Məhkəmə qərarları › İş №e-2(004)-585/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-585/2024

05.03.2024 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-585/2024 05.03.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, Əlihüseynli Mehin Mətin qızının katibliyi, İddiaçı və onun nümayəndəsi və vəkili X3, Cavabdeh "xxxx" MMC-nin nümayəndəsi və vəkili X2 iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı "işə bərpa və əmək haqqı” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı "işə bərpa və əmək haqqı” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək "xxxx" MMC-nin 383 nömrəli 20 sentyabr 2023-cü il tarixli Əmrinin ləğv edilməsi, "xxxx" MMC-nin “Müalicə işləri üzrə direktor müavini (Baş həkim) vəzifəsinə bərpa olunmağı barədə Cavabdeh MMC-nin üzərinə öhdəliyin qoyulması və məcburi işburaxma dövrü üçün əmək haqqının hesablanaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.2020-ci il tarixində Cavabdeh MMCdə əmək müqaviləsi əsasında işə başlamaqla, xx.xx.2023-cü il tarixədək “Müalicə işləri üzrə direktor müavini (Baş həkim) vəzifəsində çalşmışdır. Əvvəllər rəhbərliklə normal münasibətlərdə olsa da, sonradan MMC-nin direktoru ondan könüllü şəkildə ərizə yazaraq işdən çıxmağını tələb etmiş, səbəbi isə o olmuşdur ki, MMC-nin təsisçisi-sahibkarı öz həyat yoldaşını onun yerinə Baş həkim vəzifəsinə keçirmək istəmişdir və onun müqaviləsinə qanunsuz şəkildə xitam verdikdən sonra həmin şəxsi baş həkim vəzifəsinə təyin ediblər. O bu tələbi yerinə yetirməyəcəyini bildirdikdə isə, ona qarşı qərəzli addımlar atılmağa başlanmışdır. Belə ki, direktorun qeyri-qanuni tapşırığı ilə mühafizə xidməti avtomobilini Hospitalın qarajına buraxmamış, işçiləri onun əleyhinə fəaliyyətə sövq edən hərəkətlər etmişdir. Onu qanunsuz şəkildə işdən çıxardıqdan sonra, keçmiş tarixə guya ki əmək intizamını pozmağı əsası ilə töhmət və şiddətli töhmət verilməsi barədə uydurma, həqiqəti əks etdirməyən və heç bir əsası olmayan əmrlər tərtib etmişlər. xx.xx.2023-cü il tarixində isə, Əmək Məcəlləsi və Konstitusiya ilə təsbit olunmuş hüquqları kobud şəkildə pozmaqla, Əmək Məcəlləsinin 70-cimaddəsinin “ç” bəndinə əsasən onunla bağlanmış əmək müqaviləsinə xitam vermişdir. Belə ki, o, yuxarı tənəffüs yolları xəstəliyi ilə əlaqədar olaraq, xx.xx.2023-cü il tarixindən xx.xx.2023-cü il tarixədək əmək qabiliyyətinin olmaması barədə verilmiş SN 00008 seriyalı, ******* nömrəli vərəqə əsasından işdən azad olmuş və həmin vərəqədə işə başlama tarixi xx.xx.2023- cü il kimi qeyd olunmuşdur. O, xx.xx.2023cü il tarixində işə çıxmaq istədikdə ona bildirdilər ki, Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən onunla bağlanmış əmək müqaviləsinə xitam vermişdir. O, bunun səbəbini soruşduqda və işə xitam verilməsi barədə əmrin və xitam verilməsinə əsas olmuş sənədləri dəfələrlə tələb etsə də, həmin sənədləri ona təqdim etmədilər. O, əmrin qanunsuzluğunu mübahisələndirmək üçün qanunvericilikdə müəyyən edilmiş 1 aylıq müddəti buraxmamaq üçün xx.xx.2023-cü il tarixində Mediasiya prosesini başladaraq, Cavabdeh MMC-yə mediasiya təklifi göndərdi və eyni zamanda təklifdə qeyd etdi ki, xx.xx.2023-cü il tarixində, xəstə olduğu müddətdə, onun əmək müqaviləsinə, Əmək Məcəlləsinin 70ç maddəsi ilə əsassız və qanuna zidd olaraq xitam verilmişdir. Bu müddətdə dəfələrlə müraciət etsə də, ona nə Əmrin yazılı nüsxəsi, nə də ki, Əmrə əsas verən, faktiki halların qeyd olunduğu sənəd təqdim olunmamışdır. Cavabdeh MMC xx.xx.2023-cü il tarixli məktubla xx.xx.2023-cü il tarixli müraciətə cavab göndərmiş və məktubda qeyd etmişdir ki, 13 oktyabr 2023-cü il tarixli “Mediasiya təklifi” müraciətə əsasən, xx.xx.2023-cü il tarixində Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən əmək müqaviləsinə xitam verilməsinə əsas olan sənədləri təqdim edir. Qeyd etmək istərdi ki, kadrlar şöbəsi tərəfindən xitam əmrinin surəti təqidm edilmişdir??? Xəstə olduğu müddət ərzində klinikanın müdiriyyətinə xəbər verilməmiş və eyni zamanda həmin müddət ərzində xəstəxana və xəstəxana ətrafı gəzintidə olmusunuz.??? Həmin məktubda əlavə edilmiş işdən çıxarılmağının əsası kimi istinad etdikləri sənədlərə münasibət bildirmədən öncə, göndəriş məktubuna münasibət bildirmək istəyir. Həmin məktub, tamamilə uydurma, ciddiyyətdən uzaq və müəyyən mənada qanunsuzluq faktı təsdiq edən formada tərtib olunmuşdur. Belə ki, əvvəla Cavabdeh MMCnin rəhbərliyi onunla bağlamış əmək müqaviləsinə xitam verən zaman, onun xəstəlik səbəbindən işdən azad olmağı barədə məlumatlı olmuş, xəstəlik vərəqəsi onlara təqdim edilmişdir. İkincisi, dəfələrlə tələb etsə də, nə işdən çıxarılmağı barədə əmr nə də ki, həmin əmrin verilməsinə əsas olmuş sənədlər ona tədim olunmamışdır. Yalnızca rəsmi müraciətdən sonra həmin sənədlərin surətləri ona göndərilmişdir. Və üçüncüsü heç bir məntiqə sığmır ki, xəstə ola-ola “xəstəxanada və xəstəxana ətrafı gəzinti”də ola, işə çıxmayam və bu barədə 4 gün gözləyib, hər hansı tədbir görməyib, daha sonra əmək müqaviləyə xitam verələr. Əgər iddia etdikləri kimi xəstəxanada olmuşdusa xəstəlik vərəqəsinə nə ehtiyac var idi??? Həmin məktubda əlavə edilmiş işdən çıxarılmağının əsası kimi istinad etdikləri sənədlərə gəldikdə, 04 sentyabr 2023-cü il tarixli 334 nömrəliəmək intizamının pozulmasını nəzərə alaraq töhmət verilməsi haqqında əmr göndərilmiş, hansı ki, onun həmin əmr barədə ümumiyyətlə məlumatı olmamışdır. Görünür ki, həmin əmr o işdən çıxarıldıqdan sonra arxa tarixə tələm-tələsik tərtib olunmuşdur. Həmin göstərilir ki, Cavabdeh MMC-nin “Müalicə işləri üzrə direktor müavini (Baş həkim) vəzifəsində çalşan İddiaçı 2 sentyabr 2023-cü il tarixində xəstəxana daxili vəzifəsindən istifadə edərək nizam-intizam qaydalarını pozmuşdur. Qeyd olunan halı??? nəzərə alaraq Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən İddiaçı töhmət elan edilsin. Həmin əmrin verilməsinə əsas olmuş xəstəxana daxili vəzifəsindən istifadə edərək nizam-intizam qaydalarını pozmağımın nədən ibarət olması, hansı vəzifədən istifadə etməyi, hansı hüquqpozunutsunu və yaxud nizam-intizam qaydalarını pozmağını təsdiq edən faktların olduğu əsaslandırılmamış və ona təqdim olunmamışdır. Sadəcə olaraq, həmin əmrin verilməsi əsası kimi X6 adlı bir işçinin izahatı əlavə edilmiş, həmin izahatın isə ümumiyyətlə ona töhmət verilməsi ilə hansı əlaqəsinin olduğu hələ də ona məlum deyildir. Ümumiyyətlə, o, işəgötürən deyil və işçilərin işə qəbulu və azad edilməsi barədə onun hər hansı səlahiyyəti olmamışdır. Həmin səlahiyyət MMC-nin direktoruna məxsusdur. Qoşma kimi 14 sentyabr 2023-cü il tarixli 360 nömrəli əmək intizamının pozulmasını nəzərə alaraq şiddətli töhmət verilməsi haqqında əmr göndərilmiş və əmrdə göstərilmişdir ki, Cavabdeh MMC-nin “Müalicə işləri üzrə direktor müavini (Baş həkim) vəzifəsində çalşan İddiaçı 14 sentyabr 2023-cü il tarixində əmək funksiyasını qismən yerinə yetirmədiyinə görə intizam qaydalarını pozmuşdur. Qeyd olunan halı nəzərə alaraq, Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən İddiaçı sonuncu xəbərdarlıqla şiddətli töhmət elan edilsin. Həmin əmrin verilməsinə əsas kimi "xxxx" MMC tərəfindən tərtib edilmiş 14 sentyabr 2023-cü il tarixli uydurma bir AKT göstərilmişdir. Belə ki, həmin AKT o qədər tələm-tələsik formada tərtib olunmuşdur ki, tərtib edənlər AKT-ın sentyabr 2023-cü il tarixli 360 nömrəli əmək intizamının pozulmasını nəzərə alaraq şiddətli töhmət verilməsi haqqında əmrlə ziddiyyət təşkil etməsinə belə diqqət yetirməmişlər. Belə ki, həmin aktda göstərilir ki, aşağıda imza atanlar (Kadrlar şöbəsinin müdiri G.Məmmədova, həkim statisti A.Şirəliyeva, hüquq xidmətinin rəisi F.Nağdəliyev və MMCnin direktoru S.Şükürov) qeyd edir ki, Cavabdeh MMC-nin “Müalicə işləri üzrə direktor müavini (Baş həkim) İddiaçı səlahiyyətlərini düzgün və vaxtlı vaxtında icra etmir, iş rejimini vaxtaşırı pozur. Nəticədə onun səlahiyyətinə aid sənədləşmələr vaxtlı-vaxtında aparılmayıb. Belə ki, 2023-cü ildə xəstəxanada 2 ölüm faktı baş həkim İddiaçı məsuliyyətsizliyi səbəbindən sənədləşməyib. Bundan başqa 7 hal üzrə xəstələrə vaxtında tibbi arayış verilməyib. Bu da nəticədə xəstələrin narazılığına səbəb olub??? xx.xx.2023cü il tarixindən heç bir üzürlü səbəb olmadan işə gəlməyib. Yuxarıda qeyd edilənləri əsas tutaraq baş həkim vəzifəsini icra edən İddiaçı işdən azad edilməsi məqsədəuyğun hesab edilir. Əvvəla, işə səhlənkar yanaşmağı və xəstələrin narazılığı tamamilə cılız düşünülmüş yalandan ibarətdir. Bu barədə hər hansı xəstə tərəfindən müvafiq şikayətlər olunmasını təsdiq edən heç bir fakt yoxdur. İkincisi o, qeyd edilən tarixdə işdə, vəzifənin başında olmuş və bunu təsdiq edən sübutları məhkəməyə təqdim edəcək. Və üçüncüsü, bir tərəfdən AKT-da qeyd edilir ki, onun işdən çıxarılmağı məqsədə müvafiqdir, hansı ki, həmin akt da onun işdən çıxarılma əmrini verən direktor tərəfindən imzalanıb, eyni tarixdə ona şiddətli töhmət verilməsi barədə Əmrdə gələcəkdə belə hallar təkrar baş verəcəyi təqdirdə qanunvericliyə əsasən ona qarşı daha ciddi tədbirlərin görüləcəyi göstərilir. Əgər, həqiqətən də, o, yuxarıda qeyd edildiyi kimi ciddi intizam pozuntularına yol vermişdimsə və onun işdən azad olmağı məqsədə müvafiq idisə, nə üçün elə həmin tarixdə də işdən azad etməyib, bir-birinə ziddi olan sənədlər tərtib edirdilər??? Cavabdeh "xxxx" MMC iddia tələbinə etirazla məhkəməyə müraciət edərək iddia tələbinin təmin olunmamasını məhkəmədən xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının qanunvericiliyinə görə səhiyyə sistemində mütləq tələb olunan icazələr və lisenziya iddiaçıda yoxdur. Eyni zamanda "xxxx" MMC tərəfindən icarəyə götürdüyü qeyri-yaşayış sahəsində təmir işləri, avadanlıqlar və cihazların alınmasında köməklik etmək üçün kənar partnyor kimi vətəndaş Asiman Həsənov cəlb edilmişdir. Asiman Həsənov bu işlərin aparılması üçün İddiaçı işə götürmüşdür. Tikinti və təmir işləri bir ilədək aparıldıqdan sonra İddiaçı müvəqqəti sənədləşmə işləri aparmaq, kənar partnyorlar tərəfindən işə cəlb edilib. Lakin bir müddət işlədikdən sonra İddiaçı öz səlahiyyətlərini aşaraq, istədiyi işçini çağırıb işdən azad etməsini bildirmişdir. Bundan başqa həavlə edilmiş sənədləşmə işləri düzgün və vaxtında aparılmamış, bu da öz növbəsində gecikmiş sənədlərin imzalanması digər məsul şəxslərə həvalə edilirdi və narazılıqlar yaradılırdı. Eyni zamanda onu qeyd etmək istəyir ki, bu faktları Səhiyyə Nazirliyinin Ekspertiza mərkəzinin nümayəndləri tərəfindən onların xəbəri olmadan xəstəxanada yoxlama aparılmış, ciddi nöqsanlar aşkarlanmış və bu haqda akt tərtib edilmişdir. Bu nöqsanlarla bağlı "xxxx" MMC-nin rəhbərliyi tərəfindən araşdırma aparıldığını və işdən azad ediləcəyini bildikdən sonra Səməd Smədov bülleten təqdim etmişdir. Lakin həmin şəxsin xəstəliyinin olub-olmaması şübhə altındadır. Çünki həmin tarixlərdə əlində olan video görüntülərdən açıq görüntülərdən açıq görünür ki, işə gəlib, istədiyi vaxt xəbər etmədən iş yerini dəfələrlə tərk edib. Bundan başqa məlumat üçün bildirmişdir ki, "xxxx" MMC-nin baş direktoru Samir Şükürova məlumat verilmədən kənar partnyor olan Asiman Həsənov ilə əlbir olub, xəzinədən qeyri-qanuni 20000 manat pul çıxartmışlar. Abşeron sağlamlıq mərkəzi tərəfindən verilən bülleten şübhəa altına alınıb. Bu səbəbdən araşdırmaı üçün məhkəməyə müraciət edilməsinə dair sənədləşmə aparılır. Xəzinədən qanunsuz 20000 manatın çıxarılmasına dair müstəqil audit şirkəti tərəfindən araşdırma aparılır, fakt təsdiq olunub və audit yoxlama yekunlaşdıqdan sonra bu məsələ ilə bağlı cinayət işinin qaldırılmasına baxılacaq. Məhkəmə iclasında iştirak edən İddiaçı və onun nümayəndəsi və vəkili X7 iddia tələbini müdafiə edərək təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh "xxxx" MMC-nin nümayəndəsi və vəkili X5 etirazla eyni məzmunlu izahat verərək iddianın təmin olunmamasını məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan "xxxx" MMC-nin 04 sentyabr 2023-cü il tarixli “əmək intizamının pozulmasını nəzərə alaraq töhmət verilməsi haqqında” 334 nömrəli əmrdən görünür ki, Azərbaycan Respublikasının 186-cı maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən İddiaçı töhmət elan edilmişdir. "xxxx" MMC-nin 14 sentyabr 2023-cü il tarixli “əmək intizamının pozulmasını nəzərə alaraq şiddətli töhmət verilməsi haqqında” 360 nömrəli əmrdən görünür ki, Azərbaycan Respublikasının 186-cı maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən İddiaçı sonuncu xəbərdarlıqla şiddətli töhmət elan edilmişdir. "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli 383 nömrəli əmək müqaviləsinə xitam verilməsi barədə əmrdən görünür ki, "xxxx" bölməsində “müalicə işləri üzrə direktor müavini (baş həkim)” vəzifəsində işləyən İddiaçı ilə bağlanmış xxxxxxx000800 nömrəli əmək müqaviləsinə AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xx.xx.2023-cü il tarixdən xitam verilməsi əmr edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş 04 dekabr 2023-cü il tarixli MN ******* saylı qərarından görünür ki, işəgötürən Cavabdeh MMC-nin direktoru X4 Cavabdeh MMC-də işləyən İddiaçı xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək müddətdə əmək qabiliyyətinin olmamasına baxmayaraq əmək müqaviləsinə xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikasının 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmiş və eyni zamanda İddiaçı son haqq-hesabının hesablanmasında və ödənilməsində qanun pozuntusuna yol verilmişdir. Buna görə də Cavabdeh MMC-nin direktoru X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4 və 192.6-cı maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 1500 manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti Bakı şəhər İdarəsinin 15 dekabr 2023-cü il tarixli məktubundan görünür ki, Cavabdeh MMC tərəfindən X9 Xidmətinin Bakı şəhər idarəsinə təqdim olunmuş sənədlərdən "xxxx" MMC arasında bağlanmış əmək müqaviləsinə xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək müddətdə əmək qabiliyyətinin olmamasına baxmayaraq xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vazifələrini kobud şəkildə pozduqda) xitam verildiyi müəyyən olunmuşdur. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 3(004)-40/2024 saylı qərarına əsasən barəsində inzibati xəta haqqında iş üzrə qəbul edilmiş Cavabdeh MMC-nin direktoru X1 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş 04 dekabr 2023-cü il tarixli MN ******* saylı qərarından verdiyi şikayətin təmin edilməməsi qərara alınmışdır. Belə ki, məhkəmə iş materiallarını araşdıraraq, müəyyən etmişdir ki, İddiaçı əmək müqaviləsi ilə "xxxx" bölməsində “müalicə işləri üzrə direktor müavini (baş həkim)” vəzifəsində işləmişdir. Daha sonra "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli 383 nömrəli əmək müqaviləsinə xitam verilməsi barədə əmrinə əsasən "xxxx" bölməsində “müalicə işləri üzrə direktor müavini (baş həkim)” vəzifəsində işləyən İddiaçı ilə bağlanmış xxxxxxx000800 nömrəli əmək müqaviləsinə AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xx.xx.2023-cü il tarixdən xitam verilmişdir. Hazırda İddiaçı işə bərpa və əmək haqqı tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək "xxxx" MMC-nin 383 nömrəli 20 sentyabr 2023-cü il tarixli Əmrinin ləğv edilməsi, "xxxx" MMC-nin “Müalicə işləri üzrə direktor müavini (Baş həkim) vəzifəsinə bərpa olunmağı barədə Cavabdeh MMC-nin üzərinə öhdəliyin qoyulması və məcburi işburaxma dövrü üçün əmək haqqının hesablanaraq ona ödənilməsini xahiş etmişdir. Beləliklə məhkəmə tərəfindən müəyyən edilmişdir ki, "xxxx" MMC ilə İddiaçı arasında bağlanmış əmək müqaviləsinə xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək müddətdə əmək qabiliyyətinin olmamasına baxmayaraq xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verildiyi müəyyən olunmuşdur, yəni İddiaçı Əmək Məcəlləsinin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduğu hallar müəyyən edilməmişdir. Odur ki, məhkəmə belə nəticəyə gəlir ki, "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli 383 nömrəli İddiaçı əmək müqaviləsinə xitam verilməsi barədə əmri əsassız olduğundan iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda ləğv edilə bilər. Həmin Məcəllənin 71-ci maddəsinin 3-cü hissəsinə əsasən işəgötürən Məcəllənin 70ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Əmək Məcəlləsinin 71-ci maddəsinin 2-ci bəndinə əsasən bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. 3-cü bəndinə əsasən işəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Həmin Məcəllənin 72-ci maddəsinin “a” bəndinə əsasən işçinin xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir. Odur ki, məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi əsaslı olmaqla təmin edilməli, Cavabdeh MMC-nin 383 nömrəli 20 sentyabr 2023-cü il tarixli Əmri ləğv edilməli, İddiaçı Cavabdeh MMC-nin “Müalicə işləri üzrə direktor müavini” (Baş həkim) vəzifəsinə bərpa olunmalı və "xxxx" MMC tərəfindən məcburi işburaxma dövrü üçün əmək haqqı hesablanaraq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh MMC-nin 383 nömrəli 20 sentyabr 2023-cü il tarixli Əmri ləğv edilsin. İddiaçı Cavabdeh MMC-nin “Müalicə işləri üzrə direktor müavini” (Baş həkim) vəzifəsinə bərpa olsun. "xxxx" MMC tərəfindən məcburi işburaxma dövrü üçün əmək haqqı hesablanaraq İddiaçı ödənilsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ayaz Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar