Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-576/2025 14.05.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ İlkin iddia üzrə İddiaçı ilkin iddia üzrə Cavabdeh1 qarşı “mənzildən çıxarılma” tələbinə dair ilkin, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı, "xxxx" MTK, Cavabdeh2 və Cavabdeh3 qarşı “paydan imtina barədə ərizənin və müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə mülki iş (açar sözlər: mənzildən çıxarılma, bağışlama müqaviləsinin etibarsızlığı) Hakim Xəlil Ülkər Abdurahman qızının sədrliyi, Əhmədli Qəndab Ruslan qızının katibliyi, İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehin nümayəndəsi və vəkili Vəkil1, İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İlkin iddia üzrə İddiaçı ilkin iddia üzrə Cavabdeh1 qarşı “mənzildən çıxarılma” tələbinə dair ilkin, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı, "xxxx" MTK, Cavabdeh2 və Cavabdeh3 qarşı “paydan imtina barədə ərizənin və müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Mülki işin mahiyyəti
1. İlkin iddia üzrə İddiaçı ilkin iddia üzrə Cavabdeh1 qarşı “mənzildən çıxarılma” tələbinə dair ilkin iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 mülkiyyətimdə olan Bakı şəhəri, Yasamal rayonu, Əsəd Əhmədov küçəsi, ev 24B, mənzil 1869 (yeni qaydalarla ünvan 1 ünvanından şəxsi əşyaları ilə birlikdə çıxarılması və mənzilin boş vəziyyətdə ona təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İlkin iddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh1 ilə 01 oktyabr 1997-ci ildə rəsmi nikah daxil olaraq ailə həyatı qurmuşlar. Aralarında olan nikah Bakı şəhəri Səadət Sarayında akt qeydlər kitabında 1592 nömrə ilə qeydə alınmışdır. Cavabdehlə birgə nikahlarından xx.xx.1999-cu il təvəllüdlü X4 və xx.xx.2005-ci il təvəllüdlü X8 anadan olmuşdur. Övladları yetkinlik yaşına çatmışlar. Cavabdehlə aralarında olan nikahın pozulması ilə bağlı iddia ərizəsi ilə Bakı şəhəri Yasamal rayon məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir. İddia ərizəsi xx.xx.2024-cü il tarixli 2(004)-5383/2024 saylı qərardadı ilə icraata götürülmüş və məhkəmə baxış iclası xx.xx.2024-cü il tarixə, saat 10:30-a təyin olunmuşdur. Qeyd edir ki, Bakı şəhəri, Yasamal rayonu, Əsəd Əhmədov küçəsi, ev 24B, (yeni qaydalarla ünvan 1 ünvanında yerləşən 1869 nömrəli mənzil anası Cavabdeh3 tərəfindən xx.xx.2023-cü il tarixdə 3 saylı Bakı “Asan xidmət” mərkəzinin notariat ofisində bağlanmış “daşınmaz əmlakın bağışlanması müqaviləsi”-nə əsasən ona hədiyyə olunmuşdur. Həmin əmlaka dair ona xx.xx.2023-cü il tarixdə hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyesterindən çıxarış verilmişdir. Cavbadehlə rəsmi nikahda olmuş olsalar da hər gün aralarında mübahisələr, davalar olur və bunun nəticəsində o, məcbur olub 27 illik evliliklərinə son qoymaq qərarına gəlib aralarında olan nikaha xitam vermək istəyir. Cavabdeh hər axşam və ya günün istənilən saatlarında evə gəldiyi zaman səbəbsiz yerə onunla dava edir, onu əxlaqsız söyüşlərlə təhqirlər edir. Hətta baş vermiş münqişə, dava zamanı tərəfindən dəfələrlə polis orqanlarına müraciətlər olmuşdur. Onların ailəsi münaqişəli ailə kimi polis orqanlarında qeydiyyata alınmışdır. Hesab edir ki, cavabdehlə faktiki olaraq aralarındakı ailə münasibətləri bitmiş və birgə təsərrüfat aparmamaqları bu şəraitdə bir mənzildə yaşamaqları mümkün deyil. Hətta cavabdehlə bundan sonra birgə yaşadıqları halda onun ona qarşı bədbəxt hadisə törətməsi belə istisna olunmur. Onun üçün cavabdehin mülkiyyətində olan mənzildən çıxarılması təmin olunmalıdır.
3. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı, "xxxx" MTK, Cavabdeh2 və Cavabdeh3 qarşı “paydan imtina barədə ərizənin və müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh İddiaçı tərəfindən verilmiş 22 iyun 2023-cü il tarixli Bakı şəhəri, Yeni Yasamal yaşayış massivi, Ə.Əhmədov küç., ev 24/B giriş 16 5-ci mərtəbə 114,5 kv.m olan paydan imtina edilməsi haqqında Bakı şəhəri 26 saylı notariat ofisində verilmiş ərizənin, 3 saylı Bakı “Asan Xidmət” Mərkəzində notariat ofisi tərəfindən təsdiq edilmiş 23 iyul 2023-cü il tarixli 4Ə-1025 reyestr nömrəli daşınmaz əmlakın bağışlanması müqaviləsinin etibarsız hesab edilməsi, onun həmin mənzilə mülkiyyət hüququnun tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. Daha sonra qarşılıqlı iddia üzrə iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı ərizə ilə müraciət edərək Bakı şəhəri, Yasamal rayonu, Ə.Əhmədov küçəsi, ev 24B, 1869 saylı mənzil Cavabdeh4 MTK üzvlərinin ümumi iclasının 06 nömrəli xx.xx.2023-cü il tarixli protokolundan çıxarışının və 249 nömrəli xx.xx.2023-cü il tarixli maliyyə arayışının etibarsız hesab edilməsi, Cavabdeh3 adına verilmiş xx.xx.2023-cü il tarixli ********** (Daşınmaz əmlakın reyestr nömrəsi **********83-05301-093300) qeydiyyat nömrəli çıxarışın ləğv edilməsi, İddiaçı adına verilmiş xx.xx.2023-cü il tarixli ********** (Daşınmaz əmlakın reyestr nömrəsi **********83-05301-093300) qeydiyyat nömrəli çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə 01 oktyabr 1997-ci ildə rəsmi nikah daxil olaraq ailə həyatı qurmuşlar. Aralarında olan nikah Bakı şəhəri Səadət Sarayında akt qeydlər kitabında 1592 nömrə ilə qeydə alınmışdır. Cavabdehlə birgə nikahlarından xx.xx.1999-cu il təvəllüdlü X4 və xx.xx.2005-ci il təvəllüdlü X8 anadan olmuşdur. Övladları yetkinlik yaşına çatmışlar. İddiaçı tərəfindən Yasamal Rayon Məhkəməsinə nikahın pozulmasına dair müraciət olunmuş, xx.xx.2024-cü il tarixli № e- 2(004)-5383/2024 saylı qətnamə qəbul edilmişdir. Ona məxsus ata babadan qalma köhnə Sovetski kimi adlandırılan ünvan 2 ünvanında yerləşən ümumi yaşayış mənzili 2019-cu ildə dövlət layihəsi üzrə sökülmüş, 15 yanvar 2019-cu il tarixində "xxxx" Yasamal filiaında hesaba yerləşdirilmiş 76486 manat ilkin olaraq söküntü ilə əlaqədar alqı-satqı kimi ona verilmişdir. Söküntünün davam olaraqdan bir müddət sonra da hazırda ləğvetmə prosesində olan “Günay Bank” vasitəsilə 17000-dən artıq vəsait almışdır. Hazırda “Genay Bank”ın ləğvedicisi ƏSF-na müvafiq sorğu göndərilmişdir. Söküntüdən sonra "xxxx" Yasamal filialında hesaba yerləşdirilmiş 76486 manat pul vəsaitini aldıqları günün səhərisi borca pul aldı və cavabdeh İddiaçı adına "xxxx" MMC-dən 16 yanvar 2019-cu il tarixində 3 otaqdan ibarət 16-cı giriş 5-ci mərtəbə 1777 saylı mənzili aldı. Hələki aralarında heç bir problem anlaşılmazlıq yoxdur deyə həmin mənzildə yaşadılar. 2023-cü ilin sonlarından onların münasibətləri soyumağa, arada narazılıqlara səbəb olmağa başladı. Mediasiyaya nikahın pozulmasına çağırıldıqda mənzilin boşaldılmasını görəndə, mediatora bildirdi ki, necə ola bilər onun vəsaiti ilə İddiaçı adına aldığı mənzildən onu çıxartmaq istəyir. Belə olan halda o da bunu etməsi üçün hansı hüquqi əsasların olub-olmamasını dəqiqləşdirmək üçün vəkilə müraciət etdi. Vəkil tərəfindən ilk növbədə DƏDRX-ə sorğu göndərildi. Sorğuya 1 saylı Əİ-nin xx.xx.2024-cü il tarixli, № 3-21-3-30/2-47822/2024 **********22 saylı cavab məktubu ilə bildirilmişdir ki, İddiaçı adına Bakı şəhəri, Yasamal rayonu, Əsəd Əhmədov küçəsi, ev 24B, 1869 saylı mənzil 10 avqust 2023-cü il tarixdən onun adına qeydiyyata alınmış və ahl-hazırda da mülkiyyətindədir. Qeydiyyata əsas isə 4Ə-1025 reyestr nömrəli daşınmaz əmlakın bağışlanmsı müqaviləsi olmuşdur. O bu qeyd edilənləri gördükdə təəccüblənməyə başladı. Sanki aldadılmış kimi özünü hiss etdi Amma vəkil vasitəsilə araşdırmanı davam etdirərək bir çox yerlərə həmçinin ("xxxx" MMC) Cavabdeh4 MTK-ya 553 saylı vəkil sorğusu ünvanladı. Cavabdeh4 MTK-nın 03 dekabr 2024-cü il tarixli № 312 saylı cavab məktubunda qeyd edilir ki, ünvan 5 ünvanında yerləşən yaşayış binasının 16-cı giriş, 5-ci mərtəbə ümumi sahəsi 114,5 kv olan 3 otaqlı mənzil 16 yanvar 2019-cu il tarixdə İddiaçı adına rəsmiləşdirilmişdir. Daha sonra 22 iyun 2023-cü il tarixli 8İ- 6519 reyestr nömrəli notariat qaydada təsdiq edilmiş ərizə əsasında həmin mənzildən imtina edilmişdir. Onu qeyd edir ki, o, övladının təhsildə köməklik göstərməsi üçün daimi olaraq Ukraniya Respublikasına gedib-gəldiyi üçün 05 fevral 2018-ci il tarixində ata-baba yurdunun söküntüsü ilə əlaqədar sənədləşmələrdə onun adından istifadə etmək üçün 10 il müddəinə 3 saylı Bakı “Asan Xidmət” Mərkəzi notariat ofisində 6505 reyestr qeydiyyatı əsasında İddiaçı ona vermiş olduğu etibarnamədən istifadə etməklə öz rəfiqəsi hazırki iş üzrə Cavabdeh2 Bakı şəhəri 26 saylı notariat ofisində 22 iyun 2023-cü il tarixli etibarnamə vermiş və həmin etibarnamə əsasında onun adından iştirak etməklə İddiaçı adına olan 22 iyun 2023-cü il tarixli Bakı şəhəri, Yeni Yasamal yaşayış massivi, Ə.Əhmədov küçəsi, ev 24/B giriş 16 5-ci mərtəbə 114,5 kv.m olan paydan imtina edilməsi haqqında Bakı şəhəri 26 saylı notariat ofisində ərizə verilmişdir. Həmin əmlak cavabdeh İddiaçı anasının adına yeni müqavilə əsasında rəsmiləşdirilmişdir. X1 məqsədi əmlakı onun əlindən çıxartmaq üçün bu yolu seçməklə ilk növbədə anasının adına Ə.Əhmədov 24B ünvanında yerləşən yaşayış binasının 16-cı giriş, 5-ci mərtəbə ümumi sahəsi 114,5 kv olan 3 otaqlı mənzili rəsmiləşdirmiş, sonradan çıxarış alındıqdan sonra anasından özünün adına bağışlatmaqla onu əmlaksız qoymağı əvvəlcədən planlaşdırmışdır. Bu qeyd edilənlər onu ifadə edir ki, cavabdehin məqsədi onun gələcəkdə əmlaka olan hüquqlarının həyata keçirilməsinin qarşısını alsın. Ona görə cavabdeh İddiaçı tərəfindən verilmiş 22 iyun 2023-cü il tarixli Bakı şəhəri, Yeni Yasamal yaşayış massivi, Ə.Əhmədov küçəsi, ev 24/B giriş 16 5-ci mərtəbə 144.5 kv.m olan paydan imtina edilməsi haqqında Bakı şəhəri 26 saylı notariat ofisində verilmiş ərizənin, 3 saylı Bakı “Asan Xidmət” Mərkəzində notariat ofisi tərəfindən təsdiq edilmiş 23 iyul 2023-cü il tarixli 4Ə-1025 reyestr nömrəli daşınmaz əmlakın bağışlanması müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməlidir.
6. Daha sonra ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi və vəkili qarşılıqlı iddiaya etiraz təqdim edərək iddianın təmin olunmamasını xahiş etmişdir.
7. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı iddia ərizəsinin əvvəllərində sanki olanlardan xəbərsiz kimi özünü təqdim etdikdən sonra sonda övladlarının təhsildə köməklik göstərmək üçün daimi olaraq Ukraina Respublikasına gedib gəldiyindən 05 fevral 2018-ci il tarixində ata-baba yurdunun söküntüsü ilə əlaqədar sənədləşmələrdə onun adından istifadə etmək üçün 10 il müddətinə 3 saylı Bakı asan xidmətinin notariat ofisində 6505 reyestr qeydiyyatı əsasında İddiaçı adına etibarnamə verdiyini qeyd etmişdir. Cavabdeh İddiaçı güya iddiaçının ona vermiş olduğum etibarnamədən istifadə etməklə öz rəfiqəsi hazırkı iş üzrə Cavabdeh2 Bakı şəhəri 26 saylı notariat ofisində 22 iyun 2023-cü il tarixli etibarnamə vermiş və həmin etibarnamə əsasında onun adından iştirak etməklə İddiaçı adına olan 22 iyun 2023-cü il tarixli Bakı şəhəri, Yeni Yasamal yaşayış massivi, Ə,Əhmədov küç ev 24/B giriş 16 5-ci mərtəbə 114.5 kv m olan paydan imtina edilməsi haqqında Bakı şəhəri 26 saylı notariat ofisində ərizə verilmişdir. Həmin əmlak cavabdeh İddiaçı anasının adına yeni müqavilə əsasında rəsmiləşdirilmişdir. İddiaçı məqsədi güya əmlakı onun əlindən çıxartmaq üçün bu yolu seçməklə ilk növbədə anasının adına Ə, Əhmədov 24B ünvanında yerləşən yaşayış binasının 16-cı giriş, 5-ci mərtəbə ümumi sahəsi 114.5 kv olan 3 otaqlı mənzili rəsmiləşdirmiş, sonradan çıxarış alındıqdan sonra anasından özünün adına bağışlamaqla iddiaçını əmlaksız qoymağı əvvəlcədən planlaşdırmışdır. Aşağıda qeyd olunanlara əsasən hesab edir ki, iddia tələbi əsassız və qanunsuzdur. Beləki iş materiallarında olan sənədlərdən göründüyü kimi tərəflər xx.xx.2007-ci il tarixdən rəsmi nikahda olmuşlar. Onların arasında olan nikah Yasamal rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsi ilə pozulmuşdur. Tərəflər birgə yaşamış olsalar da, onların arasında olan ailə münasibətləri iddiaçının xasiyyətində olan dəyişkilik səbəbindən 2018-ci ildən bitmişdir. Qeyd olunan mübahisəli mənzil halhazıradək sahibkarlıq fəaliyyəti ilə məşqul olan cavabdeh İddiaçı öz şəxsi vəsaiti hesabına əldə olunmuşdur. Cavabdeh bildirir ki, ata babadan qalma köhnə Sovetski kimi adlandırılan ünvan 6 ünvanında yerləşən mənzilin sökülməsi zamanı iddiaçıya verilən puldan bir manatda olsun belə alınan evə xərclənməmişdir. Həmin pul güya həmin mənzil iddiçının babasında onlara miras qaldığı üçün, pulu bankdan götürərək əmisi Arif Babayevlə öz aralarında bölmüşlər. Hətta iddiaçının bu hərəkəti onlar arasında olan ailə münasibətlərinin pisləşməsi istiqamətində daha da gərginləşməsinə gətirib çıxarmışdır. Onu da qeyd edir ki, iddiaçı iddia ərizəsində qeyd edir ki, cavabdehə vermiş olduğu etibarnamə o övladlarının təhsil alması ilə bağlı Ukrayna Respublikasında olarkən söküləcək evin sənədləşdirməsi üçün ona vermişdir. Halbu ki, iş materiallarına əlavə olunmuş evin söküntüsü ilə bağlı sənədlərdən və pulun ödənilməsi ilə bağlı qəbzlərdən görünür ki, həmin pulları bankdan iddiaçının şəxsən özünə təqdim olunmuş və həmin sənədlər iddiaçının özü tərəfindən imzalanmışdır. Onuda qeyd edir ki, iddiaçıya məxsus ünvan 6 ünvanında yerləşən evin söküntüsü zamanı ona ödənilən 76486 ( yetmiş altı min dörd yüz səksən altı) manat pul evin alınması ilə üst-üstə düşmür. Evin alınması ilə bağlı cavabdeh İddiaçı tərəfində tam olaraq 93.000 manat "xxxx" MTK-nə ödənilməklə mənzilin İddiaçı satılması barədə MTK ilə aralarında müqavilə imzalanmışdır. Görünüdüyü kimi iddiaçı mənzilin alınması üçün ödənilən pulun ona məxsus evin söküntüsü zamanı ödənilən pul hesabına alması faktı qeyd olunan hallarla öz təsdiqini tapmır, yəni evin söküntüsü zamanı ona ödənilən pul məbləği ilə hazırki mübahisə olunan mənzilin alınması üçün tam olaraq ödənilən 93.000 manatdan təxminən 20000 manat fərq edir. İddiaçı iddia ərizəsinə əlavə etmiş olduğu söküntü zamanı ona ödəilən pulun xx.xx.2019-cu il tarixdə "xxxx" ASC tərəfindən ona təqdim olunması ilə bağlı qəbz və ya hazırki mübahisə olunan mənzilin xx.xx.2019-cu il tarixdə MTK tərəfindən İddiaçı satılması barədə müqavilənin tarixləri arasında ziddiyyətlər vardır. Çünki cavabdeh bildirir ki, iddiaçıya söküntü zamanı ödənilən pulla mənzilin alınması arasında olan tarixlər 1 gün fərqi ilə alınmamışdır. İş materiallarında olan iddiaçı Cavabdeh1 tərəfindən cavabdeh İddiaçı verilmiş xx.xx.2018-ci il tarixli, reyester nömrəsi 7E-6505 nömrəli baş etibarnamədən göründüyü kimi iddiaçı onun adından qanunla icazə verilmiş bütün əqdləri bağlamaq üçün Aynur Babayevaya tam səlahiyyət vermiş və cavabdeh İddiaçı tam səlahiyyətli şəxs olaraq həmin səlahiyyətlərdən qanunla müəyyən olunmuş qaydada istifadə edərək mübahisə olunan əqdləri bağlamışdır. Hesab edir ki, cavabdeh iddiaçı tərəfindən ona verilmiş etibarnamə əsasında çıxış edərək mənzili satması heçdə həmin etibarnamə əsasında bağlanmış əqdlərin etibarsız olmasına əsas vermir. Göründüyü kimi cavabdeh iddiaçı tərəfindən ona verilmiş səlahiyyətlər əsasında öz adından əqdlər bağlaya bilmədiyi üçün o qanunla müəyyən olunmuş hüquqlarından istifadə edərək həmin səlahiyyəti iş üzrə digər Cavabdeh2 ötürmüş və həmin mənzil cavabdeh tərəfindən digər Cavabdeh3 alqısatqı edilmişdir. İddiaçı özüdə etiraf edir ki, cavabdehlə aralarında olan ailə münasibətləri pozulmuş olsada, onlar birlikdə yaşayırlar. İddiaçı cavabdehə onun adında etibarnamə əsasında çıxış etmək üçün bütün səlahiyyətləri veriyini özüdə səmimi etiraf edir. Bundan əlavə iş materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixli Cavabdeh4MTK ilə digər Cavabdeh3 arasında mənzilin satılmasına dair müqavilənin tarixindən, eyni zamanda Cavabdeh3 tərəfindən cavabdeh İddiaçı xx.xx.2023-cü il tarixli daşınmaz əmlakın bağışlanmasına dair əqdlərin tarixlərinə nəzər yetirsək açıq-aydın görə bilərik ki, iddia tələbi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2021-ci il tarixli qərarına və AR-nın Mülki Məcəlləsinin 354.1-ci maddəsinə əsasən əqdin etibarsızlığına dair bir illik müddət tətbiq olunaraq iddia tələbi rədd olunmalıdır. Bundan əlavə iş materiallarından göründüyü kimi əmlakın dəyəri Cavabdeh3 tərəfindən tam ödənilməklə ona alqı-satqı edilmiş və maliyyə arayışına əsasən həmin əmlaka mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyesteri xidmətində Cavabdeh3 adına qeydiyyatdan keçərək ona çıxarış verilmişdir. Göründüyü kimi hazırda sözügedən mənzil vicdanlı alıcı olaraq Cavabdeh3 adına daşınmaz əmlakın dövlət reyesterində qeydiyyatdan keçmiş, lakin iddiaçı Cavabdeh3 vicdanlı alıcı olmasını istisna edəcək hallarla bağlı hər hansı bir sübut məhkəməyə təqdim edə bilməmişdir. Belə olduğu halda nə qədər ki, Cavabdeh3 vicdanlığını şübhə altına alan hər hansı bir hal müəyyən edilməmişdirsə Cavabdeh3 mənzilin satılmasına dair əqdin etibarsız hesab edilməsi və onun adına daşınmaz əmlakın dövlət reyesterindən verilmiş çıxarışın ləğv edilməsi mümkünsüzdür. Beləki N.Hacıyevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 7 avqust 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu 10 mart 2020-ci il tarixli qərarında qeyd etmişdir ki, Mülki Məcəllənin və bütövlükdə mülki qanunvericiliyin əsas məqsədi mülki dövriyyə azadlığını təmin etməkdir. Daşınmaz əşyalar isə öz iqtisadi dəyərləri baxımından mülki dövriyyədə çox böyük əhəmiyyət və funksiyaya malikdir. Odur ki, mülki dövriyyənin inkişafında daşınmaz əşyalarla bağlı əşya hüquqlarının mövcudluğu, mahiyyəti və mənsubiyyəti baxımından hüquqi etimadın təmin olunması olduqca zəruridir Daşınmaz əşyalar üzərində əşya hüquqlarının şəffaflığı daşınmaz əşyaların dövlət reyestrindəki qeydiyyatla təmin edilir. Belə ki, daşınmaz əşya üzərində əşya hüquqlarının qeydiyyatını dövlət özü aparır və qəbul etdiyi qanunlar vasitəsilə də şəxsləri özünün apardığı bu qeydiyyata görə hərəkət etməyə vadar və məcbur edir. Bu səbəbdən də mülki hüquq subyektləri dövlət tərəfindən aparılan bu qeydiyyata arxayın olaraq daşınmaz əşya ilə bağlı əşya hüquqlarını əldə etdiklərini güman etməkdə tam haqlı hesab olunurlar.
II. Tərəflərin mövqeləri:
8. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehin nümayəndəsi və vəkili Vəkil1 ilkin iddianı müdafiə edərək təmin olunmasını, qarşılıqlı iddianın isə təmin olunmamasını xahiş etmişdir.
9. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi və vəkili Vəkil2 qarşılıqlı iddianı müdafiə edərək təmin olunmasını, ilkin iddianın isə təmin olunmamasını xahiş etmişdir.
III.Məhkəmə baxışının hədləri:
10. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 18.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
11. Bakı şəhəri Səadət Sarayı tərəfindən verilmiş xx.xx.1997-ci il tarixli nikahın bağlanması haqqında şəhadətnamənin surətinə əsasən müəyyən edilir ki, Cavabdeh1 ilə X3 xx.xx.1997-ci il tarixdə nikahlarını bağlamışlar.
12. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Əsəd Əhmədov küçəsi, ev 24B, mənzil 1869 yeni qaydalarla: ünvan 7 ünvanında yerləşən mənzil İddiaçı Məmmədhüseym oğlunun adına rəsmiləşdirilmişdir.
13. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli məktubuna əsasən müəyyən olunur ki, İddiaçı adına Bakı şəhəri, Yasamal rayonu, Əsəd Əhmədov küçəsi, ev 24B, 1869 saylı mənzil 3 saylı Bakı “Asan Xidmət” Mərkəzində notariat ofisi tərəfindən təsdiq edilmiş xx.xx.2023-cü il tarixli 4Ə-1025 reyestr nömrəli daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən xx.xx.2023-cü il tarixdə İddiaçı adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir.
14. Cavabdeh4 MTK-nın xx.xx.2024-cü il tarixli, 312 nömrəli məktubuna əsasən müəyyən olunur ki, Cavabdeh4 MTK-nın Yasamal rayon Ə.Əhmdov 24B ünvanında yerləşən yaşayış binasının 16-cı giriş, 5-ci mərtəbəsində ümumi sahəsi 114,5 kv.m olan 3 otaqlı mənzil xx.xx.2019-cu il tarixli kooperativ mənzil tikintisi haqqında müqavilə əsasında İddiaçı adına rəsmiləşdirilmişdir. Daha sonra xx.xx.2023-cü il tarixli 8İ-6519 reyestr nömrəli notarial qaydada təsdiq edilmiş ərizə əsasında həmin mənzildən imtina edilmişdir.
15. xx.xx.2019-cu il tarixli kassa məxaric orderinə əsasən söküntü ilə əlaqədar 76486 manat Cavabdeh1 ödənilmişdir.
16. "xxxx" MMC ilə İddiaçı arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 1777 nömrəli cəmiyyət inşa ediləcək binanın 16 giriş, 5-ci mərtəbəsində 1777 saylı mənzili İddiaçı təhvil verməyi öhdəsinə götürmüşdür.
17. Cavabdeh3 ilə İddiaçı arasında bağlanmış xx.xx.2023-cü il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən Cavabdeh3 Bakı şəhəri, Yasamal rayonu, Əsəd Əhmədov küçəsi, ev 24B, mənzil 1869 (Yeni qaydalarla: AZ1070, ünvan 9 ünvanında yerləşən mənzil İddiaçı mülkiyyətinə verilmişdir.
18. Cavabdeh4 MTK tərəfindən verilmiş maliyyə arayışına əsasən müəyyən olunur ki, Bakı şəhəri, Yasamal rayonu, Əsəd Əhmədov keçəsi 24/B ünvanında inşa edilən kooperativ yaşayış binası Cavabdeh4 MTK-ya məxsusdur. Bu binanın 16 giriş, 5-ci mərtəbəsində, tikinti sahəsi 114,5 kv.m, yaşayış sahəsi 60,42 kv.m. olan 3 otaqlı, 1869 saylı mənzilin pay dəyəri Cavabdeh3 tərəfindən tam ödənilmişdir. MTK-ya borcu yoxdur.
19. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli məktubuna əsasən müəyyən olunur ki, Bakı şəhəri Yasamal rayonu, Əsəd Əhmədov küçəsi, ev 24B, 1869 saylı mənzil Cavabdeh4 MTK üzvlərinin ümumi iclasının 06 nömrəli xx.xx.2023-cü il tarixli protokolundan çıxarışa və 249 nömrəli xx.xx.2023-cü il tarixli maliyyə arayışına əsasən xx.xx.2023-cü il tarixdə Cavabdeh3 adına ilkin qeydiyyatdan keçmişdir. 3 saylı Bakı “Asan Xidmət” Mərkəzində Notariat ofisinin xüsusi notariusu X5 tərəfindən təsdiq edilmiş 4Ə/1025 reyestr nömrəli xx.xx.2023-cü il tarixli bağışlama müqaviləsinə əsasən xx.xx.2023-cü il tarixdə İddiaçı adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir.
20. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Əsəd Əhmədov küçəsi, ev 24B, mənzil 1869 yeni qaydalarla: ünvan 7 ünvanında yerləşən mənzil Cavabdeh3 adına rəsmiləşdirilmişdir.
21. Cavabdeh4 MTK tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışa əsasən müəyyən olunur ki, Cavabdeh4 MTK tərəfindən Bakı şəhəri, Yasamal rayonu, Əsəd Əhmədov, 24 B ünvanında inşa edilmiş yaşayış kompleksinin, ümumi sahəsi 114,5 kv.m olan, yaşayış sahəsi 60,42 kv.m olan 3 otaqlı, 1869 saylı mənzil Cavabdeh3 məxsusdur.
22. xx.xx.2018-ci il tarixli etibarnaməyə əsasən bir sıra səlahiyyətlər 10 il müddətinə Cavabdeh1 tərəfindən İddiaçı etibar edilmişdir.
23. İddiaçı tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli ərizəyə əsasən müəyyən olunur ki, "xxxx" MMC-nin inşa etdiyi binada xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən İddiaçı adına olan Bakı şəhəri, ünvan 13 ünvanında inşa edilmiş yaşayış binasının, 1777 saylı mənzil, ümumi sahəsi 114,5 kv.m. ibarət mənzildən və pay hüququndan imtina etməsinə etiraz etmir.
24. Cavabdeh1 adından onun əvəzinə Cavabdeh2 tərəfindən verilmiş xx.xx.2023cü il tarixli ərizəyə əsasən müəyyən olunur ki, "xxxx" MMC-nin inşa etdiyi binada xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən İddiaçı adına olan Bakı şəhəri, ünvan 13 ünvanında inşa edilmiş yaşayış binasının, 1777 saylı mənzil, ümumi sahəsi 114,5 kv.m. ibarət mənzildən və pay hüququndan imtina etməsinə etiraz etmir.
25. Cavabdeh4 MTK üzvlərinin ümumi iclasının 06 nömrəli protokolundan xx.xx.2023-cü il tarixli çıxarışa əsasən müəyyən olunur ki, Cavabdeh3 Cavabdeh4 MTK tərəfindən Bakı şəhəri, Yasamal rayonu, Əsəd Əhmədov, 24B ünvanında inşa edilmiş yaşayış kompleksinin 16 giriş, 5 mərtəbə, ümumi sahəsi 114,5 kv.m, yaşayış sahəsi 60,42 kv.m olan, 3 otaqlı, 1869 saylı mənzil verilmişdir.
26. Cavabdeh3 ilə İddiaçı arasında bağlanmış xx.xx.2023-cü il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən müəyyən olunur ki, Cavabdeh3 Bakı şəhəri, Yasamal rayonu, Əsəd Əhmədov küçəsi, ev 24B, mənzil 1869 yeni qaydalarla: ünvan 7 ünvanında yerləşən, ümumi sahəsi 94 kv.m. olan mənzili İddiaçı mülkiyyətinə vermişdir.
27. Məhkəmə iclasında şahid qismində dindirilən X4 ifadəsində bildirmişdir ki, Mahruq anasının rəfiqəsi idi və onun həyatına da müdaxilə edirdi. Hal-hazırda o ayrı evdə yaşayır. Sovetskidəki ev satılıb və o ev anasının adınadır. O, Ukraynada olanda valideynlərinin münasibətləri pis deyildi. 3-4 il olar ki, valideynlərinin münasibəti korlanıb. Bir qardaşı var, onunla da son məsələlərə görə araları yaxşı deyil. 2023-cü ilin mayına kimi eyni evdə yaşamışlar və eşitməmişdir ki, ev nənəsinin adına keçib. Atası anasına etibarnaməni evin söküntüsü və onunla bağlı məsələlərə görə vermişdi. Evin sənədləşdirilməsi işində atası Bakıda olmuşdur. Həmin ev nənəsinin pulu ilə alınmamışdır.
28. Məhkəmə iclasında şahid qismində dindirilən X11 ifadəsində bildirmişdir ki, Cavabdeh1 onun qardaşıdır, Cavabdeh1 Sovetskidə yerləşən evinin sökülməsi ilə bağlı pul verilmiş, həmin pula isə sonuncu mənzil almışdır. O da qardaşına aldıqları evin təmiri ilə bağlı borc pul vermişdir.
29. Məhkəmə iclasında şahid qismində dindirilən X8 ifadəsində bildirmişdir ki, Cavabdeh1 və İddiaçı onun valideynləridir, 2017-ci ildən valideynləri arasında münasibətlər korlanmış, 2018-ci ildə atasına evin sökülməsi ilə bağlı kompensasiya məbləği verilsə də, lakin həmin məbləği atası öz şəxsi ehtiyaclarına sərf etmişdir.Yaşadıqları evi nənəsi Cavabdeh3 özünə məxsus torpaq sahəsini sataraq almışdır.
30. Məhkəmə iş materialları araşdırıb tərəflərin izahatlarını dinləyib onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, ilkin iddia üzrə iddia ərizəsi təmin olunmamalı, qarşılıqlı iddia ərizəsi isə qismən təmin olunmalıdır.
31. Məhkəmə qarşılıqlı iddia ərizəsinin İddiaçı ilə Cavabdeh3m Məmməd qızı arasında bağlanmış xx.xx.2023-cü il tarixli bağışlama müqaviləsinin etibarsızlığı ilə bağlı olmasını nəzərə alaraq ilk növbədə qarşılıqlı iddia ərizəsinə münasibət bildirməyi zəruri hesab edir.
32. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir.
33. Həmin Məcəllənin 324.5-ci maddəsinə əsasən iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir.
34. Həmin Məcəllənin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.
35. Həmin Məcəllənin 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir.
36. Həmin Məcəllənin 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir.
37. Həmin Məcəllənin 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.
38. Həmin Məcəllənin 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.
39. Həmin Məcəllənin 340.1-ci maddəsinə əsasən uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız gorünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir.
40. Həmin Məcəllənin 340.2-ci maddəsinə əsasən yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir.
41. Həmin Məcəllənin 360.1-ci maddəsinə əsasən əgər başqa şəxsin (təmsil edilənin) adından əqdi bağlayan şəxsin (təmsilçinin) başqa şəxsin (təmsil edilənin) adından hərəkət etmək səlahiyyəti olmazsa və ya bu səlahiyyət aşılarsa, əqdin digər tərəfinin təmsilçidən həmin əqdin icrasını və ya əqdin bağlanması nəticəsində ona dəymiş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır, bu şərtlə ki, başqa şəxs (təmsil edilən) əqdi sonradan bəyənməsin.
42. Həmin Məcəllənin 362.1-ci maddəsinə əsasən bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Təmsil edilən təmsilçinin əqd bağlaması üçün yazılı vəkaləti bilavasitə müvafiq üçüncü şəxsə təqdim edə bilər.
43. Həmin Məcəllənin 364.1-ci maddəsinə əsasən etibarnamə verilmiş şəxs vəkil edildiyi hərəkətləri şəxsən özü etməlidir. O, etibarnamə ilə buna vəkil edildikdə və ya etibarnaməni verənin mənafelərinin qorunması üçün şəraitin buna məcbur etdiyi halda həmin hərəkətlərin icrasını başqa şəxsə etibar edə bilər.
44. Həmin Məcəllənin 364.2-ci maddəsinə əsasən səlahiyyətləri başqa şəxsə verən bunu etibarnaməni verənə bildirməli və səlahiyyətləri verdiyi şəxs barəsində ona lazımi məlumat verməlidir. Bu vəzifənin icra edilməməsi səlahiyyəti verənin üzərinə səlahiyyətləri verdiyi şəxsin hərəkətləri üçün öz hərəkətləri üçün olduğu kimi məsuliyyət qoyur.
45. Müqavilə azadlığı üç istiqamətdə müəyyən olunmuşdur: 1) fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaması; 2) onların müqavilələrin məzmununu müəyyənləşdirə bilməsi; 3) Mülki Məcəllədə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələrin bağlanması. Məcəllədə nəzərdə tutulmayan müqavilənin bağlanması yalnız Mülki Məcəlləyə zidd olmadıqda yolveriləndir. Yəni Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır.
46. Konstitusiya Məhkəməsi Plenumunun 2004-cü il 12 aprel tarixli Qərarı üzrə formalaşdırdığı hüquqi mövqeyə əsasən, hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Müqavilənin qanunvericilikdə müəyyən edilmiş qayda və şərtlərə uyğun bağlanması tələb olunur.
47. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinin şərh edilməsinə dair” 18 mart 2022ci il tarixli Qərarında təsbit olunmuş hüquqi mövqeyə görə“.....Həmçinin qeyd olunmalıdır ki, əqdin yalan olub-olmaması məsələsi araşdırılarkən yalnız müqavilənin söz və ifadələrinin hərfi mənası deyil, tərəflərin bağlanmış müqavilə üzrə hüquqi nəticə əldə etmək niyyətlərinin olub-olmaması, habelə əsl iradələrinin aşkar edilməsi üçün işin faktiki halları da hərtərəfli araşdırılmalıdır. Bu zaman məhkəmələr əqd tərəflərinin davranışını, tərəflər arasında formalaşan münasibətləri, onların yazışmalarını, fərqli subyekt tərkibi olan oxşar münasibətlərdə tərəflərin davranışını, əqdin bağlandığı fəaliyyət sahəsində formalaşmış davranış təcrübəsini, hərəkətlərin baş vermə vaxtını və s. nəzərə almalıdır. Bir neçə əlaqəli əqdin qısa fasilə ilə bağlanması (məsələn, bir ilədək), eyni gündə bir neçə əlaqəli əqdin bağlanması, tərəflərin və ya üçüncü şəxslərin müxtəlif hərəkətlərinin qarşılıqlı əlaqəsi və digər hallar da əqdlərin pərdələmək niyyətilə görünüş üçün bağlanılmasına dəlalət edə bilər.
48. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında göstərmişdir ki, “... mübahisələndirilən müqaviləni tərəflərin imzalaması və onun notariat qaydasında təsdiqlənməsi mübahisə predmeti olmamış, mülki iş üzrə iddia tələbinin məhz həmin müqavilənin sırf görünüş üçün bağlandığı, tərəflərin həqiqi hüquqi niyyətlərini əks etdirmədiyi səbəbindən etibarsız sayılması ilə bağlı olması nəzərə alınmamış, əqd iştirakçılarının iradə ifadələrinin həqiqi məzmununa hüquqi qiymət verilməmişdir. Nəzərə alınmamışdır ki, məhkəmələr tərəfindən müqavilənin etibarlı olubolmaması ilə bağlı işlərə baxılarkən təqdim olunmuş sübutlar əsasında tərəflərin həqiqi hüquqi niyyətləri və iradə ifadələrinin əsl məzmunu dəqiqləşdirilməli, iradə ifadəsinin hansı şərtlər və şərait daxilində bildirilməsi müəyyən edilməlidir. ... Müqaviləni öhdəlik hüquq münasibətlərinin digər yaranma əsaslarından fərqləndirən başlıca xüsusiyyət onun məhz tərəflərin qarşılıqlı iradə ifadəsinin nəticəsi olmasıdır. Bu səbəbdən də müqavilənin etibarlılıq şərtlərindən biri tərəflərin qarşılıqlı iradə ifadəsinin və hüquqi niyyətlərinin vahidliyi və həqiqiliyi ilə bağlıdır.” (Konstitusiya Məhkəməsi Plenumunun Ə.İbrahimovun şikayəti üzrə 2004-cü il 12 aprel tarixli, T.Qasımovanın şikayəti üzrə 2020-ci il 1 dekabr tarixli, X.Mirzəliyevin şikayəti üzrə 2021-ci il 17 sentyabr tarixli Qərarları). 32. Konstitusiya Məhkəməsinin Plenumu B.Qasımovun şikayəti üzrə 2019-cu il 9 dekabr, N.Əsədovanın şikayəti üzrə 2021-ci il 12 aprel tarixli Qərarlarında həmçinin göstərmişdir ki, ... mülki dövriyyə iştirakçılarının sərbəst seçimi olaraq əqd tərəflərin azad və qarşılıqlı iradə ifadəsi nəticəsində əmələ gəlir. Odur ki, əqdin etibarsızlığı ilə bağlı işlərə baxılarkən, yalnız yazılı və formal hallara qiymət verməklə kifayətlənilməməli, tərəflərin iradə ifadəsinin həqiqi məzmunu və hüquqi niyyətləri də müəyyən edilməlidir. Bu növ iddia tələbləri üzrə müqavilənin etibarsızlığı faktı yalnız iradə ifadəsinin özünün deyil, həm də həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motiv, məsələn, müqaviləyə qədərki danışıqlar, tərəflər arasındakı münasibətlər və tərəflərin sonrakı hərəkətləri nəzərə alınmaqla təsdiq edilə bilər.
49. “Mülki Məcəllənin 340.2-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2022-ci il tarixli qərarında göstərilmişdir ki, “…Yalan əqd aşağıda sadalanan əsas tərkib əlamətlərinə malikdir: - görüntüdə bağlanan əqd və ya pərdələyən əqd - tərəflərin üçüncü şəxslərdə hüquqa uyğun və etibarlı bir müqavilə bağladıqları təəssüratını yaradır. Bu müqavilədə tərəflərin əks etdirdikləri iradə ifadələri arzuladıqları hüquqi nəticəyə uyğun olmur. Tərəflərin görünüş üçün bağladıqları bu müqavilə üzrə hüquqi nəticə, hüquq və öhdəliklər əmələ gətirmək niyyətləri olmur; - gizli bağlanan əqd və ya pərdələnən əqd - tərəflərin görüntüdə bağladıqları əqdin arxasında gizlətdikləri və həqiqi iradələrini ifadə edən bir müqavilədir. Bu, yalan əqdi uydurma əqddən fərqləndirən əsas əlamətdir; - yanlış təsəvvür yaratmaq niyyəti - tərəflərin həqiqi iradələrini gizli tutaraq hər hansı bir mənfəət əldə etmək üçün üçüncü şəxslərdə buna dair fikir formalaşdırmaqda və görüntü yaratmaqda ifadə olunur. Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi vacib bilir ki, subyekt tərkibinin fərqli olması tərəflərin başqa əqdi pərdələməsi niyyətini istisna etmir. Belə ki, tərəflər öz aralarında görünüşdə bağlanacaq əqdə dair razılığa gəldikdə, həmin müqavilənin digər şərtləri ilə yanaşı subyekt tərkibinə dair də razılığa gələ bilərlər. Nəzərə alınmalıdır ki, yalan əqdin etibarsızlığının əsas səbəbi tərəflərin həqiqi iradələri ilə bu iradənin bəyanı arasında qəsdən yaradılan uyğunsuzluqda, üçüncü şəxslərdə müqavilənin etibarlılığına dair yanlış təsəvvür yaratmaqda ifadə olunur. Odur ki, subyekt tərkibindən asılı olmayaraq müqavilə tərəflərinin üçüncü şəxslərdə yanlış təsəvvür yaratmaq niyyətilə bağladığı istənilən əqd yalan əqd olmaqla əhəmiyyətsizdir.”.
50. İşin məhkəmə tərəfindən müəyyən edilən hallarından məlum olur ki, xx.xx.2018-ci il tarixdə Cavabdeh1 tərəfindən İddiaçı harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq onun bütün əmlakını idarə etməyi və onun üzərində sərəncam verməyi, buna müvafiq olaraq bütün hallarda öz mülahizəsinə görə məbləği, müddəti və digər şərtləri müəyyən etməklə qanunla icazə verilmiş bütün əqdləri, o cümlədən, almaq, satmaq, bağışlamaq, hədiyyə qəbul etmək, dəyişmək, əmlakı ipoteka (girov) qoymaq və ipotekanı (girovu) qəbul etmək haqqında əqdləri bağlamağı, bu əqdlər üzrə haqq-hesab aparmağı, miras qəbul etməyi və yaxud ondan imtina etmək səlahiyyətlərinin də daxil olduğu etibarnamə verilmişdir. xx.xx.2019-cu il tarixli kassa məxaric orderinə əsasən Cavabdeh1 söküntü işləri ilə bağlı Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyəti tərəfindən 76486 manat kompensasiya məbləği ödənilmişdir. xx.xx.2019cu il tarixdə İddiaçı ilə "xxxx" MMC arasında inşa ediləcək binanın 16 giriş, 5-ci mərtəbəsində 1777 saylı mənzilin təhvil verilməsi barədə kooperativ mənzil tikintisi haqqında müqavilə bağlanmışdır. İddiaçı xx.xx.2023-cü il tarixdə ərizə ilə müraciət edərək "xxxx" MMC-nin inşa etdiyi binada xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən öz adına olan Bakı şəhəri, ünvan 13 ünvanında inşa edilmiş yaşayış binasının, 1777 saylı mənzil, ümumi sahəsi 114,5 kv.m. ibarət mənzildən və pay hüququndan imtina etmişdir. Eyni zamanda xx.xx.2023-cü il tarixdə Cavabdeh1 tərəfindən İddiaçı verilmiş etibarnamə əsasında sonuncu Cavabdeh2 bütün dövlət və qeyri-dövlət idarələrində, kooperativ və ictimai təşkilatlarda, Asan Xidmət Mərkəzlərində, MKİS, bütün nazirliklər və icra orqanlarında, Milli Arxiv idarəsində təmsil etmək, onun adından ərizə vermək, imza etməyi, sənədləşmə işləri aparmağı, sənədləri notarial qaydada təsdiq elətdirməyi və bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar digər hərəkətləri etmək səlahiyyətlərinin əhatə olunduğu etibarnamə vermiş və həmin etibarnamə əsasında xx.xx.2023-cü il tarixdə Cavabdeh2 Cavabdeh1 adından ərizə ilə müraciət edərək "xxxx" MMC-nin inşa etdiyi binada xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən İddiaçı adına olan Bakı şəhəri, ünvan 13 ünvanında inşa edilmiş yaşayış binasının, 1777 saylı mənzil, ümumi sahəsi 114,5 kv.m. ibarət mənzildən və pay hüququndan imtina etməsinə etirazının olmaması barədə ərizə vermişdir. Elə həmin tarixdə də, yəni xx.xx.2023-cü il tarixdə Cavabdeh4 MTK ilə İddiaçı anası olan Cavabdeh3 arasında Bakı şəhəri, Yasamal rayonu, Əsəd Əhmədov 24B ünvanında inşa edilmiş yaşayış binasının 16-cı girişi, 5-ci mərtəbəsində yerləşən 1869 saylı mənzili ilə bağlı kooperativ mənzil tikintisi haqqında müqavilə bağlanmışdır. xx.xx.2023-cü il tarixdə isə ilə Cavabdeh3 ilə İddiaçı arasında bağlanmış daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən Cavabdeh3 Bakı şəhəri, Yasamal rayonu, Əsəd Əhmədov küçəsi, ev 24B, mənzil 1869 (Yeni qaydalarla: AZ1070, ünvan 9 ünvanında yerləşən mənzil İddiaçı bağışlamışdır.
51. Hazırda ilkin iddia üzrə iddiaçı bağışlama müqaviləsinə istinad edərək Cavabdeh1 Bakı şəhəri, Yasamal rayonu, Əsəd Əhmədov küçəsi, ev 24B, mənzil 1869dan çıxarılması barədə iddia ərizəsi vermiş, eyni zamanda Cavabdeh1 isə həmin bağışlamaq müqaviləsinin və onun verilməsinə əsasən olan digər müqavilə və etibarnamələrin etibarsız hesab olunması barədə iddia irəli sürmüşdür.
52. İlkin iddia üzrə iddiaçı Cavabdeh3 ilə İddiaçı arasında bağlanmış xx.xx.2023cü il tarixli bağışlama müqaviləsinin etibarsız olmadığını, belə ki, xx.xx.2019-cu il tarixdə İddiaçı tərəfindən Bakı şəhəri, Yasamal rayonu, Əsəd Əhmədov küçəsi, ev 24B, mənzilin alınmasına sərf olunan pulun yarısının İddiaçı özünün yığdığı vəsait, qalan məbləğinin isə anası Cavabdeh3 tərəfindən ona məxsus torpaq sahəsinin satılmasından əldə olunan vəsait hesabına alındığını, həmin evin alınmasına sərf olunan vəsaitin çox hissəsinin anası Cavabdeh3 tərəfindən qoyulduğunu, sonradan mənzilin Cavabdeh3 adına keçirilməsinin onun digər qız övladının da həmin mənzildən pay almaq hüququnun olması, lakin sonradan həmin övladının ailəsində yaranmış problemlərlə əlaqədar yenidən bağışlama müqaviləsinə əsasən İddiaçı adına keçirilməsi ilə izah etmişdir. Bundan başqa İddiaçı həmin evin alınmasına Cavabdeh1 tərəfindən hər hansı vəsait qoyulmadığını, Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyəti tərəfindən sonuncuya verilmiş kompensasiyanın şəxsi ehtiyacları üçün sərf etdiyini bildirmiş, digər tərəfdən Cavabdeh1 tərəfindən ona verilmiş etibarnamə əsasında öz rəfiqəsi Cavabdeh2 etibarnamə verilməsini və həmin etibarnamə əsasında Cavabdeh1 tərəfindən Bakı şəhəri, Yasamal rayonu, Əsəd Əhmədov küçəsi, ev 24B, mənzildən imtina edilməsi ilə bağlı ərizənin yazılmasını Cavabdeh1lə aralarında problemlərin olduğunu, həmin vaxt Cavabdeh1 onunla birlikdə notariusa getməsini təklif etsə də, lakin sonuncunun “sənə etibarnamə vermişəm, get nə istəyirsən elə” deməsindən sonra öz rəfiqəsinin adına etibarnamə verməsi ilə izah etmişdir.
53. Məhkəmə ilk növbədə ilkin iddia üzrə iddiaçının dəlilləri ilə bağlı qeyd edir ki, iddiaçı xx.xx.2019-cu il tarixdə Bakı şəhəri, Yasamal rayonu, Əsəd Əhmədov küçəsi, ev 24B, mənzilin alınmasına sərf olunan pulun özü və anası Cavabdeh3 tərəfindən qoyulduğunu bildirsə də, lakin bununla bağlı zəruri sübutlarını məhkəməyə təqdim edə bilməmişdir. Belə ki, məhkəmə araşdırması zamanı məlum olmuşdur ki, İddiaçı fərdi sahibkar kimi salonda dırnaq ustası kimi fəaliyyət göstərir, anası Cavabdeh3 isə dərzi fəaliyyəti göstərir. Məhkəmə qeyd edir ki, həmin şəxslərin birgə vəsaiti əsasında məhz Cavabdeh1 Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyəti tərəfindən kompensasiya verildikdən 1 gün sonra mənzilin alınması ağlabatan görünmür. Belə ki, zəruri vəsaitə sahib olan İddiaçı və Cavabdeh3 həmin mənzili məhz Cavabdeh1 kompensasiya məbləği verildikdən 1 gün sonra deyil, daha əvvəlki tarixlərdə ala bilərdilər. Əksinə İddiaçı adına bağlanmış həmin müqavilənin Cavabdeh1 verilmiş kompensasiya məbləği ilə alınması daha realdır. Belə ki, ailə münasibətləri çərçivəsində tərəflər bir-birinə qarşılıqlı etimad göstərir və ərin və arvadın adına müqavilə bağlanması mümkündür. Belə olan halda məhkəmə hesab edir ki, xx.xx.2019-cu il tarixdə Cavabdeh4 MTK ilə İddiaçı arasında bağlanmış Bakı şəhəri, Yasamal rayonu, Əsəd Əhmədov küçəsi, ev 24B, mənzilin alınmasına sərf olunan məbləğ məhz Cavabdeh1 verilən kompensasiya məbləği ilə alınan puldur.
54. Məhkəmə hesab edir ki, Cavabdeh3 tərəfindən İddiaçı edilmiş xx.xx.2023-cü il tarixli bağışlama müqaviləsini uydurma əqd, yəni ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqd kimi qiymətləndirir. Belə ki, İddiaçı xx.xx.2023-cü il tarixli ərizəyə, əsasən Bakı şəhəri, ünvan 13 ünvanında inşa edilmiş yaşayış binasının, 1777 saylı mənzil, ümumi sahəsi 114,5 kv.m. ibarət mənzildən və pay hüququndan imtina etmiş, elə həmin gün sonuncunun anası Cavabdeh3 ilə Cavabdeh4 MTK arasında bağlanmış müqaviləyə əsasən Bakı şəhəri, Yasamal rayonu, Əsəd Əhmədov, 24B ünvanında inşa edilmiş yaşayış kompleksinin 16 giriş, 5 mərtəbə, ümumi sahəsi 114,5 kv.m, yaşayış sahəsi 60,42 kv.m olan, 3 otaqlı, 1869 saylı mənzil sonuncu tərəfindən alınmışdır. İddiaçı imtina etdiyi mənzil ilə, Cavabdeh3 aldığı mənzilin eyni mənzil olması işin mübahisəsiz halıdır. Bundan 1 ay 1 gün sonra isə Cavabdeh3 həmin mənzili qızı İddiaçı bağışlamışdır.
55. Məhkəmə qeyd edir ki, bir sıra əqdlər, xüsusilə əvəzsiz əqdlər (bağışlama, vəsiyyətnamə və s.) mənəvi dəyərlərə əsaslanır. Əgər bir şəxs öz əmlakını başqasına verməklə onu zənginləşdirirsə, buna görə özü üçün heç bir əvəz almırsa, deməli, əqdin əsasında mənəvi dəyər dayanır. Lakin İddiaçı həmin mənzildən imtina etdiyi gün həmin mənzillə bağlı alqı-satqı müqaviləsinin anası ilə bağlanması, təxminən 1 ay sonra isə həmin mənzili yenidən qızı İddiaçı bağışlaması onu təsdiq edir ki, bağışlamanın əsasında mənəvi dəyər dayanmayıb. Tərəflər bağışlama müqaviləsi bağlamaqla mənzili ər-arvadın birgə vəsaiti hesabına əldə edilən əmlak münasibətlərindən çıxartmaqla, əri gələcəkdə əmlak bölgüsündən məhrum etmək niyyətində olmuşlar. Belə ki, bağışlama olmasaydı ər mənzilin ər-arvadın ümumi əmlakı kimi bölünməsi və ya mənzilin satış pulunun yarısının ona verilməsini tələb edə biləcəkdi. Göründüyü kimi, bağışlama müqaviləsi əhəmiyyətsiz əqd olaraq etibarsızdır.
56. Məhkəmənin qənaətinə görə hazırkı halda müqavilənin etibarsızlıq şərtləri tərəflərin həqiqi iradələri ilə bu iradənin ifadəsi arasında bilərəkdən yaratdıqları uyğunsuzluqdan irəli gəlir və bilavasitə bununla bağlıdır.
57. Belə ki, məhkəmə araşdırması nəticəsində müəyyən olunur ki, xx.xx.2023-cü il tarixli İddiaçı və Cavabdeh2 tərəfindən verilmiş paydan imtina edilməsi barədə ərizələrin verilməsində məqsəd Cavabdeh3 adına çıxarışın əldə edilməsi və daha sonra daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən Bakı şəhəri, Yasamal rayonu, Əsəd Əhmədov küçəsi, ev 24B, mənzil 1869 (Yeni qaydalarla: AZ1070, ünvan 9 ünvanında yerləşən mənzilin İddiaçı mülkiyyətinə verilməsi olmuşdur.
58. Bundan başqa, İddiaçı öz yaxın rəfiqəsi Cavabdeh2 Cavabdeh1 adından verilən etibarnamə ilə bağlı məhkəmə qeyd edir ki, Cavabdeh1 yaşadıqları evdən onun adından imtina ediləcəyi barədə məlumatlı olduğu halda Cavabdeh2 belə bir etibarnamə verməsi də həqiqəti əks etdirmir. Belə ki, Cavabdeh1 yaşadığı evdən imtina etməsinə razılıq verməsi və evin qaynanası Cavabdeh3 adına rəsmiləşdirməyə razı olması ağlabatan hesab oluna bilməz. Məhkəmə hesab edir ki, İddiaçı və Cavabdeh3 qəsdən görüntüdə etibarlı olan əqd görüntüsü yaratmaqla, gələcəkdə Cavabdeh1 əmlakdan məhrum etmək niyyətində olmuşlar və İddiaçı ona verilmiş etibarnamənin səlahiyyətlərini aşaraq öz yaxın rəfiqəsi Cavabdeh2 etibarnamə verməklə və verilmiş etibarnamə əsasında sonuncunun İddiaçı adına olan mənzildə paydan imtina etməsinə razılıq verməsi Cavabdeh1 mənafelərinin ziddinə olmuşdur.
59. Lakin məhkəmə qarşılıqlı iddia ərizəsinin Cavabdeh1 Bakı şəhəri, Yasamal rayonu, Əsəd Əhmədov küçəsi, ev 24B, mənzil 1869 saylı mənzilə mülkiyyət hüququnun tanınması tələbi ilə bağlı olan hissəsi ilə razılaşmır. Belə ki, İddiaçı tərəfindən verilmiş 22 iyun 2023-cü il tarixli Bakı şəhəri, Yeni Yasamal yaşayış massivi, Ə.Əhmədov küçəsi, ev 24/B giriş 16, 5-ci mərtəbə 114.5 kv.m olan mənzildə paydan imtina edilməsi haqqında Bakı şəhəri 26 saylı notariat ofisində verilmiş ərizənin etibarsızlığı tələbini qoysa da , lakin Cavabdeh2 tərəfindən Cavabdeh1 adından verilmiş 22 iyun 2023-cü il tarixli Bakı şəhəri, Yeni Yasamal yaşayış massivi, Ə.Əhmədov küçəsi, ev 24/B giriş 16, 5-ci mərtəbə 114.5 kv.m olan mənzildə paydan imtina edilməsi haqqında Bakı şəhəri 26 saylı notariat ofisində verilmiş ərizənin etibarsızlığı tələbini qoymamışdır. Belə olan halda, nə qədər ki, həmin ərizənin etibarsızlığı Cavabdeh1 tərəfindən qoyulmayıb, Bakı şəhəri, Yasamal rayonu, Əsəd Əhmədov küçəsi, ev 24B, mənzil 1869 saylı mənzilə Cavabdeh1 mülkiyyət hüququ tanına bilməz. Digər tərəfdən əqdin etibarsızlığın nəticəsi olaraq restitusiya tətbiq olunarsa, Bakı şəhəri, Yasamal rayonu, Əsəd Əhmədov küçəsi, ev 24B, mənzil 1869 saylı mənzilə Cavabdeh1 deyil, İddiaçı mülkiyyət hüquqları tanınmalıdır. Belə ki, xx.xx.2019-cu il tarixli müqavilə "xxxx" MMC ilə Cavabdeh1 arasında deyil, İddiaçı arasında bağlanmışdır.
60. Məhkəmə həmçinin qeyd edir ki, xx.xx.2023-cü il tarixli bağışlama müqaviləsi etibarsız hesab olunduğundan etibarsızlığın nəticələri kimi həmin müqavilənin verilməsinə əsasən olan müqavilə də etibarsızdır. Belə olan halda əlavə olaraq Bakı şəhəri, Yasamal rayonu, Ə.Əhmədov küçəsi, ev 24B, 1869 saylı mənzil Cavabdeh4 MTK üzvlərinin ümumi iclasının 06 nömrəli xx.xx.2023-cü il tarixli protokolundan çıxarışının və 249 nömrəli xx.xx.2023-cü il tarixli maliyyə arayışının etibarsız hesab edilməsini məhkəmə zəruri hesab etmir.
61. Bundan başqa İddiaçı nümayəndəsi və vəkili qarşılıqlı iddia ərizəsi üzrə iddia müddətinin tətbiqi barədə ərizə vermişdir.
62. Məhkəmə iddia müddəti ilə bağlı aşağıdakıları qeyd edir.
63. Azərbaycan Respublikası Mülki Məcəllənin 354.1-ci maddəsinə əsasən əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər.
64. Məhkəmə qeyd edir ki, etibarsız əqd arzu olunan hüquqi nəticəni yaratmadığına, habelə həmin əqd üzrə alınan maddi nemətlərdən bəziləri (məsələn, özlərinə xas fərdi-müəyyən əlamətlərinə görə fərqlənən əvəzedilməz əşyalar: avtomobil, torpaq sahəsi, mənzil və s.) əldə edənin əmlakına qarışmadığına görə onun mülkiyyətinə keçmiş sayılmır. Bu səbəbdən əmlakın verən tərəfin mülkiyyət hüququ aradan qalxmır və əldə edən tərəf varlanmış olmur.Belə olan halda, həqiqi hüquqi vəziyyətə görə mülkiyyətçi olan şəxs mülkiyyət hüququna dayanaraq etibarsız əqd əsasında verilən daşınar əşyanın sahibliyinə qaytarılması yaxud daşınmaz əşyaya dair dövlət reyestrində düzəlişin aparılması barədə iddia qaldırdıqda, belə tələblərə Mülki Məcəllənin 354.1-ci maddəsindəki müddətin tətbiq edilməsi yolverilməzdir. Çünki, mülkiyyətçinin hüquqlarına münasibətdə (əşya hüquqlarının) pozuntuların aradan qaldırılması haqqında tələblərə iddia müddəti tətbiq edilmir.
65. Hazırki halda məhkəmə hesab edir ki, mübahisə predmeti olan əmlak daşınmaz əmlak, yəni fərdi-müəyyən əşya olduğundan və əldə edənin əmlakına qarşımadığından hazırki münasibətə iddia müddətinin tətbiqi yolverilməzdir.
66. İlkin iddia üzrə isə məhkəmə qeyd edir ki, ilkin iddia tələbinin təmin olunmasına əsas hesab olunan 3 saylı Bakı “Asan Xidmət” Mərkəzi notariat ofisi tərəfindən təsdiq edilmiş 23 iyun 2023-cü il tarixli 4Ə-1025 reyestr nömrəli daşınmaz əmlakın bağışlanması müqaviləsi və onların əsasında Cavabdeh3 adına verilmiş xx.xx.2023-cü il tarixli, ********** (daşınmaz əmlakın reyestr nömrəsi **********83-05301-093300) qeydiyyat nömrəli çıxarış və İddiaçı adına verilmiş xx.xx.2023-cü il tarixli ********** (daşınmaz əmlakın reyestr nömrəsi **********83-05301-093300) qeydiyyat nömrəli çıxarış etibarsız hesab olunduğundan, Aynur Babayeva tərəfindən verilmiş Cavabdeh1 mənzildən çıxarılması barədə ilkin iddia tələbi təmin olunmamalıdır.
67. Məhkəmə həmçinin qeyd edir ki, ilkin iddia üzrə iddia təmin olunmadığından, qarşılıqlı iddia üzrə isə iddiaçı tələb etmədiyindən ödənilmiş dövlət rüsumu ilkin iddia üzrə iddiaçıya və qarşılıqlı iddia üzrə iddiaçıya aid edilməlidir.
68. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
V. Nəticə:
69. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 119, 216-220, 227, 233, 358, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İlkin iddia tələbi təmin edilməsin. Ödənilmiş dövlət rüsumu İddiaçı özünə aid edilsin. Qarşılıqlı iddia tələbi qismən təmin edilsin. İddiaçı tərəfindən verilmiş 22 iyun 2023-cü il tarixli Bakı şəhəri, Yeni Yasamal yaşayış massivi, Ə.Əhmədov küçəsi, ev 24/B giriş 16 5-ci mərtəbədə yerləşən, ümumi sahəsi 114,5 m2 olan paydan imtina edilməsi haqqında Bakı şəhəri 26 saylı notariat ofisində verilmiş ərizə, 3 saylı Bakı “Asan Xidmət” Mərkəzi notariat ofisi tərəfindən təsdiq edilmiş 23 iyun 2023-cü il tarixli 4Ə-1025 reyestr nömrəli daşınmaz əmlakın bağışlanması müqaviləsi, Cavabdeh3 adına verilmiş xx.xx.2023-cü il tarixli, ********** (daşınmaz əmlakın reyestr nömrəsi **********83-05301-093300) qeydiyyat nömrəli çıxarış və İddiaçı adına verilmiş xx.xx.2023-cü il tarixli ********** (daşınmaz əmlakın reyestr nömrəsi **********83-05301-093300) qeydiyyat nömrəli çıxarış etibarsız hesab edilsin. Qarşılıqlı iddia qalan hissədə təmin edilməsin. Qarşılıqlı iddia üzrə ödənilmiş dövlət rüsumu Cavabdeh1 özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər.
Hakim: Ülkər Xəlil