ki, qeyd edilən sənədlərdəki kommersiya sirləri Banka məxsusdur. İddiaçı, isə sadəcə həmin məlumatların konfidentidir və cavabdeh tərəfindən müəyyən edilmiş kommersiya sirri rejiminə əməl etmək öhdəliyi daşıyır. Kommersiya sirri haqqında Qanunun 5.0.3-cü yarımbəndinə əsasən Bankın hüququ var ki, ona məxsus kommersiya sirlərinin rejimini pozan və ya pozmaq təhlükəsi olan hərəkətlərdən qanunvericiliyə uyğun olaraq qorunsun. Cərimə anlayışı da mövcud təcrübəyə əsasən müqavilə münasibətlərində geniş istifadə olunan və müqavilə tərəflərinin həmin müqavilənin şərtlərini pozmaqdan çəkindirməklə şərtlərin pozulma təhlükəsindən maraqlı tərəfi qoruyan vasitədir. Hazırkı işdə də Bank Razılaşmanın 11-ci maddəsində kommersiya sirri rejiminin pozulmasından qorunmaq üçün cərimə tətbiq etmişdir. Həmin cərimənin qeyd edildiyi bəndə əsasən Razılaşmanın şərtlərini pozaraq kommersiya sirrini açıqlayan şəxs sonuncu iş yeri üzrə əmək haqqının 24 misli həcmində cərimə ödəməlidir. Beləliklə, hazırkı iş üzrə cavabdeh kommersiya sirri rejiminin tələblərini pozmaqla onu Bankın nəzarətindən kənara çıxardığı və onu digər şəxslərə açıqladığı üçün sonuncu iş yeri üzrə əmək haqqının 24 misli həcmində cəriməni Bankın xeyrinə ödəməlidir. İddiaçı müştəri məlumatlarını özünə göndərdikdən sonra bir çox müştərilər kreditlərini vaxtından əvvəl bağlayıblar. Bu isə yuxarıda qeyd etdiyimiz vəziyyətə uyğun olaraq həmin müştəri məlumatlarının digər kredit təşkilatları tərəfindən əldə olunması və daha aşağı kredit faizlərini təklif edilməsi nəticəsində baş vermişdir. Beləliklə, İddiaçı Bankdan kənara çıxardığı müştəri məlumatlarını yaymışdır və bu da onun nəticəsidir ki, müştərilərin bir çoxu öz kreditlərini vaxtında əvvəl bağlayıblar. Müştəri öz kreditini vaxtından əvvəl bağladığı təqdirdə isə Bank həmin kreditin ödəniş cədvəlinə uyğun olaraq ödəniləcəyi təqdirdə əldə etməli olduğu gəliri itirmiş olur. Bu isə Bankın kommersiya sirləri ilə əlaqədar hüquqları pozulmayacağı təqdirdə əldə etməli olduğu gəlir hesab olunduğu üçün Bankın əldə çıxmış faydasıdır. Beləliklə, İddiaçı müştəri məlumatlarını öz şəxsi elektron poçt ünvanına göndərdikdən sonra müştəilərin bəziləri keditlərini vaxtından əvvəl balaması faktını nəzərə aldıqda həmin müştəri məlumatlarının digər kredit təşkilatları tərəfindən əldə edilməsi faktı aydın olur. Hazırda isə həmin məlumatların digər kredit təşkilatları tərəfindən əldə edilməsinin yeganə yolu iddiaçının bu məlumatları digər kredit təşkilatlarına öz şəxsi maraqları üçün "yaymış"dır. Bu əməlləri nəticəsində idiaçı Bankı gələcəkdə qazanacağı gəlirdən məhrum etdiyi üçün iddiaçı bu məbləği cavabdehə tam həcmdə ödəməlidir. İddiaçı ilə cavabdeh arasında imzalanmış əmək müqaviləsinin ("Əmək Müqaviləsi") 5.1-ci bəndinə əsasən "Tərəflərdən biri digərinin əmlakına, səhhətinə, maddi, istehsal, kommersiya maraqlarına, qanunla qorunan mənafelərinə ziyan vurarsa, digər tərəf qarşısında qanunvericiliklə müəyyən olunmuş qaydada maddi və mənəvi məsuliyyət daşıyır." Əmək Müqaviləsinin 7.4-cü bəndində isə qeyd edilmişdir ki, "Bankın işi üçün tələb olunmadığı halda İşçi elektron şəkildə, kağız üzərində və digər formada saxlanılan məlumatları Bankın sahəsindən kənara çıxara bilməz." X3 7.6-cı bəndinə əsasən "İşçi işəgötürənin kommersiya, istehsal və bank sirrinin qorunmasına cavabdehdir və bu sirləri yaymağa görə qanunvericiliklə və bu Əmək müqaviləsində nəzərdə tutulan məsuliyyət daşıyır." İddiaçı ilə cavabdeh arasında imzalanmış 09 iyun 2020-ci il tarixli kommersiya sirri rejiminin tətbiqi barədə razşılaşma ("Razılaşma") 1-ci bəndinə əsasən "Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən bank sirri təşkil edən və fərdi məlumatlar "Kommersiya sirri" şifri ilə ifadə olunub-olunmamasından asılı olmayaraq, Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə, Qaydalara və Razılaşmaya müvafiq olaraq kommersiya sirri hesab edilir və kommersiya sirrinin işçi tərəfindən yayılması qadağandır. Razılaşmanın 5-ci bəndində isə qeyd edilmişdir ki, “kommersiya sirri bankın yazılı razılığı olmadan heç bir halda (Azərbaycan Respublikasının Respublikasının qüvvədə olan qanunvericiliyi ilə tələb edilən hallar istisna olmaqla) üçüncü şəxslərə açıqlana bilməz." Razılaşmanın 10-cu bəndinə əsasən "İşçi Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyi və Razılaşmaya əsasən, Kommersiya Sirrinin tam məxfiliyinin qorunması və Kommersiya Sirrinin yalnız Razılaşma və Əmək Müqaviləsi çərçivəsində istifadə edilməsi üzrə məsuliyyət daşıyır." Razılaşmanın 11-ci bəndində isə bildirilir ki, kommersiya sirrini üçüncü şəxslərə açıqlayan işçi “Bank qarşısında tam maddi məsuliyyət daşıyır və sonuncu iş yeri və vəzifəsi üzrə orta aylıq əmək haqqının 24 (iyirmi dörd) misli həcmində vəsaiti, habelə olduğu təqdirdə Kommersiya Sirrinin açıqlanması nəticəsində Banka dəymiş zərəri tam həcmdə Banka ödəməlidir.” Həmçinin cavabdeh bank ilə bütün işçiləri arasında digər münasibətlər cavabdehin Davranış Kodeksi ("Davranış Kodeksi") ilə tənzimlənir. İddiaçı 03 noyabr 2020-ci il tarixində "işçi heyətinə dair Davranış Kodeksi qaydalarının qəbul olunmasının və başa düşülməsinin təsdiqlənməsi" barədə imzalayıb. X4 isə qeyd edilmişdir ki, "əməkdaş, hətta evdən və ya ofisdən kənarda işləmək məqsədi üçün olduqda belə, məlumatı şəxsi elektron poçtumuza göndərməməlidir. Əməkdaş hansısa məlumatı göndərməli olsa, elektron məktubun surətinə öz rəhbərini daxil etməlidir”. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Nümayəndə2 ilkin iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və ilkin iddia tələbinin təmin edilməsi, qarşılıqlı iddia ərizəsinin rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinin nümayəndələri Nümayəndə3 və Nümayəndə1 qarşılıqlı iddia ərizəsi və ilkin iddiaya dair etiraz ərizəsinin məzmununa uyğun izahat vermiş və ilkin iddia tələbinin rədd edilməsi, qarşılıqlı iddia ərizəsinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyərək, mülki işin materiallarını araşdıraraq hesab edir ki, ilk iddia təmin, qarşılıqlı iddia isə rədd edilməlidir. Belə ki, iş materiallarında olan Mikayılzadə Mikayıl Ədalət oğlu ilə Cavabdeh QSC arasında bağlanmış PERSORD-82641 saylı 16 iyun 2017-ci il tarixli əmək müqaviləsinin surətindən görünür ki, Mikayılzadə Mikayıl Ədalət oğlu Cavabdeh QSC-də işçi, mikro və pərakəndə müştərilər üzrə kiçik mütəxəssi vəzifəsinə qəbul edilmişdir. Cavabdeh QSC-nin 10.11.2021-ci il tarixli 21-1077 nömrəli əmrinə əsasən, Mkro və Aqro müştərilər üzrə aparıcı mütəxəssisi vəzifısində çalışan Mikayılzadə Mikayıl Ədalət oğlu ilə bağlanmış əmək müqaviləsinə AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç" bəndinə əsasən xitam verilmişdir. Əmrdə onun verilməsi üçün əsas kimi 02.11.2021-ci il tarixli "xxxx" akt göstərilmişdir. Cavabdeh QSC-nin əməkdaşları – İnformasiya Təhlükəsizliyi üzrə mütəxəssis X2, Risklərin İdarə edilməsi üzrə icraçı direktor X1 və İnformasiya Təhlükəsizliyi üzrə menecer X5 tərəfindən tərtib edilmiş 02.11.2021-ci il tarixli "xxxx" aktda göstərilmişdir ki, 02.11.2021-ci il tarixində Bankın Şəki filialının əməkdaşları arasında informasiya təhlükəsizliyi üzrə yoxlama aparılmışdır. 29.10.2021-ci il tarixdə, saat 17:35-də İddiaçı korporativ elektron poçt ünvanından - mailto:Mikayil.Mikayilzade@accessbank.azElektron ünvan 2Elektron ünvan 2, şəxsi elektron poçt ünvanına- mikayilzadə@gmail.com, Banka məxsus kommersiya sirri, o cümlədən bank sirri və müştərilərin fərdi məlumatlarını əks etdirən elektron sənədi excel fayl formasında göndərmişdir. İddiaçı izahat verərkən müvafiq məlumatları Bankdan kənara çıxardığını bildirmişdir. İddiaçı aktda özü tərəfindən hazırlanan excell formanı direct və overdue müştərilərlə bağlı dəfələrlə telefonuna köçürdüyünü, bu iradın onun işdən çıxmaq ərizəsindən sonra irad tutulmasına razı olmadığını qeyd etmişdir. Kommersiya haqqında Azərbaycan Respublikası qanunun 2.0.1-ci maddəsinə əsasən, kommersiya sirri - hüquqi və fiziki şəxslərin istehsal, texnoloji, idarəetmə, maliyyə və başqa fəaliyyəti ilə bağlı, sahibinin razılığı olmadan açıqlanması, onların qanuni maraqlarına ziyan vura bilən məlumatlardır. Kommersiya haqqında qanunun 2.0.7-ci maddəsinə əsasən, kommersiya sirrini yaymaq - müvafiq qanunvericiliyin, yaxud müqavilə şərtlərinin pozulması yolu ilə kommersiya sirrinin başqa şəxslərə açıqlanmasıdır. Kommersiya haqqında qanunun 4.2-ci maddəsinə əsasən, hüquqi və fiziki şəxslərin bank sirrini təşkil edən məlumatlarının qorunması və istifadəsi müvafiq qanunvericiliklə tənzimlənir. Banklar haqqında Azərbaycan Respublikası qanunun 41.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Mülki Məcəlləsinə müvafiq olaraq bank hesabının, hesab üzrə əməliyyatlar və qalıqların, habelə müştəri haqqında məlumatların, o cümlədən müştərinin adı, ünvanı, rəhbərləri haqqında məlumatların sirrinə bank təminat verir. Müştərilərin bank saxlancında əmlakının mövcudluğu, bu cür əmlakın sahibləri, xarakteri və dəyəri haqqında məlumatların sirrinə də bank təminat verir. Banklar haqqında Azərbaycan Respublikası qanunun 41.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Mülki Məcəlləsinə müvafiq olaraq bank sirrini təşkil edən məlumatlar yalnız müştərilərin özlərinə və onların nümayəndələrinə, həmçinin kənar auditorlara, maliyyə monitorinqi orqanına və maliyyə bazarlarına nəzarət orqanına verilir. Banklar haqqında Azərbaycan Respublikası qanunun 41.5-ci maddəsinə əsasən, bankların mövcud və keçmiş inzibatçıları və digər əməkdaşları, habelə bankın səhmdarları bankın idarə edilməsi və ya xidməti səlahiyyətlərinin həyata keçirilməsi ilə əlaqədar onlara məlum olan bank sirrini təşkil edən məlumatların qeyri-qanuni açılmasına görə Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə müəyyən edilmiş qaydada mülki, inzibati və cinayət məsuliyyəti daşıyırlar. Cavabdeh QSC ilə Mikayılzadə Mikayıl Ədalət oğlu arasında 09.07.2020-ci il tarixdə bağlanmış “kommersiya sirri rejiminin tətbiqi barədə” Razılaşmanın 1-ci bəndinə əsasən, Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən bank sirri təşkil edən və fərdi məlumatlar "Kommersiya sirri" şifri ilə ifadə olunub-olunmamasından asılı olmayaraq, Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə, Qaydalara və Razılaşmaya müvafiq olaraq kommersiya sirri hesab edilir və kommersiya sirrinin işçi tərəfindən yayılması qadağandır. Razılaşmanın 5-ci bəndində əsasən, kommersiya sirri bankın yazılı razılığı olmadan heç bir halda (Azərbaycan Respublikasının Respublikasının qüvvədə olan qanunvericiliyi ilə tələb edilən hallar istisna olmaqla) üçüncü şəxslərə açıqlana bilməz. Razılaşmanın 10-cu bəndinə əsasən, işçi Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyi və Razılaşmaya əsasən, Kommersiya Sirrinin tam məxfiliyinin qorunması və kommersiya sirrinin yalnız Razılaşma və Əmək Müqaviləsi çərçivəsində istifadə edilməsi üzrə məsuliyyət daşıyır. Razılaşmanın 11-ci bəndinə əsasən, kommersiya sirrini üçüncü şəxslərə açıqlayan işçi Bank qarşısında tam maddi məsuliyyət daşıyır və sonuncu iş yeri və vəzifəsi üzrə orta aylıq əmək haqqının 24 misli həcmində vəsaiti, habelə olduğu təqdirdə Kommersiya Sirrinin açıqlanması nəticəsində Banka dəymiş zərəri tam həcmdə Banka ödəməlidir. Cavabdeh QSC ilə Mikayılzadə Mikayıl Ədalət oğlu arasında bağlanmış əmək müqaviləsinin 7.4-cü bəndində əsasən, bankın işi üçün tələb olunmadığı halda işçi elektron şəkildə, kağız üzərində və digər formada saxlanılan məlumatları Bankın sahəsindən kənara çıxara bilməz. Əmək Müqaviləsinin 7.6-cı bəndinə əsasən, işçi işəgötürənin kommersiya, istehsal və bank sirrinin qorunmasına cavabdehdir və bu sirləri yaymağa görə qanunvericiliklə və bu Əmək müqaviləsində nəzərdə tutulan məsuliyyət daşıyır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 10-cu maddəsinin “d” bəndinə əsasən, dövlət sirrini, habelə işəgötürənin kommersiya sirrini müəyyən olunmuş qaydada və şərtlərlə gizli saxlamaq əmək müqaviləsi üzrə işçinin əsas vəzifələrindəndir. Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən, işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Əmək Məcəlləsinin 72-ci maddəsinin “d” bəndinə əsasən, qəsdən istehsal, kommersiya və ya dövlət sirrinin yayılması və ya bu sirrin gizli saxlanılması üzrə öhdəliklərini yerinə yetirməməsi işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir. Əmək Məcəlləsinin 71-ci maddəsinin 2-ci hisəsinə əsasən, bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Əmək Məcəlləsinin 199-cu maddəsinin "e" bəndinə əsasən, işçi işəgötürənin kommersiya sirrini yaydıqda vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıyır. Əmək Məcəlləsinin 202.1-ci maddəsinə əsasən, işəgötürənə dəymiş ziyanın məbləği faktik itkilər üzrə müəyyən edilir. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, 16 iyun 2017-ci il tarixli PERSORD- 82641 saylı əmək müqaviləsi əsasında Mikayılzadə Mikayıl Ədalət oğlu Cavabdeh QSC-nin Şəki filialınıln Mkro və Aqro müştərilər üzrə aparıcı mütəxəssisi vəzifəsinə işə qəbul olunmuşdur. 02.11.2021-ci il tarixində Bankın Şəki filialının əməkdaşları arasında informasiya təhlükəsizliyi üzrə yoxlama aparılmışdır və 29.10.2021-ci il tarixdə, saat 17:35-də İddiaçı Bankın korporativ elektron poçt ünvanındanmailto:Mikayil.Mikayilzade@accessbank.azElektron ünvan 2Elektron ünvan 2, şəxsi elektron poçt ünvanına- mikayilzadə@gmail.com, Banka məxsus kommersiya sirri, o cümlədən bank sirri və müştərilərin fərdi məlumatlarını əks etdirən elektron sənədi excel fayl formasında göndərməsi halı aşkar edilmiş, bu barədə "xxxx" akt tərtib edilmişdir. İddiaçı izahat verərkən bu faktı inkar etməmişdir. Cavabdeh QSC-nin 10.11.2021-ci il tarixli 21-1077 nömrəli əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduğuna görə) onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Əmrin verilməsi üçün əsas kimi 02.11.2021-ci il tarixli "xxxx" akt göstərilmişdir. Məhkəmə qeyd edir ki, İddiaçı Banka məxsus kommersiya sirri, o cümlədən müştərilər barəsində məlumatların (müştərinin adı, telefon nömrəsi, kredit məbləği və s.) əks etdirən elektron sənədi excel fayl formasında Bankın korporativ elektron poçt ünvanından şəxsi elektron poçt ünvanına göndərməsi işin mübahisəsiz halıdır. İddiaçı bu faktı Yoxlamanın nəticələrinə dair tərtib edilmiş aktda, həmçinin iddia ərizəsində də göstərmişdir. Lakin İddiaçı Banka məxsus kommersiya sirri, o cümlədən bank sirri və müştərilərin fərdi məlumatları yayması, yəni məlumatın başqa şəxslərə açıqlaması məhkəmə araşdırması zamanı sübuta yetirilməmiş, iddiaçı tərəfindən əmək funksiyalarını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi, əmək vəzifələrinin kobud pozuntusu öz təsdiqini tapmamışdır. İşçinin həmin məlumatları şəxsi elektron poçt ünvanına göndərməsi onların yayılması kimi qiymətləndirilə bilməz. Məhkəmə həmçinin qeyd edir ki, Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə əmək müqaviləsinin ləğv olunması üçün işçinin əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozması o halda əmək müqaviləsinin ləğvinə səbəb ola bilər ki, bu hərəkətlər səbəbindən müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahənginin pozulması və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun və bu hal əmrdə əsaslandırılmış olsun. Mübahisə predmeti olan əmrdə bu cür əsaslandırma yoxdur. Bu hal, əmrin ləğvedilməsi üçün müstəqil əsasdır. Beləliklə, yuxarıda qeyd edilənlərdən açıq-aşkar göründüyü kimi iddiaçı Mikayılzadə Mikayıl Ədalət oğlunun iddiası əsaslıdır və mülki işin materialları ilə tam təsdiq olunur ki, iddiaçı ilə əmək müqaviləsinə xitam verərkən işəgötürən tərəfindən əmək qanunvericiliyinin tələbləri pozulmuşdur. Bundan əlavə məhkəmə qeyd edir ki, qarşılıqlı iddia üzrə iddiaçı cavabdehin bankın kommersiya sirri təşkil edən məlumatlarını yaymasını iddia edərək, banka vurulmuş 27378,12 manat məbləğində maddi ziyanın və İddiaçı son 1 il ərzində əldə etdiyi gəlirin 24 misli həcmində cərimənin ondan tutulmasını xahiş edilir. Məhkəmə araşdırması zamanı iddiaçının banka məxsus kommersiya sirri təşkil edən məlumatları yayması halı təsdiq edilməmiş, əksinə iddiaçı ilə əmək müqaviləsinə xitam verərkən işəgötürən tərəfindən əmək qanunvericiliyinin tələblərinin pozulması müəyyən edilmişdir. Odur ki, qarşılıqlı iddia tələbi əsassız olduğundan təmin edilə bilməz. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının banka aid olan kommersiya sirri təşkil edən məlumatları yayması halı təsdiq edilmədiyindən və iddiaçının barəsində verilmiş əmr Azərbaycan Respublikası Əmək Məcəlləsinin 71-ci maddəsində nəzərdə tutulan qaydada əsaslandırılmadığından, yəni, iddiaçının qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirməməsinin nəticəsində müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahənginin pozulması və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəyməsi halları olmadığından və buna dair hər hansı sübut məhkəməyə təqdim olunmadığından ilk iddia təmin edilməli, Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinin “işdən azad olunma” barədə 21-1077 nömrəli 10 noyabr 2021-ci il tarixli əmri ləğv edilməli, iddiaçı Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinin cavabdeh İddiaçı qarşı “işəgötürənə dəymiş ziyanın və cərimənin ödənilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi təmin edilməməməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinin tələbinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 218.3-cü maddəsinin tələbinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmçinin, məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216- 220, 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İlkin iddia təmin olunsun. Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinin “işdən azad olunma” barədə 21-1077 nömrəli 10 noyabr 2021-ci il tarixli əmri ləğv edilsin. İddiaçı Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinin cavabdeh İddiaçı qarşı “işəgötürənə dəymiş ziyanın və cərimənin ödənilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Kərim Xudayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar