Məhkəmə qərarları › İş №e-2(004)-5962/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №e-2(004)-5962/2025

24.02.2026 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(004)-5962/2025 24.02.2026 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Almasova Aytən Asəf qızının katibliyi, Ərizəçi nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, Ərizəçi (maraqlı şəxs 12 saylı Notariat Kontoru) “qohumluq münasibətlərinin, ölümün, nikahda olma faktının və mirasın qəbul edilmə faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə məhkəmənin hazırlıq iclasında baxaraq, məhkəmə müəyyənetdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, onun 24 avqust 1988-ci ildə vəfat etmiş Müşgünaz Həşim qızının nəvəsi olmasına dair qohumluq faktının və Müşgünaz Həşim qızından miras qalmış Bakı şəhəri 4-cü Xreptovı küçəsi 105 nömrəli evin (yeni qaydalalra- Bakı şəhəri, Yasamal rayonu, Ə.Əkbərov küçəsi 61) 5/9 hissəsinin faktiki idarə etməklə qəbul etməyinə dair hüquqi əhəmiyyətli faktın müəyyən edilməsini, X2, X3 ölümünün qeyd edilmə faktının, X3 X2 qızı olmasına dair qohumluq faktının, X3 Dadaşov Rizvan Hicran oğlu ilə nikahda olması faktının, Dadaşov Rizvan Hicran oğlunun mənim əmim olmasına dair qohumluq faktının, X1 miras qalmış Bakı şəhəri 4-cü Xreptovı küçəsi 105 nömrəli evin (yeni qaydalalraBakı şəhəri,Yasamla rayonu,Ə.Əkbərov küçəsi 61) 2/9 hissəsinin X2 vəfatından sonra X4 tərəfindən sonuncunun vəfatından sonra onun əri Dadaşov Rizvan Hicran oğlu tərəfindən, sonuncunun 26 May 2011-ci ildə vəfatından sonra ərizəçinin tərəfindən faktiki idarə edilməklə qəbul edilməsinə dair hüquqi əhəmiyyətli faktların müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5962/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə Ərizəçi (maraqlı şəxs 12 saylı Notariat Kontoru) “qohumluq münasibətlərinin, ölümün, nikahda olma faktının və mirasın qəbul edilmə faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılması qərara alınmışdır. Daha sonra, Ərizəçi Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5962/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadından şikayət verərək, Yasamal Rayon Məhkəməsinin 2(004)-5962/2025 xx.xx.2025-ci il tarixli qərardadının ləğv edilməsi, mirasın qəbulu və qohumluq faktının müəyyən olunması barədə ərizənin icraata qəbul olunması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5962/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə Ərizəçi (maraqlı şəxs 12 saylı Notariat Kontoru) “qohumluq münasibətlərinin, ölümün, nikahda olma faktının və mirasın qəbul edilmə faktının müəyyən edilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5962/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadından Ərizəçi tərəfindən verilmiş şikayət təmin edilməmiş, şikayət mülki işlə birlikdə baxılması üçün 7 gün müddətində Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-6107/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ilə Yasamal Rayon Məhkəməsinin 2(004)-5962/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ləğv edilmiş və sonrakı prosessual hərəkətlərin edilməsi üçün mülki iş materialları Yasamal Rayon Məhkəməsinə göndərilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5962/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə Ərizəçi (maraqlı şəxs Bakı şəhəri 12 saylı Notariat Ofisi) “qohumluq münasibətlərinin, ölümün, nikahda olma faktının və mirasın qəbul edilmə faktının müəyyən edilməsi”tələbinə dair iddia ərizəsinin məhkəmə icraatı mümkün hesab edilmişdir. Məhkəmə hazırlıq iclası 24 fevral 2026-cı il tarixə saat 12:45-ə təyin olunmuşdur. Məhkəmənin hazırlıq iclasında Ərizəçi nümayəndəsi və vəkili Nümayəndə məhkəməyə ərizə ilə müraciət edərək, ərizə və ona əlavə edilmiş sənədlərin geri qaytarılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə ərizəçinin ərizəsini nəzərdən keçirib hesab edir ki, Azərbaycan Respublikası MPM-in 170.1-ci maddəsinin tələbinə uyğun olaraq ərizə və ona əlavə edilmiş sənədlər ərizəçiyə qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə görə, bu Məcəllənin 254, 255, 261.0.1-261.0.3 və 261.0.6-261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə geri qaytarıla bilər. “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 31 mart 2011-ci il tarixli 3 nömrəli Qərarının 2-ci bəndində qeyd edilmişdir ki, məhkəmələrə izah edilsin ki, Azərbaycan Respublikası MPM-nin 259.0.1 - 259.0.10, 259.0.12 və 259.0.13-cü maddələrində göstərilən əsaslar olduqda məhkəmənin hazırlıq iclasında ərizə baxılmamış saxlanıla bilər. Hazırlıq iclasında ərizənin qaytarılması barədə vəsatətin verilməsi ərizənin Azərbaycan Respublikası MPM-in 259.0.11-ci maddəsinə əsasən baxılmamış saxlanılması üçün deyil, həmin Məcəllənin 170-ci maddəsinə əsasən geri qaytarılması üçün əsasdır və bu zaman cavabdeh tərəfin buna razılığının alınması tələb olunmur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 114.1.3, 114, 170-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Ərizəçi (maraqlı şəxs 12 saylı Notariat Kontoru) “qohumluq münasibətlərinin, ölümün, nikahda olma faktının və mirasın qəbul edilmə faktının müəyyən edilməsi” barədə ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Kərim Xudayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar