Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-569/2024 18.01.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Almasova Aytən Asəf qızının katibliyi, İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil, Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində X5 nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin X1rşı “əmrin ləğv edilməsi, işə bərpa və məcburi işburaxmaya görə əmək haqqı” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin X1rşı “əmrin ləğv edilməsi, işə bərpa və məcburi işburaxmaya görə əmək haqqı” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X5 23 oktyabr 2023-cü il tarixli, 3-17-2/3-4-1666/2023 nömrəli əmrinin ləğv edilməsi, onun Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X6 Bakı Peşə hazırlığı Mərkəzi PHŞ Sənədlərlə, müraciətlərlə iş və inzibati şöbəsinə şöbə müdiri vəzifəsinə bərpa olunmağı və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1998-ci il tarixdən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində əmək fəaliyyətinə başlamışdır. xx.xx.1998-ci il tarixdə 1 (bir) il müddətinə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Gəncə bölgəsi üzrə X8 Nəzarət Şöbəsinə əmək müfəttişi vəzifəsinə təyin edilmişdir. xx.xx.2000-ci il tarixdən X8 Mərkəzi Aparatında aparılmış struktur dəyişikliyi ilə əlaqədar tutduğu vəzifədən azad edilərək, əmək haqqı ştat cədvəlinə uyğun olaraq ödənilməklə Gəncə bölgəsi üzrə X8 əməyin mühafizəsinin texniki məsələləri üzrə əmək müfəttişi vəzifəsinə keçirilmişdir. xx.xx.2000-ci il tarixdən həmin vəzifədən azad edilərək, əmək haqqı ştat cədvəlinə uyğun ödənilməklə 1 (bir) il müddətinə Gəncə bölgəsi üzrə X8 əməyin mühafizəsinin texniki məsələləri üzrə baş əmək müfəttişi vəzifəsinə keçirilmişdir. xx.xx.2003-cü il tarixdə X9 aparılmış struktur dəyişiklikləri ilə əlaqədar Gəncə bölgəsi üzrə X14 7 nömrəli bölgə üzrə X14 adlandırılmışdır. xx.xx.2013-cü il tarixdə X8 dövlət qulluqçularının vəzifələrinin adları inzibati və yardımçı vəzifələrin təsnifat toplusuna uyğunlaşdırılaraq “baş əmək müfəttişi” vəzifəsi “baş məsləhətçi-baş əmək müfəttişi” adlandırılmışdır. xx.xx.2003-cü il tarixdə “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq olaraq ona 3-cü dərəcə dövlət qulluqçusu ixtisas dərəcəsi verilmişdir. xx.xx.2007-ci il tarixdən 7 nömrəli bölgə üzrə X8 “baş məsləhətçi-baş əmək müfəttişi (texniki)” ilə bağlanmış əmək müqaviləsinə “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 33.1.2-ci bəndinə əsasən xitam verilmişdir. xx.xx.2007-ci il tarixdə Daşkəsən rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin direktoru vəzifəsinə təyin edilmiş və ona 1-ci dərəcə dövlət qulluqçusu ixtisas dərəcəsi verilmişdir. xx.xx.2009-cu il tarixdə “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 33.1.1-ci bəndinə əsasən həmin vəzifədən azad edilmişdir. xx.xx.2009-cu il tarixdən Bakı şəhər Səbail rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin direktor müavini-Ünvanlı sosial yardım və sosial müavinətlər sektorunun müdiri vəzifəsinə təyin edilmişdir. xx.xx.2011-ci il tarixdə “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 29.3- cü maddəsinin 2-ci hissəsinə əsasən Səbail rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin direktor müavini-Ünvanlı sosial yardım və sosial müavinətlər sektorunun müdiri vəzifəsindən azad edilərək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Təminat Xidmətinin Hüquq və kadrlarla iş sektorunun müdiri vəzifəsinə təyin edilmişdir. xx.xx.2011-ci il tarixdə Sabirabad rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin direktoru vəzifəsi ona həvalə edilmişdir. xx.xx.2012ci il tarixdə Qaradağ rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin direktoru vəzifəsi ona həvalə edilmişdir. xx.xx.2014-cü il tarixdə “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 21.3-cü maddəsinə əsasən Nazirlik yanıda Dövlət Sosial Təminat Xidmətinin Sabunçu rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin baş məsləhətçisi vəzifəsinə təyin edilmişdir. xx.xx.2016-cı il tarixdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 29 iyun 2016cı il tarixli 11/7-222 nömrəli əmrinə və “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 29.2-ci maddəsinin ikinci hissəsinə əsasən Nazirlik yanında Dövlət Məşğulluq Xidmətinin Sabunçu rayon X4 və işsiz vətəndaşların sosial müdafiəsi sektorunun baş məsləhətçisi vəzifəsinə təyin edilmişdir. xx.xx.2019-cu il tarixdə “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 29.2-ci maddəsinin ikinci hissəsinə və Azərbaycan Respublikası Əmək Məcəlləsinin 61-ci maddəsinin 2-ci hissəsinə əsasən nazirlik yanında Dövlət Məşğulluq Xidmətinin Hacıqabul rayon Məşğulluq Mərkəzinin baş məsləhətçisi vəzifəsinə keçirilmiş və Mərkəzin direktoru vəzifəsinin icrası ona həvalə edilmişdir.xx.xx.2019-cu il tarixdə həmin Mərkəzin direktoru vəzifəsinə təyin edilmişdir. xx.xx.2019-cu il tarixdə “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 33.1-ci maddəsinə əsasən tutduğu vəzifədən azad edilmişdir. xx.xx.2019-cu il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinə əsasən Xidmətin aparatının Əmək bazarının təhlili, statistika və yerli orqanlarla iş şöbəsinin Yerli orqanlarla iş sektorunun müdiri vəzifəsinə müvəqqəti təyin edilmişdir. xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 59-cu maddəsinə əsasən Xidmətin 2 saylı Bakı Ərazi Məşğulluq Mərkəzinin direktoru vəzifəsinə keçirilmişdir. xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 59-cu maddəsinə əsasən Xidmətin 2 saylı Ərazi əşğulluq Mərkəzinin müdiri vəzifəsinə müddətli müqavilə əsasında keçirilmişdir. xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən tutduğu vəzifədən azad edilmişdir. xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X5 2 saylı Ərazi Məşğulluq Mərkəzi Filialının müdiri vəzifəsinə təyin edilmişdir. xx.xx.2020-ci il tarixdə Agentliyin 1 saylı Ərazi Məşğulluq Mərkəzi filialının müdiri vəzifəsinə keçirilmişdir. xx.xx.2021-ci il tarixdə struktur dəyişikliyinə əsasən 1 saylı Ərazi Məşğulluq filialına müdir vəzifəsinə keçirilmişdir. xx.xx.2021-ci il tarixdə 13 saylı Ərazi Məşğulluq filialına müdir vəzifəsinə keçirilmişdir. xx.xx.2022-ci il tarixdə X2 filialına müdir müavini vəzifəsinə keçirilmişdir. xx.xx.2022-ci il tarixdə Bakı X7 Sənədlərlə iş və inzibati şöbəsinə müdir vəzifəsinə keçirilmişdir. xx.xx.2023-cü il tarixdə onunla həmin şərtlərlə, yəni xx.xx.2020-ci il tarixdən xx.xx.2022-ci il tarixədək 2 il 3 ay 1 gün müddətinə yeni əmək müqaviləsi bağlanmışdır və o, Agentliyin Bakı Peşə hazırlığı Mərkəzi PHŞ Sənədlərlə, müraciətlərlə iş və inzibati şöbəsinə şöbə müdiri vəzifəsinə təyin edilmişdir. xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən tutduğu vəzifədən azad edilmişdir. Əmək fəaliyyəti dövründə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirlyiyində müxtəlif rəhbər vəzifələrdə çalışmış, işinin öhdəsindən layiqincə gəlmişdir, dəfələrlə ona vəzifələrini layiqincə yerinə yetirdiyinə görə əmək haqqına əlavələr və mükafatlar təyin edilmişdir. İşdən azad edilməmişdən qabaq son 1 ayda ona vəzifələrini layiqincə yerinə yetirdiyinə görə əmək haqqının 75 %-i miqdarında mükafat təyin edilmişdir. Onunla cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X10 X16 arasında xx.xx.2020-ci il tarixdə 2 il 3 ay 1 gün müddətinə, birinci ayı sınaq müddəti olmaqla, xx.xx.2022ci il tarixdən müqavilə bağlanmışdır. Həmin müqavilənin müddətinin bitməsinə müqavilənin 9.3cü bəndinə əsasən 1 təqvim ayı qabaqcadan xəbərdar edilməklə xitam verilmədiyi üçün müqavilə xx.xx.2022-ci il tarixdən həmin müddətə uzadılmış hesab edilməli olduğu halda əsassız olaraq xx.xx.2023-cü il tarixində müqavilənin müddətinin bitməsi əsası ilə xitam verilmişdir. Onunla əmək müqaviləsinə xitam verilərkən qanunvericiliyin tələblərinə müvafiq olaraq ona heç bir xəbərdalıq edilməmişdir. O, müqaviləyə xitam verildiyi gün, yəni xx.xx.2023cü il tarixdə səhər işə gələrək, tabelə imza atmışdır. Həmin tarixdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi İnsan Resursları Departamenti tərəfindən əməkdaşların biliklərinin qiymətləndirilməsi keçirilmişdir və o da qiymətləndirmədə iştirak etmişdir. Qiymətləndirmədə iştirak edərkən səhhətində problemlər yarandığı üçün həmin tarixdən xx.xx.2023-cü il tarixədək işə çıxa bilməmişdir. xx.xx.2023-cü il tarixdə işə çıxdığı vaxt ona onunla bağlanmış əmək müqaviləsinə xx.xx.2023-cü il tarixində müqavilənin müddətinin bitməsi əsası ilə xitam verildiyi bildirilmişdir. Halbuki, qanunvericiliyin tələblərinə əsasən o, həmin vaxt xəstəliyi ilə əlaqədar bülletendə olduğu üçün onunla bağlanmış əmək müqaviləsinə xitam verilə bilməzdi. xx.xx.2023cü il tarixdə ona əmək kitabçası təqdim edilmişdir və o, həmin vaxt jurnalda müvafiq qeydlər aparmışdır. Bununla yanaşı xx.xx.2023-cü il tarixdə xidməti məruzə ilə Agentliyin tabeliyində olan Bakı Peşə Hazırlığı Mərkəzinin Sənədlərlə, müraciətlərlə iş və inzibati şöbəsinin müdiri vəzifəsinə rotasiya qaydasında keçirildiyi halda 23 oktyabr 2023-cü il tarixdə, yeni vəzifədə 1 aydan da az müddətdə işlədikdən sonra müqaviləyə xitam verilmişdir. İşdən azad edilməmişdən qabaq son 1 ayda ona vəzifə öhdəliklərini layiqincə yerinə yetirdiyinə görə əmək haqqının 75 %i miqdarında mükafat təyin edilməsi sonuncu tutduğu vəzifədən 1 aydan az müddətdə işlədikdən sonra azad edilməyinin qərəzli xarakterli olduğunu göstərir. Əmək kitabçasında qeydlərdən və işə əlavə edilmiş əmrlərin surətindən görünür ki, Agentlikdə işlədiyi müddətdə Agentliyin rəhbərliyi tərəfindən ona qərəzli münasibət göstərilmişdir. Agentlik yarandığı vaxtdan orada çalışdığı müddət ərzində 5 dəfə rotasiya qaydasında başqa işə keçirilmiş və bu da işin keyfiyyətinə təsir etmişdir. Belə ki, Agentlik yaradıldıqdan sonra X15 Sədrinin xx.xx.2020-ci il tarixli **********1 nömrəli əmrinə əsasən xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X5 2 saylı Ərazi Məşğulluq Mərkəzi Filialının müdiri vəzifəsinə təyin edilmişdir. xx.xx.2020-ci il tarixdə Agentliyin 1 saylı Ərazi Məşğulluq Mərkəzi filialının müdiri vəzifəsinə keçirilmişdir. xx.xx.2021-ci il tarixdə struktur dəyişikliyinə əsasən 1 saylı Ərazi Məşğulluq filialına müdir vəzifəsinə keçirilmişdir. xx.xx.2021-ci il tarixdə 13 saylı Ərazi Məşğulluq filialına müdir vəzifəsinə keçirilmişdir. xx.xx.2022-ci il tarixdə X2 filialına müdir müavini vəzifəsinə keçirilmişdir. xx.xx.2022-ci il tarixdə Bakı X7 Sənədlərlə iş və inzibati şöbəsinə müdir vəzifəsinə keçirilmişdir. Hər dəfə o rəhbərlik etdiyi kollektivə yenicə uyğunlaşıb əmək fəaliyyətinin davamlılığını və nizam-intizamı təmin etdiyi, işin keyfiyyətini yaxşılaşdırdığı vaxtlarda yeni vəzifəyə keçirilmişdir. Bu hallar barədə dəfələrlə elektron email vasitəsilə X11 Sədrinə müraciətlər edərək əsassız olaraq başqa işə keçirildiyini bildirmiş və məsələyə yenidən baxılmasını xahiş etmişdir. Lakin müraciətlərinin nəticəsi olmamışdır. O, inzibati vəzifə tutmuş dövlət qulluqçusu olduğu üçün Agentlik tərəfindən onunla sınaq müddəti müəyyən edilməklə müddətli əmək müqaviləsi bağlanması da qanunvericiliyin tələblərinə zidd olmuşdur. İşlədiyi müddətdə heç bir nöqsanı olmayıb və vəzifə funksiyalarımı layiqincə yerinə yetirmişdir. Azərbaycan Respublikası Prezidentinin 30 iyun 2020-ci il tarixli fərmanı ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X10 X16 yaradılana qədər o, dövlət qulluğunda inzibati vəzifə tutmuş və ixtisas dərəcəsi isə 1-ci dərəcəli dövlət qulluqçusu olmuşdur. Lakin buna baxmayaraq, onunla cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X10 X16 arasında xx.xx.2020-ci il tarixdə 2 il 3 ay 1 gün müddətinə, birinci ayı sınaq müddəti olmaqla, xx.xx.2022-ci il tarixədək müqavilə bağlanmışdır. Cavabdehlə mübahisənin qarşılıqlı razılıqla həll edilməsi üçün Bakı şəhəri 6 saylı Mediasiya Təşkilatına müraciət etsə də, mübahisə öz həllini tapmamış və o məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Daha sonra, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində X5 nümayəndəsi məhkəməyə iddia ərizəsinə etiraz təqdim edərək, etirazında qeyd etmişdir ki, İddiaçı ilə əmək münasibətləri yarandığı zaman olduğu kimi əmək müqaviləsinə xitam verildiyi zaman da Agentlik tərəfindən əmək qanunvericiliyinin tələblərinə tam şəkildə riayət edilmişdir. İddiaçının iddia rizəsində istinad etdiyi kimi 16 oktyabr 201-cu il tarixdə İddiaçı dövlət qulluğuna xitam verilmiş, 18 oktyabr 201-cu il tarixdən Nazirlik yanında Dövlət Məşğulluq Xidmətində müxtəlif vəzifələrdə müddətli əmək müqaviləsi əsasında çalışmış və 15 iyul 2020-ci il tarixdə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin a bəndinə müvafiq olaraq öz ərizəsinə əsasən tutduğu vəzifədən azad edilmişdir. İddiaçının xx.xx.2020-ci il tarixdə əmək müqaviləsinin 2 il, 3 ay, 1 gün müddətinə bağlanması barədə iddiaları əsassızdır. Belə ki, İddiaçıla xx.xx.2020-ci il tarixdə əmək müqaviləsi Əmək Məcəlləsinin 47-ci maddəsinin f bəndinə əsasən tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə 3 ay müddətində bağlanmış və mütəmadi olaraq uzadılmışdır. İddiaçı ilə müddətli əmək müqaviləsi tərəflərin qarşılıqlı razılaşması ilə, iddiaçının özünün sərbəst iradə ifadəsi ilə imzalanmaqla bağlanmışdır. Müqavilə bağlanarkən ƏM-nin 47-ci maddəsinin f bəndinin tələbləri pozulmadığından qanuni hesab edilməlidir. Eyni zamanda işçilərlə müddətli əmək müqaviləsinin bağlanması işəgötürənin hüququdur və Agentlik bu hüququndan istifadə etmişdir. İddiaçı isə könüllü olaraq bu müqaviləni bağlayaraq buna dair sərbəst iradəsini ifadə etmiş, əmək müqaviləsinin 3 aylıq müddətə bağlanması barədə məlumatlı olmuşdur. İddiaçı əmək müqaviləsinə Agentliyin 23 oktyabr 2023-cü il tarixli 3-17-2/3-4-1666/2023 nömrəli əmri ilə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin b bəndinə əsasən müqavilənin müddətinin bitməsi ilə əlaqədar xitam verilmişdir. İddiaçı iddia ərizəsində qeyd etdiyi bir nüans ondan ibarətdir ki, iddiaçı ilə Agentlik arasında bağlanmış müddətli əmək müqaviləsi əmək qanunvericiliyinin pozulması ilə xitam verilmişdir.İddia ərizəsinin qeyd edilən hissədə etibarsızlığı ilə bağlı bildirilir ki, tərəflər arasında olan müddətli əmək müqaviləsinin xitamı əmək müqaviləsinin xitamı ilə bağlı qanunvericiliyin aidiyyəti müddəalarına uyğun həyata keçirilmişdir. İddiaçını müddətli əmək müqaviləsi üzrə müqaviləsinin müddəti 17 oktyabr 2023-cü il tarixində bitmişdir. Müvafiq müqaviləyə qanunvericilikdə nəzərdə tutulan 1 həftə ərzində (xitam tarixi olan 23 oktyabr 2023-cü il tarixi sözügedən 1 həftəlik zaman aralığının 6-cı gününə təsadüf edir) xitam verilmişdir. Əlavə olaraq bildirilir ki, xx.xx.2023-cü il tarixdə İddiaçı işə getmiş, davamiyyət tabelinə imza atmış, həmçinin əməkdaşların bilik və bacarıqlarının qiymətləndirilməsi ilə bağlı sınaq imtahanında iştirak etmişdir. İşdə olarkən həmin tarixdən əmək müqaviləsinə xitam veriləcəyini bildiyi andan iş yerini tərk etmiş və özünə əmək qabiliyyətinin müvəqqəti itirilməsi vərəqəsi açdırmışdır. Sözügedən davamiyyət tabelində iddiaçının inzibati binaya girişi ilə bağlı müvafiq qeyd olsa da, özü tərəfindən çıxışla bağlı hər hansısa bir qeyd aparılmamışdır. Bunun səbəbi ondan ibarət olmuşdur ki, iddiaçı işə gəldikdən sonra ona şifahi formada əmək müqaviləsinin müddətinin bitməsi əsası ilə xitam edildiyi bildirilmiş, iddiaçı da öz növbəsində çıxışla bağlı müvafiq qrafaya imza atmadan iş yerini tərk etmişdir. Həmin gün əmək qabiliyyətini itirməsi ilə bağlı Agentliyə heç bir məlumat verməmişdir. Agentlik iddiaçının 23 oktyabr 2023-cü il tarixdən etibarən əmək qabiliyyətini müvəqqəti itirməsi ilə bağlı informasiyanı ancaq iddiaçı əmək kitabçasını təhvil alan zaman şifahi formada verdiyi məlumata əsasən əldə etmişdir. Belə olduğu halda hazırki iş üzrə təqdim edilmiş SN 00008 seriyalı ******* nömrəli “Əmək qabiliyyətinin olmaması vərəqəsi” mötəbər sübut qismində dəyərləndirilməməlidir. Bundan əlavə iddiaçının qeyd etdiyi kimi rotasiya qaydasında iş yerinin dəyişdirilməsi iddia edildiyi kimi təktərəfli qaydada həyata keçirilməmiş, müvafiq dəyişiklərlə əlaqədar əlavələr imzalanmışdır. Əmək qanunvericiliyi baxımından sözügedən dəyişikliklər Agentliyin ümumi fəaliyyətinin təşkili ilə bağlı olmuşdur və işəgötürən öz fəaliyyətini səmərəliləşdirmək üçün işçilərin hüquq və azadlıqlarını, habelə qanunla qorunan mənafelərini pozmamaq şərtilə qeyd edilən formalı tədbirlər görmək hüququnu özündə saxlayır. Qeyd edilənləri nəzərə alıb iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil izahatında bildirmişdir ki, iddiaçı xx.xx.1998-ci il tarixdən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində əmək fəaliyyətinə başlamışdır. İddiaçı uzun müddət həmin nazirlikdə işləmişdir. İddiaçının 20 ildən artıq dövlət qulluqçusu kimi həmin nazirlikdə stajı vardır. İddiaçı nazirlikdə müxtəlif vəzifələrdə, əsasən rəhbər vəzifələrdə çalışmışdır. xx.xx.2022-ci il tarixdə iddiaçı Bakı X7 Sənədlərlə iş və inzibati şöbəsinə müdir vəzifəsinə keçirilmişdir. İddiaçı ilə xx.xx.2020-ci il tarixdən 2 il 3 ay 1 gün müddətinə əmək müqaviləsi bağlanmışdır. xx.xx.2023-cü il tarixdə iddiaçı ilə yenidən 2 il 3 ay 1 gün müddətinə əmək müqaviləsi bağlanmışdır. İddiaçı Agentliyin Bakı Peşə hazırlığı Mərkəzi PHŞ Sənədlərlə, müraciətlərlə iş və inzibati şöbəsinə şöbə müdiri vəzifəsinə təyin edilmişdir. xx.xx.2023-cü il tarixində Əmək Məcəlləsinin 68-ci maddəsinin ikinci hissəsinin b bəndinə əsasən, iddiaçı tutduğu vəzifədən azad edilmişdir. Əmək fəaliyyəti dövründə o, nazirlikdə müxtəlif rəhbər vəzifələrdə çalışmış, işin öhdəsindən layiqincə gəlmişdir. Dəfələrlə vəzifələrini layiqincə yerinə yetirdiyinə görə iddiaçının əmək haqqına əlavələr, mükafatlar təyin edilmişdir. Hətta işdən azad edilməmişdən qabaq, son bir ayda əmək vəzifələrini layiqincə yerinə yetirdiyinə görə iddiaçıya əmək haqqının 75 faizi miqdarında mükafat təyin edilmişdir. İddiaçı ilə cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X10 X16 arasında xx.xx.2020-ci il tarixdə 2 il 3 ay 1 gün müddətinə birinci ayı sınaq müddəti olmaqla müqavilə bağlanmışdır. Həmin müqavilənin bitməsindən sonrakı bir həftə ərzində tərəflər müqavilənin xitamını tələb etməmişlər. Əmək Məcəlləsinin 73-cü maddəsinə əsasən, artıq müqavilə həmin vaxtdan eyni müddətə uzadılmış hesab edilməlidir. Lakin xx.xx.2023-cü il tarixdə müqavilənin bitməsi əsası ilə iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Əmək müqaviləsinə xitam verilərkən qanunvericiliyin tələbinə uyğun olaraq ona heç bir xəbərdarlıq edilməmişdir. Müqaviləyə xitam verildiyi gün, yəni xx.xx.2023-cü il tarixdə iddiaçı işə gəlmiş, tabelə imza atmış və həmin vaxt İnsan Resursları Departamenti tərəfindən əməkdaşların qiymətləndirilməsi keçirilmişdir. Həmin gün iddiaçı qiymətləndirmədə də iştirak etmişdir. Qiymətləndirmədə iştirak edərkən səhhətində problemlər yarandığı üçün həmin tarixdən xx.xx.2023-cü il tarixədək işə çıxa bilməmişdir. Bülletenin surətini iddia ərizəsinə əlavə etmişlər. xx.xx.2023-cü il tarixdə iddiaçı işə çıxdığı vaxt ona onunla bağlanmış əmək müqaviləsinə xx.xx.2023-cü il tarixində müqavilənin müddətinin bitməsi əsası ilə xitam verildiyi bildirilmişdir. Halbuki qanunvericiliyin tələbinə əsasən, həmin vaxt iddiaçı xəstəliyi ilə əlaqədar bülletendə olduğu müddətdə əmək müqaviləsinə xitam verilə bilməzdi. xx.xx.2023-cü il tarixdə iddiaçıya əmək kitabçası təqdim edilmiş və həmin vaxt jurnalda qeydlər aparılmışdır. Bununla yanaşı iddiaçı xx.xx.2023-cü il tarixdə xidməti məruzə ilə Agentliyin Bakı Peşə hazırlığı Mərkəzi PHŞ Sənədlərlə, müraciətlərlə iş və inzibati şöbəsinə rotasiya qaydasında keçirildiyi halda xx.xx.2023-cü il tarixində, yəni bir aydan da az işlədiyi müddətdə əmək müqaviləsinə xitam verilmişdir. Əmək kitabçasında qeydlərdən və işə əlavə edilmiş əmrlərin surətindən görünür ki, Agentlikdə işlədiyi müddətdə agentliyin rəhbərliyi tərəfindən iddiaçıya qərəzli münasibət göstərilmişdir. İddiaçı agentlikdə çalışdığı müddətdə beş dəfə rotasiya qaydasında başqa işə keçirilmiş, istər-istəməz bu işin keyfiyyətinə təsir göstərməyə bilməz. Agentlik yaradıldıqdan sonra X11 sədrinin xx.xx.2020-ci il tarixli əmrinə əsasən, iddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X5 2 saylı Ərazi Məşğulluq Mərkəzi Filialının müdiri vəzifəsinə təyin edilmişdir. O, xx.xx.2020-ci il tarixdə Agentliyin 1 saylı Ərazi Məşğulluq Mərkəzi filialının müdiri vəzifəsinə keçirilmişdir. Daha sonra o, xx.xx.2021-ci il tarixdə struktur dəyişikliyinə əsasən 1 saylı Ərazi Məşğulluq filialına müdir vəzifəsinə keçirilmişdir. İddiaçı xx.xx.2021-ci il tarixdə 13 saylı Ərazi Məşğulluq filialına müdir vəzifəsinə keçirilmişdir. O, xx.xx.2022-ci il tarixdə X2 filialına müdir müavini vəzifəsinə keçirilmişdir. O, xx.xx.2022-ci il tarixdə Bakı X7 Sənədlərlə iş və inzibati şöbəsinə müdir vəzifəsinə keçirilmişdir.Göründüyü kimi, iddiaçı müxtəlif vəzifələrdə qısa müddətə çalışmışdır və rəhbərlik etdiyi kollektivə yenicə uyğunlaşıb, işin keyfiyyətini yaxşılaşdırıb, nizam-intizamı təmin etdiyi bir vaxtda iddiaçının hər dəfə rotasiya qaydasında iş yeri və vəzifəsi dəyişdirilmişdir. Bununla bağlı o, dəfələrlə idarə heyətinin sədrinə müraciətlər etmiş, əsassız olaraq başqa işə keçirilməsi barədə narazılıqlarını bildirmişdir. Həmin müraciətlərlə bağlı yazışmaları da iddia ərizəsinə əlavə etmişlər. İnzibati vəzifə tutmuş dövlət qulluqçusu olduğu üçün ümumiyyətlə agentlik tərəfindən iddiaçıya sınaq müddəti müəyyən edilməklə müddətli əmək müqaviləsi bağlana bilməzdi. Çünki “Dövlət qulluğu haqqında” qanunun tələblərinə əsasən, iddiaçı dövlət qulluğu vəzifəsinə daimi əsaslarla keçmiş, o, sınaqdan çıxmış hesab olunmuşdur. “Dövlət qulluğu haqqında” qanunda dövlət qulluqçusu üçün təminatlar vardır. Belə ki, o, eyni kateqoriyalı, eyni vəzifədən olan işə keçirilə bilər. Buna baxmayaraq, agentlik öz hüquqlarında sui-istifadə edərək, yarandığı vaxtdan sonra iddiaçı ilə sınaq müddəti müəyyən edilməklə, əmək müqaviləsi bağlamışdır. Eyni zamanda bu halda Əmək Məcələsinin tələbləri nəzərə alınsa, sınaq müddəti müəyyən edilməklə əmək müqaviləsinin bağlanması yolverilməzdir. Çünki sınaq müddəti müəyyən edilməklə əmək müqaviləsinin bağlanması işin müvəqqəti xarakter daşıdığı hallarda mümkündür. Belə ki, bu məsələlər də Əmək Məcəlləsinin 45-ci maddəsinə tənzimlənir. Ali Məhkəmənin bu məsələ ilə bağlı qərarları vardır. Həmin qərarlarda da göstərilmişdir ki, bu halda sınaq müddəti müəyyən edilməklə əmək müqaviləsinin bağlanması qanunvericiliyin tələblərinə ziddir. Qeyd olunanları nəzərə alaraq hesab edirlər ki, iddiaları tamamilə əsaslıdır. İzahatına əlavə olaraq cavabdehin nümayəndəsinin ona ünvanladığı suala cavab olaraq bildirmişdir ki, işin hallarını iddiaçı bilir. Əvvəlki məhkəmə iclasında düzgün olmayan məlumat verə bilər. Yekun olaraq iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında bildirmişdir ki, nümayəndə və vəkilinin dedikləri ilə razıdır. Əlavə olaraq iddia tələbinə etiraz ərizəsi ilə bağlı bildirmək isəyir ki, etiraz ərizəsində qeyd olunub ki, onunla ilk olaraq 3 ay müddətinə müddətli əmək müqaviləsi bağlanmışdır. Lakin həmin vaxt o, 2 saylı X7 rəhbəri vəzifəsində çalışırdı və güman etmirdi ki, həmin müddət onun əleyhinə istifadə olunacaq. Ondan sonrakı dövrdə müqavilənin müddəti 6 ay müddətinə dəyişdirilmişdir. xx.xx.2023-cü il tarixdə işə gələrək tabeldə qeydini aparmağı ilə bağlı bildirmək isəyir ki, başqa inzibati binada imatahan keçirilirdi. İmtahan verən zaman səhhəti pisləşmiş və təzyiqi qalxmışdır, özünü pis hiss etmiş və bununla əlaqədar xətəxanaya müraciət etmişdir. Telefon danışığı zamanı idarə rəhbərinə bu barədə məlumat vermişdir. O, xəstəlik vərəqəsini təqdim edəndə əmək müqaviləsinə xitam verildiyi bildirilmişdir. Həmin vaxt təhviltəslim olmamış, şəxsi əşyaları da iş yerində qalmışdı. İmtahan verdiyi gün ona əmək müqaviləsinin xitam verilməsi barədə heç kim məlumat verməmişdir. Onunla ilk əmək müqaviləsi xx.xx.2020-ci ildə 3 ay müddətinə bağlanmışdır. Sonra xx.xx.2021-ci il tarixdə müqavilənin müddəti dəyişdirilmiş, 6 ay müddətinə bağlanmışdır. xx.xx.2021-ci il tarixdə, sonradan isə Bakı Regional Məşğulluq Filialında şöbə müdiri vəzifəsində çalışanda aralarında elektron qaydada, elektron kabinetə yerləşdirilməklə müqavilə təsdiqlənmişdir. xx.xx.2023-cü il tarixdə bağlanmış əmək müqaviləsi 2 il 3 ay 1 gün müddətinə bağlanmışdır. Ən son xx.xx.2023cü il tarixdə əmək müqaviləsi 2 il 3 ay 1 gün müddətinə bağlanmışdır. Onun dövlət qulluğuna 2019-cu ildə xitam verilmişdir. Əlavə olaraq iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində X5 nümayəndəsi Nümayəndə izahatında bildirmişdir ki, iddiaçının nümayəndəsi və vəkili əvvəlki məhkəmə iclasında iddiaçının işə gəldiyi zaman xx.xx.2023-cü il tarixdə onunla əmək münasibətlərinə xitam verilməsi barədə məlumat verilməsini etiraf etmişdir. Bülletenlə bağlı məsələ sonradan meydana çıxmışdır. Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında" 30 iyun 2020-ci il tarixli 1077 nömrəli Fərmanı ilə təsdiq edilmiş X5 Nizamnaməsinin 4.11.1, 4,11.5-ci yarımbəndlərinə əsasən X15 sədri öz fəaliyyət çərçivəsində Agentliyin cari fəaliyyətinə rəhbərlik edir və Agentliyin fəaliyyətinin təşkili ilə əlaqədar icrası məcburi olan daxili sərəncam və əmrlər verir. İddiaçının qeyd etdiyi kimi rotasiya qaydasında iş yerinin dəyişdirilməsi iddia edildiyi kimi təktərəfli qaydada həyata keçirilməmiş, müvafiq dəyişikliklərlə əlaqədar iddiaçı və Agentlik arasında bağlanmış müvafiq əmək müqaviləsinə qeyd edilən dəyişikliklərlə əlaqədar əlavələr imzalanmışdır. AR Əmək Məcəlləsinin 59-cu maddəsinə əsasən işçiyə əmək müqaviləsində nəzərdə tutulmayan başqa peşə, ixtisas və vəzifə üzrə əmək funksiyasının yerinə yetirilməsini həvalə etmək, başqa işə keçirilmə sayılır və buna yalnız işçinin razılığı ilə, həmçinin əmək müqaviləsinə əlavə və dəyişikliklər edilməklə və ya yeni əmək müqaviləsi bağlanılmaqla yol verilir. X10 publik hüquqi şəxs olması etibarı ilə əmək qanunvericiliyi əsasında işçilərlə öz münasibətlərini qurur. Buna görə də Əmək Məcəlləsini 47-ci maddəsinin f bəndi onlara imkan verir ki, tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onlar müddətli əmək müqaviləsi bağlasınlar. Müddətli əmək müqaviləsinin bağlanması praktikası iddiaçıya münasibətdə 2019cu ildən mövcuddur. İddiaçı müddətli əmək müqavilləsinin bağlanması ilə bağlı işəgötürənə etirazını bildirə bilərdi. Bundan əlavə, bülettenlə bağlı bildirmək istəyir ki, həm iddiaçı, həm onun vəkili əvvəlki məhkəmə iclasında işə getdiyini, davamiyyət tabelinə imza atdığını bildirmişdir. Həmin tabeldə iddiaçının işdən getməsi ilə bağlı imzanın olmamasının səbəbi də iddiaçıya əmək müqaviləsinə xitam verilməsi barədə məlumatın verilməsidir. Bülletenlə bağlı iddiaçı əmək kitabçasını götürdüyü zaman məlumat vermişdir. Əmək Məcəlləsinin 79-cu maddəsinin 2-ci bəndinə əsasən, bu maddənin birinci hissəsində nəzərdə tutulmuş müddəalar bu Məcəllənin 70-ci maddəsinin «a» bəndi və 73-cü maddəsi ilə xitam verilən hallara şamil edilmir. Əmək Məccələsinin 73-cü maddəsinə əsasən, müddətli əmək müqaviləsinin müddəti qurtardıqda xitam verilir. Bu Məcəllənin 45-ci maddəsinin beşinci hissəsi nəzərə alınmaqla, müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur. İşəgötürənin əmək müqaviləsinə xitam verməsi onun iradə ifadəsini bildirir. Müddətli əmək müqaviləsinin son günü xx.xx.2023-cü il tarixi olmuşdur, xx.xx.2023-cü il tarixdə də əmək müqaviləsinə xitam verilmişdir. İddiaçı özü iddiaçının işə gəldiyi zaman xx.xx.2023-cü il tarixdə onunla əmək münasibətlərinə xitam verilməsi barədə məlumat verilməsini etiraf etmişdir. Əmək kitabçasının iddiaçıya nə zaman verilməsi iddia ərizəsində mübahisələndirilməmişdir. Hal-hazırda Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi əmək qanunvericiliyində onlayn əmək müqaviləsi ilə bağlı pilot layihə icra edir. İddiaçı özü də bunu təsdiq etmişdir. Onlayn əmək müqaviləsi əmək qanunvericiliyi baxımından qüvvədə deyil. Sonuncu müqavilə xx.xx.2022-ci il tarixdə bağlanmışdır. xx.xx.2023cü il tarixli müqavilə elektron müqavilədir. İzahatına əlavə olaraq qeyd edilənləri nəzərə alaraq iddia tələbinin rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə işin faktiki hallarını araşdıraraq, işdə iştirak edən şəxslərin izahatını dinləyərək, eləcə də işdə olan sənədləri tədqiq etməklə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində X5 “İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi haqqında” 23 oktyabr 2023-cü il tarixli, 3-17-2/3-4-1666/2023 saylı Əmrin surətindən görünür ki, X5 tabeliyində Bakı Peşə Hazırlığı Mərkəsinin Sənədlərlə, müraciətlərlə iş və inzibati şöbəsinin müdiri vəzifəsində çalışan İddiaçı AR ƏM-nin 68-ci maddəsinin 2-ci hissəsinin b bəndinə əsasən 23 oktyabr 2023-cü il tarixdən əmək müqaviləsinin müddətinin bitməsi ilə tutduğu vəzifədən azad edilmiş və onunla 17 iyul 2020-ci il tarixində bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. İş materiallarında olan İddiaçı məxsus ******* saylı Əmək kitabçasının surətindən görünür ki, İddiaçı **********1 nömrəli əmrə əsasən xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X5 2 saylı Ərazi Məşğulluq Mərkəzi Filialının müdiri vəzifəsinə təyin edilmişdir. **********3 nömrəli əmrə əsasən xx.xx.2020-ci il tarixdə Agentliyin 1 saylı Ərazi Məşğulluq Mərkəzi filialının müdiri vəzifəsinə keçirilmişdir. **********9 nömrəli əmrə əsasən xx.xx.2021-ci il tarixdə struktur dəyişikliyinə əsasən 1 saylı Ərazi Məşğulluq filialına müdir vəzifəsinə keçirilmişdir. **********1 nömrəli əmrə əsasən xx.xx.2021-ci il tarixdə 13 saylı Ərazi Məşğulluq filialına müdir vəzifəsinə keçirilmişdir. **********3 nömrəli əmrə əsasən xx.xx.2022-ci il tarixdə X2 filialına müdir müavini vəzifəsinə keçirilmişdir. **********1 nömrəli əmrə əsasən xx.xx.2022-ci il tarixdə Bakı X7 Sənədlərlə iş və inzibati şöbəsinə müdir vəzifəsinə keçirilmişdir. 3-17-2/3-4-1562/2023 nömrəli əmrə əsasən xx.xx.2023cü il tarixdə X5 tabeliyində Bakı Peşə Hazırlığı Mərkəsinin Sənədlərlə, müraciətlərlə iş və inzibati şöbəsinin müdiri vəzifəsinə təyin edilmişdir. 3-17-2/3-4-1666/2023 nömrəli əmrə əsasən xx.xx.2023-cü il tarixdə İddiaçı AR ƏM-nin 68-ci maddəsinin 2-ci hissəsinin b bəndinə əsasən tutduğu vəzifədən azad edilmişdir. İş materiallarında olan SN 00008 seriyalı ******* nömrəli “Əmək qabiliyyətinin olmaması vərəqəsi”nin surətindən görünnür ki, İddiaçı xx.xx.2023-cü il tarixindən 04 noyabr 2023-cü il tarixinədək xəstəlik səbəbindən işdən azad edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində X10 X16 ilə İddiaçı arasında bağlanmış 17 iyul 2020-ci il tarixli əmək müqaviləsindən görünür ki, İddiaçı X5 2 saylı Ərazi Məşğulluq Mərkəzi filialının müdiri vəzifəsinə təyin edilmişdir. Həmin əmək müqaviləsi ƏM-nin 47-ci maddəsinin f bəndinə əsasən 3 ay müddətinə bağlanmışdır. İş materiallarında olan xx.xx.2020-ci il tarixli Əmək müqaviləsinə dəyişiklik edilməsi barədə xx.xx.2020-ci il tarixli Razılaşmanın surətindən görünür ki, işçi İddiaçı ilə bağlanmış xx.xx.2020ci il tarixli əmək müqaviləsinin 1.2-ci bəndi “1.2 İşçi əsas iş yeri üzrə X5 1 saylı Ərazi Məşğulluq Mərkəzi filialına müdir vəzifəsinə təyin edilir” redaksiyada verilmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli Əmək müqaviləsinə dəyişiklik edilməsi barədə xx.xx.2021-ci il tarixli Razılaşmadan görünür ki, xx.xx.2020-ci il tarixli əmək müqaviləsinin 2.1-ci bəndi dəyişdirilmiş, əmək müqaviləsinin 2.1-ci bəndində 3 ay sözləri 6 ay sözləri ilə əvəz edilmişdir. Müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmişsə, həmin əmək müqaviləsi uzadılmış hesab olunur. İş materiallarında olan xx.xx.2020-ci il tarixli Əmək müqaviləsinə dəyişiklik edilməsi barədə xx.xx.2021-ci il tarixli Razılaşmanın surətindən görünür ki, işçi İddiaçı ilə bağlanmış xx.xx.2020ci il tarixli əmək müqaviləsinin 1.2-ci bəndi “1.2 İşçi əsas iş yeri üzrə X5 13 saylı Ərazi Məşğulluq filialına müdir vəzifəsinə təyin edilir” redaksiyada verilmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli Əmək müqaviləsinə dəyişiklik edilməsi barədə xx.xx.2022-ci il tarixli Razılaşmanın surətindən görünür ki, işçi İddiaçı ilə bağlanmış xx.xx.2020ci il tarixli əmək müqaviləsinin 1.2-ci bəndi “1.2 İşçi əsas iş yeri üzrə X5 X2 filialına müdir müavini vəzifəsinə təyin edilir” redaksiyada verilmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli Əmək müqaviləsinə dəyişiklik edilməsi barədə xx.xx.2022-ci il tarixli Razılaşmanın surətindən görünür ki, işçi İddiaçı ilə bağlanmış xx.xx.2020ci il tarixli əmək müqaviləsinin 1.2-ci bəndi “1.2 İşçi əsas iş yeri üzrə X5 Bakı X7 Sənədlərlə iş və inzibati şöbəsinə müdir vəzifəsinə təyin edilir” redaksiyada verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X5 **********9 nömrəli, xx.xx.2021-ci il tarixli əmrinin surətindən görünür ki, İddiaçı xx.xx.2021-ci il tarixdə struktur dəyişikliyinə əsasən 1 saylı Ərazi Məşğulluq filialına müdir vəzifəsinə keçirilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X5 **********1 nömrəli, xx.xx.2022-ci il tarixli əmrinin surətindən görünür ki, İddiaçı xx.xx.2022-ci il tarixdə Bakı X7 Sənədlərlə iş və inzibati şöbəsinə müdir vəzifəsinə keçirilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin **********0 nömrəli, xx.xx.2019-cu il tarixli əmrinin surətindən görünür ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin vakant inzibati vəzifələri üzrə dövlət qulluğuna qəbul üçün Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi tərəfindən 15 aprel 2019-cu il tarixdə elan edilmiş ümumi müsahibədən müvəffəqiyyətlə keçmiş, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin Hacıqabul Rayon Məşğulluq Mərkəzində baş məsləhətçi vəzifəsində qulluq keçən İddiaçı xx.xx.2019-cu il tarixdən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin Hacıqabul Rayon Məşğulluq Mərkəzinin direktoru vəzifəsinə keçirilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin **********3 nömrəli, xx.xx.2020-ci il tarixli əmrinin surətindən görünür ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin Aparatının Əmək bazarının təhlili, statistika və yerli orqanlarla iş şöbəsinin Yerli orqanlarla iş sektorunun müdiri vəzifəsində müddətli müavilə əsasında çalışan İddiaçı öz arzusu ilə xx.xx.2020-ci il tarixdən müddətli müqavilə əsasında 2 saylı Bakı Ərazi Məşğulluq Mərkəzində direktor vəzifəsinə keçirilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin **********5 nömrəli, xx.xx.2020-ci il tarixli əmrinin surətindən görünür ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin 2 saylı Bakı Ərazi Məşğulluq Mərkəzinin direktoru İddiaçı xx.xx.2020-ci il tarixdən tutduğu vəzifədən azad edilmiş və onunla bağlanmış əmək müqaviləsinə AR ƏM-nin 68-ci maddəsinin 2-ci hissəinin a bəndinə əsasən xitam verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X5 İdarə Heyətinin xx.xx.2020-ci il tarixli, **********8 nömrəli qərarından çıxarışın surətindən görünür ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X5 2 saylı Ərazi Məşğulluq Mərkəzinin əsasında 2 saylı Ərazi Məşğulluq Mərkəzi filialı yaradılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X5 İdarə Heyətinin xx.xx.2020-ci il tarixli, **********1 nömrəli əmrindən çıxarışın surətindən görünür ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 47-ci maddəsinin f bəndinə uyğun olaraq İddiaçı 17 iyul 2020-ci il tarixdən tərəflərin qarşılıqlı razılığı ilə 3 ay müddətinə Azərbaycan Respublikasinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X5 2 saylı Ərazi Məşğulluq Mərkəzi filialının müdiri vəzifəsinə təyin edilmişdir. İş materiallarında olan 2023-cü il oktyabr tarixli işçilərin davamiyyət cədvəlinin surətindən görünür ki, İddiaçı xx.xx.2023-cü il tarixdə işə gəlmiş və tabelə imza çəkmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 45-ci maddəsinə əsasən, 1. Əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır. 2. Əmək müqaviləsində onun hansı müddətə bağlanması göstərilməmişdirsə, həmin müqavilə müddətsiz bağlanmış hesab edilir. 3. Müddəti müəyyən edilmədən bağlanmış əmək müqaviləsi hər iki tərəfin razılığı olmadan birtərəfli qaydada müddətli əmək müqaviləsi ilə əvəz edilə bilməz. 4. Əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır. 5. Müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir. Həmin Məcəllənin 47-ci maddəsinə əsasən, aşağıdakı hallarda əmək müqaviləsi müəyyən müddətə bağlanıla bilər: f) tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə; Həmin Məcəllənin 68-ci maddəsinin 2-ci hissəsinin b) bəndi ilə əmək müqaviləsinin müddətinin qurtarması əmək müqaviləsinə xitam verilməsinin əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 73-cü maddəsinin 1-ci hissəsinə əsasən, müddətli əmək müqaviləsinin müddəti qurtardıqda xitam verilir. Bu Məcəllənin 45-ci maddəsinin beşinci hissəsi nəzərə alınmaqla, müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 83-cü maddəsinin 1-ci hissəsinə görə əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Həmin maddənin 2-ci hissəsinə görə isə, əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, İddiaçı xx.xx.1998-ci il tarixdən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində əmək fəaliyyətinə başlamış, əmək müqaviləsinə xitam verildiyi günə kimi həmin nazirlikdə müxtəlif tabe qurumlarda müxtəlif vəzifələrdə əvvəlcə dövlət qulluqçusu kimi, daha sonra müddətli əmək müqaviləsi bağlamaqla çalışmışdır. Belə ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində X10 X16 ilə İddiaçı arasında bağlanmış 17 iyul 2020-ci il tarixli əmək müqaviləsinə əsasən İddiaçı X5 2 saylı Ərazi Məşğulluq Mərkəzi filialının müdiri vəzifəsinə təyin edilmişdir. Həmin əmək müqaviləsi ƏM-nin 47-ci maddəsinin f bəndinə əsasən 3 ay müddətinə bağlanmışdır. xx.xx.2020-ci il tarixli Əmək müqaviləsinə dəyişiklik edilməsi barədə xx.xx.2021-ci il tarixli Razılaşmaya əsasən xx.xx.2020-ci il tarixli əmək müqaviləsinin 2.1-ci bəndi dəyişdirilmiş, əmək müqaviləsinin 2.1-ci bəndində 3 ay sözləri 6 ay sözləri ilə əvəz edilmişdir. Tərəflər arasındakı mövcud əmək münasbiətləri xx.xx.2023-cü il tarixədək davam etmişdir. Belə ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində X5 “İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi haqqında” 23 oktyabr 2023-cü il tarixli, 3-17-2/3- 4-1666/2023 saylı Əmrinə əsasən X5 tabeliyində Bakı Peşə Hazırlığı Mərkəsinin Sənədlərlə, müraciətlərlə iş və inzibati şöbəsinin müdiri vəzifəsində çalışan İddiaçı AR ƏM-nin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən 23 oktyabr 2023-cü il tarixdən əmək müqaviləsinin müddətinin bitməsi ilə əlaqədar olaraq tutduğu vəzifədən azad edilmiş və onunla 17 iyul 2020-ci il tarixində bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Belə ki, iş materiallarından görünür ki, iddiaçı uzun müddət ərzində cavabdeh qurumda dövlət qulluqçusu olduğunu və cavabdeh qurumda 20 ildən çox təcrübəsi olduğunu bildirmişdir. Eləcə də, məhkəmə tərəfindən işin müəyyən edilmiş hallarından görünür ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində X10 X16 ilə arasında 17 iyul 2020-ci il tarixində Azərbaycan Respublikasını Əmək Məcəlləsinin 47-ci maddəsinin f) bəndinə əsasən 3 ay müddətinə əmək müqaviləsi bağlanaraq İddiaçı X5 2 saylı Ərazi Məşğulluq Mərkəzi filialının müdiri vəzifəsinə işə qəbul edilmişdir. Məhkəmə qeyd edir ki, Əmək Məcəlləsinin 45-ci maddəsinin 4-cü hissəsinə görə əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır. Göründüyü kimi, əmək qanunvericiliyi işçi ilə əmək müqaviləsinin müddətli və ya müddətsiz bağlanmalı olması hallarını müəyyən etmişdir. Əvvəllər cavabdeh orqanda uzun müddət ərzində dövlət qulluqçusu olub, hazırki əmək müqaviləsinin məzmunu baxımından da iddiaçının əmək funksiyasının və gördüyü işin daimi xarakter daşıması cavabdeh tərəfindən mübahisə olunmur. Belə olan halda, cavabdeh təşkilatın iddiaçı ilə hansı zərurətdən (əmək funksiyasının, görüləcək işin mövsümi xarakter daşıması və s.) çıxış edərək müddətli əmək müqaviləsi bağlaması işdən görünmür, cavabdeh tərəf də bun hər hansı aydınlıq gətirməmişdir. Məlum olduğu kimi, işçinin uzun illər ərzində müddətsiz müqavilə əsasında işlədiyi, bir qayda olaraq özünün və ailə üzvlərinin yaşaması üçün əsas gəlir mənbəyi olan işdə ağlabatan səbəb olmadan çıxması və dərhal qısa müddətli əmək müqaviləsi bağlaması (başqa sözlə həmin müddətin bitməsi ilə özünün işdən azad olunmasına imkan yaratması) şəxsin öz iradəsi əsasında atılmış addım kimi qiymətləndirilməsi çətindir. İşçinin bu cür (bir qayda olaraq öz xeyrinə olmayan) dəyişikliyə getməsi, ağlabatan səbəblə izah olunmadıqda, belə razılaşmaların işəgötürənin təzyiqi altında bağlanması daha inandırıcı görünür. Sonuncu dəfə iddiaçı X5 tabeliyində Bakı Peşə Hazırlığı Mərkəsinin Sənədlərlə, müraciətlərlə iş və inzibati şöbəsinin müdiri vəzifəsində çalışmış, əmək funksiyası çərçivəsində yerinə yetirdiyi iş, göstərdiyi xidmət daimi xarakterə malik olmaqla, bu hal qabaqcadan işəgötürənə məlum omuşdur. Belə ki, müddətli əmək müqaviləsinin bağlanması üçün əsas şərt - işin və ya göstərilən xidmətin daimi xarakterə malik olmasıdır. Əmək Məcəlləsinin 47-ci maddəsində göstərilən halların əksəriyyəti əmək funksiyasının xüsusiyyətləri, onun icrasının şərtləri, müddəti və xarakteri ilə bilavasitə bağlıdır. Bununla da məhkəmə hesab edir ki, cavabdeh tərəfindən Əmək Məcəlləsinin 45 və 47-ci maddələrinin tələbləri pozulmuşdur. Çünki, xx.xx.2020-ci il tarixdə uzun müddət ərzində fasiləsiz olaraq cavabdeh müəssisədə müxtəlif vəzifələrdə işləməsi və əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə gördüyü işin müvəqqəti və ya mövsümi deyil, daimi xarakterə malik olması qabaqcadan cavabdehə bəlli olmasına və bir sözlə onunla müddətli əmək müqaviləsinin bağlanması üçün Əmək Məcəlləsinin 47-ci maddəsində sadalanan hər hansı halların müəyyən edilməməsinə baxmayaraq cavabdeh iddiaçı ilə qanunsuz olaraq müddətli əmək müqaviləsi bağlamışdır. Baxmayaraq ki, onunla müddətli əmək müqaviləsi bağlanması üçün hər hansı hüquqi əsas olmamışdır. Halbuki, qeyd olunan maddələrin tələblərinə əsasən, əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan işəgötürənə bəlli olduğu halda işçi ilə müddətli əmək müqaviləsi bağlanıla bilməz və əmək müqaviləsi o halda müəyyən müddətə bağlanıla bilər ki, Əmək Məcəlləsinin 47-ci maddəsində göstərilən hallar mövcud olmuş olsun. Hazırki halda isə əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə onun gördüyü işin daimi xarakterə malik olması istisna edilmir, bu hal əvvəldən cavabdehə bəlli olmuşdur. Başqa sözlə, onunla müddətli əmək müqaviləsinin bağlanması üçün Əmək Məcəlləsinin 47-ci maddəsində göstərilən hallar olmamışdır. Bütün bunlara baxmayaraq cavabdeh, uzun müddət ərzində iddiaçı ilə dövlət qulluqçusu kimi, daha sonra müqavilə bağlayaraq əmək münasibətində olmağına rəğmən onunla 3 ay müddətinə, daha sonra əmək müqaviləsinə dəyişiklik edərək 6 ay müddətinə müddətli əmək müqaviləsi bağlayıb, sonradan isə müddətin qurtarmasını əsas gətirərək bağlanmış əmək müqaviləsinə xitam vermişdir. Cavabdehin nümayəndəsi həm etirazında, həm də məhkəmə iclasında verdiyi izahatında iddiaçı ilə müddətli əmək müqaviləsinin Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinin tələbləri çərçivəsində tərəflərin qarşılıqlı razılığı ilə bağlandığı və həmin müqavilənin bilavasitə onun iradəsini ifadə etdiyini göstərsə də, məhkəmə bununla razılaşmır. Eyni zamanda məhkəmə qeyd edir ki, uzun müddət ərzində eyni qurumda işləyən işçinin struktur dəyişikliyi nəticəsində yeni yaradılan qurumda 3-6 aylıq müddətlə işə götürülməsi Əmək Məcəlləsinin prinsipləri və şərtləri ilə uzlaşmır. Belə ki, Əmək Məcəlləsinin 56-cı maddəsinin 1-2ci hissələrinə görə, istehsalın və əməyin təşkilində dəyişikliklər edilməsi zərurəti olduqda işçinin peşəsi, ixtisası və vəzifəsi üzrə işi davam etdirməklə əmək şəraitinin şərtlərinin dəyişdirilməsinə yol verilir,isəgötürən əmək şəraitinin şərtlərini (bu Məcəllənin 55-ci maddəsində nəzərdə tutulan şərtlərdən başqa) dəyişdirməzdən azı bir ay əvvəl işçini yazılı məlumatı və ya əmri,sərəncamı ilə xəbərdar etməlidir. Əgər işçi yeni əmək şəraiti ilə işi davam etdirməyə razılıq vermirsə, onda o, başqa vəzifəyə keçirilməli, bu mümkün olmadıqda isə əmək müqaviləsinə bu Məcəllənin 68ci maddəsinin ikinci hissəsinin “c” bəndində nəzərdə tutulan əsasla xitam verilə bilər. Həmin normanın şərtləri gerçəkləşdiyi halda əmək münasibətlərinin bu qaydada tənzimlənməsi əvəzinə müddətsiz əmək müqaviləsi ilə çalışan işçinin işdən azad edilməklə (öz xahişi əsasında olsa belə) onun yeni qurumda qısa müddətli əmək müqaviləsi əsasında eyni (yaxud oxşar) işə götürülməsi Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinin tələblərinə uyğun hesab edilə bilməz. Bununla bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239-cu maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair" 15 iyul 2011-ci il tarixli qərarında ifadə olunmuş belə bir hüquqi mövqe diqqətəlayiqdir ki, işçi əmək hüquq münasibətlərində işəgötürənə nisbətən iqtisadi cəhətdən daha zəif tərəfdir, işçinin əmək haqqı bir qayda olaraq onun və ailə üzvlərinin yaşaması üçün əsas gəlir mənbəyidir, işəgötürən isə işçidən fərqli olaraq iqtisadi baxımdan daha güclü tərəf olmaqla, təşkilati-sərəncamverici səlahiyyətlərə malik olur. Bu baxımdan şəxsin işə qəbul edilməsi zamanı həyata keçirilmiş sənədləşmənin nəticələrindən irəli gələn anlaşılmazlıq və ziddiyyətlər işçinin xeyrinə həll olunmalıdır. Odur ki, əmək münasibətlərində zəif tərəf olan işçinin hüquqlarının daha etibarlı şəkildə qorunması üçün əmək qanunvericiliyində bir sıra təminatlar nəzərdə tutulmuşdur. Bunlardan biri də işçinin adətən daha təşkilatlanmış və geniş imkanlara malik olan işəgötürənin qeyrimütənasib təsir və ya təzyiqindən qorunması üçün müddətli əmək müqaviləsinin tərəflərin razılığı əsasında bağlanması zamanı hüquq bərabərliyi prinsipinə riayət olunmasıdır. Bu baxımdan məhkəmə hesab edir ki, Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndində göstərilən rarşılıqlı razılıq hazırki halda mövcud olmamışdır. Çünki “qarşılıqlı razılıq” deyiləndə hər iki tərəfin razılığı nəzərdə tutulur. İddiaçının uzun illər işlədiyi iş yerində cəmi 3 ay müddətinə, daha sonra isə dəyişiklik edilməklə 6 ay müddətinə yeni əmək müqaviləsi bağlaması onun iradəsinə uyğun atılmış addım kimi qiymətləndirilə bilməz, işçinin bu cür dəyişikliyə getməsi, ağlabatan bir səbəblə izah olunmadıqda, belə razılaşmanın işəgötürənin təzyiqi altında bağlanması daha inandırıcı görünür. Odur ki, məhkəmə hesab edir ki, əmək müqaviləsi müddət müəyyən edilmədən bağlanmalı idi. Belə ki, əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin daimi xarakterə malik olduğu qabaqcadan bəllidir. Əmək Məcəlləsinin 45-ci maddəsinin 4-cü hissəsinə görə belə halda əmək müqaviləsi müddət müəyyən edilmədən bağlanmalıdır. Lakin həmin maddədə qeyd olunub ki, 47-ci maddədə müəyyən edilmiş hallar istisnadır. 47-ci maddənin “f” bəndinə görə tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə əmək müqaviləsi müəyyən müddətə bağlana bilər. İşəgötürən hesab edir ki, əmək müqaviləsinin müddətli bağlanması qanuna uyğundur, çünki qarşılıqlı razılıq olub. Lakin müqavilənin müddətli bağlanmasına işçinin razılığı olmayıb. “Razılıq” deyiləndə iradə ifadəsi başa düşülür. İradənin ifadə olunması üçün əvvəlcə iradə olmalı, daha sonra o, ifadə olunmalıdır. Ona görə də mübahisənin düzgün həll edilməsi üçün müddətə münasibətdə iradənin olub-olmadığı aydınlaşdırılmalıdır. İradə - insanın təfəkkür prosesi əsasında qərar qəbul etmək, öz fikir və fəaliyyətini qəbul olunmuş qərara müvafiq yönəltmək qabiliyyətidir. İradənin olub-olmaması motivlə (dərk olunmuş maraqla) müəyyənləşdirilir. Hazirki halda isə işçinin iradə və motivi müəyyən olunmur. Motiv yoxdursa, deməli, müqavilənin müddətli bağlanması barədə işçinin iradəsi yoxdur. Göründüyü kimi, əmək müqaviləsinin müddətli bağlanmasına işçinin razılığı yoxdur, Ona görə də əmək müqaviləsinin müddətə dair şərti (2.1-ci bənd) uydurma sayılır. Mülki Məcəllənin 340.1-ci maddəsinə görə əmək müqaviləsinin (əqdin) həmin şərtə aid hissəsi uydurma (əhəmiyyətsiz) hesab olunur və müqavilə müddətsiz bağlanmış sayılır. Odur ki, həmin müəssisədə (təşkilati hüquqi forması dəyişdirilmiş) 20 ilə yaxın daimi xarakterli əmək fəaliyyəti göstərmiş İddiaçı ilə əmək müqaviləsi müddətin bitməsinə görə ləğv oluna bilməz. Azərbaycan Respublikası Əmək Məcələsinin 300-cü maddəsinin 1-ci bəndinə əsasən əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə sübutlara məcmu halda qiymət verib hesab edi edir ki, iddia təmin edilərək, Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində X5 23 oktyabr 2023-cü il tarixli, 3-17-2/3-4-1666/2023 nömrəli əmri ləğv edilməli və İddiaçı əvvəlki iş yerinə və vəzifəsinə bərpa edilməli, xx.xx.2023-cü il tarixdən işə bərpa olunduğu günə qədər məcburi iş buraxma müddəti üçün hesablanmış əmək haqqı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində X10 tərəfindən İddiaçı ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia təmin olunsun. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində X5 23 oktyabr 2023-cü il tarixli, 3-17-2/3-4-1666/2023 nömrəli əmri ləğv edilsin və İddiaçı əvvəlki iş yerinə və vəzifəsinə bərpa edilsin. xx.xx.2023-cü il tarixdən işə bərpa olunduğu günə qədər məcburi iş buraxma müddəti üçün hesablanmış əmək haqqı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində X10 tərəfindən İddiaçı ödənilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Kərim Xudayev
Məhkəmə qərarları › İş №e-2(004)-569/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-569/2024
18.01.2024 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver