Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-5705/2025 06.02.2026 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Sultanova-Məmmədova Ayşən Ramiz qızının sədrliyi, Səfərova Nəzrin Şahlar qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1, Cavabdeh Azərbaycan Respublikasının Ekologiya və Təbbi Sərvətlər Nazirliyi X35 Xidmətinin nümayəndəsi Nümayəndə3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Ekologiya və Təbbi Sərvətlər Nazirliyi X35 Xidmətinə qarşı "əmrin ləğvi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi" tələbinə dair mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Ekologiya və Təbbi Sərvətlər Nazirliyi X35 Xidmətinə qarşı "əmrin ləğvi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin xx.xx.2025-ci il tarixli, 347/ü saylı əmri qanunsuz hesab edilərək ləğv edilməsi; onun işə bərpa olunmağının təmin edilməsi; işdən qanunsuz azad edilməsi ilə əlaqədar işsiz qaldığı dövr üçün işəgötürənin ödəməli olduğu əmək haqqı və digər ödənişlərin ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, İddiaçı Seyfula oğlu 1999-cu ildən Zaqatala Meşə İdarəsində müxtəlif vəzifələrdə işləmiş, 12 avqust 2022-ci il tarixindən isə AR Ekologiya və Təbi Sərvətlər Nazirliyi X35 Xidmətinin 8 saylı X40 Mərkəzinin «Tala meşəbəyliyi»nin meşəbəyi vəzifəsində fəaliyyət göstərmişdir. İşlədiyi müddətdə vicdanla xidmət etmiş, yüksək göstəricilərinə görə 2024 və 2025-ci ilərdə dəfələrlə pul mükafatları ilə təltif olunmuşdur (müvafiq olaraq 2024-cü ilin martı 292 manat, may 292 manat, dekabr 584 manat, 2025-ci ilin martı 675 manat, mayı 337 manat). Lakin cavabdehin xx.xx.2025ci il tarixli, 347/ü saylı əmrinə əsasən Əmək Məcələsinin 70-ci maddəsinin “ç” bəndi ilə əmək müqaviləsinə xitam verilmişdir. Əmrdə formal əsaslar göstərilsə də, əslində xitamın səbəbi xx.xx.2025-ci il tarixində müəssisədə keçirilmiş ümumi iclasda onun öz mövqeyini açıq şəkildə bildirməsi olmuşdur. Belə ki, həmin iclasda müdir əvəzi Mustafa Əhmədov tərəfindən hüquqşünas Rəsul Şəfizadənin Baş Mühafizə Rəisi vəzifəsinə təqdim edilməsini düzgün hesab etməmiş və bunu onun meşə təsərrüfatı sahəsində təcrübəsinin olmaması ilə əsaslandırmışdır. Bu çıxışından dərhal, yəni 7 gün sonra rəhbərlik ona qarşı qərəzli mövqe tutaraq təsərrüfat fəaliyyətinin yoxlanılmasına qərar vermişdir. Halbuki indiyədək belə bir yoxlama nəzərdə tutulmamışdı. Məhz fikir bildirməsindən dərhal sonra yoxlamanın başlanması cavabdehin qərəzini sübut edir. 9–11 avqust 2025-ci il tarixlərində (şənbə və bazar günlərində) aparılan yoxlamada iştirak edən qrup (Akif Həbibov, Naim İsayev, Vüqar İsmayılov, meşə gözətçisi Ziyəddin Mahmudov və mən) tərəfindən heç bir qanun pozuntusu aşkarlanmadığı halda, rəhbərliyin göstərişi ilə illərdir mövcud olan arıxana sahəsi guya zəbt olunmuş, sel-suların gətirdiyi kötüklər və 10 il əvvəl kəsilmiş çürümüş kötüklər isə guya qanunsuz kəsilmiş ağaclar kimi sənədləşdirilərək əsassız və qərəzçi olaraq onun təqsiri kimi sənədləşdirilmişdir. Bütün bunlar müdir əvəzi Mustafa Əhmədovun ona qarşı şəxsi qərəzli münasibətindən qaynaqlanmışdır və səbəb yalnız onun xx.xx.2025ci il tarixli iclasda fikir bildirməsi olmuşdur. Bu, onun Konstitusiya ilə qorunan söz azadlığı hüququnun pozulmasıdır. Əmək müqaviləsinə formal əsaslarla xitam verilməsi qanunsuzdur, qərəzlilik təşkil edir və işə bərpa olunması üçün hüquqi əsas mövcuddur. Bu hadisə qərəzli işdən çıxarılma və X69 hüququnun pozulması əlamətlərini özündə cəmləşdirmiş klassik iş hüququ pozuntusudur. Azərbaycan Əmək Məcələsinin 70-ci maddəsinin “ç” bəndi işəgötürənə yalnız səlahiyyətli orqanın qərarı ilə işçinin vəzifə tələblərinə uyğun gəlmədiyinə dair qərar əsasında işdən çıxarma hüququ verir. Bu, işçinin peşəkar səviyyəsinin və ixtisasının çatışmamazlığı səbəbindən vəzifə tələblərinə cavab verməməsi halında baş verir. Cavabdehin istinad etdiyi AR ƏM-nin «ç» bəndi ilə işdən çıxarma isə işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcələnin 72-ci maddəsində sadalanan halarda əmək vəzifələrini kobud şəkildə pozduqda baş verə bilər. İndiki halda isə qərəzli yoxlamada istinad edilən haların heç biri bilavasitə iddiaçının təqsirli hərəkətlərindən yaranan halara aid edilə bilməz, çünki bunun üçün qanunsuz olsa da digər işçilər cərimə ilə cəzalandırılmışlar. Göründüyü kimi cavabdeh formal əsaslardan məqsədli sui-istifadə etmişdir, çünki hadisəyə əsasən: · İddiaçı 1999-cu ildən meşə sahəsində çalışıb və yaxşı nəticələr göstərib 2024- 2025-ci ilərdə dəfələrlə pul mükafatları alıb. Yalnız iclasdakı açıq fikir ifadəsindən dərhal sonra yoxlama başladılıb. Qərəzli yoxlama nəticəsində formal əsaslar yaradılıb. Əmək müqaviləsi ləğv ediləndən sonra həyata keçirilən təhvil təslimdə 14700 hektar sahəyə baxdığı halda bu aktda bir dənə də olsun çatışmamazlıq göstərilməmişdir. X1 sübut olunur ki, Yoxlama iclasdakı çıxışdan dərhal sonra təşkil edilib. Yoxlama qrupuna sahə üzrə ixtisası olmayan şəxslər daxil edilib. Həqiqi pozuntu aşkar edilmədiyinə baxmayaraq, süni ittihamlar irəli sürülüb. Təbi hadisələr (sel, köhnə kötüklər) işçinin günahı kimi göstərilib. (şəkilər əlavə edilir) Bu, qərəzli yoxlama təşkil edir və Azərbaycan hüququnda qeyri-qanuni hesab olunur. Buna görə də bu hal qərəzli işdən çıxarılma tərkibini yaradır və Azərbaycan qanunvericiliyi ilə ziddiyyət təşkil edir. Cavabdehin bu qərəzliliyi X69 Hüququnun Pozulmasıdır. Çünki Azərbaycan Konstitusiyasının 47-ci maddəsi düşüncə və söz azadlığı hüququnu təmin edir. İşçinin iclasda öz mövqeyini açıq bildirməsi bu hüququn təbi istifadəsidir və bu səbəbdən işdən çıxarılması qanunsuzdur. Eyni zamanda X21 (BƏT) prinsiplərinə görə, işəgötürən tərəfindən işdən çıxarma üçün obyektiv və əsaslı səbəb tələb olunur. Azərbaycan bu standartları qəbul edib və əmək qanunvericiliyinə daxil edib. Tərəfindən bu hüquq pozuntusu ilə bağlı cənab Prezident İ.Əliyevə şikayət məktubu göndərilmişdir. Dəfələrlə rəhbərlik etdiyi təsərrüfatda kənar şəxslərin törətdiyi cinayət əmələri barəsində polis orqanına müraciətləri olmuşdir. Bu barədə nümayəndəsi 132 saylı xx.xx.2025-ci il tarixli vəkil sorğusu ilə Zaqatala Rayon Polis şöbəsinə müraciət etmiş, lakin hələ bu sorğuya müvafiq cavab verilməmişdir. Nümayəndəsi tərəfindən işlədiyi müəssisəyə 133 saylı xx.xx.2025-ci il tarixli vəkil sorğusu verilərək onun haqqında müxtəlif məlumatlat tələb olunmuş, cavabdeh isə xx.xx.2025-ci il tarixli 3-14-27-14/2-113/2025 saylı məktubla sorğu ilə Xidmətə müraciət edilməsi tövsiyyə olunmuşdur. Cavabdeh Azərbaycan Respublikasının Ekologiya və Təbbi Sərvətlər Nazirliyi X35 Xidməti məhkəməyə iddia tələbinə etiraz ünvanlayaraq bildirmişdir ki, İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndinə əsasən xitam verilməsi ilə əlaqədar Meşələrin İnkişafı Xidmətinin xx.xx.2025-ci il tarixli 347/ü saylı əmri tamamilə qanuni və əsaslıdır. Əvvəla bildirilməlidir ki, Meşələrin İnkişafı Xidmətinin sözügedən əmrinin verilməsi üçün əsas 8 saylı X40 X16 Komitəsinin xx.xx.2025-ci il tarixli 05 nömrəli iclas protokolu və araşdırma sənədləri olmusdur. Belə ki, qanun pozuntularının araşdırılması zamanı aşağıdakılar müəyyən olunmuşdur: 2025-ci ilin 11, 12 və 18 avqust tarixlərində Ekologiya və Təbii Sərvətlər Nazirliyi X35 Xidmətinin xx.xx.2025-ci il, 331/EM saylı və xx.xx.2025-ci il tarixli 328/EM saylı əmrlərinə əsasən Xidmətin əməkdaşları tərəfindən 8 saylı X40 X11 1 və 2 saylı dolaylarında meşələrin qorunub mühafizə olunması vəziyyəti nəzarəti qaydada araşdırılarkən İddiaçı tərəfindən vəzifə funksiyalarının icrasında ciddi nöqsanlara yol verildiyi müəyyən olunmuşdur. Aparılan araşdırmalar nəticəsinə məlum olmuşdur ki, Tala meşəbəyliyin saylı meşə dolayında vələs cinsinə aid diametrləri 20 sm olan 2 ədəd, diametrləri 24 sm olan 4 ədəd, diametrləri 28 sm olan 1 ədəd, diametrləri 32 sm olan 2 ədəd, diametrləri 40 sm olan 1 ədəd, diametrləri 44 sm olan 1 ədəd, ağcaqayın cinsinə aid 2 ədəd, cökə cinsinə aid 1 ədəd, fıstıq cinsinə aid 2 ədəd, qovaq cinsinə aid müxtəlif diametrli 3 ədəd olmaqla ümumilikdə 19 ədəd ağac və fındıq cinsində 11 kol qanunsuz kəsilmişdir.Həmçinin meşə fondunun mühafizə vəziyyəti araşdırılarkən müəyyən olunmuşdur ki, həmin dolayda yerləşən arıxana sahəsində 4 ədəd əsaslı şəkildə tikilmiş arıçı evi möveuddur. Arıçı evlərinin birinin qarşısında 0.5 m hündürlüyündə 3x4 ölçülərində əlavə otağın inşasına başlanılmış, tikinti məqsədilə ərazidə mişar dağı yığılmışdır. Digər arıçı evinin üç tərəfi 1 m hündürlükdə daş hasarla əhatə olunmuş, daxildə arakəsmə hörgüsü aparılmış, həmçinin daş və kərpicdən istifadə olunmaqla soba və manqal quraşdırılmışdır. Həmin arı evinin qarşı tərəfində təxminən 1.5 m hündürlüyündə daş hasarın inşa edildiyi müəyyən edilmişdir. Digər 2 arıçı evi isə bir otaq və balkon hissəsindən ibarət olduğu müəyyən olunmuşdur. Lakin İddiaçı tərəfindən tərtib edilmiş aktlarda Tala meşəbəyliyinin 1 saylı meşə dolayında 4 ədəd arıçı evinin qanunsuz tikilməsi faktı ilə bağlı heç nə göstərilməmiş, qeyd edilən zəbtlərlə bağlı Mərkəzə məlumat verilməmiş, bununla da meşə qanunvericiliyinin pozulması halları gizlədilmiş və belə qanunsuz halların baş verməsinə şərait yaradılmışdır. 8 saylı RMTM-nin baş mütəxəssis hüquqşünası Rəsul Şəfizadənin xx.xx.2025-ci il tarixli izahatından görünür ki, qeyd olunan arıçı evlərinin meşə fondu torpaqlarının zəbt olunması ilə bağlı bu günədək Mərkəz tərəfindən hər hansı tədbir həyata keçirilməmişdir. Buna səbəb isə Tala meşəbəyliyinin meşəbəyisi Fazil Cumyaevə dəfələrlər ərazidəki zəbətlərin araşdırılması tapşırılasa da o, öz nəzarətində olan sahədə mövcud zəbtləri aktlaşdırmaqdan yayınmış və onların sənədlərdə əks olunmasına şərait yaratmamışdır. xx.xx.2025-ci il tarixdə Tala meşəbəyliyinin 2 saylı meşə dolayının ərazisində keçirilmiş yoxlama zamanı fıstıq cinsindən 52 sm diametrində 2.96 m³ həcmində 1 ədəd köküstə yaş ağacın qanunsuz kəsildiyi, 11 ədəd köküstə və 29 ədəd kökündən yeni çıxarılmış aqrotexniki qulluq edilməklə becərilmiş çətənə (kannabis) kolları aşkar edilmişdir.Bu da İddiaçı tərəfindən meşəbəylikdə mühafizənin düzgün təşkil edilmədiyini, meşə qanunvericiliyinin tələblərinin pozulmasının qarşısının alınması üçün heç bir zəruri tədbirlərin həyata keçirilmədiyini göstərir. İddiaçı tərəfindən 2 saylı meşə dolayında xx.xx.2025-ci il tarixdə, xx.xx.2025-ci il tarixdə, xx.xx.2025-ci il tarixdə, xx.xx.2025-ci il tarixində və xx.xx.2025-ci il tarixində yoxlamalar keçirilmiş, bununla əlaqədar aktlar tərtib edilmiş, lakin yuxarıda qeyd edilən qanunsuzluqlar aktlarda öz əksini tapmamışdır.Bundan başqa Tala meşəbəyliyinin 2 saylı dolayının meşə gözətçisi Hacımurad Qanzayevin 21 iyul 2025-ci il tarixdən işdə olmamasına baxmayaraq İddiaçı saxtakarlığa yol verərək işçinin işdə olması barədə Mərkəzə tabel təqdim etmişdir. 2 saylı meşə dolayında meşələrin mühafizə vəziyyəti araşdırılarkən meşə gözətçisi Hacımurad Qanzayevin xidməti ərazisində olmadığı müəyyən olundu. Aparılan araşdırma zamanı müəyyən olundu ki, Hacımurad Qanzayev 21 iyul 2025-ci il tarixdə ayağından xəsarət almış və bu barədə İddiaçı məlumat verərək həmin tarixdən işə çıxmamışdır. 8 saylı RMTM-nin baş mühasibi X43 tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli izahatdan görünür ki, İddiaçı tərəfindən mühasibatlığa təqdim olunmuş “İş vaxtının uçot”u tabelində meşə gözətçisi Hacımurad Qanzayevə bütü ay iş günləri kimi yazılmışdır. 8 saylı RMTM tərəfindən xx.xx.2025-ci il tarixdə 3-14-27-14/2- 100/2025 saylı məktubla Zaqatala Rayon Mərkəzi Xəstəxanasına sorğu göndərilmiş, sorğuya cavab olaraq Zaqatala Rayon Mərkəzi Xəstəxanası tərəfindən xx.xx.2025-ci il tarixli 18-1-78/2-847-2025 saylı cavab məktubu ilə bildirilmişdir ki, X31 xx.xx.2025-ci il tarixdə "S90.0-aşıq baldır oynağının əzilməsi" diaqnozu ilə müraciət etmiş, xx.xx.2025-ci il tarixdə "S92-Ayağın, aşıq baldır oynağı sınığı istisna olmaqla sınığı" diaqnozu ilə cərrahiyyə şöbəsinə müraciət etmiş, ona müvafiq tibbi yardım göstərilmiş, lakin xəstəlik vərəqəsi açılmamışdır. Beləliklə Tala meşəbəyliyinin 2 saylı dolayının meşə gözətçisi Hacımurad Qanzayevin 21 iyul 2025-ci il tarixdən işdə olmamasına baxmayaraq İddiaçı saxtakarlığa yol verərək işçinin işdə olması barədə Mərkəzə tabel təqdim etmişdir.Tala Meşəbəyliyinin 4 saylı meşə dolayının gözətçisi Xaləddin Əhmədovdan qanunsuz işlər görməsini tələb etmiş, sonuncu bundan imtina etdikdə isə onu məcbur etmiş, söyüş söyərək şərəf və ləyaqətini alçaltmışdır. Tala Meşəbəyliyinin 4 saylı meşə dolayının gözətçisi Xaləddin Əhmədovun xx.xx.2025-ci il tarixli müraciətindən görünür ki, o, İddiaçı qanunsuz hərəkətlərindən cana doymuşdur. xx.xx.2025-ci il tarixdə İddiaçı ondan meşə qırma sahəsindən qanunsuz olaraq odun qırmasını tələb etmiş, Xaləddin Əhmədov bundan imtina etdikdə isə ona söyüş söyərək təhqir etmiş və onun şərəf və ləyaqətini alçaltmışdır. Tala meşəbəyliyinin 2 saylı meşə dolayının ərazisində keçirilmiş yoxlama zamanı fıstıq cinsindən 52 sm diametrində 2.96 m³ həcmində 1 ədəd köküstə yaş ağacın qanunsuz kəsildiyi, 11 ədəd köküstə və 29 ədəd kökündən yeni çıxarılmış aqrotexniki qulluq edilməklə becərilmiş çətənə (kannabis) kollarının aşkar edilməsi faktı ilə bağlı araşdırma aparılaraq məsələyə hüquqi qiymət verilməsi üçün ərazinin sxemi, fotoşəkillər və zəruri sənədlər Zaqatala Rayon Polis Şöbəsinə göndərilmişdir. İddiaçı tərəfindən törədilmiş qanunsuz hərəkətlərin araşdırılması zamanı müəyyən edilmişdir ki, o, Zaqatala Rayon Məhkəməsinin xx.xx.2005-ci il tarixli və xx.xx.2022-ci il tarixli hökmləri ilə təqsirli bilinmiş və barəsində ittiham hökmü çıxarılmışdır. Belə ki, Zaqatala Rayon Məhkəməsinin xx.xx.2005-ci il tarixli hökmü ilə İddiaçı CM-nin 233-cü maddəsi ilə təqsirli bilinmiş və 01 (bir) il 6 (altı) ay müddətinə islah işləri cəzasına məhkum edilmişdir. Bundan başqa İddiaçı Zaqatala Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə CM-nin 259.2.3 və 259.2.4-cü maddəsi ilə təqsirli bilinmiş və 7000 (yeddi min) manat cərimə cəzasına məhkum edilmişdir. Hər iki cinayət işinin istintaqı zamanı o, özünü təqsirli bilmiş, törətdiyi cinayət əməllərini etiraf etmiş və verilmiş ittihamları qəbul etmişdir. Lakin, İddiaçı işə qəbul olunan zaman məhkumluğu olduğunu bildirməmiş, özünün barəsində olan məlumatları gizlətməklə işə qəbul olunması üçün şərait yaratmışdır. Beləliklə İddiaçı tərəfindən yuxarıda qeyd edilən qanun pozuntularının, əmək icra intizamın və digər qanunvericilik aktlarının kobud surətdə pozulması müəyyən edildiyindən onunla bağlanılmış əmək müqaviləsinə 70-ci maddəsinin "ç" bəndinə əsasən xitam verilməsi ilə əlaqədar Meşələrin İnkişafı Xidmətinin xx.xx.2025-ci il tarixli 347/ü saylı əmri tamamilə qanuni və əsaslıdır. Odur ki, iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin olunmasını xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, Əmək Məcəlləsinin 186.2-ci maddəsinə əsasən işəgötürən intizam tənbehi kimi əvvəlcə töhmət, sonra sonuncu xəbərdarlıqla şiddətli töhmət, cərimə və yalnız sonuncu halda əmək müqaviləsinin 70-ci maddənin “ç” bəndi ilə ləğvini tətbiq edə bilər. İndiki halda bu tələb pozulmuşdur. İşdən azad edilmə haqqında xx.xx.2025-ci il tarixli əmrdən əvvəlki son 6 ay ərzində İddiaçı hər hansı intizam tənbehi (töhmət, şiddətli töhmət, cərimə) verilməsi barədə sənəd yoxdur. Son 6 ay ərzində heç bir intizam tənbehi verilməyibsə, nə üçün birbaşa ən ağır intizam tədbiri – 70-ci maddənin “ç” bəndi ilə əmək müqaviləsinə xitam verilməsi seçilməsini cavabdeh əsaslandırmamışdır. Əmək Məcəlləsinin 72-ci maddəsinin “ə” bəndində göstərilir ki, işçi əvvəllər verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozarsa, bu kobud pozuntu hesab olunur. İddiaçı əvvəlcədən intizam tənbehi verildiyini və son 6 ayda təkrar pozuntu etdiyini təsdiq edən konkret sənəd məhkəməyə təqdim edilməmişdir. 70-ci maddənin “ç” bəndi ilə xitam verərkən göstərilən “əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəlikləri yerinə yetirməmək” konkret olaraq İddiaçı hansı vəzifə öhdəliyi ilə əlaqədardır olmasını və onun hansı öhdəliyi yerinə yetirmədiyi konkret sübut edilməmişdir. Əmək Məcəlləsinin 71.2-ci maddəsinə görə 70 “ç” yalnız o halda tətbiq edilə bilər ki, işçi qəsdən və ya səhlənkarlıqla əmək funksiyasını yerinə yetirməsin və bunun nəticəsində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulsun və ya işəgötürənə, kollektivə ziyan dəysin. İddiaçı hərəkətləri nəticəsində işin “normal ahəngi”nin pozulduğunu sübut edən hansı yazılı sənəd və ya akt mövcud deyildir və məhkəməyə də belə sənəd təqdim edilməmişdir. İddiaçı hərəkətləri nəticəsində işəgötürənə və ya mülkiyyətçiyə dəymiş maddi ziyanın məbləği nə qədər olmuş və bu məbləği sübut edən rəsmi sənəd, ekspertiza rəyi və ya akt yoxdur və məhkəməyə də belə sənəd təqdim edilməmişdir. Əgər ziyan məbləği müəyyən olunubsa, bu ziyanın İddiaçı tərəfindən ödənilməsi barədə hər hansı ödəmə sənədi, öhdəlik məktubu və ya digər sübut məhkəməyə təqdim edilməmişdir. Cavabdeh tərəfindən təqdim olunan sənədlərə əsasən, meşə gözətçiləri cərimələnmiş, lakin İddiaçı özü cərimələnməmişdir. Belə olan halda “mülkiyyətçiyə maddi ziyan vurma” iddiasının İddiaçı nə aidiyyəti olduğu əsaslandırılmamışdır. xx.xx.2025, xx.xx.2025, xx.xx.2025, xx.xx.2025, xx.xx.2025 tarixli yoxlama aktlarında İddiaçı sahəsində hər hansı qanun pozuntusu və ya ağacların qanunsuz kəsilməsi faktı göstərilməmişdir. xx.xx.2025-ci il tarixli yoxlama aktında qeyd olunur ki, guya İddiaçı məsul olduğu sahədə ağacların kəsilməsi müəyyən olunmuş və kəsilmənin təxmini vaxtı 3 ay əvvələ təsadüf edir. Əgər kəsilmə 3 ay əvvəl baş vermişdisə, xx.xx.2025, xx.xx.2025 və xx.xx.2025 tarixli yoxlamalarda bu fakt niyə aşkar edilməmişdir? Təkcə bu fakt sübut edir ki, xx.xx.2025-ci il tarixində tərtib edilmiş akt rəhbərliyin göstərişilə tələm-tələsik tərtib edilmiş və həqiqətə uyğun olmayan aktdır. İdarədə 5 meşəbəyi olduğu halda, nə üçün yoxlama yalnız İddiaçı məsul olduğu sahədə aparılmışdır? Digər meşəbəylərin sahələri üzrə niyə paralel yoxlama keçirilməmişdir? Bu haqda cavabdeh heç bir əsaslandırmanı məhkəməyə təqdim etməmişdir. Avqust 2025-ci ildə keçirilən iclasda İddiaçı ixtisası olmayan şəxsin vəzifəyə təyin edilməsinə etirazını bildirdikdən sonra məhz onun sahəsində yoxlama təyin olunması, işçilərdən alınan ərizələr, yoxlama sənədləri hamısının həmin vaxtda, yəni avqust aylnda, yəni iclasda fərqli fikir bildirdikdən sonra tərtib edilməsi birbaşa rəhbərliyin iddiaçıya qarşı qərəzli olmasını sübut edir. Əhmədov Xaləddin məhkəmədə şahid kimi dindirildi və o təsdiq etdi ki, o özü öhdəsində olduğu yerdə qanunsuz olaraq ferma tikmiş, İddiaçı onu sökdürmüş, onun öhdəsində olan sahədə ağac kəsintisinə görə vurulan zərərin onun əmək haqqından ödənilməsini tələb etmişdir və bu tələblər tam qanuni olmuşdur. X55 bildirmişdir ki, İddiaçı onu söydüyü üçün şikayət ərizəsi yazmışdır. İddiaçı narazı olan bir şəxsin yazdığı və yazdıqlarını özünün məhkəmədə təkzib etdiyi bir şəxsin ərizəsini məhkəməyə təqdim etməkdə cavabdeh iddiaçını gözdən salmağa yönələn hərəkət etmişdir. İddiaçı ərizəsində iddiaçının ondan odum doğramasını tələb etdiyini göstərsə də məhkəmədə bildirmişdir ki, odun doğranılıb rəsmi talonla satılması halı mövcuddur və bu tam qanuni haldır, yəni iddiaçının tapşırığı tam qanuni olmuşdur. Yoxlamaların planlı yoxlama olub-olmaması barədə rəsmi plan, qrafik və ya əmr məhkəməyə təqdim edilməmişdir. Yoxlamanın nə üçün məhz həmin tarixdə və məhz bu sahəyə yönəldilməsini cavabdeh əsaslandırmamış və bu barədə də məhkəməyə hər hansı sənəd təqdim edilməmişdir. Əmək Məcəlləsinin 31-ci maddəsinin “ı” bəndinə əsasən, işəgötürənin təşəbbüsü ilə əmək müqaviləsinə xitam verilərkən həmkarlar ittifaqları təşkilatı ilə razılaşma aparılmalıdır. İddiaçı işdən azad edilməsi ilə bağlı həmkarlar ittifaqının yazılı razılığı alınması zamanı qanun pozuntusuna yol verilib. Həmkarlar ittifaqına müraciət olunub, onlara göndərilən məktubda isə fikir bildirilməsi əvəzinə birbaşa razılıq bildirilməsi ifadəsi göstərilmişdir. Bu məktubda istifadə edilən ifadələrin həmin təşkilata istiqamət verilməsi xarakteri daşıdığını sübut edir. Buna görə də həmkarlar ittifaqının razılığı olmadan 70-ci maddənin “ç” bəndi ilə işdən azad etmə qərarı qəbul edilməsi, Əmək Məcəlləsinin 31-ci maddəsinin tələblərinə uyğun hesab edilə bilməz. İş materiallarında olan, direktor və baş mühasib tərəfindən təsdiq edilmiş xx.xx.2025-ci il tarixli arayışa görə İddiaçı 2024-cü ildə 3 dəfə (mart, may, dekabr) ümumilikdə 1168 manat, 2025-ci ildə isə 2 dəfə (mart və may) ümumilikdə 1012 manat məbləğində yaxşı işləməsinə görə mükafatlandırılmışdır. Cavabdeh bu qədər mükafat almış işçi, həm də may ayında sonuncu mükafatı almış işçi birdən-birə avqust ayında, 3 ay sonra, əmək funksiyasını yerinə yetirməyən şəxs kimi niyə qiymətləndirilməsi haqqında hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Son mükafatlandırma may 2025-ci ildə olmuşdur. Cəmi 3 ay sonra – xx.xx.2025-ci ildə həmin işçi 70-ci maddənin “ç” bəndi ilə işdən azad edilmişdir. Eyni dövrə görə həm “yaxşı işə görə mükafat”, həm də “əmək funksiyasını yerinə yetirməmək” iddiası bir-birini istisna edir. Son akta görə ağacların kəsilməsi faktı son 3 aya təsadüf edir. Akta görə bu may ayında olmuşdur. Əgər may ayında ağacların kəsilməsi və digər pozuntular mövcud idisə, niyə məhz həmin dövrdə İddiaçı mükafatlandırması haqqında cavabdeh məhkəməyə izah verə bilməmişdir. Cavabdehin nümayəndəsi bu suala cavabında bildirmişdir ki, yəqin İddiaçı yaxşı işçi olmuşdur ki, mükafatlandırılmışdır. Göründüyü kimi, bir tərəfdən cavabdeh təsdiq edir ki, iddiaçı yaxşı işçi olmuş, digər tərəfdən cavabdeh iddiaçını yarıtmaz işçi kimi 20 illik iş stajı olan iddiaçını işdən azad etmişdir. Cavabdehin mövqeyinə görə, İddiaçı iradlardan biri də Qanzayev Hacımuradın “xəstə olduğu halda” ona iyul ayında əmək haqqı yazılması barədə sənəd verməsi ilə bağlıdır. Məhkəmə sorğusuna xəstəxanadan verilən rəsmi cavabda həmin dövrdə Qanzayevin xəstə olmadığı təsdiq edildiyi halda, bu barədə tərtib olunmuş aktda və əmrdə yazılanların əsassız olduğu sübut olunur. Qanzayevlə bağlı əsassız və yalan fakt üzərində qurulan iradın İddiaçı qarşı istifadə edilməsi Əmək Məcəlləsinin tələblərinə uyğun hesab edilməməlidir. Yoxlama aktında göstərilir ki, yabanı çətənə kolu aşkar edilib və Qanzayev adlı meşə gözətçisi izahatında bu kolların çığır olmayan yerdə, yalnız xüsusi aparat (dron) vasitəsilə aşkar oluna biləcək yerdə olduğunu bildirib. Bu halda, İddiaçı bilavasitə təqsirinin nədən ibarət olmasını cavabdeh əsaslandırmamışdır. Meşə gözətçisinin, yaxud İddiaçı istifadəsində dron olmadığı halda onlar fiziki olaraq əlçatmaz və yalnız dron vasitəsilə görünən, çığır olmayan əraziləri müntəzəm surətdə necə yoxlamalıdır və ya təbii şəkildə əlçatmaz yerlərdə bitən o çətənə kollarına görə bu şəxslər necə məsuliyyət daşıya bilərlər, bu barədə hər hansı sənəd məhkəməyə təqdim olunmamışdır. Çətənə kolunun aşkar olunması faktının, İddiaçı qəsdən və ya səhlənkarlıqla əmək funksiyasını yerinə yetirməməsi kimi qiymətləndirilməsi hüquqi cəhətdən hansı maddəyə əsaslanır və bu fakta görə İddiaçı hər hansı məsuliyyətə alınması haqqında sübut məhkəməyə təqdim olunmamışdır. Məhkəməyə 2021-ci ildə baş vermiş hadisə ilə bağlı məhkəmə sənədləri təqdim olunmuşdur. Burada göstərilmişdir ki, İddiaçı məhkəmə tərəfindən cərimə olunmuşdur. Bu sənədlərin, 4 il sonra – 2025-ci ildə 70-ci maddənin “ç” bəndi ilə işdən azad etmə ilə birbaşa hüquqi əlaqəsi nədən ibarətdir, bu məsələni cavabdeh məhkəməyə aydınlaşdırmamışdır. Əmək Məcəlləsində intizam məsuliyyəti üçün nəzərə alınan müddətlər mövcuddur. 2021-ci il hadisəsinin 2025-ci ildə qəbul olunmuş işdən azad etmə qərarına əsas kimi təqdim olunması qanunla nəzərdə tutulmuş müddətlərə uyğun deyildir. Bu sənədlərin məqsədi hüquqi əsas yaratmaq yox, yoxsa yalnız iddiaçının nüfuzunu məhkəmə qarşısında aşağı salmaqdan ibarətdir. İddiaçı 2-ci qrup əlil olduğu və əlilliyinin müharibədə aldığı zədələrə görə müəyyən edildiyi barədə sənədlər mövcuddur. İşdən azad etmə qərarı qəbul edilərkən onun bu statusu nəzərə alınmamışdır. 20 ildən artıq eyni iş yerində çalışan, mütəmadi mükafat alan, müharibə əlili olan bir işçiyə qarşı dərhal və ən ağır cəzanın seçilməsi, əmək münasibətlərində humanizm və sosial ədalət prinsiplərinə (ƏM-nin ümumi prinsiplərinə) uyğun olmamışdır. Əmək Məcəlləsinin 187-ci maddəsinə əsasən hər hansı intizam tənbehi tətbiq edilməzdən əvvəl işçidən yazılı izahat tələb edilməlidir. İddiaçı işdən azad edilməzdən əvvəl yazılı izahat alınmışdır və ya bu barədə hər hansı sənəd məhkəməyə təqdim olunmamışdır. ƏMnin 187.2-ci maddəsinə əsasən intizam tənbehi pozuntu aşkar edildikdən sonra 1 ay müddətində tətbiq edilməlidir (xüsusi hallar istisna olmaqla). Son tərtib edilmiş aktda Ağacların kəsilməsi iddiası “təxminən 3 ay əvvəl” baş vermiş kimi göstərildiyi halda, bu müddətin nəzərə alınmamsı ƏM 187.2 maddəsinin tələbinin pozulması sayılmalıdır. Avqust 2025-ci ildə keçirilən iclasın protokolunda İddiaçı hansı konkret ifadələri “kollektiv üzvlərinin şərəf və ləyaqətini alçaltmaq” kimi qiymətləndirilməsi göstərilməmişdir. Cavabdeh yalnız ümumi ifadələrlə kifayətlənmişdir ki, bu da qəbul edilə bilməz. Çünki Əmək Məcəlləsində “kollektivin şərəf və ləyaqətinin alçaldılması” 70-ci maddənin “ç” bəndi üzrə xitam əsası kimi ayrıca göstərilməmişdir. Konstitusiyanın tələblərinə görə hər kəs təklif, irad və şikayət bildirmək hüququna malikdir. İddiaçı iclasda tənqidi fikir bildirməsi bu hüququn həyata keçirilməsi deyilmi? Bu hüquqa görə onu cəzalandırmaq hansı hüquqi norma ilə əsaslandırılır, bunu cavabdeh əsaslandırmamışdır. İdarədə 5 meşəbəyi olduğu halda yalnız İddiaçı sahəsində yoxlama aparılması, onun tənqidindən dərhal sonra bu yoxlamaların başlanması, ƏM-nin 16-cı maddəsində qadağan edilən əmək münasibətlərində ayrı-seçkilik sayılmalıdır. Əmək Məcəlləsinin 72-ci maddəsində kobud pozuntu hesab edilən hallar ayrı-ayrı bəndlərlə sadalanır. Cavabdeh İddiaçı bu maddənin hansı konkret bəndini (a, b, c, ç, d, e, ə, f, g) pozduğunu iddia etməsini bildirməmişdir. a) İddiaçı heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi faktı varmı? b) Sərxoş vəziyyətdə işə gəlməsi ilə bağlı akt varmı? c) Mülkiyyətçiyə vurduğu ziyanın məbləği və ödəniş sənədləri varmı? ç) Hər hansı işçinin səhhətinə xəsarət yetirməsi faktı varmı? d) Dövlət, kommersiya və vergi sirrinin açıqlanması sübut olunubmu? e) İşəgötürənin qanuni mənafeyinə ciddi xələl gətirən konkret hansı hərəkət sübut olunub? ə) Son 6 ayda əvvəlki intizam tənbehindən sonra təkrar pozuntu faktı varmı? f) İş vaxtı cinayət və ya inzibati xəta törətməsi ilə bağlı rəsmi qərar varmı? g) Konfidensial fərdi məlumatları yayması sübut olunubmu? Bu halların heç biri haqqında hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Əmək Məcəlləsinin 71.2-ci maddəsinə görə 70-ci maddənin “ç” bəndi ilə xitam üçün həm işçinin qəsdən, səhlənkarlıqla əmək funksiyasını yerinə yetirməməsi, həm də bunun nəticəsində işin ahənginin pozulması və ya ziyanın dəyməsi sübut olunmalıdır. Cavabdeh bu iki şərtin hər ikisini sübut edən konkret dəlilləri məhkəməyə təqdim etməmişdir. İddiaçı 2024–2025-ci illərdə 5 dəfə mükafat alması, son 6 ayda heç bir intizam tənbehi almaması, 20 il eyni təşkilatda işləməsi, müharibə əlili olması faktları fonunda, 70ci maddənin “ç” bəndi ilə işdən azad etmə qərarı hansı “zəruri və müstəsna” zərurətdən irəli gəlmişdir? Bu statusu nəzərə alaraq, işdən azad etməzdən əvvəl onunla barışıq, xəbərdarlıq, başqa vəzifəyə keçirilmə kimi daha yumşaq alternativlər niyə nəzərdən keçirilməməsini cavabdeh aydınlaşdırmamışdır. Cavabdeh bütün bu suallara cavab olaraq, İddiaçı konkret, sübuta yetirilmiş, kobud intizam pozuntusunu və bunun nəticəsində yaranan ziyanı məhkəməyə təqdim edə bilmirsə, xx.xx.2025-ci il tarixli işdən azad edilmə əmri qanuni hesab oluna bilməz. Yuxarıda sadaladığı hallar bilavasitə sübut edir ki, iddiaçı ilə əmək müqaviləsinin ƏM 70 ç bəndi əsasında xitam edilməsi tam qanunsuz və əsassız və qərəzli olmuş və buna görə də həmin əmr qanuni sayıla bilməz. Əvvəlki baxış iclasında iştirak etmiş İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin olunmasını xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, 12 il sahə rəisi vəzifəsində işləmişdir. Son 3 ildə isə tala meşəbəyliyində sahə rəii vəzifəsində işləyirdi. 14 may tarixində direktor əvəzi təyin olan şəxslə 2 ay 15 gün birlikdə işləmişdir. 1 avqust tarixində isə ümumi iclas keçirilmiş və mühafizə rəisi ştatının boş olması məsələsi müzakirəyə qoyulmuşdu. Həmin ştatda hüquqşünas işləyən Rəsul adlı iş yoldaşı ilə bağlı təqdimat verildiyi, lakin təsdiq edilmədiyi bildirilmişdi. O, isə onun ixtisasının vəzifəyə uyğun gəlmədiyini bildirmişdi. 9-12 avqust tarixlərində müəssisədə yoxlama işləri aparılmışdır. Ona çıxış yolunun ərizəni yazıb işdən çıxması olduğu deyilmişdi. Səbəb isə həmin şəxsin vəzifəyə təyin edilməsinə etiraz etməsi idi. Əvvəllər onun yaşadığı kəndə də gəlib müdaxilə ediblər. O, qanunsuz əkilən narkotiklərin məhv edilməsinə çalışmışdır. Onları dronlar vasitəsilə aşkar etmişlər və saatlarla işləmişlər. O, bu vəzifəyə əziyyətlə gəlmişdir və himayəsində 2 azyaşlı qız övladları var. Ondan işdən azad edilməklə bağlı izahat da alınmamışdır. O, Şahid bildirdimişdi ki, meşə ərazisindən qanunsuz odun çıxsa, bu səhvi keçməyəcəkdir. Buna görə də nalayiq ifadə işlətmişmişdir. Ona qanunsuz iş gördürməmişdir. Cavabdehin dediklərinin əksəriyyəti şər-böhtandır. Onun 6 nəfər gözətçisi olub, onlardan 3-ü yaxın, 3-ü isə uzaq məsafədəki iməciliyə cəlb etmişdir. 2023-cü ildə odun qırıntı sahəsində Şahid nöqsana yol verdiyinə görə əmək haqqında kəsinti olmuşdur. Verilən suallara cavab olaraq bildirmişdir ki, 14500 hektar sahə nəzarətində idi və yalnız 1 ağacda problem aşkar edilmişdi. Həmin nöqsan da gözətçi ilə bağlı idi. Yoxlama yalnız onunla əlaqədar idi. Son 6 ayda ona qarşı inzibati tənbeh tədbirləri görülməmişdir. Məhkəmə iclasında iştirak cavabdeh Azərbaycan Respublikasının Ekologiya və Təbbi Sərvətlər Nazirliyi X35 Xidmətinin nümayəndəsi Nümayəndə3 iddianı qəbul etməyərək, etirazın məzmununa uyğun izahat vermiş və iddianın təmin olunmamasını xahiş etmişdir. Verilən suallara cavab olaraq bildirmişdir ki, iddiaçı aktları və izahatları imzalamaqdan imtina etmişdir. Kollarla bağlı tərtib olunan aktlar polis şöbəsinə göndərilmişdir. Şahidin izahatı təhqir və şər-böhtanla bağlı alınmışdır. Yoxlamalar müntəzəm olur və əvvəlki illərdə də nöqsan aşkar olunmuşdur. Pul mükafatı şəxsən deyil, Mərkəzə təqdim olunur. İddiaçı yoxlamalardan əvvəl mükafat almışdır və hazırkı faktlar avqust ayında aşkar edilmişdir. Əvvəlki yoxlamalar zamanı iddiaçı yoxlamalardan, əraziya getməkdən boyun qaçırmışdır və onun təqdim etdiyi sənədlərdə bu faktlar öz əksini tapmamışdır. Əvvəlki yoxlamaların nəticəsi barədə məlumatı yoxdur. Tətbiq olunan cərimələr meşə gözətçiləri tərəfindən ödənilmişdir. İddiaçı əmək intizamını dəfələrlə pozmuşdur. İddiaçı yaxşı işləyəndə mükafat verilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində bildirmişdir ki, iddiaçı onun sahə rəisi olmuşdur və təxminən 3 il birlikdə işləmişlər. İddiaçının ona münasibəti çox pis olmuşdur və səbəbi qanunsuz iş gördürməsidir. Avqust ayının axırında odun tökməsini və odunu onun gətirməsini istəmişdi. O isə razılaşmamışdı. İddiaçı əsəbiləşmiş və anasını təhqir etmişdir. O, xəstə də olsa, ona iş gördürürdü. O, hər şeyə dözsə də, onun anasını təhqir etməsinə dözməmiş və şikayət etmişdir. İddiaçı 2 gün zəng eləsə də, qaunsuz odun gətirməmişdi və iddiaçı 3-cü dəfə də zəng etmişdi. Kənddə ev tikilirdi və müdiriyyətə zəng edəndə bildirmişdilər ki, tiksin. O da iddiaçıya tikintiyə icazə verdiklərini demişdi. İddiaçı isə ona 3 gün vaxt verdiyini bildirmişdi. Əvvəlki il odunla bağlı kəsik müəyyən ediləndə onun maaşından kəsilmişdi. Məsul şəxs iddiaçıdır, o isə gözətçidir. İddiaçı həmişə onu qovacağını deyirdi. Bir dəfə o, məzuniyyətdə olanda yanğın başlamışdı və o da yanğını kənd sakinləri ilə söndürmüşdü. Onu həmin işə iddiaçı cəlb etmişdi. Verilən suallara cavab olaraq bildirmişdir ki, o hələ də işləyir. İddiaçı ilə söz-söhbətləri əvvəllər də olmuşdur. Qanunsuz hərəkətlər kimi iddiaçı bilet olmadan ona odun kəsdirmiş və başqa sahəyə işləməyə aparmışdır. Ölçü işləri aparılandan sonra sahə rəisi tərəfindən möhür vurulmalıdır. Dekabr ayında yeməkxanaya odun gətirilməsi ilə bağlı Zaqatala rayon Polis İdarəsinə getmişdir. Gözətçi kimi hər hansısa bir hadisənin baş verməsinə cavabdeh olmalarına dair iltizam verirlər. Odunun kəsilməsi və satışı qanunsuz iş deyil. O, avqust ayında şikayət etmişdir. Əmək haqqından 151 manat kəsilmişdir. O, iddiaçı barədə inspektora məlumat vermiş və iddiaçının onun rəhbəri olduğunu bildirmişdi. 2023-cü ildə əmək haqqından kəsilən məbləğ qanunsuz idi. İzahatında yazılanları təsdiq edir. Qırma sahəsi ilə bağlı məsul şəxs sahə rəisidir və o, tapşırıq verməsə, nəsə edə bilməz. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara qiymət verməklə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan: 0242711 nömrəli əmək kitabçasının surətindən görünür ki: X45 və Bərpası Müəssisəsinin 94 nömrəli xx.xx.2007-ci il tarixli əmrinə əsasən, İddiaçı, xx.xx.2007-ci il tarixindən Muğanlı meşəbəyliyinə meşə əkinləri üzrə fəhlə vəzifəsinə qəbul edilmişdir. X45 və Bərpası Müəssisəsinin 023/k xx.xx.2008-ci il tarixli əmrinə əsasən, İddiaçı, xx.xx.2008-ci il tarixindən Ekologiya və Təbii Sərvətlər Nazirliyi Meşələrin İnkişafı Departamenti X45 və Bərpası Müəssisəsinin meşə əkini mühənədisi vəzifəsinə təyin edilmişdir. X45 və Bərpası Müəssisəsinin 454/k nömrəli xx.xx.2011-ci il tarixli əmrinə əsasən, İddiaçı, xx.xx.2011-ci il tarixindən X45 və X17 meşəbəyliyinə meşəbəyi vəzifəsinə təyin edilmişdir. X45 və Bərpası Müəssisəsinin 329/k nömrəli xx.xx.2018-ci il tarixli əmrinə əsasən, İddiaçı, xx.xx.2018-ci il tarixindən struktur dəyişikliyi ilə əlaqədar X56 X8 meşəbəyliyinin meşəbəyi vəzifəsinə təyin edilmişdir. X45 və Bərpası Müəssisəsinin 331/k nömrəli xx.xx.2022-ci il tarixli əmrinə əsasən, İddiaçı, xx.xx.2022-ci il tarixindən Zaqatala X34 X11 meşəbəyi vəzifəsinə təyin edilmişdir. X45 və Bərpası Müəssisəsinin xx.xx.2023-cü il tarixli əmrinə əsasən, xx.xx.2023-cü il tarixindən Mərkəz 8 saylı X34 Mərkəzi adlandırılmışdır. Zaqatala Rayon Məhkəməsinin 1(033)-16/2022 nömrəli, xx.xx.2022-ci il tarixli hökmünə əsasən, İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.2.3-cü 259.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 7000 (yeddi min) manat cərimə cəzasına məhkum edilmiş, İddiaçı ona təyin edilmiş cərimə cəzasını hökm qanuni qüvvəyə mindiyi gündən 01 (bir) ay müddətində müvafiq bank hesabına keçirməklə ödəməsi, cərimə cəzasının icrasının İddiaçı yaşayış yeri üzrə Zaqatala Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməsi, İddiaçı barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən qüvvədə saxlanılması, iş üzrə ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat İddiaçı tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməsi hökm edilmişdir. Həmin hökmün məzmunundan müəyyən edilir ki, “İddiaçı ondan ötrü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.2.3-cü 259.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir ki, o, 27 aprel 2021-ci il tarixdə yaşadığı Zaqatala rayonu Əliabad qəsəbəsində yerləşən evinin həyətyanı sahəsində yanaraq yararsız hala düşmüş mal tövləsini bərpa etmək məqsədilə X56 X12 meşəbəylinin ümumi mühafizəsi, meşə əkinlərinin və təbii bərpanın qorunub mühafizə edilməsinə cavabdeh şəxs olmasına baxmayaraq öz qulluq mövqeyindən istifadə edərək 2021-ci ilin may ayının əvvəllərində xidmət etdiyi dövlət meşə fondu torpaqlarına aid mühafizə olunan Əliabad meşəbəyliyinin 7 saylı dolayının 16-cı kvartalında yerləşən diametri 84 sm olan kök üstə yaş 1 ədəd qovaq, diametri 108 sm olan kök üstə yaş 1 ədəd qovaq, diametri 112 sm olan kök üstə yaş 1 ədəd qovaq, diametri 56 sm olan kök üstə yaş 1 ədəd yalanqoz, diametri 68 sm olan kök üstə yaş 1 ədəd yalanqoz, diametri 76 sm olan kök üstə yaş 1 ədəd yalanqoz, diametri 60 sm olan kök üstə yaş 1 ədəd vələs, diametri 72 sm olan kök üstə yaş 1 ədəd vələs, diametri 48 sm olan kök üstə yaş 1 ədəd ağcaqayın, diametri 32 sm olan kök üstə yaş 1 ədəd göyüş cinsindən ümumilikdə 11 (on bir) ədəd, cəmi 63,85 m3 həcmi olan ağacları qanunsuz kəsərək təbiətə 8792 (səkkiz min yeddi yüz doxsan iki) manat məbləğində külli miqdarda ziyan vurmuşdur.” Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 220/ü nömrəli, xx.xx.2025-ci il tarixli əmrinə əsasən, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin İşçiləri (X7 X64 X13 Sistemi İdarəetmə qrupu istisna olmaqla) bir aylıq vəzifə maaşları məbləğində mükafatlandırılmaları əmr edilmiş, Maliyyə və iqtisadiyyat şöbəsi və tabeli qurumların rəhbərlərinə tapşırılmışdır ki, işçilərə mükafatın dövlət büdcəsi, təsərrüfat hesablı təşkilatlar və X71lər üzrə gəlirləri, dövlət qulluğu vəzifələrində müddətli əmək müqaviləsi ilə çalışan işçilərə isə fondlar və ya büdcədənkənar vəsaitlər üzrə 2025-ci il üçün təsdiq edilmiş xərclər smetasının müvafiq xərc maddəsindən (211900) ödənilməsini təmin etsinlər. Maliyyə və iqtisadiyyat şöbəsi və tabeli qurumların rəhbərlərinə tapşırılmışdır ki, intizam tənbehi almış əməkdaşlara qanunvericilikdə nəzərdə tutulmuş müddət ərzində mükafat verilməsin. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi X35 Xidməti 8 Saylı X40 Mərkəzi 040/v nömrəli, xx.xx.2025-ci il tarixli əmrinə əsasən, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin xx.xx.2025-ci il tarixli 220/Ü saylı əmrinə əsasən Mərkəzin işçilərinin Novruz və Ramazan bayramları münasibətilə bir aylıq maaşları məbləğində mükafatlandırılmaları əmr edilmişdir. Həmin işçilərin siyahısında İddiaçı də adı qeyd olunmuşdur. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 410/ü nömrəli, xx.xx.2025-ci il tarixli əmrinə əsasən, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin işçiləri (X7 X64 X13 Sistemi İdarəetmə qrupu istisna olmaqla) yarım aylıq vəzifə maaşları məbləğində mükafatlandırılmaları əmr edilmiş, Maliyyə və iqtisadiyyat şöbəsi və tabeli qurumların rəhbərlərinə tapşırılmışdır ki, işçilərə mükafatın dövlət büdcəsi, X71lər üzrə gəlirləri və çatışmayan hissəsinin dövlət büdcəsi vəsaiti, təsərrüfat hesablı təşkilatlar üzrə gəlirləri, dövlət qulluğu vəzifələrində müddətli əmək müqaviləsi ilə çalışan işçilərə isə fondlar və ya büdcədənkənar vəsaitlər üzrə 2025-ci il üçün təsdiq edilmiş xərclər smetasının müvafiq xərc maddəsindən (211900) ödənilməsini təmin etsinlər. Maliyyə və iqtisadiyyat şöbəsi və tabeli qurumların rəhbərlərinə tapşırılmışdır ki, intizam tənbehi almış əməkdaşlara qanunvericilikdə nəzərdə tutulmuş müddət ərzində mükafat verilməsin. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 8 saylı X34 X11 meşəbəyi İddiaçı, Tala meşəbəyliyinin 2 saylı dolayının meşə gözətçisi X31 və Tala meşəbəyliyinin 1 saylı dolayının meşə gözətçisi X4 Zaqatala rayonunda tərtib olunmuş 005733 nömrəli 09 aprel 2025-ci il tarixli aktdan görünür ki, 8 saylı RMTM-nin direktor əvəzi Həbib Poladovun xx.xx.2025-ci il tarixli 42/u saylı əmrinə əsasən Tala meşəbəyliyinin 2 saylı dolayında qanunsuz torpaq zəbtlərinin, özbaşın ağac kəsilməsinin, narkotik xassəli bitkilərin əkilməsinin, mal-qaranın otarılmasının və yaxud digər meşə qanunvericiliyinin pozulması hallarının olub-olmamasını yoxlamaq məqsədi ilə dolayıda növbəti yaz təftişi aparılmışdır. Tala meşəbəyliyinin 2 saylı dolayının sahəsi 1480,0 hektar olmaqla 23-29 saylı kvartallardan ibarətdir. Meşə gözətçisi X31 mərkəzdə xx.xx.2021-ci ilədək 14 saylı əmrlə işləyir. Aparılmış növbəti yaz yoxlaması zamanı Tala meşəbəyliyinin 2 saylı dolayında heç bir meşə qanunvericiliyinin pozulması hallarına rast gəlinməmişdir. Aktın doğruluğu tərtib edənlərin imzaları ilə təsdiq edilmişdir. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi X35 Xidməti 8 Saylı X40 Mərkəzi 058/v nömrəli, xx.xx.2025-ci il tarixli əmrinə əsasən, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin xx.xx.2025-ci il tarixli 410/Ü saylı əmrinə əsasən Mərkəzin işçilərinin "23 may - Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi işçilərinin peşə bayramı günü", "28 may Müstəqillik günü” və "Qurban bayramı" münasibətilə yarım aylıq maaşları məbləğində mükafatlandırılmaları əmr edilmişdir. Həmin işçilərin siyahısında İddiaçı də adı qeyd olunmuşdur. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi X35 Xidmətinin 8 Saylı X40 Mərkəzinin 055/ü nömrəli, xx.xx.2025-ci il tarixli əmrinə əsasən, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 mart tarixli 975 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi haqqında Əsasnamə"nin 5.5.7 və 5.5.10-cu yarımbəndlərini rəhbər tutaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyinin xx.xx.2025-ci il tarixli 386/K saylı əmrinə əsasən 8 saylı X40 Mərkəzinə müvəqqəti olaraq həvalə olunmuş direktor əvəzi Mustafa Əhmədovun təhvilqəbul işlərinin aparılması məqsədi ilə 8 saylı X40 Mərkəzində təhvil-qəbul işlərinin aparılmasına başlanılması, Meşələrin mühafizə olunması, meşə fondu torpaqlarından istifadənin, meşə əkinlərinin, bina, qurğu və digər əsas vəsaitlərin və sair mal-material qiymətlilərinin, akt və protokolların, oduncaq qalığının (işlik, odun) və bu günə olan debitor borcların vəziyyətini araşdırılıb təhvil qəbul edilməsi üçün aşağıdakı tərkibdən ibarət komissiya yaradılması əmr edilmişdir. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi X35 Xidmətinin 8 Saylı X40 Mərkəzinin 086/ü nömrəli, xx.xx.2025-ci il tarixli əmrinə əsasən, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi X35 Xidmətinin xx.xx.2025-ci il tarixli 27/230/d nömrəli məktubunda qeyd olunan Mərkəzlərin meşə fondu ərazilərində süni yolla yetişdirilmiş və ya yabanı halda bitən narkoxassəli bitkilərin aşkar edilməsi məqsədi ilə mütəmadi bütün dolayların ərazilərində yoxlamaların aparılması, həmçinin aparılan tədbirlər və aşkar edilmış narkoxassəli bitkilərin məhv edilməsi barədə tərtib edilmiş aktların, həmin prosesləri əks etdirən foto və video materialları əlavə etməklə müvafiq qaydada 01.06 2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək hər ayın sonu Meşələrin İnkişafı Xidmətinə təqdim olunması və eyni zamanda narkoxassəli bitkilərin yetişdirilməsi və yaxud yabanı halda bitən narkoxassəli bitkilərin istifadəsi ilə əlaqədar əhali arasında maarifləndirmə işlərinin davamlı olaraq təşkil edilməsi məqsədi ilə 8 saylı X40 Mərkəzinin xidməti ərazilərində narkotik tərkibli bitkilərin qanunsuz əkilib becərilməsi və yabanı halda yayılmasının qarşısını alınması məqsədilə xaş-xaş şərti adlı kompleks araşdırılma aparılmasına və profilaktiki tədbirlərin həyata keçirilməsinə başlanılması, hər il olduğu kimi cari ilin iyun ayından başlayaraq 8 saylı RMTM-nin əməkdaşlanı tərəfindən narkotik tərkibli bitkilərin əkilib becərilməsi faktlarının aşkar edilərsə qanunamüvafiq tədbirlərin görülməsi üçün hüquq mühafizə orqanlarına məlumat verilsin və yabanı halda bitən həmin növ bitkilərin müəyyən olunaraq müvafiq qaydaya əsasən məhv edilməsi məqsədilə araşdırmalar və profilaktiki tədbirlər noyabr ayınadək keçirilməsi, 6 saylı X40 Mərkəzının xidməti (bütün dolayılarında) ərazilərində narkotik tərkibli bitkilərin əkilib becərilməsi və yabanı halda yayılmasının qarşısını alınması, eyni zamanda qanunamüvafiq qaydaya əsasən tədbir görülməs! məqsədi ilə Mərkəzin bütun meşəbəyliklərində narkotik tərkibi bitkilərin qanunsuz əkilib becərilməsi və yabanı halda yayılmasının olub-olmamasının araşdırılması məqsədi ilə komissiya yaradılması əmr edilmişdir. 8 saylı X40 Mərkəzinin direktoru X32, Mərkəzin direktor müavini, baş meşəbəyi X18, Mərkəzin mühafizə üzrə baş mühəndisi X27, mərkəzin meşə əkinləri üzrə baş mütəxəssisi X14, Car meşəbəyliyinin meşəbəyi X9, Muxax meşəbəyliyinin meşəbəyi X49, Muğanlı meşəbəyi X38, Əliabad meşəbəyliyinin meşəbəyi X50, Qabaxçöl meşəbəyliyinin meşəbəyi X19, mərkəzin Kortala meşəbəyliyinin meşəbəyi X26, mərkəzin meşə mühafizə mühəndisi X39, əməyin təhlükəsizliyi üzrə baş mühəndis X44, təsərrüfat işləri üzrə baş mütəxəssis X53, baş fitopotoloq X33, meşə əkinləri üzrə mütəxəssis X6 iştirakı tərtib edilmiş aktdan görünür ki, 01 avqust 2025-ci il tarixində həftə ərzində görülən işlər, tapşırıqlar, eyni zamanda yeni ayın ilk gününün başlanması ilə əlaqədar olaraq görüləcək işlər müzakirə olunurdu. İclasın sonunda görülən işlər barədə çıxış edən Tala meşəbəyliyinin meşəbəyisi İddiaçı qəzəbli şəkildə çıxış edərək, direktor vəzifəsini icra edən Mustafa Əhmədovun çıxışını kəsmiş, öz qəti etirazını bildirmişdir. O, mühafizə üzrə direktor müavini vəzifəsinə mərkəzin hüquqşünası Rəsul Şəfizadənin təqdimatının verilməsinin düzgün olmadığını, onunla məsləhətləşilmədiyini qərəzli şəkildə bildirərək demişdir: "Mən burada 25-30 il can qoymuşam. Meşəsi olmayan bir yerdə meşəbəyi olmayan insanlar verirsiniz. Vaxt gələcək siz bunun əziyyətini və məsuliyyətini çəkəcəksiniz. Siz burada özünüzdən qərar verirsiniz. Xidmətdə isə Ramiq istədiyini edir." Bundan sonra İddiaçı barmaqları ilə hədələyərək direktorun katibinin qapısını çırparaq iclası tərk etmişdir. Buna baxmayaraq, onun yaratdığı təxribat baş tutmamış və iclas davam etmişdir. İclas gedə-gedə təxminən beş dəqiqə sonra İddiaçı təkrar otağa daxil olaraq, etik qaydalara uyğun olmayaraq yenidən xidmət rəisi Mustafa Əhmədovun ünvanına hədə-qorxu gəlmiş, yaxın vaxtlarda Meşələrin Mühafizə Xidmətinə gedəcəyini və orada Rəsul Şəfizadə barədə etiraz edəcəyini bildirmişdir. O, təkrar olaraq ikinci dəfə otağın qapısını çırparaq otağı tərk etmişdir. Yuxarıda qeyd olunanların doğruluğunu imzaları ilə təsdiq edirlər. Meşə X5 direktoru Akif Habilov, 8 saylı RMTM-nin meşələrin mühafizəsi üzrə baş mütəxəssisi Naim İsayev. həmin mərkəzin meşə mühafizə mühendisi Vüqar İsmayılov, Tala meşəbəyliyinin 1 saylı meşə dolayının meşə gözətçisi Ziyəddin Mahmudovun iştirakları ilə tərtib edilmiş 11 avqust 2025-ci il tarixli aktdan görünür ki, Meşələrin İnkişafı Xidmətinin muvafiq əmri ilə Tala meşəbəyliyinin 1 saylı meşə dolayında meşələrin mühafizə vəziyyətinin araşdırılması məqsədilə araşdırma aparmışlar. Aparılmış araşdırmalar nəticəsində məlum olmuşdur ki, Tala meşəbəyliyinin 1 saylı meşa dolayında vələs cinsinə aid diametrləri 20 sm olan 2 (iki) ədəd, diametrləri 24 sm olan 4 (dörd) eded, diametrləri 28 sm olan 1 (bir) eded, diametrləri 32 sm olan 2 (iki) ədəd. diametrləri 40 sm olan 1 (bir) ədəd, diametrləri 44 sm olan 1 (bir) ədəd, ağcaqayın cinsinə aid 32 sm olan 2 (iki) ədəd, cökə cinsinə aid 32 sm olan 1 (bir) eded, fıstıq cinsinə aid 36 sm olan 1 (bir) ədəd, 40 sm olan 1 (bir) ədəd, qovaq cinsinə aid 28 sm olan 1 (bir) ədəd, 40 sm olan 1 (bir) ədəd, 60 sm olan 1 (bir) ədəd olmaqla 19 (on doqquz) ədəd ağac, fındıq cinsindən 11 kol qanunsuz olaraq kəsilmişdir. Qanunsuz kəsilmiş ağaclarla bağlı müvafiq çöl hesabatı, həcm-qiymət cədvəli tərtib edilmiş və aktlara əlavə olunur. Aşkarlanmış ağacların hər biri RMTM-nin meşələrin mühafizəsi üzrə baş mütəxəssisi Naim İsayevə mexsus N158 nömrəli damğa ilə damğalanmışdır. Meşə fondunun mühafizə vəziyyəti araşdırılarkən müəyyən edilmişdir ki, həmin dolayda yerləşən arıxana sahəsində 4 (dörd) ədəd əsaslı şəkildə tikilmiş (kərpic konstruksiyalı) arıçı evi mövcuddur. Bu evlərə dair fotoşəkillər çəkilmiş, koordinatlar qeydə alınmış və müvafiq sxemlər aktlara əlavə olunmuşdur. Arıçı evlərinə baxış zamanı aşağıdakı hallar aşkar edilmişdir: Ançı evlərindən birinin qarşısında 0,5 m hündürlüyündə, 3 x 4 m ölçülərində əlavə otağın inşasına başlanılmış, tikinti məqsədilə ərazidə mişar daşı yığılmışdır. Digər bir arıçı evinin üç tərəfi 1 m hündürlüyündə daş hasarla əhatə olunmuş, daxildə arakəsmə hörgüsü aparılmış, həmçinin daş və kərpicdən istifadə olunmaqla soba və manqal quraşdırılmışdır. Həmin arıçı evinin qarşı tərəfində təxminən 1,5 m hündürlüyündə daş hasarın inşa edildiyi müəyyən edilmişdir. Qalan iki arıçı evi isə bir otaq və balkon hissəsindən ibarət olduğu müəyyən edilmişdir. Yuxarıda qeyd olunan zəbtlərin aradan qaldırılması istiqamətində hər hansı tədbirin görülüb-görülmədiyi ilə bağlı Mərkəzin baş mütəxəssis-hüquqşünası Rəsul Şəfizadəyə sorğu verilmişdir. Rəsul Şəfizadə bildirib ki, Tala meşəbəyliyində zəbtlərin mövcudluğu barade ona heç bir məlumat verilməmişdir. Mövcud zəbtlərin gizlədilməsi ehtimalını araşdırarkən məlum olmuşdur ki, 8 saylı X40 Mərkəzinin direktoru tərəfindən 16 may 2025-ci il tarixində təhvil-qəbul işlərinin aparılması və ərazidə mövcud qar ilə bağlı 055/Ü saylı əmr verilmişdir. Lakin bu əmrin icrası zamanı Tala meşəbəyliyinin qanunsuz zəbtlər barədə məlumat verilməsi meşəbəyisi İddiaçı tərəfindən tərtib edilmiş təhvil-qəbul aktında mövcud zəbtlər əks olunmamışdır. Bununla bağlı Rəsul Şəfizadənin yazılı izahatı, müvafiq təhvil-qəbul əmri və İddiaçı tərtib etdiyi akt materiallara əlavə edilmişdir. Tala meşəbəyliyinin meşəbəyisi İddiaçı akta imza etməkdən imtina etmişdir. Meşə X5 direktoru Akif Həbilov, 8 saylı RMTM-nin baş mühasibi Sevinc Ömərova, 8 saylı RMTM-nin meşələrin mühafizəsi üzrə baş mütəxəssisi Naim İsayev, 8 saylı RMTMnin baş mütəxəssis hüquqşünası Rəsul Şəfizadə, həmin mərkəzin meşə mühafizə mühəndisi Vüqar İsmayılovun iştirakları ilə tərtib edilmiş 11 avqust 2025-ci il tarixli aktdan görünür ki, Meşələrin İnkişafı Xidmətinin müvafiq əmri ilə Tala meşəbəyliyinin 2 saylı meşə dolayında meşələrin mühafizə vəziyyətinin araşdırılması məqsədilə araşdırma aparmışlar. Tala meşəbəyliyinin 2 saylı meşə dolayının meşə gözətçisi Hacımurad Qanzayev ayağı zədəli, gipsdə olduğu üçun 2024-cu ilin qırma sahəsinə baxış onun iştirakı olmadan aparılmış və meşə qanunvericiliyi pozuntularına rast gəlinməmişdir. Tala meşəbəyliyinin 2 saylı meşə dolayısında çalışan meşə gözətçisi Hacımurad Qanzayevin işə davamiyyət vəziyyəti ilə bağlı aparılmış araşdırma zamanı 21 iyul 2025-ci il tarixində xəsarət aldığı, bununla bağlı meşəbəyi İddiaçı məlumat verdiyi və qeyd edilən tarixdən işə çıxmadığı müəyyən edilmişdir (Zaqatala rayon Mərkəzi Xəstəxanasından alınmış arayış və meşə gözətçisinin izahatı əlavə olunur). Lakin araşdırma zamanı Tala meşəbəyliyinin meşəbəyisi İddiaçı meşə gözətçisi Hacımurad Qanzayevin işdə faktiki olaraq iştirak etmədiyi halda, həmin şəxsə dair 2 saylı meşə dolayısı üzrə tam aylıq tabel təqdim etmiş və ona iyul ayı üzrə tam əmək haqqı ödənildiyi müəyyən edilmişdir (izahatlar əlavə edilir). Hacımurad Qanzayevin işdə olmadığı günlər barədə meşəbəyi İddiaçı tərəfindən 8 saylı X40 Mərkəzinə hər hansı bir məlumat təqdim olunmamış, meşə dolayısının munafizəsinin təmin edilməsi məqsədilə ərazi başqa əməkdaşa həvalə edilməmişdir. İşçinin (Hacımurad Qanzayevin) işdə olmaması və meşəbəyi tərəfindən bu barədə məlumat verilməyərək rejim pozuntusuna yol verilmiş və ərazinin mühafizəsini alternativ şəkildə təşkil etməlməsi hər hansı əməkdaşa tapşırılmamışdır. Bu hal əmək qanunvericiliyinin tələblərinin pozulması, habelə dövlət vəsaitlərinin təyinatından kənar istifadəsi ehtimalını doğurur və əlavə hüquqi qiymətləndirilmə tələb edir. Aktın doğruluğunu imzaları ilə təsdiq etmişlər. 8 saylı RMTM-nin mütəxəssis baş hüquqşünası Rəsul Şəfizadənin Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi X35 Xidmətinə verdiyi xx.xx.2025-ci il tarixli izahatından görünür ki, o, Meşələrin İnkişafı Xidmətinin müvafiq əmrinə əsasən 10- 11 avqust 2025-ci il tarixlərində aparılmış yoxlama zamanı Tala meşəbəyliyində aşkarlanmış əsaslı tikililərdən ibarət arıçı evlərinin meşə fondu torpaqlarının zəbt edilməsi faktına dair aşağıdakıları izahatı ilə bildirir: Aparılmış yoxlama nəticəsində müəyyən edilmişdir ki, qeyd olunan arıçı evlərinin meşə fondu torpaqlarının zəbt olunması halı ilə bağlı bu günədək X40 Mərkəzi tərəfindən hər hansı tədbir həyata keçirilməmişdir. Bu vəziyyətin yaranmasına səbəb kimi qeyd edir ki, mərkəz tərəfindən əvvəlki illərdə dəfələrlə mövcud zəbtlərin araşdırılması təşəbbüs göstərilsə də, Tala meşəbəyliyinin meşəbəyisi tərəfindən bu barədə məlumat təqdim edilməmişdir. Sonuncu dəfə 16 may 2025-ci il il tarixində 8 saylı RMTM-nin direktoru tərəfindən təhvil-qəbul işlərinin aparılması və bu proses çərçivəsində ərazidə mövcud qanunsuz zəbtlərin müəyyənləşdirilməsi məqsədilə əmr verilmişdir. Lakin həmin əmrin icrası zamanı Tala meşəbəyliyinin meşəbəyisi İddiaçı öz nəzarətində olan sahədə mövcud zəbtləri aktlaşdırmaqdan yayınmış və onların sənədlərdə əks olunmasına şərait yaratmamışdır, İzahatı özü yazmış, doğruluğunu imzası ilə təsdiq etmişdir. 8-saylı X40 Mərkəzinin kadr işləri üzrə baş mütəxəssisi X10 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi X35 Xidmətinə verdiyi xx.xx.2025-ci il tarixli izahatından görünür ki, meşəbəyliklər üzrə əmək haqqı hesablamaq üçün tabeli o yazmır. Hər meşəbəyliyin meşəbəyisi tərəfindən yazılır. İzahatı özü yazmış və öz imzası ilə təsdiq etmişdir. 8 saylı X40 Mərkəzinin baş mühasibi X15 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi X35 Xidmətinə verdiyi xx.xx.2025-ci il tarixli izahatından görünür ki, 2015-ci ilin iyul ayının əmək haqqının hesablanması üçün Tala meşəbəyiliyinin meşəbəyisi İddiaçı tərəfindən mühasibatlığa təqdim olunan "İş vaxtının uçotu" tabelində 2 saylı dolayın meşə gözətçisi X20 bütün ayın iş günləri yazılmışdır. İzahatı özü yazmış və öz imzası ilə təsdiq etmişdir. Meşə X5 direktoru Akif Həbilov, 8 saylı RMTM-nin baş meşəbəyi Həbib Poladov, 8 saylı RMTM-nin meşələrin mühafizəsi üzrə baş mütəxəssisi Naim İsayev, 8 saylı RMTMnin baş mütəxəssis hüquqşünası Rəsul Şəfizadə, həmin mərkəzin meşə mühafizə mühəndisi Vüqar İsmayılovun iştirakları tərtib olunmuş 12 avqust 2025-ci il tarixli imtina aktından görünür ki, Meşələrin İnkişafı Xidmətinin müvafiq əmrinə əsasən Tala meşəbəyliyinin 1 və 2 saylı meşə dolayılarında meşələrin mühafizə vəziyyətinin araşdırılması nəticəsində tərtib olunmuş aktların imzalanması məqsədilə meşəbəyi İddiaçı idarəyə dəvət edilmişdir. İddiaçı ərazidən gəldiyini bildirmiş və aktlarla tanış olduqdan sonra onları imzalamaqdan imtina etmişdir. Aktın doğruluğunu imzaları ilə təsdiq etmişlər. Meşə X5 direktoru Akif Həbilov. 8 saylı X40 Mərkəzinin baş meşəbəyisi Həbib Poladov, 8 saylı X40 Mərkəzinin meşələrin mühafizəsi üzrə baş mütəxəssisi Naim İsayev, 8 saylı X40 Mərkəzinin baş mütəxəssis huquqşünası Rəsul Şəfızadə tərəfindən tərtib edilmiş 12 avqust 2025-ci il tarixli aktdan görünür ki, Meşələrin İnkişafı Xidmətinin əmi əsasında aparılmış yoxlama zamanı Tala meşəbəyliyinin çay kənarındakı sahəsində su daşqını nəticəsində aşmış və kəsilərək aparılmış ağaclarının meşə qanunvericiliyinin tələblərinin pozulması halları kimi qeyd edilməsinə İddiaçı tərəfindən etiraz bildirilmişdir. İddiaçı qeyd olunmuş ağacların dövlət mülkiyyətinə aid olduğu, belə hallarda ağacların müvafiq uçotunun aparılması və qanunvericiliyə uyğun şəkildə əhaliyə satışının təmin edilməsinin zəruri olduğu izah edilmişdir. Söhbət zamanı İddiaçı tərəfindən etik davranış qaydalarına uyğun olmayan ifadələr, həmçinin jarqon sözlər işlədilmişdir. Ona dəfələrlə dövlət müəssisəsində, ictimai yerdə olduğunu və danışıq üslubuna diqqət yetirməli olduğu xatırladılmışdır. Lakin o, ifadələrində düzəliş etməmişdir. Bundan əlavə, İddiaçı Meşə X5 direktoru Akif Həbilova qarşı təhqiramiz ifadələr işlətmiş, onun şərəf və ləyaqətini alçaltmağa yönəlmiş fikirlər səsləndirmiş və bu vasitə ilə qarşı tərəfi qeyri-münasib hərəkətlərə sövq etməyə çalışmışdır. Qeyd olunmalıdır ki, İddiaçı tərəfindən bu kimi hallar əvvəllər də dəfələrlə təkrarlanmış, müxtəlif vaxtlarda qanunvericiliyin tələbləri pozularaq icazəsiz şəkildə səs yazıları və video çəkilişlər aparılmış və bu materialların mobil telefon vasitəsilə saxlanıldığı müəyyən edilmişdir. Həmin yazıların istifadə olunma məqsədinin şantaj xarakteri daşıdığı ehtimal olunur. Yuxarıda qeyd olunan hallar aktlaşdırılmaqla hüquqi qiymət verilməsi üçün aidiyyəti üzrə təqdim olunur. Aktın doğruluğunu imzaları ilə təsdiq etmişlər. Azərbaycan Respublikası "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" X71 "Zaqatala Rayon Mərkəzi Xəstəxanası" X71 tərəfindən Ekologiya və Təbii Sərvətlər Nazirliyi X35 Xidmətinin 8 X67Təsərrüfatı Mərkəzinə ünvanlanmış 18-1-78/2-847/2025 nömrəli, 12 avqust 2025-ci il tarixli X31 xx.xx.2025 ci il tarixdə “S90.0-aşıq baldır oynağının əzilməsi” diaqnozu ilə İİ TTTY Şöbəsinə müraciət etmiş, xx.xx.2025-ci il tarixində “S92-Ayağın,aşıq baldır oynağı sınığı istisna olmaqla sınığı “ diaqnozu ilə cərahiyyə şöbəsinə müraciət etmiş,müvafiq tibbi yardım göstərilmişdir. Lakin ona xəstəlik vərəqəsi açılmamışdır. İddiaçı tərəfindən Azərbaycan Respublikasının Prezidentinə, X37, Azərbaycan Respublikası Milli Məclisin sədrinə, Ekologiya və X48 ünvanlanmış xx.xx.2025-ci il tarixli şikayət məktubundan görünür ki, o, 26 ildir ki, E.T.S.N-nin Meşələrin İnkişafı xidmətinin 8saylı X24 fəhlə, yanğın keşiçisi, əkin mühəndisi Əliabad meşəbəyliyinin meşəbəyisi işləmişdir. Son 3 ildir ki, Tala meşəbəylinin meşəbəylisi vəzifəsinədə işləyir. İşində vicdanla, məsuliyyətlə və qanun çərçivəsində işləyir. Hal-hazırda 8-saylı X30 üç aydır müvəffəqəti müdür əvəzi işliyən Mustafa Əhmədov 01.08. 2025-ci il tarixdə ümumi iclas keçirən zaman icazə ilə söz aldı və öz narazılığını bildirdi ki, hüquqşünas işləyən Rəsul Şəfizadəyə təqdimat vermişdir, 8-saylı RMTM-nə Baş Mühafizə Rəisi təyin olunsun. Şəxsin fakültəsi və təcrübəsi, savadı yoxdur. Həmin gündən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin meşələrin inkişafı xidməti rəisi Ramiq Əşrəfov və saylı RMTM-nın müdürü müvvəqəti əvəz edən Mustafa Əhmədov ona qarşı qərəzlı mövqe tutaraq çox böyük haqsızlıq edir. 09 avqust, 10 avqust, 11 avqust 2025-ci il tarixlərində xidmət rəisi Ramiq müəllimin şəxsi tapşırığa əsasən meşələrin inkişafı xidmətdə yer quruluşu mütəxəssisi işləyən Meşədən anlayışı olmayan Akif Həbilov mühafizə etiyi Tala meşəbəyliyinin meşə dolaylarını 09 avqust, 10 avqust, 11 avgust 2025-ci il tarixində 09 avqust şənbə, 10 avqust bazar günü olmaqla 3 gün səhərdən axşama kimi meşələri dağlıq ərazisini qarış – qarış gəzərək yoxladılar. Həmin Komissiyada iştirak edənlər: 1. Akif Həbilov, 2. Naim İsayev, 3. Vünar İsmayılov, 4. özü: İddiaçı, 5. meşə gözətçisi Ziyyəddin Mahmudov. Heç bir qanunsuz qırıntını aşkar edilməmişdi. Buna görə də qərazlı mövqe tutaraq çay yatağında sel nəticəsində yıxılmış kövuş quru ağaclara cərimə yazmışdır. Həmin ərazidə çay zolağında ata-babalardan arıçılığın inkişafı üçün müvvəqəti sığınacaq 10-20 illərdən çoxdur ki, arıxanalar vardır. Arıxana ərazilərini zəbt olmuş kimi aktlaşdırmışdır. Xahiş edir ki, meşəçi mütəxəsis komissiyanın göndərilməsinə yenidən 8-saylı RMTM-nin bütün meşələrinin yoxlanmasına köməklik göstərilməsini xahiş etmişdir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Xidmətinin Meşə X5 baş mütəxəssisi İltifat Xalıqov; 8 saylı RMTM-nin meşələrin mühafizəsi üzrə baş mühəndisi Naim İsayev; 8 saylı RMTM-nin meşə mühafizə mühəndisi Vüqar İsmayılov; Mərkəzin Tala meşəbəyliyinin meşəbəyisi İddiaçı iştirakı ilə edilmiş 19 avqust 2025-ci il tarixli aktdan görünür ki, meşələrin inkişafı xidmətinin 18 Avqust 2023-cü il tarixli 328/EM saylı əmrinə əsasən Tala meşəbəyliyinin 2 saylı meşə dolayında dövri yoxlama aparıldı. Aparılmış yoxlama zamanı Tala meşəbəyliyinin 2 saylı dolayının ərazisində Fıstıq cinsindən 3 ay əvvəl təsadüf edilən 52 sm diametrində 1 (bir) ədəd köküstə yaş ağacın kəsildiyini müəyyən etdilər. Həmin ağacın həcmi 2,96 kub metr, nırx dəyəri 87,31 (səksən yeddi manat 31 qəpik), təbiətə dəymiş ziyan 50 manat olmaqla cəmi cərimə məbləği 87,31 + 50 = 137,31 manat (bir yüz otuz yeddi manat 31 qəpik) təşkil edir. Həmin iş üçün dib kütüyünə boş mühafizə mühəndisi tərəfindən məxsus A-N158 nömrəli damğa ilə damğalandı. Yoxlama zamanı tərtib etdikləri aktın doyruluğunu imzaları ilə təsdiq etmişlər. Meşələrin İnkişafı Xidmətinin Meşə X5 direktoru Akif Həbilov, həmin Mərkəzin baş mütəxəssisi İltifat Xalıqov, 8 saylı RMTM-in meşələrin mühafizə olunması üzrə baş mühəndisi Naim İsayev, 8 saylı RMTM-ın baş mütəxəssis-hüquqşünası Rəsul Şəfizadə, 8 saylı RMTM-in meşə mühafizə mühəndisi Vüqar İsmayılov tərəfindən Tala Meşəbəyliyinin 2 saylı meşə dolayında tərtib olunmuş 18 avqust 2025-ci il tarixli aktdan görünür ki, Meşələrin İnkişafı Xidmətinin 18 avqust 2025-ci il tarixli əmrinin icrasını təmin etmək məqsədi ilə 8 saylı RMTM-in Tala meşəbəyliyinin 2 saylı dolayında yoxlama aparılmışdır. Yoxlamada iştirak etməsi Tala meşəbəyliyinin meşəbəyi İddiaçı bildirirlmişdir. İddiaçı başqa şəxslə telefonla danışdıqdan sonra əraziyə getməkdən imtina etmiş və Akif Həbilovdan şikayətçi olduğunu bildirmiş, onun iştirak etdiyi yoxlamada iştirak etməyəcəyini bildirməklə əraziyə çıxmamışdır. Tala meşəbəyliyinin 2 saylı meşə dolayınının meşə gözətçisi X31 xəstə olduğundan (ayağının gipsdə olmasını nəzərə alaraq) onun oğlu Şamil Qanzayevin iştirakı təmin edilmişdir. Ərazidə yol olmadığından Şamil Qanzayev ərazidə hərəkət etməkdə çətinliyinin olduğunu (diz qapağında) bildirərək yoxlamada sona qədər hərəkət edə bilməmişdir. Aktda adları qeyd edilən 5(beş) mütəxəssisin iştirakı ilə 2 saylı meşə dolayının mühafizə vəziyyətini yoxlayarkən narkotik bitki (çətənə kolu) becərilən sahə aşkarlanmışdır. Çətənə kolu becərilən ərazidə 29 (iyirmi doqquz) kökündən yeni çıxarılmış, 11(on bir) ədəd isə köküstə kol aşkarlanmışdır. Həmçinin, 8 saylı RMTM-in inzibati binasının həyətində Tala meşəbəyliyinin meşəbəyi İddiaçı hansı əraziyə gediləcəyini soruşduqda Akif Həbilov tərəfindən baxış keçiriləcək ərazinin peyk təsviri göstərimişdir. Çətənə kolu becərilən ərazinin hər iki tərəfində suvarmanı təmin etmək üçün kiçik həcmli su anbarları yaradılmış, yaxınlıqda dəmir çarpayı qoyulmuşdur. Çətənə kolu becərilən ərazidə 2 ədəd plastik yeşik və bir neçə viol (kiçik ölçülü plastik dibçək) aşkarlanmışdır. Qeyd edilən çətənə kollarının su anbarlarının, plastik yeşiyin, plastik dibçəklərin çəkilləri çəkilmiş, sahədən koordinatlar götürülmüş, götürülmüş koordinatlara əsasən hazırlanmış sxem akta əlavə edilmişdir. Ərazidən Zaqatala Rayon Polis şöbəsinin əməkdaşlarına telefonla məlumat verilmiş, sahədən məkan göndərilmişdir. Aktın doğruluğu tərtib edənlərin imzaları ilə təsdiq edilmişdir. Tala Meşəbəylinin 4 saylı dolayısının meşə gözətçisi Xaləddin Əhmədovun 8 saylı RMTM-ya verdiyi xx.xx.2025-ci il tarixli izahatından görünür ki, sahə müdirləri İddiaçı özbaşınalığından, qanunsuz əməllərindən cana doymuşlar. 21 avqust 2025-ci il tarixdə, saat 14 radələrində onu meşə qırma sahəsindən qanunsuz olaraq odun qırmağa məcbur etmişdir. Bu tələbi yerinə yetirmədikdə onun şərəf və ləyaqətimi təhqir etmiş, ana söyüşü söymüşdür. İddiaçı bu özbaşınalığı barədə ölçü götürülməsini xahiş edir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi X35 Xidməti tərəfindən 8 saylı X40 X16 Komitəsinə ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, 11, 12, 18 avqust 2025-ci il tarixində 8 saylı RMTM-in Tala meşəbəyliyinin 1 saylı və 2 saylı meşə dolayılarında Xidmət tərəfindən araşdırma aparılmışdır. Aparılan araşdırmalar zamanı 1 saylı dolayıda müxtəlif cins və diametrdə 18.32 m³ həcmində 272,04 manat məbləğində 19 ədəd ağacın və 33 manat məbləğində 11 ədəd kolların qanunsuz kəsilməsi, 2 saylı dolayıda 11 ədəd köküstə, 29 ədəd isə yeni kökündən çıxarılmış çətənə kollarının olması və 2 saylı dolayın meşə gözətçisi Hacımurad Qanzayevin 21 iyul 2025-ci il tarixindən işdə olmamasına baxmayaraq Tala meşəbəyliyinin meşəbəyisi İddiaçı tərəfindən onunla bağlı aylıq tabel təqdim edilməsi faktları müəyyən edilmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinın Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 15 dekabr 2023-cü il tarixli, 3-17/3-5- 45/2023 nömrəli qərarı ilə təsdiq edilmiş "Meşə təsərrüfatı sahəsinə aid olan qulluqçu vəzifələrin vahid tarif-ixtisas sorğu kitabçasına və Meşələrin İnkişafı Xidmətinin xx.xx.2023cü il tarixli 288/Ü nömrəli əmri ilə təsdiq edilmiş "meşəbəyinın vəzifə təlimatına əsasən, meşəbəyı meşəbəyiliyin ərazisində meşələrin qorunub mühafizə olunmasına, bərpasına və digər meşə ləsərrüfatı tədbirlərinin aparılmasına rəhbərlik edir, meşə qanunvericiliyinin pozulması haqqında akt və ya protokolların vaxtında və düzgün tərtib edilməsini, habelə onların mərkəzə təqdim edilməsini, həmçinin ərazisində təftişlər aparılmasını təmin edir. xidməti ərazisi daxilində təqsirli hərəkət və ya hərəkətsizlik səbəbindən meşə qanunvericiliyinin pozulması nəticəsində dövlət meşə fonduna zərər vurularsa, dəymiş zərərin ödənilməsi üçun müvafiq qanunvericiliklə məsuliyyət daşıyır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinə əsasən işçi Əmək Məcəlləsi ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrini yerinə yetirmədikdə və ya hüquqlarından sui-istifadə etdikdə və yaxud əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə intizam məsuliyyətinə cəlb edilir. Həmin Məcəlləyə əsasən, işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək muqaviləsı işəgöturən tərəfindən ləğv edilə bilər. Məcəllənın 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinadsızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin. istehsalın əmək və icra intizamının normal ahəngini pozmuş olsun və ya mülkiyyətçinin. İşəgötürənin, habelə əmək kollektivının (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Göründüyü kimi, Tala meşəbəyliyinin meşəbəyisi İddiaçı təqsirli hərəkətləri nəticəsində məsul olduğu Tala meşəbəyliyinin 1 saylı dolayısında müxtəlif cins və diametrdə ağac və kolların qanunsuz olaraq kəsilməsi nəticəsində dövlət meşə fonduna 442.35 manat məbləğində ziyan dəymiş, 2 saylı dolayısıda isə 11 ədəd köküstə, 29 ədəd isə yeni kökundən çıxarılmış çətənə kolları akılmışdır. Bundan əlavə Fazıl Cumayev vəzifə səlahiyyətlərini aşaraq Tala meşəbəyliyinin 2 saylı dolayının meşə gözətçisi Hacımurad Qanzayevin 21 iyul 2025-ci il tarixindən işdə olmamasına baxmayaraq Mərkəzə onunla bağlı aylıq tabel təqdim etmişdir. Eləcə də, İddiaçı 01 avqust 2025-ci il tarixində 8 saylı RMTM-nin inzibati binasında keçirilən iclas zamanı Mərkəz əməkdaşlarının şərəf və ləyaqətinə xələl gətirəcək ifadələr işlədərək etik davranış qaydalarını pozmuşdur. Odur ki, yuxarıda qeyd edilən qanunvericilik aktı və vəzifə təlimatı ilə müəyyən edilmiş vəzifələrini kobud şəkildə pozduğuna görə. Tala meşəbəyliyinin meşəbəyisi İddiaçı əmək müqaviləsinin Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndinə əsasən ləğv edilməsinə 8 saylı X40 X16 Komitəsi tərəfindən razılıq verilməsi xahiş edilmişdir. Azərbaycan Respublikasının Ekologiya və Təbbi Sərvətlər Nazirliyi X35 Xidmətinin 02 sentyabr 2025-ci il tarixli 347/ü nömrəli əmrinə əsasən, əmək funksiyalarını və əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyinə, vəzifə təlimatı ilə müəyyən edilmiş vəzifələrini kobud şəkildə pozduğuna və vəzifə səlahiyyətlərini aşdığına, saxtakarlığa və digər nöqsanlara yol verdiyinə görə Tala meşəbəyliyinin meşəbəyi İddiaçı ilə bağlanmış əmək müqaviləsinə 02 sentyabr 2025-ci it tarixinden Azərbaycan Respubilikasi Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç bəndinə əsasan xitam verilməsi əmr edilmiş, maliyyə və iqtisadiyyat sektoruna (Ləman Tacəddinovaya) tapşırılmışdır ki, İddiaçı istifadə edilməmiş əəmək məzuniyyətinə görə pul kompensasiyasının, əmək haqqının və digər ödənilməmiş vəsaitlərin tam şəkildə hesablanaraq ödənilməsini təmin etsin. Həmin əmrin məzmunundan görünür ki, “2025-ci ilin 11, 12 və 18 avqust tarixlərində Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi X35 Xidmətinin xx.xx.2025-ci il, 311/EM saylı və xx.xx.2025-ci il, 328/EM saylı əmrlərinə əsasən Xidmətin əməkdaşları tərəfindən 8 saylı X40 Mərkəzinin (RMTM) Tala meşəbəyliyinin 1 və 2 saylı meşə dolayılarında meşələrin qorunub mühafizə olunması vəziyyəti nəzarəti qaydada araşdırılarkən meşəbəyi İddiaçı tərəfindən vəzifə funksiyalarının icrasında ciddi nöqsanlara yol verildiyi müəyyən edilmişdir. Araşdırma zamanı Tala meşəbəyliyinin 1 saylı meşə dolayısının xidməti ərazisində müxtəlif cins və diametrli, ümumilikdə 18,32 m³ həcmində 19 (on doqquz) ədəd ağac və 11 (on bir) ədəd fındıq kolunun qanunsuz kəsilərək meşə sahəsindən aparılması, nəticədə meşə fonduna ümumilikdə 305,04 (üç yüz beş manat, dörd qəpik) manat məbləğində ziyan vurulması müəyyən olunmuşdur. Dolayının meşə gözətçisi yazılı izahat verərək bu barədə meşəbəyi İddiaçı məlumat verdiyini bildirmişdir. Bundan əlavə Mərkəzə yeni direktorun təyin edilməsi ilə bağlı aparılmış “Təhvilqəbul” yoxlamaları zamanı İddiaçı tərəfindən tərtib edilmiş aktlarda 1 saylı meşə dolayının ərazisində qanunsuz inşa olunmuş arıçı evləri, habelə digər torpaq zəbti faktları qeyd olunmamış, meşə qanunvericiliyinin tələblərinin pozulması halları gizlədilmiş və buna şərait yaradılmışdır. 2 saylı meşə dolayısının ərazisində keçirilmiş yoxlama zamanı fıstıq cinsindən 52 sm diametrində 2,96 m³ həcmində 1 ədəd köküstə yaş ağacın qanunsuz kəsildiyi, 11 ədəd köküstə və 29 ədəd kökündən yeni çıxarılmış aqrotexniki qulluq edilməklə becərilmiş çətənə (kannabis) kolları aşkarlanmışdir. Bu da meşəbəyi İddiaçı tərəfindən meşəbəylikdə mühafizənin düzgün təşkil edilmədiyini, meşə qanunvericiliyinin tələblərinin pozulmasının qarşısının alınması üçün heç bir zəruri tədbirlərin həyata keçirilmədiyini göstərir. İddiaçı tərəfindən Tala meşəbəyliyinin 2 saylı dolayısında xx.xx.2025-ci il tarixində "Növbəti", xx.xx.2025-ci il tarixində "Operatıv, 1 saylı dolayısında xx.xx.2025- ci il tarixində "Növbəti", xx.xx.2025-ci il tarixində "Qəfləti xx.xx.2025-ci il tarixində isə "Təhvil-qəbul" yoxlamalarının keçirilməsinə baxmayaraq, onun tərəfindən tərtib edilmiş aktlarda qeyd olunan nöqsan və çatışmazlıqlar öz əksini tapmamışdır. Bundan başqa Tala meşəbəyliyinin 2 saylı dolayının meşə gözətçisi Hacımurad Qanzayevin 21 iyul 2025-ci il tarixindən etibarən işə çıxmamasına baxmayaraq, İddiaçı saxtakarlığa yol verərək, işçinin işdə olması barədə Mərkəzə tabel təqdim etmişdir. Meşəbəyliyin 4 saylı meşə dolayısının gözətçisi Xaləddin Əhmədov yazılı izahat verərək İddiaçı tərəfindən ona qanunsuz odun tədarükü ilə bağlı göstəriş verildiyini, bu göstərişə etiraz etdikdə sonuncu tərəfindən təhqir olunaraq şərəf və ləyaqətinin alçaldıldığını bildirmişdir. Habelə, 01 avqust 2025-ci il tarixində 8 saylı RMTM-in inzibati binasında keçirilmiş istehsalat müşavirəsi zamanı İddiaçı Mərkəzin əməkdaşlarına qarşı şərəf və ləyaqəti alçaldan ifadələr işlətmiş, onun bu hərəkətləri etik davranış qaydalarının və daxili nizamintizam normalarının pozulması kimi qeydə alınaraq aktlaşdırılmışdır. Həmçinin məlum olmuşdur ki, İddiaçı əvvəllər də oxşar qanun pozuntularına yol verdiyinə görə iki dəfə məsuliyyətə cəlb edilərək məhkum olunmuşdur. Lakin tətbiq olunmuş intizam və cinayət tədbirlərindən nəticə çıxarmamış və qanunsuz hərəkətlərini davam etdirmişdir.” "8 saylı RMTM" (X40 Mərkəzi) tərəfindən 6 sentyabr 2025-ci il tarixində tərtib edilmiş Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 8 saylı X40 Mərkəzində meşəbəyi vəzifəsində çalışan İddiaçı 2024 və 2025-ci illər üzrə illik qazancını əks etdirən arayışdan müəyyən edilir ki, onun 2024-cü il üçün orta aylıq vəzifə maaşı 701,00 manat olmuşdur. Mart, may və dekabr aylarında ümumilikdə ona 1168,00 manat mükafat ödənilmiş, iyul ayında 883,68 manat məzuniyyət haqqı hesablanmış, cəmi illik qazancı 9425,16 manat təşkil etmişdir. Onun 2025-ci il üçün (avqust ayına qədər) mart ayından etibarən vəzifə maaşı 810,00 manat olmuş, yanvar ayında 1027.69 manat məzuniyyət haqqı hesablanmış, mart ayında 675,00 manat, may ayında isə 337 manat mükafat verilmiş, cəmi (8 aylıq) qazancı 7102,56 manat təşkil etmişdir. İddiaçı tərəfindən Zaqatala rayon Polis şöbəsinə ünvanlanmış xx.xx.2025-ci il tarixli şikayətdən görünür ki, o, 8 saylı X40 Mərkəzinin Tala meşəbəyliyində meşəbəyi vəzifəsində çalışmışdır. Mərkəzin 347/ü saylı xx.xx.2025-ci il tarixli əmri ilə qanunsuz olaraq şdən azad edilmişdir. Bununla əlaqədar hazırda işə bərpa tələbi ilə Bakı şəhən Yasamal Rayon Mahkamasina müraciət etmişdir. Onun işdən çıxarılmağının səbəblərindən biri də onun haqqında idarə rəhbərliyinə verilmiş yalan məlumat olmuşdur. Belə ki, 22 avqust 2025-ci il tarixdə Mərkəzin direktor əvəzi X66 meşəbəyinin 4 saylı dolayısının meşə gözətçisi Əhmədov Xaləddin tərəfindən ərizə təqdim edilmişdir. Həmin ərizədə Əhmədov Xaləddin guya 21 avqust 2025-cı il tarixdə saat 14 radələrində onun ondan qanunsuz odun doğramağı tələb etdiyini, bu tələbi yerinə yetirmədiyi halda şarəf və ləyaqətini alçaldan ifadələrlə təhqir etdiyini iddia etmişdir. Bu məlumatlar tamamilə əsassız və yalan xarakter daşıyır. O, heç bir vaxt Əhmədov Xaləddindən qanunsuz hərəkət o cümlədən meşə qırıntısı və ya odun doğrama ilə bağlı qanunsuz tapşırıq tələb etməmişdir. Əhmədov Xaləddinin bu iddiaları həqiqətə uyğun deyil və məqsədli şəkildə onun barəsində cinayət xarakterli şayiələr yaratmaq, nüfuzuna xələl gətirmək məqsədi daşıyır. Bu ərizəni yazan şəxs bunu sübut etməlidir. Ərizədə göstərilən 21 avqust 2025-ci il tarixdə saat 14 radələrində o, Əhmədov Xaləddinlə ünsiyyətdə olmamışdır. Həmin vaxtda o, Əhmədov Xaləddinlə telefonla əlaqədə olmamışdır ki, ona göstəriş versin və ya tələb etsin, yaxud da həmin vaxtda ərazi üzrə onların telefon nömrələrinin anten məlumatları bir yerdə olmamışdır. Əhmədov Xaləddin öz ərizəsi ilə onu guya cinayət xarakterli hərəkətlərə yol verməkdə təqsirləndirməklə onun barəsində bilə-bilə yalan məlumat təqdim etmişdir. Onun bu hərəkəti həm onun şərəf və ləyaqətinə zərbə vurmuş, həm peşə fəaliyyətinə kölgə salmış və həm də onun işdən çıxarılmağının səbəblərindən biri olmaqla, ona işsiz qalmağı ilə əlaqədar zərər vurmuşdur. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, Əhmədov Xaləddin tərəfindən təqdim edilmiş ərizədə yer alan bilə-bilə yalan məlumatların araşdırılaraq, onun barəsində Cinayət Məcəlləsinin 296-cı maddəsi ilə nəzərdə tutulmuş qaydada cinayət işi başlanması məsələsinə baxılmasını, onu əsassız olaraq cinayət törətməkdə ittiham etdiyinə görə Əhmədov Xaləddinin cinayət məsuliyyətinə cəlb olunmasının təmin edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi X35 Xidməti məhkəmənin sorğusuna 3-14-27/2-426/2025 nömrəli, xx.xx.2025-ci il tarixli məktubla cavab ünvanlayaraq, əməkdaş H.Ə.Qanzayev 2025-ci ilin iyul ayı üzrə işdə olmuş, 13 avqust 2025-ci il tarixindən “Zaqatala Rayon Mərkəzi Xəstəxanası” X71i tərəfindən barəsində xəstəlik vərəqəsi tərtib edilmişdir. Həmin məktuba əlavə edilmiş “Zaqatala Rayon Mərkəzi Xəstəxanası” X71i tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli xəstəlik vərəqəsindən görünür ki, 8 saylı X40 Mərkəzində meşə gözətçisi vəzifəsində çalışan X20 S92.0 Daban sümüyünün sınığı diaqnozu qoyulmuş, ambulator (yəni ev şəraitində müalicə) rejimi müəyyən edilmişdir. İşə başlama tarixi xx.xx.2025-ci il tarixi qeyd olunmuşdur. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Zaqatala Rayon Polis Şöbəsi məhkəmənin sorğusuna xx.xx.2025-ci il tarixli məktubla cavab ünvanlayaraq bildirmişdir ki, İddiaçı 8 saylı RMTM-in meşə gözətçisi Xaləddin Əhmədov barədə verdiyi şikayət ərizəsi araşdırılması üçün aidiyyəti üzrə Zaqatala rayon Prokurorluğuna göndərilmişdir. Bu səbəbdən Xaləddin Əhmədovun izahatının təsdiq edilmiş surətinin məhkəməyə göndərilməsi mümkün olmamışdır. Azərbaycan Respublikasinin Prokurorluğu Zaqatala Rayon Prokurorluğu məhkəmənin sorğusuna 2-2-460/2-012869/2026 nömrəli, xx.xx.2026-cı il tarixli məktubla cavab ünvanlayaraq bildirmişdir ki, İddiaçı 8 saylı RMTM-in meşə gözətçisi Xaləddin Əhmədov barədə Zaqatala Rayon Polis şöbəsinə ünvanladığı müraciəti 01 dekabr 2025-ci il tarixdə aidiyyəti üzrə Zaqatala rayon prokurorluğuna göndərilmiş və 20 dekabr 2025-ci il tarixdə tərəfimdən vətəndaşa izah məktubu ünvanlanmışdır. Qeyd olunan müraciətin araşdırılması ilə əlaqədar meşə gözətçisi Xaləddin Əhmədovun izahatı alınmamışdır. Həmin məktuba əlavə edilmiş Azərbaycan Respublikasının Prokurorluğu Zaqatala Rayon Prokurorluğu tərəfindən İddiaçı ünvanlanmış 2-2-460/2-273605/2025 nömrəli, xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, əvvəllər işlədiyi 8 saylı Zaqatala X40 Mərkəzinin əməkdaşı Xaləddin Əhmədovun onun barəsində həmin mərkəzə haqqınızda həqiqəti əks etdirməyən məlumat verməklə Cinayət Məcəlləsinin 296-cı maddəsində nəzərdə tutulmuş cinayəti törətməsi ilə bağlı şikayətinə rayon prokurorluğunda baxılmışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 265.4-cü maddəsinə əsasən məhkəmə işə baxarkən, proses iştirakçılarının və ya digər şəxslərin əməllərində cinayətin əlamətlərini aşkara çıxararsa, o, bu barədə xüsusi qərardad çıxarmaqla materialları ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərir. Şikayət ərizəsində qeyd etdiyi məlumatlara əsasən onun işdən çıxarılması ilə bağlı mülki işə hazırda Yasamal rayon məhkəməsində baxılır. Lakin Mülki-Prosessual Məcəllənin 265.4-cü maddəsinə əsasən bu günədək həmin məhkəmədən rayon prokurorluğuna qeyd etdikləri ilə əlaqədar xüsusi qərardad daxil olmadığını nəzərə almaqla müvafiq vəsatətlə həmin məhkəməyə müraciət etmək hüququnun olması ona izah edilmişdir. Bakı 2 saylı Mediasiya təşkilatın tərəfindən verilmiş MSB/2-0923/25 nömrəli, xx.xx.2025-ci il tarixli X25 (İMS) iştirak edilməməsi barədə arayışdan görünür ki, cavabdeh X25 iştirak etməmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 2.3-cü maddəsinə əsasən Əmək Məcəlləsi əmək münasibətlərində tərəflərin mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması, əsasən əmək müqaviləsi üzrə öhdəliklərin icrasına hüquqi təminat yaradılması prinsiplərinə əsaslanır. 12.1-ci maddəsinə əsasən, əmək müqaviləsinin şərtlərinə və onlarda nəzərdə tutulan öhdəliklərə əməl etmək, Əmək Məcəlləsinin və əmək qanunvericiliyinə dair digər normativ hüquqi aktların tələblərini yerinə yetirmək əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifələrinə daxildir. 70-ci maddəsinin “ç” bəndinə əsasən, işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər 71.2-ci maddəsinə əsasən, Bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. 71.3-cü maddəsinə əsasən, işəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. 72-ci maddəsinə əsasən, aşağıdakı hallar işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir: a) özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi; b) alkoqollu içkilər, narkotik vasitələr və psixotrop, toksik və digər zəhərli maddələr qəbul edərək sərxoş vəziyyətdə işə gəlməsi, habelə işə gəldikdən sonra iş yerində həmin içkiləri və ya maddələri qəbul edərək sərxoş vəziyyətdə olması; c) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması; ç) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində əməyin mühafizəsi qaydalarını pozaraq iş yoldaşlarının səhhətinə xəsarət yetirməsi və ya onların bu səbəbdən həlak olması; d) qəsdən istehsal, kommersiya və ya dövlət sirrinin yayılması və ya bu sirrin gizli saxlanılması üzrə öhdəliklərini yerinə yetirməməsi; e) əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi; ə) əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması; f) iş vaxtı ərzində bilavasitə iş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllərə yol verməsi. Məhkəmə hesab edir ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilərkən cavabdeh tərəfindən qüvvədə olan əmək qanunvericiliyinin tələbləri pozulmuşdur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndi ilə əmək müqaviləsinin ləğvi üçün işəgötürən vəzifə borcunun kobud şəkildə pozulduğunu və ya saxtakarlıq faktını təkzibedilməz sübutlarla əsaslandırmalıdır. İddiaçının xx.xx.2025-ci il tarixli şikayət məktubunda göstərdiyi kimi, onun rəhbərliklə (Mustafa Əhmədov) kadr təyinatı ilə bağlı münaqişəsi yaranmışdır. 9-11 avqust 2025-ci il tarixlərində aparılan yoxlamalar məhz bu münaqişədən dərhal sonra (01 avqust 2025-ci il tarixdə keçirilən iclasdan sonra) başlamışdır. Bu, intizam tənbehinin obyektiv peşəkar araşdırma deyil, subyektiv qərəz xarakteri daşıdığı ehtimalını yaradır. İddiaçı qeyd edir ki, cərimə yazılan ağaclar çay yatağında sel nəticəsində aşmış "kövüş quru ağaclar" olmuşdur. Cavabdeh tərəf bu ağacların məhz İddiaçı səhlənkarlığı nəticəsində kəsildiyini (və ya onun tərəfindən kəsildiyini) birbaşa sübut edə bilməmişdir. Ona görə də bu hal onun əmək funksiyasının kobud pozuntusu sayıla bilməz. Bundan başqa iddiaçı bildirir ki, tikililər 10-20 ildir mövcuddur. Əgər bu tikililər İddiaçı Tala meşəbəyliyinə təyin olunmazdan əvvəl (2022-ci ildən əvvəl) mövcud olubsa, onların gizlədilməsi ittihamı əsassızdır. Meşəbəyliyin geniş ərazisində (1480 ha) gizli əkilmiş çətənə kolların tapılması birbaşa olaraq meşəbəyinə cinayətkar və ya intizamsız işçi damğası vurmağa, xüsusən də bu barədə öncədən daxili məlumat və ya tapşırıq olmamışdırsa, əsas vermir. Beləliklə, meşə ərazisindəki nöqsanların məhz iddiaçının qəsdən törətdiyi və ya kobud ehtiyatsızlığı nəticəsində yarandığı sübuta yetirilməmişdir. İddiaçının rəhbərliklə olan fikir ayrılığından dərhal sonra xidməti yoxlamaların aparılması işçinin işdən azad edilməsi prosesinin obyektiv olmadığını göstərir. Cavabdeh iddia etmişdir ki, meşə gözətçisi H.Qanzayev 21 iyuldan işdə olmamış, lakin İddiaçı tabeldə ona iş yazaraq saxtakarlıq etmişdir. Lakin Zaqatala Rayon Mərkəzi Xəstəxanasının arayışından müəyyən edilmişdir ki, işçiyə yalnız xx.xx.2025-ci ildə xəstəlik vərəqəsi açılmışdır. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi X35 Xidmətinin məhkəmənin sorğusuna 3-14-27/2-426/2025 nömrəli, xx.xx.2025-ci il tarixli cavab məktubundan da görünür ki, əməkdaş H.Ə.Qanzayev 2025-ci ilin iyul ayı üzrə işdə olmuş, 13 avqust 2025-ci il tarixindən “Zaqatala Rayon Mərkəzi Xəstəxanası” X71i tərəfindən barəsində xəstəlik vərəqəsi tərtib edilmişdir". Əgər mərkəzi idarə özü işçinin iyulda işdə olduğunu təsdiqləyirsə, İddiaçı tabeldə ona iş yazması saxtakarlıq deyil, faktiki vəziyyətin əks olunmasıdır. Bundan başqa İddiaçı qarşı "qanunsuz odun doğratmaq" və "təhqir" ittihamı irəli sürən Xaləddin Əhmədovun izahatı Zaqatala Rayon Prokurorluğu tərəfindən araşdırılsa da, hər hansı cinayət əlaməti və ya sübut müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, şahid ifadələrinin ziddiyyətli olması və tərəflər arasında şəxsi ədavətin olması bu izahatın doğruluğunu şübhə altına alır. Məhkəmə qeyd edir ki, İddiaçı 26 illik iş stajı olan, işlədiyi dövrdə işəgötürən mükafatlandırılmış işçidir. Ona 2025-ci ilin mart və may aylarında mükafat verilmişdir. Əmək Məcəlləsinin 187-ci maddəsinə görə intizam tənbehi verilərkən işçinin əvvəlki fəaliyyəti nəzərə alınmalıdır. İşəgötürən tərəfindən may ayında mükafat alan işçinin avqust ayında öz əmək funksiyalarını pozması və lazimi qaydada icra etməməsi qənaətinə gəlinməsi və onunla olan əmək münasibətlərinə xitam verilməsi məntiqi ziddiyyət təşkil edir. Məhkəmə hesab edir ki, iddiaçının rəhbərliklə olan fikir ayrılığından dərhal sonra xidməti yoxlamaların aparılması onun işdən çıxarılmasının qərəzli olduğunu göstərir. Həmçinin əvvəlki illərdə belə yoxlamanın aparılmaması da ona dəlalət edir ki, işəgötürənin işçiyə qərəzli münasibəti mövcuddur. Beləliklə, işçinin əmək funksiyasını kobud şəkildə pozması faktı öz təsdiqini tapmadığından, işçi ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilməsi üçün əsaslar müəyyən edilmədiyindən, məhkəmə iddia tələbinin təmin olunması qənaətinə gəlir. Qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, əmək müqaviləsinə xitam verilməsi haqqında əmri ləğv edilməli və iddiaçı əvvəlki vəzifəsinə bərpa edilməlidir. Əmək Məcəlləsinin 300.1-ci maddəsinə əsasən, Əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Məhkəmə hesab edir ki, xx.xx.2025-ci il tarixdən işə bərpa olunduğu günədək məcburi iş buraxmaya görə hesablanmış əmək haqqı cavabdeh Azərbaycan Respublikasının Ekologiya və Təbbi Sərvətlər Nazirliyi X35 Xidmətindən tutularaq iddiaçıya ödənilməlidir. Beləliklə, məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, iddia tələbi təmin edilməli, Azərbaycan Respublikasının Ekologiya və Təbbi Sərvətlər Nazirliyi X35 Xidmətinin İddiaçı əmək müqaviləsinə xitam verilməsi haqqında 02 sentyabr 2025-ci il tarixli 347/ü nömrəli əmri ləğv edilməli, İddiaçı Azərbaycan Respublikasının Ekologiya və Təbbi Sərvətlər Nazirliyi X35 Xidmətinin Tala Meşəbəyliyində meşəbəyi vəzifəsinə bərpa edilməli, xx.xx.2025-ci il tarixdən işə bərpa olunduğu günədək məcburi iş buraxmaya görə hesablanmış əmək haqqı cavabdeh Azərbaycan Respublikasının Ekologiya və Təbbi Sərvətlər Nazirliyi X35 Xidmətindən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1-1-ci maddəsinə əsasən əməyin ödənilməsi və əmək fəaliyyəti ilə bağlı digər tələblər üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Azərbaycan Respublikasının Ekologiya və Təbbi Sərvətlər Nazirliyi X35 Xidmətinin İddiaçı əmək müqaviləsinə xitam verilməsi haqqında 02 sentyabr 2025-ci il tarixli 347/ü nömrəli əmri ləğv edilsin. İddiaçı Azərbaycan Respublikasının Ekologiya və Təbbi Sərvətlər Nazirliyi X35 Xidmətinin Tala Meşəbəyliyində meşəbəyi vəzifəsinə bərpa edilsin. xx.xx.2025-ci il tarixdən işə bərpa olunduğu günədək məcburi iş buraxmaya görə hesablanmış əmək haqqı cavabdeh Azərbaycan Respublikasının Ekologiya və Təbbi Sərvətlər Nazirliyi X35 Xidmətindən tutularaq iddiaçıya ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Ayşən Sultanova-Məmmədova
Məhkəmə qərarları › İş №e-2(004)-5705/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-5705/2025
06.02.2026 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver