Məhkəmə qərarları › İş №e-2(004)-5715/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-5715/2025

09.01.2026 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-5715/2025 09.01.2026 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Fariz Ariz oğlunun sədrliyi, İmanzadə Ziya Yadigar oğlunun katibliyi, Cavabdeh Azərbaycan Texniki Universiteti publik hüquqi şəxsin nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Texniki Universiteti publik hüquqi şəxsə qarşı “əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxmaya görə ödənilməmiş əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsinə qapalı məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdeh Azərbaycan Texniki Universiteti publik hüquqi şəxsə qarşı “əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxmaya görə ödənilməmiş əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəmə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı 1977-ci ildən Azərbaycan Politexnik Universitetində (hazırda Cavabdeh PHŞ-də) əyani aspirant, 1981-ci ildən assistent, 1989ci ildən isə dosent vəzifəsində işləmişdir. İddiaçı əmək fəaliyyəti dövründə heç bir intizam tənbehi almamış, daim müəssisədaxili intizam qaydalarına ciddi riayət etmiş və kollektivdə nümunəvi işçi kimi fərqlənmişdir. Sonuncu dəfə xx.xx.2023-cü il tarixdə iddiaçı ilə xx.xx.2025 tarixinədək (1 il 11 ay 21 gün) müddətli əmək müqaviləsi bağlanmış və o, cavabdeh müəssisədə dosent vəzifəsinə işə qəbul edilmişdir. Cavabdeh müəssisənin xx.xx.2025-ci il tarixli K-444 nömrəli əmr ilə xx.xx.2025-ci il tarixdən iddiaçı ilə bağlanmış əmək müqaviləsinə AR ƏM-in 68.2-ci maddəsinin “b” bəndinə (əmək müqaviləsinin müddətinin qurtarması) əsasən xitam verilmişdir. İddiaçı 150-dən çox elmi məqalənin, elmi-metodiki məqalənin, metodiki və dərs vəsaitlərinin, fənn proqramlarının, dərsliklərin müəllifidir. 55 il elmi-pedaqoji staja malikdir. Əmək Məcəlləsinin 50-ci maddəsinin (müsabiqə yolu ilə vəzifələrin tutulması zamanı əmək münasibətlərinin tənzimlənməsi) 2-ci hissəsinə görə müəyyən vəzifələrin müsabiqə yolu ilə tutulması elmi müəssisə və təşkilatlar və təhsil müəssisələrində elmi, elmi-pedaqoji fəaliyyətlə bağlı vəzifələr üzrə elan edilir. İşçilərin elan olunmuş müsabiqədə bərabərhüquqlu iştirakı təmin edilməlidir. Qanunvericilikdə nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız bir cinsin nümayəndəsi üçün müsabiqənin elan edilməsinə yol verilmir. Müvafiq vəzifəni tutmaq üçün elan olunmuş müsabiqənin qalibi ilə işəgötürən müəyyən edilmiş qaydada müddətli və ya müddətsiz əmək müqaviləsi bağlayır. Müsabiqə yolu ilə vəzifəni tutmuş işçinin əmək müqaviləsinə xitam verilməsi, habelə onların digər əmək münasibətləri heç bir istisnaya yol verilmədən yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada tənzim edilir. Azərbaycan Respublikası Təhsil nazirinin 7 avqust 1996-cı il tarixli 401 nömrəli əmri ilə təsdiq edilmiş “Ali təhsil müəssisələrində professor-müəllim vəzifələrinin tutulması qaydası haqqında Əsasnamə”yə uyğun olaraq ali təhsil müəssisələrində professor, dosent, baş müəllim və müəllim vəzifələri bir qayda olaraq müsabiqə yolu ilə 5 il müddətinə tutulur. Həmin Əsasnaməyə görə ali təhsil müəssisələrində professor, dosent, baş müəllim və müəllim vəzifələri bir qayda olaraq 5 il müddətinə tutulduğu üçün işəgötürən onlarla müddətli əmək müqaviləsi bağlayır. AR ƏƏSMN-nin ƏMAS mərkəzləşdirilmiş elektron sistemindən əldə edilmiş məlumatlardan da görünür ki, xx.xx.2008-ci il tarixdən etibarən Cavabdeh PHŞ ilə İddiaçı arasında müddətli əmək müqavilələri bağlanılmışdır. Həmin müqavilələrin müddəti bitdikdən sonra müqavilələr yenidən eyni müddətə uzadılmış hesab edilmişdir. Beləliklə də cavabdeh təşkilat tərəfindən AR ƏM-in 50-ci maddəsinin və Azərbaycan Respublikası Təhsil nazirinin 7 avqust 1996-cı il tarixli 401 nömrəli əmri ilə təsdiq edilmiş «Ali təhsil müəssisələrində professor-müəllim vəzifələrinin tutulması qaydası haqqında Əsasnamə»nin tələbləri pozulmuşdur. Belə ki, cavabdeh hər 5 ildən bir müsabiqə keçirmək əvəzinə bir illik müddətli müqavilə bağlamaqla qanunvericiliyin tələbini pozmuşdur. Belə olduğu halda isə cavabdeh 5 ildən artıq həmin müəssisədə fasiləsiz işlədiyinə görə iddiaçı ilə müddətsiz əmək müqaviləsi bağlamalı idi. Ona görə ki, iddiaçı 2008-ci ildən 2025-ci ilədək (5 ildən artıq müddətə) fasiləsiz olaraq cavabdeh müəssisədə əmək fəaliyyəti ilə məşğul olmuşdur. AR Əmək Məcəlləsinin 45-ci maddəsinin 5-ci hissəsinə əsasən, müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir. Bu səbəbdən də iddiaçı ilə bağlanmış müddətli əmək müqaviləsi 5 illik müddətin sonunda artıq müddətsiz əmək müqaviləsi hesab edilməli idi. Buna baxmayaraq, cavabdeh müəssisə iddiaçı ilə bağlanmış əmək müqaviləsini AR ƏM-in 68.2-ci maddəsinin “b” bəndi (əmək müqaviləsinin müddətinin qurtarması) ilə ləğv etmişdir. Hazırda iddiaçının işlədiyi kafedra üzrə fizika fənni üzrə mühazirə və seminar dərslərini heç bir elmi adı və dərəcəsi olmayan şəxslər (laborantlar) tədris edirlər. Sonuncu dəfə xx.xx.2023-cü il tarixdə iddiaçı ilə xx.xx.2025 tarixinədək (1 il 11 ay 21 gün) müddətli əmək müqaviləsi bağlanmışdır. İddiaçı ilə bağlanmış əmək müqaviləsinə isə xx.xx.2025-ci il tarixli K-444 nömrəli əmr ilə xx.xx.2025-ci il tarixdən xitam verilmişdir. AR Əmək Məcəlləsinin 73-cü maddəsinin birinci hissəsinə əsasən, müddətli əmək müqaviləsinə müddəti bitdikdə xitam verilir. Müddətli əmək müqaviləsinin müddətinin bitməsinə azı bir həftə qalmış tərəflərdən heç biri digər tərəfi müddətin bitməsinə görə müqaviləyə xitam verilməsi barədə yazılı formada (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) xəbərdar etməzsə, həmin əmək müqaviləsi əmək müqaviləsində göstərilən müddətə uzadılır. Göründüyü kimi iddiaçı ilə bağlanmış əmək müqaviləsinin vaxtı xx.xx.2025 tarixində bitmişdir. Lakin, həmin gün iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməmişdir. Beləliklə də iddiaçı ilə bağlanmış əmək müqaviləsi yenidən eyni müddətə (1 il 11 ay 21 gün) uzadılmışdır. Bundan bir gün sonra, xx.xx.2025ci il tarixdən Əmək Məcəlləsinin 73-cü maddəsinin tələbləri pozularaq iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin “b” bəndi ilə hüquqazidd şəkildə xitam verilmişdir. Cavabdeh Azərbaycan Texniki Universitetin Elmi Şurasının 22 oktyabr 2019-cu il tarixli iclasının 2 saylı protokoluna əsasən, təhsil müəssisəsində akademik və inzibati vəzifələrin tutulmasının yaş həddi barədə aşağıdakı qərarlar qəbul edilmişdir: 1. Yaşı 70-dən yuxarı olan professor-müəllim heyətinə (müsabiqə yolu ilə seçilmiş) 1 ştatdan artıq dərs yükü verilməsin; 2. Yaşı 70-dən yuxarı olan professor-müəllim heyətinə ilk əsasda müqavilə ilə işləməklə 0,5 ştatdan artıq dərs yükü verilməsin; 3. Müstəsna hallarda elmi-tədqiqat, təhsil və kadr hazırlığında xüsusi xidmətləri olan müasir tədqiqat və tədrisin tələblərinə cavab verən 75 yaşdan yuxarı professor-müəllim heyətinə Elmi şuranın qərarı ilə 1 ştat dərs yükü verilə bilər. Lakin, cavabdeh müəssisənin Elmi Şurasının həmin Qərarı əmək qanunvericiliyinə zidd olduğundan qanunsuz və əsassızdır. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “e” bəndi dövlət büdcəsindən maliyyələşən müəssisə işçisinin çalışmanın yaş həddinə çatdıqda işdən azad edilməsi əsasını özündə ehtiva edir. Həmin Məcəllənin 10-1.1-ci maddəsinə əsasən, dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışmanın yaş həddi 65-dir. Lakin, eyni zamanda həmin Məcəlləsinin 4-cü maddəsinin 3-cü hissəsinə əsasən, Azərbaycan Respublikasının qanunlarında müəyyən edilmiş dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışmanın yaş həddi elmi müəssisə və təşkilatlar, ali təhsil müəssisələrinə şamil edilmir. AR Əmək Məcəlləsinin 84-cü maddəsinin 1-ci hissəsinə əsasən, əmək müqaviləsinə xitam verilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda əmək müqaviləsinə xitam verilməsinin əsası göstərilməlidir. Lakin, Hazırkı mübahisə üzrə əmrin verilməsi əsası olaraq heç bir sənədə istinad edilməmişdir. Hətta həmin əmrdə cavabdeh Azərbaycan Texniki Universitetin Elmi Şurasının 22 oktyabr 2019cu il tarixli qərarına belə istinad edilməmişdir. Bu isə əmrin məzmunun qüsurlu olduğunu və Əmək Məcəlləsinin 84-cü maddəsinin tələblərinə uyğun olmadığını göstərir. Əmək Məcəlləsinin 84-cü maddəsinin 2-ci hissəsinə əsasən, bu maddənin birinci hissəsində nəzərdə tutulmuş məlumatlardan hər hansı biri və ya bir neçəsi göstərilməyən əmr (sərəncam, qərar) əmək mübahisəsini həll edən məhkəmə tərəfindən etibarsız hesab edilə bilər. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Kollegiyasının 07 mart 2025-ci il tarixli KQ-02 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət tərəfindən yaradılan ali təhsil müəssisəsinin Elmi Şurası haqqında” Əsasnamə ilə dövlət tərəfindən yaradılan ali təhsil müəssisəsinin Elmi Şurasının yaradılması, səlahiyyətləri və fəaliyyətinin təşkili qaydasını müəyyən edilmişdir. Əsasnamənin 3.2-ci bəndinə Elmi Şuranın hüquqları öz əksini tapmışdır. Həmin hüquqlar arasında “işçilərin müəssisədə çalışmasının son yaş həddinin müəyyən etməklə” bağlı heç bir müddəa öz əksini tapmamışdır. Odur ki, Azərbaycan Texniki Universitetin Elmi Şurasının 22 oktyabr 2019-cu il tarixli Qərarı Elm və Təhsil Nazirliyinin Kollegiyasının 07 mart 2025-ci il tarixli KQ-02 nömrəli Qərarı ilə təsdiq olunmuş əsasnaməyə zidd olduğundan qanunsuz hesab edilməlidir. Beləliklə yuxarıda qeyd edilənlərə əsasən, hesab edirik ki, Cavabdeh PHŞ-nin İddiaçı ilə bağlanmış əmək müqaviləsinin ləğv edilməsinə dair xx.xx.2025-ci il tarixli 444 nömrəli əmri ləğv edilməli və iddiaçı əvvəlki vəzifəsinə bərpa edilməlidir. İddiaçı nümayəndəsi və vəkili Vəkil1 məhkəməyə yazılı ərizə ilə müraciət edərək məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh Azərbaycan Texniki Universiteti publik hüquqi şəxsin nümayəndəsi və vəkili Vəkil2 məhkəmə iclasında iştirak edərək iddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdir. İş materiallarına İddiaçı əmrləri, əmək müqaviləsi bildirişləri və xx.xx.2023-cü il tarixli əmək müqaviləsi əlavə edilmişdir. İş materiallarında olan cavabdeh Azərbaycan Texniki Universiteti publik hüquqi şəxsin xx.xx.2017-ci il tarixli əmrinə əsasən müəyyən edilir ki, İddiaçı xx.xx.2017-ci il tarixdən dosent vəzifəsinə müsabiqədən keçmiş sayılmışdır. İş materiallarında olan cavabdeh Azərbaycan Texniki Universiteti publik hüquqi şəxsin xx.xx.2022-ci il tarixli 284-Ş(s) nömrəli əmrinə əsasən müəyyən edilir ki, dosent vəzifəsində işləyən İddiaçı əmək müqaviləsinə xx.xx.2022-ci il tarixdən Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən “əmək müqaviləsinin müddətinin bitməsi” əsası ilə xitam verilmişdir. İş materiallarında olan cavabdeh Azərbaycan Texniki Universiteti publik hüquqi şəxsin xx.xx.2022-ci il tarixli 376-Ş(s) nömrəli əmrinə əsasən müəyyən edilir ki, İddiaçı xx.xx.2022-ci il tarixdən 2022-2023-cü tədris ilinin sonunadək ştat cədvəlinə uyğun dosent vəzifəsinə işə qəbul edilmişdir. İş materiallarında olan cavabdeh Azərbaycan Texniki Universiteti publik hüquqi şəxsin xx.xx.2023-cü il tarixli K-29 nömrəli əmrinə əsasən müəyyən edilir ki, dosent vəzifəsində işləyən İddiaçı əmək müqaviləsinə xx.xx.2023-cü il tarixdən Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən “əmək müqaviləsinin müddətinin bitməsi” əsası ilə xitam verilmişdir. İş materiallarında olan cavabdeh Azərbaycan Texniki Universiteti publik hüquqi şəxsin xx.xx.2023-cü il tarixli K-444 nömrəli əmrinə əsasən müəyyən edilir ki, dosent vəzifəsində işləyən İddiaçı əmək müqaviləsinə xx.xx.2023-cü il tarixdən Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən “əmək müqaviləsinin müddətinin bitməsi” əsası ilə xitam verilmişdir. İş materiallarında olan cavabdeh Azərbaycan Texniki Universiteti publik hüquqi şəxsin xx.xx.2023-cü il tarixli 376 nömrəli əmrinə əsasən müəyyən edilir ki, İddiaçı xx.xx.2023-cü il tarixdən 2023-2024-cü tədris ilinin sonunadək ştat cədvəlinə uyğun dosent vəzifəsinə işə qəbul edilmişdir. İş materiallarında olan cavabdeh Azərbaycan Texniki Universiteti publik hüquqi şəxsin xx.xx.2024-cü il tarixli K-292 nömrəli əmrinə əsasən müəyyən edilir ki, dosent vəzifəsində işləyən İddiaçı əmək müqaviləsi xx.xx.2024-cü il tarixədək uzadılmışdır. İş materiallarında olan cavabdeh Azərbaycan Texniki Universiteti publik hüquqi şəxsin xx.xx.2025-ci il tarixli K-290 nömrəli əmrinə əsasən müəyyən edilir ki, dosent vəzifəsində işləyən İddiaçı əmək müqaviləsinə xx.xx.2025-ci il tarixdən Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən “əmək müqaviləsinin müddətinin bitməsi” əsası ilə xitam verilmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi əsassızdır və təmin edilməməlidir. Mübahisənin qanuni əsası qismində aşağıdakı hüquq normaları çıxış edir. Əmək Məcəlləsinin 45-ci maddəsinin 5-ci bəndinə əsasən, müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir. Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinə əsasən tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə müddətli bağlana bilər. Əmək Məcəlləsinin 50-ci maddəsinin (müsabiqə yolu ilə vəzifələrin tutulması zamanı əmək münasibətlərinin tənzimlənməsi) 2-ci hissəsinə görə müəyyən vəzifələrin müsabiqə yolu ilə tutulması elmi müəssisə və təşkilatlar və təhsil müəssisələrində elmi, elmi-pedaqoji fəaliyyətlə bağlı vəzifələr üzrə elan edilir. İşçilərin elan olunmuş müsabiqədə bərabərhüquqlu iştirakı təmin edilməlidir. Qanunvericilikdə nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız bir cinsin nümayəndəsi üçün müsabiqənin elan edilməsinə yol verilmir. Müvafiq vəzifəni tutmaq üçün elan olunmuş müsabiqənin qalibi ilə işəgötürən müəyyən edilmiş qaydada müddətli və ya müddətsiz əmək müqaviləsi bağlayır. Müsabiqə yolu ilə vəzifəni tutmuş işçinin əmək müqaviləsinə xitam verilməsi, habelə onların digər əmək münasibətləri heç bir istisnaya yol verilmədən yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada tənzim edilir. Əmək Məcəlləsinin 68-ci maddəsinin ikinci hissəsinin “b” bəndi əmək müqaviləsinin müddətinin qurtarması ilə əmək müqaviləsinə xitam verilə bilər. Əmək Məcəlləsinin 73-cü maddəsinin 1-ci bəndinə əsasən, müddətli əmək müqaviləsinə müddəti bitdikdə xitam verilir. Müddətli əmək müqaviləsinin müddətinin bitməsinə azı bir həftə qalmış tərəflərdən heç biri digər tərəfi müddətin bitməsinə görə müqaviləyə xitam verilməsi barədə yazılı formada (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) xəbərdar etməzsə, həmin əmək müqaviləsi əmək müqaviləsində göstərilən müddətə uzadılır və ya bu Məcəllənin 45-ci maddəsinin 5-ci hissəsi ilə müəyyən edilmiş hallarda müddətsiz hesab olunur. Azərbaycan Respublikası Təhsil nazirinin 7 avqust 1996-cı il tarixli 401 nömrəli əmri ilə təsdiq edilmiş “Ali təhsil müəssisələrində professor-müəllim vəzifələrinin tutulması qaydası haqqında Əsasnamə”yə uyğun olaraq ali təhsil müəssisələrində professor, dosent, baş müəllim və müəllim vəzifələri bir qayda olaraq müsabiqə yolu ilə 5 il müddətinə tutulur. Həmin Əsasnaməyə görə ali təhsil müəssisələrində professor, dosent, baş müəllim və müəllim vəzifələri bir qayda olaraq 5 il müddətinə tutulduğu üçün işəgötürən onlarla müddətli əmək müqaviləsi bağlayır. Məhkəmə araşdırması zaman müəyyən edilir ki, Azərbaycan Texniki Universiteti publik hüquqi şəxsin xx.xx.2017-ci il tarixli əmrinə əsasən, İddiaçı xx.xx.2017-ci il tarixdən dosent vəzifəsinə müsabiqədən keçmiş sayılmışdır. Cavabdeh Azərbaycan Texniki Universiteti publik hüquqi şəxsin xx.xx.2022-ci il tarixli 284-Ş(s) nömrəli əmrinə əsasən, dosent vəzifəsində işləyən İddiaçı əmək müqaviləsinə xx.xx.2022-ci il tarixdən Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən “əmək müqaviləsinin müddətinin bitməsi” əsası ilə xitam verilmişdir. Cavabdeh Azərbaycan Texniki Universiteti publik hüquqi şəxsin xx.xx.2022-ci il tarixli 376-Ş(s) nömrəli əmrinə əsasən, İddiaçı xx.xx.2022-ci il tarixdən 2022-2023-cü tədris ilinin sonunadək ştat cədvəlinə uyğun dosent vəzifəsinə işə qəbul edilmişdir. Cavabdeh Azərbaycan Texniki Universiteti publik hüquqi şəxsin xx.xx.2023-cü il tarixli K-29 nömrəli əmrinə əsasən, dosent vəzifəsində işləyən İddiaçı əmək müqaviləsinə xx.xx.2023-cü il tarixdən Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən “əmək müqaviləsinin müddətinin bitməsi” əsası ilə xitam verilmişdir. Cavabdeh Azərbaycan Texniki Universiteti publik hüquqi şəxsin xx.xx.2023-cü il tarixli K-444 nömrəli əmrinə əsasən, dosent vəzifəsində işləyən İddiaçı əmək müqaviləsinə xx.xx.2023-cü il tarixdən Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən “əmək müqaviləsinin müddətinin bitməsi” əsası ilə xitam verilmişdir. Cavabdeh Azərbaycan Texniki Universiteti publik hüquqi şəxsin xx.xx.2023-cü il tarixli 376 nömrəli əmrinə əsasən, İddiaçı xx.xx.2023-cü il tarixdən 2023-2024-cü tədris ilinin sonunadək ştat cədvəlinə uyğun dosent vəzifəsinə işə qəbul edilmişdir. Cavabdeh Azərbaycan Texniki Universiteti publik hüquqi şəxsin xx.xx.2024-cü il tarixli K-292 nömrəli əmrinə əsasən, dosent vəzifəsində işləyən İddiaçı əmək müqaviləsi xx.xx.2024-cü il tarixədək uzadılmışdır. Cavabdeh Azərbaycan Texniki Universiteti publik hüquqi şəxsin xx.xx.2025-ci il tarixli K-290 nömrəli əmrinə əsasən, dosent vəzifəsində işləyən İddiaçı əmək müqaviləsinə xx.xx.2025-ci il tarixdən Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən “əmək müqaviləsinin müddətinin bitməsi” əsası ilə xitam verilmişdir. Hazırki mülki iş üzrə əsas mübahisə əmək münasibətlərinin fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edib-etməməsi ilə bağlıdır, ki məhz bu nöqteyi-nəzərdən iddia tələbinin nəticəsi həll edilməlidir. Tərəflər arqumentasiyanı məhz həmin xüsusat əsasında qurmuşlar. Məhkəmə qeyd edir ki, iddiaçının cavabdehlə əmək münasibətləri üzrə fasiləsizlik xüsusatı mövcud deyildir. Belə ki, iddiaçı müsabiqə yolu ilə 2017-ci il tarixdə 5 il müddətinə dosent vəzifəsinə təyin edilmiş, lakin, daha sonra əmək münasibətlərini müddətli əmək müqaviləsi formasında davam etdirmiş, müddətli əmək münasibətləri zamanı da fasiləsizlik xüsusatı mövcud olmamış, müvafiq dövrdə iddiaçının əmək müqaviləsinə xitam verilmiş, sonra yenidən əmək müqaviləsi bağlanmışdır. Odur ki, məhkəmə iddiaçının əmək münasibətlərinə fasiləsiz olaraq 5 ildən artıq müddətə davam etmiş əmək münasibətləri kimi yanaşmır. Cavabdeh tərəfindən əmək müqaviləsinin müddətinin bitməsi əsası ilə əmək münasibətlərinə xitam verilməsi barədə əmr qanuni və əsaslıdır. Tərəflər arasında bağlanmış əmək müqaviləsinin 1 il 11 ay 21 gün müddətinə bağlanması xüsusatı nəzərə alınır ki, bu da əmək müqaviləsi üzrə müqavilə tərəflərinin sərbəst iradə ifadəsi kimi qiymətləndirilir. Məhkəmə iddiaya tələb həddində baxır. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmənin mülki prosesdə arbitr rolunda çıxış etməsi nəzərə alınmaqla, öz təşəbbüsü ilə proses iştirakçılarının (iddiaçı və ya cavabdeh) lehinə və ya əlehinə sübutlar toplaması və ya bu istiqamətdə müəyyən prosessual fəaliyyət göstərməsi yolverilməzdir. Məhkəmə hesab edir ki, iddia ərizəsində qeyd olunan xüsusatları təkzib edən sübutlar cavabdeh tərəfindən məhkəməyə təqdim edilməmişdir. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara və proses iştirakçılarının izahatlarına əsasən yuxarıda qeyd olunan hüquqi əsaslar nəzərə alınmaqla hesab edir ki, iddia tələbi əsassızdır və təmin edilməməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh Azərbaycan Texniki Universiteti publik hüquqi şəxsə qarşı “əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxmaya görə ödənilməmiş əmək haqqının ödənilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fariz Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar