Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-5943/2024 25.12.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi Almasova Aytən Asəf qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “mənzilə istifadə hüququna xitam verilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “mənzilə istifadə hüququna xitam verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xüsusi mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, A.M. Şərifzadə küçəsində yerləşən 62 nömrəlievin 31 saylı mənzilə istifadə hüququna xitam verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsində yerləşən 62 nömrəli evin 31 nömrəli mənzili onun xüsusi mülkiyyətindədir. Həmin mənzilə Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən xx.xx.2007-ci il tarixdə Seriya MH, ******* nömrəli Çıxarış verilmişdir. Cavabdeh onun keçmiş həyat yoldaşıdır, onunla nikaha xx.xx.2011-ci ildə daxil olmuşdur. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(004)-550/2024 saylı qətnaməsi ilə onunla Cavabdeh arasında Yasamal Rayon Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2011-ci il tarixdə 1396 nömrəli akt qeydi ilə bağlanmış nikah pozulmuşdur. Cavabdeh 15 iyun 2023-cü il tarixdən ona məxsus mənzildə yaşamır, Masazır qəzəbəsində valideynləri ilə birlikdə yaşayır. Göründüyü kimi cavabdeh uzun müddətdir ki ona məxsus mənzildə yaşamır. Bunu cavabdeh nikahın pozulması barədə mülki işə baxılan zaman Yasamal Rayon İcra Hakimiyyətində bildirmişdir. Belə ki, Yasamal rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasının rəyində göstərilmişdir ki, Cavabdeh komissiyada bildirmişdir ki, 15 iyun 2023-cü il tarixdən övladları Zəhra və Alimlə evi tərk edərək Masazır qəsabəsində yaşayan valideynlərini yanına getmiş, hazırda onlarla birlikdə yaşayır. Məhkəmə iclasda iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil izahatında bildirmişdir ki, iddianı müdafiə edir. Bakı şəhəri, Yasamal rayonu, A.M. Şərifzadə küçəsində yerləşən 62 nömrəli evin 31 nömrəli mənzili iddiaçının xüsusi mülkiyyətindədir. Həmin mənzilə Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən xx.xx.2007-ci il tarixdə çıxarış verilmişdir. Cavabdeh iddiaçının keçmiş həyat yoldaşıdır, onunla nikaha xx.xx.2011-ci ildə daxil olmuşlar. Birgə nikahdan üç övladları dünyaya gəlmişdir. Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(004)-550/2024 saylı qətnaməsi ilə iddiaçı ilə Cavabdeh arasında nikah pozulmuşdur. Məhkəmə qətnaməsi ilə iki uşağın ananın, bir uşağın atanın himayəsində saxlanılması qət edilmişdir. Mübahisəli mənzil birgə nikah dövründə əldə edilməmişdir. Cavabdeh 15 iyun 2023-cü il tarixdən həmin mənzildə yaşamır və ata evinə köçmüşdür. Cavabdeh həm əvvəlki məhkəmə mübahisəsi zamanı məhkəmə iclasında, həm də Qəyyumluq və Himayəçilik Komissiyasında atasının evində yaşadığını bildirmişdir. Cavabdeh Qəyyumluq və Himayəçilik Komissiyasında atasının 3 otaqlı evinin olmasını, evin hər bir şəraitinin olmasını qeyd etmişdir. Hesab edirlər ki, iddiaçı və cavabdeh arasında ailə münasibətlərinə xitam verildiyindən, AR Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə cavabdehin həmin yaşayış sahəsindən istifadə hüququna xitam verilməlidir. İddianın təmin edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında bildirmişdir ki, iddia tələbini qəbul etmir. 15 iyun 2023-cü il tarixdə həmin mənzili tərk etmiş və ata evində müvəqqəti olaraq məskunlaşmışdır. Daha sonra iddiaçı ilə barışmışdır və həmin mənzilə qayıtmışdır. 23 iyun 2023-cü il tarixdən yenidən həmin mənzili tərk edərək, ata evinə qayıtmışdır. Nikah pozulduqdan sonra atası ilə Yasamal rayonu ərazisində yerləşən, uşaqların təhsil aldığı məktəbə yaxın olan kirayə evə köçmüşdür. Onun həmin mənzildə çox böyük əməyi vardır. İddiaçıdan həmin mənzildən istifadə hüququma xitam verilməsi ilə bağlı kompensasiya tələb edir. İddianın rədd edilməsini xahiş edir. Məhkəmə prosesdə iştirak edən şəxslərin izahatını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələblərinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 550/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən iddiaçı X4 ilə cavabdeh İddiaçı arasında xx.xx.2011-ci il tarixdə Yasamal Rayon Qeydiyyat Şöbəsində 1396 nömrəli akt qeydi ilə bağlanmış nikahın pozulması, xx.xx.2013-cü il təvəllüdlü X6 və xx.xx.2018-ci il təvəllüdlü X7 anaları X2 yanında saxlanılması, xx.xx.2013-cü il təvəllüdlü X10 və xx.xx.2018-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün 24 noyabr 2023-cü il tarixdən başlayaraq, cavabdeh İddiaçı hər ay hər uşaq üçün 220 (iki yüz iyirmi) manat olmaqla, cəmi 440 (dörd yüz qırx) manat sabit pul məbləğində alimentin tutularaq iddiaçı X3 ödənilməsi, xx.xx.2012-ci il təvəllüdlü X5 atası İddiaçı yanında saxlanılması, xx.xx.2012-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanılması üçün 20 may 2024-cü il tarixdən başlayaraq, iddiaçı X1 hər ay 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində alimentin tutularaq cavabdeh İddiaçı ödənilməsi qət edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışa əsasən Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsində istifadədə olan 0.05574 ha torpaq sahəsində yerləşən 62 nömrəli, 5 mərtəbəli binada yerləşən 59,75 kv.m ümumi, 46,75 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı 31 nömrəli mənzil xx.xx.2007-ci il tarixdə tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 452 nömrəli reyestr kitabının 42452 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli Arayışından görünür ki, Cavabdeh Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, ev 62, mənzil 31 ünvanında qeydiyyatdadır. İş materiallarında olan Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-550/2024 nömrəli mülki işi ilə əlaqədar Yasamal Rayon icra Hakimiyyəti nəzdində fəaliyyət göstərən Qəyyumluq və Himayəçilik Komissiyasının xx.xx.2024-cü il tarixli rəyində qeyd edilmişdir ki, iddiaçı komissiyanın iclasında bildirmişdir ki, əri tərəfindən mənəvi və fiziki şiddətə məruz qaldığı üçün 2023-cü ilin iyun ayının 15-də övladları Zəhra və Alimlə evi tərk edərək Masazır qəsəbəsində yaşayan valideynlərinin yanına getmiş, hazırda onlarla, eləcə də 2 övladı və 2 qardaşı ilə həmin qəsəbədə üçotaqlı mənzildə qalır, qızı Mədinə isə cavabdehin yanındadır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı və Cavabdeh xx.xx.2011-ci il tarixdə rəsmi nikaha daxil olmuşlar. Daha sonra tərəflər arasındakı nikah Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-550/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən pozulmuş və xx.xx.2013-cü il təvəllüdlü X6 və xx.xx.2018-ci il təvəllüdlü X7 anaları X2 yanında, xx.xx.2012-ci il təvəllüdlü X5 isə atası İddiaçı yanında saxlanılması qət edilmişdir. Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, ev 62 ünvanında yerləşən 31 saylı mənzil xx.xx.2007-ci il tarixdə tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Hazırda İddiaçı, cavabdehlə onun arasında nikah pozulmasına, cavabdehin qeydiyyatda olduğu Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, ev 62 ünvanında yerləşən 31 saylı mənzilin İddiaçı və Cavabdeh birgə nikahda olduqları müddətdə deyil, 2007-ci il tarixdə iddiaçının mülkiyyətinə keçdiyinə istinad edərək, Cavabdeh xüsusi mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, A.M. Şərifzadə küçəsində yerləşən 62 nömrəlievin 31 saylı mənzilə istifadə hüququna xitam verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edirlər. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: 30.1. Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. 30.2. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. 30.3. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin mülki hüquqi fəaliyyət qabiliyyətli ailə üzvləri həmin yaşayış sahəsinin istifadəsindən irəli gələn öhdəliklər üzrə mülkiyyətçi ilə birgə məsuliyyət daşıyırlar. 30.4. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Məhkəmə cavabdehin mübahisəli mənzil üzərində istifadə hüququnun olub olmamasına münasibət bildirməzdən əvvəl qeyd etməyi zəruri hesab edir ki, iş materiallarında olan Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışdan da müəyyən olunur ki, Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, ev 62 ünvanında yerləşən 31 saylı mənzil İddiaçı və Cavabdeh birgə nikahda olduqları dövrdə (xx.xx.2011-ci il-xx.xx.2024-cü il) deyil, xx.xx.2007-ci il tarixdə iddiaçının adına qeydiyyata alınmışdır. Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, ev 62 ünvanında yerləşən 31 saylı mənzilə mülkiyyət hüququ olan İddiaçı Cavabdeh ilə nikah bağladıqdan sonra Cavabdeh İddiaçı ailə üzvü kimi (həyat yoldaşı) istifadə hüququ yaranmışdır. Bununla əlaqədar məhkəmə qeyd edir ki, cavabdehin elə nikah bağladıqdan sonra həmin mənzilə köçməsi qəbul edilsə, onun mənzil üzərində istifadə hüququ xx.xx.2011-ci il tarixdə yarandığından istifadə hüququna xitam verilib-verilməməsinin müəyyən edilməsi zamanı 1 oktyabr 2009-cu ildən etibarən qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin mülkiyyətçiyə məxsus yaşayış sahəsində onunla birlikdə yaşayan şəxslərin hüquq və vəzifələri ilə bağlı müddəaları nəzərə alınacaqdır. Belə ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsində qeyd edilmişdir ki, əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Həmin normanın məzmunundan çıxış edərək məhkəmə qeyd etməyi zəruri hesab edir ki, tərəflər arasında nikah pozulduqda, Cavabdeh həmin mübahisəli mənzilə istifadə hüququna da xitam verilmişdir. Belə ki, tərəflər arasında nikah 2024-cü il tarixdə pozulmuşdur. Cavabdeh uzun müddətdir ki, həmin mənzildə yaşamır. İşin materialları ilə mübahisəsiz şəkildə təsdiq olunur ki, cavabdeh mübahisəli evdən köçüb getmiş və daimi başqa yaşayış yeri seçməklə, mübahisəli evlə əlaqəsini kəsmişdir. Qeyd edilən fakt cavabdehin məhkəmə iclasında verdiyi izahatı ilə, həm də Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-550/2024 nömrəli mülki işi ilə əlaqədar Yasamal Rayon icra Hakimiyyəti nəzdində fəaliyyət göstərən Qəyyumluq və Himayəçilik Komissiyasının xx.xx.2024-cü il tarixli rəyində qeyd edilmiş Cavabdeh komissiyanın iclasında söylədikləri ilə təsdiqini tapır. Onun mübahisəli mənzildə qeydiyyatı formal xarakter daşıyır. Yaranmış vəziyyətdə cavabdehin mənzildə yaşamadığına baxmayaraq, onun mənzilə formal qeydiyyatının və istifadə hüququnun saxlanılması iddiaçının mənzil üzərində qanuni sahiblikdən irəli gələn hüquqlarının həyata keçirməsini əsassız məhdudlaşdırır. Buna görə də, cavabdehin iddiaçının mülkiyyətində olan mənzildən istifadə hüququna xitam verilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 2-ci bəndinə görə mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən isə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinə əsasən də, “hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.” Mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Mülki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, iddia təmin edilməli, Cavabdeh Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, ev 62 ünvanında yerləşən 31 saylı mənzildən istifadə hüququna xitam verilməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, ev 62 ünvanında yerləşən 31 saylı mənzildən istifadə hüququna xitam verilsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçılara aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Kərim Xudayev
Məhkəmə qərarları › İş №e-2(004)-5943/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-5943/2024
25.12.2024 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver