Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-5798/2022 21.12.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, Məhkəmə iclasının katibi Qasımova Aytən Elçin qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı mənzildən əşyaları ilə birlikdə çıxarılma tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı mənzildən əşyaları ilə birlikdə çıxarılma tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən Cavabdeh Bakı şəhəri, Yasamal və onun ailə üzvlərinin çıxarılması, həmçinin iddiaçıın mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evindən Cavabdeh və onun ailə üzvlərinə məxsus əşyaların boşaldılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında yerləşən 0.039 ha fərdi yaşayış evi onun mülkiyyətindədir. Cavabdeh 2012-ci ildə yaşadığı kirayə mənzildən çıxarılmasını əsas gətirərək iddiaçının mülkiyyətində olan fərdi yaşayış evində ailə üzvləri ilə birlikdə müvəqqəti olaraq yaşamaq üçün müraciət etmişdir. İddiaçı aralarındakı yaxın münasibətlərdən dolayı,eyni zamanda sözügedən fərdi yaşayış evinin baxımsız qalmaması üçün cavabdehin istifadəsinə vermişdir. Cavabdeh ilə aralarında olan razılaşma ondan ibarət olmuşdur ki, iddiaçı cavabdehdən sözügedən fərdi yaşayış evindən onun və ailə üzvlərinin istifadəsi üçün kirayə haqqı almayacağdır, cavabdeh isə həmin evdən istifadə etdiyi müddət ərzində evi baxımlı vəziyyətdə saxlayacaqdır. Cavabdeh öz ailə üzvləri ilə (anası, həyat yoldaşı və iki övladı) birlikdə artıq 10 ilə yaxındır ki, iddiaçının mülkiyyətində olan fərdi yaşayış evində istədikləri kimi yaşayırlar və iddiaçının öz evindən rahat istifadə etiməynə mane olurlar. Bu isə bir mülkiyyətçi kimi iddiaçının hüquqlarımı pozur, fərdi yaşayış evindən öz istədiyi kimi istifadə etmək və sərəncam vermək hüququnu məhdudlaşdırır. Uzun müddətdir ki,iddiaçı cavabdehə mülkiyyətində olan fərdi yaşayış evindən çıxması, həmçinin evin boşaldılması ilə bağlı dəfələrlə müraciət etməyinə baxmayaraq o, müxtəlif bəhanələr gətirərək onun mülkiyyətindən çıxmaqdan imtina edir. Bu səbəbdən iddiaçı yaranmış mübahisənin həlli ilə bağlı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinn məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək, izahatında bildirdi ki, iddiaçı ilə uzun illərin dostu olmuşdur. Ailəsi ilə birlikdə yaşadığı mənzil ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evi İddiaçı məxsusdur. 2012-ci ildən bəri həmin mənzilə görə heç bir haqq vermədən orada yaşamış, evi əsaslı təmir etdirmiş, yaşanılası bir vəziyyətə gətirmişdir. İddiaçı onun mənzilə xərcləmiş olduğu məbləği ona qaytardığı təqdirdə mənzildən çıxmağa razıdır. Əks halda iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş edir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, təqdim olunmuş sübutlara qiymət verərək hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən təmin olunmalıdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X1 Daşınmaz Əmlakın Dövlət Reyestrdən MA seriyalı ******* nömrəli çıxarışın surətindən müəyyən olunur ki, ünvan 3 ünvanında xüsusi mülkiyyət hüququ üzrə 1/8 hissə pay İddiaçı məxsusdur və daşınmaz əmlak dövlət reyestrində 146 nömrəli reyestr kitabının 13330 nömrəli vərəqində xx.xx.2010-cu il tarixində qeydiyyata alınmışdir. Məhkəmə iclasında iştirak edən şahid X4 ifadəsində bildirdi ki, cavabdeh İddiaçı məxsus ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evində yaşayır. Cavabdeh ailəsi ilə birlikdə 2012-ci ildən bəri həmin mənzildə yaşayır. O, iddiaçını ümumiyyətlə 2 dəfə həmin ünvanda görmüşdür. Məhkəmə iclasında iştirak edən şahid X2 şahid X4 ilə oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, İddiaçı Bakı şəhəri Yasamal rayonu Ələsgər Ələkbərov küçəsi 57 nömrəli fərdi yaşayış evinin 1/8 hissədə paylı mülkiyyətçisidir. O Cavabdeh həmin fərdi yaşayış evində müvəqqəti olaraq yaşamağı və fərdi yaşayış evindən istifadəsi üçün kirayə almayacagına dair razılığa gəlmişdir. Lakin iddiaçı cavabdehə mülkiyyətində olan fərdi yaşayış evindən çıxması, evin boşaldılması ilə bağlı dəfələrlə müraciət etməyinə baxmayaraq cavabdeh, müxtəlif bəhanələr gətirərək onun mülkiyyətindən çıxmaqdan imtina edir. Bu səbəbdən İddiaçı öz evindən rahat istifadə etməyinə mane olur, onun mülkiyyət hüquqlarını pozur, fərdi yaşayış evindən öz istədiyi kimi istifadə etmək və sərəncam vermək hüququnu məhdudlaşdırır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İİ bəndinin tələbinə görə, mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İşin mübahisəsiz halı odur ki, cavabdeh iddiaçının ailə üzvü deyildir. Mübahisə predmeti olan fərdi yaşayış evi iddiaçının mülkiyyətindədir. Hazırda iddiaçı mülkiyyətində olan evdən cavabdehin çıxarılmasını xahiş edir. Cavabdeh isə evə xərc və zəhmət çəkdiyini bildirərək iddianı qəbul etmir. Məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır. Çünki cavabdeh iddiaçının ailə üzvü deyildir və onun həmin evdə yaşaması üçün heç bir hüquqi əsas yoxdur. Belə ki, mübahisə predmeti olan fərdi yaşayış evi iddiaçının mülkiyyətindədir, cavabdeh isə iddiaçının ailə üzvü deyil və iddiaçı öz əmlakı barəsində sərbəst sərəncam vermək iqtidarındadır. Fərdi yaşayış evinə yerli baxış zamanı və cavabdehin də izahatı ilə müəyyən edilmişdir ki, iddiaçıya məxsus Bakı şəhəri Yasamal rayonu Ələsgər Ələkbərov küçəsi 57 nömrəli fərdi yaşayış evinin 1/8 hissəsi 2 mərtəbəli tikilidir. Birinci mərtəbədə 2 otaq, sanuzel və mətbəx, 2-ci mərtəbədə 1 otaq vardır. Cavabdeh iddiaçıya məxsus Bakı şəhəri Yasamal rayonu Ələsgər Ələkbərov küçəsi 57 nömrəli fərdi yaşayış evində yaşayır. Bunu izahatında da etiraf etmişdir. Şahid ifadələri ilə bu öz təsdiqini tapmışdır. «İnsan hüquqları haqqında Ümumi Bəyənnamə»nin 8-ci maddəsinə əsasən hər bir şəxs kostitusiyanın və ya qanunun ona verdiyi hüquqların pozulması zamanı səlahiyyətli milli məhkəmələr tərəfindən hüquqlarının bərpa olunması hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ hissəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Həmin maddənin 2-ci hissəsinə əsasən, mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Konstitusiyasının 33-cü maddəsində göstərilmişdir ki, hər kəsin mənzil toxunulmazlığı hüququ vardır. Konstitusiyanın 43-cü maddəsinin tələbinə görə isə heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Azərbaycan Respublikası Konstitusiyasında təsbit olunmuş hüquq və azadlıqların əsas təminat vasitələrindən biri məhkəmələr tərəfindən həyata keçirilən ədalət mühakiməsidir. Konstitusiyanın 60-cı maddəsinə müvafiq olaraq, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiyanın 125 və 127-ci maddələrinin məzmununa görə belə təminat şəxsin məhkəməyə müraciət hüququnun təmin edilməsi və onun işinə baxılması ilə məhdudlaşmır, həmçinin, məhkəmə baxışının qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna uyğun olaraq, o cümlədən, müvafiq məhkəmə icraatının qanunla müəyyən edilmiş hədləri çərçivəsində həyata keçirilməsini tələb edir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən “hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.” “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 30 mart 2006-cı il tarixli Qərarında göstərilir ki, Azərbaycan Respublikası “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının iştirakçısı və onu ratifikasiya etmiş dövlət kimi 2002-ci ilin aprel ayının 15-dən Konvensiya və onun Protokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvensiyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə bağlı məhkəmələr Konvensiya müddəalarını rəhbər tutmalı və bu zaman İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər. Avropa Məhkəməsinin “Marks Belçikaya qarşı” işində şərh verilərək göstərilmişdir ki, “əmlakdan maneəsiz istifadə hüququ mahiyyəti etibarı ilə mülkiyyət hüququna təminat verir.” Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan Hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 213.1-ci maddəsinə əsasən, iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Həmin Məcəllənin 213.2-ci maddəsinə əsasən, əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Həmin Məcəllənin 215.3-cü maddəsinə əsasən, paylı ümumi mülkiyyətin mülkiyyətçiləri ümumi mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə qaydası haqqında razılığa gələ bilərlər. Lakin onlar mülkiyyətçilərdən hər birinə mənsub olan aşağıdakı səlahiyyətləri ləğv edə və ya məhdudlaşdıra bilməzlər: 215.3.1. əşyanın dəyərini və işlənməyə yararlığını saxlamaq üçün ondan istifadə üzrə hərəkətlərin yerinə yetirilməsini tələb etmək, belə hərəkətlər yerinə yetirilmədikdə isə onların yerinə yetirilməsi barədə məhkəmənin qərar çıxarmasını tələb etmək səlahiyyəti; 215.3.2. əşyaya dəymək qorxusu olan və ya dəyə biləcək zərərin qarşısını almaq üçün dərhal görülməli olan tədbirləri bütün şərikli sahiblər hesabına müstəqil həyata keçirmək səlahiyyəti. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara məcmu halında qiymət verərək, hesab edir ki, iddia təmin edilməli, ünvan 3 ünvanında yerləşən İddiaçı məxsus fərdi yaşayış evindən Cavabdeh məxsus ailə üzvləri və onlara məxsus əşyaları ilə birlikdə çıxarılmalı, ünvan 3 ünvanında yerləşən İddiaçı məxsus fərdi yaşayış evi boşaldılmalıdır. Məhkəmə iş üzrə sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia təmin edilsin. ünvan 3 ünvanında yerləşən İddiaçı məxsus fərdi yaşayış evindən Cavabdeh məxsus ailə üzvləri və onlara məxsus əşyaları ilə birlikdə çıxarılsın. ünvan 3 ünvanında yerləşən İddiaçı məxsus fərdi yaşayış evi boşaldılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim Gülnar Babazadə
Məhkəmə qərarları › İş №e-2(004)-5798/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-5798/2022
21.12.2022 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver