Məhkəmə qərarları › İş №e-2(004)-5721/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-5721/2025

23.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-5721/2025 23.12.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Sultanova-Məmmədova Ayşən Ramiz qızının sədrliyi, Səfərova Nəzrin Şahlar qızının katibliyi, Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin 1 saylı Bakı Ərazi İdarəsi müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə cavabdeh "xxxx" ASC-yə qarşı "ipotekaya xitam verilməsi, əmlakın ipoteka yüklülüyündən azad edilməsi, ipoteka qeydinin ləğv edilməsi" tələbinə dair tələbinə dair mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin 1 saylı Bakı Ərazi İdarəsi müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə cavabdeh "xxxx" ASC-yə qarşı "ipotekaya xitam verilməsi, əmlakın ipoteka yüklülüyündən azad edilməsi, ipoteka qeydinin ləğv edilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Xocəsən yolunda istifadəsində olan 1 hektar torpaq sahəsi üzərində yerləşən 3356.5 m ölçüdə olan 61K nömrəli qeyri-yaşayış binasının ipotekasına xitam verilməsi, həmin torpaq sahəsinin ipoteka yüklülüyündən azad edilməsi və ipotekanın dövlət qeydiyyatının ləğv edilməsinin Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, «XALQ BANK” ASC (bundan sonra –“Bank və ya Cavabdeh”) ilə "xxxx" MMC (VÖEN1:0********) (bundan sonra – “Borc Alan”) arasında xx.xx.2018-ci il tarixli **********88818 nömrəli kredit xətti müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən Bank tərəfindən Borc Alana 36 ay müddətinə, kreditdən istifadəyə görə illik 9% ödənilməsi şərtilə 1,000,000 ABŞ dolları kredit xətti açılmışdır. Kreditin təminatı olaraq Bank, Borc Alan və İddiaçı (bundan sonra – “İddiaçı”) arasında mülkiyyət hüququ ilə sonuncuya məxsus Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Xocəsən yolundaistifadəsində olan 1 hektar torpaq sahəsi üzərində yerləşən 3356.5 m ölçüdə olan 61K nömrəli qeyri-yaşayış binasının (bundan sonra - “İpoteka Predmeti”) ipotekaya qoyulması barədə xx.xx.2018-ci il tarixli **********88818/İM nömrəli ipoteka müqaviləsi bağlanmışdır. Borc vaxtında ödənilmədiyindən Bank tərəfindən məhkəmədə Borc Alana və İpoteka Saxlayana qarşı iddia qaldırılmışdır. İddia tələbi aşağıdakılardan ibarət olmuşdur: (i) 1,000,000 ABŞ dolları əsas borc, kreditdən istifadəyə görə hesablanmış 108,598.10 ABŞ dolları faiz borcu, xx.xx.2021- xx.xx.2021-ci il tarixlər üzrə illik 5 % dərəcəsi ilə hesablanmış 19,166.67 ABŞ dolları əldən çıxmış fayda olmaqlacəmi 1,127,764.77 ABŞ dollarının İpoteka Predmeti hesabına Bankın xeyrinə tutulması; (ii) xx.xx.2021-ci il tarixdən başlayaraq Bankın tələblərinin faktiki təmin tarixinə qədər əsas borc məbləğinə illik 5 % dərəcəsi ilə hesablanan faizlər formasındaəldən çıxmış faydanın əvəzinin İpoteka Predmeti hesabına Bankın xeyrinə tutulması. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(008)-2082/2021 nömrəli qətnaməsi ilə iddia tələbi 1-ci hissədə təmin edilmiş, 2-ci hissədə isə rədd edilmişdir. Beləliklə, məhkəmə qətnaməsi ilə Borc Alanın 1,127,764.77 ABŞ dolları borc öhdəliyi tanınmışdır (qətnamə əlavə edilmişdir). Borc ödənildiyindən əsasöhdəliyə xitam verilmişdir Qətnamə ilə müəyyən edilən 1,127,764.77 ABŞ dolları borc ödənilsə də, bununla da X2rşısında əsas öhdəliyinə xitam verilsə də, Bank ipoteka saxlayan olaraq ipotekaya xitam verilməsi barədə ipotekanın qeydiyyatını aparan dövlət orqanına (İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi) ərizə ilə müraciət etməməmişdir. Halbuki, “İpoteka haqqında” Qanunun 48.1.2-ci maddəsinə əsasən, əsas öhdəliyə xitam verildikdə ipotekaya xitam verilir. 48.2-ci maddəyə əsasən Qanunun 48.1.2–ci maddəsində nəzərdə tutulmuş hallarda ipoteka saxlayan ipotekaya xitam verildiyi gündən 5 təqvim günü ərzində bu barədə ipotekanın qeydiyyatını aparan dövlət orqanına ərizə ilə müraciət etməlidir. Ərizənin verilməməsi nəticəsində ipoteka qoyana vurulan zərərə görə ipoteka saxlayan məsuliyyət daşıyır. Bununla əlaqədar olaraq İddiaçı Cavabdehə pretenziya göndərmiş, Cavabdeh xx.xx.2025-ci il tarixli BO-XO-15.9.2025-017 nömrəli məktubla bildirmişdir ki, Qətnamə ilə müəyyən edilən 1,127,764.77 ABŞ dolları borc tam ödənilmişdir. Lakin xx.xx.2018-ci il tarixli **********88818 nömrəli kredit xətti müqaviləsi müqaviləsi üzrə 114,614.10 ABŞ dolları borc qalmışdır ki, həmin məbləğin 66,624.22 ABŞ dolları faiz borcu, 47,989.88 ABŞ dolları isə cərimə borcu təşkil edir. İddia irəli sürülən andan xx.xx.2025-ci il tarixədək Bankın yeni dövr üzrə tələb hüququ yaranmışdır. xx.xx.2018-ci il tarixli **********88818/İM nömrəli ipoteka müqaviləsinin 4.1-ci bəndinə əsasən kredit müqaviləsi üzrə öhdəliklərin icra edilməməsi nəticəsində ipoteka saxlayana dəymiş zərər və ipoteka predmetinə tutma yönəldilməsi ilə bağlı ipoteka saxlayanın çəkdiyi xərclər tam həcmdə ödənilməlidir (məktub əlavə edilmişdir). Borc ödənildiyindən əsas öhdəliyə icra nəticəsində xitam verilmişdir və əsas öhdəliyə xitam verilməsi ipotekaya xitam əsasıdır. Hesab edirlər ki, ipotekaya xitam verilməsinə dair qətnamə çıxarılmalıdır. Çünki Qətnamə ilə borc məbləği olaraq 1,127,764.77 ABŞ dolları tanınmışdır və həmin borc ödənilmişdir. Borcun ödənilməsi Mülki Məcəllənin 528-ci maddəsinə əsasən öhdəliyə kreditorun xeyrinə lazımınca icrası (icra) nəticəsində xitam verilmiş sayılır, yəni əsas öhdəliyə icra nəticəsində xitam verilmiş sayılır. Əsas öhdəliyə xitam verilmiş sayılması isə “İpoteka haqqında” Qanunun 48.1.2-ci maddəsinə əsasən əsas öhdəliyə xitam əsasıdır. Lakin Bank ipoteka saxlayan olaraq ipotekaya xitam verilməsi barədə ipotekanın qeydiyyatını aparan dövlət orqanına əsassız və qanunsuz olaraq müraciət etməmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə iddia tələbini qəbul etməyərək, onun rədd edilməsini xahiş etmiş, izahatında bildirmişdir ki, Şirkət iddiaçının qalıq borcunun olduğunu və bu səbəblə ipotekaya xitam vermədiyini bildirmişdir. Verilən suallara cavab olaraq bildirmişdir ki, iddiaçının məhkəmə qətnaməsi üzrə qalıq borcu tam şəkildə ödənilmişdir, kredit xətti üzrə isə borcu 114.614,10 ABŞ dolları təşkil edir. Borcu məhkəmə yolu tələb etməmişlər. İddiaçı və müstəqil tələb irəli sürməyən üçüncü şəxs məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumatlandırılsa da, məhkəmə iclasında iştirak etməmişdirlər. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəməyə elekton kabinet vasitəsilə ərizə ünvanlayaraq, məhkəmənin baxış iclasının onun iştirakı olmadan keçirilməsini və iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə, Mülki Prosessual Məcəllənin 185-ci maddəsinə əsasən, işə gəlməyən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin izahatını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan: Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-2082/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddia tələbləri qismən təmin edilərək, xx.xx.2018-ci il tarixli **********88818/İM №-li İpoteka müqaviləsi üzrə ipoteka predmeti olan mülkiyyət hüququ ilə cavabdeh İddiaçı məxsus Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Xocəsən yolunda istifadəsində olan 1.0 ha torpaq sahəsi üzərində yerləşən 3356.5 kv.m ümumi sahədən ibarət 61 K saylı qeyri-yaşayış binasına tutma yönəldilməsi və xx.xx.2018-ci il tarixli **********88818 №li Kredit xətti müqaviləsi üzrə borc alan "xxxx" MMC-nin iddiaçı ASC «Xalq» Bankı qarşısında 1.000.000 (bir milyon) ABŞ dolları məbləğində vaxtı keçmiş əsas borc, kreditdən istifadəyə görə hesablanmış 108.598,10 (bir yüz səkkiz min beş yüz doxsan səkkiz ABŞ dolları 10 sent) ABŞ dolları məbləğində adi faizlər üzrə borc məbləği, xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək illik 5 % (beş faiz) dərəcəsi ilə hesablanmış 19.166,67 (on doqquz min bir yüz altmış altı ABŞ dolları 67 sent) ABŞ doları məbləğində əldən çıxmış fayda, cəmi 1.127.764,77 (bir milyon bir yüz iyirmi yeddi min yeddi yüz altmış dörd ABŞ dolları 77 sent) ABŞ dolları (tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə) məbləğində pul vəsaiti ipoteka predmetinin dəyərindən iddiaçı ASC “Xalq” Bankının xeyrinə tutulması, iddianın qalan hissədə rədd edilməsi, əmlakın ilkin satış qiymətinin 3.400.000 manat müəyyən edilməsi, iddia ərizəsinin verilməsinə görə ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun iddiaçının xeyrinə tutulması, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınmasına görə 30 manat və sənədlərin notariat qaydasında təsdiq edilməsinə görə 21 manat məbləğində çəkilmiş xərclərin ipoteka predmetinin dəyərindən iddiaçı ASC “Xalq” Bankının xeyrinə tutulması qət edilmişdir. Həmin qətnamənin məzmunundan müəyyən edilir ki, “ASC “Xalq” Bankı ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2018-ci il tarixli **********88818 №-li Kredit xətti müqaviləsinə əsasən İddiaçı tərəfindən "xxxx" MMC-yə 36 ay müddətinə, kreditdən istifadəyə görə illik 9 % ödənilməsi şərtilə 1.000.000 (bir milyon) ABŞ dolları məbləğində bərpa olunan kredit xətti açılmışdır. "xxxx" MMC Kredit xətti müqaviləsinin 2.8-ci bəndinə əsasən kredit xətti üzrə mövcud olan əsas borcu 1.1-ci bəndlə müəyyənləşdirilmiş müddətin sonuncu günündən gec olmayaraq tam olaraq Banka qaytarmağı, kredit xətti üzrə faktiki istifadə edilmiş kredit məbləğinə hesablanmış faizlərin ödənişini isə 2.7-ci bəndə əsasən hər ayın 30-dan gec olmayaraq banka ödəməyi öhdəsinə götürmüşdür. Eyni tarixdə, yəni xx.xx.2018-ci ildə, adıçəkilən kreditin təminatı kimi ASC “Xalq” Bankı, borc alan "xxxx" MMC və cavabdeh İddiaçı arasında mülkiyyət hüququ ilə sonuncuya məxsus Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Xocəsən yolunda istifadəsində olan 1.0 ha torpaq sahəsi üzərində yerləşən 3356.5 kv.m. ümumi sahədən ibarət 61 K saylı qeyri-yaşayış binasının (bundan sonra - “ipoteka predmeti”) ipotekaya qoyulması barədə xx.xx.2018-ci il tarixli **********88818/İM N-li İpoteka müqaviləsi bağlanmışdır. Adıçəkilən əmlakın 36 aylıq yüklülüyü barədə AR ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindənxx.xx.2018-ci il tarixli RX seriyalı ******* N-İİ Çıxarış verilmişdir (qeydiyyat nömrəsi **********, reyestr nömrəsi **********83-06301). Bank tərəfindən tutmanın ipoteka predmetinə yönəldilməsi barədə İddiaçı xx.xx.2020-ci il tarixli, 2046 №-li Bildiriş gönədirilmişdir. DƏDRX tərəfindən ipotekaya tutmanın yönəldilməsi barədə Bildiriş qeydə alınmışdır. «X1 Mərkəzi» MMC tərəfindən ipoteka predmetinin bazar qiyməti ******* manat, likvid qiymət ******* manat müəyyən edilmişdir. Bank tərəfindən məhkəməyə təqdim edilən hesabdan çıxarışa əsasən hazırlanmış borc barədə məlumatdan görünür ki, kredit müqaviləsi üzrə "xxxx" MMC-nin 1.000.000 ABŞ dolları məbləğində vaxtı keçmiş əsas borcu, kreditdən istifadəyə görə hesablanmış 108.598,10 ABŞ dolları məbləğində adi faizlər üzrə borc məbləği, xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək illik 5 % (beş faiz) dərəcəsi ilə hesablanmış 19.166,67 ABŞ doları məbləğində əldən çıxmış fayda, cəmi 1.127.764,77 ABŞ dolları borcu mövcuddur.” ASC “Xalq” Bankı tərəfindən İddiaçı ünvanlanmış BO-XO-15.9.2025-017 nömrəli, xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, Bank ilə "xxxx" MMC arasında bağlanımış xx.xx.2018-ci il tarixli, **********88818 nömrəli Kredit müqaviləsi üzrə öhdəliklərin təminatı qismində ona məxsus Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Xocəsən yolunda istifadədə olan 1.0 ha torpaq sahəsi üzərində yerləşən 61K saylı qeyri-yaşayış binası çıxış etməkdədir. Məlum olduğu kimi, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(008)-2082/2021 saylı qətnaməsi ilə yuxarıda qeyd olunmuş ipoteka predmetinə tutma yönəldilməsi ilə bağlı müvafiq icra sənədi verilmiş və 1.127.764.77 ABŞ dolları məbləğdə borcun ipoteka predmetinin dəyərindən Bankın xeyrinə ödənilməsi qət edilmişdir. İcra sənədi ilə müəyyən edilmiş borc məbləğinin tam şəkildə ödənilməsinə baxmayaraq, hazırda xx.xx.2018-ci il tarixli, **********88818 nömrəli Kredit müqaviləsi üzrə cari tarixə borc 114.614,10 ABŞ dolları təşkil edir ki, bunun da 66.624,22 ABŞ dollarını faiz borcundan, 47.989,88 ABŞ dolları isə cərimə faizləri üzrə hesablanmış borcdan ibarətdir. Bununla bağlı bildirilmişdir ki, əmlaka tutmanın yönəldilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edilən xx.xx.2021-ci il tarixindən cari 11.09,2025-ci il tarixinədək (təqribən 4 il 8 ay) Bankın yeni dövr nəzərə alınmaqla tələblərini təmin etmək məqsədilə, ona və Borcalana qarşı əlavə olaraq "qalıq borcun tutulması və əmlaklara yönəldilməsi" ilə bağlı iddia irəli sürmək hüququ yaranmışdır. Belə ki, İpoteka qoyanlarla Bank arasında bağlanmış İpoteka Müqaviləsinin 4.1-ci bəndinin tələblərindən irəli gələrək, "ipoteka predmeti olan əmlak İpoteka saxlayanın tələblərinin faktiki ödənilməsi anında-Borcalan və İpoteka qoyanın İpoteka saxlayan qarşısında müvafiq olaraq. Kredit Müqaviləsi va và bu. Müqavilə üzrə öhdəliklərini icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində İpoteka saxlavana dəymiş zərər və ipoteka predmetinə tutma yönəldilməsi ilə bağlı İpoteka saxlayanın çəkdiyi xərclər də daxil olmaqla malik olduqları tam həcmdə təmin etməlidir" Göstərilən səbəblərdən, pretenziya məktubunda qeyd olunan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(008)-2082/2021 saylı qətnaməsi ilə müəyyən edilmiş borcun tam şəkildə ödənilməsinə baxmayaraq Kredit müqaviləsi üzrə Bank qarşısında borc öhdəliyi qaldığından ipoteka predmeti qismində çıxış edən əmlakın girovdan azad edilməsi qeyri-mümkündür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Hər bir öhdəlikdə borclu – pul ödəməyə, əmlak verməyə, işi icra etməyə, xidmət göstərməyə borclu olan şəxs və kreditor – borcludan vəzifəsini icra etməyi tələb etmək hüququ olan şəxsdir. 269.1-ci və 269.7-ci maddələrinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Girovla və ipoteka ilə təmin edilmiş öhdəlik üzrə kreditorun (girov saxlayanın və ipoteka saxlayanın) hüququ var ki, borclunun həmin öhdəliyi icra etmədiyi halda girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən həmin əşyanın mənsub olduğu şəxsin (girov qoyanın və ipoteka qoyanın) digər kreditorlarına nisbətən üstün qaydada təminat alsın; 269.4-cü maddəsinə əsasən ipoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. 527.1-ci maddəsinə əsasən öhdəliyə icra, depozitə qoyma, qarşılıqlı əvəzləşdirmə, borcu bağışlama, müddətin keçməsi nəticəsində və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər əsaslar üzrə tamamilə və ya qismən xitam verilir. 528-ci maddəsinə əsasən öhdəliyə onun kreditorun xeyrinə lazımınca icrası (icra) nəticəsində xitam verilir. Mülki Prosessual Məcəllənin 82.3-ci maddəsinin tələbinə görə bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun: 10.1-ci maddəsinə əsasən, İpoteka müqaviləsi müstəqil xarakter daşımır və əsas öhdəliklərin icrasını təmin etmək məqsədilə bağlanır. İpoteka müqaviləsi əsas öhdəliyin qüvvədə olduğu müddət ərzində istənilən vaxt bağlanıla bilər. İpoteka müqaviləsinin etibarsızlığı əsas öhdəliyin etibarsızlığına səbəb olmur. Əsas öhdəliyin etibarsızlığı ipoteka müqaviləsinin etibarsızlığına səbəb olur. 15.1-ci maddəsinə əsasən, İpotekanın dövlət qeydiyyatı ipoteka saxlayanın ərizəsi və ya məhkəmənin qərarı əsasında qeydiyyat orqanı tərəfindən ləğv edilir. 48.1-ci maddəsinə əsasən, İpotekaya aşağıdakı hallarda xitam verilir: 48.1.1. ipoteka saxlayan və ipoteka qoyan bu barədə razılığa gəldikdə; 48.1.2. əsas öhdəliyə xitam verildikdə; 48.1.2-1. ipoteka saxlayan tələbdən və ya ipotekadan imtina etdikdə; 48.1.3. tutmanın yönəldilməsi nəticəsində ipoteka predmeti satıldıqda; 48.1.4. ipoteka predmeti məhv olduqda; 48.1.5. bu Qanunla nəzərdə tutulmuş digər hallarda. 48.2-ci maddəsinə əsasən, bu Qanunun 48.1.1-48.1.3-cü maddələrində nəzərdə tutulmuş hallarda ipoteka saxlayan ipotekaya xitam verildiyi gündən 5 təqvim günü ərzində bu barədə ipotekanın qeydiyyatını aparan dövlət orqanına ərizə ilə müraciət etməlidir. Ərizənin verilməməsi nəticəsində ipoteka qoyana vurulan zərərə görə ipoteka saxlayan məsuliyyət daşıyır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 20.4-cü maddəsinə əsasən İpotekanın dövlət qeydiyyatı ipoteka saxlayanın ərizəsi və ya məhkəmənin qərarı əsasında ləğv olunur. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-2082/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddia tələbləri qismən təmin edilərək, xx.xx.2018-ci il tarixli **********88818/İM №-li İpoteka müqaviləsi üzrə ipoteka predmeti olan mülkiyyət hüququ ilə cavabdeh İddiaçı məxsus Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Xocəsən yolunda istifadəsində olan 1.0 ha torpaq sahəsi üzərində yerləşən 3356.5 kv.m ümumi sahədən ibarət 61 K saylı qeyriyaşayış binasına tutma yönəldilməsi və xx.xx.2018-ci il tarixli **********88818 №li Kredit xətti müqaviləsi üzrə borc alan "xxxx" MMC-nin iddiaçı ASC «Xalq» Bankı qarşısında 1.000.000 (bir milyon) ABŞ dolları məbləğində vaxtı keçmiş əsas borc, kreditdən istifadəyə görə hesablanmış 108.598,10 (bir yüz səkkiz min beş yüz doxsan səkkiz ABŞ dolları 10 sent) ABŞ dolları məbləğində adi faizlər üzrə borc məbləği, xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək illik 5 % (beş faiz) dərəcəsi ilə hesablanmış 19.166,67 (on doqquz min bir yüz altmış altı ABŞ dolları 67 sent) ABŞ doları məbləğində əldən çıxmış fayda, cəmi 1.127 764,77 (bir milyon bir yüz iyirmi yeddi min yeddi yüz altmış dörd ABŞ dolları 77 sent) ABŞ dolları (tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə) məbləğində pul vəsaiti ipoteka predmetinin dəyərindən iddiaçı ASC “Xalq” Bankının xeyrinə tutulması, iddianın qalan hissədə rədd edilməsi, əmlakın ilkin satış qiymətinin 3.400.000 manat müəyyən edilməsi, iddia ərizəsinin verilməsinə görə ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun iddiaçının xeyrinə tutulması, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınmasına görə 30 manat və sənədlərin notariat qaydasında təsdiq edilməsinə görə 21 manat məbləğində çəkilmiş xərclərin ipoteka predmetinin dəyərindən iddiaçı ASC “Xalq” Bankının xeyrinə tutulması qət edilmişdir. Bankın özünün də etiraf etdiyi kimi, həmin məbləğ tam şəkildə ödənilib. Bu o deməkdir ki, məhkəmə tərəfindən müəyyən edilmiş və tanınmış öhdəlik artıq icra edilib və ona xitam verilib. Lakin cavabdeh tərəfindən həmin öhdəliklərin təminatı olan ipoteka müqaviləsinə xitam verilməsindən imtina edilmişdir. Cavabdeh iddia edir ki, məhkəmə qətnaməsindən sonrakı dövr üçün də iddiaçının faiz və cərimə borcu (114,614.10 ABŞ dolları) yaranıb. Lakin Sabunçu Rayon Məhkəməsi tərəfindən 2021-ci ildə borcun miqdarı qəti olaraq 1,127,764.77 ABŞ dolları həcmində müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, Bank yeni borcun olduğunu iddia edirsə, bu barədə ayrıca olaraq məhkəmədə iddia qaldırmalı və bu borcu sübut etməlidir. Hazırda cavabdeh iddiaçı tərəfindən hələ də ödənilməmiş borc məbləğinin mövcud olduğunu qeyd etsə də, bunu sübut edən halları məhkəməyə təqdim edə bilməmişdir. Cavabdehin nümayəndəsinin məhkəmədə verdiyi izahatından da görünür ki, 2021-ci ildən 2025-ci ilə qədər olan dövr üçün cavabdeh tərəfindən yeni tələb irəli sürülməyib. Məhkəmə hesab edir ki, sübuta yetirilməmiş və məhkəmə tərəfindən təsdiq olunmamış bir borca görə iddiaçının mülkiyyət hüququnun (daşınmaz əmlak üzərində sərəncam vermək hüququnun) məhdudlaşdırılması mütənasiblik prinsipinin pozulmasıdır. Məhkəmə hesab edir ki, mübahisəli kredit müqaviləsi üzrə öhdəliklərin icra edildiyi məhkəmə araşdırması zamanı sübuta yetirildiyindən həmin kredit müqaviləsi üzrə borcun icrasını təmin edən cavabdeh ASC “Xalq” Bankı, borc alan "xxxx" MMC və cavabdeh İddiaçı arasında bağlanmış ipoteka müqaviləsinin predmeti olan iddiaçıya məxsus əmlakın ipotekasına xitam verilməli və həmin əmlak ipoteka yüklülüyündən azad edilməlidir. Həmçinin, həmin ipoteka predmeti olan əmlakın ipotekasının qeydi də ləğv edilməli və ipoteka qeydinin ləğv edilməsi Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, hesab edir ki, iddia tələbi təmin edilməli, İddiaçı məxsus Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Xocəsən yolunda istifadəsində olan 1 ha torpaq sahəsi üzərində yerləşən 3356,5 kv.m ölçüdə olan 61K nömrəli qeyri-yaşayış binasının ipotekasına xitam verilməli və həmin qeyri-yaşayış binası ipoteka yüklülüyündən azad edilməli, İddiaçı məxsus Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Xocəsən yolunda istifadəsində olan 1 ha torpaq sahəsi üzərində yerləşən 3356,5 kv.m ölçüdə olan 61K nömrəli qeyri-yaşayış binasının ipoteka qeydinin ləğv edilməsi Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən odənilmiş dövlət rüsumunun əvəzi kimi 100 (bir yüz) manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. İddiaçı məxsus Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Xocəsən yolunda istifadəsində olan 1 ha torpaq sahəsi üzərində yerləşən 3356,5 kv.m ölçüdə olan 61K nömrəli qeyri-yaşayış binasının ipotekasına xitam verilsin və həmin qeyri-yaşayış binası ipoteka yüklülüyündən azad edilsin. İddiaçı məxsus Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Xocəsən yolunda istifadəsində olan 1 ha torpaq sahəsi üzərində yerləşən 3356,5 kv.m ölçüdə olan 61K nömrəli qeyri-yaşayış binasının ipoteka qeydinin ləğv edilməsi Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Ödənilmiş dövlət rüsumunun əvəzi kimi 100 (bir yüz) manat məbləğində pul cavabdeh "xxxx" ASC-dən tutularaq İddiaçı ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Ayşən Sultanova-Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar