Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-5709/2024 18.12.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, İsmayıllı Ceyhun İlham oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdeh QSC-nə qarşı “əmrin ləğv edilməsi, işə bərpa və məcburi işburaxmaya görə əmək haqqı” tələbinə dair iddia tələbi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh QSC-nə qarşı “əmrin ləğv edilməsi, işə bərpa və məcburi işburaxmaya görə əmək haqqı” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh QSC tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, 24-0558 saylı işdən azad olunma barədə kadr əmrinin ləğv edilməsi, işə bərpa olunma və Cavabdeh QSC tərəfindən İddiaçı qanunsuz işdən çıxarıldığına görə iddiaçıya işdən çıxarıldığı günün sonrakı günündən yəni xx.xx.2024-cü il tarixdən başlayaraq işə bərpa olunduğu günə kimi orta aylıq əmək haqqınının hesablanaraq ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, o, xx.xx.2010-cu il tarixində Cavabdeh QSC-də “müştəri xidmətləri şagird kredit mütəxəssisi” vəzifəsinə işə qəbul olmuş, xx.xx.2011-ci il tarixində həmin iş yerində “müştəri xidmətləri mütəxəssisi” vəzifəsinə təyin edilmiş, xx.xx.2019-cu il tarixində isə, “müştəri xidmətləri üzrə aparıcı mütəxəssis” vəzifəsinə təyin edilmişdir. İşlədiyi bütün müddət ərzində işinə vicdanla yanaşaraq, vəzifə öhdəliklərini lazımi şəkildə icra etmişdir. Cavabdeh QSCnin xx.xx.2024-cü il tarixli, 24-0558 saylı, işdən zad olunma barədə kadr əmrinə əsasən onunla bağlanmış əmək müqaviləsinə xx.xx.2024-cü il tarixdən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən, işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, əmək vəzifələrini kobud şəkildə pozduğuna görə xitam verilmiş və tutduğu vəzifədən azad edilmişdir. Əmrdə qeyd edilmişdir ki, İddiaçı rəhbərliyin göstərişi olmadan və iş üçün tələb olunmadan çap etdiyi Bank sirrini təşkil edən müştəri məlumatlarını şəxsi əşyalarının arasına yerləşdirməklə iş saatlarından sonra Bankın (filialın) inzibati binasından kənara çıxarmışdır. Çap edilən vərəqlər yoxlanılarkən onda olan məlumatların bank sirrini təşkil edən və müştərilərin fərdi məlumatlarını təşkil edən məlumatlar olduğu aşkar edilmişdir. İsgəndərova X10 təşkil edən müştəri məlumatlar Bankın (filialın) inzibati binasından kənara çıxarmaqla öz əmək müqaviləsi üzrə öhdəliklərini pozmuşdur. Bildirmişdir ki, işlədiyi bütün müddət ərzində işinə vicdanla yanaşaraq, vəzifə öhdəliklərini lazımi şəkildə icra etmişdir. Cavabdeh QSC-nin xx.xx.2024-cü il tarixli, 24-0558 saylı, işdən azad olunma barədə kadr əmrində qeyd edilənlər tamamilə əsassızdır. Onun tərəfindən əmək müqaviləsi üzrə əmək funksiyası və öhdəlikləri pozulmamışdır. Odur ki, xx.xx.2024-cü il tarixli, 24-0558 saylı, işdən azad olunma barədə kadr əmri ləğv edilməli, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi barədə bank tərəfindən qərar qəbul edilməlidir. Əmək Məcəlləsinin 71-ci maddəsinin 2-ci bəndinə əsasən bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normalahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı ziyan dəymiş olsun. Hazırkı halda göstərilən halların heç biri mövcud olmamışdır. Əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilərkən əmrdə göstərilən kobud pozuntuların onun əməllərində mövcud olması arqumenti əsaslı hesab edilə bilməz, iddiaçının belə pozuntulara yol vermiş olması və bu pozuntunun müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngini pozaraq mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan vurması halı mövcud deyildir. Ziyan formal və ümumi mülahizələrdən ibarət olmamalı, əmlakda azalma və ya başqa şəkildə real mənfi vəziyyətin varlığı ilə təsdiqlənməlidir. Lakin, cavabdeh tərəfindən iddiaçının əməli nəticəsində işin istehsalın, əmək və icra intizamının normal ahənginin pozulması və ya kiminsə hüquqlarına və mənafelərinə hər hansı formada ziyan dəyməsi barədə konkret fakta istinad olunmamış, bu barədə sübut təqdim edilməmişdir. Hesab edir ki, mübahisələnirilən əmr əmək qanunvericiliyinin tələblərinə əsasən lazımi qaydada əsaslandırılmamış, sadəcə olaraq iddiaçının “əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi” kimi ümumi sözlər qeyd edilmişdir. Əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi halının nədə ifadə olunması, yazılı əmək müqaviləsində əks olunmuş öhdəliklərdən hansının yerinə yetirilməməsi göstərilməmişdir. Göründüyü kimi, cavabdeh onu işdən azad edərkən qanunsuz və əsassız əmr vermişdir. Göstərilən xüsusatları nəzərə alaraq hesab edir ki, işdən azad olunma barədə əmr ləğv edərək, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi barədə qətnamə qəbul edilməlidir. Cavabdeh QSC iddia ərizəsinə etiraz təqdim edərək bildirmişdir ki, iddiaçı tərəfindən təqdim edilmiş iddia ərizəsində əsassız olaraq qeyd edilir ki, onun barəsində işdən azad olma barədə əmr əsaslandırılmadan tərtib edilmişdir. Qoşma olaraq əlavə edilmiş kadr əmrinin surətindən məlum olur ki, müvafiq əmr Azərbaycan Respublikasının Əmək Məcəlləsinin tələblərinə uyğun olaraq tərtib edilmiş və əmək müqaviləsinə xitam verilmə əsası aydın göstərilmişdir. Bildirmişdir ki, Cavabdeh QSC-nin X25 Xidmətləri üzrə X9 Təranə Rasim qızı 21 avqust 2024-cü il tarixində müştərilər barədə Bank sirri təşkil edən məlumatları rəhbərliyin göstərişi olmadan, heç kimə bildirməyərək çap etmiş və Bankdan çıxarkən əşyalarının arasında həmin məlumatları Bankdan kənara çıxarmışdır. Həmin sənədlərin İddiaçı olduğu məlum olduqdan sonra ona sənədləri Banka geri qaytarması barədə xəbərdarlıq edilmişdir. Xəbərdarlıq nəticəsində sənədlər işçidən alınmış və məsələ ilə əlaqədar sonuncu tərəfindən izahat yazılmışdır. İddiaçı izahatında həqiqətən müştəri məlumatlarının olduğu sənədləri çap etdiyini və onları əşyalarının arasında Bankdan kənara çıxardığını qeyd etmişdir. Məsələ barədə "xxxx" QSC-nin Baş Ofisinə məlumat daxil olduqdan sonra işçi ilə görüş keçirilməsi qərara alınmışdır. X3 üzrə X4, Cavabdeh QSC-nin Gəncə Filialının X1, Hüquq və ƏL\TMM Departamentinin rəhbəri X14, Əmək münasibətləri, Müavinət və Güzəştlər Şöbəsinin X6, Pərakəndə Bankçılıq üzrə Qrup X5, X26 və Xidmətin Keyfiyyətinə Nəzarət Şöbəsinin X2 və Müştəri Xidmətləri üzrə Aparıcı Mütəxəssis İddiaçı iştirakı ilə video konfrans keçirilmiş və işçidən görüşün yazılmasına, görüş zamanı çıxışının yazılı izahat kimi qəbul edilməsinə dair razılıq alınmışdır. Görüş zamanı İnformasiya Təhlükəsizliyi üzrə X8 tərəfindən yoxlama nəticəsində aşkar edilmiş Bank sirri təşkil edən məlumatların əks olunduğu fayllar İddiaçı göstərilmiş və sonuncu tərəfindən həmin faylları çap etdiyi, Bankdan kənara çıxardığı və həmin məlumatları üçüncü şəxsə verildiyi etiraf edilmişdir. İddiaçı görüş zamanı müvafiq məlumatları Bankdan çıxarmaqla bağlı kobud səhvini qəbul etmiş və həmin məlumatları Bankdan çıxarmamalı olduğunun fərqində olduğunu bildirmişdir. Görüş zamanı aşkar edilmiş pozuntu faktları İşçi İddiaçı (Müştəri Xidmətləri üzrə Aparıcı Mütəxəssis) tərəfindən İşçi ilə Cavabdeh Qapalı Səhmdar Cəmiyyəti arasında bağlanmış kommersiya sirri rejiminin tətbiqi barədə razılaşmanın, o cümlədən informasiya təhlükəsizliyi, kommersiya sirrinin, habelə bank sirrinin qorunması üzrə öhdəliklərin pozuntusu kimi qiymətləndirilmiş və işçi ilə bağlanmış əmək müqaviləsinə 26 avqust 2024-cü il tarixdən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin (ç) bənsinə əsasən xitam verilmişdir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmədən İddiaçı tərəfindən verilmiş “əmrin ləğv edilməsi, işə bərpa və məcburi işburaxma günləri üçün əmək haqqının ödənilməsi barədə” iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə etiraz ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, əmrdə iddiaçının izahatı və digər sübutlar kifayət qədər əsaslandırılıb. Onlar qurum olaraq işçilərlə əmək müqaviləsi ilə yanaşı bank sirrinin qorunması ilə bağlı əlavə öhdəlik imzalayırlar. Bu öhdəliyə əsasən bank işçisi hər hansı müştəri barədə olan ən sadə məlumatı belə kənara çıxara bilməz. İddiaçı isə bu tələbləri pozaraq, bankın müştəriləri barədə olan məlumatı işdən sonra öz şəxsi əşyaları ilə birlikdə bankdan çıxarmışdır. Onlar bununla bağlı iddiaçı ilə görüş də keçirmişlər və bu görüş iddiaçının razılığı ilə videoyazıya alınmışdır. Həmin videoyazını məhkəməyə təqdim etmişlər. Həmin videoyazıda da iddiaçı bu hərəkəti etməməli olduğunu etiraf edir. Bu isə pozuntunun olması üçün kifayət edir. Qeyd olunanlara əsasən məhkəmədən iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə iştirak edən tərəflərin izahatlarını dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia rədd edilməlidir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş: - X15 məxsus əmək kitabçasının surətindən görünür ki, o, xx.xx.2010-cu il tarixdə Cavabdeh QSC-nin “Müştəri Xidmətləri şagird mütəxəssisi” vəzifəsinə işə qəbul edilmiş, xx.xx.2011-ci il tarixdə Müştəri Xidmətləri mütəxəssisi” vəzifəsinə keçirilmiş, xx.xx.2018-ci il tarixdə “QKM Satışı və Bank Xidmətləri üzrə Mütəxəssis” vəzifəsinə keçirilmiş, xx.xx.2019-cu il tarixdə “Müştəri Xidmətləri üzrə Mütəxəssis” vəzifəsinə keçirilmiş, xx.xx.2019-cu il tarixdə “Müştəri Xidmətləri üzrə Aparıcı Mütəxəssis” vəzifəsinə keçirilmiş, xx.xx.2024-cü il tarixdə Əmək Məcəlləsinin 70-ci maddəsinin (ç) bəndinə əsasən tutduğu vəzifədən azad edilmiş və onunla bağlanılmış əmək müqaviləsinə xitam verilmişdir. - Cavabdeh QSC ilə İddiaçı arasında bağlanmış tam maddi məsuliyyət, Kommersiya sirri rejiminin tətbiqi və Haqsız işgüzar davranışın qarşısının alınması barədə 09 fevral 2022-ci il tarixli qarışıq müqavilənin 2.4-cü bəndinə əsasən işçi üçüncü şəxslərin Kommersiya Sirri ilə tanış olmasına və ya Kommersiya Sirrindən istifadə etməsinə yol verməməli, həmçinin Kommersiya Sirri təşkil edən məlumatları hər hansı formada dərc etməməlidir. İşçi qəbul edir və təsdiq edir ki, Kommersiya Sirri təşkil edən məlumatların Bankdan (o cümlədən, Bankın informasiya sistemindən) kənara (özünə aid cihaz və hesablara, o cümlədən, elektron poçt ünvanlarına ötürülmə də daxildir) hər hansı vasitə ilə ötürülməsi bu Müqavilə üzrə öhdəliklərin pozulması hesab edilir. -15 dekabr 2015-ci il tarixli 2015/0401 saylı əmək müqaviləsinə 09 fevral 2022-ci il tarixli əlavənin 7.1-ci bəndinə əsasən, əmək müqaviləsi üzrə vəzifə öhdəliklərinin icrası üçün tərəflər arasında aparılan rəsmi yazışmalar və danışıqlar, Bankın “Kommersiya sirri rejiminin tətbiqi barədə” Qaydalar çərçivəsində kommersiya sirri hesab olunan məlumatlar, Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən bank sirri təşkil edən və fərdi məlumatlar “Kommersiya sirri” şifri ilə ifadə olunub-olunmamasından asılı olmayaraq, Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə, Qaydalara və bu Əmək Müqaviləsinə müvafiq olaraq Kommersiya Sirri hesab edilir. Kommersiya Sirrinin işçi tərəfindən yayılması qadağandır. Kommersiya Sirri həmçinin Kommersiya Sirrinin əsasında əldə edilən məlumatlar da daxildir. Həmin əlavənin 7.2-ci bəndinə əsasən Kommersiya Sirrinə həmçinin Kommersiya Sirrinin əsasında əldə edilən məlumatlar da daxildir. Həmin əlavənin 7.3-cü bəndinə əsasən X29 şifahi, yazılı sənəd və ya elektron formada və istənilən daşıyıcıda açıqlaya bilər. Həmin əlavənin 7.4-cü bəndinə əsasən işçi üçüncü şəxslərin Kommersiya Sirri ilə tanış olmasına və Kommersiya Sirrindən istifadə etməsinə yol verməməli, həmçinin Kommersiya Sirri təşkil edən məlumatlar hər hansı formada dərc etməməlidir. İşçi qəbul edir və təsdiq edir ki, Kommersiya Sirri təşkil edən məlumatların Bankdan (o cümlədən, Bankın informasiya sistemindən) kənara (özünə aid cihazlara ötürülmə də daxildir) hər hansı vasitə ilə ötürülməsi bu maddə üzrə öhdəliklərin pozulması hesab edilir. -Cavabdeh QSC-nin 23 avqust 2024-cü il tarixli “yoxlamanın nəticələrinə dair” 01 saylı aktdan görünür ki, 23 avqust 2024-cü il tarixində keçirilən görüş nəticəsində 23 avqust 2024-cü il tarixində X27 tərəfindən, X13, X23, X19, X30, X28 və İddiaçı iştirakı ilə akt tərtib olunmuşdur. 21 avqust 2024-cü il tarixində, Müştəri Xidmətləri üzrə X11 Təranə Rasim qız;nın müştərilər barədə Bank sirri təşkil edən məlumatları rəhbərliyin göstərişi olmadan, heç kimə bildirməyərək çap etdiyi və Bankdan çıxarkən əşyalarının arasında həmin məlumatları Bankdan kənara çıxardığı barədə məlumat daxil olmuşdur. Müvafiq məlumat əsasında yuxarıda adları çəkilən şəxslərin iştirakı ilə işçi ilə 23 avqust 2024-cü il tarixində görüş keçirilmişdir. Görüş zamanı aşağıdakı pozuntu faktları aşkar edilmişdir: Müştəri Xidmətləri üzrə X11 Təranə Rasim qızı rəhbərliyin göstərişi olmadan və iş üçün tələb olunmadan çap etdiyi Bank sirri təşkil edən müştəri məlumatlarını şəxsi əşyalarının arasına yerləşdirməklə iş saatlarından sonra Bankın (filialın) inzibati binasından kənara çıxarmışdır. Görüş zamanı çap edilən sənədlərə baxılmış və sənədlərin arasında müştəri məlumatlarının əks olunduğu 6 sənədi (hər biri 2.səhifə olmaqla), həmçinin 25 vərəqdən ibarət fayl (müştəri məlumatları və onların telefon nömrələri olmaqla) aşkar edilmişdir. Həmin sənədlər İddiaçı göstərilmiş və işçi tərəfindən həmin sənədlərin çap edildiyi etiraf edilmişdir. Çap edilən vərəqlər Bank tərəfindən yoxlanılarkən onda olan məlumatların bank sirri təşkil edən və müştərilərin fərdi məlumatlarını əks etdirən məlumatlar olduğu aşkar edilmişdir. Bununla bağlı işçinin izahatı alınmış və İddiaçı izahatında Bank sirri təşkil edən məlumatları şəxsi əşyalarının arasında Bankdan kənara çıxardığını, həmin məlumatları üçüncü şəxsə verdiyini (konsulluğun mühafizəsinə) və xəbərdarlıqdan sonra çap olunmuş məlumatları Banka geri qaytardığını bildirmişdir. İddiaçı görüş zamanı müvafiq məlumatları Bankdan çıxarmaqla bağlı kobud səhvini qəbul etmiş və həmin məlumatları Bankdan çıxarmamalı olduğunun fərqində olduğunu bildirmişdir. Görüş zamanı Bankdan kənara çıxarılan sənədlərlə İddiaçı iştirakı ilə tanış olunmuş və həmin sənədlərin çap edilərək Bankdan çıxarılmasına dair fakt İddiaçı tərəfindən təsdiq edilmişdir. Görüşün əvvəlində və sonunda görüşün yazıldığı bildirilmiş və işçi tərəfindən görüşün izahat kimi qəbul edilməsinə razılıq verilmişdir. xx.xx.2024-cü il tarixli görüş zamanı aşkar edilmiş pozuntu faktları İşçi İddiaçı (Müştəri Xidmətləri üzrə Aparıcı Mütəxəssis) tərəfindən İşçi ilə Cavabdeh Qapalı Səhmdar Cəmiyyəti arasında bağlanmış kommersiya sirri rejiminin tətbiqi barədə razılaşmanın, o cümlədən informasiya, təhlükəsizliyi, kommersiya sirrinin, habelə bank sirrinin qorunması üzrə öhdəliklərin pozuntusu kimi qiymətləndirilir. - İddiaçı 22 avqust 2024-cü il tarixli izahatından görünür ki, xx.xx.2024-cü il tarixindı bankdakı kredit portfelindən 2 vərəq, müştərinin adı və telefon nömrələri və bankdakı vergi işçilərinin siyahısının telefon nömrəsi və adı olan siyahı tərəfindən direct məqsədilə çapa vurulmuş, lakin bankdan çıxarkən əşyalarının içində olmuşdur. Lakin şöbə müdirinin xəbərdarlığı ilə dərhal ona təqdim olunmuşdur. 6 vərəq aktiv müştərilər haqqında məlumatlar da təqdim olunmuşdur. - Cavabdeh QSC-nin 26 avqust 2024-cü il tarixli, 24-0558 saylı “işdən azad olunma barədə”əmrin surətindən görünür ki, Müştəri Xidmətləri üzrə X9 Təranə Rasim qızı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin ç bəndinə əsasən, işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, əmək vəzifələrini kobud şəkildə pozduğuna görə xitam verilmiş və o tutduğu vəzifədən azad edilmişdir. Əsas: Müştəri Xidmətləri üzrə X9 Təranə Rasim qızı 21 avqust 2024-cü il tarixində müştərilər barədə Bank sirri təşkil edən məlumatları rəhbərliyin göstərişi olmadan və iş üçün tələb olunmadan çap etdiyi bank sirri təşkil edən müştəri məlumatlarını şəxsi əşyalarının arasına yerləşdirməklə iş saatlarından sonra Bankın (filialın) inzibati binasından kənara çıxarmışdır. Çap edilən vərəqlər bank tərəfindən yoxlanılarkən onda olan məlumatların bank sirri təşkil edən və müştərilərin fərdi məlumatlarını əks etdirən məlumatlar olduğu aşkar edilmişdir. İddiaçı bank sirri təşkil edən məlumatları bankın (filialın) inzibati binasından kənara çıxarmaqla öz əmək müqaviləsi üzrə öhdəliklərini pozmuşdur. Həmçinin, qeyd edilən əmr üzrə əsas qismində çıxış edən digər hallar, o cümlədən İddiaçı izahatı da daxil olmaqla sənədlər hazırki kadr əmrinə əlavə olunmuşdur. -Cavabdeh tərəfindən təqdim edilmiş və məhkəmə iclasında baxış keçirilmiş CD diskdən görünür ki, videogörüntü vasitəsilə iddiaçının aşkar olunmuş pozuntu ilə bağlı izahatı alınmış və iddiaçı onun tərəfindən bank sirri təşkil edən məlumatları (portfeldən çıxarış) faylları çap etdiyi, filialın binasından kənara çıxardığı etiraf edilmişdir. İddiaçı görüş zamanı müvafiq məlumatları Bankdan çıxarmaqla bağlı səhvini qəbul etmiş və həmin məlumatları Bankdan çıxarmamalı olduğunun fərqində olduğunu bildirmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 10-cu maddəsinin “D” bəndinə əsasən dövlət sirrini, habelə işəgötürənin kommersiya sirrini müəyyən olunmuş qaydada və şərtlərlə gizli saxlamaq əmək müqaviləsi üzrə işçinin əsas vəzifələrindəndir. Həmin Məcəllənin 70-ci maddəsinin “ç” bəndinə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Həmin Məcəllənin 71.2-ci maddəsinə əsasən bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Həmin Məcəllənin 72-ci maddəsinin “D” bəndinə əsasən qəsdən istehsal, kommersiya və ya dövlət sirrinin yayılması və ya bu sirrin gizli saxlanılması üzrə öhdəliklərini yerinə yetirməməsi işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir. Həmin Məcəllənin 199-cu maddəsinin “E” bəndinə əsasən işəgötürənin kommersiya sirrini yaydıqda işçi qanunazidd hərəkətləri ilə vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıyır. Həmin Məcəllənin 202.1-ci maddəsinə əsasən işəgötürənə dəymiş ziyanın məbləği faktik itkilər üzrə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 967.1-ci maddəsinə əsasən bank hesabının və bank əmanətinin, hesab əməliyyatlarının və müştəri haqqında məlumatların sirrinə bank qarantiya verir. Həmin Məcəllənin 967.2-ci maddəsinə əsasən bank sirrini təşkil edən məlumatlar yalnız müştərilərin özlərinə və onların nümayəndələrinə, həmçinin kənar auditorlara, maliyyə monitorinqi orqanına və maliyyə bazarlarına nəzarət orqanına verilir. Dövlət orqanlarına və onların vəzifəli şəxslərinə, habelə kredit bürolarına bu cür məlumatlar yalnız qanunda nəzərdə tutulmuş hallarda və qaydada verilə bilər. Həmin Məcəllənin 967.3-cü maddəsinə əsasən bank sirri təşkil edən məlumatlar bank tərəfindən açıqlandığı halda hüquqları pozulmuş müştəri bankdan vurulmuş zərərin əvəzini ödəməyi tələb edə bilər. “Kommersiya sirri haqqında” Azərbaycan Respublikasının Qanununun 2.0.1-ci maddəsinə əsasən kommersiya sirri - hüquqi və fiziki şəxslərin istehsal, texnoloji, idarəetmə, maliyyə və başqa fəaliyyəti ilə bağlı, sahibinin razılığı olmadan açıqlanması, onların qanuni maraqlarına ziyan vura bilən məlumatlardır. Həmin Qanunun 2.0.3-cü maddəsinə əsasən kommersiya sirrinin sahibi - kommersiya sirrinə qanuni əsaslarla malik olan hüquqi və ya fiziki şəxs. Həmin Qanunun 2.0.4-cü maddəsinə əsasən kommersiya sirrinin konfidenti - kommersiya sirrini qanuni əsaslarla kommersiya sirrinin sahibindən əldə edən hüquqi və ya fiziki şəxs. Həmin Qanunun 2.0.7-ci maddəsinə əsasən kommersiya sirrini yaymaq - müvafiq qanunvericiliyin, yaxud müqavilə şərtlərinin pozulması yolu ilə kommersiya sirrinin başqa şəxslərə açıqlanmasıdır. Həmin Qanunun 4.2-ci maddəsinə əsasən hüquqi və fiziki şəxslərin bank sirrini təşkil edən məlumatlarının qorunması və istifadəsi müvafiq qanunvericiliklə tənzimlənir. “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununun 41.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsinə müvafiq olaraq bank hesabının, hesab üzrə əməliyyatlar və qalıqların, habelə müştəri haqqında məlumatların, o cümlədən müştərinin adı, ünvanı, rəhbərləri haqqında məlumatların sirrinə bank təminat verir. Müştərilərin bank saxlancında əmlakının mövcudluğu, bu cür əmlakın sahibləri, xarakteri və dəyəri haqqında məlumatların sirrinə də bank təminat verir. Həmin Qanunun 41.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsinə müvafiq olaraq bank sirrini təşkil edən məlumatlar yalnız müştərilərin özlərinə və onların nümayəndələrinə, həmçinin kənar auditorlara, maliyyə monitorinqi orqanına və maliyyə bazarlarına nəzarət orqanına verilir. Həmin Qanunun 41.5-ci maddəsinə əsasən bankların mövcud və keçmiş inzibatçıları və digər əməkdaşları, habelə bankın səhmdarları bankın idarə edilməsi və ya xidməti səlahiyyətlərinin həyata keçirilməsi ilə əlaqədar onlara məlum olan bank sirrini təşkil edən məlumatların qeyriqanuni açılmasına görə Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə müəyyən edilmiş qaydada mülki, inzibati və cinayət məsuliyyəti daşıyırlar. Məhkəmə qeyd edir ki, bank iddiaçı ilə tam maddi məsuliyyət, Kommersiya sirri rejiminin tətbiqi və Haqsız işgüzar davranışın qarşısının alınması barədə 09 fevral 2022-ci il tarixli qarışıq müqavilə bağlayarkən müqaviləyə 2.4-cü bəndi əlavə etməklə Kommersiya sirrinin qorunması qaydaları ilə bağlı öhdəlikləri müəyyən etmişdir. Həmin məsələ ilə bağlı öhdəlik ondan ibarət olmuşdur ki, “işçi üçüncü şəxslərin Kommersiya Sirri ilə tanış olmasına və ya Kommersiya Sirrindən istifadə etməsinə yol verməməli, həmçinin Kommersiya Sirri təşkil edən məlumatları hər hansı formada dərc etməməlidir." Eyni zamanda. İşçi ilə bağlanmış əmək müqaviləsinə əlavənin 7.4-cü bəndində də oxşar məzmunlu öhdəlik öz əksini tapmışdır. Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Əmək Məcəlləsinin 72-ci maddəsinin “d” bəndinə əsasən kommersiya sirrinin işçi tərəfindən yayılmasından başqa, həmin sirrin gizli saxlanılması üzrə öhdəliklərin yerinə yetirilməməsi onun tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir. Kommersiya sirrinin sahibi olan Bank, iddiaçını əmək müqaviləsi ilə işə qəbul etdikdən sonra yuxarıda qeyd edilən sənədlərə imza etdirməklə onu kommersiya sirrinin konfidenti etmiş, bununla da sonuncunu kommersiya dəyərinə malik məlumatların dövriyyəsinə buraxmışdır. Hamıya bəlli olan faktdır ki, bankların əsas vəzifələrindən biri də onda olan müştəri məlumatlarının konfidensiallığını təmin etməkdir. Belə məlumatların yayılması isə istənilən bankın nüfuzuna, onun maliyyə bazarında dəyərinin düşməsinə, kredit siyasətinə, kredit potensialının zəifləməsinə səbəb ola bilər. İddiaçının xx.xx.2024-cü il tarixdə müştərilər barədə Bank sirri təşkil edən məlumatları rəhbərliyin göstərişi olmadan, heç kimə bildirməyərək çap etməsi və Bankdan çıxarkən əşyalarının arasında həmin məlumatları Bankın inzibati binasından kənara çıxarması işin mübahisəsiz halıdır. Əmək Məcəlləsinin tələblərinə görə kommersiya sirrinin işçi tərəfindən yayılmasından başqa, həmin sirrin gizli saxlanılması üzrə öhdəliklərin yerinə yetirilməməsi onun tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir. Göründüyü kimi yalnız kommersiya sirrinin yayılması deyil, həmçinin həmin sirrin gizli saxlanılması üzrə öhdəliklərin yerinə yetirilməməsi də əmək vəzifələrinin kobud pozuntusu hesab edilir. Qanunvericiliyin tələbinə əsasən isə qeyd edilən hallarda əmək vəzifələrinin kobud pozuntusu əmək müqaviləsinin işəgötürən tərəfindən ləğv edilməsi əsasını təşkil edir. Belə olan halda işəgötürən tərəfindən Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən əmək vəzifələrinin kobud şəkildə pozulması əsası ilə işçi ilə olan əmək müqaviləsinə xitam verilmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, həmin əmrin ləğv edilməsi üçün əsas yoxdur, iddiaçının tələbi əsassızdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyənedir. Prosessual qanunvericiliyin “iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edilməsi”, “nə kimi halların müəyyən edilməməsi”, “tərəflərin hansı hüquq münasibətində olmaları” barədə tələblərinə riayət olunması üçün ilkin olaraq iş üzrə toplanmış sübutlar qiymətləndirilməlidir. Sübutların qiymətləndirilmısini tənzimləyən MPM-nin 88-ci maddəsi müəyyən edir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh QSC-nə qarşı “əmrin ləğv edilməsi, işə bərpa və məcburi işburaxmaya görə əmək haqqı” tələbinə dair iddia ərizəsi rədd edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gülnar Babazadə
Məhkəmə qərarları › İş №e-2(004)-5709/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-5709/2024
18.12.2024 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver