Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-5833/2025 22.01.2026 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Sultanova-Məmmədova Ayşən Ramiz qızının sədrliyi, Səfərova Nəzrin Şahlar qızının katibliyi ilə, İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1, İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı "2629-4694 Quebec İNC" şirkətinin Azərbaycan Respublikasındakı "X1" adlı Nümayəndəliyinin nümayəndələri Nümayəndə4 və Nümayəndə3, İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı "xxxx" MMC-in nümayəndəsi Nümayəndə2 iştirakları ilə, İlkin iddia üzrə İddiaçı ilkin iddia üzrə cavabdehlər "xxxx" MMC və "2629-4694 Quebec İNC" şirkətinin Azərbaycan Respublikasındakı "X1" adlı Nümayəndəliyinə qarşı "alqı-satqı müqaviləsinin bəzi bəndlərinin etibarsız hesab olunması, maneələrin aradan qaldırılması və s." tələbinə dair ilkin, qarşılıqlı iddia üzrə iddiaçı "xxxx" MMC-in qarşılıqlı iddia üzrə cavabdehlər "2629-4694 Quebec İNC" şirkətinin Azərbaycan Respublikasındakı "X1" adlı Nümayəndəliyinə və cavabdeh İddiaçı qarşı “xidmətlərin göstərilməsinə dair müqavilənin bağlanması” tələbinə dair qarşılıqlı, qarşılıqlı iddia üzrə iddiaçı "2629-4694 Quebec İNC" şirkətinin Azərbaycan Respublikasındakı "X1" adlı Nümayəndəliyinin qarşılıqlı iddia üzrə cavabdehlər "xxxx" MMC və İddiaçı qarşı “xidmətlərin göstərilməsinə dair müqavilənin bağlanması” tələbinə dair qarşılıqlı iddia ərizələri üzrə mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəmə binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı cavabdehlər "xxxx" MMC və "2629-4694 Quebec İNC" şirkətinin Azərbaycan Respublikasındakı "X1" adlı Nümayəndəliyinə qarşı "maneələrin aradan qaldırılması və s." tələbinə tələbinə dair iddia ərizəsilə məhkəməyə müraciət edərək, İddiaçı məxsus Bakı şəhəri, Yasamal Rayonu, X17 ünvanında yerləşən “Royal Park” yaşayış massivində 258 kvm ərazidə yerləşən, sahəsi 170 mkv olan L-51 D saylı fərdi yaşayış sahəsinə gələn elektrik enerjisinin, su və qazın cavabdehlər tərəfindən bərpa edilməsi, onların dayandırılmasının və həmin xəttlərə kənar müdaxilələrin cavabdehlərə qadağan edilməsi, Qaz, su və elektrik enerjisindən istifadə edilməsinə, xətlərin çəkilməsinə, abonent kodunun alınmasına və sayğac qoyulmasına maneələrin aradan qaldırılması, iddia ərizəsinə görə ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehlərdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ilə cavabdeh arasında bağlanılmış 10 mart 2022-ci il tarixli NN-RPT-2003-76/3 saylı müqaviləyə əsasən Bakı şəhəri, Yasamal Rayonu, X17 ünvanında yerləşən “Royal Park” yaşayış massivində 258 kvm ərazidə yerləşən, sahəsi 170 mkv olan L-51 D saylı fərdi yaşayış sahəsinin alğı-satqısını həyata keçirmişdir. Müqavilə üzrə də bütün pulu ödəmiş, bununla bağlı cavabdehdən maliyyə arayışı da almışdır. Qeyd olunan müqavilə üzrə iddiaçı həmin yaşayış sahəsinin mülkiyyətçisidir. Həmin yaşayış sahəsində sahiblik, ondan istifadə və ona dair sərəncam hüquqları var. Bildiririk ki, cavabdehlər öz aralarında xidmət müqaviləsi bağlamışdır. “Royal Park” yaşayış massivində olan kommunal və digər xidmətlər Cavabdeh1 MMC tərəfindən digər cavabdehə həvalə edilmişdir. “2629-4694 Quebec İnc." Şirkətinin Azərbaycan Respublikasındakı "X1" Adlı Nümayəndəliyi də göstərdiyi xidmətlərin qarşılığında cavabdehdən 450 manat pul tələb edir. Həmin pulun qarşılığında mühafizə, məişət tullantılarının daşınması və s. kimi xidmətlərin göstərilir. Qeyd edirlər ki, mübahisə də bu səbəblərdən yaranmışdır. İddiaçı bu ödənişi ağlabatan hesab etməmiş və xidmət müqaviləsi bağlamamışdır. Bunun qarşılığında da cavabdehlər tərəfindən iddiaçının yaşayış evinə müdaxilə edilmiş və elektrik enerjisinin verilməsi dayandırılmışdır. Bundan başqa cavabdeh tərəf 01 oktyabr 2025-ci il tarixdə bizə məktub ünvanlayaraq, xidmətlərdən istifadə edə bilməyəcəkləri qeyd edilmiş, həmçinin qaz, su və elektrik xətlərində yarana biləcək problemləri öz hesablarına təmir etmələrini bildirmişdir. Məhkəmənin diqqətinə çatdırır ki, cavabdehlər özləri qaz, su və elektrik xətlərinə müdaxilə etmək imkanına malikdirlər. Həmin imkanın məhdudlaşdırılması zərurəti yaranmışdır. Belə ki, onlar bu imkanlardan hədə kimi istifadə edirlər. Halbuki qaz, su və elektrik xidmətləri ilə bağlı Nazirlər Kabinetinin qərarları və digər normativ hüquqi aktlar var. Hər bir vətəndaşın hüququdur ki, qaz, su və elektrik xidmətlərindən ayrı-ayrılıqda istifadə etsin. Heç bir hüquqi və fiziki şəxsdə buna müdaxilə edə bilməz. Eləcədə iddiaçı heç bir müqavilə bağlamağa məcbur edilə bilməz. Müqavilə azadlığı mülki məcəllənin ən vacib prinsipidir. Cavabdehlər qaz, su və elektrik istehsal edən, paylayan və satan qurum deyillər. Bu xətlərə müdaxilə etmək, onları çəkmək, ləğv etmək və s kimi işlər görmək səlahiyyətinə malik deyillər. Müvafiq olaraq ölkə ərazisində “Azərışıq”, “Azəriqaz” və "xxxx" adlı dövlət qurumları var ki, hər bir vətəndaşın hüququdur ki, həmin qurumlarla müstəqil müqavilə bağlasın və müstəqil olaraq qaz, elektrik və su əldə etsin. Heç bir tikinti və ya başqa xidmət göstərən fiziki və hüquqi şəxslər buna müdaxilə edə bilməz. Kommunal xətlərlə bağlı yaranan digər problemlər də bu xidmətləri göstərən qurumlarla vətəndaş arasındadır. Bütün bunlar onu deməyə əsas verir ki, cavabdehlərin iddiaçının kommunal xidmətlərinə müdaxilə edə bilməzlər. Cavabdeh "xxxx" MMC "2629-4694 Quebec İNC" şirkətinin Azərbaycan Respublikasındakı "X1" adlı Nümayəndəliyinə və cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı L-51 D saylı fərdi yaşayış sahəsinə gələn elektrik enerjisinin, su və qazın cavabdehlər tərəfindən bərpa edilməsi, onların dayandırılmasının və həmin xəttlərə kənar müdaxilələrin cavabdehlərə qadağan edilməsi, Qaz, su və elektrik enerjisindən istifadə edilməsinə, xətlərin çəkilməsinə, abonent kodunun alınmasına və sayğac qoyulmasına maneələrin aradan qaldırılması, iddia ərizəsinə görə ödənilmiş dövlət rüsumu 100 manat cavabdehlərdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarması barədə tələbinin rədd edilməsini, "xxxx" MMC ilə İddiaçı arasında bağlanmış NN-RPT-2003-76/3 saylı alqı-satqı müqaviləsinin 1.8. və 2.1.7-ci bəndlərinə və "xxxx" MMC və Nümayəndəlik arasında 01 oktyabr 2023-cü il tarixli “Əməkdaşlıq Sazişinin" şərtlərinə uyğun olaraq "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı "X2" adlı Nümayəndəliyi ilə İddiaçı arasında aylıq xidmət haqqı 450 manat olmaqla "Royal Park" yaşayış massivi ərazisində xidmətlərin göstərilməsinə dair müqavilə imzalanması barədə və qarşılıqdı iddia ərizəsinin verilməsinə görə ödənilmiş 100 manat dövlət rüsumunun iddiaçıdan tutularaq cavabdehə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, ərizəçi İddiaçı və cavabdeh "xxxx" MMC arasında bağlanmış 10 mart 2022-ci il tarixli NN-RPT-2003-76/3 saylı müqaviləyə əsasən Bakı şəhəri, Yasamal Rayonu, X17 ünvanında 258 kvm ərazidə yerləşən, sahəsi 170 kvm olan L-51 D saylı fərdi yaşayış sahəsinin alqı-satqısı həyata keçirilmişdir. Həmin alqı-satqı müqaviləsi şərtlərinə uyğun olaraq yaşayış sahəsi "xxxx" MMC tərəfindən əsaslı tikilmiş formada, lazimi qaydada və müqavilə şərtlərinə uyğun olaraq tikilərək təhvil verilmişdir və bu barədə İddiaçının indiyədək heç bir etirazı olmamışdır. Hal hazırda iddiaçı Bakı şəhəri, Yasamal rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək L-51 D saylı fərdi yaşayış sahəsinə gələn elektrik enerjisinin, su və qazın cavabdehlər tərəfindən bərpa edilməsi, onların dayandırılmasının və həmin xətlərə kənar müdaxilələrin cavabdehlərə qadağan edilməsi, Qaz, su və elektrik enerjisindən istifadə edilməsinə, xətlərin çəkilməsinə, abonent kodunun alınmasına və sayğac qoyulmasına maneələrin aradan qaldırılması barədə qətnamə qəbul etməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsində cavabdehlər qismində "xxxx" MMC-ni və "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı "X3™ adlı Nümayəndəliyini (bundan sonra "Nümayəndəlik" adlanacaq) qeyd etmişdir. "xxxx" MMC iddia ərizəsi göstərilənlərlə razılaşmır, belə ki, iddiaçı öz ərizəsində göstərir ki, cavabdehlər öz aralarında xidmət müqaviləsi imzalamışdır. "Royal Park" yaşayış massivində olan kommunal və digər xidmətlər "xxxx" MMC tərəfindən digər cavabdeha həvalə edilmişdir. "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı "X1" adlı Nümayəndəliyi də göstərdiyi xidmətlərin qarşılığında cavabdehdən 450 manat pul tələb edir. Həmin pulun qarşılığında mühafizə, məişət tulantılarının daşınması və s. kimi xidmətlərin göstərilir. İlk növbədə onu qeyd etmək lazımdır ki, "xxxx" MMC tərəfindən "Royal Park" yaşayış massivində (bundan sonra "yaşayış massivi") olan kommunal və digər xidmətlərin digər cavabdeha həvalə edilməsi qanunvericiliyin tələblərinə uyğun olaraq həyata keçirilmişdir. Belə ki "xxxx" MMC və "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı "X1" adlı Nümayəndəliyi arasında xidmət müqaviləsi deyil, 01 oktyabr 2023-ci il tarixli "Əməkdaşlıq Sazişi" bağlanmışdır. Həmin sazişin 1.1-ci bəndində göstərilir ki, "1.1. "Nümayəndəlik" "Şirkət"ə məxsus olan Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən tikintisi həyata keçirilmiş və satılmış fərdi yaşayış sahələri (villa" və "townhouse" üçün kommunal və servis xidmətlərinin (bundan sonra "Xidmətlər" adlanacaq) göstərilməsinə dair əməkdaşlığın təmin edilməsi barəsində razılaşırlar. Sazişin 1.1-ci bəndinə əsasən tərəflər razılaşmışdır ki, "Yaşayış massivi" ərazisində "xxxx" MMC tərəfindən inşaa ediləcək evlərin kommunal və servis xidmətləri "Nümayəndəlik" tərəfindən göstərilsin. On vacib məqam ondan ibarətdir ki, kommunal va servis xidmətlərinin "Nümayəndəliy"ə həvalə edilməsi təsadüfi xarakter daşımır. Belə ki, yaşayış massivinin ərazisi Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1996-cı il tarixli, 675 nömrəli Sərəncamı ilə Nümayəndəliyin sərəncamına verilmişdir və Nümayəndəlik tərəfindən yaşayış massivi ərazində fərdi yaşayış evləri inşa edilərək özgənikliləşdirilmişdir. Daha sonra Bakı şəhər İcra Hakimiyyəti Başçısının 162 saylı, xx.xx.2020-ci il tarixli sərəncamına əsasən Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1996-cı il tarixli, 675 nömrəli, eləcə də Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2010-cu il tarixli, 332 nömrəli və xx.xx.2011-ci il tarixli Sərəncamları ilə ayrılmış torpaq sahələri (ümumilikdə 64.75 ha) Cavabdeh1 icarə əsasında istifadəsinə verilmişdir. "xxxx" MMC də öz növbəsində həmin ərazidə "Villa" və "Townhouse" tipli evlər inşa etmişdir. Yaşayış massivinin ərazisində mövcud olan yarımstansiya va transformator məntəqələri, elektrik ötürücü qurğular, ehtiyyat generatorları, su hovuzları və su təmizləyici qurğuları, su nasosları və motorları, mühafizə sistemində istifadə olunan kamera va avadanlıqları, o cümlədən digər bütün növ cihaz və avadanlıqlar Nümayəndəliyə məxsusdur, "xxxx" MMC-nin inşa etdiyi evlər üçün həmin qurğulardan və imkanlardan istifadə edilməsi üçün 01 oktyabr 2023-cü il tarixdə Nümayəndəlik və "xxxx" MMC arasında "Əməkdaşlıq sazişi" imzalanmışdır. Bu sazişə əsasən yaşayış massivinin ərazisində bütün servis xidmətləri Nümayəndəlik tərəfindən həyata keçirilir. xx.xx.2020-ci il tarixədək yaşayış massivinin bütün su və elektrik xətlərinin infrastrukturu Nümayəndəlik tərəfindən təşkil edildiyi üçün su və elektrik xətlərinə "Texniki Şərtlər" Nümayəndəliyin adına əldə edilmişdir. xx.xx.2020-ci il tarixədək, eləcə də 01 oktyabr 2023-ci il tarixli sazişin imzalanması ilə indiyədək yaşayış massivinin ərazisində olan bütün su və elektrik xətlərinin çəkilməsi, təmiri, borbası Nümayəndəlik tərəfindən öz vəsaiti hesabına həyata keçirilir. Yaşayış massivinin qaz xətlərinin çəkilməsi təhlükəlilik səviyyəsinə və xüsusiyyətlərinə uyğun olaraq müvafiq lisenziyalaşdırılmış qurumlar tərəfindən aparılaraq, qazın verilməsi bir başa olaraq müvafiq dövlət orqanı tərəfindən həyata keçirilir. Qarşı tərəfin öz iddia ərizəsində təhrif edilmiş şəkildə vermiş olduğu məlumat ondan ibartadir ki, Nümayəndəlik tərəfindən təqdim edilən xidmələrin siyahısı düzgün qeyd edilməmişdir. Belə ki, 01 oktyabr 2023-ci il tarixli "Əməkdaşlıq Sazişi"nin 1.2ci bəndində xidmətlərin siyahısı dəqiq göstərilmişdir və aşağıdakı kimi əks olunmuşdur. 1.2. "Nümayəndəlik tərəfindən göstəriləcək xidmətlərin siyahısı aşağıdakılardan ibarətdir: 1 Bağbanlar tərəfindən yaşayış kompleksinin ərazisində ağacların, güllərin və qazonun əkilməsi, suvarılması və aqrotexniki tədbirlərin həyata keçirilməsi. 2 Həmin ünvanda təhkim olunmuş bağban tərəfindən təmizlik işlərinin aparılması (küçənin, sakinin, yolun süpürülməsi, qazonun kəsilməsi). 3 Kommunal xidmətlərin (elektrik enerjisi, qaz, su (tullantı suyu)) sərfiyyatının sayğacın göstəricilərinə əsasən hesablanması (aylıq) və yazılı şəkildə təqdim olunması. 4 Kompleksin ərazisində olan yolların, küçələrin, səkilərin, yol nişanlarının təmizlənməsi və yararlı vəziyyətdə saxlanması xidməti. 5 Yaşıllıq, idman, istirahət zonalarına, avtomobil dayanacaqlarına va kompleksdaxili yollarda texniki xidmətin (yolların təmiri, yol xətlərinin çəkilməsi, yol nişanlarının yenilənməsi) hayata keçirilməsi. 6 Kompleksin ərazisində məişət tullantılarının yığılması, qablaşdırılması və daşınması xidməti: Qarışıq məişət tullantılarının həftənin tək günləri, karton va plastik məişət tullantılarının isə həftənin cüt günləri xüsusi ayrılmış nəqliyyat vasitələri ilə daşınması. 7 Kompleksin ərazisində gündəlik 24 saat ərzində mühafizənin təmin edilməsi xidməti. 8 Kompleksdaxili mühəndis kommunikasiya (elektrik, qaz, su, kanalizasiya) xətlərinə növbəli şəkildə ixtisaslaşmış ustalar tərəfindən xidmət göstərilməsi. 9 Kompleksdaxili işıqlandırma şəbəkəsinə xidmət, əlavə olaraq quraşdırılmış generatorlar vasitəsi ilə fasiləsiz işıqlandırmanın təmin edilməsi, Kompleks daxili küçələrdəki işıq dayaqlarıma qulluq edilməsi, lampaların dəyişdirilməsi və kabellərin yenilənməsi. Həmin xidmətlərin dəyəri Nümayəndəlik tərəfindən müəyyən olunur və Sazişin 1.3-cü bəndində qeyd edilir ki, 1.3. Belə ki, "Nümayəndəlik" bu cür xidmətlərin göstərilməsində öz firma adından çıxış edərək fərdi yaşayış sahəsinin alıcıları ilə müvafiq xidmət müqaviləsini şəxsən bağlayır. Bunun nəticəsində əldə edilmiş gəlirlər "Nümayəndəliyin mülkiyyətinə keçir. O cümlədən, xidmətlərin göstərilməsi nəticəsində yaranacaq bütün xərclər "Nümayəndəlik tərəfindən qarşılanır. Nəzərə almaq lazımdır ki, ölkə razisində yaşayış massivi kimi qurulmuş bir neçə sahələr mövcuddur. Həmin yaşayış massivlərində də bu cür xidmət müqavilələrinin imzalanması praktikası mövcuddur. Nümayəndəliyin təqdim etdiyi qiymətlər yalnız həmin yaşayış massivlərində mövcud olan qiymətlərlə müqayisə oluna bilər. Müqayisələr onu göstərir ki, digor yaşayış massivilərindəki xidmət müqavilələrinin qiymətləri daha bahadır. "xxxx" MMC ilə İddiaçı arasında bağlanmış NN-RPT-2003-76/3 saylı müqavilədə də Xidmət müqaviləsini bağlanmasına dair 1.8. və 2.1.7-ci bəndlər əlavə edilmişdir. 1.8. Yaşayış sahəsi yerləşən ərazidə (yaşayış kompleksində) "Satıcı" tərəfindən göstərilən xidmətlərə dair "Satıcı" ilə "Alies" arasında servis müqaviləsi (bundan sonra "Xidmət müqaviləsi" adlanacaq) bağlanır. "Xidmət müqaviləsi" hazırki müqavilənin ayrılmaz tərkib hissəsini təşkil edərək, bu müqavilənin 2 saylı Əlavəsini əhatə edir və "Tərəflər" üçün "Xidmət müqaviləsi"nin müddəaları qətidir. Xidmət müqaviləsi hazırki müqavilənin predmetini təşkil edən yaşayış sahəsinin "Alber"ya təhvil verildiyi andan tərəflər arasında imzalanır və qüvvəyə minir. 2.1.7. Hazırki müqavilənin 1.8-ci bəndinə əsasən "Xidmət müqaviləsi" bağlamaq. "xxxx" MMC yaşayış massivi ərazisində inşaa etdiyi evlərə dair həmin evlərin alqı-satqı müqaviləsində öz əksini tapan, evlərə xidmət göstərilməsinə dair müqavilələrin bağlanması və xidmətərin göstərilməsi öhdəliklərini 01 oktyabr 2023-ci il tarixli Əməkdaşlıq sazişinə əsasən Nümayəndəliyə ötürmüşdür. Bu isə Mülki Məcəllənin 431-ci maddəsinə əsaslanır. "xxxx" MMC bu öhdəliyin Nümayəndəlik tərəfindən icra edilməsinə razılığını Əməkdaşlıq Sazişini bağlamaqla ifadə etmişdir. NN-RPT-2003-76/3 saylı müqaviləni imzalanması zamanı "Xidmət müqaviləsinin imzalanması zərurəti iddiaçıya məlum idi və iddiaçı müqaviləni imzalayarkən bu halları qəbul etmişdir. Xidmət müqaviləsinin dəyərinin müəyyən edilməsi isə Nümayəndəliyin səlahiyyətindədir. Bu məsələ ilə bağlı Nümayəndəliyin mövqeyi ondan ibarətdir ki, həmin qiymətlər daşınmaz əmlak sahəsində mövcud olan digər Yaşayış massivlərinin qiymətlərinə uyğun olaraq, işgüzar adətlər əsasında müəyyən edilmişdir. Burada xüsusilə o qeyd edilməlidir ki, "Yaşayış massivini" qapalı, təhlükəsiz və adi yaşayış sahələrindən fərqləndirən digər xüsusiyyətlərin olması üçün mütləq qaydada həmin yaşayış massivində kommunal və servis xidmətləri göstərilməlidir, bu isə kifayət qədər maliyyə və işçi qüvvəsi tələb edir. Sözü gedən xidmətlərin dəyərinin ödənilməsindən imtina edilməsi "Yaşayış massivinin" yaradılması məqsədlərinə uyğun gəlmir və iddiaçı tərəfindən bu xidmətərdən imtina olunması digər mülkiyyətçiləri hüquqlarının və maraqlarının pozulmasına gətirib çıxarır. "Yaşayış massivi"ndə yerləşən digər evlərin mülkiyyətçiləri həmin xidmətlər üçün ödənişləri vaxtında ödəməklə ərazidə istədikləri rahatlığı əldə edir. Hazırda iddiaçının qeyd etdiyi qaydaların tətbiq edilməsi ilə xidmət haqlarının azaldılması və ya kommunal xidmətlərdən müqavilə bağlanmadan istifadə edilməsi və ya əraziyə ayrıca elektrik və su xətlərinin çəkilməsi İddiaçının "yaşayış massivinin" imkanlarından digər mülkiyyətçilərin hesabına istifadə etməsinə gətirib çıxaracaqdır. Bu da qonşuluq hüquqlarının pozulmasına gətirib çıxarır. Həmçinin onu da nəzərə almaq lazımdır ki, 64 hektar ərazisi olan yaşayış massivinin işıqlanıdırıması, ərazinin yaşıllaşdırılması (ağacların və güllərin əkilməsi), yolların təmir edilməsi, qarlı havalarda yolların təmizlənməsi və s. bütün tədbirlər mülkiyyətçilərdən əlavə heç bir ödəniş tələb olunmadan "Nümayəndəlik" tərəfindən həyata keçirilir. "2629-4694 Quebec İNC" şirkətinin Azərbaycan Respublikasındakı "X1" adlı Nümayəndəliyi "xxxx" MMC və İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı məxsus Bakı şəhəri, Yasamal rayonu, X17 ünvanında yerləşən "Royal Park" yaşayış massivində 258 kvm ərazidə yerləşən, sahəsi 170 kvm olan L-51 D saylı fərdi yaşayış sahəsiniə gələn elektrik enerjisinin, su və qazın cavabdehlər tərəfindən bərpa edilməsi, onların dayandırılmasının və həmin xətlərə kənar müdaxilələrin cavabdehlərə qadağan edilməsi, Qaz, su və elektrik enerjisindən istifadə edilməsinə, xətlərin çəkilməsinə, abonent kodunun alınmasına və sayğac qoyulmasına maneələrin aradan qaldırılmasına, iddia ərizəsinə görə ödənilmiş dövlət rüsumu 100 manat cavabdehlərdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılması dair iddia tələbinin rədd edilməsini, "xxxx" MMC ilə İddiaçı arasında bağlanmış NN-RPT-2003-76/3 saylı alqı-satqı müqaviləsinin 1.8. və 2.1.7-ci bəndlərinə və "xxxx" MMC VƏ Nümayəndəlik arasında 01 oktyabr 2023-cü il tarixli “Əməkdaşlıq Sazişinin" şərtlərinə uyğun olaraq "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı "X1" adlı Nümayəndəliyi ilə İddiaçı arasında aylıq xidmət haqqı 450 manat olmaqla "Royal Park" yaşayış massivi ərazisində xidmətlərin göstərilməsinə dair müqavilə imzalanması barədə və qarşılıqdı iddia ərizəsinin verilməsinə görə ödənilmiş 100 manat dövlət rüsumunun iddiaçıdan tutularaq cavabdehə ödənilməsi barəsəsində qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, 7-ci Alatava, Bünyadzadə və Haqverdiyev küçələrinin kəsişməsində yerləşən torpaq sahəsi Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1996-cı il tarixli, 675 nömrəli Sərəncamı ilə "xxxx" şirkətinin Azərbaycan Respublikasındakı "X1" adlı nümayəndəliyinin (bundan sonra "Nümayəndəlik" adlanır) sərəncamına verilmişdir və Nümayəndəlik tərəfindən yaşayış massivi ərazində fərdi yaşayış evləri inşa edilmişdir. Bununla yanaşı, Nümayəndəlik tərəfindən sözügedən yaşayış massivi salınması üçün vacib hesab edilən bütün növ tədbirlər həyata keçirərək təməl ehtiyaclar hesab edilən su və elektrik xətlərini öz hesabına çəkmiş və bunun qarşılığında sözügedən xətlərə görə "Texniki şərtlər" də elə məhz Nümayəndəliyin adına əldə edilmişdir. Daha sonra Bakı şəhər İcra Hakimiyyəti Başçısının 162 saylı, xx.xx.2020-ci il tarixli sərəncamına əsasən, Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1996-cı il tarixli, 675 nömrəli, eləcə də Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2010-cu il tarixli, 332 nömrəli və xx.xx.2011-ci il tarixli Sərəncamları ilə ayrılmış torpaq sahələri (ümumilikdə 64.75 ha) Cavabdeh1 icarə əsasında istifadəsinə verilmişdir. Cavabdeh1 də öz növbəsində həmin ərazidə "Villa" tipli və "Townhouse" tipli evlər inşa etmişdir. Belə ki, yaşayış massivinin ərazisində mövcud olan yarımstansiya və transformator məntəqələrini, elektrik ötürücü qurğular, ehtiyat generatorları, su hovuzları və su təmizləyici qurğuları, su nasosları və motorları, mühafizə xidməti, mühafizə sistemində istifadə olunan kamera və avadanlıqları, həmçinin digər bütün növ cihaz və avadanlıqlar, o cümlədən yaşayış kompleksinin ərazisində ağacların, güllərin və qazonun əkilməsi, suvarılması və aqrotexniki tədbirlərin həyata keçirilməsi, kompleksin ərazisində olan yolların, küçələrin, səkilərin təmizlənməsi və təmiri və yararlı vəziyyətdə saxlanması, yol xətlərinin çəkilməsi, yol nişanlarının. yenilənməsi, məişət tullantılarının yığılması, qablaşdırılması və daşınması, gündəlik 24 saat ərzində mühafizənin və ictimai asayişin təmin edilməsi, kompleks daxili mühəndis kommunikasiya (elektrik, qaz, su, kanalizasiya) xətlərinə növbəli şəkildə ixtisaslaşmış ustalar və ya servis əməkdaşları tərəfindən yararlı vəziyyətdə saxlanılması, kompleksdaxili işıqlandırma şəbəkəsinə xidmət, əlavə olaraq quraşdırılmış generatorlar vasitəsi ilə fasiləsiz işıqlandırmanın təmin edilməsi, kompleksdaxili küçələrdəki işıq dayaqlarına qulluq edilməsi, lampaların dəyişdirilməsi və kabellərin yenilənməsi, kommunal və digər xidmətlərin göstərilməsi (bundan sonra "servis xidmətləri" adlandırılacaq) Nümayəndəliyə məxsus olduğu üçün "xxxx" MMC-nin inşa etdiyi fərdi yaşayış sakinlərinin mülkiyyətçiləri də sözügedən hüquqlardan və imkanlardan istifadə edilməsi məqsədilə 01 oktyabr 2023cü il tarixdə Nümayəndəlik va "xxxx" MMC arasında "Əməkdaşlıq sazişi" imzalanmışdır. Belə ki, "Əməkdaşlıq sazişinə əsasən yaşayış massivinin ərazisində bütün növ kommunal və servis xidmətləri Nümayəndəlik tərəfindən həyata keçirilir. Sözügedən su və elektrik xətləri Nümayəndəliyə məxsus olduğu üçün, həmin xətlərə qulluq edilməsi və elektrik və su təchizatı ilə bağlı məsələlərin rəsmiləşdirilməsi üçün müvafiq dövlət orqanları və alıcılarla danışıqların aparılması və müqavilələrin imzalanması Nümayəndəlik tərəfindən həyata keçirilir. Beləliklə, Nümayəndəlik tərəfindən "Əməkdaşlıq sazişinə imzalanmasının əsas məqsədi kompleks ərazisində təhvil verilmiş fərdi yaşayış sahələri üzrə yaradılmış bütün imkanlardan bərabər, ədalətli və ayrı-seçkilik etmədən istifadə olunmasını təmin etməkdən ibarədir. Həmçinin iddiaçı tərəfindən elektron məhkəmə sisteminə yerləşdirilmiş "xxxx" MMC ilə İddiaçı arasında bağlanmış fərdi yaşayış sahəsinin ilkin alqı-satqına dair 10 mart 2022-ci il tarixli, NN-RPT-2003-76/3 saylı müqavilədə də göründüyü kimi Xidmət müqaviləsini bağlanmasına dair 1.8. və 2.1.7-ci bəndlərdə qarşılıqlı razılıq əldə edilmişdir. Həmin bəndlərə əsasən: 1.8. Yaşayış sahəsi yerləşən ərazidə (yaşayış kompleksində) "Satıcı" tərəfindən göstərilən xidmətlərə dair "Satıcı" ilə "Alıcı" arasında servis müqaviləsi (bundan sonra "Xidmət müqaviləsi" adlanacaq) bağlanır. "Xidmət müqaviləsi" hazırki müqavilənin ayrılmaz tərkib hissəsini təşkil edərək, bu müqavilənin 2 saylı Əlavəsini əhatə edir və "Tərəflər" üçün "Xidmət müqaviləsi"nin müddəaları qətidir. Xidmət müqaviləsi hazırki müqavilənin predmetini təşkil edən yaşayış sahəsinin "Alıcı"ya təhvil verildiyi andan tərəflər arasında imzalanır və qüvvəyə minir. 2.1.7. Hazırki müqavilənin 1.8-ci bəndinə əsasən "Xidmət müqaviləsi" bağlamaq. Yuxarıda qeyd edilən müddəadan da aydın olur ki, iddiaçı tərəf 10 mart 2022-ci il tarixli, NN-RPT-2003-76/3 saylı müqavilə üzrə xidmət müqaviləsinin imzalanmasına dair öhdəlik götürmüşdür. Belə ki, iddiaçı həmin öhdəliyi götürdüyü zaman müqaviləni şəxsən və heç bir məcburetmə olmadan tam anlaqlı halda imzalamışdır. Bununla yanaşı, L-51 D saylı fərdi yaşayış sahəsinin mülkiyyətçisi İddiaçı, onun həyat yoldaşı və nümayəndələri ilə dəfələrlə görüşlər keçirilmiş və yaşayış kompleksi ərazisində həyata keçirilən kommunal və servis xidmətləri və xidmət müqaviləsinin şərtləri barəsində ətraflı məlumat verilmişdir. Buna baxmayaraq, iddiaçı tərəf müqavilə üzrə ödənişin məbləği ilə razılaşmamışdır. Lakin iddiaçı tərəfindən xidmət müqaviləsi imzalandığı təqdirdə həmin müqavilənin 3.16-cı maddəsinə uyğun olaraq sözügedən fərdi yaşayış sahəsində təmir və ya yenidən quraşdırma işlərinin həyata keçirilməsi üçün güzəşt müddəti (24 aydan çox olmamaq şərti ilə) verilməsi nəzərdə tutulur. Belə ki, tərəflər arasında xidmət müqaviləsi imzalandıqdan sonra sözügedən fərdi yaşayış sahəsində təmir və ya yenidən quraşdırma işləri dövründə, göstəriləcək xidmətlərin ümumi dəyərinin, yəni ƏDV daxil 450 manatın 50%-i miqdarında iddiaçı tərəfə güzəşt edilmişdir. Hansı ki, Nümayəndəlik tərəfindən həyata keçirilən bu ədalətli addımın əsas məqsədi fərdi yaşayış sahəsinin sakinlərinin təmir və yenidən quraşdırma xərclərini olması, o cümlədən sözügedən yaşayış sahəsində faktiki yaşayışın olmaması və s. kimi amillər nəzərə alınaraq təyin edilmişdir. Belə ki, Nümayəndəlik tərəfindən fərdi yaşayış sahəsinin mülkiyyətçisi(ləri) üçün yaradılmış xoşniyyətli təklifdən iddiaçının əsassız imtina etməsi və birmənalı şəkildə qərəzli mövqe göstərməyi iddiaçı tərəfin məsələni obyektiv müstəvidə həll etmək niyyətində olmadığını açıq aşkar göstərmişdir. Sözügedən halı təsdiqləyən daha bir faktı vurğulamaq lazımdır ki, L-51 D saylı fərdi yaşayış sahəsinin mülkiyyətçi İddiaçı nümayəndəsi Nümayəndə1 ilə 01 oktyabr 2025-ci il tarixində görüş keçirilmiş və həmin görüşdə nümayəndə tərəfindən göstəriləcək xidmətlərin tərkibinə yaşayış sahəsinin ərazisində yerləşən idman klubuna L-51 D saylı evin mülkiyyətçisi və onun ailə üzvlərinin ödənişsiz üzvlük hüquqlarının daxil edilməsini tələb etmişdir. Belə ki, iddiaçı tərəfin nümayəndəsinə sözügedən idman klubunun fəaliyyətinə rəhbərliyin Nümayəndəliyin və ya "xxxx" MMC tərəfindən göstərilmədiyi bildirilmişdir. Bu səbəbdən iddiaçı tərəfin və onun nümayəndəsinin mövzuya qərəzli formada yanaşmasını hər iki tərəfin qarşılıqlı ortaq məxrəcə gəlməsini çətinləşdirən və reallığa uyğun gəlməyən tələblər irəli sürməsindən müşahidə etmək mümkündür. İddiaçı tərəfə göstərilmiş xidmətlərlə bağlı dəfələrlə xəbərdarlıq etmələrinə baxmayaraq, Nümayəndəliyin xoşniyyətindən sui-istifadə etməyə davam etmiş, yaşayış sahəsi təhvil verilikdindən sonra Nümayəndəlik tərəfindən fərdi yaşayış sahəsinə göstərilmiş mühafizə xidməti də daxil olmaqla, yaşayış massivinin ərazisində mövcud olan yarımstansiya və transformator məntəqələrini, elektrik ötürücü qurğular, ehtiyat generatorları, su hovuzları və su təmizləyici qurğuları, su nasosları və motorlarından, həmin fərdi yaşayış sahəsinədək çəkilmiş su və elektrik enerjisi xətlərinin yararlı vəziyyətdə saxlanılması və s. kimi xidmətlərdən faydalanmışdır. Amma Nümayəndəlik tərəfindən göstərilmiş xidmətlərə dair müvafiq xidmət müqaviləsinin imzalanması və ödənişlərin həyata keçirilməsi ilə bağlı tələb irəli sürüldüyü halda, iddiaçı tərəf qəti şəkildə müqavilənin imzalanmasından və ödənişlərin həyata keçirilməsindən imtina etmişdir. Buna baxmayaraq, Nümayəndəlik yenidən vicdanlılıq nümunəsi göstərərək indiyədək göstərdiyi xidmətlərin əvəzini tələb etməmiş, yalnız müqavilənin imzalandığı tarixdən etibarən ödənişlərin həyata keçirilməsini tələb etmişdir (güzəşt müddəti də şamil edilməklə). Onu da əlavə olaraq bildiririrlər ki, iddiaçı tərəf indiyədək Nümayəndəlik tərəfindən göstərilmiş xidmətlərdən, o cümlədən su və elektrik xətlərindən daimi istifadə etmişdir və bunlarla bağlı heç bir narazılığı və etirazı olmamışdır. İddiaçı tərəfin iddia etdiyi digər məsələrdən biri qaz, su və işıq xətlərinə müdaxilənin olmasından ibarətdir. Bununla bağlı bildiririrlər ki, “Qaz təchizatı haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən, ərazi planlaşdırılması aparılmamış ərazilərdə qaz təchizatı üçün layihələndirmə və tikinti obyektlərindən qazpaylayıcı şəbəkənin qoşulma nöqtəsinədək quraşdırma işləri istehlakçının seçdiyi podratçı tərəfindən istehlakçının vəsaiti, dövlət sifarişi olduğu halda isa dövlətin vəsaiti hesabına həyata keçirilir. Belə ki, yaşayış kompleksi ərazisində fərdi yaşayış evləri üzrə qaz xətlərinin çəkilməsində fərdi yaşayış sahəsinin mülkiyyətçisi və "Azəriqaz” İB tərəfindən müqavilə bağlanması yolu ilə həyata keçirilir, ona görə də bu halda verilmiş iddia tələbi üzrə Nümayəndəlik cavabdeh qismində iştirak etməsi əsassız sayılır. Bildirirlər ki, Nümayəndəlik tərəfindən yaşayış kompleksinin sakinlərinin təhlükəsizliyi, əlverişli və əmin-amanlıq şəraitində yaşaması, hər bir Sakinin davranış və hərəkətləri öz qonşularını əsassız narahat etməməsinə diqqətin edilməsi və onların hüquqları ilə ziddiyyət təşkil edən hər hansı hərəkət və ya hərəkətsizliyin edilməsinin qarşısınım alınması başlıca prioritet məsələ olaraq müəyyənləşdirilmişdir. Buna görə də, kompleks daxili yaradılmış bütün şəraitin daim mühafizə olunması, saxlanılması və xidmətlərin keyfiyyətli şəkildə həyata keçirilməsi üçün müvafiq ödəniş məbləğlərin tələb edilməsi ən təbii hüquqlarıdır. Belə ki, həmin ödənişlər vasitəsilə yalnız yaradılmış şəraitin mühafizəsi deyil, o cümlədən yaşayış kompleksinin daim inkişaf etdirilməsi, kompleksdaxili yeni və müasir tələblərə cavab verən avandıqlarınla təchiz edilməsi üçün addım adılmasından ibarətdir. Odur ki, iddiaçı tərəfindən göstərilən servis xidmətləri üçün nəzərdə tutulan ödənişlərin edilməməsi Nümayəndəlik tərəfindən həyata keçirilən sahibkarlıq fəaliyyətinə də maneə yaratmışdır. Onu da əlavə olaraq bildirirlər ki, Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən digər yaşayış kompleksləri və çoxmərtəbəli binalarda da göstərilən xidmətlər üzrə müvafiq müqavilələrin bağlanması və bu müqavilələr əsasında xidmət haqlarının ödənilməsi ümumi qəbul olunmuş praktika hesab olunur. Beləliklə, digər yaşayış komplekslərində və çoxmərtəbəli binalarda analoji müqavilələrin tətbiqi bu sahədə işgüzar adətin formalaşmasına gətirib çıxarmışdır. Buna əsasən, Nümayəndəlik tərəfindən yaşayış kompleksi daxilində yerləşən fərdi yaşayış sahələri üçün standart şərtləri özündə əks etdirən xidmət müqavilələri hazırlanmış və bütün fərdi yaşayış sahələrinin mülkiyyətçilərinə münasibətdə tətbiq edilir. Belə ki, hal-hazırda kompleks daxili ərazidə tikintisi başa çatdırılmış və təhvil verilmiş 200-ə yaxın fərdi yaşayış sahəsi üzrə sözügedən xidmət müqaviləsi imzalanmışdır. Bununla yanaşı, icarə və ya kirayə müqaviləsi üzrə təhvil verilmiş fərdi yaşayış evləri üzrə də göstərilən xidmət haqqının məbləği nəzərə alınaraq müvafiq icarə və ya kirayə haqları təyin edilir. Beləliklə, 1 ədəd fərdi yaşayış sahəsinin mülkiyyətçisinin (güzəştli müddətdə tətbiq edilən məbləğ də daxil olmaqla) etirazı, digər mülkiyyətçilərin hüquqlarının kobud şəkildə pozulması və fərdi yaşayış sahəsinin mülkiyyətçiləri arasında ayrı-seçkiliyə gətirib çıxarır. Onu da vurğulamaq lazımdır ki, digər yaşayış kompleksləri və çoxmərtəbəli binalara münasibətdə, nəzərdə tutulmuş xidmət haqqının məbləği praktiki baxımdan əsaslı və münasib hesab olunur. Məhkəmə prosesinin gedişində İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1 məhkəməyə elektron kabinet vasitəsilə iddia tələbinin həcminin artırılması barədə ərizə ünvanlayaraq, “NN QRUP" MMC ilə İddiaçı arasında bağlanılan NN-RPT-2003-76/3 saylı alğı-satqı müqaviləsinin 1.8 və 2.1.7-ci bəndlərinin etibarsız hesab olunması, İddiaçı məxsus Bakı şəhəri, Yasamal Rayonu, X17 ünvanında yerləşən “Royal Park” yaşayış massivində 258 kvm ərazidə yerləşən, sahəsi 170 mkv olan L-51 D saylı fərdi yaşayış sahəsinə gələn elektrik enerjisinin, su və qazın cavabdehlər tərəfindən bərpa edilməsi, onların dayandırılmasının və həmin xəttlərə kənar müdaxilələrin cavabdehlərə qadağan edilməsi, qaz, su və elektrik enerjisindən istifadə edilməsinə, xətlərin çəkilməsinə, abonent kodunun alınmasına və sayğac qoyulmasına maneələrin aradan qaldırılması, iddia ərizəsinə görə ödənilmiş dövlət rüsumu 100 manat cavabdehlərdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə "xxxx" Açıq Səhmdar Cəmiyyətini, "Azəriqaz" İstehsalat Birliyini və "İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti" X12 müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində işə cəlb etmişdir. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, onun təmin edilməsini, qarşılıqlı iddianı isə qəbul etməyərək, onun rədd edilməsini məhkəmədən xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, heç kim müqavilənin bağlanmasına məcbur edilə bilməz. Qarşı tərəf xətlərə müdaxiləyə icazə verilə bilməyəcəyini bildirmişdi. Tərəfə aydın olmayan xidmət haqqı məbləğinin necə müəyyənləşdirilməsidir. İddiaçı göstərilən bütün xidmətləri qəbul etməyə bilər. Müdafiə etdiyi şəxs evə köçməyə hazırlaşırdı. Mübahisə işığın kəsilməsindən başlamışdır. İddiaçı kommunal xəttlərə müdaxilə olmamasını istəyir. Alqı-satqı zamanı xidmət müqaviləsi təqdim olunmamışdır. Verilən suala cavab olaraq bildirmişdir ki, kommunalla bağlı xətlər var, lakin sayğac hələ ki, quraşdırılımayıb. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı "2629-4694 Quebec İNC" şirkətinin Azərbaycan Respublikasındakı "X1" adlı Nümayəndəliyinin nümayəndəsi Nümayəndə3 ilkin iddianı qəbul etməmiş, qarşılıqlı iddianı isə müdafiə edərək, onun məzmununa uyğun izahat vermiş və qarşılıqlı iddianın təmin edilməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, xidmət müqaviləsinin imzalanması qarşı tərəfə bildirilmişdi. Elektrik xətti qarşı tərəfə istifadəyə verilib və şirkətin hesabına təmin olunur. Əməkdaşlıq müqaviləsi “NN Group”la bağlanılıb. Yaşayış massivinin idarə olunması üçün digərlərinə müqayisədə aşağı qiymətlər müəyyən edilib. Sayğac “Stonpey” şirkətinə məxsusdur və ödəniş edildikdən sonra sakinlərə qaimə təqdim olunur. Sərfiyyata uyğun olaraq şirkətə ödəniş edilir və onlar da müvafiq qaydada ödənişləri edirlər. Xidmət haqqı evlərə uyğun olaraq müəyyən edilir və 24/7 mühafizə xidməti təşkil edilir. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı "2629-4694 Quebec İNC" şirkətinin Azərbaycan Respublikasındakı "X1" adlı Nümayəndəliyinin nümayəndəsi Nümayəndə4 ilkin iddianı qəbul etməmiş, qarşılıqlı iddianı isə müdafiə edərək, onun məzmununa uyğun izahat vermiş və qarşılıqlı iddianın təmin edilməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, onlar xətlərdə problem yarandığı halda kənar müdaxiləyə icazə verməyəcəklərini bildirmişdilər. Xidmət müqaviləsində qeyd edilir ki, onların servis nümayəndələri tərəfindən müdaxilə ediləcək. Həmçinin, evləri satmaqla yanaşı icarəyəyə də verirlər. Qarşı tərəf ərazinin texniki şəraitindən xəbərdar idi. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı "xxxx" MMC-in nümayəndəsi Nümayəndə2 ilkin iddianı qəbul etməmiş, qarşılıqlı iddianı isə müdafiə edərək, onun məzmununa uyğun izahat vermiş və qarşılıqlı iddianın təmin edilməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, işıq və su bərpa olunub. Qaz xəttinə isə müdaxilə edə bilməzlər. Xidmət müqaviləsi alqı-satqı müqaviləsi bağlanan zaman imzalanıb. Orada izah olunur ki, yaşayış başlandıqdan sonra xidmət müqaviləsi qüvvədə olacaqdır. Ərazinin mühafizə olunması, tuttantıların atılması xidmətləri göstərilir. Yaşayış sahəsində işıq və suya heç bir müdaxilə edilməməsi ilə bağlı göstəriş verilib. Yaşayış massivi özəldir. Həmçinin, transformatorlar xarab olanda da tərəflərindən təmir edilir. Xidmət haqqı işçilərin əmək haqqı, saxlanma xərcləri üçündür. Qarşı tərəf anlaqlı şəkildə müqaviləni imzalayıb. İddiaçıya heç bir təzyiq göstərilməyib. Onlara sahə Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən ayrılıb. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada məlumatlandırılmasına baxmayaraq, müstəqil tələb irəli sürməyən üçüncü şəxslər məhkəmə iclasında nümayəndələrinin iştirakını təmin etməmişdirlər. Məhkəmə işə onların nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki baxış iclasında iştirak etmiş müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə5 məhkəməyə verdiyi izahatında ilkin iddia tələbinə etiraz etmədiyini bildirmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ilkin iddia tələbi qismən təmin edilməli, qarşılıqlı iddia tələbləri təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq olunan: Bakı şəhər İcra Hakimiyyəti Başçısının 675 nömrəli, xx.xx.1996-cı il tarixli sərəncamına əsasən, "X4 İNK" Kanada şirkəti ilə Bakı Şəhər İcra Hakimiyyəti arasında bağlanmış 07 may 1996-cı il tarixli müqaviləni nəzərə alaraq, Yasamal rayonunun Yeni Yasamal yaşayış massivində, 7-ci Alatava, Bünyadzadə və Haqverdiyev küçələrinin kəsişdiyi sahədə “X4 İNK" şirkətinə yaşayış massivinin layihələşdirilməsi və tikintisi üçün torpaq sahəsi ayrılması qərara alınmışdır. Bakı şəhər İcra Hakimiyyəti Başçısının 162 nömrəli, xx.xx.2020-ci il tarixli sərəncamına əsasən, Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1996-cı il tarixli, 675 nömrəli Sərəncamı ilə Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, 7-cı Alatava Bünyadzadə və Haqverdiyev küçələrının kəsişməsində yaşayış massivinin tikintisi üçün ayrılmış 50,48 ha torpaq sahəsi, eləcə də Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2010-cu il tarixli, 332 nömrəli və xx.xx.2011-ci il tarixli, 198 nömrəli Sərəncamları ilə Yasamal rayonu, Bünyadzadə küçəsı, "Qanlıgöl'ün şimalında idman kompleksinin və yaşayış massivinin tikintisi üçün ayrılmış 14,27 ha torpaq sahəsi (ümumilikdə 64,75 ha) Cavabdeh1 icarə əsasında istifadəsinə verilərək adına rəsmiləşdirilməsi qərara alınmışdır. Azərbaycan Respublikasının Vergilər Nazirliyi Kommersiya qurumunun Dövlət reyestrindən xx.xx.2018-ci il tarixli Çıxarışdan görünür ki, Cavabdeh2 Şirkətinin Azərbaycan Respublikasındakı “X1” adlı Nümayəndəliyi xx.xx.1995-ci il tarixdən ********** VÖEN nömrəsi ilə İqtisadiyyat Nazirliyi yanında Milli Gəlirlər Departamentinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi tərəfindən dövlət qeydiyyatına alınmışdır. Qanuni təmsilçisi X5r. Cavabdeh1 MMC (satıcı) ilə İddiaçı arasında bağlanmış NNRPT-2003-76/3 nömrəli, xx.xx.2022-ci il tarixli Daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən, “Satıcı” Bakı şəhəri, Yasamal rayonu, X17 ünvanında yerləşən “Royal Park” yaşayış massivində 258 m2 ərazidə yerləşən yaşayış sahəsi 170 m2 olan L-51 D saylı fərdi yaşayış sahəsinin əsaslı tikintisinin lazımi qaydada apararaq yaşayış sahəsinin gələcəkdə mülkiyyətçisi ola biləcək Alıcıya əsaslı tikilmiş formada, lazımi qaydada və hazırki müqavilədə göstərilmiş müddətdə təhvil verməyi, “Alıcı” isə yaşayış sahəsinin dəyərini bu Müqavilə ilə şərtləşdirilmiş müddət və məbləğlərdə Satıcıya ödəməyi öhdəsinə götürür. Yaşayış sahəsi təmirsiz şəkildə təqdim olunacaqdır. Yaşayış sahəsinin yerləşdiyi yer üzrə ərazi planı bu Müqavilənin ayrılmaz tərkib hissəsini təşkil edən 1 saylı Əlavədə razılaşdırır. Həmin müqavilənin 1.2-ci bəndinə əsasən, Satıcı “Yaşayış sahəsi”nin hər kv.m. ərazisi üçün 1100 (bir min bir yüz) ABŞ dolları təşkil etdiyinə görə, “Yaşayış sahəsi”nin ümumi dəyərini əhatə edən 187.000 (bir yüz səksən yeddi min) ABŞ dollarına satır, "Alıcı” isə həmin qiymətə alır. Həmin müqavilənin 1.6-cı bəndinə əsasən, tərəflər razılaşır ki, yaşayış sahəsinin tikintisi tam başa çatdırıldıqdan sonra onlar öz aralarında Azərbaycan Respublikası Mülki Məcəlləsinə müvafiq olaraq, notariat qaydasında təsdiq olunmuş daşınmaz əmlakın alqısatqı müqaviləsi bağlayırlar və müqavilə daşınmaz əmlakın dövlət reyestrində Alıcının adına qeydiyyata alınır. Müqavilənin notariat və qeydiyyat xərcləri Alıcıya aid edilir. Həmin müqavilənin 1.8-ci bəndinə əsasən, Yaşayış sahəsi yerləşən ərazidə (yaşayış kompleksində) "Satıcı" tərəfindən göstərilən xidmətlərə dair "Satıcı" ilə "Alıcı" arasında servis müqaviləsi (bundan sonra Xidmət müqaviləsi" adlanacaq) bağlanır. "Xidmət müqaviləsi" hazırki müqavilənin ayrılmaz tərkib hissəsini təşkil edərək, bu müqavilənin 2 saylı Əlavəsini əhatə edir və "Tərəflər" üçün "Xidmət müqaviləsi" nin müddəaları qətidir. Həmin müqavilənin 2.1.7-ci bəndinə əsasən, hazırki müqavilənin 1.8-ci bəndinə əsasən, “Xidmət müqaviləsi” bağlamaq alıcının vəzifələrindən biri kimi qeyd olunmuşdur. Cavabdeh1 MMC tərəfindən verilmiş NN-RPY-2003-76/3/012423 nömrəli, xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1”nə İddiaçı Royal Park ərazisində (Korpus L, ev 51D) nömrəli ev üçün xx.xx.2022-ci il tarixli və NN-RPY-2003- 76/3 nömrəli Daşınmaz Əmlakın Nisyə Alqı-satqı müqaviləsində nəzərdə tutulmuş ödəniş şərtlərinə əsasən 187.000 (yüz səksən yeddi min) ABŞ dolları, yəni, 317.900 (üç yüz on yeddi min doqquz yüz) manat (1 USD = 1.70 AZN) tam ödəniş etmişdir. Onun xx.xx.2022ci il tarixli və NN-RPY-2003-76/3 nömrəli Daşınmaz Əmlakın Nisyə Alqı-satqı müqaviləsi üzrə borcu yoxdur. "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən “Royal Park” yaşayış massivində Kanadanın Cavabdeh2 Şirkətinin Azərbaycan Respublikasındakı “X1” adlı Nümayəndəliyinə ünvanlanmış “texniki şərtlərin verilməsi barədə” məktubdan görünür ki, Yasamal rayonu, X17, 10 saylı ünvanda yerləşən yaşayış massivinin su techizatı şəbəkəsinə qoşulması üçün Texniki Şərtlərin verilməsi barədə 16 mart 2022-ci il tarixli, OD-32/2022 nömrəli müraciətinə əsasən "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən layihələndirilmə üçün Texniki Şərtlər hazırlanmışdır. Səlahiyyətli nümayəndəsi şəxsiyyəti təsdiq edən sənədlə "xxxx" Açıq Səhmdar Cəmiyyətinə müraciət edərək Texniki Şərtlərin əslini götürməlidir. Yaşayış massivinin xarici su təchizatı şəbəkəsinin layihələndirilməsi üçün təqdim olunan Texniki Şərtlərin bütün bəndlərinin layihələndirmədə nəzərə alınması vacibdir. Texniki Şərtlərə əsasən hazırlanmış layihə sənədləri təsdiq olunmuş formada (imzalı və möhürlü) "Sukanal" Elmi-Tədqiqat və Layihə İnstitutu tərəfindən "xxxx" ASC-yə təqdim olunmalıdır. ("X6 sənədləşmə işlərinin aparılması üçün sifarişçi Konstruktion" Nümayəndəliyinin nümayəndəsi) "xxxx" ASC-nin "Sukanal" ETLİ-yə (ünvan: Bakı şəhəri, Moskva prospekti 73) müraciət etməlidir. Həmin məktuba əlavə edilmiş "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən tərtib edilmiş 012/3/249-ts nömrəli, xx.xx.2022-ci il tarixli İstehlakçının su təchizatı və kanalizasiya şəbəkələrinə qoşulması üçün Texniki Şərtlərdən görünür ki, Yaşayış massivinin su təchizatı şəbəksinə qoşulma şərtləri: İstehlakçının su təchizatı şəbəkəsinə qoşulma nöqtəsi (layihələndirmə cizgisi əlavə olunur), Layihədə yaşayış massivinin mövcud su xətləri tıxaclanaraq ləğv olunmalı, Layihələndirmə işləri üçün əlavə olunan cizgiyə əsasən d800 mm su kəmərindən yaşayış massivinin su xətti layihə hesabatına uyğun nəzərdə tutulmalıdır. Qeyd olunmuşdur ki, su təchizatı şəbəkəsinə qoşulma, layihə razılaşdırıldıqdan və qoşulma haqqı STKM-in bank hesabına ödənildikdən sonra həyata keçiriləcəkdir. İş materiallarına "xxxx" Açıq Səhmdar Cəmiyyətinin “Sukanal” Elmi-Tədqiqat və Layihə İnstitutu tərəfindən tərtib olunmuş Yasamal rayonu, X17, 10 saylı ünvanda yerləşən yaşayış massivinin xarici su təchizatı ilə əlaqədar işçi cizgiləri əlavə edilmişdir. İş materiallarına Cavabdeh2 Şirkətinin Azərbaycan Respublikasındakı “X1” adlı Nümayəndəliyinin xx.xx.2007-ci il tarixli sifarişi əsasında "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən tərtib olunmuş TX-08-0040 nömrəli, xx.xx.2008-ci il tarixli Texniki şərt əlavə edilmişdir. Həmin texniki şərtin 4.14-cü bəndində qeyd olunmuşdur ki, Texniki şərtlər alındıqdan sonra, 2 ay ərzində onun yerinə yetrilməsinə başlanılmalı, texniki şərtlərin yerinə yetirilməsi, obyektin şəbəkəyə birləşdirilməsi və müqavilə bağlanması xx.xx.2010cu il tarixədək başa çatdırılmalıdır. Əks halda texniki şərtlərə yenidən baxılacaqdır. “Azəriqaz” İstehsalat Birliyi (Paylayıcı) ilə Cavabdeh2 Şirkətinin Azərbaycan Respublikasındakı “X1” adlı Nümayəndəliyi (istehlakçı) arasında bağlanmış AMX-2943/22 nömrəli, xx.xx.2022-ci il tarixli Qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı Müqaviləsinə əsasən, Paylayıcı bu Müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq İstehlakçını keyfiyyətli qazla təmin edir, İstehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq Paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəyir. “Azəriqaz” İstehsalat Birliyi tərəfindən təqdim edilmiş abonentin saldosundan görünür ki, Bakı şəhəri, Yasamal rayonu, X17, “Royal Part” yaşayış massivi L-51D saylı fərdi yaşayış sahəsi ünvanının abonenti (abonent kodu **********00515) İddiaçıdır. Cihazları 4 gözlü qaz pilitələridir (PQ-4) (1/1). Sayğac xx.xx.2025-ci il tarixində quraşdırılmışdır. Abonentin 2025-2026-cı illər üzrə borcu yoxdur. Cavabdeh1 MMC (şirkət) ilə Cavabdeh2 Şirkətinin Azərbaycan Respublikasındakı “X1” adlı Nümayəndəliyi (nümayəndəlik) arasında bağlanmış 01 nömrəli, xx.xx.2023-cü il tarixli əməkdaşlıq sazişinin Preambulasından görünür ki, Bakı şəhər İcra Hakimiyyəti Başçısının 162 saylı, xx.xx.2020-ci il tarixli sərəncamına əsasən Bakı Şəhər lera Hakimiyyəti başçısının xx.xx.1996-cı il tarixli, 675 nömrəli Sərəncamı ilə Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, 7-ci Alatava, Bünyadzadə və Haqverdiyev küçərlərinin kəsişməsində yaşayış massivinin tikintisi üçün ayrılmış 50.48 ha torpaq sahəsi, eləcə də Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2010-cu il tarixli, 332 nömrəli və xx.xx.2011-ci il tarixli Sərəncamları ilə Yasamal rayonu, Bünyadzadə küçəsi, "Qanlıgöl'ün şimalında idman kompleksi və yaşayış massivinin tikintisi üçün ayrılmış 14.27 ha torpaq sahəsi (ümumilikdə 64.75 ha) Cavabdeh1 icarə əsasında istifadəsinə verilmişdir. Belə ki, "xxxx" MMC tərəfindən sözügedən ərazidə yaşayış kompleksinin (bundan sonra "Yaşayış kompleksi" adlandırılacaq) tikintisi həyata keçirilir. Həmçinin Yaşayış kompleksi ərazisində mövcud olan yarımstansiya və transformator məntəqələrini, elektrik ötürücü qurğular, ehtiyyat generatorları, su hovuzları və su təmizləyici qurğuları, su nasosları va matorları, mühafizə sistemində istifadə olunan kamera və avadanlıqları, o cümlədən digər bütün növ cihaz və avadanlıqlar Nümayəndəliyin mülkiyyətindədir. Yuxarıdakıları nəzərə alaraq, "Şirkət" və "Nümayəndəlik" öz qüvvə və imkanlarını birləşdirərək əməkdaşlıq (bundan sonra "Əməkdaşlıq" adlanacaq) fəaliyyətini həyata keçirmək məqsədilə bu sazişi imzalamışdır. Həmin Sazişin 1.1-ci bəndinə əsasən, "Nümayəndəlik" "Şirkət"ə məxsus olan Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən tikintisi həyata keçirilmiş və satılmış fərdi yaşayış sahələri ("villa" və "townhouse") üçün kommunal və servis xidmətlərinin (bundan sonra "Xidmətlər" adlanacaq) göstərilməsinə dair əməkdaşlığın təmin edilməsi barəsində razılaşırlar. Həmin Sazişin 1.2-ci bəndinə əsasən, "Nümayəndəlik" tərəfindən göstəriləcək xidmətlərin siyahısı aşağıdakılardan ibarətdir: 1. Bağbanlar tərəfindən yaşayış kompleksinin ərazisində ağacların, güllərin və qazonun əkiməsi, suvarılması və aqrotexniki tədbirlərin həyata keçirilməsi. 2. Həmin ünvanda təhkim olunmuş bağban tərəfindən təmizlik işlərinin aparılması (küçənin, sakinin, yolun süpürülməsi, qazonun kəsilməsi). 3. Kommunal xidmətlərin (elektrik enerjisi, qaz, su (tullantı suyu)) sərfiyyatının sayğacın göstəricilərinə əsasən hesablanması (aylıq) və yazılı şəkildə təqdim olunması. 4. Kompleksin ərazisində olan yolların, küçələrin, səkilərin, yol nişanlarının təmizlənməsi və yararlı vəziyyətdə saxlanması xidməti. 5. Yaşıllıq, idman, istirahət zonalarına, avtomobil dayanacaqlarına və kompleksdaxili yollarda texniki xidmətin (yolların təmiri, yol xətlərinin çəkilməsi, yol nişanlarının yenilənməsi) həyata keçirilməsi. 6. Kompleksin ərazisində məişət tullantılarının yığılması, qablaşdırılması və daşınması xidməti: Qarışıq məişət tullantılarının həftənin tək günləri, karton va plastik məişat tullantılarının isə həftənin cüt günləri xüsusi ayrılmış nəqliyyat vasitələri ilə daşınması. 7. Kompleksin ərazisində gündəlik 24 saat ərzində mühafizənin təmin edilməsi xidməti, həmçinin Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin "Post Patrul Xidməti" əməkdaşları tərəfindən ictimai asayişin qorunmasının təmin olunması. 8. Kompleksdaxili mühəndis kommunikasiya (elektrik, qaz, su, kanalizasiya) xətlərinə növbəli şəkildə ixtisaslaşmış ustalar tərəfindən xidmət göstərilməsi. 9. Kompleksdaxili işıqlandırma şəbəkəsinə xidmət, əlavə olaraq quraşdırılmış generatorlar vasitəsi ilə fasiləsiz İşıqlandırmanın təmin edilməsi, Kompleks daxili küçələrdəki işıq dayaqlarına qulluq edilməsi, lampaların dəyişdirilməsi və kabellərin yenilənməsi. Həmin Sazişin 1.3-cü bəndinə əsasən, "Nümayəndəlik" bu cür xidmətlərin göstərilməsində öz firma adından çıxış edərək fərdi yaşayış sahəsinin alıcıları ilə müvafiq xidmət müqaviləsini şəxsən bağlayır. Bunun nəticəsində əldə edilmiş gəlirlər "Nümayəndəliyin mülkiyyətinə keçir. O cümlədən, xidmətlərin göstərilməsi nəticəsində yaranacaq bütün xərclər "Nümayəndəlik" tərəfindən qarşılanır. Həmin Sazişin 2.1-ci bəndinə əsasən, Şirkət, Alıcılarla bağlanacaq alqı-satqı müqavilələrində "Nümayəndəliyin" xidmətləri barəsində məlumat verməyi; Nümayəndəliyə xidmətlərin göstərilməsi üçün zəruri şəraiti yaratmağı; Nümayəndəliyin müvafiq xidmətlərin göstərilməsi üçün tələb olunan məlumat və sənədləri təqdim etməyi öhdəsinə götürmüşdür. Həmin Sazişin 2.2-ci bəndinə əsasən, Nümayəndəlik Kompleksin istismarı ilə bağlı kommunal və servis xidmətlərini göstərməyi (mühafizə, abadlıq, texniki xidmət və s.); Göstərəcəyi xidmətlərin əhatə dairəsini və məbləğini şəxsən və müstəqil müəyyənləşdirməyi; Xidmətlərin keyfiyyətini təmin etmək və fasiləsiz göstərilməsini təşkil etməyi; Kompleksin ümumi sahələrinin qorunması və səliqədə saxlanılmasına cavabdeh olmağı; Yaşayış kompleksində ümumi yaşayış normalarını əhatə edən daxili nizam-intizam qaydalarına ciddi və tam riayət etməyi; Xidmətlərə görə ödənişlərin toplanması və uçotunu aparmağı; Göstərilmiş xidmətlər barəsində Şirkəti mütəmadi olaraq məlumatlandırmağı; Yaşayış kompleksinin sakinləri tərəfindən daxil olmuş müraciət, şikayətlər və təklifləri aidiyyətı üzrə cavablandırmağı; Müqavilə üzrə nəzərdə tutulmuş xidmətlərin həyata keçirilməsi üçün kifayət qədər ixtisaslı işçi heyəti və texniki vasitələrlə təmin olunmağı; Yaşayış kompleksi ərazisində mövcud olan yarımstansiya va transformator məntəqələrini, elektrik ötürüen qurğular, ehtiyyat generatorları, su hovuzları və su təmizləyici qurğuları, su nasosları və matorları, mühafizə sistemində istifadə olunan kamera və avadanlıqları, o cümlədən digər bütün növ cihaz və avadanlıqlar istifadəyə yararlı vəziyyətdə saxlamaq və yaşayış kompleksində mövcud olan elektrik, su və digər xətlərə qulluq etməyi; Bu saziş üzrə nəzərdə tutulmuş müvafiq xidmətlərin həyata keçirilməsi zamanı yaranacaq bütün növ mübahisələrə, aidiyyəti dövlət orqanları ilə aparılacaq danışıqları və digər əlaqədar məsələlərə görə birbaşa və şəxsən cavabdeh olmağı; Müvafiq xidmətlərin göstərilməsinə icrası zamanı üçüncü şəxslərə vurulacaq hər hansı zərər və ya ziyana görə məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. "xxxx" Açıq Səhmdar Cəmiyyəti (enerjitəchizatə müəssisəsi) ilə Stonpey Kanada Şirkəti (abonent) arasında bağlanmış 04/1-911 nömrəli, xx.xx.2025-ci il tarixli elektrik enerjisinin alqı-satqı müqaviləsin əsasən, Tərəflər elektrik enerjisinin alqı-satqısı və istehlakı ilə əlaqədar qarşılıqlı münasibətlərdə "Elektrik enerjisindən istifadə qaydaları"nı rəhbər tuturlar. Abonentə illik buraxılacaq elektrik enerjisinin təxmini miqdarı 7.164-517. kVts və dəyəri 895.565 manat təşkil edir. Elektrik enerjisinə görə hesablaşmalar yalnız tərəflərin elektrik şəbəkələrinin balans mənsubiyyəti sərhədində quraşdırılmış hesablaşma elektrik sayğaclarının göstərişinə əsasən aparılır (ölçü transformatorları vasitəsilə ölçü aparıldıqda onların əmsalı nəzərə alınmaqla). Azərbaycan Respublikasının Vergilər Nazirliyi Kommersiya qurumunun Dövlət reyestrindən xx.xx.2025-ci il tarixli çıxarışdan görünür ki, Cavabdeh1 xx.xx.2005-ci il tarixdən ********** VÖEN nömrəsi ilə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi tərəfindən dövlət qeydiyyatına alınmışdır. X11 təsisçisi, X10 qanuni təmsilçisidir. X7 ("Sifarişçi") ilə Kanadanın "2629-4694 QUEBEC İNC" şirkətinin Azərbaycan Respublikasındakı "X1" adlı nümayəndəliyi (İcraçı) arasında bağlanmış xx.xx.2025-ci il tarixli xidmətlərin göstərilməsinə dair müqaviləyə əsasən, "İcraçı" vətəndaşların Kompleksdə əlverişli və təhlükəsiz şəraitdə yaşaması və Kompleksin mühəndis (kompleksdaxili yol və küçələrin işıqlandırılma şəbəkəsi, elektrik, qaz, su və kanalizasiya xətləri və sair), yol-nəqliyyat (kompleksdaxili yollar, küçələr, səkilər, yol nişanları, avtomobillər üçün dayanacaq və sair) və sosial (kompleksdaxili yaşılıq, istirahət, idman zonaları və sair) infrastrukturunu (bundan sonra "Kompleksin infrastruktur obyektləri" adlandırılacaq) lazımi və işlək vəziyyətdə saxlanması üçün hazırki Müqavilə üzrə xidmətlər göstərir. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən, "İcraçı" Kompleksin infrastruktur obyektlərinə xidmət göstərmək öhdəliyi götürür, "Sifarişçi" isə "İcraçı"nın xidmətlərinin əvəzini ödəyir və hazırki Müqavilənin ayrılmaz hissəsini təşkil edən 3 saylı Əlavədə göstərilmiş Kompleksin daxili nizam-intizam qaydalarına tam və ciddi riayət edir. Həmin müqavilənin 1.2-ci bəndinə əsasən, "İCRAÇİ"nın xidmət sahəsinə aşağıdakılar daxildir: 1.2.1. "İcraçı" "Sifarişçi"yə hazırki Müqavilənin ayrılmaz hissəsini təşkil edən 1 saylı Əlavədə Tərəflər arasında razılaşdırılmış xidmətlər göstərir, 1.2.2. "İcraçı" "Sifarişçİ"nin kommunal xidmətlərə (elektrik enerjisi, təbii qaz, su, tullantı suyunun axıdılması) qoşulmasını və bu xidmətlərdən istifadə uçotunun (hesabatının) aparılmasını təşkil edir; 1.2.3. "İcraçı" ayrı ödəniş müqabilində "Sifarişçi"yə hazırki Müqavilənin ayrılmaz hissəsini təşkil edan 1 saylı Əlavəyə daxil edilməmiş əlavə xidmətlər göstərmək və digər işlər görmək hüququna malikdir. Həmin müqavilənin 1.3-cü bəndinə əsasən, "İcraçı"nın göstərdiyi xidmətlərin dəyəri hazırki Müqavilənin ayrılmaz hissəsini təşkil edən 2 saylı Əlavədə razılaşdırılıb və aşağıdakı ödənişləri əhatə edir: 1.3.1. İstismar ödənişləri; 1.3.2. Kommunal ödənişləri; 1.3.3. Əlavə xidmətlər üzrə ödəniş. 01 avqust 2025-ci il tarixli KXM-L-12B/25 nömrəli, xidmətlərin göstərilməsinə dair müqaviləyə 1 nömrəli əlavədən görünür ki, göstərilən xidmətlər aşağıdakılardan ibarətdir:
1. Bağbanlar tərəfindən yaşayış kompleksinin ərazisində ağacların, güllərin və qazonun əkilməsi, suvarılması və aqrotexniki tədbirlərin həyata keçirilməsi, 2. Həmin ünvanda təhkim olunmuş bağban tərəfindən təmizlik işlərinin aparılması (küçənin, səkinin, yolun süpürülməsi, qazonun kəsilməsi), 3. Kommunal xidmətlərin (elektrik enerjisi, qaz, su (tullantı suyu)) sərfiyyatının sayğacın göstəricilərinə əsasən hesablanması (aylıq) və yazılı şəkildə təqdim olunması, 4. Kompleksin ərazisində olan yolların, küçələrin, səkilərin, yol nişanlarının təmizlənməsi və yararlı vəziyyətdə saxlanması xidməti, 5. Yaşıllıq, idman, istirahət zonalarına, avtomobil dayanacaqlarına və kompleksdaxili yollarda texniki xidmətin (yolların təmiri, yol xətlərinin çəkilməsi, yol nişanlarının yenilənməsi) həyata keçirilməsi, 6. Kompleksin arazisində məişət tullantılarının yığılması, qablaşdırılması və daşınması xidməti: Qarışıq məişət tullantılarının həftənin tək günləri, karton və plastik məişət tullantılarının isə həftənin cüt günləri xüsusi ayrılmış nəqliyyat vasitələri ilə daşınması, 7. Kompleksin ərazisində gündəlik 24 saat ərzində mühafizənin təmin edilməsi xidməti, həmçinin Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin "Post Patrul Xidməti" əməkdaşları tərəfindən ictimai asayişin qorunmasının təmin olunması, 8. Kompleksdaxili mühəndis kommunikasiya (elektrik, qaz, su, kanalizasiya) xətlərinə növbəli şəkildə ixtisaslaşmış ustalar tərəfindən xidmət göstərilməsi, 9. Kompleksdaxili işıqlandırma şəbəkəsinə xidmət, əlavə olaraq quraşdırılmış generatorlar vasitəsi ilə fasiləsiz işıqlandırmanın təmin edilməsi, Kompleks daxili küçələrdəki işıq dayaqlarına qulluq edilməsi, lampaların dəyişdirilməsi və kabellərin yenilənməsi. 01 avqust 2025-ci il tarixli KXM-L-12B/25 nömrəli, xidmətlərin göstərilməsinə dair müqaviləyə 2 nömrəli əlavədən görünür ki, İstismar ödənişləri istismar ödənişlərinə hazırki Müqavilənin 1 nömrəli Əlavəsində göstərilmiş xidmətlər daxildir: ayda 450 (dörd yüz əlli) manat (ƏDV daxil), 2. Kommunal ödənişləri L-12B nömrəli fərdi yaşayış evində quraşdırılmış kommunal xidmətlərdən istifadəni ölçən sayğacların göstəriciləri və Azərbaycan Respublikasının Tarif Şurası tərfindən təsdiq edilmiş qiymətlər əsasında, 3. Əlavə xidmətlər üzrə ödəniş "İcraçı" tərəfindən göstərilmiş əlavə xidmətlər üzrə ödəniş "SİFARİŞÇİ" tərəfindən "İcraçı"nın hesablaşma hesabına köçürmə yolu ilə ödənilir. Ödənilməli olan məbləğ "İcraçı" tərəfindən "Sifarişçi"yə təqdim edilmiş hesab-fakturada göstərilir. Cavabdeh2 Şirkətinin Azərbaycan Respublikasındakı “X1” adlı Nümayəndəliyi tərəfindən İddiaçı ünvanlanmış SP-XM-33/2025 nömrəli, xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, L-51D saylı evin yerləşdiyi "Royal Park" yaşayış massivi ərazisində yerləşən evlərə Servis xidmətlərinin göstərilməsi ərazidə yerləşən evlərin mülkiyyətçiləri ilə bağlanmış standart şərtli və qiymətli ("Townhouse evləri üçün aylıq 450 (dörd yüz əlli manat)) xidmət müqaviləsi üzrə həyata keçirilir. Həmin servis xidmətlərinə aşağıdakılar daxildir: Bağbanlar tərəfindən yaşayış kompleksinin ərazisində ağacların, güllərin və qazonun əkilməsi, suvarılması və aqrotexniki tədbirlərin həyata keçirilməsi, Həmin ünvanda tahkim olunmuş bağban tərəfindən təmizlik işlərinin aparılması (küçənin. sakinin, yolun süpürülməsi, qazonun kəsilməsi), Kommunal xidmətlərin (elektrik enerjisi, qaz, su (tullantı suyu)) sərfiyyatının sayğacım göstəricilərinə əsasən hesablanması (aylıq) və yazılı şəkildə təqdim olunması, Kompleksin ərazisində olan yolların, küçələrin, səkilərin, yol nişanlarının təmizlənməsi va yararlı vəziyyətdə saxlanması xidməti, Yaşıllıq, idman, istirahat zonalarına, avtomobil dayanacaqlarına və kompleksdaxili yollarda texniki xidmətin (yolların təmiri, yol xətlərinin çəkilməsi, yol nişanlarının yenilənməsi) həyata keçirilməsi, Kompleksin ərazisində məişət tullantılarının yığılması, qablaşdırılması və daşınması xidməti: Qarışıq məişət tullantılarımın həftənin tək günləri, karton va plastik məişət tullantılarımın isə həftənin cüt günləri xüsusi ayrılmış nəqliyyat vasitələri ilə daşınması, Kompleksin ərazisində gündəlik 24 saat ərzində mühafizənin təmin edilməsi xidməti, həmçinin Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin "Post Patrul Xidməti" əməkdaşları tərəfindən ictimai asayişin qorunmasının təmin olunması, Kompleksdaxili mühəndis kommunikasiya (elektrik, qaz, su, kanalizasiya) xətlərinə növbəli şəkildə ixtisaslaşmış ustalar tərəfindən xidmət göstərilməsi, Kompleksdaxili işıqlandırma şəbəkəsinə xidmət, əlavə olaraq quraşdırılmış generatorlar vasitəsi ilə fasiləsiz işıqlandırmanın təmin edilməsi, Kompleks daxili küçələrdəki işıq dayaqlarına qulluq edilməsi, lampaların dəyişdirilməsi və kabellərin yenilənməsi. Nəzərinə çatdırmaq istəyirlər ki, xidmət haqqının dəyəri təkcə müqavilədə qeyd olunan xidmətlərdən formalaşmır. Bunlara əlavə olaraq, şirkətləri tərəfindən "Royal Park" y/m ərazisində mövcud yarımstansiya və transformator məntəqələrini, sayı 15 ədəd olan və ümumi həcmi 9000 m²-dan yuxarı olan su hovuzları və su təmizləyici qurğuları, mühafizə sistemində istifadə olunan kamera və avadanlıqları istifadəyə yararlı vəziyətdə saxlamaq üçün texniki xidmətilərin göstərilməsi və sıradan çıxmış cihaz və avadanlıqların yeniləri ilə əvəzlənməsi həyata keçirilir. Həmçinin tərəflərindən ərazidə yerləşən İdman və əyləncə üçün nəzərdə tutulmuş meydança və baxçalar istifadəyə yararlı vəziyyətdə saxlanılır və daimi qulluq olunur. ərazidə ümumi istifadədə olan küçə və səkilərin asfalt və tamet örtüyü mütəmadi olaraq yeniləri ilə əvəzlənir. L-51D saylı ev üçün də eyni xidmətlərin göstərilməsi üçün xidmət müqaviləsi hazırlanmışdır. Onunla xx.xx.2025-ci il tarixində X16 saylı "Royal Park"ın satış ofisində həyata keçirilmiş görüş zamanı müqavilənin şərtləri və müddəaları müzakirə olunmuşdur. Lakin onun tərətindən müqavilənin imzalanması imtina edilmişdir. xx.xx.2025-ci il tarixində onu təmsil edən vəkil X8 ilə görüş həyata keçirilmişdir. Sevinc xanıma xidmət müqaviləsinin şərtləri və müddəaları yenidən izah edilmişdir və müqavilənin nümunəsi təqdim olunmuşdur. Yuxarıda qeyd olunanları nəzərə alaraq, Sizə bildirmək istəyirik ki. xidmət müqaviləsini imzalamadığınız halda, Sizdən xahiş olunur ki. L- 51D saylı evdən zibilləri və məişət tullantılarını öz hesabınıza ərazidən kənar zibil qablarına daşıyasınız, mühafizə xidmətindən istifadə edə bilmədiyiniz üçün qonaqlarınız və ziyarətçiləriniz sizin tərəfinizdən giriş qapısında qarşılansın, əsas kommunikasiya xətlərindən L-51D saylı evədək olan su. qaz və elektrik xətlərində yarana biləcək hər hansı problemi öz vəsaitiniz və gücünüz hesabına aradan qaldırasınız. Həmçinin ərazidə mövcud olan ehtiyat generatorlardan və digər qurğulardan sizin eviniz üçün istifadə edilməsi, həmçinin mühafizə, yaşıllaşdırma və qaz, su, elektrik xətlərində problem və ya qəza yaranarsa texniki servis xidmətlərindən L-51D saylı fərdi yaşayış evi üçün istifadə edilməsi mümkün olmayacaqdır. Beləliklə, 10 (on) gün ərzində ofisə yaxınlaşıb xidmət müqaviləsini imzalaması xahiş edilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 389.1-ci maddəsinə əsasən Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 390.1-ci maddəsinə əsasən Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 390.2-ci maddəsinə əsasən Müqavilə onun bağlandığı vaxt qüvvədə olan qanunla və digər hüquqi aktlar ilə müəyyənləşdirilmiş, tərəflər üçün məcburi qaydalara (imperativ normalara) uyğun gəlməlidir. Əgər müqavilə bağlandıqdan sonra onu bağlayarkən qüvvədə olmuş qaydalardan fərqlənən, tərəflər üçün məcburi başqa qaydalar müəyyənləşdirən qanun qəbul edilmişsə, bağlanmış müqavilənin şərtləri qüvvəsini saxlayır, amma qanunda onun qüvvəsinin əvvəllər bağlanmış müqavilələrdən əmələ gələn münasibətlərə şamil olunmasının müəyyənləşdirildiyi hallar istisna təşkil edir. 390.3-cü maddəsinə əsasən, Müqavilə bağlamaq vəzifəsinin bu Məcəllədə və ya könüllü götürülmüş öhdəlikdə nəzərdə tutulduğu hallar istisna olmaqla, müqavilə bağlamağa məcburetməyə yol verilmir. 404.1-ci maddəsinə əsasən, Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. 404.2-ci maddəsinə əsasən, Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. 405.1-ci maddəsinə əsasən, Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. 425.1-ci maddəsinə əsasən, Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 425.2-ci maddəsinə əsasən, Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. 431.1-ci maddəsinə əsasən, Borclu öhdəliyin icrasının onun özündən asılı olduğu hallarda, habelə bunun bu Məcəllədən, müqavilədən və ya öhdəliyin təbiətindən irəli gəldiyi hallarda öhdəliyi şəxsən icra etməlidir. Bütün digər hallarda öhdəliyi borclunun əvəzinə üçüncü şəxs də icra edə bilər və buna borclunun razılığı tələb edilmir. Bu halda kreditorla bağlanmış müqaviləyə dəyişiklik edilməsi tələb olunmur. 441.1-ci maddəsinə əsasən, Tərəflərdən birinin öhdəliyi icra etməsi müqaviləyə uyğun olaraq digər tərəfin öz öhdəliklərini icra etməsi ilə şərtləndirildikdə qarşılıqlı icra sayılır. 441.2-ci maddəsinə əsasən, Mükəlləfiyyətli tərəf müqavilədə şərtləşdirilmiş öhdəliyin icrasını həyata keçirmədikdə və ya həmin icranın müəyyənləşdirilmiş müddətdə həyata keçirilməyəcəyini aşkar edən hallar olduqda qarşılıqlı icra öhdəsinə düşən tərəf öz öhdəliyinin icrasını dayandıra bilər və ya öhdəliyin icrasından imtina edib zərərin əvəzinin ödənilməsini tələb edə bilər. 441.4-cü maddəsinə əsasən, Əgər digər tərəf müqavilədə şərtləşdirilmiş öhdəliyinin icrasını həyata keçirmədiyinə baxmayaraq öhdəliyin qarşılıqlı icrası həyata keçirilərsə, digər tərəf öz öhdəliyini icra etməlidir.. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin: 135.1-ci maddəsinə əsasən Fiziki və hüquqi şəxslər, həmçinin belə xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyələr və digər təşkilatlar yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməyə borcludurlar. 135.2.3-cü maddəsinə əsasən Yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqın ödənilməsi vəzifəsi mənzil-tikinti kooperativi üzvləri üçün – mənzil-tikinti kooperativi tərəfindən yaşayış sahəsinin verildiyi andan yaranmış hesab edilir. 136.2-ci maddəsinə əsasən Çoxmənzilli binanın yaşayış sahəsinin mülkiyyətçisinin yaşayış sahəsinə və kommunal xidmətlərə görə ödədiyi haqq aşağıdakılardan ibarətdir: 136.2.1. çoxmənzilli binanın idarə edilməsi, ümumi əmlakının saxlanması, cari və əsaslı təmiri üzrə xidmət və işlərə görə ödənilən haqqın daxil olduğu yaşayış sahəsinin saxlanması və təmirinə görə haqq; 136.2.2. kommunal xidmətlərə görə haqq. Su Məcəlləsinin 98-ci maddəsinə əsasən xüsusi mülkiyyətdə olan su obyektlərinə sudan istifadə haqqı mülkiyyətçilərlə su istehlakçıları arasında bağlanmış müqavilə əsasında müəyyən olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 262 saylı, 17 iyul 2014-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Sudan istifadə Qaydaları”nın 7.20-ci maddəsinə əsasən, STKM suölçən cihaz quraşdırılmış hər bir istehlakçının adına, müqavilə bağlanıldığı gündən fərdi hesab açır. Həmin Qaydaların 8.2-ci maddəsinə əsasən, istehlakçıya suyun verilməsinin dayandırılması (dini ekstremizm əleyhinə xüsusi əməliyyatın aparılması ilə əlaqədar dayandırma halı istisna olmaqla) yalnız fərdi qaydada həyata keçirilir. Suyun dəyərini ödəməyən istehlakçıya suyun verilməsinin dayandırılması, suyun dəyərini vaxtında ödəyən istehlakçıların hüquqlarının pozulması ilə nəticələnməməlidir. Həmin Qaydaların 8.4-cü maddəsinə əsasən su ilə təchiz olunmuş obyektin mülkiyyətçisi (istifadəçisi) dəyişdirildikdə, əvvəlki istehlakçı obyektin mülkiyyətçisi (istifadəçisi) dəyişdirildiyi günədək sudan istifadəyə görə olan borcunu ödəməli, STKM-dən borcunun olmaması barədə arayış almalı və həmin arayışı yeni istehlakçıya təqdim etməlidir. Yeni mülkiyyətçi (istifadəçi) yeni müqavilənin bağlanılması üçün STKM-ə 10 (on) iş günü müddətində yazılı müraciət etməlidir. Yazılı müraciət daxil olduğu gündən 3 (üç) iş günü müddətində yeni mülkiyyətçi (istifadəçi) ilə STKM arasında müqavilə bağlanılmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq olunmuş “Elektrik enerjisindən istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 18 saylı, 2 fevral 2005-ci il tarixli qərarının 1.3-cü bəndinə əsasən, Enerjitəchizatı müəssisəsi elektrik enerjisinin alqı-satqı müqaviləsi əsasında dövlət elektroenergetika müəssisəsindən, yaxud müstəqil enerji istehsalçısından elektrik enerjisini satın alır və onu istehlakçılara satır. Enerjitəchizatı müəssisəsi ilə abonent arasında elektrik enerjisinin alqı-satqı müqaviləsi bağlanmalıdır. 4.1-ci bəndinə əsasən, Enerjitəchizatı müəssisəsi tərəfindən bütün istehlakçılara, o cümlədən məişət abonentlərinə elektrik enerjisinin verilməsi bu Qaydalara uyğun tərtib edilmiş elektrik enerjisinin alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. 7.9-cu bəndinə əsasən, məişət abonentinin elektrik enerjisi sərfinə görə hesablaşması hər bir yaşayış sahəsi, o cümlədən üçün yaşayış binalarındakı hər bir mənzil üzrə hesablaşma elektrik sayğacı quraşdırılır. Həmçinin yaşayış binalarında ümumi məqsədlərə - pilləkənlərin işıqlandırılmasına, liftlərin, nasosların işləməsinə və s. sərf edilən elektrik enerjisinə görə hesablaşmaq üçün hesablaşma elektrik sayğacı quraşdırılır. Kommunal mənzildə elektrik enerjisi sərfinə görə hesablaşmalar aparmaq məqsədilə hər bir məişət abonenti üçün hesablaşma elektrik sayğacı quraşdırılır, həmçinin mənzilin ümumi istifadə yerlərində (dəhlizin, mətbəxin, hamamın və s.) elektrik enerjisi sərfini müəyyənləşdirmək üçün ayrıca hesablaşma elektrik sayğacı quraşdırılır. Fiziki şəxs olan istehlakçıların sayğaclarla təchiz edilməsi, onların quraşdırılması və dəyişdirilməsi enerji təchizatı müəssisəsinin hesabına həyata keçirilir. 8.1-ci bəndinə əsasən dövlət elektroenergetika müəssisəsindən enerjitəchizatı müəssisəsinə, enerjitəchizatı müəssisəsindən abonentə, abonentdən subabonentə elektrik enerjisinin verilişi yalnız müvafiq olaraq tərəflər arasında bağlanmış elektrik enerjisinin alqı-satqı müqaviləsinə əsasən və onlar üçün təyin olunmuş elektrik enerjisinin tariflərinə uyğun aparılır. Elektrik enerjisinin qiymətləri (tariflər) “Elektroenergetika haqqında”, “Təbii inhisarlar haqqında” Azərbaycan Respublikasının qanunlarına və digər normativ sənədlərə uyğun olaraq dövlət tərəfindən tənzimlənir. 9.13-cü bəndinə əsasən, Enerji təchizatı müəssisəsi istehlakçıya elektrik enerjisinin verilməsini aşağıdakı hallarda dayandırır: 9.13.1. istehlakçının müvafiq yazılı müraciəti (elektrik enerjisinin verilməsinin dayandırılmasının səbəbi və müddəti göstərilməklə) olduqda; 9.13.2. enerji təchizatı müəssisəsinin istehlakçıya verdiyi elektrik enerjisinin sayğacla müəyyənləşən hesabı istehlakçıya enerji təchizatı müəssisəsi tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam məbləğdə ödənilmədikdə; 9.13.3. təmir-profilaktika və qəza işləri görüldükdə, o cümlədən baş verən yanğının və ya qaz sızmasının qarşısı alındıqda; 9.13.4. enerji təchizatı müəssisəsi ilə müvafiq müqavilə bağlanmadıqda; 9.13.5. məhkəmənin qərarı ilə; 9.13.6. dini ekstremizm əleyhinə xüsusi əməliyyat aparıldıqda, dini ekstremizm əleyhinə xüsusi əməliyyatlar aparan orqanların - Daxili İşlər Nazirliyinin və Dövlət Təhlükəsizliyi Xidmətinin göstərişləri əsasında. İstehlakçıya elektrik enerjisinin verilməsinin dayandırılması (dini ekstremizm əleyhinə xüsusi əməliyyatın aparılması ilə əlaqədar dayandırma halı istisna olmaqla) yalnız fərdi qaydada həyata keçirilir. Elektrik enerjisinin dəyərini vaxtında ödəməyən istehlakçıya elektrik enerjisinin verilməsinin dayandırılması, elektrik enerjisinin dəyərini vaxtında ödəyən digər istehlakçıların hüquqlarının pozulması ilə nəticələnməməlidir. “Qaz təchizatı haqqında” Qanunun: 13.1-cü bəndinə əsasən, İstehlakçılara qazın satışı qaz satıcıları tərəfindən həyata keçirilir. 13.2-ci bəndinə əsasən, İstehlakçılara qazın satışının xüsusiyyətləri qazdan istifadə qaydaları ilə tənzimlənir. 13.3-cü bəndinə əsasən, İstehlakçılar bu Qanuna, qaz təchizatı sektorunu tənzimləyən digər normativ hüquqi aktlara və normativ xarakterli aktlara uyğun olaraq qazı ölkə ərazisində fəaliyyət göstərən qaz satıcısından almaq hüququna malikdirlər. 15.1-ci bəndinə əsasən, Qaz nəqli sistem operatoru və ya qazpaylayıcı sistem operatoru tərəfindən istehlakçıya qazın verilməsi aşağıdakı hallarda dayandırılır: 15.1.1. istehlakçının müvafiq yazılı müraciəti (qazın verilməsinin dayandırılmasının səbəbi və müddəti göstərilməklə) olduqda; 15.1.2. qazın sayğacla müəyyənləşən dəyəri və sabit tarif barədə hesabı istehlakçıya təqdim edildikdən (göndərildikdən) sonra istehlakçı tərəfindən 1 (bir) ay müddətində tam məbləğdə ödənilmədikdə qaz satıcısının təşəbbüsü ilə; 15.1.3. qaz satıcısı ilə müvafiq müqavilə bağlanılmadıqda; 15.1.4. təmir-profilaktika və qəza işləri görüldükdə, habelə baş verən yanğının və ya qaz sızmasının qarşısı alındıqda qaz nəqli sistem operatorunun və ya qazpaylayıcı sistem operatorunun təşəbbüsü ilə; 15.1.5. məhkəmənin qərarı ilə; 15.1.6. dini ekstremizm əleyhinə xüsusi əməliyyat aparıldıqda həmin əməliyyatın aparılma zonasında dini ekstremizm əleyhinə xüsusi əməliyyat aparan orqanın göstərişi əsasında; 15.1.7. qazpaylayıcı sistem operatorunun işçilərini müayinə keçirilməsi üçün mülkiyyətində və ya istifadəsində olan tikinti obyektinə daxil olmasına maneə törətdikdə və ya müayinənin keçirilməsinə şərait yaratmadıqda; 15.1.8. qazpaylayıcı sistem operatorunun işçiləri tərəfindən tərtib edilmiş müayinə aktında qeyd olunmuş nöqsan və (və ya) pozuntuların aradan qaldırılması üçün bu Qanunun 18-ci və 19-cu maddələrinin tələblərini yerinə yetirmədikdə; 15.1.9. təhlükə potensiallı obyektlərdə texniki normativ hüquqi aktların tələblərinin pozulması hallarında təhlükəsizlik üzrə dövlət nəzarətini həyata keçirən orqanın (qurumun) göstərişi əsasında; 15.1.10. istehlakçının qaz qurğusu texniki reqlamentlərin tələblərinə cavab vermədikdə. 15.2-ci bəndinə əsasən, İstehlakçıya qazın verilməsinin dayandırılması (bu Qanunun 15.1.4-cü və 15.1.6-cı maddələrində nəzərdə tutulan hallar istisna olmaqla) yalnız fərdi qaydada həyata keçirilir. Qazın dəyərini və sabit tarifi vaxtında ödəməyən istehlakçıya qaz verilməsinin dayandırılması, qazın dəyərini və sabit tarifi vaxtında ödəyən digər istehlakçıların hüquqlarının pozulması ilə nəticələnməməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Bakı Şəhər İcra Hakimiyyətinin sərəncamları ilə "Royal Park" ərazisi (ümumi sahəsi 64,75 ha) əvvəlcə "Stonpey" nümayəndəliyinə, daha sonra isə tikinti aparmaq üçün "xxxx" MMC-yə icarəyə verilmişdir. İlkin iddia üzrə İddiaçı 10 mart 2022-ci ildə "xxxx" MMC-dən 187.000 ABŞ dolları məbləğində L-51 D saylı fərdi yaşayış evini satın almış, ebin dəyərini tami ödəmiş və borcunun olmadığına dair xx.xx.2023-cü il tarixində maliyyə arayışı almışdır. "xxxx" MMC və "Stonpey" nümayəndəliyi arasında xx.xx.2023-cü il tarixli saziş imzalanmışdır. Bu sazişə əsasən, ərazidəki bütün kommunal və servis xidmətlərinin (mühafizə, təmizlik, texniki qulluq) göstərilməsi "Stonpey"ə həvalə edilmişdir. İddiaçı ilə bağlanmış alqı-satqı müqaviləsində (1.8 və 2.1.7-ci bəndlər) evin təhvilindən sonra servis müqaviləsinin bağlanması öhdəliyi qeyd olunmuşdur. İddiaçı aylıq 450 manat xidmət haqqını yüksək hesab edərək müqaviləni imzalamaqdan imtina etmişdir. Buna nəticəsində cavabdehlər iddiaçının evinə gələn kommunal xətləri kəsmiş və müdaxilə etmişlər. Məhkəmə prosesi zamanı məlum olmuşdur ki, iddiaçının adına qaz sayğacı artıq quraşdırılıb və borcu yoxdur, elektrik və su xətləri isə qismən bərpa edilsə də, tərəflər arasında hüquqi mübahisə davam edir. Hazırda ilkin iddia üzrə İddiaçı “NN QRUP" MMC ilə İddiaçı arasında bağlanılan NN-RPT-2003-76/3 saylı alğı-satqı müqaviləsinin 1.8 və 2.1.7-ci bəndlərinin etibarsız hesab olunması, İddiaçı məxsus Bakı şəhəri, Yasamal Rayonu, X17 ünvanında yerləşən “Royal Park” yaşayış massivində 258 kvm ərazidə yerləşən, sahəsi 170 mkv olan L-51 D saylı fərdi yaşayış sahəsinə gələn elektrik enerjisinin, su və qazın cavabdehlər tərəfindən bərpa edilməsi, onların dayandırılmasının və həmin xəttlərə kənar müdaxilələrin cavabdehlərə qadağan edilməsi, qaz, su və elektrik enerjisindən istifadə edilməsinə, xətlərin çəkilməsinə, abonent kodunun alınmasına və sayğac qoyulmasına maneələrin aradan qaldırılması tələbi ilə məhkəməyə müraciət etmişdir. Qarşılıqlı iddia tələblərinin mahiyyətini isə Cavabdeh1 MMC ilə İddiaçı arasında bağlanmış NN-RPT-2003-76/3 saylı alqı-satqı müqaviləsinin 1.8. və 2.1.7-ci bəndlərinə və Cavabdeh1 MMC və Nümayəndəlik arasında 01 oktyabr 2023-cü il tarixli “Əməkdaşlıq Sazişinin” şərtlərinə uyğun olaraq Cavabdeh2 Şirkətinin Azərbaycan Respublikasındakı “X2” adlı Nümayəndəliyi ilə İddiaçı arasında aylıq xidmət haqqı 450 manat olmaqla “Royal Park” yaşayış massivi ərazisində xidmətlərin göstərilməsinə dair müqavilə imzalanması öhdəliyinin qoyulması təşkil edir. İlkin iddia tələbinə münasibətdə məhkəmə hesab edir ki, ilkin iddia qismən əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinə əsasən, mülkiyyət hüququ subyektin ona məxsus əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Cavabdehlərin elektrik enerjisi, su və qazın verilməsini dayandırması iddiaçının öz mülkiyyətindən təyinatı üzrə istifadə etməsinə birbaşa maneə yaradır. Mülkiyyətçi öz mülkiyyətindən istifadəyə mane olan hər hansı müdaxilənin, o cümlədən sayğac quraşdırılmasına və abonent kodu alınmasına yaradılan maneələrin aradan qaldırılmasını tələb edə bilər. Kommunal xidmət xətləri yaşayış sahəsinin ayrılmaz hissəsi olduğu üçün, bu xidmətlərin kəsilməsi mülkiyyət hüququnun qeyri-qanuni məhdudlaşdırılması kimi qiymətləndirilir. Buna görə də məhkəmə hesab edir ki, İddiaçı məxsus Bakı şəhəri, Yasamal Rayonu, X17 ünvanında “Royal Park” yaşayış massivində yerləşən, sahəsi 170 kv.m. olan L51 D saylı fərdi yaşayış sahəsinə gələn elektrik enerjisi, su və qazın verilməsi bərpa edilməklə, onların dayandırılması və həmin xəttlərə kənar müdaxilələrin edilməsi cavabdehlərə qadağan edilməli, həmin fərdi yaşayış evində qaz, su və elektrik enerjisindən istifadə edilməsinə, xətlərin çəkilməsinə, abonent kodunun alınmasına və sayğacın qoyulmasına maneələrin aradan qaldırılması vəzifəsi cavabdehlər üzərinə qoyulmalıdır. İlkin iddia tələbinin qalan hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçı alqısatqı müqaviləsinin 1.8 və 2.1.7-ci bəndlərinin etibarsızlığını (və ya ləğvini) istəsə də, nəzərə alınmalıdır ki, Mülki Məcəllənin tələblərinə görə, tərəflər müqavilə bağlamaqda və onun şərtlərini müəyyən etməkdə azaddırlar. İddiaçı müqaviləni imzalayarkən həmin bəndlərin mahiyyətini anlamış və öz iradəsi ilə qəbul etmişdir. Bundan başqa iddiaçı müqavilənin imzalanması zamanı ona qarşı fiziki və ya mənəvi təzyiqin olduğunu sübuta yetirə bilməmişdir. Müqavilənin mübahisə edilən bəndləri yaşayış massivinin vahid idarəetmə və təhlükəsizlik sistemini təmin etmək məqsədi daşıyır. Bu bəndlərin ləğvi massivdəki digər mülkiyyətçilərin hüquqlarının pozulmasına səbəb ola bilər. Həmçjnjn qeyd olunmalıdır ki, “Elektrik enerjisindən istifadə Qaydaları", "Qaz təchizatı haqqında" və "Sudan istifadə Qaydaları”na görə, istehlakçının kommunal xidmətlərdən istifadəsi yalnız qanunla müəyyən edilmiş hallarda dayandırıla bilər. Xidmət haqqı ilə bağlı mübahisənin olması kommunal xidmətlərin kəsilməsi üçün qanuni əsas deyil. Məhkəmə qarşılıqlı iddia tələblərini əsaslı hesab edərək qeyd edir ki, İddiaçı 10 mart 2022-ci il tarixli alqı-satqı müqaviləsinin 1.8 və 2.1.7-ci bəndləri ilə servis xidmətləri göstərilməsinə dair müqavilə bağlamaq öhdəliyini üzərinə götürmüşdür. Mülki Məcəlləyə görə, öhdəliklər müqavilə şərtlərinə və qanunvericiliyin tələblərinə uyğun olaraq lazımi qaydada icra edilməlidir. İddiaçı bu bəndləri imzalamaqla gələcəkdə xidmət müqaviləsi bağlayacağını əvvəlcədən qəbul etmişdir. Məhkəmə qeyd edir ki, müqavilə bağlandığı vaxtdan tərəflər vicdanla hərəkət etməyə borcludurlar. Yaşayış massivlərində (hazırki halda Royal Park yaşayış massivi) infrastrukturun saxlanılması (mühafizə, yaşıllaşdırma, işıqlandırma) kollektiv öhdəlikdir. İdarəedici şirkətlə müqavilə bağlamaqdan imtina etmək yaşayış massivinin digər sakinlərinin hüquqlarının pozulmasına və əsassız varlanmaya gətirib çıxarır. Bundan başqa qeyd olunmalıdır ki, Cavabdeh1 MMC xidmət göstərmə öhdəliyini xx.xx.2023-cü il tarixli sazişlə “Stonpey” nümayəndəliyinə ötürmüşdür. Bu, qanunvericiliyə zidd deyil və iddiaçının alqı-satqı müqaviləsi ilə götürdüyü “xidmət müqaviləsi bağlamaq” öhdəliyini ortadan qaldırmır. Cavabdeh tərəfindən 450 manatlıq məbləğin digər bənzər yaşayış massivləri ilə müqayisədə ağlabatan olması və massivdəki digər 200-ə yaxın sakinin bu şərtlərlə müqavilə bağlaması, tələbin işgüzar adətlərə və vicdanlılıq prinsipinə uyğun olduğunu sübut edir. Qeyd olunanlara əsasən məhməmə hesab edir ki, “2629-4694 Quebec İNC” şirkətinin Azərbaycan Respublikasındakı “X1” adlı Nümayəndəliyi ilə İddiaçı arasında aylıq xidmət haqqı 450 manat olmaqla “Royal Park” yaşayış massivi ərazisində xidmətlərin göstərilməsinə dair müqavilə bağlanması öhdəliyi ilkin iddia üzrə İddiaçı üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumları tərəflərin özlərinə aid edilməlidir. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ilkin iddia tələbi qismən təmin edilməli, İddiaçı məxsus Bakı şəhəri, Yasamal Rayonu, X17 ünvanında “Royal Park” yaşayış massivində yerləşən, sahəsi 170 kv.m. olan L51 D saylı fərdi yaşayış sahəsinə gələn elektrik enerjisi, su və qazın verilməsi bərpa edilməklə, onların dayandırılması və həmin xəttlərə kənar müdaxilələrin edilməsi cavabdehlər “NN Qrup" MMC və "2629-4694 Quebec İNC" şirkətinin Azərbaycan Respublikasındakı "X1" adlı Nümayəndəliyinə qadağan edilməli, Həmin fərdi yaşayış evində qaz, su və elektrik enerjisindən istifadə edilməsinə, xətlərin çəkilməsinə, abonent kodunun alınmasına və sayğacın qoyulmasına maneələrin aradan qaldırılması vəzifəsi cavabdehlər “NN Qrup" MMC-yə və "2629-4694 Quebec İNC" şirkətinin Azərbaycan Respublikasındakı "X1" adlı Nümayəndəliyinin üzərinə qoyulmalı, ilkin iddia tələbi qalan hissədə təmin edilməməli, qarşılıqlı iddia tələbləri təmin edilməli, "2629-4694 Quebec İNC" şirkətinin Azərbaycan Respublikasındakı "X1" adlı Nümayəndəliyi ilə İddiaçı arasında aylıq xidmət haqqı 450 manat olmaqla “Royal Park” yaşayış massivi ərazisində xidmətlərin göstərilməsinə dair müqavilə bağlanması öhdəliyi ilkin iddia üzrə İddiaçı üzərinə qoyulmalı, ödənilmiş dövlət rüsumları tərəflərin özlərinə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88, 216-14.2, 77.1, 88, 220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İlkin iddia tələbi qismən təmin edilsin. İddiaçı məxsus Bakı şəhəri, Yasamal Rayonu, X17 ünvanında “Royal Park” yaşayış massivində yerləşən, sahəsi 170 kv.m. olan L51 D saylı fərdi yaşayış sahəsinə gələn elektrik enerjisi, su və qazın verilməsi bərpa edilməklə, onların dayandırılması və həmin xəttlərə kənar müdaxilələrin edilməsi cavabdehlər “NN Qrup" MMC və "2629-4694 Quebec İNC" şirkətinin Azərbaycan Respublikasındakı "X1" adlı Nümayəndəliyinə qadağan edilsin. Həmin fərdi yaşayış evində qaz, su və elektrik enerjisindən istifadə edilməsinə, xətlərin çəkilməsinə, abonent kodunun alınmasına və sayğacın qoyulmasına maneələrin aradan qaldırılması vəzifəsi cavabdehlər “NN Qrup" MMC-yə və "2629-4694 Quebec İNC" şirkətinin Azərbaycan Respublikasındakı "X1" adlı Nümayəndəliyinin üzərinə qoyulsun. İlkin iddia tələbi qalan hissədə təmin edilməsin. Qarşılıqlı iddia tələbləri təmin edilsin. "2629-4694 Quebec İNC" şirkətinin Azərbaycan Respublikasındakı "X1" adlı Nümayəndəliyi ilə İddiaçı arasında aylıq xidmət haqqı 450 manat olmaqla “Royal Park” yaşayış massivi ərazisində xidmətlərin göstərilməsinə dair müqavilə bağlanması öhdəliyi ilkin iddia üzrə İddiaçı üzərinə qoyulsun. Ödənilmiş dövlət rüsumları tərəflərin özlərinə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.
Hakim: Ayşən Sultanova-Məmmədova