Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-581/2025 07.01.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, X11 oğlunun katibliyi, İddiaçının nümayəndəsi və eyni zamanda vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “mənzilə istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “mənzilə istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, İsmayılbəy Qutqaşınlı küçəsi, ev 7 ünvanında yerləşən 41 saylı mənzilə Cavabdeh istifadə hüququna xitam verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı Cavabdeh ilə 1987-ci ildə nikaha girmiş, həmin nikah Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(004)- 5685/2023 №-li qətnaməsi ilə pozulmuşdur. Nikah dövründə bir neçə mənzil digər daşınmaz və daşınar əmlaklar əldə edilmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(004)-5411/2023 №-li qətnaməsi ilə tərəflər arasında bağlanmış barışıq sazişinə əsasəsən əmlaklar aşağıdakı qaydada tərəflər arasında bölünmüşdür: xx.xx.2023-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********57 05301-093042 reyestr nömrəli Cavabdeh adına olan ünvan 1 ünvanında yerləşən mənzilə olan pay hüququndan X1 Zemfira Səlvər qızının xeyrinə imtina edir. xx.xx.2020-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********09 05301-093011 reyestr nömrəli İddiaçı adına olan Bakı şəhəri, Yasamal rayonu, İsmayılbay Qutqaşınlı küçəsi, ev 5C, manzil 25 (yeni qaydalarla: ünvan 2 ünvanında yerləşən mənzilə olan pay hüququndan X6 İddiaçı Salvar qızının xeyrinə imtina edir. xx.xx.2009-cu il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********73 05301-093030 reyestr nömrəli İddiaçı adına olan ünvan 3 ünvanında yerləşən mənzilə olan pay hüququndan İddiaçı Cavabdeh xeyrinə imtina edir. xx.xx.2012-ci il tarixli, 126 nömrəli çoxmənzilli yaşayış binasının tikintisi haqqında fərdi müqaviləyə əsasən İddiaçı adına olan Bakı şəhəri, Yasamal rayonu, Həsən bəy ünvan 4 ünvanında yerləşən mənzilə olan pay hüququndan İddiaçı Cavabdeh xeyrinə imtina edir. xx.xx.1999-cu il tarixli, 550 saylı Bakı şəhəri, Yasamal rayonu İcra Hakimiyyəti Başçısının sərəncamına əsasən İddiaçı adına olan Bakı şəhəri, Yasamal rayonu, H.Sultanov (1.Qutqaşınlı) küçəsi, 500-cü məhəllədə quraşdırılmış qaraja olan pay hüququndan İddiaçı Cavabdeh xeyrinə imtina edir. **-LJ-*** dövlət nömrə nişanı olan, HYUNDAİ SONATA markalı, 2010-cu il buraxılış ili (qeydiyyat şəhadətnaməsi AB 594086) Cavabdeh adına olan nəqliyyat vasitəninin pay hüququndan Sairbayzadə Zemfira Salvǝr qızı X2 xeyrinə imtina edir. Cavabdeh əvvəllər iddiaçı ilə birgə ünvan 1 ünvanında yerləşən mənzildə yaşamış, 4 il əvvəl tərəflər arasında münasibətlər pozulduqdan sonra, cavabdeh şəxsi əşyalarına götürüb mənzildən çıxıb başqa ünvanda yerləşən, sonradan məhkəmə qətnaməsi əsasında onda qalan, Bakı şəhhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(004)-5411/2023 №-li qətnaməsinə əsasən mülkiyyətinə verilmiş Bakı şəhəri, Zahid Xəlilov 123 (Zərdabi 74) ünvanında yerləşən 37 saylı mənzilə köçmüşdür. Yuxarıda qeyd edildiyi kimi Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(004)-5411/2023 №-li qətnaməsinə əsasən cavabdehin qeydiyyatda olduğu Bakı şəhəri, Yasamal rayonu, İsmayılbəy Qutqaşınlı küçəsi, ev 7 ünvanında yerləşən 41 saylı mənzili iddiaçının mülkiyyətinə verilmişdir. Cavabdeh dörd il bu mənzildə yaşamadığına, daimi olaraq başqa ünvana köçdüyünə və həmin mənzilin hazırda tək mülkiyyətçisi iddiaçı olduğuna görə cavabdeh həmin mənzilə olan istifadə hüququnu itirmişdir. Cavabdehin Bakı şəhəri, Yasamal rayonu, İsmayılbəy Qutqaşınlı küçəsi, ev 7 ünvanında yerləşən 41 saylı mənzildə formal olaraq qeydiyyatda qalması həmin mənzilə olan mülkiyyət hüququnu məhdudlaşdırır, həmin mənzilə sərəncam verməyə ona imkan vermir. Bundan başqa cavabdehə görə mənzilin kommunal xərclərində artıq ödənişləri olur. Daha sonra iddiaçının nümayəndəsi və eyni zamanda vəkili Vəkil məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə xx.xx.2024-cü il tarixli ərizə təqdim edərək, idddiaçının mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, İsmayılbəy Qutqaşınlı küçəsi, ev 7 ünvanında yerləşən 41 saylı mənzilə Cavabdeh mənzilə istifadə hüququnu itirilmiş hesab edilməsi barədə qətnamə qəbul ediməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və eyni zamanda vəkili Vəkil iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddia tələbinin təmin olunmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - xx.xx.1989-cu il tarixli 030377 nömrəli xidməti orderdən müəyyən edilir ki, ünvan 7 ünvanında yerləşən 41 saylı mənzil İddiaçı daimi yaşamaq üçün verilmişdir. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin xx.xx.2023-cü il tarixli çıxarışına əsasən ünvan 8, mənzil 41 tam mülkiyyət hüququ üzrə Cavabdeh adına xx.xx.2023-cü il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydiyyatdan keçmişdir. - Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5411/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən ərizə təmin edilərək, “xx.xx.2023-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********57 05301-093042 reyestr nömrəli Cavabdeh adına olan ünvan 1 ünvanında yerləşən mənzilə olan pay hüququndan X1 Zemfira Səlvər qızının xeyrinə imtina edir. xx.xx.2020-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********09 05301-093011 reyestr nömrəli İddiaçı adına olan Bakı şəhəri, Yasamal rayonu, İsmayılbay Qutqaşınlı küçəsi, ev 5C, manzil 25 (yeni qaydalarla: ünvan 2 ünvanında yerləşən mənzilə olan pay hüququndan X6 İddiaçı Salvar qızının xeyrinə imtina edir. xx.xx.2009-cu il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********73 05301-093030 reyestr nömrəli İddiaçı adına olan ünvan 3 ünvanında yerləşən mənzilə olan pay hüququndan İddiaçı Cavabdeh xeyrinə imtina edir. xx.xx.2012-ci il tarixli, 126 nömrəli çoxmənzilli yaşayış binasının tikintisi haqqında fərdi müqaviləyə əsasən İddiaçı adına olan Bakı şəhəri, Yasamal rayonu, Həsən bəy ünvan 4 ünvanında yerləşən mənzilə olan pay hüququndan İddiaçı Cavabdeh xeyrinə imtina edir. xx.xx.1999-cu il tarixli, 550 saylı Bakı şəhəri, Yasamal rayonu İcra Hakimiyyəti Başçısının sərəncamına əsasən İddiaçı adına olan Bakı şəhəri, Yasamal rayonu, H.Sultanov (1.Qutqaşınlı) küçəsi, 500-cü məhəllədə quraşdırılmış qaraja olan pay hüququndan İddiaçı Cavabdeh xeyrinə imtina edir. **-LJ-*** dövlət nömrə nişanı olan, HYUNDAİ SONATA markalı, 2010-cu il buraxılış ili (qeydiyyat şəhadətnaməsi AB 594086) Cavabdeh adına olan nəqliyyat vasitəninin pay hüququndan Sairbayzadə Zemfira Salvǝr qızı X2 xeyrinə imtina edir” qət edilmişdir. - Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5685/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən iddia təmin edilərək, Cavabdeh ilə İddiaçı arasında Bakı şəhəri Səadət Sarayında xx.xx.1987-ci il tarixdə 1393 nömrəli akt qeydi ilə bağlanmış nikahın pozulması qət edilmişdir. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin xx.xx.2024-cü il tarixli çıxarışına əsasən ünvan 8, mənzil 41 tam mülkiyyət hüququ üzrə İddiaçı adına xx.xx.2024-cü il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydiyyatdan keçmişdir. - Bakı şəhəri Yasamal rayon Qeydiyyat Şöbəsinin AZ-İ № 475790 saylı, 17 yanvar 2024-cü il tarixli nikahın pozulması haqqında şəhadətnamənin surətinə əsasən Cavabdeh ilə İddiaçı arasında bağlanmış nikah Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən pozulmuş, nikaha xx.xx.2024-cü il tarixdə xitam verilmiş və bu barədə akt qeydləri kitabında 23 nömrəsi ilə qeyd edilmişdir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş halları odur ki, İddiaçı mübahisə predmeti olan mənzilin tam mülkiyyətçisidir. Cavabdeh Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 5411/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən xx.xx.2023-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********57 05301-093042 reyestr nömrəli adına olan ünvan 1 ünvanında yerləşən mənzilə olan pay hüququndan iddiaçı X3 xeyrinə imtina etmişdir. - Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5411/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə eyni zamanda müəyyən olunur ki, iddiaçı da cavabdehin xeyrinə digər daşınmaz əmlakda olan pay hüququndan imtina etmişdir. Cavabdeh iddiaçının keçmiş əridir. Tərəflərin arasında olan nikah 2023-cü ildə pozulmuş, iddiaçının izahatı ilə də müəyyən olunur ki, 4 ildən artıqdır ki, onlar arasında ər-arvad münasibətlərinə son qoyulmuş, cavabdeh evi tərk etmişdir. Cavabdehin Bakı şəhəri, Yasamal rayonu, İsmayılbəy Qutqaşınlı küçəsi, ev 7 ünvanında yerləşən 41 saylı mənzildə formal olaraq qeydiyyatda qalması iddiaçının həmin mənzilə olan mülkiyyət hüququnu məhdudlaşdırır, həmin mənzilə sərəncam verməyə ona imkan vermir. İnsan Hüquqlarının və X9 Haqqında Konvensiyaya dair 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Mülkiyyət hüququ hamılıqla qəbul edilmiş ali insani dəyərləri özündə əks etdirən demokratik cəmiyyətin, hüquqi dövlətin təməl daşlarından biri hesab edilir. Bütün bunları nəzərə alan məhkəmə iddianın təmin olunmasına maneçilik görmür. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157-ci maddəsinə əsasən, mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Konstitusiya Məhkəməsinin Plenumunu xx.xx.2001-ci il tarixli qərarında qeyd etmişdir ki, 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş Mənzil Məcəlləsinin 123-cü maddəsinə müvafiq olaraq, yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ;ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddi-büluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. xx.xx.2009-cu il tarixədək qüvvədə olan AR Mənzil Məcəlləsinin 60-cı maddəsinə əsasən icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi 6 ay saxlanır. Şəxsin müəyyən edildiyindən artıq müddətə başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnu itirmiş hesab edilməsi, kirayədarın və ya həmin sahədə yaşamağa qalmış digər daimi istifadəçilərin iddiası məhkəmə qaydasında həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinə əsasən, 228.1. Yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. 228.2. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. 228.3. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququ alğı-satqının, girovun və icarənin müstəqil predmeti ola bilməz. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququ olan şəxs, mülkiyyətçi də daxil olmaqla istənilən şəxsdən həmin yaşayış binasına olan hüququnun pozulmasını aradan qaldırmağı tələb edə bilər. 228.4. Yaşayış evinə və ya mənzilə mülkiyyət hüququnun keçməsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi üçün əsas deyildir, amma yaşayış otağından istifadə hüququ olan şəxsin mülkiyyət hüququndan imtina barəsində həmin hüquq keçənədək notariat qaydasında təsdiqlənmiş öhdəlik verdiyi hal istisna təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra: MM) 228.5-ci maddəsinə əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra: MM) 228.5-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair” xx.xx.2016-cı il tarixli qərarında göstərilən hüquqi mövqeyə əsasən, Mülki Məcəllənin 262.2-ci maddəsinə əsasən, yüklü olan mülkiyyətçinin tələbi ilə servituta onun qoyulduğu əsaslar aradan qalxdığına görə xitam verilə bilər. Bu maddənin müddəaları baxımından Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun sahibinin yaşayış sahəsinə ehtiyacı aradan qalxdığı təqdirdə (məsələn, keçmiş ailə üzvünün digər daimi yaşayış sahəsinə könüllü surətdə köçməsi; ev və ya digər yaşayış sahəsi üzərində mülkiyyət hüququ əldə etməsi; nikaha daxil olaraq ər-arvadın evinə köçməsi və s.) həmin hüquqa xitam verilməsi kompensasiya ödəmədən mümkündür. Burada nəzərə almaq lazımdır ki, Mülki Məcəllənin 262.2-ci maddəsinin mənasına görə, Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququnun həyata keçirilməməsi öz-özlüyündə (müstəqil olaraq) həmin hüququn xitamı üçün əsas deyil. Lakin uzun müddət ərzində və davamlı olaraq bu hüquqdan könüllü istifadə edilməməsi servitutun qoyulduğu əsasların aradan qalxdığı faktının müəyyən olunması üçün xüsusi əhəmiyyət daşıyır. Belə ki, Mülki Məcəllənin 262.2-ci maddəsinə əsasən yüklü olan mülkiyyətçinin tələbi ilə servituta onun qoyulduğu əsaslar aradan qalxdığına görə xitam verilə bilər. Qanunverici, ailə üzvünün mənzildən istifadə hüququnu mənzil şəraitində yaşama ehtiyacının məhz mülkiyyətçinin evindən istifadə etməklə qarşılamaq məcburiyyətində olmasına görə müəyyənləşdirmişdir. Yəni, mənzildən istifadə hüququ olsa belə sonradan hüququn meydana gəlməsinə səbəb olan hallar aradan qalxdıqda həmin hüququn özü də itirilir. Bu baxımdan, istifadə hüququnun sahibi, özünün mənzil tələbatını başqa yerdə ödəmək imkanı qazanmışsa, yaxud köçmək üçün ayrıca mənzili varsa onun mənzildən istifadə hüququ aradan qalxır. Məhkəmə qeyd edir ki, mənzilə qeydiyyat özlüyündə istifadə hüququnun yaranmasına səbəb olmur. Belə ki, mənzilə qeydiyyat formal xarakter də daşıya bilər. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Qanunun 9-cu maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Beləliklə məhkəmə qeyd edir ki, iddia təmin edilməli, Cavabdeh ünvan 8 ünvanında yerləşən 41 saylı mənzilə istifadə hüquqları itirilmiş hesab edilməlidir. Azərbaycan Respublikası MPM-in 14-cü maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Yuxarıda göstərilənlərinə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh ünvan 8 ünvanında yerləşən 41 saylı mənzilə istifadə hüquqları itirilmiş hesab edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Gülnar Babazadə
Məhkəmə qərarları › İş №e-2(004)-581/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-581/2025
07.01.2025 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver